Məhkəmə qərarları › İş №2-2(102)-465/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-465/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-465/2024 19.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişinin ödənilməsi, iddia müddəti, iddia müddətinin axımının başlanması, dəbbə pulu tələbi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(103)-448/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 11 yanvar tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC (icarəyə verən) mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, 1-ci mərtəbədə qapı 2 və 3, 2-ci mərtəbədə qapı 4 və 5, 3-cü mərtəbədə qapı 6-da yerləşən ümumilikdə 8920,45 kv.m sahəni "xxxx" MMC-yə (icarəçi) icarəyə vermişdir.

2. BA 909738 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən həmin ticarət obyekti "xxxx" MMC tərəfindən 150 manat azadolma məbləği olmaqla, 180.923 manat məbləğində 2018-ci il 27 oktyabr tarixindən 2019-cu il 26 oktyabr tarixinədək sığorta edilmişdir. 3. 2019-cu il 26 mart tarixində sözügedən ünvanda yanğın hadisəsi baş vermiş və həmin tarixdə bu fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, 2021-ci il 17 mart tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarla "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 barəsində cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmaması ilə əlaqədar xitam verilmiş, əməllərində cinayət tərkibinin əlamətləri olan şəxslər barəsində cinayət təqibinin davam etdirilməsi qərara alınmışdır.

4. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli 1(007)-11/2022 nömrəli hökmü ilə "xxxx" MMC-də elektrik montyoru işləyən X1 CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 5. "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 "xxxx" ASC-yə 2022-ci il 18 oktyabr tarixli pretenziya məktubu ünvanlayaraq, 180.773 manat həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecişdirilməsinə görə 230.000 manat dəbbə pulunun 5 iş günü müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını göstərmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" MMC (bundan sonra-iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.7 73 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 230.000 manat dəbbə pulunun və 701 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına (bax yuxarıda § 1-5) istinad olunmaqla belə əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən "xxxx" ticarət mərkəzində 2019-cu il 26 mart tarixində baş vermiş yanğın nəticəsində iddiaçıya külli miqdarda maddi ziyan dəymiş, həmçinin direktor Qanuni nümayəndə1 (bundan sonra – Qanuni nümayəndə1) tərəfindən iddiaçı MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi 7.939.800 manat vəsait ödənilmişdir. Sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 iddiaçının adından cavabdehə məlumat vermiş və tələ b olunan bütün sənədlər sığorta şirkətinə hadisədən sonra 1 ay müddətində təqdim olunmuşdur. Lakin sığorta hadisəsinin baş verməsindən 3 il 6 ay vaxt keçməsinə baxmayaraq sığorta şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilmiş, nə də sığorta ödənişi verilməsindən rəsmi imtina olunmuşdur. Halbuki, sığortaçı daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli idi. Bununla bağlı iddiaçının direktoru Qanuni nümayəndə1 sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, qəbul edilməsinə baxmayaraq, ərizəyə rəsmi cavab verilməmişdir. Sığortaçı sığorta ödənişini icb ari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı cavabdehin iddiaçıya ödəməli olduğu sığorta ödənişi 180.773 manat (150 manat franşiza çıxıldıqdan sonra), 2019-cu il 26 mart tarixindən 3 il 6 ay müddət üçün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu 230.000 manat təşkil edir.

8. Cavabdeh iddiaya yazılı etiraz etmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəf 2019-cu il 26 mart tarixli yanğın hadisəsindən sonra 1 ay ərzində cavabdehə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmiş, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri təqdim etmişdir. Ona g örə də təxminən 2019-cu il 26 aprel tarixdən başlanmaqla 7 iş günü ərzində cavabdeh iddiaçıya sığorta ödənişini həyata keçirməli idi. İddiaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsini tələb edir, həmin məbləğin hesablanması qaydasına diqqət yetirildikdə məlum olur ki, hesablama 1272 gün (3 il 5 ay 23 gün) müddət üçün hesablanmışdır. Bu o deməkdir ki, iddiaçı dəbbə pulunun hesablanması zamanı da cavabdeh sığortaçının 3 il 5 ay 23 gün əvvəl sığorta ödənişini icra etməli olduğunu təsdiqləyərək penya məbləğini qeyd etdiyi müddətdən götürmüşdür. Göründüyü kimi, hazırkı mübahisə üzrə sığorta qanunvericiliyi sığorta ödənişinin icra müddətini 7 iş günü müəyyən etmişdir. Lakin iddiaçı 2022-ci il 3 noyabr tarixdə məhkəməyə müraciət etməklə 3 ill ik iddia müddətini ötürmüşdür. Cavabdeh göstərilənlər nəzərə alınmaqla iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli e-2-2(113)-321/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Ü.Həsənova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2019-cu il 26 mart tarixində sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən sığorta ödənişinin və sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, materiallardan görünür ki, sığorta hadisəsi baş verdikdən sonra 1 ay ərzində sığorta ödənişinin verilməsi üçün tələb edilən bütün sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə sığorta müqaviləsi üzrə 2022ci il 26 aprel tarixinə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı hazırkı iddia ilə 2022-ci il 3 noyabr tarixində məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 372.1, 372.2, 375.1, 375.2, 385.1, 399.1, 442, 883.1, 922.1, 922.2, 922.3, 926.1 və 934.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İcbari sığortalar haqqında” Qanun) 8.1, 9.1, 13.1, 18.1 və 18.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

12. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-462/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim A.Hüseyn, hakimlər V.Baxışova və R.Qurbanov).

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində mövqeyini tamamilə dəyişərək iddia müddətini ötürmədiklərini, “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökmün də təqdim edilməli sənədlər arasında olması səbəbindən həmin müddəti gözlədiklərini bildirmişdir. “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində sığorta hadisəsinin baş verməsi faktına dair sənəd nəzərdə tutulur ki, bu da hazırkı halda “Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” 2019-cu il 26 mart tarixli qərar ola bilərdi, hansı ki, həmin qərarda 2019-cu il 26 mart tarixində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanda yerləşən "xxxx" Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsi öz əksini tapmışdır.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində mövqeyini dəyişmiş olsa belə, yenə də birinci instansiya məhkəməsində müdafiə etdiyi mövqeyini təkrarlayaraq, cavabdeh tərəfindən iddiaçının əməkdaşlarına yanğın hadisəsinin baş verməsində təqsirli olan şəxsin barəsində hökmün qəbul edilməsindən sonra sığorta ödənişinin ödəniləcəyinin bildirildiyini qeyd etmişdir.

16. Bundan başqa, iddiaçının apellyasiya şikayətində qeyd etdiklərinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi baş verdikdə təqsir müəyyən edilməyən arayış və s. sənədlər (cinayət işinin başlanması haqqında qərar, akt və s.) əsasında sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı sorğu verilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankı 2023-cü il 11 may tarixli 6-1/22582/2023 nömrəli məktubunda qeyd etmişdir ki, MM-nin 933.1.2-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd əsasında həyata keçirilir. “İcbari sığortalar haqqında” Qanunun 17.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən isə sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz. Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, Qanunun xüsusi bölməsində nəzərdə tutulmuş hadis ələr və hallardır. Göründüyü kimi, mülki məsuliyyətin sığortası hallarından fərqli olaraq əmlak sığortası zamanı daşınmaz əmlakın zədələnməsi (məhv olması) halında sığorta ödənişinin verilməsi üçün hadisənin baş verməsi faktının qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi və tələb olunan sənədlərin əldə edilməsi yetərlidir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.

18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar çıxarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(1 02)-24/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 1 iyun tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır (məruzəçi hakim İ.Dadaşov, hakimlər V.Məmmədov və B.Qəribov).

20. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, baş vermiş hadisə ilə əlaqədar iddiaçının direktorunun barəsində CM-nin 225-ci maddəsi ilə cinayət təqibinə başlanılması və həmin cinayət təqibinə 2021-ci il 17 mart tarixində xitam verilməsi hazırkı işin mübahisəsiz halıdır. İddia müddətinin başlanması anını tənzimləyən MM-nin 377.1-ci maddəsində isə göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan tə qdirdə, iddiaçının direktorunun barəsində cinayət təqibi davam edərkən, cavabdehin sığorta ödənişinin edilməsindən “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrində nəzrədə tutulan əsaslarla imtina etmək hüququ olmuş, bu baxımdan da məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu an, müvafiq olaraq iddia müddətinin axımı da iddiaçının direktorunun barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarın qəbul olunduğu vaxtla bilavasitə əlaqəlidir. İddiaçı, onun direktoru-rəhbəri barəsində cinayət təqibi davam etdiyi müddət ərzində cavabdeh tərəfindən ona sığorta ödənişindən imtina ediləcəyindən istinad olunan qanunvericiliyin tələbləri nəzərə alınmaqla əmin olmuş, onların imtinasının həmin müddətədək qanuni olmas ı ilə razılaşmış, yalnız barəsində cinayət təqibinə xitam verildikdən sonra da davam edən bu imtina “İcbari sığortalar haqqında” Qanunun yuxarıda istinad olunan maddələrinə zidd olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxmış məhkəmələr isə hüquqlarının pozulmasının dərk edilməsinin bilavasitə məhz iddiaçı üçün subyektiv mənada onun barəsində istintaq orqanı tərəfindən qəbul edilmiş qərarla əlaqədar olmasına düzgün hüquqi qiymət verməmişlər.

21. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, iddia müddətinin axımının başlanması anı müəyyənləşdirilərkən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmamış, bununla da “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrinin, həmçinin işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 14.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının apellyasiya şikayətinin dəlillərinə və iddia müddətinin axımının başlanması anına “İcbari sığortalar haqqında” Qanunun 21 və 36.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla qiymət verilərək, sübutlar yenidən qiymətləndirilməli, nəticə olaraqsa iş üzrə qanuni və əsaslı qətnamə çıxarılması təmin edilməlidir. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(103)-448/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin olunması, cavabdehdən iddiaçının xeyrinə 180.773 manat sığorta ödənişi, 230.000 manat dəbbə pulu və ödənilmiş 701 manat dövlət rüsumu olmaqla, cəmi 411.474 manat pulun tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun iddiaçının özünə aid edilməsi qət olunmuşdur (sədrlik edən-məruzəçi hakim X.Mərdanova, hakimlər E.Həsənov və K.Əkbərov).

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçının direktorunun barəsində cinayət təqibi davam edərkən, cavabdehin sığorta ödənişinin edilməsindən sığortalının, faydalanan şəx sin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər əsası ilə imtina etmək hüququ olmuş, bu baxımdan da iddiaçının hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu an, müvafiq olaraq iddia müddətinin axımı da iddiaçının direktorunun barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarın qəbul olunduğu vaxtla bilavasitə əlaqəlidir.

24. Belə ki, iddiaçı, onun direktoru-rəhbəri barəsində cinayət təqibi davam etdiyi müddət ərzində cavabdeh tərəfindən ona sığorta ödənişindən imtina ediləcəyindən istinad olunan qanunvericiliyin tələbləri nəzərə alınmaqla əmin olmuş, onların imtinasının həmin müddətədək qanuni olması ilə razılaşmış, yalnız barəsində cinayət təqibinə xitam verildikdən sonra da davam edən bu imtina “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrinə zidd olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

25. Maddi hüquq normalarına əsasən sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərə görə əmlakın zədələnməsi sığorta hadisəsi hesab edilmədiyindən (bu məqamda məhkəmə cavabdehin sığorta ödənişinin verilməsindən rəsmi imtina etməməsini də nəzərə almışdır) eləcə də, iddiaçının direktorunun barəsində CM-nin 225-ci maddəsi ilə cinayət təqibinə başlanılması və həmin cinayət təqibinə 2021-ci il 17 mart tarixində xitam verildiyindən məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımı məhz 2021-ci il 17 mart tarixdən başlanılmalıdır. İddiaçı isə hazırkı iddia ilə 2022-ci il 3 noyabr tarixdə məhkəməyə müraciət etməklə qan unla müəyyən edilmiş üç illik iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinə istinad etməklə iddia tələbini rədd etməsi düzgün olmamışdır.

26. Həmçinin hazırkı halda 2019-cu il 26 mart tarixində sığorta hadisəsinin baş verməsini işin mübahisəsiz halı olduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, sığorta ödənişi qismində cavabdehdən 180.773 manat vəsait tutulmalıdır.

27. Dəbbə pulunun tutulması barədə tələblərə münasibətdə məhkəmə qeyd etmişdir ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsi tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Lakin araşdırm a zamanı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində hesablandıqda bu məbləğ tələb olunan məbləğdən daha artıq, yəni 233.193 (180773x0.1 %=180.77; 43ay x 30gün=1290 gün; 1290x180.77=233.193) manat təşkil etsə də, məhkəmə hesab etmişdir ki, MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından iddia tələbi həddində hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmi 230.000 manat müəyyən edilmişdir.

28. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaya olan mövqeyindən aydın olur ki, cavabdeh sığorta hadisəsinin baş verməsini və sığorta ödənişinin ödənilməli olmasını qəbul edir, lakin iddiaya etirazının əsası kimi iddia müddətinin keçməsi əsası iddianın rədd olunmasını xahiş edir. İddiaya etirazın belə mövqeyi ilə yanaşı cavabdeh tərəf apellyasi ya instansiyası məhkəməsinin son iclasında artıq iddia müddəti ilə birlikdə (iddia müddəti barədə vəsatət) faktiki vurulmuş ziyanla bağlı «Dəymiş zərərin hesabatı» adlanan sənəd təqdim edərək iddia təmin olunduğu təqdirdə onlardan 51.568,50 manat məbləğin tutulmalı olması mülahizəsini irəli sürmüşlər.

29. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, cavabdehin iddiaya olan mövqeyi tam anlaşılan deyil. Başqa sözlə, iddia müddətinin tətbiq edilməsi barədə vəsatətlə yanaşı «Dəymiş zərərin hesabatı» adlanan sənəd təqdim etməklə iddiaya bir növ etiraf mövqeyini sərgiləyirlər.

30. Müddətlə bağlı məsələyə məhkəmə yuxarıda hüquqi qiymət vermişdir. Lakin «Dəymiş zərərin hesabatı» adlanan sənədlə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəla cavabdeh bu sənədi birinci instansiya məhkəməsində təqdim etməməklə faktiki olaraq iddianın təmin olunmasına etiraz etmişlər. Məhkəmə, birinci instansiya məhkəməsində onların iradəsində asılı olmayaraq təqdim edilməsinə dair sübut təqdim etməməklə «Dəymiş zərərin hesabatı» adlanan sənədini ikinci apellyasiya instansiyası məhkəməsinin baxışında verilməsini qəbul etməmiş və sübut növü kimi qiymətləndirməmişdir.

31. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin sənəd qəbul olunsa belə, onun məzmununda göstərilən hesablamaların meyarı tam açıqlanmadığından və iddiaçı tərəfin bu məbləğdə ziyan vurulmasını təsdiqləyən imzası olmadığı üçün bu sənədi sübut əhəmiyyətli kimi qiymətləndirilə bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 377.1, 372.2, 375.1, 375.2, 883.1, 922.1, 922.2, 922.3, 924.1, 933.1, 934.2 və 425-ci maddələ rinə, MPM-nin 14.2, 77.1, 80, 88, 106.1, 107, 217.3, 218.1, 218.3, 372.2, 384.0.2, 385.1.1 və 405-ci maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 13.1, 17.1.4, 18.1, 18.2, 21.1 və 36.3cü maddələrinə istinadla əsaslandırmışdır.

33. Cavabdeh tərəifndən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 34. “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsi üzrə - apellyasiya məhkəməsinin mövqeyindən belə görünür ki, “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrinə əsasən Qanuni nümayəndə1 barəsində cinayət təqibinin aparıldığı 2019-cu il 26 mart tarixindən (qeyd: Qa nuni nümayəndə1 ilkin istintaq hərəkətlərinə 2019-cu il 4 aprel tarixində cəlb edilərək şahid statusunda ifadə vermişdir) icraata hissəvi xitam verilən 2021-ci il 21 mart tarixinə kimi sürən 1 il 11 ay 19 gün sığorta ödənişinin verilməsi üçün əsas olmayan müddət sayılır. Belə olan halda ziddiyyətli məqam ortaya çıxır. Bəs onda nə üçün məhkəmə dəbbə pulunu hesablayarkən sığorta ödənişinin verilməsinə əsas olmayan kimi qəbul etdiyi 1 il 11 ay 19 gün müddəti də nəzərə almışdır. Həmin müddəti nəzərə almaqla 230000 manat dəbbə pulunu hesablamışdır. “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsində qeyd olunub ki, müvafiq sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməlidir. Bu müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi, məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsini düzgün tətbiq etməmişdir. 35. “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələri üzrə - 2019-cu il 26 mart tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əİİ-də fakt üzrə CMnin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Göründüyü kimi, cinayət işi Qanuni nümayəndə1 barəsində yox, yanğın faktı üzrə başlanılmışdır. Qanuni nümayəndə1 barəsində CM-nin 225-ci maddəsi ilə cinayət təqibi aparılmamışdır. Hətta aparılsa idi belə, sığorta şirkətinin “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrinə əsasən imtina etmək hüququ olmamışdır. Belə ki, CM-nin 24.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-nin 225-ci maddəsinin məzmunundan görünür ki, həmin maddə ehtiyatsızlıqdan törədilən əməl üzrə cinayət təqibini nəzərdə tutur. “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrində isə sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərin sığorta hadisəsi hesab olunmamasından və sığorta ödənişinin verilməsindən imtinadan bəhs edir. 2019-cu il 26 mart tarixli cinayət işinin başlanması haqqında qərarın məzmununa diqqət etsək görərik ki, cinayət işi ehtiyatsızlıqdan törədilən əməllə bağlı olmuşdur. Göründüyü kimi, məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, hüquqi qiymətləndirmə aparan zaman aşağıdakı halları nəzərə almamışdır: a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 2024-cü il 30 may tarixli 3-17-5/233962/2024 nömrəli arayışından müəyyən edilir ki, 2024-cü il 25 yanvar tarixli 2-2(102)24/2024 nömrəli məhkəmə qərarında "xxxx" MMC-nin direktoru kimi adıçəkilən Qanuni nümayəndə1 əmək müqaviləsinə 2019-cu il 27 mart tarixində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmişdir. Yəni, Qanuni nümayəndə1 fakt üzrə CMnin 225.2-ci maddəsi ilə cinayət işinin başlanması haqqında qərar qəbul edilən gündən bir gün sonra İddiaçı MMC-nin rəhbər işçisi (direktoru) olmamışdır. b) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2024-cü il 5 iyun tarixli 200 nömrəli məktubundan görünür ki, Qanuni nümayəndə1 ilkin olaraq 2019-cu il 4 aprel tarixində şahid qismində dindirilmişdir. Yəni, Qanuni nümayəndə1 ********* nömrəli cinayət işi üzrə ilkin prosessual hərəkətlərdə iştirak edən zaman artıq "xxxx" MMC-nin rəhbər işçisi olmamışdır. c) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 200 nömrəli 2024-cü il 5 iyun tarixli məktubundan görünür ki, Qanuni nümayəndə1 ********* nömrəli cinayət işi üzrə şahid statusunda olmuşdur. d) Məlum hadisə ilə bağlı aparılan ibtidai araşdırma və məhkəmə istintaqı üzrə Qanuni nümayəndə1 şahid statusunda olduğuna görə barəsində cinayət t əqibi aparılmamışdır.

36. MM-nin 377.1-ci maddəsi üzrə - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir ki, MM-nin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. İşin mübahisəsiz halıdır ki, hazırki iş üzrə mübahisə müqavilədən irəli gələn öhdəliklərlə bağlıdır. Göründüyü kimi, məhkəmə MM-in 377.2-ci maddəsini tətbiq etməli olduğu halda, səhvən 377.1-ci maddəsini tətbiq etmişdir.

37. MPM-nin 220.4, 222.2-ci maddələri üzrə - məhkəmə 411.474 manat məbləğində pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən zərər məbləğini müəyyənləşdirməmişdir. İddiaçı və ya cavabdehlə zərərin məbləğini müzakirə etməmişdir. Faktiki zərəri araşdırmamışdır. “İcbari sığortalar haqqında” Qanunun 20.1-ci maddəsində göstərilmişdir ki, əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli Plenum Qərarının 3.2-ci hissəsinə əsasən qətnamədə Azərbaycan Respublikası MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir.

38. MPM-nin 217.3, 217.4 və 217.5-ci maddələri üzrə - 2024-cü il 29 apre l tarixində cavabdeh vəsatətlə müraciət edərək, 2019-cu il 26 mart tarixində baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə dəymiş real zərər məbləğinin məhkəmə iclasında müzakirə olunmasını xahiş etmişdir. Lakin məhkəmə qətnamənin məzmununda səhvən göstərmişdir ki,... cavabdeh iddia tələbinə yalnız iddia müddəti ilə bağlı etiraz etsə də, iddia tələbində göstərilən 180.773 manat sığorta ödənişi, 230.000 manat gecikdirmə ilə bağlı məbləği mübahisələndirməmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında “İcbari sığortalar haqqında” Qanuna əsasən daşınmaz əmlakın icbari sığorta müqaviləsi bağlanılmışdır. Həmin Qanunun 16-cı maddəsi “Zərərin müəyyənləşdirilməsi”nə həsr olunmuş, 16.2-ci maddəsində göstərilmişdir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi MM-in 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Sığorta qanunvericiliyi “hesablamaların meyarı” göstərilən və ya “sığortalının bu məbləğdə ziyan vurulmasını təsdiq edən imzası” olmasını tələb etmir. Məhkəməyə təqdim edilən zərər hesabatı isə sığorta sahəsində yardımçı fəaliyyət göstərən və Mərkəzi Bank ın müvafiq reyestrindən keçən şəxsin hesablaması idi. Lakin məhkəmə “Zərər hesabatı” adlı sübutu rədd edərkən hər hansı bir qanunu rəhbər tuta bilməmişdir. Maddi və prosessual hüquq normalarına istinad edə bilməmişdir.

39. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər hissəsində 2-2(102)370/2022 nömrəli işə istinad olunaraq qeyd olunmuşdur ki, analoji iş üzrə 2022-ci il 5 iyul tarixində Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-370/2022 nömrəli qərarının təhlilindən belə görünür ki, Ali Məhkəmə sığorta münasibətləri üzrə iddia müddətininin axımını iddiaçının sığorta ödənişinin verilməsi üçün müvafiq sənədləri cavabdehə təqdim etdiyi tarixdən başlamasını təsdiq etmiş, MM-in 377.1-ci maddəsinə deyil, müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini əsas tut araq, 377.2-ci maddəni tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etirazda göstərilmişdir ki, iddia müddətinin ötüb-ötmədiyinin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən iddia müddətinin axımının başlanması anı dəqiq müəyyən edilməlidir. 2019-cu il 26 mart tarixli cinayət işinin başlanması haqqında qərarın məzmununa diqqət etsək görərik ki, cinayət işi ehtiyatsızlıqdan törədilən əməllə bağlı olmuşdur. Belə ki, dəlillərinin ətraflı araşdırılması məqsədilə icbari sığorta qanunvericiliyinin müvafiq normaları işin mübahisə olunmayan halları ilə birlikdə qarşılıqlı şəkildə təhlil olunmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsində qeyd olunub ki, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Normanın məzmunundan da göründüyü kimi, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi və ya bundan yazılı şəkildə imtina edilməsi üçün nəzərdə tutulmuş müddətin (7 iş günü) axımı təqdim edilməli olan sənədlərdən məhz sonuncusunun verildiyi andan başlanır. Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən təqdim edilməli olan sənədlərin sırasında sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs (şəxslər) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış xüsusi qeyd olunmuşdur. Qanu nun 41.1-ci maddəsinin tələbi baxımından 17.1.4 və 36.3.1ci maddələrinin müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə nizamlama mütləq şəkildə sığorta hadisəsinin qəsd nəticəsində baş verib-verməməsinin aydınlaşdırılmasını şərtləndirir və 17.1.4-cü maddədə nəzərdə tutulmuş arayışın məcburiliyini təsdiqləyir. Ümumiyyətlə, Qanunun 17-ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə yanğın da daxil olmaqla baş vermiş bəzi sığorta hadisələri ilə əlaqədar yuxarıda göstərilən arayışa münasibətdə hər hansı istisna nəzərdə tutulmur. İşin hallarından görünür ki, yanğın hadisəsi ilə əlaqədar 2019-cu il 29 mart tarixində fakt üzrə CM-in 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, 2021-ci il 17 mart tarixində isə CPM-in 39.1.2-ci maddəsilə iddiaçı b arəsində cinayət təqibinə xitam verilmişdir. Belə ki, CPM-in 37ci maddəsinə əsasən bu cinayət üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. İstintaqın gedişi zamanı bu maddə ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi, yaxud onun əməlinin cinayət qanununda nəzərdə tutulan qəsdən törədilən başqa cinayət əməli kimi tövsif edilməsi də mümkündür. Digər tərəfdən, CM-in 225-ci maddəsi üzrə barəsində cinayət təqibinə xitam verilmiş şəxsin qəsdən törədilmiş inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi də istisna edilə bilməz. Belə olan təqdirdə isə həmin maddə ilə barəsində cinayət təqibi aparılan şəxsin törətdiyi əmələ “İcbari sığortalar haqqında” Qanunun 36.3.1-ci maddəsindəki qayda baxımından istintaq orqanı və ya məhkəmə tərəfindən verilən hüquqi n əticənin gözlənilməsi zərurətə çevrilir ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən qanunla yol verilən pozisiyadır. Apellyasiya məhkəməsi də məhz həmin mövqedən yanaşmış, mahiyyəti üzrə doğru və ədalətli qərar qəbul etmişdir. Cavabdeh tərəfindən prosessual normaların ciddi şəkildə pozulduğu qeyd olunsa da, onun mövqeyindən belə aydın olur ki, sığortalı barəsində başlanmış cinayət işi üzrə əməl ehtiyatsızlıqla əhatə olunduğundan sığorta ödənişinin verilməsindən imtina üçün əsas olmamış, lakin tərəfindən qanunla müəyyən edilmiş müddətdə sığorta ödənişi verilməmiş, iddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində bu halı məhkəmə qaydasında mübahisələndirməmişdir. Cavabdeh sığorta qanunvericiliyinin tələblərini pozaraq, imtina üçün əsas olmadığı halda nəinki sığorta ödənişi etm əmiş, hətta sığorta ödənişi verilməsindən imtina barədə yazılı bildiriş də verməməklə sığortalını hər iki tərəfə məlum olan hala görə (sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşması) süni surətdə gözləmə mövqeyində arxayın saxlamış, iddiaçı tərəfindən sığorta ödənişinin verilməsinə dair tələb irəli sürüldükdə isə iddia müddətinin tətbiqinə dair ərizə vermək hüququndan istifadə etmişdir. Bu isə o deməkdir ki, cavabdeh hazırda özünün yol verdiyini bildirdiyi qanuna zidd hərəkətə istinad edərək, onun nəticəsində özü barəsində əlverişli hüquqi nəticələr yaratmağa çalışır ki, bu da ilk növbədə mülki hüquq subyektlərinin vicdanlı davranış qaydaları çərçivəsində qiymətləndirilməli olan məsələdir. Cavabdehin iddiaya olan mövqeyi tam anlaşılan deyil və o, şikayəti yalnız formal mülahizəl ərlə hazırlamışdır. Kassasiya baxışının hədləri

41. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 4

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin idd iadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” Maddə

377. İddia müddətinin başlanması “377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.” “Maddə

924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və ( və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.” “Maddə

933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər....” “Maddə

934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 44. “İcbari sığortalar haqqında” Azərbaycan müddəalarında nəzərdə tutulmuşdur: Respublikası Qanununun müvafiq “Maddə

13. Sığorta hadisəsi 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır....” “Maddə

17. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər... 17.1.4. bu Qanunun Xüsusi bölməsin də ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada);...” “Maddə

18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunan a və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” “Maddə

21. Sığorta ödənişindən imtinanın əsasları 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir:... 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda. “Maddə

36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta h adisəsi... 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;...”

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş proses sual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;...” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərar dadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sığorta ödənişinin tutulması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iddia müddətinin ötüb-ötmədiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən idd ia müddətinin axımının başlanması anı müəyyən edilməlidir. MM-nin iddia müddətinin axımının başlanması anını tənzimləyən 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

48. İcbari sığorta müqavilələri üzrə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi öhdəliyinin icrası müddəti icbari sığorta qanunvericiliyi ilə tənzimlənərək göstərilmişdir ki, sığortalı sığorta hadisənin baş verməsindən sonra qanunda nəzərdə tutulmuş zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi barədə sığortaçıya müraciət etməli, sənədlərdən sonuncusunun təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir (mətni üçün bax yuxarıda §43-44).

49. Göründüyü kimi, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi və ya bundan yazılı şəkildə imtina edilməsi üçün nəzərdə tutulmuş müddətin (7 iş günü) axımı təqdim edilməli olan sənədlərdən məhz sonuncusunun verildiyi andan başlanır və qanunda sığortalı tərəfindən təqdim edilməli olan sənədlərin sırasında sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs (şəxslər) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış xüsusi qeyd olunmuşdur. 50. “İcbari sığortalar haqqında” Qanunun 41.1-ci maddəsinin tələbi baxımından 17.1.4, 21.1.5 və 36.3.1-ci maddələrinin müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə nizamlama mütləq şəkildə sığorta hadisəsinin sığortalının qəsdi nəticəsində baş verib-verməməsinin aydınlaşdırılmasını şərtləndirir və 17.1.4-cü maddədə nəzərdə tutulmuş arayışın məcburiliyini müəyyən edir. Nəzərə alınmalıdır ki, sözügedən Qanunun 17-ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə yanğın da daxil olmaqla baş vermiş bəzi sığorta hadisələri ilə əlaqədar yuxarıda göstərilən arayışa münasibətdə hər hansı istisna nəzərdə tutulmur.

51. Həmin Qanunun sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını nəzərdə tutan 21.1.5 və 36.3.1-ci maddələrinə əsasən, icbari sığorta qanunvericiliyinə əsasən sığorta ödənişindən imtinanın əsaslarından biri də, sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərdir.

52. Eyni zamanda MM-nin 935.1.2-ci maddəsinin tələbinə görə, sığorta ödənişinin verilməsindən imtinanın əsasları sırasına bu Məcəllədə, İXM-də və CM-də nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi də aid edilmişdir.

53. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yanğın hadisəsi ilə əlaqədar 2019-cu il 29 mart tarixində fakt üzrə CM-in 225.2-ci maddəsilə cinayət işi başlanmış, 2021-ci il 17 mart tarixində isə CPM-nin 39.1.2-ci maddəsilə iddiaçının direkt oru barəsində cinayət təqibinə xitam verilmişdir.

54. CM-nin 225-ci maddəsində cinayət sayılan əməl məhz ehtiyatsızlıqdan törədilən maddi tərkib kimi nəzərdə tutulsa da, məhkəmə kollegiyası hesab edir ki, fakt üzrə həmin maddə əsasında cinayət təqibinin aparılması son nəticədə təqsirli şəxs(lər)i müəyyənləşdirməyə və cinayət məsuliyyətinə cəlb etməyə yönəlmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin maddə üzrə cinayət işinin başlanması təqsirləndirilən şəxsin son nəticədə elə həmin maddə ilə qanuni qüvvəyə minmiş hökm əsasında təqsirli bilinməsini şərtləndirmir.

55. Belə ki, CPM-nin 37-ci maddəsinə əsasən bu cinayət üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. İstintaqın gedişi zamanı bu maddə ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi, yaxud onu n əməlinin cinayət qanununda nəzərdə tutulan qəsdən törədilən başqa cinayət əməli kimi tövsif edilməsi də mümkündür. Digər tərəfdən, CM-nin 225-ci maddəsi üzrə barəsində cinayət təqibinə xitam verilmiş şəxsin qəsdən törədilmiş inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi də istisna edilə bilməz. Belə olan halda isə, həmin maddə ilə barəsində cinayət təqibi aparılan şəxsin törətdiyi əmələ “İcbari sığortalar haqqında” Qanunun 36.3.1-ci maddəsindəki qayda baxımından istintaq orqanı və ya məhkəmə tərəfindən verilən hüquqi nəticənin gözlənilməsi zərurətə çevrilir ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən qanunla yol verilən haldır.

56. Başqa sözlə, sığortalı, faydalanan şəxs və ya onların rəhbər işçilərinin barəsində başlanmış cinayət işinin yekunlaşmasını gözləmədən sığorta şirk əti tərəfindən sığorta ödənişi edilərsə (məhkəmə aktı əsasında) və hadisə üzrə başlanmış cinayət işinin gedişində sözügedən şəxslərin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər müəyyənləşdirilərsə, bu zaman sığorta ödənişinin edilməsindən imtina üçün əsaslar olduğu halda, əsasız olaraq sığorta ödənişi edilmiş olacaqdı. Qanunvericinin hadisənin baş verməsində təqsirli olan şəxs haqqında arayışın təqdim edilməsi barədə imperativ qayda qoymaqda əsas məqsədi də, məhz bir şəxs barəsində biri digərini inkar edən iki məhkəmə aktının (sığorta ödənişi edilməsi barədə məhkəmə qətnaməsi və sözügedən şəxslərin baş vermiş hadisədə təqsirli bilinməsi barədə məhkəmə hökmü) mövcudluğunun qarşısını almaq və sığortaçını bu kimi ziddiyyətli halların yaranmasından və onların nəticələrindən m üdafiə etməkdir.

57. Beləliklə, qeyd olunan hüquqi mövqelərə əsasən sığortaçının sığorta ödənişi vermək öhdəliyinin icra müddətinin bitdiyi an sığortaçıya təqdim edilməli olan sənədlərdən sonuncusunun-baxılan işin halları baxımından baş vermiş hadisə ilə bağlı sığortalının, faydalanan şəxsin (və ya onların rəhbər işçilərinin) barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın sığortaçıya təqdim olunduğu andan qanunla müəyyən edilmiş 7 iş günün sonuncu gününə düşür. Hazırki işdə, baş vermiş hadisə ilə bağlı sığortalının direktoru barəsində başlanmış cinayət işinə 2021-ci il 17 mart tarixli qərarla xitam verilmişdir.

58. Məhkəmə kollegiyası hazırki iş üzrə iddianın 2022-ci il 3 noyabr tarixində qaldırıldığını nəzərə alaraq və yuxarıda qeyd olunan hüquqi mövqeyinə ə saslanaraq hazırki işdə sığorta ödənişi tələbinə münasibətdə iddia müddətinin ötməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni MM-nin 373 və 377.1-ci maddələrinin tələblərinə (mətni üçün bax yuxarıda §43) uyğun hesab edir.

59. Məhkəmə kollegiyası sığorta ödənişinin məbləği ilə bağlı da məhkəmənin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq kassasiya şikayətinin bununla bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddia tələbinə yalnız iddia müddəti ilə bağlı etiraz etmiş, əvvəlki məhkəmə icraatlarında iddia tələbində göstərilən 180.773 manat sığorta ödənişinin miqdarını mübahisələndirməmiş, bununla bağlı hər hansı dəlil irəli sürməmişdir. Bu baxımdan Kollegiya, məhkəmənin gəldiyi nəticəni MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun hesab edir.

60. Bununla belə, məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə 230.000 manat dəbbə pulu tutulması hissəsində apelllyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, bu hissədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

61. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının bu tələbinin qanuni əsasını MM-nin 934.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddələri təşkil edir (mətni üçün bax yuxarıda § 43-44). Həmin maddələrin məzmunundan göründüyü kimi, sığortalının sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququnun yaranması üçün sığortaçının sığorta ödənişi etmək öhdəliyinin icra müddətinin bitdiyi müddət dəqiq şəkildə müəyyən edilməlidir. Lakin baş vermiş hadisə ilə bağlı sığortalının direktoru barəsində başlanmış cinayət işin ə xitam verilməsinə dair 2021-ci il 17 mart tarixli qərarın cavabdehə konkret olaraq hansı tarixdə təqdim olunması işin materiallarından müəyyən edilmir. İddiaçı da əvvəlki məhkəmə icraatlarında bu məsələ ilə bağlı konkret tarix göstərməmişdir. Bu halı sübut etmək vəzifəsi isə iddiaçının (sığortalının) üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mətni üçün bax yuxarıda § 45).

62. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

63. «Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

64. Oxşar hüquqi mövqe Avropa Məhkəməsinin təcrübəsin də də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki işdə MMnin 934.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinin dispozsiya şərtləri mövcud olmadığından, dəbbə pulunun tutulması tələbinin təmin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın dəbbə pulunun tutulması hissəsinə qiymət verilərkən maddi hüquq normaları pozulduğundan və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsinə zərurət olmadığından, iş üzrə qəbul edilmiş qətnamə cavabdehdən 230.000 manat dəbbə pulunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək, iddia həmin hissədə rədd olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

66. Məhkəmə kollegiyası MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(103)-448/2024 saylı qətnaməsi qismən - cavabdeh "xxxx" ASC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 230.000 (iki yüz otuz min manat) manat dəbbə pulu və ödənilmiş 391,16 (üç yüz doxsan bir manat on altı qəpik) manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin. Yeni qərar qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar