Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-464/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 21.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(103)-504/2022 saylı qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – “İddiaç ı”) Cavabdeh MMC-yə (bundan sonra – “Cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən ƏDV daxil olmaqla 342.986 manat pul vəsaitinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 fevral tarixli e-2-2(113)-273/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 110.303,64 manat əsas borc və 62.540,48 manat ƏDV borcu daxil olmaqla, 172.844,12 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
3. İddiaçı 2022-ci il 16 mart tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh 2022-ci il 1 aprel tarixində apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmasını və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(103)504/2022 saylı qərardadı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyrimümkün hesab edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
6. Apellyasiya instansiyası m əhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia qiymətinin 342.986 manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunmuşdur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 316,49 manat təşkil edir (390 manat + 242.986 x 0,1 % = 632,99; 632,99 / 50 % = 316,49). Lakin iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərindən görünür ki, dövlət rüsumu kimi 316,49 manat deyil, 15 manat ödənilmişdir. Göründüyü kimi, hər iki apellyasiya şikayəti üzrə dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.3, 363.1.2-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1, 8.1.4, 8.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. İddiaçı və cavabdeh hər biri ayrı-ayrılıqda 2022-ci il 5 may tarixində kassasiya şikayəti verərək qərardadı ləğv edib, qətnamədən verilmiş apellyasiya şikayətlərinin apellyasiya məhkəməsinin icraatına qəbul edilib mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçı və cavabdehin kassasiya şikayətlərinin dəlilləri 9. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyul tarixli Fərmanının tələbi pozulub. “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.2-ci maddəsinin yeni qaydada tətbiqi səhv tətbiq edilib - Məhkəmə qərardadında apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə səbəb kimi 2021-ci il 9 iyul tarixli Qanunun tələblərinin pozulması və “Dövlət rüsumu haqqında” qanunun 8.6, 8.1, 8.1.4 və 8.2-ci maddəsinin tələbinə riayət edilməməsi göstərilmişdir. Halbuki cavabdeh tərəfindən apellyasiya məhkəməsinin istinad etdiyi qanunun tələbi pozulmamış və iddia verilən zaman qüvvədə olan qanunvericiliyin tələbinə əsasən dövlət rüsumu ödənilərək apelly asiya şikayəti verilib.
10. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyul tarixli Fərmanın preambulasından da görünür ki, həmin Fərman Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun 2021-ci il oktyabrın 1-dən tətbiqini təmin etmək məqsədilə qərara alınmışdır. Həmçinin iddiaçı da 2021-ci il 30 sentyabr tarixdə iddia ərizəsini və əlavə edilmiş sənədləri Elektron Məhkəmə Sistemi vasitəsilə məhkəməyə göndərmiş və 2021-ci il 30 sentyabr tarixində iddia ərizəsinin statusu artıq “göndərilmiş” kimi qeydiyyata alınmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi də “ Dövlət rüsumu haqqında” Qanunun və MPM-in 2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan tələbinə uyğun icraata qəbul edərək bütün məhkəmə icraatı da ona uyğun aparılmışdır. İddiaçı iddia ərizəsini 2021-ci il 30 sentyabr tarixində məhkəməyə göndərərkən əvvəlki qaydaya uyğun olaraq 30 manat dövlət rüsumu ödəyib və ona görə də apellyasiya şikayəti verilən zaman da 30 manatın 50 % olaraq 15 manat dövlət rüsumu ödənilərək apellyasiya şikayətinə əlavə edilib.
11. MPM-nin 363.1.2-ci maddəsinin tələbi səhv tətbiq edilib - İşin hallarıdan da göründüyü kim MPM-nin 363.1.2-ci maddəsinin tələbi pozulmayıb. Ona görə də kommersiya işinə MPM-nin 366-cı maddəsinin tələbi tətbiq edilə bilməz. Qeyd: hər iki kassasiya şikayətinin dəlilləri məzmun etibarilə eynidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın d əlilləri
12. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norm alarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
16. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
361. Apellyasiya şikayətinin məzmunu... 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir....” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsu munun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;...” 17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 364-VİQD saylı Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Keçid müddəaları 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası kassasiya şikayə tlərinin dəlillərini (bax yuxarıda §§ 9-11) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(103)-504/2022 saylı qərardadı ləğv edilməli, bununla bağlı növbəti prosessual hərərkətlər yerinə yetirilməlidir.
19. Apellyasiya şikayətləinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edərkən apellyasiya instansiyası məhkəməsi “Dövlət rüsumu haqqında” Qanuna edilmiş müvafiq dəyişiklikləri nəzərə alaraq belə qənatə gəlmişdir ki, dövlət rüsumu, apellyasiya şikayəti məhkəməyə verilən zaman qanunvericiliklə müəyyən edilmiş məbləğdə deyil, az miqdarda, yəni 15 manat məbləğində ödənilmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, bu zaman məhkəmə 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minən həmin dəyişikliklərin hazırkı iş üzrə verilmiş apellyasiya şikayətlərinə münasibətdə tətbiqi üçün zəruri şərtlərin mövcud olub-olmamasını düzgün dəyərləndirməmişdir.
21. Belə ki, məhkəmənin istinad etdiyi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 9 iyul tarixli Qanunun keçid müddəalarından (bax yuxarıda § 17) aydın olur ki, bu Qanun onun qüvvəyə minməsindən, yəni 2021-ci il 1 oktyabr tarixindən sonra verilən iddia ərizələrinə və şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir.
22. Hazırkı iş üzrə isə verilmiş iddia ərizəsinin üzərindəki möhürdən ərizənin Bakı Kommersiya Məhkəməsinə 2021-ci il 1 oktyabr tarixində daxil olduğu görünsə də, “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, iddia ərizəsi məhkəməyə həmin sistemdə yaradılmış elektron kabinet vasitəsi ilə 2021-ci il 30 sentyabr tarixində verilmişdir.
23. Buna görə də dövlət rüsumu həmin tarixdə köhnə qayda ilə, yəni 30 manat məbləğində ödənilmiş (İ cild, i/v 3), iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
24. Bu səbəbdəndir ki, iddia tələblərindən birini məhz ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının hesabına ödənilməsi təşkil etmişdir.
25. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun 50 faizi düzgün olaraq 15 manat məbləğində ödənilmişdir.
26. Beləliklə, “Dövlət rüs umu haqqında” Qanunda edilmiş 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minən dəyişikliklər, o cümlədən iddia ərizəsi və apellyasiya şikayəti ilə əlaqədar ödənilməli dövlət rüsumunun daha yüksək qiymətləri istənilən halda hazırkı iş üzrə iddiaçının 2021-ci il 30 sentyabr tarixli iddia ərizəsinə baxılması ilə əlaqədar verilmiş apellyasiya şikayətinə münasibətdə tətbiq oluna bilməzdi.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətləinin qeyri-mümkün hesab edilməsi barədə qərardadı qanunsuzdur, ona görə də ləğv edilməlidir, bununla əlaqədar növbəti prosessual hərəkətlər yerinə yetirilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRA RA ALİR: İddiaçı MMC-nin və cavabdeh MMC-nin kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(103)504/2022 saylı qərardadı ləğv edilsin. İş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.