Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-467/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(105)67/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış sifariş üzrə malların alqı-satqısına dair 2022-ci il 8 iyul tarixli 178 saylı müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında malların təchizatını və alıcnın mülkiyyətinə verməyi öhdəsinə götürür. Alıcı isə həmin malları qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq malın dəyərini ödəyir.
2. Müqavilənin 3.2-ci bəndinə əsasən, malların dəyəri bir qayda olaraq qaimə-faktura təqdim edildikdən sonra 30 təqvim günü ərzində ödənilməlidir.
3. EBCA seriyalı 775765 saylı 2022-ci il 27 iyul tarixli elektron qaiməyə əsasən, alqısatqı müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə 32.026,04 manat dəyərində “çerkiz file toyuq” satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. 4. 2022-ci il 27 iyul tarixli malların təhvil-q əbul aktına əsasən, İddiaçı MMC tərəfindən 32.026,04 manat dəyərində mal Cavabdeh MMC-yə təhvil verilmişdir.
5. Kredit haqqında bildirişə əsasən, Cavabdeh MMC tərəfindən X2 vasitəsilə 775765 saylı qaimə üzrə İddiaçı MMC-yə 9.985 manat məbləğində ödəniş edilmişdir. İş üzrə qəbül edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2022-ci il 19 oktyabr tarixində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2022-ci il 8 iyul tarixli müqavilə üzrə 22.041,04 manat məbləğində əsas borc, borcun ödənilməsini gecikdirdiyinə görə 431,2 manat məbləğində pul vəsaiti və mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci olmaq la, cəmi 22.672,24 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında sifariş üzrə malların alqısatqısına dair 2022-ci il 8 iyul tarixli, 178 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən malların sifarişi satıcının ekspeditoru tərəfindən alıcının satış nöqtəsində, yaxud telefon və elektron poçt vasitəsilə qəbul edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən malların təhvil verilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir. Hazırkı elektron qaimə-faktura qəbul edildiyi andan 5 gün ərzində ləğv edilmədiyi, düzəliş tələb edilmədiyi halda, malların müvafiq qaydada təhvil verildiyini-alındığını, o cümlədən də malların lazımi qaydada, həcmdə, çəkidə, qablaşdırmada, ünvanda və ümumilikdə göstəricilər üzrə razılaşdırılmış qaydada alındığını təsdiq edir. Qeyd olunan müqavilə üzrə 2022-ci il 27 iyul tarixində alıcıya bir kiloqramı 6,4 manat olmaqla 5.004,069 kq “çerkiz” file toyuq təhvil verilmiş, alıcının 32.026,04 manat borcu yaranmışdır. Cavabdeh həmin məbləğdən 9.985 manat ödəniş etmiş, 22.041,04 manat borcu qalmışdır. Borcun ödənilməsi məqsədi ilə dəfələrlə şifahi müraciət olunsa da, cavabdeh tərəfindən ödəniş hal-hazıradək həyata keçirilməmişdir. Həmçinin cavabdeh müqavilə üzrə ödənilməmiş 22.041,04 manat pul vəsaitini qanunsuz özündə saxladığına görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınsa, cavabdeh tərəfindən pul öhdəliyinin icra edilməməsinə görə 6.5% miqdarında faiz hesablanıb borc m əbləğinə əlavə edilməlidir. Müqavilə şərtinə görə borc 30 gün ərzində ödənilməli idi. 2022-ci il 27 avqust tarixində həmin müddət tamam olmuş, lakin borc ödənilməmişdir. 22.041,04x6.5%=1.432,67; 1.432,67/365=3,92 manat bir günə düşən faiz məbləğidir. Artıq 50 gündür ki, borcun ödənilmədiyini və məhkəmə prosesinin də təxminən 60 gün çəkəcəyini nəzərə alaraq 110x3.92=431,2 manat faiz ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-c ü il 18 yanvar tarixli e-2-2(119)-49/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən (VÖEN: **********) 22.041,04 manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərci olmaqla cəmi 22.241,04 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehdən dövlət nəfinə 156,12 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim H.Alıyeva).
9. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinadla (bax yuxarıda bu qərarın 1-5-ci bəndləri) müəyyən etmişdir ki, tərəflər arasında sifariş üzrə malların alqı-satqısına dair 2022-ci il 8 iyul tarixli 178 saylı müqavilə bağlanmış, qeyd olunan elektron qaimə və təhvil-qəbul aktına əsasən “çerkiz file toyuq” iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, lakin cavabdeh həmin malların dəyərini tam ödəməmişdir. Buna görə hazırkı iddia ərizəsində ödənilməmiş 22.041,04 manat məbləğində əsas borcun və borcun ödənilməsini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun hesablanmış 431,2 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur.
10. İşin materiallarına əsasən, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış sifariş üzrə malların alqısatqısına dair müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, cavabdehdən qeyd edilən müqavilə üzrə 22.041,04 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır.
12. Məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 431,2 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. İddiaçı tələbin bu hissəsini MM-in 449-cu maddəsi ilə əsaslandırmışdır. Lakin iddiaçı ona məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsasl ar mövcud deyildir.
13. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən (VÖEN: **********) 22.041,04 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
14. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, cavabdehdən 156,12 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 449.1, 567, 600.1 və 600.4-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə, Azərbaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il 9 iyul tarixli qərarına və MPM-in 14.2, 77.1, 88, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(105)-67/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 18 yanvar tarixli e-22(119)-49/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim İ.Dəmirov, hakimlər L.Rəhimli və F.Məmmədov).
18. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına MM-in 385.1, 425.1, 427.3, 442, 449.1, 567, 600.1 və 600.4-cü maddələrinə istinadla qiymət vermiş və qeyd etmişdir ki, tərəflər arasında sifariş üzrə malların alqı-satqısına dair 2022-ci il 8 iyul tarixli 178 saylı müqavilə bağlanmış, qeyd olunan müqavilə üzrə 2022-ci il 27 iyul tarixində alıcıya bir kiloqramı 6,4 manat olmaqla 5004,069 kq “Çerkiz” file toyuq təhvil verilmiş, alıcının 32.026,04 manat borcu yaranmışdır. Cavabdeh həmin məbləğdən 9.98 5 manat ödəniş etmiş, 22.041,04 manat borcu qalmışdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehə dəfələrlə şifahi müraciət olunsa da, cavabdeh tərəfindən hal-hazıradək ödəniş həyata keçirilməmişdir. Belə olan halda iddiaçının məhkəmə qaydasında cavabdehdən 22.241,04 manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslı hesab olunmuşdur.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə əsaslı nəticəyə gəlmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, cav abdeh apellyasiya şikayətini «iddiaçının onlara satdığı “Çerkiz” file toyuq məhsulunun köhnə və aşağı keyfiyyətli olması səbəbindən qısa zamanda xarab olması, qeyd edilən səbəbdən malın 2.019 kq. hissəsinin alış qiymətindən iki qat aşağı qiymətə satılması, malın köhnə olmasının iddiaçıya əvvəlcədən bəlli olması, cavabdehi bu barədə xəbərdar etməməsi, eləcə də cavabdeh tərəfindən iddiaçıya malın dəyərini təşkil edən 32.026,04 manatın 9.985 manatından savayı 4.000 manat da əlavə ödəniş edilməsi» ilə əsaslandırsa da, öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etməmişdir. Əksinə, apellyasiya qaydasında işə baxılarkən məhkəmə araşdırması nəticəsində tərəflər arası nda bağlanmış sifariş üzrə malların alqı-satqısına dair müqavilə üzrə cavabdehin öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi və buna görə də cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə 22.041,04 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir.
21. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi normalara istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edərək, işə yenidən baxılması üçün apelly asiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 581.1, 581.2, 584.2, 585, 587.1 və 587.2-ci maddələrinin tələbləri pozulmuşdur-tərəflər arasında “Çerkiz” file toyuq məhsulunun alqı-satqısına dair 2022-ci il 8 iyul tarixində bağlanmış 178 saylı müqavilə üzrə cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçının cavabdehə satdığı “Çerkiz” file toyuq məhsulunun aşağı keyfiyyətli olması və yararlılıq müddətinin bitməsi səbəbindən qısa zaman ərzində xarab olması, yəni istehlaka yararsız vəziyyətə düşməsi ilə bağlı olmuşdur. Qeyd edilən səbəbdən malın 2019 kq. hissəsi alış qiymətindən iki qat aşağı qiymətə satılmışdır. Halbuki, malın köhnə olması və yara rlılıq müddətinin bitməsi iddiaçıya əvvəlcədən bəlli olmuş, lakin iddiaçı cavabdehi bu barədə xəbərdar etməmişdir. Bu səbəbdən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra edə bilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə istinad edilən maddi hüquq normalarının tələbləri baxımından araşdırmaq əvəzinə sadəcə olaraq onları sadalamaqla və əsassız hesab etməklə, öz vəzifəsini bitmiş hesab etmişdir. Hətta iddiaçıdan satdığı malın istehsal tarixini və yararlılıq müddətini təsiq edən sənədi məhkəməyə təqdim etməyi belə tələb etməmişdir. Halbuki işin istinad edilən halını təkzib etmək iddiaçının vəzifəsinə aid olmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya malın dəyərini təşkil edən 32.02 6,04 manatın 9.985 manatından savayı 4.000 manat da əlavə ödəməsi ilə bağli gətirdiyi dəlillərə münasibət bildirməmişdir. Baxmayaraq ki, iddiaçı cavabdeh tərəfindən ödənilmiş 4.000 manatı hesablamayaraq ələ keçirmişdir.
25. MPM-in 14.2 və 88-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə sübutları MPMin 14.2-ci maddəsinin tələb etdiyi qaydada araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qaydada qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir Kassasiya baxışının hədləri
26. MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkə məsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlid ir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulm asına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabın a pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.... 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Maddə
567. Aluı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdə sinə götürür. “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Aluı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” 29. “Mediasiya haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
36. Mediasiya xərcləri... 36.5. “Mediasiya prosesinin tətbiq i barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəfl ərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yox lamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
33. Cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər ey ni zamanda, apellyasiya şikayətinin də dəlili olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 18 və 20-ci bəndləri) və eyni hüquqi qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
34. Məhkəmə kollegiyası cavabdehin iddia tələbinə dair etirazının əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin (bax yuxarıda bu qərarın 30-cu bəndi) tələblərinə uyğun olmuş, işdəki sübutlar mül ki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsin in Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(105)-67/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov E.Y.Şamayev