Məhkəmə qərarları › İş №2-2(102)-469/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-469/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-469/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta hadisəsi barədə məlumatlandırma; sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi Nümayəndə1, onun vəkili Pərvanə Hacıyevanın və cavabdehin vəkili Vəkil iştirakları ilə, cavabdeh "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 2-2(103)-448/2021 saylı qətnaməsindən veri lmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. MC********** nömrəli Sığorta şəhadətnaməsində sığortaçı "xxxx" ASC (bundan sonra – ASC), sığortalı İddiaçı MMC (bundan sonra – MMC), faydalanan şəxs MMC, sığorta müddəti 1827 gün, sığorta ərazisi - Azərbaycan, nəqliyyat vasitəsi-Changan Alsvin V7 markalı, 90- PJ-792 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018-ci il olan avtomobil, sığorta ili: 2019-cu il 12 mart tarixdən 2024-cü il 12 mart tarixədək, sığorta məbləği 23.000 manat, sığorta haqqı 1600,80 manat, şərtsiz azadolma - hər hadisə üzrə 450 manat olması, sığortalının nümayəndəsinin Sığorta şəhadətnaməsinin və ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş “Avtomobil Nəqliyyatı vasitələrinin Kasko Sığorta Qaydaları”nı (bundan sonra – Qaydalar) a lması, onlarla tanış olması və bütün şərtlərlə razı olması qeyd olunmuşdur. Həmin Qaydaların 12.1-ci bəndinə əsasən, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığortalı hadisənin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 24 saat ərzində sığortaçıya və müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. 2. 2021-ci il 27 mart tarixində, saat 00:30 radələrində MMC-nin mülkiyyətində olan və ona məxsus sürücü Poladova Gülcahan Rzabala qızının (bundan sonra – G.Poladova) idarə etdiyi “Changan Alsvin” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qəzaya uğraması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (bundan sonra – DYP) tər əfindən həmin gün hadisə yeri müayinə olunmuş, sxemi tərtib olunmuş, sürücü G.Poladavanın izahatı alınmış və barəsində inzibati xətaya dair protokol tərtib olunmuş və s. hərəkətlər, o cümlədən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə Arayış tərtib olunaraq DYP-nin 046-15531 saylı qərarı ilə təsdiq olunmuşdur.

3. DYP-nin sığortaçı ASC-nin 2020-ci il 31 mart tarixli, 011924 №-li məktubuna cavab olaraq ünvanladığı 2020-ci il 1 aprel tarixli, 046-15531 saylı məktubda göstərilmişdir ki, 2021-ci il 27 mart tarixində “Changan” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsinə aid toplanmış materialların surətləri sığortaçıya göndərilmişdir.

4. MMC tərəfindən ASC-yə ünvanlanan pretenziyanın surətindən görünür ki, avtoqəza nəti cəsində sığortalı avtomobilə (“Changan Alsvin V3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı) 15805 manat ziyan dəyməsi göstərilmiş və kasko şəhadətnaməsi almış avtomobilə dəymiş ziyanın qısa müddətdə MMC-yə ödənilməsi xahiş edilmişdir. 5. 2020-ci il 24 fevral tarixli aktın surətindən görünür ki, Changan Alsvin V7 markalı 90- PJ-792 dövlət qeydiyyat nişanlı avtomaşın MMC Servis Mərkəzində texniki baxışdan keçirilmiş və ehtiyat hissələrin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir. Yekun qiymət 15805 manat müəyyən edilmişdir.

6. ASC tərəfindən MMC-yə ünvanlanan AS-20/629 nömrəli, 2020-ci il 20 aprel tarixli məktubda sığorta ödənişindən imtina olunaraq qeyd olunmuşdur ki, “ASC ilə MMC arasında 2019-cu il 12 mart tarixdə MC190000086 saylı sığorta müqaviləsi bağlanmış və “Changan Alsv in V 7” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta şirkəti tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. MMC məktubla müraciət edərək 2020-ci il 6 aprel tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. Müraciətə baxılmış və araşdırılmışdır. Cəmiyyətə DYP tərəfindən təqdim olunan “İnzibati xəta haqqında” protokolda baş vermiş hadisə zamanı “Changan Alsvin V7” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən G.Poladovaya hadisədən sonra DYP əməkdaşlarının gəlməsini gözləməyib hadisə yerindən yayındığına görə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 327.6-cı maddəsinin tərtib olunduğu göstərilmişdir. Beləliklə hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda, G.Poladova hadisə baş verdikdən sonra hadisə yerindən yayınaraq bu barədə nə sığorta şirkətinə, nə də DYP-yə hadisə yerindən dərhal məlumat verməmişdir. Qeyd edilənlərə əsasən, hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur”.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 30 noyabr tarixli, 9/4353 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə MMC tərəfindən təqdim edilmiş 2020-ci il 24 fevral tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2018-ci il buraxılışlı, “Changan Alsvin V3” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, av toehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.947,0 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC cavabdeh ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 15805 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablanmaqla 1580 manat, 30 manat dövlət rüsumu olmaqla, cəmi 17.385 manat pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin mülkiyyətində olan, “CHANGAN ALSVİN V3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı ban LS5A2AGEXJD0 08538 minik avtomobili 2019-cu il 12 mart tarixində ASC-də sığortalanmış və MC********** saylı kasko sığorta şəhadətnaməsi verilmişdir (VÖEN **********). Sığortalı avtomobil 2020-ci il 27 mart tarixdə saat təxminən 00:30 radələrində “CHANCAN CS 75” markalı **-PL-*** dövlət qeydiyyatlı avtonəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən sürücü G.Poladova Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəs.,Vorovski küçəsi istiqamətinə dönmə maneviri edərkən qəfildən qarşısına çıxan naməlum şəxsi vurmamaq üçün yolun kənarındakı dəmir beton dirəyə çırpılmışdır. Yol nəqliyyatı hadisəsi zamanı G.Poladovanın idarə etdiyi avtonəqliyyat vasitəsində kiçik azyaşlı qızı olmuşdur. G.Poladova azyaşlı övladının yol nəqliyyat hadisəsindən qorxduğunu görüb onu yaxınlıqda olan evinə aparmışdır. Qəzalı avtomobili hadisə yerində qalmış və o yol nəqliyyat hadisəsi barədə ətrafda olan vətəndaşlardan polisə xəbər verilməsini xahiş etmişdir. Sürücü G.Poladova sığorta hadisəsi barədə sığorta şirkətinə ən qısa vaxtda məlumat vermişdir. Avtoqəza nəticəsində kasko sığortalı avtomobilə 15.805,00 manat ziyan dəymişdir. Sığortalı avtomobilin sığorta şəhadətnaməsi ilə təminat verilən riskdən avtonəqliyyat haddisəsinin baş verməsi, avtomobili idarə edən şəxsin ayıq olması, avtomobilə dəyən zərərlər müvafiq dövlət orqanı tərəfindən qəbul edilən qərarda birmənalı göstərilmişdir. Bundan əlavə, sığortalı olaraq sığorta haqqı ASC-yə ödənilmiş, sığorta hadisəsi barədə səahiyyətli dövlət orqanına – DYP-yə məlumat verilmişdir. Sığorta hadisəsi baş verən zaman hadisə yerinə DYP-nin əməkdaşı gəlmiş, “İnzibati Tənbeh Verm ə Haqqında” qərar qəbul etmişdir. Tam sığortalı avtomobilin sürücüsü G.Poladova 2020-ci il 27 mart tarixində İXM-nin müvafiq maddəsi ilə cərimə edilmişdir. Sürücü ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Sürücü avtomobili idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-yə təqdim etmişdir. Hadisə nəticəsində sığortalı avtomobilə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Kasko (tam) Sığortalı avtomobilə dəymiş zərəri ASC-dən tələb etsə də sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2038/2020 saylı, 2020-ci il 21 sentyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2020-ci il 30 noyabr t arixli, 9/4353 nömrəli rəy tərtib olunmuşdur (bax § 7).

11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 fevral tarixli, 2-2(113)-179/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişir (hakim S.Nuriyeva).

12. Məhkəmə bildirmişdir ki, sığorta hadisəsi baş verdikdən sonra MMC ASC-yə müraciət etmiş, lakin ASC tərəfindən MMC-yə ünvanlanan AS-20/629 nömrəli, 2020-ci il 20 aprel tarixli məktubla sığorta şirkəti ödəniş etməkdən imtina etmişdir. Məktubda həmin avtonəqliyyat vasitəsinin qəzaya uğraması barədə ASC-yə 2020-ci il 6 aprel tarixdə məlumat verildiyi qeyd edilmişdir. Beləliklə, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda hadisə barədə ASC-yə dərhal deyil, hadisədən sonra məlumat verilmişdir. Qaydala rın 12.1-ci bəndinə əsasən, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığortalı hadisənin baş verdiyini bildiyi və ya bilməli olduğu gün dərhal və ya ən geci 24 saat ərzində sığortaçıya və müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Qeyd edilən qaydalar sığorta şəhadətnaməsi imzalanarkən MMC-nin nümayəndəsinə təqdim edilmişdir.Məhkəmə hesab etmişdir ki, Sığortalı Sığortaçı şirkəti hadisə barədə lazımi qaydada və müddətdə məlumatlandırmamışdır. Həmçinin, əsas tələb təmin edilmədiyindən cavabdehdən 1580 manat cərimənin tutulması tələbi də əsaslı deyildir.

13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6.2, 14.1, 462.1, 922.1, 922.2, 923.1, 935.1.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bu ndan sonra – MPM) 77.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrnə istinad etməklə əsaslandırmışdır.

14. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 2-2(103)-448/2021 saylı qətnaməsi ilə iddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin qismən təmin edilməsi, ASC-dən MMC-nin xeyrinə 14.497,00 manat sığorta ödənişi, 1.580,00 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 45,00 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (sədrlik edən – C.Yusifov, hak imlər – R.Qurbanov və V.Baxışova).

16. Apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin sığorta hadisəsi barədə ən qısa müddətdə məlumatı olmuşdur. Belə ki, hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan müvafiq icra hakimiyyəti orqanının (Dövlət Yol Polisi İdarəsi) sığortaçını həmin gün hadisə barədə məlumatlandırmaq öhdəliyini daşıması, sonuncunun həmin sığorta hadisəsi barədə məlumatlandırılmış olduğunu deməyə əsas verir.

17. Həmçinin, cavabdehin nümayəndəsinin izahatında bildirdiyi kimi ASC-nin hadisə barədə 2020-ci il 31 mart tarixində məlumatlandırılması belə onun ən qısa müddətdə məlumatdadırılmaması kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh Qaydaların 12.1-ci bəndinə istinad etməklə iddiaçının 24 saatdan gec olmayaraq sığorta hadisəsi barədə sığort açıya məlumat verməli olduğunu iddia etsə də, Mülki Məcəllə ən qısa müddətin 24 saat olduğunu müəyyən etmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5-ci maddəsinin tələbnə görə Mülki Məcəllə daha üstün qüvvəyə malikdir.

18. İşə əlavə olunmuş, mübahisəli minik avtomobilinin texniki baxışına dair MMC-nin servis xidməti (mütəxəssisi) tərəfindən tərtib olunmuş qüsur aktında (qiymət cədvəlində) “2020-ci il 24 fevral” tarixinin yazılması ilə bağlı məhkəmə qeyd etmişdir ki, servis xidməti tərəfindən qüsur aktındakı tarixin yazılışında təxniki səhvə yol verilmişdir. Belə ki, cavabdeh sığorta ödənişi ilə bağlı iddiaçının müraciətinə üvanladığı 2020-ci il 20 aprel tarixli cavab məktubunda iddiaçının ondan baş vermiş sığorta hadisəsi ilə bağlı sığo rta tədbirlərinin həyata keçirilməsini xahiş etdiyi göstərilmişdir. Bu da onu deməyə əsas verir ki, servis xidməti tərəfindən avtomobilə texniki baxış 2020-ci il 20 aprel tarixindən sonra həyata keçirilmişdir. Göstərilən hal cavabdehin nümayəndəsi tərəfindən də mübahisələndirilməmişdir.

19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya məxsus mübahisəli avtomobilin təmir-bərpa işələrinə çəkilməli xərcin 14.947,0 manat təşkil etməsi ilə razılaşmış və mötəbərliyini qəbul edərək hesab etmişdir ki, tərəflər arasındakı sığorta müqaviləsində nəzərədə tutulan 450 manat azadolma məbləği çıxılmaqla, 14.497 manat məbləğində sığorta ödənişinin verilməsini zəruri edən faktiki və hüquqi əsasların mövcudluğu sübuta yetirilmişdir.

20. Həmçinin, cavabdehin 2 020-ci il 20 aprel tarixli imtina məktubundan etibarən iddiaçının ona göndərdiyi pretenziya məktubunun alındığı 2020-ci il 29 iyul tarixinədək (100 gündən çox müddət üçün) sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmalı dəbbə pulu iddiaçının tələb etdiyi 1580 manatdan da çoxdur. Belə olan halda, qətnamə dəbbə puluna aid hissədə iddiaçının verdiyi tələb - yəni 1580 manat həcmində qəbul edilməlidir.

21. Məhkəmə bu qənaətini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına, Mülki Məcəllənin 898.2, 923.3, 923.4, 926.1, 926.2, 927.1, 934.2 –ci maddələrinə və MPM-in 218.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni Qərar qəbul edilməsi və ya işi yen idən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

23. ASC-yə DYP tərəfindən təqdim olunan “İnzibati xəta haqqında protokol”da, baş vermiş hadisə zamanı “Changan Alsvin V7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən G.Poladovanın hadisədən sonra DYP əməkdaşlarının gəlməsini gözləmədən hadisə yerindən yayındığına görə onun barəsində inzibati xəta haqqında protokolun tərtib olunduğu göstərilmişdir. Beləliklə, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və hadisə barədə xəbər verməni mümkünsüz edən vəziyyət yaranmadığı halda G.Poladova hadisə baş verdikdən sonra hadisə yerindən yayınaraq bu barədə nə ASC-yə, nə də DYP-yə məlumat verməmişdir. Həmç inin ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş hadisə barədə raportda həmin avtonəqliyyat vasitəsinin 2020-ci il 27 mart tarixdə, saat 23:00 radələrində qəzaya uğradığı və bu barədə ASC-yə 2020-ci il 31 mart tarixdə, saat 14:21-də məlumat verildiyi qeyd edilmişdir. Hadisə ilə bağlı DYP tərəfindən ASC-yə təqdim edilmiş 2020-ci il 27 mart tarixli, 046-15534 saylı Arayışda və digər sənədlərdə yol-nəqliyyat hadisəsinin 2020-ci il 27 mart tarixdə, saat 00:30-da baş verdiyi qeyd edilmişdir. Beləliklə, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən vəziyyət yaranmadığı halda hadisə barədə ASCyə dərhal deyil, hadisədən təxminən 4 gün sonra məlumat verilmişdir.

24. Zərər dəymiş “Changan Alsvin V3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtom obil hadisədən sonra hadisə yerindən aparılmaqla sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə ASC-nin əməkdaşlarına təqdim edilməmişdir. Bu isə, sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum etmişdir. c) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. ASC sığorta hadisəsi zamanı **-PL-*** dövlət qeydiyyat nişanı avtonəqliyyat vasitəsinə dəymiş zərərəri ödəməkdən yayınmaq üçün sürücünün barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ASC tərəfindən hazırlanmış qaydaları əsas gətirərək dəymiş ziyanı ödəməkdən imtina etmişdirlər. Hadisə barədə sığorta təşkilatına gec məlumat verilmiş olsaydı, o zaman MMC-yə göndərilən imtina məktubunda imtinanın əsasının gec məlumat verilməsi olduğu göstərilərdi. Göründüyü kimi ASC-nin özünün təqdim etdiyi imtina məktubu sığorta təşkilatının vaxtında hadisə barədə məlumatlandırılmasının sübutudur. Tərəflərin izahatları

26. Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunması, işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsnin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdır ılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

6. Mülki qanunvericiliyin prinsipləri “... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....”. Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə

462. Dəbbə pulu anlay ışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə

898. Azadolma məbləği və gözləmə müddəti... 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır....”. Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir....”. Maddə

923. Sığorta hadisəsi barədə məlumatlandırma 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun n ümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.... 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Maddə

925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətlənd irilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. Zərərin qarşısını n alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının ya zılı razılığı olduqda. Maddə

926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir....”. Maddə

927. Əmlak sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödəniºi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz....”. Maddə

934. Sığorta ödənişinin verilməsi “… 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müdd ətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Maddə

935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumun dan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....”, Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı “... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”. Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər “... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

33. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunma malıdır.

34. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən vəziyyət yaranmadığı halda hadisə barədə ASC-yə dərhal deyil, hadisədən təxminən 4 gün sonra məlumat verilmişdir. Halbuki, qaydaların tələblərinə görə ASC-yə ən qısa zamanda hadisə barədə məlumat verilməli idi.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə bağlı aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır.

36. Mülki Məcəllənin 923.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Məcəllənin 923.4-cü maddəsində üzərinə məlumatl andırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

37. İstinad olunan maddi hüquq normaları belə izah olunur ki, sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı sığortaçıya xəbər verməlidir. Həmçinin, üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən, səlahiyyətli dövlət orqanları və ya müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasit ə ilə sığortaçıya xəbər verilməsi – sığorta hadisəsi barədə sığortaçının məlumatlandırması kimi qəbul edilir.

38. Məhkəmə kollegiyası hesab edir ki, hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət Yol Polis İdarəsinin sığortaçını həmin gün hadisə barədə məlumatlandırmaq öhdəlyinin mövcud olması sığortaçının hadisə barədə məlumatlı olduğunu deməyə əsas verir. Belə ki, Dövlət Yol Polis İdarəsi tərəfindən hadisə baş verən gün hadisə yeri müayinə edilərək sürücünün izahatı alınaraq onun barəsində müvafiq protokol tərtib edilmiş, həmçinin yol nəqliyyat hadisəsinə aid toplanmış materiallar sığortaçıya göndərilmişdir (bax §3,4).

39. Kassasiya şikayətinin digər dəlili bu ndan ibarət olmuşdur ki, sığorta obyekti olan avtomobilin hadisə baş verdikdək dərhal sonra sığortaçıya təqdim edilməməsi onu zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum etmişdir.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşmadığını bildirir.

41. Belə ki, Mülki Məcəllənin 925.5-ci maddəsinə əsaəsən, əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə (Mülki Məcəllə 925.5.2-ci maddəsi).

42. İstinad o lunan normaların məzmunu belə izah olunur ki, sığortaçı tərəfindən sığorta hadisəsi barədə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsinin zərər dəymiş əmlaka baxış keçirməməsi zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim olunmasının istisna halı kimi nəzərdə tutulmuşdur.

43. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iş materiallarına əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı cavabdehin həmin gün məlumatlandırılması öz təsdiqini tapsa da, cavabdeh məlumatlandırıldıqdan sonra 5 gün müddətində onun nümayəndəsinin zərər dəymiş əmlaka baxış keçirdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilən hal isə, zərər dəymiş əmlakın sığort a hadisəsindən dərhal sonakı vəziyyətdə sığortaçıya təqdim edilməli olmasını istisna edir.

44. Həmçinin, sığorta hadisəsi zamanı dəymiş zərərin ekspert rəyi ilə müəyyən edilməsi qaydası da Mülki Məcəllənin 925.3 və 925.4-cü maddələrində nəzərdə tutulmuşdur. Bu baxımdan, hazırki iş üzrə də sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı məhkəmə ekspertizası mərkəzinin ekspert rəyinə əsasən müəyyən edilmişdir (bax §7)

45. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.

51. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müə yyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır.

52. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

53. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 2-2(103)-448/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

54. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxl aya bilər.

55. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 22(103)-448/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar