Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-467/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kirayə müqaviləsi üçün borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “əsas borcun və qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsinə müvafiq ödəniş gününə hesablanan faizin tutularaq iddiaçının hesabına köçürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli 2-2(103)-495/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (icarəyə verən) ilə "xxxx" ASC (icarəçi) arasında bağlanmış 2019-cu il 1 noyabr tarixli icarə müqaviləsinə əsasən icarəyə verən bu müqavilənin 1.2-ci maddədə göstərilən əmlakı müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarə obyekti icarə verənə məxsus ünvan 1a küçəsi, 55 saylı evin 17,18,19 saylı, ümumi sahələri 519,40 kv.m.olan ofislərdir. 2.1-ci bəndinə əsasən icarə obyekti təhviltəslim aktına əsasən icarəyə verən tərəfindən icarəçiyə təhvil verilir. 5.1-ci bəndinə əsasən müqavilə üzrə icarəçi icarə obyektindən istifadə etdiyinə görə icarəyə verənə hər ay müvafiq vergilər daxil olmaqla 11.000 manat icarə haqqı ödəyir. 5.2-ci bəndinə əsasən müqavilənin 5-ci bəndi ilə müəyyənləşdirilən icarə haqqı hər ayın 5-dək, həmin gün mövcud qanunvericiliklə müəyyən edilmiş istirahət və bayram gününə təsadüf etdikdə isə onun növbəti iş günü icarəçi tərəfindən icarəyə verənin hesabına köçürülməsi yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 6.4-cü bəndinə görə tərəflərdən hər biri digər tərəfi 1 (bir) ay əvvəl yazılı formada xəbərdar etməklə müqaviləni birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. 2. "xxxx" ASC tərəfindən 07/84-365 sayl ı abunəçi "xxxx" ASC-yə təqdim edilmiş 2020-ci il 10 aprel tarixli hesab-fakturadan görünür ki, abunəçiyə elektrik enerjisinə görə 2020-ci il 8 mart tarixdən 2020-ci il 8 aprel tarixədək olan müddət üçün 656,10 manat məbləğində borc hesablanmışdır. 3. "xxxx" ASC tərəfindən 07/84-365 saylı abunəçi "xxxx" ASC -yə təqdim edilmiş EBAK seriyalı 858896 saylı, 2020-ci il 13 may tarixli elektron qaimə ilə müəyyən edilir ki, abunəçiyə 2020-ci il 8 aprel tarixdən 2020-ci il 8 may tarixinədək olan müddət üçün 358,20 manat məbləğində borc hesablanmışdır. 4. 2020-ci il 30 aprel tarixli təhvil-təslim aktına əsasən icarə obyekti olan Bakı şəhəri, Nəsimi rayonu, Z.Əliyeva küçəsi 55 saylı evin 17, 18, 19 saylı ümumi sahələri 519,40 kv.m. olan ofisləri, həmçinin həmin ofislərdə olan icarəyə verənin mülkiyyə tində olan əşyalar icarəçi "xxxx" ASC tərəfindən icarəyə verənə İddiaçı MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 5. "xxxx" ASC 2020-ci il 13 mart tarixli məktubu ilə İddiaçı MMC-yə müraciət edərək 2019-cu il 1 noyabr tarixli icarə müqaviləsinin 2020-ci il 31 mart tarixindən ləğv ediləcəyi barədə məlumat vermiş və müqavilənin notariat qaydasında xitam verilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
6. İddiaçı QSC 2020-ci il 19 iyun tarixli pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət edərək 2020-ci il 30 aprel tarixinə qalan 11.000 manat məbləğində icarə haqqı borcunun 20 iş günü ərzində ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı QSC (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 manat məbləğində əsas borcun və qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsinə müvafiq ödəniş gününə hesablanmış faizin tutularaq iddiaçının bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 1 noyabr tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı öz mülkiyyətində olan ünvan 1a küçəsi, 55 saylı ev ünvanında yerləşən 17, 18 və 19 saylı, ümumi sahələri 519 kv. metr olan ofisləri cavabdehə hər ay 11.000 manat ödəmək şərti ilə 11 ay müddətinə icarəyə vermişdir. 2020-ci il 30 aprel tarixində cavabdeh icarə obyektini iddiaçıya təhvil verərək icarə müqaviləsinə xitam verdiyini elan etmişdir. Hazırda cavabdeh aprel ayı üçün ödəməli olduğu 11.000 manat məbləğində icarə haqqını ödəməkdən imtina edir. Halbuki, müqavilənin 5.2-ci bəndi ilə cavabdeh aylıq icarə haqqını hər ayın 5-dək qəbul edilmiş hesab-faktura əsasında iddiaçının bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən aprel ayının ödənişi üçün cavabdehə hesab-faktura göndərilmişdir. Lakin bu günədək ödəniş icra olunmur. İddiaçı 2020-ci il 19 iyun tarixdə cavabdehə müvafiq qaydada pretenziya təqdim edərək öhdəliyin yerinə yetirməsini tələb etmişdir. Lakin cavabdeh bugünədək nə öhdəliyini icra etmiş, nə də pretenziyaya cavab vermişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 439.3, 445, 449.1, 700.1-ci maddələrinə istinad etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli, 2-2(113)-316/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 11.000 manat məbləğində icarə haqqı borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Leyla Əliyeva).
11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2019-cu il 1 noyabr tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən icarəyəverən icarə obyekti olan ofisləri icarəçinin istifadəsinə verməyi, sonuncu isə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış icarə müqa viləsinin 6.4-cü maddəsində tərəflərdən birinin digər tərəfi müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə bir ay qabaqcadan xəbərdar etməli olması nəzərdə tutulmuşdur. Belə olan halda isə müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin 2020-ci il 13 mart tarixli məktubuna əsasən mübahisəli icarə müqaviləsinə cavabdehin qeyd etdiyi kimi 2020-ci il 31 mart tarixdə deyil, ən tezi 2020-ci il 13 aprel tarixdə xitam verilə bilərdi.
12. Bundan əlavə, cavabdeh iddia tələbinə etirazını icarə obyektini 2020-ci il 31 mart tarixdə boşaltması, yəni həmin tarixdən icarə sahəsindən istifadə etməməsi ilə əsaslandırsa da, göstərilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. "xxxx" ASC tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimədən də göründüyü kimi icarə obyekti olan ofislərdə elek trik enerjisindən istifadəyə görə 2020-ci ilin aprel ayında 358,20 manat məbləğində borc hesablanmışdır. Göstərilən hal isə öz növbəsində onu təsdiq edir ki, aprel ayında icarə obyekti olan ofislərdən istifadə edilmiş, yəni ofislər cavabdehin qeyd etdiyi kimi 2020-ci il 31 mart tarixində boşaldılmamışdır. Belə olan halda mübahisəli icarə müqaviləsinə 2020-ci il 31 mart tarixindən əvvəl xitam verilməsi ehtimal edilsə belə, 2020-ci il 30 aprel tarixinədək icarə sahəsi icarəçinin faktiki sahibliyində və istifadəsində olduğundan, icarəyə verən MM-in 697.2-ci maddəsinə əsasən əşyanın ona qaytarılanadək olan müddət üçün icarə haqqını tələb etməkdə haqlıdır.
13. Borcun ödənilməsinin gecikdirilməsinə görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsinə müvafiq ödəniş gününə hesablanan faizin tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ki, həmin hissədə iddia tələbinin qanuni əsasını MM-in 449.1-ci maddəsi təşkil edir. “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına əsasən, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı MM-in 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən MM-in 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 442, 443.1, 448.1, 697.2, 700.1, 700.3-cü maddələrinə, “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli, 2-2(103)-495/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmışdır (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, "xxxx" ASC-nin icarəçi (abunəçi) cavabdehə təqdim etdiyi 07/84-365 saylı 2020-ci il 10 aprel tarixli hesab-fakturaya əsasən müəyyən olunur ki, 2020-ci il 8 mart tarixindən 2020-ci il 8 aprel tarixədək olan müddət üçün abunəçiyə istehlak olunan elektrik enerjisinə görə 656,10 manat məbləğində borc məbləği hesablanmışdır. Bu da ən azından onu deməyə əsas verir ki, 2020-ci il 8 aprel tarixinədək cavabdeh icarə obyektində fəaliyyəti mövcud olmuşdur.
18. Bundan əlavə, tərəflər icarə müqaviləsində icarə obyektlərinin təhvil-təsliminin aşağ ıdakı qaydası barədə razılığa gəlmişlər; 2.1.İcarə obyekti təhvil-təslim aktına əsasən icarəyə verən tərəfdən icarəçiyə təhvil verilir; 2.2. Təhvil-təslim aktı icarəyə verən və icarəçi və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanır və tərəflərin möhürü ilə təsdiq olunur; 2.3 Müqavilə ləğv edildikdən sonra icarə obyektinin icarəçi tərəfindən icarəyə verənə geri qaytarılması müqavilənin 2.1 və 2.2-ci bəndləri ilə müəyyən olunan şərtlərlə və qaydada həyata keçiriləcəkdir.
19. İşin materiallarından görünür ki, cavabdeh tərəfindən “2021-ci il 31 mart tarixindən etibarən icarə müqaviləsini vaxtından əvvəl ləğv etməsi barədə” iddiaçıya 2020ci il 13 mart tarixli bildiriş göndərilsə də, icarə obyekti sonuncuya, icarə müqaviləsinin 2.3cü bəndinin şərtinə müvafiq qaydada, yəni, hər iki tərəfin imzalayıb möhürü ilə təsdiq olunmuş təhvil-təslim aktı ilə 2020-ci il 30 aprel tarixində təhvil verilmişdir.
20. Apellyasiya instansiya məhkəməsi MM-in 700.1, 700.3 və 697.2-ci maddəsinin tələbləri baxımından belə nəticəyə gəlmişdir ki, iddiaçı icarə obyekti olan mənzillər qaytarılanadək olan müddət üçün cavabdehdən icarə haqqını tələb etməkdə haqlıdır. 21. 2021-ci il 7 iyun tarixində apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 22. 2021-ci il 9 iyul tarixində cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZA HATLARİ a) Kassasiya şikayətinin dəlilləri
23. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci maddəsində göstərilən icarə haqqı cavabdeh tərəfindən mart ayı üçün nəzərdə tutulan ödəniş də daxil olmaqla gecikdirilmədən vaxtında ödənilmişdir.
24. Qətnamədə qeyd olunan təhvil-təslim aktı icarəyə verənin səhlənkar hərəkətləri, təhvil-təslim prosesində iştirak etməkdən boyun qaçırması nəticəsində 2021-ci il 30 aprel tarixdə imzalanmışdır. Bu vaxta qədər cavabdeh tərəfindən 2020-ci il 13 mart tarixli məktubla bağlanmış icarə müqaviləsinin 2021-ci il 31 mart tarixdən ləğv edilməsi barədə iddiaçıya məlumat verilməsi faktı icarə müqaviləsinə xitam verilməsi niyyətini sübut edir.
25. Aprel ayının ilk 5 günündə ölkə ərazisində yayılmaqda olan koronavirus (COVİD19) pandemiyasına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərinə tam ciddi yanaşaraq əmlaklarını qeyd olunan ofislərdən çıxarmışdır. Bu halı yükdaşıma şirkətləri ilə olan müqavilələr də təsdiq edir.
26. Qeyd olunanlar onu göstərir ki, aprel ayında cavabdeh tərəfindən icarə müqaviləsinin obyekti olan mənzillər faktiki olaraq istismar edilməmiş və sadəcə icarə verənin məsuliyyətsiz hərəkətləri nəticəsində icarə müqaviləsinə xitam verilməmişdir.
27. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası MM-in 390-cı maddəsinə istinad etmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübu t edilmədiyindən, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə ləğv edilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin əsassız olduğunu göstərmiş, şikayətin təmin olunmamasını xahiş etmişdir.
30. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçıya göndərilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. İş üzrə cavabdeh tərəfindən məhkəmə aktı iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirilməmişdir. Buna görə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslı lığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyri nə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Ö hdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün ü çün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsin i tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” 35. “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.”
36. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax yuxarıda §34), qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 17-20) Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Qeyd edilməlidir ki, kassasiya şikayətində ümumi ifadələrlə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğu qeyd olunsa da, konkret olaraq pozuntunun nədə ifadə olunduğu göstərilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. 40.Cavabdeh kassasiya şikayətində həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasını və işin hallarının sübut olmamasını göstərmişdir. MPM-nin 385-ci maddəsinin tələbinə görə belə dəlillər apell yasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bundan fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
41. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 42.Şərh edilənlərə əsasən və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli 2-2(103)-495/2021 saylı qətnaməs i cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov