Məhkəmə qərarları › İş №2-2(102)-465/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-465/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-465/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 13 mart tarixli, 2-2(103)-338/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh arasında 30 avqust 2022-ci il tarixli, UNİT 93/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq ehtiyat hissəslərini alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir; 3. 2.5-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir; 4. 2.7-ci bəndinə əsasən müqavilənin 2.5-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra elektron qaimə-faktura təqdim edilən tarixdə n etibarən 7 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 5. 2.8-ci bəndinə əsasən alıcı aldığı malın dəyərinin ödənməsini gecikdirərsə, satıcı alıcıya mal buraxılışını dayandıra və ödənişini tələb edə bilər.

6. İddiaçı tərəfindən cavabdehə ümumi dəyəri ƏDV ilə birlikdə 15412,6 manat təşkil edən xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 448618 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 357392 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 884356 nömrəli, xx.xx.2022ci il tarixli, EBCM seriyalı, 230137 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 506778 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 692775 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 127279 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 037782 nömrəli elektron qaimələr göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 13061,55 manat məbləğində əsas borc, 2351,05 manat məbləğində ƏDV borcu, 770,63 manat məbləğində cərimə olmaqla, cəmi 16182 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 700 manat xidmət haqqının, 139 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 93/2022 nömrəli 30 avqust 2022-ci il tarixli alqı-satqı müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərə findən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Alıcıya təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinə cəmi 2351,05 manat ƏDV və 13061,55 manat ödənilməmiş əsas borc qalmışdır. Müqaviləyə əsasən gecikmə üzrə tətbiq edilən cərimə 770 manat 63 qəpik təşkil edir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə həm elektron kargüzarlıq, həmdə kağız daşıyıcıda pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmişdir. Lakin pretenziyaya bugünədək cavabdeh verilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, məhkəməyə müraciət edərək, borc məbləğinin cavabdehdən m əhkəmə qaydasında tutulması zərurəti yaranmışdır.

9. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı, bank hesabı üzrə çıxarış, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahı təqdim edilmişdir. Həmin sənədlərin heç bir əsası yoxdur. Çünki iddiaçının nümayəndəsinin məhkəmə iclasında təsdiq etdiyi kimi, həmin sənədlərin hazırkı işə heç bir aidiyyəti yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında hazırki işdə tərəf olmayan ödəyici "xxxx" MMC qeyd edilir. Daha sonra, bank hesabı üzrə çıxarışda təyinat kimi yanacağın alqı-satqısı qeyd edilmişdir, halbuki hazırki işdə müqavilə xidmətlərin göstərilməsi barədədir. Daha so nra, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahıda da təqdim olunan elektron qaimələr hazırkı işdə tərəf olmayan X7, X5 barədədir. Həmçinin həmin sənəd də kserosurət olmaqla mötəbər sənəd kimi istinad oluna bilməz. Beləliklə, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 da həmin sənədlərin hazırkı işə aid olmadığını və elektron kabinetə səhvən yükləndiyini bildirdiyinə görə həmin sənədlərə hazırkı iş üzrə yekun qərar çıxarılarkən istinad edilə bilməz. Bundan başqa, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 verilən suala cavabda qeyd edilmişdir ki, hazırki iş xidmətlərin göstərilməsi ilə əlaqədardır və xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsini təsdiq edəcək hər hansı təhvil-təs lim aktı mövcud deyil. Həmin iclasda iş xx.xx.2024-cü il tarixə saat 16:00-a məhkəmə baxışına təyin etmiş, həmin günün axşamı isə iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə təhvil-təslim aktları yüklənmişdir. Əvvəla, həmin təhvil-təslim aktları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi. Lakin iddiaçının nümayəndəsi həmin sənədləri hazırlıq iclası bitdikdən və baxışa təyin edildikdən sonra elektron kabinetə yükləmişdir. Həmçinin, həmin təhvil-təslim aktları kserosurət olmaqla əsli mövcud deyil və mötəbər sənəd kimi istinad oluna bilməz. Bundan əlavə, həmin təhvil-təslim aktlarında Cavabdeh imza və yazısı saxtalaşdırılaraq məhkəməyə təqdim olunmuşdur. Onları cavabdeh imzalamamışdır. Ona görə yuxarıda qeyd olunanlar nəzərə alınmalı və iddia tələbi təmin edilməməlidir.

10. Bakı Kommersiya Məhkəməsinin (hakim – X8) 2024-cü il 9 dekabr tarixli, e-22(113)-5859/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 13061,5 manat (on üç min altmış bir manat əlli qəpik) əsas borc, 2351,05 manat (iki min üç yüz əlli bir manat beş qəpik) ƏDV məbləği, 770,63 manat (yeddi yüz yetmiş manat altmış üç qəpik) cərimə və ödənilmiş dövlət rüsumuna görə 138,55 manat (yüz otuz səkkiz manat əlli beş qəpik) olmaqla, ümumilikdə 16321,78 manat (on altı min üç yüz iyirmi bir manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yar andığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 13061,5 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi əsas məbləğ) əsas borc, 2351,05 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi ƏDV məbləği) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməlidir. Həmin qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçı tərəfindən 2022-2023-cü illər ərzində iş materiallarında olan elektron qaimələr cavabdehə göndərilmişdir. Qaimələrdə malların adları, miqdarı, bir ədədinin qiyməti, yekun məbləği barədə məlumatlar öz əksini tapmışdır. Qaimələr sistem tərəfindən təsdiq olunsa da, sonradan həmin qaimələrlə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz bildirilməmişdi r. Ona görə də cavabdehin nümayəndəsinin hazırkı etirazı əsaslı deyildir.

12. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır və tələb edilən 770,63 manat (yeddi yüz yetmiş manat altmış üç qəpik) cərimə Cavabdeh alınaraq iddiaçıya ödənməlidir.

13. Məhkəmə hesab etmişdir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,55 manat (yüz otuz səkkiz manat əlli beş qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Hüquqi yardımla bağlı hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 700 manat məbləğində ödəniş edilməsi ilə əl aqədar sübut məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385.1, 386.1, 442, 462.1, 467, 567, 598.1, 598.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının (hakimlər - X4 (sədrlik ed ən və məruzəçi), X9 və X2) 2025-ci il 13 mart tarixli, 2-2(103)-338/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 dekabr tarixli e-2-2(113)-5859/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh təhvil-təslim aktlarının kserosurət olmasına və imzanın saxtalaşdırılmasına əsaslansa da, istinad etdiyi halı təsdiq edən sübut təqdim etməmişdir. Məsələn cavabdehin imza nümunələri, cavabdehin imzası və ya yazısı olan digər sənədlər, mötəbərliyi şübhə altına alan halı təsdiq edən sübut təqdim edilməmişdir. Eqaimələrə nəyə görə etiraz edilməməsi də əsaslandırılmamışdır. Qeyd edilən səbəblərdən cavabdehin xətşünaslıq ekspertizasının keçirilməsi barədə apellyasiya icra atında verdiyi vəsatət təmin edilməməlidir.

20. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq e-qaimələri digər sübutlarla (təhvil-təslim aktları ilə) əlaqəli şəkildə qiymətləndirmişdir.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh şikayətdə dəbbə pulunun məhkəmə tərəfindən nəyə görə təmin edilməsini əsassız hesab etdiyini göstərməmişdir. Aktların kserosurət olması isə qəbul edilə bilməz. Çünki elektron kabinetdən görünür ki, sistemə yüklənərkən aktların kserosurəti yüklənməyib. Həmçinin, iddiaçı təhvil-təslim aktlarını hazırlıq iclasında baxış iclası təyin edilən gün elektron kabinetə yerləşdirmişdir. Göründüyü kimi iddiaçı aktları baxış iclasında deyil, ona qədər yükləmişdir. Qeyd edil ənlər onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində göstərilən hallar əsassızdır.

22. İddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə xərclərinə daxil olan hüquqi xidmət xərci iddianın qiymətinə daxil deyil. Ona görə qətnamənin nəticə hissəsində iddianın qismən təmin edilməsini qeyd etmək prosessual baxımdan düzgün deyil. Məhkəmənin iddianın təmin edilməsini qeyd etməsi qanuna uyğundur. Həmçinin iddiaçı hüquqi yardımla bağlı müqaviləni və ödəniş tapşırığını təqdim etmədiyindən məhkəmə əsaslı olaraq xərci cavabdehdən tutumamışdır.

23. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 448.1, 462.1, 467, 567, 598.2, 600.1, 600.4-cü, MPM-in 14.2, 77.1, 121.1-ci maddələrinə, Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

24. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6-cı bəndlərindən göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların al ınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində y aranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi elektron qaimənin təqdim edilməsi və ona hər hansı etiraz bildirilməməsi iddianın təmin edilməsi üçün əsas deyil. Bu hal işdə olan digər sənədlərlə birlikdə araşdırılmalı və qiymət verilməlidir. Bundan başqa, cavabdeh həm birinci instansiya məhkəməsində (xx.xx.2024-cü il tarixli ərizə), həm də apelyasiya instansiyası məhkəməsində (09.0.2025-ci il tarixli vəsatət) bildirir ki, təhvil-təslim aktlarındakı imza Cavabdeh məxsus deyil və saxtalaşdırılmışdır, lakin işə baxan hakim iş üzrə xətşünaslıq ekspertizası təyin etməli olduğu halda, qeyd edir ki, cavabdehin imza nümunəsi, imzası və ya yazısı ol an hər hansı sənəd təqdim edilməlidir. Halbuki məhkəmə cavabdehin imza nümunəsini tələb etsəydi həmin nümunələr təqdim olunardı. Bundan əlavə, iddiaçı təhvil-təslim aktlarının əslini məhkəməyə təqdim etməmiş və MPM-nin 78.11-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən tələb olunan cərimə borcunu da əsassız olaraq tam təmin etmişdir. Bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Yəni iddia əsassız olduğuna görə dəbbə pulu da tutulmamalı idi və yaxud əgər iddia əsaslı hesab edilsə də belə (hərçənd cavabdeh bunu qəbul etmir) məhkəmə MM-in 467-ci maddəsini tətbiq edərək həmin məbləği tənasübsüz surətdə yüksək olduğuna görə azaltmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmam ışdır. Kassasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı yalnız cavabdehin apelyasiya şikayəti üzrə baxılan hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmə lə gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyət li hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspe rtiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

30. Belə ki, iş materiallarından müəyyən edilir ki, birinci i nstansiya məhkəməsində işin məhkəmədə baxılması hazırlanması mərhələsi xx.xx.2024-cü il tarixdə başa çatmış və həmin tarixdə keçirilən sonuncu məhkəmə hazırlıq iclasında hakim işi kifayət qədər hazırlanmış hesab etməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad qəbul etmişdir.

31. Həmin qərardad qəbul edildikdən sonra iddiaçı tərəfindən elektron kabinet vasitəsi ilə 3 ədəd təhvil-təslim aktı təqdim edilmişdir.

32. Cavabdeh həmin aktların həqiqiliyini mübahisələndirərək, onların əsillərinin təqdim edilməsini xahiş etmiş və aktlardakı imzaların cavabdehə məxsus olmadığını bildirmişdir.

33. Birinci instansiya məhkəməsi həmin aktların əsillərinin təqdim edilməsini iddiaçıya təklif etməmiş və imzalarla bağlı cavabdehin dəlillərinə qiymət verməmişdir. Bununla yanaşı, b irinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən həmin aktlara istinad etməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi isə həmin aktları sübut kimi qiymətləndirmiş və həmin aktlarla bağlı cavabdehin dəlillərini əsassız hesab etmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən prosessual normaların tələblərini nəzərə almamışdır.

36. Belə ki, MPM-in 78.1-ci maddəsinin tələblərinə görə sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.

37. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsi isə MPM-in 171-ci maddəsinə uyğun olaraq işin məhkəmə baxışına təyin edilməsi haqqında qərardad çıxarılmaqla yekunlaşır.

38. Cavabdehin mübahisələndirdiyi təhvil-təslim aktları da hə min qərardad qəbul edildikdən sonra məhkəməyə təqdim edilmişdir. Ona görə də, apelyasiya instansiyası məhkəməsinin gətirdiyi əsaslandırma (iddiaçı aktları baxış iclasında deyil, ona qədər yükləmişdir) MPM-in 78.1-ci maddəsinin tələblərinə uyğun deyildir.

39. Bundan əlavə, MPM-in 89.3-cü maddəsinin tələblərinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

40. MPM-in 78.1-1-ci maddəsinin tələblərinə görə isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.

41. Hazırkı işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçının təqdim etdiyi təhviltəslim aktlarının həqiqiliyini mübahisələndirsə də, apelyasiya instansiyası məhkəməsi həmin aktların əsillərinə baxış keçirmədən onları sübut kimi qiymətləndirmiş və bununla da, MPM-in 89.3-cü maddəsinin tələblərini pozmuşdur.

42. Həmin aktlardakı imzaların cavabdehə məxsus olmaması ilə bağlı dəlillərin əsassızlığına dair apelyasiya instansiyası məhkəməsinin mövqeyinə dair qeyd edilir ki, məhkəmə cavabdehin imza nümunələrini təqdim etməməsinə istinad edə bilməzdi. Çünki məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmədiyi halda nümunələrin təqdim edilməsi üçün prosessual əsaslar mövcud olmamışdır.

43. Bununla bağlı qeyd edilir ki, iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 97.1-ci maddəsində müəyyən edilmişdir və məhkəmə də yalnız həmin əsaslar olmadığı halda ekspertizanın təyin edilməsindən imtina edə bilər. Ekspertizanın aparılması üçün zəruri olan materialların və sənədlərin, o cümlədən nümunələrin təqdim edilməməsi isə yalnız məhkəmə ekspertizası təyin edildikdən sonra prosessual nəticələrə səbəb olur (MPM-in 97.5-ci maddəsi).

44. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və cavabdeh tərəfindən imza nümunənələrinin təqdim edilməməsinə və onun adından olan imzaların ona məxsus olmaması ilə bağlı sübutların təqdim edilməməsinə əsaslanaraq iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsindən imtina etmişdir.

45. Kollegiya qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansi yası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

46. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdehin mübahisələndirdiyi təhviltəslim aktlarının təqdim və tədqiq edilməsi ilə bağlı prosessual qaydalar pozulmuşdur, lakin apelyasiya instansiyası məhkəməsi həmin aktları sübut kimi qəbul edərək onlara istinad etmişdir. Həmin pozuntular isə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilər.

47. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 13 mart tarixli, 2-2(103)-338/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar