Məhkəmə qərarları › İş №2-2(102)-466/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-466/2019

27.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-466/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı Türkiyə Respublikasının “X6 X5 Sözleşmesi” Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-466/19 Bakı şəhəri 27 noyabr 2019-cu il 27.11.2019 Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı Türkiyə Respublikasının “X6 X5 Sözleşmesi” Şirkətinin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Cavabdeh MMC-nin direktoru K8 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-2(103)-249/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı Türkiyə Respublikasının “X6 X5 Sözleşmesi” Şirkəti (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən real zərərə görə 37.479,73 manat, pul öhdəliyinin gecikdirilməsinə görə 9055,2 manat, məhkəmə xərclərinə görə 5916 ABŞ dolları və 180 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(81)-576/2018 saylı qiyabi qətnaməsi ilə (hakim Məhəmməd Əkbərov) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellya siya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-2(103)-249/2019 saylı qətnaməsi ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi dəyişdirilmiş, qətnamənin nəticə hissəsində “əsas borcun 588 gün gecikdirildiyi nəzərə alınmaqla 15% bank uçot dərəcəsi ilə 9055,2 manat məbləğində vəsait, 5916 ABŞ dolları” sözləri “pul məbləğlərinin ödənilməsinin gecikdirilməsinə görə 3.016,44 manat” sözləri ilə əvəz edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 05 aprel 2006-cı il tarixdə tərəflər arasında İATA BSP vasitəçiliyi ilə X4 Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh razılaşdırılmış komissiya müqabilində iddiaçının uçuşlarına təyyarə sərnişin biletlərinin satışını həyata keçirmək hüququnu əldə etmişdir. Cavabdeh aviabiletləri satdıqdan sonra satış nəticəsində əldə edilmiş pulları İATA BSP təşkilatı vasitəsilə iddiaçının bank hesabına köçürülməsini təmin etməli idi. Müqavilə üzrə 01 iyun 2016-cı il tarixdən 21 iyun 2016-cı il tarixədək cavabdeh tərəfindən ümumi məbləği 97.140,2 AZN olan 144 ədəd təyyarə sərnişin biletlərinin satışı həyata keçirilmiş, onlardan 59.660,47 AZN iddiaçıya ödənilmiş, pul öhdəliyinin qalan hissəsi, yəni 37.479,73 AZN cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bu səbəbdən, 21 iyun 2016-cı il tarixdə İAT A BSP tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, məktubda gecikdirilmiş pul öhdəliyinin icra edilməsi üçün son müddət kimi 31 iyul 2016-cı il tarixi göstərilmişdir. Cavabdehin pul öhdəliyi icrasız qaldığına görə 01 avqust 2016-cı il tarixdə müqavilənin ləğv olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavilə üzrə satılmış biletlərinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaıya olan borcunu ödəməlidir. Cavabdeh iddiaçı ilə aralarında 05 aprel 2006-cı il tarix li müqavilənin bağlanmasını, əqdin şərtlərini və 2006-cı ildən bəri icra olunduğunu mübahisə etmir. Bundan əlavə, cavabdeh qeyd olunan müqavilə üzrə bu vaxtadək hansı həcmdə öhdəliyinin yarandığını, sözügedən öhdəliyin hansı hissəsini icra etdiyini də göstərməmiş və bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Daha sonra bildirilmişdir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsini tətbiq etməklə cavabdehdən 9.055,2 manat məbləğində faiz borcunun tutulması barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməsini həmin vəsaitdən faydalanma ilə şərtləndirmişdir ki, hazırki halda iddiaçı cavabdehin bu vəsaitdən faydalandığını irəli sürmə miş və sübuta yetirməmişdir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddia tələbi iddiaçının məhkəmədə təmsilçilik xərci kimi tələb etdiyi 5.916 ABŞ dolları hissəsində də əsassız olmuşdur. Belə ki, 05 oktyabr 2017-ci il tarixli invoysun surəti iddiaçının məhkəmədə təmsilçiliklə bağlı ödəniş etdiyini əks etdirmir, ödəmənin hazırki mübahisəyə dair təyinatı və iddiaçının adı da invoysda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən ödənilməli olan məbləğ 588 gün gecikdirildiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğin illik beş faizi məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin iddia müddətinin tətbiq olunmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası q eyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən 01 iyun 2016-cı il tarixdən 21 iyun 2016-cı il tarixədək satılmış aviabiletlər üzrə vəsaiti tələb etdiyindən və iddiaçı tərəfindən iddia ərizəsi 19 mart 2018-ci il tarixində təqdim olunduğundan 3 illik iddia müddəti ötürülməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 448.2, 449.1, 445.7, 89.3, 373, prosessual hüquq norması kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun qismən - iddia tələbinin təmin olunmuş hissədə ləğv, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişd ir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, cavabdehin iddiaçıya ödənilməyən borcun olmasının heç bir sənəd və ya sübutla öz təsdiqini tapmamış, aşağı instansiya məhkəmələri isə qərar qəbul edərkən iş üzrə mötəbər sübutlara deyil, iddiaçının mülahizələrinə əsaslanmışdırlar. Cavabdehin əsas borcunun mövcud olması öz təsdiqini tapmadığından, apellyasiya məhkəməsinin ondan borcun gecikdirilməsinə görə vəsaitin tutulmasına dair gəldiyi nəticə də düzgün olmamışdır. Bundan başqa bildirilmişdir ki, mülki qanunvericiliklə müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin nəzərdə tutulmasına baxmayaraq, məhkəmələr iddiaçının 05 aprel 2006- cı il tarixli müqavilə üzrə borc tələbi ilə bağlı iddiası üzrə iddia müddətinin tətbiq edilməsini istisna etmişdirlər. Prosessual qanunvericiliyin pozun tusu kimi cavabdeh qeyd etmişdir ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, məhkəmə iclaslarında onun iştirakını təmin etməmiş və iddiaçı tərəfindən mübahisənin məhkəyə qədər nizama salınması qaydalarına riayət etməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 76.1, 76.2, 81, 88, 217-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Posessual hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası aşağıdakı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilndə cavabdeh məhkəmə iclaslarında iştiraklarının təmin edilməməsi ilə bağlı çəkişmə prinsipinin pozulmasına əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin: - 418.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa; - 138.2.-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, - 135.1-ci maddəsinə əsasən, (…) bu Məcəllənin 134-cü maddəsində (134.1.4. məhkəmə bildirişi) sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; - 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; - 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddələrinin tələbindən göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxsin iştirakı olmadan işə baxılması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi vasitəsilə xəbərdar edilirlər ki, hüquqi şəxsə ünvanlanmış belə bildiriş müvafiq vəzifəli şəxsə qəbzə imza etdirilməklə verilməlidir və həmin qəbz məhkəməyə qaytarılmalıdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Dəlil yoxlanılarkən məhkəmə kollegiyas ı müəyyən etmişdir ki, cavabdehin hüquqi ünvanı “ünvan 1 ünvanı kimi “Bakı şəhəri, *********************** göstərmişdir. Apellyasiya icraatına aid olan sənədlərdən göründüyü kimi, məhkəmə iclasının yeri və vaxtı barədə hər iki ünvanlara, habelə cavabdehin direktorunun yaşayış yeri üzrə rəsmi qeydiyyata alındığı ünvanlara məhkəmə bildirişləri göndərilmiş, lakin həmin bidirişlər rabitə orqanının qeydi ilə geri qaytarılmışdırlar. Apellyasiya məhkəməsinin 13 iyun 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılamasını mümkün hesab etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bildirdiyi dəlil əsassızdır və həmin dəlil üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv oluna bilməz. Azərb aycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətindən göründüyü kimi, cavabdeh iddiaçının mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməməsini mübahisələndirmiş və dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası MPM-nin 149.2.4, 152.1.6 və 259.0.1-ci maddələrinə istinad etmişdir. Apellyaisya məhkəməsi tərəfindən apellyasiya şikayətində göstərilmiş dəlillərə münasibət bildirməmişdir. Kassasiya şikayətində cavabdeh eyni məsələni mübahisələndirmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada dəlil üzrə qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. - 149.2-ci maddəinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat. Maddələrin tələblərindən göründüyü kimi müqavilə ilə nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə olunmalıdır. İşin hallarından göründüyü kimi, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 05 aprel 2006-cı il tarixdə tərəflər arasında İATA BSP vasitəçiliyi ilə X4 M üqaviləsi bağlanmışdır. İATA BSP-nin iddiaçı olan şirkətin vasitəşi olduğu barədə işin halının hansı sübut əsasında müəyyən edildiyi qətnamədə əks olunmamışdır. “X1 müqaviləsi” adlanan istinad edilən müqavilədən göründüyü kimi, onun tərəfləri İATA X2 Assosiasiyası və cavabdeh (müqavilədə “Agent” adlandırılan) olmuşdurlar. Lakin həmin müqavilənin 1-ci bəndindən göründüyü kimi, qüvvəyə mindikdən sonra müqavilənin Agent və Daşıyıcı arasında, onların hər ikisinin adları burada çəkilmiş kimi və hər ikisi öz adlarını bu Müqaviləyə tərəflər kimi yazılmışlar kimi qüvvəsi olacaqdır. 2-ci bəndinə əsasən, Daşıyıcı və Agent arasında olan münaisbətləri tənzimləyən müddəlar və şərtlər... müqaviləyə əlavə edilən “Məlumat Kitabçasında” müəyyən edilir və həmin X3 haqqında Qaydalar daxildir. Müqaviləni “ Daşıcıyılar üçün təmsilçi qismində çıxış edən X2 Assosiasiyasının Baş Direktoru” və cavabdehn direktoru imzalamışdırlar. Bundan başqa, iddiaçının iddia ərizəsinə əlavə etdiyi 21 iyun 2016-cı il tarixli məktubdan göründüyü kimi, İATA X2 Assosiasiyası BHNA-nın X1 Qaydalarının tələblərinə istinad etməklə, cavabdehə pretenziyasını ünvalamışdır. Beləliklə, müqavilə şərtlərinə uyğun olaraq məhkəmənin müəyyən edilməli olan işin halı iddiaçı şirkətinin İATA X2 Assosiasiyasının üzv olduğu, sonuncunun müqavilə bağlamaq səlahiyyətlərinin verildiyi və iddiaçı ilə cavabdeh arasında həmin müqaviləyə əlavə olanun “Məlumat Kitabçasında” əks olunmuş şərtlərin, habelə BHNA-nın X1 Qaydalarının tələblərində mübahisələndirilən məsələyə tətbiqi, yəni məhkəməyə qədər (pretenziya) qaydalarının həmin müqavilədə ha nsı qaydada nizama salınması müəyyən edilməli idi. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz. Lakin apellyasiya məhkəməsinin tətbiq etdiyi və ya tətbiq edilməli olduğu prosessual hüquq normasının yoxlanılması üçün müvafiq işin hallarının müəyyən edilməsi zəruri olduğundan, məhkəmə kollegiyası kassasiya şikayətində bildirilmiş dəlilə uyğun olaraq bu qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir k i, müqavilə üzrə satılmış biletlərinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiacıya olan borcunu ödəməlidir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, onun iddiaçıya ödənilməyən borcunun olması heç bir sənəd və ya sübutla öz təsdiqini tapmamış, aşağı instansiya məhkəmələri isə qərar qəbul edərkən iş üzrə mötəbər sübutlara deyil, iddiaçının mülahizələrinə əsaslanmışdırlar. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İlk olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsi mübahisəyə giymət verərkən maddi hüquq normaları kimi yalnlz “Öhdəliklərin icra edilməməs i” haqqında müddəalara əsaslanmış, halbuki mübahisənin həlli üçün ilk olaraq tərəflər arasında müqavilə münasibətlərinin hüquqi təbiəti açıqlanmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı dır. Bu müddəaların tələbə münasibətdə təhlilinə görə, pulun ödənilməsi vəzifəsi kimi borclunun öhdəliyi yalnız o halda yarana bilər ki, onun yaranması üçün hüquqi əsas mövcud olsun. Sonuncu maddəyə görə öhdəliyin yaranması iki halda - zərər vurma, əsassız varlanma və ya Məcəllədə müəyyən edilmiş digər əsaslar nəticəsində (a) və bağlanmış müqavilə nəticəsində (b) baş verə bilər. Apellyasiya məhkəməsi tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu 05 aprel 2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən yarandığını bildirmiş, lakin yuxarıda verilmiş hüquqi qiymətləndirmədən göründüyü kimi, həmin müqavilənin tərəfi kimi bilavasitə iddiaçı şirkət olduğu müəyyən edilməmidir. Habelə, məhkəmənin qətnaməsindən hansı növ müqavilənin olması, onun tərəflər arasında razılaşdırılmış şərtləri, həmin şərtlərdən irəli gələn tərəflərin qarşılıqlı öhəliklərin mahiyyəti, onlara tərəflərin qarşılıqlı riayət edilib-edilməməsi və s. bu kimi məsələlər öz əksini tapmamışdır. Belə olan halda isə məhkəmənin məhz cavabdeh tərəfindən öhdəliyinin pozulması nəticəsinə gəlməsi tam aydın deyildir. Məhkəmə kollegiyası hesab edir ki, İATA X2 Assosiasiyasının “Daşıcıyılar üçün təmsilçi qismində çıxış etməklə” cavabdehlə bağlanmış istinad edilən müqaviləyə Mülki Məcəllənin 842-ci maddəsi ilə anlayışı açıqlayan “Sərnişin daşınması müqaviləsi”nə həmin Məcəllənin 777.4-cü maddəsində əks olunmuş qaydaya görə subsidiar şəkildə, yəni əlavə vasitə kimi çıxış edən tapşırıq müqaviləsinə dair qaydalara uyğun olaraq qiymət verilməlidir. Bu nəticə həmçinin istinad olunan müqavilənin 3-cü bəndində əks olunmuş şə rtlərdən, habelə cavabdehin müqavilə üzrə öhdəliklərinə münasibətdə isə həmin müqaviləni 7-ci bəndində müəyyən edilmiş qaydalardan irəli gəlir ki, onlar üzrə apellyasiya məhkəməsi hüquqi qiymətləndirməni aparmamış və müvafiq olaraq işin hallarını müəyyən etməmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlil üzrə əlavə qiymətləndirmənin aparılmasını o əsasla mümkün hesab etmir ki, işin halları ilə bilavasitə iddiaçının istinad edilən müqavilə üzrə tərəf olduğu müəyyən olunmamışdır. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tam olaraq düzgn olan maddi-hüquq normalarını tətbiq etmiş, müvafiq maddihüquq normalarının tətbiqi üçün isə işin halları tam müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 41 8.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; - 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; - 386-cı maddəsinə əsaəsn, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; - 419.2.11-ci maddəsinə əsaəsn, iş yeni məhkəmə baxışına verilərsə, yerinə yetirilməli olan hərəkətlər kassasiya instansiyası məhkəməsinin qərarında göstəri lməlidir. Sadalanmış maddələrə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, işin yenidən baxışı zamanı cavabdehin apellyasiya şikayətində bildirilmiş əsaslar yoxlanılmaqla işin halları müəyyən edilməli və onlara müvafiq qiymət verilərək, qərar qəbul edilməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin qismən ləğv olunması üçün əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin direktoru K8 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-2(103)-249/2019 saylı qətnaməsi iddia tələbinin təmin olunması hissəsində ləğv edilsin və həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar