Məhkəmə qərarları › İş №2-2(102)-463/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-463/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tap
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-463/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 22(103)-143/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İ ddiaçı MMC (alıcı) və Cavabdeh MMC (satıcı) arasında 2022-ci il 1 mart tarixində bağlanmış “Cubics BMS” Proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinin (bundan sonra –“müqavilə): - 1-ci bəndinə əsasən Proqram-Cubics BMS əsas və yardımçı modullardan ibarət link formasında çalışan proqram təminatıdır. Proqram təminatı tətbiq vəziyyətində xidmət kimi təqdim edilir. Lisenziya - proqram istifadəçisinə proqramı aktiv etməyə və istifadə etmək hüququ verən simvol dəsti (istifadəçi adı və şifrə). - 2-ci bəndinə əsasən satıcı proqramdan istifadə hüququ üçün lisenziyanı alıcıya domen vasitəsi ilə şəxsi səhifəsinin, xüsusi ad və şifrənin yaradılmasını öz öhdəsinə götürür, alıcı isə proqramdan istifadəsi üçün lisenziyanın dəyərinin və xidmət haqqının ödənişinin müqavilənin şərtlərinə uyğun həyata keçirməyi öhdəsinə götürür. - 4.1.1-ci bəndinə əsasən alıcıya proqramdan istifadə üçün lisenziyanı bu müqavilənin şərtlərinə əsasən ödəniş olunduğu təqdirdə təqdim etmək satıcının öhdəliyidir. - 4.4.2-ci bəndinə əsasən müqaviləyə əsasən edilmiş ödənişlər müqabilində satıcıdan müqavilə üzrə xidmətlərin göstərilməsini tələb etmək alıcının və proqram istifadəçisinin hüququdur. - 5-ci bəndinə əsasən hazırkı müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Tariflər” (Əlavə 2) ilə müəyyən edilir və bu müqavilə müddəti ərzində etibarlı sayılır. “Tariflər” (Əlavə 2) öz əksini tapmış şərt və müddəalara əsasən müəyyən edilmiş Lisenziyanın dəyəri təqdim edilmiş hesab-fakturaya əsasən 5 (beş) iş günü ərzində satıcının bank hesabına ödənilir. - 6.1-c i bəndinə əsasən müqavilə iki tərəfdən imzalandığı və alıcı tərəfindən avans ödənişi həyata keçdiyi andan qüvvəyə minir. - 7-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

2. Müqaviləyə B-3 nömrəli 1 saylı əlavəsinə əsasən Cavabdeh MMC və İddiaçı MMC “Cubics BMS” Proqram təminatı ilə bağlı texniki tapşırıqlar barədə razılığa gəlmişlər. Həmin tapşırığın 22-ci bəndinə əsasən proqramda “məhsul nümunəsi” adlanan bölüm olmalı və həmin bölümdə tarix, müştəri adı, satış meneceri, miqdarı, statusu kimi məlumatların qeydə alınması imkanı olmalıdır.

3. Müqaviləyə B-3 nömrəli 2 saylı əlavəsinə (tariflər) əsasən Cavabdeh MMC-nin alıcı İddiaçı MMC-yə təhvil veriləcək “Cubics BMS” proqram təminatı nın dəyəri 15.340 manat (13.000 manat + 2.340 manat ƏDV), “Cubics BMS” proqram təminatının texniki dəstəyinin (illik) dəyəri 1.534 manat (1.300 manat+234 manat ƏDV) təşkil edir. 1-ci ödəniş 7.670 manat, yekun ödəniş 7.670 manat (sistemin satıcı tərəfindən təhvili zamanı) olacaq. Qeyd: “Cubics BMS” proqram təminatı 30-45 iş günü ərzində təhvil veriləcək.

4. İddiaçı MMC tərəfindən Əlavə 2 Cavabdeh MMC-yə 2 dəfəyə ödənilməklə 13.000 manat vəsait, 2.340 manat ƏDV (18%) ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqaviləyə 2 saylı əlavəyə əsasən cavabdehə ödənilmiş cəmi 15.340 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində rüsumun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun (bax yuxarıda § 1-4) əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, bu günədək onlar tərəfindən müqavilədə nəzərdə tutulan pul vəsaitinin cavabdehə ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən 30-45 gün ərzində onlara təhvil verilməli olan proqram hələ də təhvil verilməmiş, həmin müqavilədə və həmin əlavədə göstərilmiş şərtlərin heç biri yerinə yetirilməmiş, nəticədə iddiaçıya həm proqram təminatının təhvil verilməməsi səbəbindən, həm də cavabdehin bank hesabına köçürülmüş pul məbləğinin geri qaytarılmaması səbəbindən maddi ziyan dəymişdir. Göründüyü kimi cavabde h müqavilə üzrə öhdəliklərini ümumiyyətlə icra etmədiyindən, iddiaçı zərərə uğramışdır. Belə ki, iddiaçı sözügedən müqavilə üzrə öhdəliyini tam icra etmiş və cavabdehə həmin müqavilə əsasında ödənişi həyata keçirmişdir. Lakin cavabdeh müqavilənin 2, 4 və 7-ci bəndlərinə riayət etmədiyindən, həmin vəsaitin ödənilməsi və proqram təminatının əldə edilməməsi iddiaçının gündəlik iş ahənginin pozulmasına və bunun nəticəsində digər şirkətlərə müraciət etməsi və əlavə pul itkisi ilə üzləşməsinə səbəb olmuşdur.

7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəfindən təqdim edilmiş texniki tapşırıq əsas götürülərək cavabdeh tərəfindən “Cubics BMS” proqram təminatı tam olaraq hazırlanmış və iddiaç ıya təqdim edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş fikirlər həqiqətə uyğun olmayan və təhrif edilmiş qeydlərdən ibarətdir. Belə ki, cavabdeh tərəfindən sifariş verilmiş proqram təminatının icrasına 2022-ci il 1 mart tarixində imzalanmış müqavilə tarixinə əsasən deyil, müqavilə şərtlərinə uyğun olaraq avans ödənişinin icrasından sonra, yəni, 2022-ci il 17 mart tarixindən etibarən başlanmışdır. “Cubics BMS” proqram təminatının icrasına 4 proqramçı heyəti ayrılmış, qəbul edilmiş öhdəlik üzrə iddiaçı tərəfindən verilmiş tapşırığa əsasən yüksək keyfiyyətdə individual sistem hazırlanaraq iddiaçıya təhvil verilmişdir. “Cubics BMS” proqram təminatı təhvil verildikdən sonra cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik üzrə iddiaçıya, həmçinin şəxsən MMC-nin rəhbəri Rashad Chav galova ayrı-ayrılıqda 5 dəfə (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022) müxtəlif vasitələrlə təlimlər keçirilmişdir. Təlimlər və görüşlər nəticəsində iddiaçı tərəfindən proqram təminatı üçün yeni istəklərtapşırıqlar verilmiş və bunun müqabilində bütün tapşırıqlar tərəflərindən icra olunmuşdur, 2022-ci ilin dekabr ayından etibarən isə, iddiaçı tərəfindən faktiki istifadə etdikləri proqramın (bütün texniki tapşırıqlar və istəklərin imza edərək verdiklərinə baxmayaraq) onları qane etmədiyi bildirilmiş və ödənişi geri tələb etməyə başlamışlar. Bütün bunlara baxmayaraq, tərəflərindən iddiaçıya göndərilən məktublarda və Mediasiya sessiyası zamanı proqram təminatının hansı sahədə onları qane etmədiyi dəfələrlə soruşulmuş, cavabdeh olaraq əlavə təlimlərin keçirilməsi təklif edilm işdir. Bütün təkliflərə iddiaçı imtina ilə qarşılıq vermişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində cavabdehin öz öhdəliyini pozması və proqram təminatını təhvil vermədiyi qeyd edilmişdir. Halbuki tərəflərin təsdiq etdiyi “Cubics BMS” Proqram Təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsi № B-3 Əlavə-2” də yekun ödənişin (7670 manat) sistemin təhvili zamanı həyata keçiriləcəyi qeyd olunmuş (bu qeyd də iddia ərizəsində təhrif olunaraq göstərilmişdir) və bu qeyd rəhbər tutularaq proqram təminatı təhvil verildikdən sonra yekun ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində müqaviləyə edilmiş 2 saylı əlavənin şərti təhrif edilmiş, yekun ödəniş edildikdən 30-45 iş günü ərzində proqram təminatının təhvil veriləcəyi yazılmışdır. Halbuki, 2 saylı əlavədən də gö ründüyü kimi 30-45 iş günü müddətinin yekun ödənişlə heç bir əlaqəsi yoxdur və bu müddət proqram təminatının ümumi hazırlanaraq təhvil verilmə müddətini tənzimləyir. Cavabdeh tərəfindən bu müddət də pozulmamış, 2022-ci il 1 iyul tarixədək proqram təminatı təhvil verilmişdir. Proqram təminatı təhvil verildikdən sonra, müqaviləyə edilmiş 2 saylı əlavənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən yekun məbləğ ödənilmişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində cavabdehin bu günə qədər proqram təminatını təhvil vermədiyi, dolayısı ilə müqavilə öhdəliyini icra etmədiyi bildirilmişdir. Lakin mediasiya sessiyası zamanı iddiaçının nümayəndəsinə və telefon vasitəsi ilə birbaşa şirkətin rəhbərinə “proqram təminatı təhvil verilməmişdirsə, yekun məbləğin niyə ödənilməsi barədə sual ünvanlansa da tutarlı cavab verə bilməmişlər. Eyni zamanda, keçirilən təlimlərdə (videoyazı mövcuddur) iddiaçı tərəfindən əlavə tapşırıqlar verildiyi, proqramı istifadə etdikləri açıq şəkildə bildirilmişdir. İddiaçı tərəf, həmçinin ilkin mediasiya sessiyası üçün ödədikləri 200 manat həcmində mediasiya xərcini də cavabdehdən tələb etmişdir. Məlumat üçün bildirir ki, ilkin mediasiya zamanı tam mediasiyadan və barışıq sazişi ilə bağlı müzakirədən məhz iddiaçı tərəf imtina etmişdir.

8. İddiaçı iddiaya qarşı etiraza dair yazılı mülahizə (ərizə) verərək qeyd etmişdir ki, təqdim edilmiş etiraz tamamilə əsassızdır və özünümüdafiə xarakteri daşıyır. Belə ki, cavabdehin vəkilinin təqdim etdiyi etirazda xüsusilə vurğuladığı iki məsələ, guya mediasiya zamanı iddiaçının proqramın qane etməməsini göstərməsi və c avabdehin əlavə təlimlərin keçirilməsi ilə bağlı təkliflərinə imtina etmələri, digər məsələ isə sözügedən müqavilənin 2 saylı əlavəsində göstərilən məbləğin proqram təminatının həyata keçirilməsi səbəbindən iddiaçı tərəfindən ödənilməsi tamamilə uydurmadır və əsassızdır. Birincisi, mediasiya zamanı iddiaçının hansı proqramın qane etməməsi və cavabdehin əlavə təlimlərin keçirilməsi ilə bağlı təklif verməsi onsuz da sözügedən proqram təminatının icra edilməməsi səbəbindən maddi və işgüzar nüfuzu ilə bağlı ziyanla üz-üzə qalmış şirkətlərinin tələbinə cavab vermir. İkincisi, iddiaçı qeyd olunan müqavilə üzrə birtərəfli qaydada öhdəliklərini tam icra etdiyi halda, cavabdeh müqaviləyə əsasən satdığı proqram təminatını və müqavilənin 2, 4 və 7-ci bəndləri ilə üzərinə düşən öhdəliklərini bilərəkdə n icra etmədiyini guya ki, iddiaçının ödənişi etməsini öz işlərinin icrası kimi qələmə verməklə bir başa etdikləri məsuliyyətsizlikləri pərdələməyə çalışmışdır. Lakin bir daha xatırladırlar ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində və həmin iddia ərizəsinə əlavə olunmuş sənədlərlə tam sübut olunur ki, cavabdeh yuxarıda qeyd olunmuş müqavilənin 4.1.1 bəndi ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdeh proqramın rəsmi təhvil-təslim olunmasının da həyata keçirilməsi üçün hər hansı addım atmamışdır. Həmçinin, təkrarən bildirirlər ki, cavabdeh proqram təminatı ilə bağlı iddiaçı tərəfindən ilkin pul vəsaitinin ödənilməsindən sonra 30-45 gün ərzində B-3 nömrəli “Cubics BMS” proqram təminatını iddiaçıya (onlara) təhvil verilməli idi. Digər tərəfdən iddiaçı tərəfindən cavabdehə dəfələ rlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən proqram təminatının təmin edilməməsi nəticəsində iddiaçı artıq mövcud fəaliyyətini normal ofis rejimində davam etdirə bilməyəcəyi təhlükəsi ilə üz-üzə qalmış və bu səbəbdən də oxşar proqram təminatının əldə edilməsi zərurətini nəzərə alaraq 2022-ci il 22 noyabr tarixdə başqa bir şirkətlə müqavilə imzalamaq məcburiyyətində qalmışdır. Bunun nəticəsində iddiaçı ciddi maliyyə çətinliyi ilə qarşılaşmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il tarixli 19 iyun tarixli e-2-2(113)1752/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim L.Əliyeva).

10. Məhkəmə qeyd etmişdir ki, iş üzrə müəyyən edilməli olan mübahisəli hal cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq proqram təminatının hazırlanıbhazırlanmaması və lisenziyanın iddiaçıya təqdim edilib-edilməməsindən ibarətdir.

11. Tərəflər arasında bağlanmış müqavilədə və həmin müqaviləyə “Tariflər” adlı 2 saylı əlavədə ödəniş şərtləri müəyyən edilmiş və həmin şərtlərdə proqram təminatının və lisenziyanın dəyəri olan 15.340 manat məbləğində pul vəsaitinin birinci yarısının ilkin ödəniş kimi proqram təminatı təqdim edilənədək, yekun ödənişin isə proqram təminatı təhvil verilən zaman ödənilməsi və yekun ödənişdən sonra iddiaçıya proqramdan istifadə etmək üçün lisenziya (yəni müqaviləyə əsasən istifadəçi adı və şifrənin) təqdim edilməli olması nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçının 2022-ci il 5 mart tarixində ilkin ödənişi etdikdən sonra 2022-ci il 1 iyul tarixində yekun ödənişi də həyata keçirməsi proqram təminatının iddiaçıya təqdim edilməsinə dəlalət edən hallardandır.

12. Digər tərəfdən müqavilə şərtlərində proqram təminatı təhvil verildikdən və ödəniş edildikdən sonra lisenziyanın (yəni istifadəçi adı və şifrənin) təqdim edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş proqramdan skrinşotlardan görünür ki, 2022-ci il 7 iyul tarixindən başlayaraq proqramda Rəşad Cavqalov (iddiaçının qanuni təmsilçisi) adlı istifadəçi yaradılmış və sonuncu həmin proqramda müəyyən əməliyyatları həyata keçirmişdir. Beləliklə, sözügedən skrinşotlar da 2022-ci il 7 iyul tarixində iddiaçıya istifadəçi adı və şifrənin (lisenziyanın) verilməsini və belə olan halda proqram təminatının həmin tarixdən əvvəl təqdim edilməsini təsdiq edir.

13. Məhkəmə proqram təminatının təqdim edilməsinin ehtimal edildiyi tarixdən 2022-ci il 1 iyul tarixindən sonra cavabdeh tərəfindən proqramla bağlı dəfələrlə iddiaçının işçilərinə təlimlərin keçirilməsi, göstərilən halın proqramın təqdim edilməməsinə dəlalət etməsi barədə iddiaçının istinad etdiyi dəlillərinə münasibətdə bildirmişdir ki, proqramdan istifadə ilə bağlı təlim keçirilməsi proqramın hazır olması və təhvil verilməsi faktını istisna etmir. Əksinə mövcud olmayan proqramın işlədilməsi qaydası barədə təlimlərin aparılması inandırıcı görünmür.

14. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ilkin olaraq mübahisəli proqramın ümumiyyətlə təqdim edilməməsinə istinad etsə də, sonradan proqramın lazımi keyfiyyətdə olmamasına, texniki tapşırığa cavab verməməsinə, qüsurların mövcud olmasına, qüsurların gec aradan qaldırılmasına da istina d etmişdir. O cümlədən, iddiaçının nümayəndələri məhkəmə iclasında mübahisəli proqramın texniki tapşırığa uyğun olub-olmaması ilə bağlı məhkəmə ekspertizasının keçirilməsinə zərurətin olmadığını bildirmiş və mövqeyini onunla əsaslandırmışdır ki, proqram hazırda texniki tapşırığa uyğun olsa belə, müqavilədə müəyyən edilmiş müddətdə texniki tapşırığa uyğun şəkildə hazır olmamış və təhvil verilməmişdir.

15. Məhkəmə göstərilən dəlillərlə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi adlandırılsa da, müqavilənin predmetini hazır malın (proqram təminatının və lisenziyasının) təqdim edilməsi deyil, texniki tapşırığa uyğun proqram təminatının hazırlanması, həmin proqramın lisenziyasının təhvil verilməsi (istifadəçi adı və şifrənin yaradılması) və sonradan proqr am təminatının texniki dəstəyinin göstərilməsi təşkil etdiyindən həmin müqavilə xidmət (proqramın texniki şərtlərə uyğun hazırlanması və texniki xidmət göstərilməsi) və alqı-satqı (lisenziyanın təqdim edilməsi) müqavilələrinin ünsürlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, müqavilənin texniki tapşırığa uyğun proqram təminatının (şəxsi səhifənin) hazırlanması və eləcə də hazırlanmış proqram təminatında mövcud qüsurların aradan qaldırılması hissəsinə analogiya üzrə xidmət müqaviləsinə yaxın olan podrat müqaviləsinin müddəaları tətbiq edilməlidir.

16. Hazırkı halda, birincisi, mübahisəli proqram təminatı təqdim edildikdən sonra üzərində işlənilən tapşırıqların proqramda qüsurla, yəni proqramın texniki tapşırığa və ya müqavilədə göstərilən keyfiyyətə cavab verməməsi bağlı olması müəyyən edilmir. Əksinə işin materiallarına əlavə edilmiş proqramla bağlı cavabdeh tərəfindən müxtəlif tarixlərdə verilmiş qeydlərın siyahılarına nəzər saldıqda aydın olmuşdur ki, həmin qeydlər texniki tapşırıqda əks olunmamış əlavə tapşırıqlardır.

17. İkincisi, tərəflər arasında yazışmalarda da proqram təminatında məhz qüsurların olması və həmin qüsurlarla bağlı cavabdehə irad bildirilməsi və qüsurların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə əsasən əlavə vaxt verilməsi və s. müəyyən edilmir.

18. Bununla yanaşı, əlavə tapşırıqların məhz proqram təminatında qüsurların mövcud olması ilə bağlı olması ehtimal edilsə belə, iddiaçının həmin əsasla müqavilədən imtina edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilməsi, yəni qüsurlar barədə cavabdehə xəbər verməklə onların aradan qaldırılması üçün konkret vaxt verməsi, sonradan həmin vaxt ərzində qüsurlar aradan qaldırılmadığı təqdirdə müqavilədən imtina etdiyini bildirməsi işin materialları ilə öz təsdiqini tapmır.

19. Əksinə işin materiallarında olan tərəflər arasında sonuncu yazışma 2022-ci il 22 noyabr tarixində təlim keçirilməsi ilə bağlı olmuş və həmin yazışmada iddiaçı tərəfindən cavabdeh tərəfə proqramda qüsurların mövcud olması, həmin qüsurların aradan qaldırılmalı olması və yaxud qüsurların vaxtında aradan qaldırılmaması səbəbindən müqavilədən imtina edilməsi və ümumiyyətlə müqavilə üzrə görülmüş işin iddiaçını qane etməməsini bildirilməmişdir. İddiaçı yalnız 2022-ci il 30 dekabr tarixində cavabdehə pretenziya məktubu göndərərək, müqavilə üzrə öhdəliklərini ümumiyyətlə icra edilməməsi əsası ilə ödənişin geri qaytarılmasını tələb etmişdir.

20. Bununla bağlı, görülmüş işdə qüsurlarla bağlı podrat müqavilələrindən imtina etməzdən əvvəl həmin qüsurların aradan qaldırılması üçün podratçıya imkan yaradılmasının zəruriliyi həmin müqavilənin xarakterik xüsusiyyətləri ilə bağlıdır. Belə ki, alqı-satqı müqaviləsindən fərqli olaraq podrat (xidmət) müqaviləsində işlər (xidmətlər) sifarişçinin sifarişinə əsasən xüsusi olaraq sifarişçi üçün görülür (göstərilir) və göstərilən hal əksər hallarda həmin işdən (xidmətdən) sifarişçinin imtina etdiyi halda işin (xidmətin) sonradan başqa şəxsə təqdim edilməsi imkanını istisna edir. Bu baxımdan sifarişçinin işdə qüsurların nədən ibarət olmasını aydın şəkildə bildirməməsi (sifarişçinin sadəcə məmulatın onu qane etməməsi bildirməsi yetərli deyil), qüsurların ar adan qaldırılması üçün əlavə müddəti qabaqcadan müəyyən etməməsi və sonradan qüsurlarla bağlı müqavilədən imtina etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. 21. 2022-ci ilin iyul ayında, yəni proqram təminatının cavabdehə təqdim edilməsi ehtimal edildiyi tarixdə texniki şərtdə 22-ci bölmədə qeyd olunan “Məhsul nümunəsi” bölməsinin işləməməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilmişdir ki, proqrama baxış keçirilərkən müəyyən edildiyi kimi məhsul nümunəsi Excel faylı 2022-ci il 5 sentyabr tarixdə cavabdehin nümayəndəsinə göndərilmiş, yəni həmin tarixdən əvvəl sözügedən şablonun sistemə daxil edilməməsi cavabdehin təqsirindən baş verməmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında proqrama baxış zamanı “Məhsul nümunəsi” bölməsinin mövcud olması və işləməsi müşahidə olunmuşdur. 22. 2022-ci il 17 sentyabr tarixində cavabdehə təqdim edilmiş işçilər, məhsul bazası barədə məlumatlarla bağlı isə məhkəmə cavabdehin dəlilləri ilə razılaşmış və göstərmişdir ki, göstərilən baza məlumatların iddiaçının əməkdaşları tərəfindən deyil, məhz cavabdeh tərəfindən sistemə daxil edilməli olması nə müqavilədə, nə də texniki tapşırıqda nəzərdə tutulmamışdır.

23. Beləliklə, məhkəmə hesab etmişdir ki, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan proqram təminatı və lisenziyanın cavabdehə təqdim edilməsi müəyyən edildiyindən, eləcə də təqdim edilmiş proqramda qüsurların mövcud olması ehtimal edilsə belə, həmin qüsurların aradan qaldırılması üçün iddiaçı tərəfindən əlavə müddət verilməsi və cavabdeh tərəfindən iddia çı tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində aradan qaldırılmaması işin materialları ilə öz təsdiqini tapmadığından, iddiaçı müqavilədən imtina edərək müqavilə üzrə ödənilmiş pul vəsaitini geri tələb etməkdə haqlı olmamışdır.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 390.4, 445.8, 763.1, 764.1, 765.1 və 766-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegi yasının 2024-cü il 14 may tarixli, 2-2(103)-39/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilməklə, cavabdehdən 15.340 manat məbləğində pul vəsaitinin, habelə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manatın və apellyasiya şikayətinə görə ödənilmiş 68,1 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və Z.Şirinov).

27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqısı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Həmin müqavilə “alqı-satqı müqaviləsi” ki mi adlandırılsa da, mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki cavabdeh tərəfindən “Proqram-Cubics BMS” əsas və yardımçı modullardan ibarət link formasında çalışan proqram təminatı hazırlanmalı idi və iddiaçıya lisenziya, yəni onun tərəfindən proqramı aktiv etməyə və istifadə etmək hüququ verən simvol dəsti (istifadəçi adı və şifrə) təqdim edilməli idi.

28. Hazırkı iddianın əsası ondan ibarətdir ki, iddiaçı (sifarişçi) müqavilədə nəzərdə tutulmuş pulun ödənilməsi ilə bağlı öhdəliyini tam yerinə yetirmiş, cavabdeh (podratçı) isə öz öhdəliklərini pozaraq həmin müqavilə üzrə yerinə yetirilməli olan işləri tam olaraq həyata keçirməmişdir. Çünki iddiaçının hazırladığı proqram təminatı müqavilədə nəzərdə tutulmuş keyfiyyətə uyğun deyil. Ona görə də, iddiaçı müqavilədən imtina edərək müqa vilə ilə bağlı xərclərin əvəzinin ödənilməsini tələb edir.

29. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələblərinin qanuni əsasını MMin 765-ci maddəsi təşkil edir. Hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.

30. Belə ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş cəmi 15.340 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflərin mübahisələndirdiyi hallar isə cavabdeh tərəfindən hazırlanmış proqram təminatının keyfiyyəti ilə bağlıdır.

31. MM-in 762.1 və 762.2-ci maddələrinə istinad edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, podratın (hazırkı halda cavabdehin hazırladığı proqram təminatının) qüsurlu olub-olmaması halı araşdırılmalıdır.

32. Həmin məsələnin araşdırılması xüsusi bilik tələb edildiyinə görə iş üzrə məhkəmə kompüter-texniki ekspe rtizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il 28 fevral tarixli ekspert rəyində göstərilmişdir ki, 1). Tədqiqatın ilkin mərhələsində İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış 2022-ci il 1 mart tarixli B-3 nömrəli müqavilənin predmeti olan “Cubics BMS” proqramının müqaviləyə aid Əlavə 1-də göstərilən texniki tapşırığın tələblərinə uyğunluğu bəndlər üzrə yoxlanılmışdır. Aparılmış təhlil nəticəsində aşkar olunmuş uyğunsuzluqlar aşağıdakılardır: - Proqram təminatının əsas səhifəsində “Gəlir” kimi qeyd olunmalı bölmənin “Mədaxil” kimi əks olunması (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. a.Gəlir); - Əsas səhifədə “Müştəri borcları (siyahı, vidjet)” bölməsi əsas səhifədə “Müştərilər üzrə borc” kimi əks olunması müəyyən edildi (Texn iki tapşırığın tələbi - 1.Əsas səhifə. k.Müştəri borcları (siyahı, vidjet); - Müştəri borcları üzrə cəmi borcu hesablanmasında fərq aşkar olundu (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. k.Müştəri borcları (siyahı, vidjet); i.cəmi borc); - Müştəri borclarına hər qaimə üzrə baxmaq və Ödəmək imkanı. Ödənişlərin qaimələrə manual şəkildə vurulması. Müştərinin ödənişi hər hansı bir qaimənin məbləğini tam bağlamadığı halda həmin qaimə yarımçıq borclu kimi görünə bilməsi və qaiməyə ödəniş edərkən maksimum həmin qaimə məbləği olmaqla, istənilən məbləği yazmasının mümkün olması tələblərinin tam ödənməməsi aşkar olundu (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. k.Müştəri borcları (siyahı, vidjet); vi.bəndinin tələbi); - Müştəridən gələn müraciətlərin tipi yəni bu lead də ola bilər, satışda ola bi lər və ya yeni satış imkanı. Məsələn tanımadığımız müştəri bizə müraciət edir ki, siz əgər belə təmizlik məhsulu gətirsəniz mənə xəbər edin, bu halda müştərini sistemə daxil edirik və onun müraciəti lead olaraq görünür. Ona satış olanda lead “bitdi” və ya “satış oldu” statusu ilə əvəz edilir; - Texniki tapşırıqda ayrıca bir bölmə kimi nəzərdə tutulmuş “Şirkət bazası”nın proqram təminatında “Müştəri bazası” daxilində qurulmuşdur (Texniki tapşırığın tələbi 3.Şirkət bazası.) - Şirkət bazası daxilində qurulması nəzərdə tutulan Müştərinin tipi (təkrar, yeni): kateqoriya bölməsi “Cubics BMS” proqram təminatında müəyyən olunmadı (Texniki tapşırığın tələbi - 3.Şirkət bazası; aa.bəndi); - Kateqoriyalarla müştəriyə loyallıq statusu manual olaraq təyin edilməli qurulmalı olduğu halda indikatorlar üzr ə qurulmuşdur (Texniki tapşırığın tələbi - 3.Şirkət bazası; bb. Bəndi); - Texniki tələbin 4-cü bəndində “Maliyyə hesabatları” bölməsi daxilində qeyd olunan “Hesabat”, “Gəlir” və “Xərc” bölmələri konkret olaraq bir menyu daxilində deyil proqram təminatında “Tarixçə” və “Əməliyyatlar” bölmələrində qurulmuşdur. “Hesabat” bölməsi daxilində “Avans” adlı bölmə müvafiq proqram təminatında “Tarixçə” bölməsində “Açılış məbləği” kimi öz əksini tapmışdır. “Xərc” menyusu daxilində olması nəzərdə tutulan “Hesabat” bölməsi baxış zamanı müəyyən edilməmişdir (Texniki tapşırığın tələbi - 4 Maliyyə hesabatları; Xərc m. Hesabat) - “Cubics BMS” proqram təminatına baxış zamanı texniki tapşırığın 9-cu bəndində qeyd olunan “Sözləşmələr bölməsi daxilində olması nəzərdə tutulan “Təklif yaratmaq” alt menyusu proq ram təminatında müəyyən olunmadı (Texniki tapşırığın tələbi-9.Sözləşmələr; e.Təklif yaratmaq); - Texniki tapşırığın 10-cu bəndində “POS” bölməsi daxilində olması nəzərdə tutulan “a.İlkin proses satış nümayəndələri tərəfindən ərazidə başlayır. Satış nümayəndələri qaiməni formalaşdırır lakin bu sifariş operator tərəfindən təsdiqlənəcək” alt menyusunun funksionallığı tədqiqat zamanı proqram təminatında müəyyən edilməmişdir; - Texniki tapşırığın 10-cu bəndində “POS” bölməsi daxilində “e.Satış fifo ilə olsun” tələbi FiFo (FİFO - ilk girən ilk çıxar (FİFO) ilk alınan malların ilk satılan mallar olduğunu nəzərdə tutan inventar metodudur) deyil manual formada qurulması müəyyən edilmişdir (Texniki tapşırığın tələbi - 10.POS; e.Satış fifo ilə olsun); - Texniki tapşırığın 17-ci bəndində nəzərdə tutul an APİ inteqrasiyalar daxilində olan 1C 2 tərəfli inteqrasiya tədqiqat zamanı proqram təminatında müəyyən edilməmişdir (Texniki tapşırığın tələbi -

17. APİ inteqrasiyalar (1C proqram təminatı); a.1C inteqrasiya 2 tərəfli); - Texniki tapşırığın 19-cu bəndində problemli müştərilər üçün nəzərdə tutulan satış limitinin tətbiq edilməsi müəyyən edilmədi (Texniki tapşırığın tələbi-19.Müştəriyə satış limiti (problemli müştəri olduqda)); - Texniki tapşırığın 22-ci bəndində b.Müştəri adı, c.Satış meneceri və Məhsul adı siyahıdan seçim kimi qurulması nəzərdə tutulsa da, proqram təminatında bütün bunların manual (əl ilə daxil edilməsi) olması aşkar olunmuşdur; - Texniki tapşırığın 22-ci bölmənin f.Statusu (qayıdıb-qayıtmamağı cədvəldə sadəcə dropdown kimi ola bilər ki, qayıdanda dəyişib qayıt olaraq t əyin edək) bəndində nəzərdə tutulan dəyişiklik funksionallığı proqram təminatında müəyyən olunmadı; - Beləliklə, aparılmış tədqiqat nəticəsində 2022-ci il 1 mart tarixli B-3 nömrəli müqavilənin predmeti olan “Cubics BMS” proqram təminatında müqaviləyə aid Əlavə 1-də göstərilən bütün texniki tələblərin tam ödənməməsi müəyyən olundu. 2). Tədqiq olunan “Cubics BMS” proqram təminatına dair mənbə kodlarında aparılmış funksional dəyişikliyə dair Cavabdeh MMC-nin əməkdaşları tərəfindən təqdim edilmiş loglar əsasında sonuncu funksional dəyişikliyin 2022-ci il 21 noyabr tarixində aparılması müəyyən edildi. 3). İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 2022-ci il 12 aprel tarixli qeydlər yerində baxış zamanı tədqiqata təqdim edilməməsi səbəbindən qeyd olunan texniki tapşırığın tələblərinin “Cubics BMS” proqram təminatına yoxlanması mümkün olmamışdır. 4). Aparılmış tədqiqat nəticəsində 2022-ci il 20 iyun tarixli 24 bəndən İbarət qeydlərdən yalnız aşağıda qeyd olunan 3 (üç) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır. - Borc deadline-na görə sort vermək (15, 30, 45 və s.); - Borc cədvəlinə cavabdeh şəxs yazılsın; - Müştəriyə satış limit əlavə edilməlidir (məhsul kateqoriyasına görə). 2022-ci il 21 iyul tarixli 14 bənddən ibarət qeydlərdən yalnız aşağıdakı qeyd olunan 02 (iki) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır. - Müştəri daxilində cavabdeh şəxs olmalıdır və həmin bölmənin adı Cavabdeh şəxs deyil, Satış Təmsilçisi olmalıdır. - Maya dəyərinin avtomatik formalaşdırılması. 2022-ci il 12 sentyabr tarixli 13 bənddən ibarət qeydlər dən yalnız aşağıda qeyd olunan 01 (bir) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır: - Hər anbara görə 1 kassa limiti qeyd olunsun (4 anbar, 4 kassa). 2022-ci il 4 oktyabr tarixli 29 bənddən ibarət qeydlərdən yalnız aşağıda qeyd olunan 01 (bir) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır: - Müştəri statusu yaradılmalıdır (problem müştəri üçün və satış limiti qoyulmalıdır, limiti keçdikdə alert görsənsin). 5). İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 2022-ci il 20 iyun, 21 iyul, 12 sentyabr və 4 oktyabr tarixli qeydlərdə Əlavə 1-də göstərilən tələblərə dair düzəlişlər və əlavə olaraq “Cubics BMS” proqram təminatına dair yeni tələblər öz əksini tapmışdır. 6). Yerində baxış zamanı Cavabdeh MMC-nin əməkdaşları tərəfindən təqdim edilmiş rə qəmsal qeydlərdə “Cubics BMS” proqram təminatı üzərində 04 dəfə yenilənmənin (update)-in aparılması qeyd olunmuşdur. 2024-cü il 29 yanvar tarixdə yerində baxış zamanı tədqiq olunan proqram təminatı üzərində aparılan yenilənmə tarixləri texniki qeydlərdə 4 ay əvvəl, 16 ay əvvəl və 21 ay əvvəl kimi əks olunması müəyyən edildi. “Cubics BMS” proqram təminatına dair mənbə kodlarının virtual server olan “digital oceann”-da 165.22.21.207 İP ünvan üzərindən 2022-ci il 11 aprel tarixində yaradılması müəyyən olundu.

33. Ekspert rəyindən göründüyü kimi cavabdehin təqdim etdiyi proqram təminatı ilə müqavilədə nəzərdə tutulmuş texniki şərtlər arasında bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Həmin uyğunsuzluqlar həm bəzi texniki şərtlərin düzgün icra olunmaması, həm də bəzi texniki şərtlərin ümumiyyət lə yerinə yetirilməməsindən ibarətdir. Qeyd olunan hallar isə belə nəticəyə gəlməyə əsas verir ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun olmadığına görə qüsurludur.

34. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 765-ci maddəsinə əsasən müqavilədən imtina edərək, müqavilə ilə bağlı xərclərin əvəzini, yəni cavabdehə ödədiyi cəmi 15.340 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

35. Məhkəmə qeyd etmişdir ki, cavabdehin hazırladığı proqram təminatı hazırda da müqavilə ilə şərtləşdirilmiş keyfiyyətə uyğun olmadığına, yəni qüsurlu olduğuna görə iddiaçı tərəfindən müqavilə üzrə pulun tam ödəməsi, əlavə tapşırqların verilməsi və cavabdeh tərəfindən treninqlərin keçirilməsi mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Əksinə sonuncu iki fakt təsdiq edir ki, iddiaçı Mülki Məcəllənin 763.1-ci maddəsinə uyğun olaraq qüsurların aradan qaldırılması üçün əlavə icra tələb etmişdir.

36. Habelə, Məcəllənin 765-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsurlar tamamilə aradan qaldırılmadığına görə, iddiaçı müqavilədən imtina edə edərək müqavilə ilə bağlı xərclərin əvəzinin ödəməsini tələb etmişdir. Göründüyü kimi həmin hallar iddianın əsassız deyil, əsaslı olmasına dəlalət edir.

37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 752.1, 762.1, 762.2, 763.1, 764.1, 765-ci və MPM-in 77.1, 97.1, 385.1.1, 385.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024cü il 24 oktyabr tarixli 2-2(102)-545/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim E.Şamayev, hakimlər A.Abbasov və B.Məmmədli).

40. Məhkəmə kollegiyası razılaşmışdır ki, tərəflər arasında bağlanmış “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsi mahiyyət etibarı ilə podrat müqaviləsidir və mübahisəyə MM-in bununla bağlı müvafiq müddəaları tətbiq edilməli və hazırkı mübahisə podratçı tə rəfindən icra olunmuş işin qüsurlu olub-olmaması ilə bağlıdır.

41. Belə ki, iddia ərizəsində iddiaçı sifarişin ümumiyyətlə icra edilməməsini göstərsə də, birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, müqavilə üzrə nəzərdə tutulan proqram təminatı faktiki icra olunmuş, mübahisə bu proqramın lazımi keyfiyyətdə olmaması, müqaviləyə 1 saylı Əlavədə göstərilən texniki tapşırığa cavab verməməsi, qüsurlu olması ilə bağlı olmuşdur.

42. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsasını müəyyən edərkən əsaslı olaraq MM-in 762 və 765-ci maddələrinə istinad etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbində irəli sürülən halların bu normaların dispozisiya şərtlərinə uyğun olub-olmamasını tam araşdırmamış, bununla bağlı tərəflərin təqdim etdiklə ri sübutlara hüquqi qiymət verməmişdir.

44. Belə ki, MM-in 765-ci maddəsinin dispozisiya şərtlərinə əsasən sifarişçinin müqavilədən imtina etməsi və çəkdiyi xərcləri podratçıdan tələb olunması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1. məmulat qüsurlu olmalı; 2. bu qüsur barəsində podratçıya məlumat verilməklə, onun aradan qaldırılması üçün əlavə vaxt verilməli; 3. müəyyən olunan müddət ərzində qüsur tamamilə aradan qaldırılmamalıdır.

45. Qanunun bu normasının 1-ci halının mövcudluğu MM-in 762-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Hazırkı iş üzrə tərə flər arasında bağlanılan podratın nəticəsinin keyfiyyəti – proqram təminatının texniki göstəriciləri müqavilənin 1 saylı Əlavəsi ilə şərtləndirilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi podratın qüsurlu olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə kompüter-texniki ekspertizası keçirmiş və iddianı təmin edərkən mövqeyini həmin rəy ilə əsaslandırmışdır. Lakin bu zaman, məhkəmə ekspert rəyində gəlinən nəticələri yalnız sadalamaqla kifayətlənmiş, həmin rəyi işdə olan digər sübutlarla əlaqəli qiymətləndirməmişdir.

47. MPM-in 97.1, 101.7, 103.1-ci maddələrinin mənasına görə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rə yi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Hazırkı iş üzrə ekspert rəyində cavabdeh tərəfindən tərtib olunmuş proqramda müqaviləyə aid texniki tapşırığın tələblərinə uyğun olmayan bir sıra bəndlərə istinad olunsa da, həmin uyğunsuzluqların müqavilənin qüsurlu olub-olmamasına dəlalət etməsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.

48. Belə ki, görülən işlə müqavilədəki formal tələblər arasında uyğunsuzluqlar olması hələ işin qüsurlu icra olunması kimi qiymətləndirilə bilməz. Həmin uyğunsuzluqlar görülən işin mahiyyətindən irəli gəlməklə, proqram təminatının funksionallığının azalmasına və ya əksinə artmasına, proqramla işləməsinin mürəkkəbləşməsinə və ya sadələşdirilməsinə səbəb ola bilər, bəzi hallarda isə formal (mi sal üçün proqram təminatının səhifə və bölmələrinin adlarının başqa cür ifadə edilməsi, bölmələrin ardıcıllığının texniki şərtə uyğun sıralanmaması və s.) və asanlıqla aradan qaldırılan ola bilər.

49. Kassasiya kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi ekspert rəyində qeyd olunan hər bir uyğunsuzluq üzrə tərəflərlə, zərurət bilindiyi halda isə ekspertlə müzakirə aparmalı, həmin uyğunsuzluqların proqram təminatının normal və müqavilədə göstərilən tələblərə uyğun işləməsinə maneə olub-olmaması müəyyən etməli və bunun nəticəsində işin qüsurlu görülüb-görülməməsinə hüquqi qiymət verilməli idi ki, iş materiallarından belə araşdırma aparılması müəyyən olunmur.

50. Digər tərəfdən, cavabdeh müqavilə ilə müəyyən olunan vaxtda və keyfiyyətdə icra olunmasını onunla əsaslandırmışdır ki, pro qram təminatı iddiaçıya təhvil verilmiş, həmin proqramdan istifadə ilə bağlı iddiaçının əməkdaşlarına təlimlər keçirilmiş, sonuncu işi qəbul etdikdən sonra isə müqavilə şərtlərinə uyğun müvafiq muzdu tam ödəmişdir.

51. Birinci instansiya məhkəməsində proqram təminatına baxış keçirilmiş və bu zaman, proqram təminatı vasitəsilə endirimli satış qaiməsinin hazırlanması prosesi göstərilmiş, “məhsul nümunəsi” bölməsi nümayiş olunmuş, eləcə də məhsul nümunəsi şablonunun iddiaçının nümayəndəsi tərəfindən 2022-ci il 5 sentyabr tarixdə cavabdehin nümayəndəsinə göndərilməsini təsdiq edən məktub və əlavəsi göstərilmişdir.

52. Həmçinin, birinci instansiya məhkəməsi iş materiallarında olan "xxxx" yazışmaları və "xxxx" səsli danışıqların qeyd edildiyi flash-diskə və “DVD RW” diskə baxış keçirmiş və müə yyən etmişdir ki, 2022-ci il 2 iyun tarixdə Cavabdeh MMC ilə (Jalil Aliyev) İddiaçı MMC arasında (Elektron ünvan ) aparılmış “e-mail” yazışmaları əsasında Elektron ünvan email ünvanına təlim videoları və səs yazıları göndərilmiş, “Rashad Novator” adlı "xxxx" istifadəçisi (iddiaçı MMC-nin direktoru Çavqalov Rəşad) ilə “Jalil B.Cubics” adlı "xxxx" istifadəçisi (cavabdehin nümayəndəsi Nümayəndə4), “Mircelal Cubics” adlı "xxxx" istifadəçisi (cavabdeh MMC-nin əməkdaşı Mircəlal Mövsümov) arasında aparılan "xxxx" yazışmalarında 2022-ci il 20 iyun tarixdə X3 Çavqalova tapşırıq siyahısı üzrə əlavə qeydlər (X5 adlı fayl) göndərmiş, 2022-ci il 17 sentyabr tarixdə X3 Çavqalova sistem üçün lazım olan məlumatların (işçilərin siyahısı, müştəri bazası və məhsul bazasını) Excel faylda göndərilməsini xahiş etmiş və Rəşad Çavqalov “əməkdaşlar.xlsx” və “nomenklatura.xlsx” adlı faylları Mircəlal Mövsümova göndərmiş, 2022-ci il 21 sentyabr tarixdə X4 Mövsümova müraciət edərək, nə vaxt başlayacaqlarını soruşmuşdur. "xxxx" vasitəsilə ilə aparılan danışıqlarında isə 2022-ci il 12 sentyabr tarixində X3 Çavqalova taskların bitirildiyini, 1-2 məsələ qaldığını, sabah səhər əlaqə saxlayıb danışacaqlarını bildirmiş, 2022-ci il 21 sentyabr tarixində isə X3 Çavqalova sistemin hazır olduğunu, sistemin onlar tərəfindən hazırlandığını, Rəşad Çavqalov tərəfindən göndərilən excel faylları üzrə işçilərin, partnyorların və məhsulların siyahısının sistemə idxal olunduğunu, yalnız son tarixə əsasən partnyor borcları və məhsulun son tarixə stock sayı sistemə əlavə olunmalı olmasını, həmin məsələlərin (son tarixə əsa sən partnyor borcları və məhsulun son tarixə stock sayı) sistemə əlavə olunması ilə bağlı həftənin axırına Fazil bəylə danışmasını və bir daha sistemin tam hazır olduğunu bildirmişdir

53. Birinci instansiya məhkəməsinin iclasında “DVD-R” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə Rəşad Çavqalova və İddiaçı MMC-nin digər əməkdaşına “Cubics BMS” Proqram təminatı sistemi barədə meet.google.com portalı üzərindən online-video təlim keçirilmişdir.

54. Lakin apellyasiya məhkəməsi cavabdehin etirazının dəlillərinin əsasını təşkil edən bu sübutlara ümumiyyətlə hüquqi qiymət verilməmiş, yalnız ekspert rəyinə istinad edilməklə, proqram təminatının qüsurlu olması qənaətinə gəlmiş, cavabdehin dəlillərinin mübahisənin həlli üçün əhəmiyyət kəsb etmədiyini göstə rmişdir. Halbuki, podrat müqaviləsi üzrə işin qüsurlu görünməsi müəyyən olunsa belə, proqram təminatı iddiaçıya təhvil verildikdən və onun istifadəsində olduqdan, o cümlədən istifadə ilə bağlı təlimlər keçirildikdən sonra iddiaçının proqramda ekspert rəyində sadalanan və ya başqa qüsurların olması barədə cavabdehə pretenziya yollaması, həmin qüsurların aradan qaldırılmasını tələb etməsini və buna vaxt verilməsi, bu vaxt ərzində cavabdehin nöqsanları aradan qaldırmaması, yəni MM-in 765-ci maddəsinin dispozisiya şərtinin ikinci və üçüncü hallarının hazırkı iş üzrə müəyyən olunması apellyasiya məhkəməsi əsaslandırmamışdır.

55. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının 2022-ci il 21 iyul, 2022-ci il 12 sentyabr və 2022-ci il 4 oktyabr tarixlərdə verdiyi əlavə tapşırıqların qüsu r barədə məlumat olub-olmasına əlavə qiymət verilməlidir.

56. Belə ki, ilk olaraq həmin tapşırıqların müqavilənin tərkib hissəsi olan Əlavə-1 ilə əhatə olunub-olunmaması, yəni həmin Əlavədə nəzərdə tutulan texniki şərtlərin düzgün icra olunmamasından irəli gəlib-gəliməməsi və ya əlavə tələb olması araşdırılmalıdır.

57. Digər tərəfdən, əlavə tapşırıqlar işin qüsuru ilə bağlı olsa belə, onların ekspert rəyinə görə icra edilməyən hissələrinin bu qərarın 63-cü bəndindəki meyarlara uyğunluğuna hüquqi qiymət verilməlidir

58. Nəhayət, məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarına hüquqi qiymət verilərkən, tərəflər arasında bağlanan podrat müqaviləsi ilə yaradılan proqram təminatının və ondan istifadənin xüsusatları nəzərə alınmalıdır. Belə ki, proqram təminatının istifadəsi zamanı mütəma di olaraq əlavə tələblərin ortaya çıxması istisna olunmur. Məhz bu hallar nəzərə alınmaqla, müqavilədə proqramın fasiləsiz işlənməsi üçün yeniliklərin yüklənməsi (update), proqramın mütəmadi texniki dəstəyin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə yeniliklərin ortaya çıxması və proqramın fəaliyyəti üçün əlavə texniki dəstəyin tələb edilməsi MM-in 765-ci maddəsi ilə nəzərdə tutulan qüsur kimi dəyərləndirilməsi, müqavilənin mahiyyətinə zidd və iddiaçı tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.

59. Məhkəmə gəldiyi nəticəni MM-in 5.3, 386.1, 425, 442, 752.1, 759.1, 762.1, 762.2, 763.1, 765-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

60. Bakı Apellyasiya Məhkəməsinin Kom mersiya kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-143/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim T.Mahmudova, hakimlər M.Məmmədov və E.Həsənov).

61. İşə yenidən apellyasiya qaydasında baxılarkən 2025-ci il 24 yanvar tarixli məhkəmə iclasında dindirilmiş ekspert X1 bildirmişdir ki, 2024-cü il 28 fevral tarixdə rəy vermişdir, onların tədqiqat obyekti proqram təminatıdır. İş icraatına daxil olduqdan sonra proqram təminatına yerində baxış keçirilməsi barədə vəsatət ünvanladı, nəticədə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə iki dəfə yerində baxış keçirildi. Bunlardan biri iddiaçıda, digəri isə cavabdehdə həyata keçirilmişdir. Yerində baxış həyata keçirilən zaman ekspert qarşısına qoyulmuş sualları cavablandırmaq üçün tədqiqat obyekti olan proqram təminatına ümumi baxış həyata keçirilmiş və texniki şərtin tələbləri hər biri ayrılıqda icra edilib yoxlanılaraq lazımi məlumatlar əldə edilmiş və ekspert qarşısına qoyulmuş suallar cavablandırılaraq rəy tərtib edilmişdir. Proqram təminatındakı uyğunsuzluqlar və çatışmazlıqların asanlıqla aradan qaldırıla bilən problem olması, funksionallığa təsir edibetməməsi barədə sual qoyulmadığı üçün münasibət bildirməmişdir. Bundan əlavə, bu məsələnin araşdırılması kompüter-texniki ekspertizanın predmeti deyil, burada konkret əməliyyatlar mövcuddur, hansı ki, kod üzərində yazılıb həll edilməlidir. Bu səbəbdən bu suala cavab verə bilməyəcək. Bütün tapşırıqları ayrı-ayrılıqda yoxlamış və orada nə uyğunsuzluq va rsa, rəydə əsaslandırmışdır. Daha sonra yerdə qalan 20 iyun, 21 iyul, 12 sentyabr, 4 oktyabr tələbləri var ki, bu tələblər də eyni qaydada digər texniki tapşırıqlar kimi yoxlanılıb və hansıların uyğun olub, hansıların isə uyğun olmadığı rəydə öz əksini tapmışdır. Qeyd olunan tapşırıqların hamısı yoxlanılıb. Rəydə qeyd olunanların hər biri tərəflərin iştirakı ilə və ümumi monitorda əks etdirilməklə detallı şəkildə yoxlanılmışdır. Sual qoyulmuşdur ki, texniki tələbdə göstərilən bəndlər proqram təminatında icra edilmişdirmi, o həmin texniki tələbləri yoxladıqda texniki tələbdə qeyd edilib, lakin proqram təminatında yerinə yetirilməyən bəndlər aşkar edilmişdir və rəydə hər biri göstərmişdir. Bu qüsur deyil, sadəcə olaraq bu əmr icra edilməli olduğu halda icra edilməmişdir, Burada mənbə kodu mö vcuddur və bu kod üzərində proram təminatı qurulmuşdur, bu kodu yazan proqramist istədiyi zaman ora müvafiq funksiyaları əlavə edə və çıxara bilər.

62. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə və Əlavə 2-də ödəniş şərtləri müəyyən edilmiş və həmin şərtlərdə proqram təminatının və lisenziyanın dəyəri olan 15.340 manat məbləğində pul vəsaitinin birinci yarısının ilkin ödəniş kimi proqram təminatı təqdim edilənədək, yekun ödənişin isə proqram təminatı təhvil verilən zaman ödənilməsi və yekun ödənişdən sonra iddiaçıya proqramdan istifadə etmək üçün lisenziya (yəni müqaviləyə əsasən istifadəçi adı və şifrənin) təqdim edilməli olması nəzərdə tutulmuşdur.

63. Hazırkı halda, iddiaçının 2022-ci il 5 mart tarixində ilkin ödənişi etdikdən sonra 2022-ci il 1 iyun ta rixində yekun ödənişi də həyata keçirməsi proqram təminatının iddiaçıya təqdim edilməsinə dəlalət edən hallardandır. İkincisi, müqavilə şərtlərində proqram təminatı təhvil verildikdən və ödəniş edildikdən sonra lisenziyanın (yəni istifadəçi adı və şifrənin) təqdim edilməsi nəzərdə tutulmuşdur.

64. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş proqramdan ekran görüntülərindən (skrinşot) görünür ki, 2022-ci il 7 iyun tarixindən başlayaraq proqramda Rəşad Cavqalov (iddiaçının qanuni təmsilçisi) adlı istifadəçi yaradılmış və sonuncu həmin proqramda müəyyən əməliyyatları həyata keçirmişdir. Sözügedən ekran görüntüləri də (skrinşotlar) 2022-ci il 7 iyun tarixində iddiaçıya istifadəçi adı və şifrənin (lisenziyanın) verilməsini və belə olan halda proqram təminatının həmin tarixdən əvvəl təqdim ed ilməsini təsdiq edir.

65. Proqram təminatının təqdim edilməsinin ehtimal edildiyi tarixdən - 2022-ci il 1 iyun tarixindən sonra cavabdeh tərəfindən proqramla bağlı dəfələrlə iddiaçının işçilərinə təlimlərin keçirilməsi, göstərilən halın proqramın təqdim edilməməsinə dəlalət etməsi barədə iddiaçının istinad etdiyi dəlillərinə münasibətdə bildirilmişdir ki, proqramdan istifadə ilə bağlı təlim keçirilməsi proqramın hazır olması və təhvil verilməsi faktını istisna etmir. Əksinə mövcud olmayan proqramın işlədilməsi qaydası barədə təlimlərin aparılması inandırıcı görünmür.

66. Məhkəmə qeyd etmişdir ki, 2022-ci il 1 iyun tarixindən sonra proqram təminatında mövcud çatışmazlıqların üzərində işlənilməsi barədə tərəflər arasında yazışmaların mövcudluğu, eləcə də təlim videolarından da proqramda qüsu rların mövcud olmasının görünməsi proqram təminatının təqdim edilməməsini deyil, təqdim edilmiş proqram təminatında qüsurların mövcud olmasını və yaxud da iddiaçının proqramla bağlı əlavə qeydlərin (tapşırıqların) olmasını təsdiq edən sübutlar qismində qəbul edilə bilər.

67. Cavabdeh tərəfindən təqdim edilmiş proqram təminatının test versiyası (beta versiya) olması, yekun versiyanın isə təqdim edilməməsi barədə iddiaçının dəlillərinə gəldikdə isə, iddiaçı həmin dəlillərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

68. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi adlandırılsa da, müqavilənin predmetini hazır malın (proqram təminatının və lisenziyasının) təqdim edilməsi deyil, texniki tapşırığa uyğun proqram təminatının h azırlanması, həmin proqramın lisenziyasının təhvil verilməsi (istifadəçi adı və şifrənin yaradılması) və sonradan proqram təminatının texniki dəstəyinin göstərilməsi təşkil etdiyindən həmin müqavilə xidmət (proqramın texniki şərtlərə uyğun hazırlanması və texniki xidmət göstərilməsi) və alqı-satqı (lisenziyanın təqdim edilməsi) müqavilələrinin ünsürlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, müqavilənin texniki tapşırığa uyğun proqram təminatının (şəxsi səhifənin) hazırlanması və eləcə də hazırlanmış proqram təminatında mövcud qüsurların aradan qaldırılması hissəsinə analogiya üzrə xidmət müqaviləsinə yaxın olan podrat müqaviləsinin müddəaları tətbiq edilməlidir.

69. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilənin şərtlərinin cavabdeh tərəfindən icra edilməməsi iş materialları ilə müəyyən edilməmiş, məhz bu halın araşdırılması üçün birinci apellyasiya icraatında tədqiqat aparan ekspert məhkəməyə dəvət edilmiş, ekspert görülən işlərdə qüsurların olmadığını bildirmişdir. İddiaçı məhkəməyə cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini və ya qüsurlu icra etməsi barədə sübutlar təqdim edə bilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

70. Hazırkı halda, birincisi, mübahisəli proqram təminatı təqdim edildikdən sonra üzərində işlənilən tapşırıqların proqramda qüsurla, yəni proqramın texniki tapşırığa və ya müqavilədə göstərilən keyfiyyətə cavab verməməsi ilə bağlı olması müəyyən edilmir. Əksinə işin materiallarına əlavə edilmiş proqramla bağl ı cavabdeh tərəfindən müxtəlif tarixlərdə verilmiş qeydlərın siyahılarına nəzər saldıqda aydın olmuşdur ki, həmin qeydlər texniki tapşırıqda əks olunmamış əlavə tapşırıqlardır.

71. İkincisi, tərəflər arasında yazışmalarda da proqram təminatında məhz qüsurların olması və həmin qüsurlarla bağlı cavabdehə irad bildirilməsi və qüsurların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə əsasən əlavə vaxt verilməsi və s. müəyyən edilmir.

72. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, əlavə tapşırıqların məhz proqram təminatında qüsurların mövcud olması ilə bağlı olması ehtimal edilsə belə, iddiaçının həmin əsasla müqavilədən imtina edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilməsi, yəni qüsurlar barədə cavabdehə xəbər verməklə onların aradan qaldırılması üçün konkre t vaxt verməsi, sonradan həmin vaxt ərzində qüsurlar aradan qaldırılmadığı təqdirdə müqavilədən imtina etdiyini bildirməsi işin materialları ilə öz təsdiqini tapmır.

73. Əksinə işin materiallarında olan tərəflər arasında sonuncu yazışma 2022-ci il 22 noyabr tarixində təlim keçirilməsi ilə bağlı olmuş və həmin yazışmada iddiaçı tərəfindən cavabdeh tərəfə proqramda qüsurların mövcud olması, həmin qüsurların aradan qaldırılmalı olması və yaxud qüsurların vaxtında aradan qaldırılmaması səbəbindən müqavilədən imtina edilməsi və ümumiyyətlə müqavilə üzrə görülmüş işin iddiaçını qane etməməsi bildirilməmişdir.

74. İddiaçı yalnız 2022-ci il 30 dekabr tarixində cavabdehə pretenziya məktubu göndərərək müqavilə üzrə öhdəliklərini ümumiyyətlə icra edilməməsi əsası ilə ödənişin geri qaytarılmasını tələ b etmişdir. Görülmüş işdə qüsurlarla bağlı podrat müqavilələrindən imtina etməkdən əvvəl həmin qüsurların aradan qaldırılması üçün podratçıya imkan yaradılmasının zəruriliyi həmin müqavilənin xarakterik xüsusiyyətləri ilə bağlıdır.

75. Belə ki, alqı-satqı müqaviləsindən fərqli olaraq podrat (xidmət) müqaviləsində işlər (xidmətlər) sifarişçinin sifarişinə əsasən xüsusi olaraq sifarişçi üçün görülür (göstərilir) və göstərilən hal əksər hallarda həmin işdən (xidmətdən) sifarişçinin imtina etdiyi halda işin (xidmətin) sonradan başqa şəxsə təqdim edilməsi imkanını istisna edir. Bu baxımdan sifarişçinin işdə qüsurların nədən ibarət olmasını aydın şəkildə bildirməməsi (sifarişçinin sadəcə məmulatın onu qane etməməsi bildirməsi yetərli deyil), qüsurların aradan qaldırılması üçün əlavə müddəti qaba qcadan müəyyən etməməsi və sonradan qüsurlarla bağlı müqavilədən imtina etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

76. Kollegiya məhz bu hal ilə bağlı və kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərini nəzərə alaraq birinci apellyasiya icraatı zamanı tədqiqat aparan ekspertin məhkəmə iclasında iştirakını təmin etmişdir. Ekspert məhkəmə iclasında ekspertiza qərardadında qeyd olunan suallara ətraflı cavab verib, texniki tələbləri yoxlarkən şərtlərin texniki tələbdə qeyd edilməsini, lakin proqram təminatında yerinə yetirilməyən bəndlərin aşkar edilməsini və rəydə hər birini göstərdiyini qeyd etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, bu qüsur deyil, sadəcə olaraq bu əmr icra edilməli olduğu halda proqram təminatında icra edilməmişdir. Bu tip çatışmazlıqların aradan qald ırılması mümkündür, burada mənbə kodu mövcuddur və bu kod üzərində proqram təminatı qurulmuşdur. Bu kodu yazan proqramist istədiyi zaman ora müvafiq funksiyaları əlavə edə və çıxara bilər.

77. Birinci instansiya məhkəməsində məhkəmə iclasında proqrama baxış zamanı “Məhsul nümunəsi” bölməsinin mövcud olması və işləməsi müşahidə olunmuşdur. 2022-ci il 17 sentyabr tarixində cavabdehə təqdim edilmiş işçilər, məhsul bazası barədə məlumatlarla bağlı cavabdehin dəlilləri ilə razılaşmış və göstərmişdir ki, göstərilən baza məlumatların iddiaçının əməkdaşları tərəfindən deyil, məhz cavabdeh tərəfindən sistemə daxil edilməli olması nə müqavilədə, nə də texniki tapşırıqda nəzərdə tutulmamışdır.

78. Kollegiya həmçinin məhkəmə iclasında iddiaçı tərəfindən qüsurların aradan qaldırılması ilə bağlı MM-nin 763.1-ci maddəsində nəzərdə tutulmuş əlavə müddətin təyin edilməməsini, bu barədə cavabdehə müraciət edilməməsini müəyyən etmişdir.

79. İşin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan proqram təminatı və lisenziyanın cavabdehə təqdim edilməsi müəyyən edildiyindən, eləcə də təqdim edilmiş proqramda qüsurların mövcud olması ehtimal edilsə belə, həmin qüsurların aradan qaldırılması üçün iddiaçı tərəfindən əlavə müddət verilməsi və cavabdeh tərəfindən iddiaçı tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində aradan qaldırılmaması iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçı müqavilədən imtina edərək müqavilə üzrə ödənilmiş pul vəsaitini geri tələb etməkdə haqlı olmamışdır.

80. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 425.2, 445.8, 763.1, 764.1, 765, 766-cı maddələrinə istinadla əsaslandırmışdır.

81. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

82. MM-nin 763.1-ci maddəsi üzrə - məhkəmə qətnaməni işin ekspert rəyi və digər etibarlı sübutları ilə öz təsdiqini tapan halları ilə deyil ehtimallar əsasında qəbul etmişdir. Bu hal onu göstərir ki, proqram təminatı qanunla müəyyən olunmuş qaydada təhvil verilmədiyi halda, məhkəmənin MM-nin 763.1-ci maddəsinə əsaslanması düzgün olmamışdır. Məhkəmə bu halda icraçı tərəfindən üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və səviyy ədə yerinə yetirməməsinə dair MM-in 451-ci maddəsinin tələblərini tətbiq etməli idi.

83. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə üçün yalnız cavabdeh tərəfin verdiyi sübutların əhəmiyyəti var və onlar üzərindən qətnaməni əsaslandırmağa çalışmışdır. Ancaq onlar tərəfdən təqdim edilən sübutlara və eləcə də ekspert rəyinə (hansı ki xüsusi bilik tələb edən sahədir) qiymət verilməyərək əsassız qətnamə qəbul etmişdir.

84. Tərəflər arasında bağlanmış Müqavilədə və Əlavə 2-də ödəniş şərtləri müəyyən edilmiş və həmin şərtlərdə proqram təminatının və lisenziyanın dəyəri olan 15.340 manat məbləğində pul vəsaitinin birinci yarısının 7.670 manatı ilkin ödəniş kimi proqram təminatı üzrə işə başlanılması üçün icraçıya ödənilməsi 2022-ci il 5 mart tarixində və proqram təminatı tam hazır olanda isə 2022-ci il 1 iyun tarixində qalan 7.670 manat pulun tam ödənilməsindən sonra proqram təminatının Təhvil-təslim olunması nəzərdə tutulmuşdur. Əlavə 2-nin Qeydində isə “Cubics BMS” proqram təminatının 30-45 iş günü ərzində təhvil verilməli olması razılaşılmışdır. İşin bu halları rəsmi sübutlarla təsdiqini tapdığı halda məhkəmə pulun ikinci hissəsinin ödənilməsini proqram təminatının hazır olması və təhvil verilməsini təsdiq edən sübut kimi qəbul edərək, səhv nəticəyə gəlmişdir.

85. Müqavilədə ödənişin ikinci hissəsi edildikdən sonra “Cubics BMS” proqram təminatının Təhvil-təslimi aparılmalı və istifadəsi üçün lisenziyanın təqdim olunması nəzərdə tutulduğu halda, məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş proqramın ekran görüntülərinə (skrinşot) baxış keçirərək bu nəticəyə gəlmişdir. Halbuki, iş üzrə birinci apellyasiya icraatı zamanı məhkəmə-kompüter-texnikası ekspertizası keçirilərək ekspert rəyi alınmışdır.

86. Məhkəmə nəzərə almalı idi ki, proqram təminatının müəyyən (test) variantının sifarişçiyə ilkin tanışlıq üçün təqdim edilməsi hər hansı hüquqi nəticə yaratmır. Lakin proqram təminatının mülki qanunda nəzərdə tutulmuş təhvil-təslim aktı əsasında təhvil verilməsi, əgər təhvil verilmiş işdə hər hansı qüsurların mövcud olması halında sifarişçinin həmin qüsurların aradan qaldırılmasını tələb etmək hüququnu yaradır və bu hüquqdan irəli gələn digər hüquqi nəticələr də mövcud olur.

87. Cavabdeh tərəf proqram təminatının cavabdehə təhvil-təslim etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə proqram təminatının təhvil verilməsi qənaətinə gəlmişd ir. Məhkəmənin qətnaməsində məhkəmə iclasında iddiaçı tərəfindən qüsurların aradan qaldırılması ilə bağlı MM-nin 763.1-ci maddəsində nəzərdə tutulmuş əlavə müddətin təyin edilməməsini, bu barədə cavabdehə müraciət edilməməsini göstərməklə, bir daha qanunla müəyyən olunmuş qaydada təhvil verilməyən bir proqram təminatının guya təhvil verilməsi, iddiaçıya qanunda nəzərdə tutulmayan məcburiyyətlə qəbul etdirməsi kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

88. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

89. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

90. Kassasiya instansiy ası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

91. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Ma ddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləy ə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur....” “Maddə

763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər....” “Maddə

765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtin a edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.”

92. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

93. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

94. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

95. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tə ləbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

96. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

97. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-143/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar