Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-467/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X2 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh Komitənin nümayəndəsi X5 və vəkili X3iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və “xxxx” MTK-ya qarşı özəlləşdirilən əmlak altındakı torpağa dair icarə müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş icarə haqqının ger i qaytarılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.İmanov; iş No 2-2(82)-452/2018) iddia tələbinin təmin edilməsi; ünvan 1 ünvanında 20 saylı emalatxananın yerləşdiyi 4.552,7 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə cavabdeh Komitə ilə iddiaçı arasında bağlanmış 25.02.2011-ci il tarixli, 1179 nömrəli, 30.03.2012-ci il tarixli, 1756 nömrəli və 13.05.2013-cü il tarixli, 2571 nömrəli icarə müqavilələrinin bağlandığı andan etibarsız sayılması; icarə haqqı kimi ödənilən 44.306 manat məbləğində pulun cavabdeh Komit ədən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nağıyeva, hakimlər M.Məmmədov və H.Həmidov, iş № 2-2(103)-227/2019) cavabdeh Komitə və üçüncü şəxs Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi; 2 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iş üzrə yeni qətnamənin qəbul edilməsi; iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, ünvan 2 ünvanında 20 saylı emalatxananın yerləşdiyi 4.552,7 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə cavabdeh Komitə ilə iddiaçı arasında bağlanmış 25.02.2011-ci il tarixli,1179 nömrəli, 30.03.2012-ci il tarixli 1756 nömrəli və 13.05.2013-cü il tarixli, 2571 nömrəli icarə müqavilələrinin bağlandığı andan etibarsız sayılması və icarə haqqı kimi ödənilən 44.306 manat məbləğində pul vəsaitinin cavabdeh Komitədən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamə ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillərinə dair hər hansı yazılı etiraz məhkəmə kollegiyasına təqdim edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Komitənin vəkili E.Hüseynova kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Komitənin nümayəndəsi Ü.Nəsibli vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə 3-cü şəxslər Nazirliyin və MTK-nın nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədi klərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, Bakı şəhər İcra Hakimiyyəti başçısının 237 saylı, 12.10.2004-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,5 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında “xxxx” MTK-nın istifadəsinə verilmişdir. Həmin sərəncamın 13.1-ci bəndi ilə “xxxx” MTK-ya tapşırılmışdır ki, tikinti işlərinə başlayana qədər mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,5 ha torpaq sahəsinə Azərbaycan Respublikası iqtisadi inkişaf Nazirliyinin Dövlət Əmlakının idarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə müqavilə bağlansın. İşin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 29.06.2009-cu il tarixli qətnaməsi ilə "xxxx” MTK-nın iddia ərizəsinin təmin edilməsi, ünvan 3 ünvanında yaşayış binasının yerləşəndiyi 0,5 ha torpaq sahəsinin “xxxx” MTK-ya satılması tələbinə baxılmasının və qanunvericiliyin tələbinə uyğun olaraq həmin torpaq sahəsinin dəyərinin müəyyən edilmiş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin “xxxx” MTK-ya tə qdim edilməsinincavabdehKomitəyə həvalə edilməsi qət edilmişdir. İşin materiallarında olana 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 28.06.2016-cı il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 237 saylı, 12.10.2014-cü il tarixli sərəncamının 13-cü bəndindəki “icarə əsasında” sözlərinin və 13.1-ci bəndinin həmin sərəncam imzalandığı andan etibarsız sayılması, ünvan 4 ünvanda 0,5 ha torpaq sahəsinin “xxxx” MTK-nın daimi istifadəsinə verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. İşin materiallarında olan cavabdeh Komitə ilə iddiaçı arasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1 179 nömrəli, 25.02.2011-ci il tarixli icarə müqaviləsinin surətinə görə, həmin müqavilə ilə ünvan 5 ünvanında yerləşən 20 saylı emalatxananın yerləşdiyi 4.552.7 kv.metr torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndində torpaq sahəsinin illik icarə haqqı 9.469,62 manat, aylıq icarə haqqı 789,14 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş şəxsi hesab vərəqinə və ödəniş tapşırıqlarına əsasən, iddiaçı tərəfindən cavabdeh Komitənin hesabına ümumilikdə 44.307,0 manat məbləğində icarə haqqı ödənilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən 006452 qeydiyyat nömrəli, 18.11.2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətinə görə, İddiaçı ünvan 6 ünvanında yerləşən 20 saylı emalatxananın mülkiyyətçisidir. İddiaçı ərizə ilə cavabdeh Komitəyə müraciət edərək, onun Komitə ilə bağladığı, mülkiyyəti olduğu obyekt altında olan 4.552,7 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair 25.02.2011-ci il tarixli, 1179 nömrəli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iddiaçıya ünvanladığı 05.10.2016- cı il tarixli məktubunda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi ona tövsiyyə edilmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, mübah isəli torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 237 saylı, 12.10.2004cü il tarixli sərəncamının 13-cü bəndi ilə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında (1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 28.06.2016-cı il tarixli qərarı ilə sərəncamının 13-cü bəndindəki “icarə əsasında” sözləri etibarsız sayılmışdır) “xxxx” MTK-nın istifadəsinə verilmişdir. “xxxx" MTK tərəfindən istifadəsinə verilmiş həmin torpaq sahəsində təyinatı üzrə çoxmərtəbəli yaşayış binası inşa edilmiş, binanın tikintisi başa çatdırıldıqdan sonra pay haqqını tam ödəmiş MTK-nın 320 üzvü arasında, pay haqlarına uyğun olaraq bölüşdürülmüşdür. Həmin yaşayış binasının yerləşdiyi, qeyd edilən 0,5 ha torpaq sahəsinin “xxxx” MTKya satılması tələbinə baxılması və qanunverici liyin tələbinə uyğun olaraq həmin torpaq sahəsinin dəyərinin müəyyən edilmiş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin “xxxx” MTK-ya təqdim edilməsinin Azərbaycan Respublikasının ƏmlakMəsələləri Dövlət Komitəsinə həvalə edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 29.06.2009-cu il tarixli qətnamə qəbul edilmiş və qətnamə 30 iyul 2009-cu ildə qanuni qüvvəyə minmişdir. Bundan başqa, “Azərməişətmebel” RlB-nin Bakı şəhəri, Qospitalnaya küçəsi (İ Alatava) 20-də (sonradan Ceyhun Səlimov küçəsi) yerləşən, torpaq sahəsi 4.552,7 kv.m olan 20 saylı emalatxanası 08.10.1996-cı il tarixində keçirilmiş hərracda X6 tərəfindən özəlləşdirilmiş və həmin emalatxana binası sonradan hazırkı İddiaçı satılmış və sonuncuya mülkiyyət hüququ haqqında 18.11.2005-ci il tarixli, 006452 nömrəli şəhadətna mə verilmişdir. Qeyd edilən qeyri-yaşayış obyekti iddiaçının mülkiyyətində olduğundan, həmin qeyriyaşayış obyektinin torpaq sahəsi də Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq iddiaçının icarəsinə verilmişdir. Mübahisəli torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında əvvəlcə 25.02.2011-ci il tarixli, 1179 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Sonradan eyni torpaq sahəsinə dair tərəflər arasında 30.03.2012-ci il tarixli, 1756 nömrəli və 13.05.2013-cü il tarixli, 2571 nömrəli icarə müqavilələri bağlanılmışdır. Qeyd edilən torpaq sahəsinə dair hər 3 müqavilə iddiaçının müvafiq ərizələri və razılığı ilə bağlanılmış və iddiaçı öz iradəsinə uyğun həmin müqavilələri imzalamışdır. Beləliklə, icarə müqavilələri qanunvericilik normalarına və tərəflərin razılığına uyğun olaraq bağlanılmış və bu zaman iddiaçının heç bir hüququ cavabdeh Komitə tərəfindən pozulmamışdır. Lakin, iddiaçı heç bir əsas olmadan yuxarıda qeyd edilən icarə müqavilələrinin etibarsız hesab edilməsini və ödənilmiş icarə haqlarının geri qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339 - 350-ci maddələri ilə müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmişdir. Ancaq iddiaçının ərizəsində həmin əsaslardan hər hansı birinin mövcud olmasına dair məhkəməyə heç bir dəlil təqdim edilməmişdir. Bundan əlavə, ünvan 7 ünvanında yerl əşən, torpaq sahəsi 4.552.7 kv.m olan 20 saylı emalatxana 18.11.2005-ci il tarixli, 006452 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olduğundan, Komitənin mübahisəli torpaq sahəsinin icarə əsasları ilə iddiaçının istifadəsinə verilməsi ilə bağlı mövqeyi torpaq qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.6-cı maddəsinə əsasən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60-cı maddəsinin 1 -ci bəndinə müvafiq olaraq dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Həmin Məcəllənin 55 və 66-cı maddələrinin 1-ci bəndlərinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Belə olan halda mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, hər han sı fiziki və ya hüquqi şəxs tərəfindən satın alınmadığından yalnız icarə əsasında hər hansı hüquqi və ya fiziki şəxs tərəfindən istifadə oluna bilər. Bundan əlavə, iş üzrə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan hər 3 müqavilə iddiaçının müvafiq ərizələri və razılığı ilə bağlanmış və O, icarə müqavilələrinin bağlanmasına məcbur edilməmişdir. Əksinə iddiaçı özü hər dəfə icarə müqavilələrinin müddətini uzatmaqla əqdin qüvvədə saxlanılmasına dair iradəsini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, əgər tərəflər müqavilən in bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 351.3-cü maddəsinə görə, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qeyd olunanlardan göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilələrin etibarsız müqavilələr kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Ona görə də, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir: Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə uyğun olaraq məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-467/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-467/2019
29.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver