Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-470/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc və faiz tələbi, elektron qaimə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliri və məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqavilə üzrə borc” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli, 2-2(103)-405/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 2019-cu il 10 iyul tarixdə 43/19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı aşağıda göstərilən şərtlərə uyğun olaraq satıcıdan metal materialları almağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı 1 nömrəli Əlavədə göstərilən malları alıcıya göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən mal bütün növ nəqliyyat vasitəsi ilə göndərilə bilər. Müqavilənin 1.4-cü bəndinə əsasən satıcı satılan malı öz anbarından alıcının nümayəndəsinə təhvil verir. Müqavilənin 1.5-ci bəndinə əsasən malın daşınması alıcının nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Müqavilənin 1.6-cı bəndinə əsasən malın göndərilmə tarixi yolasalma sənədlərində qaimə-fakturalarda göstəriiən tarix hesab edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan malın bir ton qiyməti hər növbəti partiya üçün razılaşdırılalaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir. 2. 2020-ci il 1 oktyabr tarixli, EBAQ seriyalı, 696314 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31.624,28 (ƏDV daxil) manat təşkil edir.
3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş e-qaimələrlə bağlı çıxarışdan görünür k i, cavabdehə 4 e-qaimə (o cümlədən hazırkı iş üzrə göndərilən e-qaimə) göndərilmiş, onlardan ikisi ləğv edilmiş, biri cavabdeh tərəfindən təsdiqlənmiş, biri isə (hazırkı) sistem tərəfindən təsdiqlənmişdir. 4. "xxxx" ASC tərəfindən təsdiq edilmiş 2022-ci il 16 dekabr tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin AZ49JbbK**********0179778A58 nömrəli hesabına 2020-ci il 15 may tarixdə 5.420,19 manat məbləğində ödəniş edilmişdir. 5. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 2022-ci il 18 may tarixli, 01/22 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansi ya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" MMC (bundan sonra - “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.624,28 manat məbləğində pulun, Azərbaycan Mərkəzi Bankının illik 5% uçot faiz dərəcəsinə uyğun son üç il üzrə - 4.743 manat cərimə məbləğinin və mediasiya xidmətinə görə ödənilmiş 210 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-ci il 19 avqust tarixli, 43/19-saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən müxtəlif növdə və ölçüdə metal məmulatlarının (armatur) satışı həyata keçirilmiş, ümumi dəyəri 31.624,28 manat mal satışı baş tutmuş və mallar təhvil ve rilmişdir. İddiaçı tərəfindən cavabdehə bununla bağlı 2020-ci il 1 oktyabr tarixli, EBAQ seriyalı, 696314 nömrəli elektron qaimə göndərilmişdir. Alınan mala münasibətdə cavabdeh (alıcı) tərəfindən indiyədək hər-hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya müqavilə üzrə ödəməli olduğu 31.624,28 manat borc pul məbləği olduğu kimi qalmaqdadır. Dəfələrlə iddiaçı tərəfindən cavabdehdən müqavilə üzrə borcun ödənilməsinin tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Belə ki, cavabdehə hər dəfə həm şifahi, həm yazılı müraciətlər ünvanlanmış, həmçinin o məhkəməyə qədər nizama salma qaydasında məsələnin sülh yolu ilə həlli üçün ilkin mediasiya sessiyasına dəvət olunmuş, lakin gəlməmişdir. Bununla bağlı iddiaçı tərəfindən əlav ə olaraq mediasiya xərcləri ilə bağlı 210 manat pul ödənişi edilmişdir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 421.2, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur.
9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 31.624,28 manat (2019-cu il 10 iyul tarixli, 43/19 saylı müqavilədən irəli gələn borc), 4.743 manat (dəymiş zərərin faiz), həmçinin mediasiya xidmətinə görə ödənilmiş 210 manat, cəmi 36.577,28 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etmiş və sübutedici sənəd kimi 2020-ci il 1 oktyabr tarixli, EBAQ 696314 saylı e-qaiməyə, həmçinin 2022-ci il 20 may tarixli tərəflər arasında bağlanmalı olan təhvil-təslim və üzləşmə aktlarına istinad etmişdir. İddia tamamilə əsa ssız olmuşdur. Belə ki, iddiada cavabdehə 31.624,28 manat məbləğində müxtəlif növlü və ölçülü metal məmulatlarının satdığı iddia olunsa da, iddiaçı sözügedən məbləğdə, miqdarda cavabdehə malın satılmasına və təhvil verməsinə dair heç bir sübutedici sənəd təqdim etmir. Təqdim olunan 2022-ci il 20 may tarixli üzləşmə və təhvil-təslim aktları isə cavabdeh tərəfindən imzalanmamışdır. Bu səbəbdən iddiaçı malın təhvilini sübut etmədən əsassız qaydada cavabdehdən pul tələb edir. Bundan başqa, iddiaçı 31.624,28 manat məbləğində olan malı, 2019-cu il 10 iyul tarixli, 43/19 saylı müqavilə əsasında satdığını iddia etmişdir. Sözügedən müqavilə ümumi müqavilədir və müqavilənin 1.2-ci bəndinə əsasən alınan malın adı, miqdarı və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma əsasında mü əyyən olunmalıdır. Lakin, tərəflər arasında elə bir razılaşma mövcud olmamışdır İddiaçı həmçinin 2020-ci il 1 oktyabr tarixdə sistem tərəfindən təsdiq olunmuş EBAQ 696314 saylı e-qaiməni malın təhvilini təsdiq edən sənəd kimi məhkəməyə təqdim etsə də, e-qaimə malın təhvil verilməsini təsdiq edən sənəd hesab oluna bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd olunduğu kimi, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 dekabr tarixli, e-2-2(113)-5657/2022 saylı qətnaməsi ilə iddia qismə n təmin edilmiş, cavabdehdən 31.624,28 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanan 1581,21 manat və 210 manat mediasiya xərci olmaqla cəmi 33.415,49 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – Z.Axundova).
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında olan münasibətlərdə müqavilə əsasında e-qaimələrin göndərilməsi və həmin e-qaimələr əsasında ödənişlərin olunması, həmçinin səhv göndərilmiş e-qaimələrin ləğv edilməsi praktikası mövcud olmuşdur. Cavabdeh müqavilə şərtlərinə uyğun hərəkət etməmiş, ödənilməsi tələb edilən 31.624,28 manat borcla bağlı e-qaimə göndərilmiş, həmin qaimə ləğv olunmamış və e-qaimədə 43/19 nömrəli alqı-satqı müqaviləsinə istinad edilmişdir. Tərəflər arasındak ı hazırkı müqavilə üzrə əvvəlki münasibətlərdə (məsələn, ödənişi edilən e-qaimə üzrə olan) başqa praktikanın olması, müqavilə şərtlərinə uyğun davranılması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
12. Məhkəmə müqavilə şərtlərini və pretenziyanın göndərilmə tarixlərini də nəzərə alaraq iddiaçının gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə də haqlı olması qənaətinə gəlmiş və həmin hissədə iddianın qismən təmin olunması, cavabdehdən 1 illik gecikdirməyə görə 1.581,21 manat (31.624,28 manat əsas borcun 5 faizi = 1.581,21 manat) məbləğində pulun, həmçinin, mediasiyaya ödənilmiş 210 manat məbləğində pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməli olmasını bildirmişdir.
13. Gəldiyi nəticəni məhkəmə MM- in 385.1, 386.1, 567, 598.1, 598.2, 442, 448.1, 445.1, 445.2.1, 445.7-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli, 2-2(103)-405/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
16. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə hazırkı mübahisə predmetinə aid olmayan 3 ədəd e-qaimə göndərilmiş, onlardan ikisi cavabdeh tərəfindən ləğv edilmiş, biri təsdiqlənmişdir. Təsdiqlənmiş e-qaiməyə görə cavabdeh tərəfindən iddiaçının hesabına 2020-ci il 15 may tarixdə 5420,19 manat məbləğində ödəniş edilmişdir. Həmin e-qaimə üzrə isə heç bir üzləşmə və ya təhvil-təslim aktı tərtib edilməmiş, məhkəməyə bunu təsdiq edən hər-hansı sübut təqdim olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
17. Eyni zamanda 2020-ci il 1 oktyabr tarixli, EBAQ seriyalı, 696314 nömrəli elektron qaimədən iddiaçı tərəfindən cavabdehə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 31.624,28 (ƏDV daxil) manat təşkil etm əsi müəyyən olunmuş, bununla da tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğə cavabdehin heç bir etiraz etmədiyi elektron qaimə ilə təsdiq olunmuşdur.
18. Əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Halbuki, hazırki işdə bu hal mövcud olmamışdır.
19. Eyni zamanda, hazırki mübahisənin predmetinə aid olmayan 2020-ci il 14 sentyabr tarixli EBAP seriyalı 939169 saylı və 2020-ci il 2 aprel tarixli EBAİ seriyalı 335396 saylı elektron qaimələr ləğv edilmişdir ki, göründüyü kimi tərəflər arasında ola n işgüzar adətlər də bu şəkildə həyata keçirilmiş, yəni mallar təhvil verilmədiyi və ya digər hallarda iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr ləğv edilmişdir. Lakin, hazırkı mübahisənin predmetinə aid olan 2020-ci il 1 oktyabr tarixli, EBAQ seriyalı, 696314 nömrəli elektron qaimə ləğv edilməmiş və ya cavabdeh tərəfindən həmin qaiməyə digər şəkildə etiraz edilməmişdir.
20. Bununla da məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
21. MM-in 445.7-ci maddəsinin tələblərini, elektron qaimənin göndərilməsi və iddia ərizəsinin məhkəməyə daxil olduğu tarix ləri nəzərə alaraq məhkəmə kollegiya hesab etmişdir ki, iddiaçı 1 il üçün pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 1.581,21 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur (31624,28 x 5 = 1581,21).
22. Gəldiyi nəticəni məhkəmə kollegiyası MM-in 404.1, 404.2, 567, 598.3, 567, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
23. Qətnamə 2023-cü il 17 may tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, cavabdeh həmin qətnamədən 2023-cü il 17 iyul tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 385.1, 425.1, 425.2-ci maddələrinin tələbləri üzrə - İddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cü il 19 avqust tarixli, 43/19 saylı alqı-satqı müqaviləsinə görə, iddiaçı cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)də göstərilən vahid qiymətlərə uyğun müxtəlif növdə və ölçüdə metal məmulatlarının (armatur) satışını həyata keçirməyi, cavabdeh isə iddiaçıdan aldığı mallar müqabilində müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliy i tam icra et miş olsun. Buna baxmayaraq, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, malları tam şəkildə təhvil verməmişdir. Müqavilə üzrə təhvil verilmiş malların dəyərini isə cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1, 9.3, 81, 88, 97.1-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya 2019-cu il 19 avqust tarixli, 43/19- saylı saylı alqı-satqı müqaviləsinə görə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi. İş üzrə ekspertiza təyin edilmiş olsaydı, məhkəmə obyektiv və ədalətli qətnamə qəbul etmiş olardı. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Digər tərəfdən, məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 27.Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır. 28.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fak tiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. IV. TƏTBİQ EDİLƏN HÜQUQ 29.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlə ri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyan ı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir: “... hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.... müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir....”
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və ist ifadəsi Qaydaları”nda nəzərdə tutulmuşdur: “...
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....” 32. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” V. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli, 2-2(103)405/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərini qiymətləndirərkən nəzərə alır ki, Qaydalara əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdiri lmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Vergi Xidmətinin proqram təminatı vasitəsi ilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
36. Hazırkı halda işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarına görə alqı-satqı müqaviləsi münasibətlərində olan iddiaçı və cavabdeh arasında işgüzar adətlər təhvil verilmiş mallar üzrə elektron qaimələrin göndərilməsi və mallar təhvil alındığı halda həmin qaimələr əsasında ödənişlərin aparılması şəklində formalaşmışdır. Belə ki, təhvil verilməyən mallara görə göndərilmiş elektron qaimələr ləğv olunmuş, lakin alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş mallar üzrə elektron qaimələrə hüquqi şəxs olan cavabdeh tərəfindən etiraz edilməyər ək, hər hansı üzləşmə və ya təhvil-təslim aktı tərtib edilmədən qismən ödənişlər həyata keçirilmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən etiraz edilməyən elektron qaimələr üzrə cavabdehin ödəniş öhdəliklərinin yaranmış olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
37. Cavabdehin apellyasiya şikayətinin dəlilinə qiymət verərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə hazırkı mübahisə predmetinə aid olmayan 3 ədəd e-qaimə göndərilmiş, onlardan ikisi cavabdeh tərəfindən ləğv edilmiş, biri təsdiqlənmiş, təsdiqlənmiş e-qaiməyə görə cavabdeh tərəfindən iddiaçının hesabına 2020ci il 15 may tarixdə 5420,19 manat məbləğində ödəniş edilmişdir.
38. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərin ə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə səbəb ola biləcək prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
39. Tərəflər arasında bağlanmış 2019-cu il 10 iyul tarixdə 43/19 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən alıcı satıcıdan metal materialları almağı öz öhdəsinə götürmüş və iddianın əsaslarına görə müqavilə üzrə materiallar cavabdehə 2020-ci ildə təqdim edildiyindən işə baxılarkən ekspertiza təyin edilməməs i hazırkı halda pozuntu kimi qəbul edilə bilməz. Digər tərəfdən apellyasiya məhkəməsi tərəfindən işə baxılacağı barədə cavabdehin elektron kabinetinə vaxtında müvafiq bildiriş yerləşdirilmiş, səlahiyyətli nümayəndəsinə sms xəbərdarlıq göndərilsə də, cavabeh hər hansı üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin həmin dəlillərinə də tənqidi yanaşır.
40. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli, 2-2(103)405/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli, 22(103)-405/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.