Məhkəmə qərarları › İş №2-2(102)-462/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-462/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-462/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X3 İnstitunun Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli,2-2(103)-301/2022 saylı qətnaməsindən cavabdeh-Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh ASC (bundan sonra – “cavabdeh”) ilə Azərbaycan X2 (bundan sonra – “iddiaçı”) arasında 2013-cü il 7 yanvar tarixində “su təchizatı və kanalizasiya xidmətlərinə dair” bağlanmış 071158 saylı müqaviləyə əsasən cavabdeh iddiaçını içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.

2. X4 Su Cəmiyyəti Suölçmə X1 və X5 2002-ci il 11 aprel tarixli 070130 saylı aktının surətindən görünür ki, Fotoelektronika ETİ-nin 2002-ci il 1 aprel tarixinə qalıq borcu 312.203.822 manat (62.440,76 AZN) təşkil edir.

3. AMEA Rəyasət Heyətinin 2002-ci il 3 iyun tarixli 13/1 saylı qərarından görünür ki, iddiaçı Fizika və Fotoelektronika İnstitutlarının bazasında yaradılmışdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2015-ci il 16 iyun tarixli “Borcun ödənilməsi haqqında” xəbərdarlıq məktubundan görünür ki, su təchizatı və kanalizasiya xidmətlərinə görə 2015-ci il 16 iyun tarixinə olan 108.620,5 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir.

5. İddiaçı və Biofizika İnstitutu (bundan sonra – “BFİ”) tərəfindən tərtib olunmuş 2017ci il 21 sentyabr tarixli aktda qeyd olunur ki, bu aktla iddiaçının balansında olan ünvan 1 ünvaninda 0,8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binaları ətrafında olan köməkçi tikililəri ilə birlikdə (5 və 2 mərtəbəli binaların hər birinin çertyoju, eləcə də əlavə tikililər göstərilən torpaq sahəsinin hər iki tərəfdən təsdiq edilmiş çertyoju əlavə olunur) iddiaçı tərəfindən AMEA-da yeni yaradılmış BFİ-nin balansına təhvil verildi. 2002-ci ildə AMEA-nın Fizika və Fotoelektronika İnstitutlarının birləşməsi nəticəsində sayğaclarda təhvil-təslim olarkən Fotoelektronika İnstitutunun binasına cavabdeh tərəfindən 109.216,80 qəpik məbləğində borc yazılmışdır, həmin borc bugunkü günə qədər qalır. Hal-hazırda iddiaçının Fotoelektronika binası BFİ-yə verildiyi üçün həmin borc da ona təhvil verilsin.

6. İddiaçı tərəfindən cavabdehin Yasamal rayonu Sukanal İdarəsinə ünvanlanmış 2017-ci il 6 noyabr tarixli, 029-08/552 nömrəli məktubdan görünür ki, iddiaçının balansında olan ünvan 3 ünvanda 0.8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binaları ətrafında olan köməkçi tikililəri ilə birlikdə BFİ-nin balansına verildiyi bildirilmiş və Fotoelektronika İnstitutunun bina sına cavabdeh tərəfindən 109.216,80 qəpik məbləğində yazılmış borcun BFİ-nin razılığı ilə onların hesabına köçürülməsi xahiş edilmişdir.

7. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2019-cu il 4 iyun tarixli 029-08/236 nömrəli məktubdan görünür ki, iddiaçının balansında olan ünvan 4 ünvanda 0.8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binalari ətrafında olan köməkçi tikililəri ilə birlikdə BFİ-nin balansına verildiyi bildirilmiş və Fotoelektronika İnstitutunun binasına ASC tərəfindən 109.216,80 qəpik məbləğində yazılmış borcun BFİnin razılığı ilə onların hesabına köçürülməsi xahiş edilmişdir.

8. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2019-cu il 25 noyabr tarixli məktubda qeyd olunur ki, iddiaçının Yasamal rayon Sukanalı İdarəsinə istifadə etdiyi içməli suy a və çirkab suyun axıdılmasına görə borcu olmamışdır. Cavabdehin Yasamal rayon Sukanal İdarəsinin 2013-cü il 1 yanvar tarixli “Abonet haqqında məlumata dair üzləşmə aktı”nda 2002-ci il 1 yanvar tarixinə içməli suya və çirkab suyun axıdılmasına görə iddiaçının suyun sərfiyyatına görə borcunun olmaması qeyd olunmuşdur. Eyni zamanda, yuxarıda qeyd olunan üzləşmə aktında iddiaçının 2003-cü il 1 yanvar tarixindən hal-hazıra kimi suyun sərfiyyatına görə 107.066,62 manat borcunun yaranması qeyd edilmişdir. Buna əsas səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 21 may tarixli 81 nömrəli qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliyi edilərək, H.Abdullayev adına Fizika İnstitutu və Fotoelektronika İnstitutunun bazasında iddiaçı yaradılmış və Foto elektronika İnstitutunun suyun sərfiyyatına görə cavabdehə olan borcu əsassız olaraq iddiaçının suya olan borcu kimi hesabatda əks olunmuşdur. Borcun ümidsiz hesab edilməsi üçün meyarlardan biri də iddia müddətinin keçməsini hesab etmək olar. Azərbaycan Respublikasın Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 373.1-ci maddəsinə əsasən, hüququn pozulmasına görə, yəni borcun ödənilməsi üçün bütün tələblərlə bağlı məhkəməyə şikayətin verilmə müddəti 10 il müəyyən edilmişdir. Həmin müddətdən sonra, məhkəməyə müraciət edilsə və məhkəmənin qərarı hüququ pozulmuş hüquqi şəxsin xeyrinə olsa da belə, borclu öz borcunu qaytarmaya bilər. Bundan başqa, Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikası Pr ezidentinin 2005-ci il 07 fevral tarixli 189 nömrəli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın – manatın denominasiyası həyata keçirilmişdir. Yeni manata keçid zamanı 1 yeni manat 5.000 köhnə manata bərabər tutulmuşdur. Eyni zamanda, Fərmanda bütün dövlət orqanlarına və təşkilatlarına, habelə mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektlərinə tapşırıq verilmişdir ki, onların fəaliyyət sahəsinə aid olan və məbləğlə ifadə olunan müvafiq göstəricilərin 2005-ci ilin sonunadək yeni qiymətlər miqyasına keçirilməsi üzrə zəruri tədbirlər görsünlər və 2006-cı il yanvarın 1-dən başlayaraq bu göstəricilərin yeni miqyasda hesablanmasını və tətbiqini təmin etsinlər. Beləliklə, suya olan borcun iddia müddəti keçdiyi üçün tərəflərin mühasibatlığı a rasında yenidən qarşılıqlı üzləşmə aktı tərtib olunaraq hesabatda əks olunması xahiş edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il 22 yanvar tarixli məktubda qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilələrə əsasən cavabdeh tələbata uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət standartlarının tələblərinə uyğun, içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılmasını təmin etmişdir. İddiaçı istifadə olunan su təchizatı və kanalizasiya xidmətlərinin həcmi sayğac göstəricilərinə, sayğac olmadıqda isə mövcud qanunvericiliyə və normativ hüquqi aktlara əsasən hesablanmışdır. Hazırda iddiaçının 1 03.888,62 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş debitor borcu yaranmışdır. Mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında MM-də qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Lakin tərəflər arasında istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və ödənişlər qismən aparılmışdır. Qeyd edilənlərlə bağlı iddiaçının hesabında yaranmış borcun ödənilməsinin təmin olunması istiqamətində müvafiq tədbirlər görülməsi xahiş edilmişdir.

10. İddiaçı ilə cavabdehin Yasamal rayonu Sukanal İdarəsi arasında tərtib edilmiş 2020-ci il 1 oktyabr tarixli 071158 nömrəli üzləşmə aktından gö rünür ki, cəmi borc məbləği 103.888,62 manat təşkil etmişdir. 11. 2021-ci il 1 fevral tarixli “Abonent haqqında məlumat”dan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 98.388,62 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı 2020-ci il 9 dekabr tarixində cavabdehə qarşı iddia ərizəsi və tələbinin həcminin azaldılması barədə ərizə ilə Bakı Komersiya Məhkəməsinə müraciət edərək, 109.216,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan “Su təchizatı və kanalizasiya xidmətlərinə dair” müqavilə əsasında sudan istifadə olunur. Cavabdeh ilə Yasamal rayon Sukanal İdarəsinin 2013-cü il 1 yanvar tarixli abonent haqqında m əlumata dair üzləşmə aktında 2003-cü il 1 yanvar tarixindən hal-hazıra kimi suyun sərfiyyatına görə 107.066,62 manat borcun yaranması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 21 may tarixli, 81 nömrəli qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliyi edilərək, H.Abdullayev adına Fizika İnstitutu və Fotoelektronika İnstitutu bazasında iddiaçı yaradılmışdır. Eyni zamanda, 2002-ci ildə AMEA-nın Fizika və Fotoelektronika İnstitutlarının birləşməsi nəticəsində sayğaclarda təhvil-təslim aparılarkən Fotoelektronika İnstitutunun binasına cavabdeh tərəfindən 109.216,80 məbləğində borc yazılmışdır. Bununla əlaqədar olaraq cavabdehdən 2017-ci il 6 noyabr, 2019-cu il 4 iyun tarixlərində həmin borcun BFİ-nin hesabına köçürülməsi xahiş olunmuş, lakin heç bir cavab verilməmişdir. Bundan sonra 2019-cu il 25 noyabr tarixində cavabdehin sədrinə müraciət olunaraq suya olan borcun iddia müddəti keçdiyi üçün, silinməsi və bu barədə qarşılıqlı üzləşmə aktının tərtib olunması xahiş olunmuşdur. Cavabdehin 2020-ci il 22 yanvar tarixli 01/2/01-5-/2/553 saylı cavab məktubunda qeyd olunmuşdur ki, mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında MM-də qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Cavabdeh ödənişlərin qismən aparıldığını əsas kimi götürərək, 2002-ci ildə yaranmış borcun silinməsini təmin etməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 825 saylı sərəncamını icra etməkdən y ayınmışdır. İşin faktiki hallarından məlum olur ki, su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə tərəflər arasında borca görə yaranmış mübahisələrlə bağlı müraciətlər olunmuş və cavabdeh borcun tam ödənilməsini tələb etmişdir.

14. İddia tələbi MM-in 550, 551.2.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

15. İddia tələbinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli e-2-2(113)-673/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 98.388,62 manat məbləğində borcun iddiaçının hesabından silinməsi, iddianın qalan hissədə təmin olunmaması, iddiaçıdan 30 manat dövlət rüsumunun tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir (hakim Z.Axundova).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. 2021-ci il 1 feval tarixli «Abonent haqqında məlumat»dan müəyyən olunur ki, iddiaçının içməli suya görə 2002-cü il 1 yanvar tarixinə qalıq borcu 0,00 manat, 2002-ci ildə sudan istifadə haqqı 8.342 manat göstərildiyi halda, 2003-cü il 1 yanvar tarixinə qalıq borcu 76.838,66 manat olaraq qeyd olunmuşdur. 2004-cü il 1 yanvar tarixinə 103.556,46 manat, 2005-ci il 1 yanvar tarixinə 103.820,51 manat, 2006-cı il 1 yanvar tarixinə 111.230,09 manat, 2007-ci il 1 yanvar tarixinə 106.292,71 manat, 2008-ci il 1 yanvar tarixinə 106.292,71 manat, 2009-cu il 1 yanvar tarixin ə 106.292,71 manat, 2010-cu il 1 yanvar tarixinə 106.292,71 manat, 2011-ci il 1 yanvar tarixinə 106.292,71 manat, 2012-ci il 1 yanvar tarixinə 106.292,71 manat, 2013cü il 1 yanvar tarixinə 108.587,71 manat, 2014-cü il 1 yanvar tarixinə 108.588,3 manat, 2015-ci il 1 yanvar tarixinə 108.620,8 manat, 2016-cı il 1 yanvar tarixinə 108.620,8 manat, 2017-ci il 1 yanvar tarixinə 106.782,8 manat, 2018-ci il 1 yanvar tarixinə 106.930,97 manat, 2019-cu il 1 yanvar tarixinə 107.066,62 manat, 2020-ci il 1 yanvar tarixinə 103.888,62 manat, 2021-ci il 1 yanvar tarixinə 98.388,62 manat təşkil edir. 18.İddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə mütəmadi olaraq ödənişlər etmişdir. Belə ki, iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən 2015-ci ildə 25.480 manat məbləğində istifadə etmiş və həmin məbləğdə ödəniş etmiş, 2016-cı ildə 26.614,59 manat məbləğində istifadə etmiş və 28.452,59 manat məbləğdə ödəniş etmiş, 2017-ci ildə 35.946,17 manat məbləğində istifadə etmiş və 35.800 manat məbləğdə ödəniş etmiş, 2018-ci ildə 37.103,65 manat məbləğində istifadə etmiş və 36.968 manat məbləğdə ödəniş etmiş, 2019-cu ildə 33.822 manat məbləğində istifadə etmiş və 37.000 manat məbləğdə ödəniş etmişdir, 2020-ci ildə 31.500 manat məbləğində istifadə etmiş və 37.000 manat məbləğdə ödəniş etmişdir. 2015-ci ildən əvvəlki illərdə də eyni vəziyyət olmuşdur.

19. İddiaçı illər üzrə su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini ödəmiş və hazırda qalıq borcu təşkil edən 98.388,62 manat məbləğində qalıq borc iddiaçının 2015-ci ildən əvvəlki illərə aid olan borcdur. İddiaçı 103.888,62 manat m əbləğində borcun silinməsini xahiş etsə də, 2021-ci ilin yanvar ayına 98.388,62 manat məbləğində qalıq borcun olması müəyyən edilmişdir.

20. Məhkəmə qeyd olunanlara əsasən hazırki mübahisəyə gəldiyi nəticəsini MM-in 550 və 551-ci maddələrinin tələblərinin tətbiq olunmasını mümkün saymışdır.

21. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli 2-2(103)-766/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilmiş, iddia tələbi cava bdeh tərəfindən iddiaçıya hesablanmış 98.388,62 manat məbləğində borcun iddiaçının hesabından silinməsi hissəsində təmin edilməmişdir (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), İ.Kərimli və V.Məmmədov).

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək göstərmişdir ki, iddiaçı 2015-ci ildən sonra əvvəlki illərin borcları üzrə ödənişlər etdiyindən müddətin axımı kəsilmişdir. Apellyasiya qaydasında baxılarkən iddiaçının abonent saldosundakı məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının 2016-cı ildə su və kanalizasiya xidmətindən istifadəyə görə 26.614,59 manat borcu yaranmış, iddiaçı isə həmin il üçün 28.452,59 manat ödəniş həyata keçirmişdir. O cümlədən 2019-cu ildə 33.822 manat borcu yarandığı halda 37.000 manat, 2020-ci ildə 31.500 manat borcu yarandığı halda 37.000 manat ödəniş həyata keçirmişdir. 24.Göstərilənlərə əsasən, 2015-ci ildən sonra iddiaçı tərəfindən əvvəlki illərin qalıq borcları üzrə ödənişlər edildiyi üçün, tələbetmə müddətinin axımı kəsildiyindən 98.388,62 manat məbləğində borcun tələbetmə hüququnun keçməsi əsası ilə silinməsinə dair iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən halı nəzərə almadığından qətnamə mübahisələndirilən hissədə ləğv edilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 553.1.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin təm in edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli, 2-2(102)7/2022 saylı qətnaməsi ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə ləğv edilmişdir (hakimlər B.Məmmədli (sədrlik edən və məruzəçi), İ.Dadaşov, B.Qəribov).

28. Kassasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarına MM-in 551.2, 551.2.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, 2006-cı ildən sonra 5 il müddət ində iddiaçı tərəfindən, əvvəlki illər üzrə ona hesablanmış qalıq borcla bağlı heç bir ödəmə olmadığından, cavabdehin həmin borc öhdəliyindən irəli gələn tələbi 2012-ci ildə öz qüvvəsini itirmişdir. İddiaçı tərəfindən 2007-2011-ci illərdə artıq ödəmələr aparılmadığından, əvvəlki illər üzrə qalıq borc öhdəliyi ilə bağlı cavabdehin tələb hüququnun axımında MM-in 553.1 və 553.1.1-ci maddələrində nəzərdə tutulmuş kəsintilər (mükəlləfiyyətli şəxsin, tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə icra etməsi) olmamışdır. Bu baxımdan, 2015-ci ildən sonra (2016, 2019 və 2020-ci illərdə) iddiaçı tərəfindən cavabdehin tələb etdiyindən artıq ödənişlər aparması hazırkı mübahisənin həlli üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir.

29. Məhkəmə öz qətnaməsini MM-in 550, 551.2, 551.2.1, 553.1, 553.1.1, Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 10-1, 101.3, 10-1.5, 88, 217.1, 386, 418.1, 418.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 2-2(103)-301/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi) E.Mehdiyev və X.Sarıyev).

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.

32. Hazırki işdə də qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri mövcuddur. Belə ki, xx.xx.2021-ci il tarixli Abonent haqqında məlumatdan müəyyən olunur ki, iddiaçının içməli su görə xx.xx.2002-cü il tarixə qalıq borcu 0,00 manat, 2002-ci ildə sudan istifadə haqqı 8342 manat göstərildiyi halda, xx.xx.2003-cü il tarixə qalıq borcu 76838,66 manat olaraq qeyd olunmuşdur. Abonent haqqında məlumatdan həmçinin görünür ki, iddiaçının içməli su və çirkab sularına görə xx.xx.2004-cü il tarixə qalıq borcu 1 03556,46 manat, xx.xx.2005-ci il tarixə qalıq borcu 103820,51 manat, xx.xx.2006-cı il tarixə qalıq borcu 111230,09 manat, xx.xx.2007-ci il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2008- ci il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2009-cu il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2010-cu il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2011-ci il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2012-ci il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2013- cü il tarixə qalıq borcu 108587,71 manat, xx.xx.2014-cü il tarixə qalıq borcu 108588,3 manat, xx.xx.2015-ci il tarixə qalıq borcu 108620,8 manat, xx.xx.2016-cı il tarixə qalıq borcu 108620,8 manat, xx.xx.2017-ci il tarixə qalıq borcu 106782,8 manat, xx.xx.2018-ci il tarixə qalıq borcu 106930,97 manat, xx.xx.2019-cu il tarixə qalıq borcu 107066,6 2 manat, xx.xx.2020-ci il tarixə qalıq borcu 103888,62 manat, xx.xx.2021-ci il tarixə qalıq borcu 98388,62 manat təşkil edir. Eyni zamanda iddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə mütəmadi olaraq ödənişlər etmişdir. Belə ki, iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən 2015-ci ildə 25480 manat məbləğində istifadə etmiş və həmin məbləğdə ödəniş etmiş, 2016-cı ildə 26614,59 manat məbləğində istifadə etmiş və 28452,59 manat məbləğdə ödəniş etmiş, 2017-ci ildə 35946,17 manat məbləğində istifadə etmiş və 35800 manat məbləğdə ödəniş etmiş, 2018-ci ildə 37103,65 manat məbləğində istifadə etmiş və 36968 manat məbləğdə ödəniş etmiş, 2019-cu ildə 33822 manat məbləğində istifadə etmiş və 37000 manat məbləğdə ödəniş etmiş, 2020-ci ildə 31500 manat məbləğində istifadə etmiş və 3700 0 manat məbləğdə ödəniş etmişdir. 2015-ci ildən əvvəlki illərdə də oxşar vəziyyət olmuşdur.

33. Həmin məhkəmə yuxarıda göstərilənlərə və kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qəbul edilmiş qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı illər üzrə su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini ödəmiş və hazırda qalıq borcu təşkil edən 98388,62 manat məbləğində borc iddiaçının 2015-ci ildən əvvəlki illərə aid olan borcdur. Odur ki, iddiaçı MM-nin 550 və 551.2.1-ci maddələrinə əsasən həmin məbləğdə borcun silinməsini tələb etməkdə haqlıdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, ödənilmiş 196,95 manat məb ləğində dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

35. MM-in 551.2.1, 553.1.1-ci maddələrinin tələbləri pozulmuşdur- Mübahisə olunan məbləğ su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borc məbləğidir. 2019-cu il 23 aprel tarixdə tərəflər arasında 071158 nömrəli üzləşmə aktı imzalanmışdır. Aktın məzmunundan da göründüyü kimi iddiaçı tərəf borcunun olmasını təsdiq etmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən 2006-cı il ərzində göstərilmiş 7.798.62 manat xidmətin qarşılığında 12.736 manat, 2019-ci il ərzində göstərilmiş 33.822 manat xidmətin qarşılığında 37.000 manat, 2020-ci il ərzində göstərilmiş 31.500 manat xidmətin qarşılığında 37.000 manat xid mət haqları ödəmişdir. Yəni, iddiaçı tərəfindən 2006-ci il üzrə göstərilmiş xidmətdən 4.937.88 manat, 2019-cu il üzrə göstərilmiş xidmətdən 3.178 manat, 2020-ci il üzrə göstərilmiş xidmətdən 5.500 manat artıq ödəmələr həyata keçirilmişdir. Mülki qanunvericiliyə əsasən hisə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Göründüyü kimi iddiaçı tərəfindən 2006, 2019, 2020-ci illərdə artıq ödənişlərin edilməsi, həmçinin üzləşmə aktının imzalanması borcun etiraf edilməsini göstərən hərəkətlər olmaqla, öhdəliklərin xitamı üçün müddət axımını kəsmişdir. Lakin məhkəmə bu fakta öz qətnaməsində hüquqi qiymət verməmişdir.

36. MPM-in 77.1, 88, 175.1-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçı tərəf öz tələblərini əsa slandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, üzləşmə aktı sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0. 1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. MPM-in 403 və 416-cı maddələri tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın qismən təmin edilməsi hissəsində yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiym ətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

550. Tələblər üçün müddət Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.” “Maddə

551. Öhdəliklərin xitamı üçün müddətlər... 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər....” “Maddə

553. Öhdəliklərin xitamı üçün müddətin kəsilməsi 553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə....”

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müv afiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” IV.Kassasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub- olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı). 45.Cavabdehin kassasiya şikayətinin § 37-də göstərilən, MM-in 551.2.1, 553.1.1-ci maddələrinin tələblərinin pozulması ilə bağlı dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən 2006, 2019, 2020-ci illərdə artıq ödənişləri n edilməsi, həmçinin 2019-cu il 23 aprel tarixində üzləşmə aktının imzalanması borcun etiraf edilməsini göstərən hərəkətlər olmaqla, öhdəliklərin xitamı üçün müddət axımını kəsmişdir.

46. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbinin maddi hüquqi əsasını MM-in 550, 551.2.-ci maddələri (bax yuxarıda §43) təşkil edir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət verərək, həmin normaların dispozisiya şərtlərinin mövcud olması qənaətinə gəlmişdir.

47. Müvafiq ödənişlər aparılmaqla müddətinin axımının kəsilməsinə gəldikdə, mülki qanunvericiliyin tələblərinə görə müddətin axımı icra müddətinin çatması ilə başlanır. Eyni zamanda mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə müddətin axımı kəsilir (MM-nin 552.1 və 553.1.1-ci maddələri). Maddələrin məzmunundan göründüyü kimi, müddətin axımının kəsilməsi onu nəzərdə tutur ki, müddət hesablanmağa başlamış, müddətin axımı davam edir və müddət hələ bitməmişdir, müddətin axımının kəsilməsinə əsas verən hərəkətlər müddətin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər müddətinin axımının kəsilməsinə əsas verə bilməz.

48. Baxılan iş üzrə cavabdehin qeyd etdiyi kimi, 2006, 2019, 2020-ci illərdə iddiaçı tərəfindən artıq ödənişlər aparılmışdır. Belə olan halda, 2 006-cı ildən sonra (qanunla müəyyən edilmiş 5 il keçdikdən sonra), iddiaçının 2019, 2020-ci illərdə apardığı artıq ödənişlər, eləcə də 2019-cu ildə üzləşmə aktının tərtib edilməsi MM-nin 551-ci maddəsi ilə müəyyən edilmiş müddətin axımının kəsilməsinə əsas olmamışdır. 49.Məhkəmə kollegiyası göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına görə dəlillərini əsassız hesab edir.

50. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kolleg iya hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır (bax yuxarıda §33-35).

51. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdiri lməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

52. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 2-2(103)-301/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov İ.K.Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar