Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-470/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq ödənişləri, lizinq alanın məsuliyyəti, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq m üqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(103)-397/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2014-cü il 22 yanvar tarixli 04-LA/14 nömrəli müqaviləyə (bundan sonra – “müqavilə”) əsasən, lizinq verən müqaviləyə 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərlə uyğun ümumi dəyəri 2.767.600 manat olan Masallı rayonunda 2.5 ha (24.192 kv.m) sahədə istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərt i ilə 10 il müddətədək lizinqə verir. Müqavilənin: - 1.2-ci bəndinə əsasən, lizinq alan obyektin dəyərinin 10 faizini 2014-cü ilin fevral ayının sonunadək, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq lizinq verənə ödəməyi öhdəsinə götürür. Lizinq alan tərəfindən ödənilən məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - 3.2-ci bəndinə əsasən, müqavilə və onun tərkib hissəsi olan lizinq ödəniş qrafiki imzalandıqdan sonra lizinq verən obyektin lizinqə verilməsi barədə əmri imzalayır. Həmin əmrdə lizinq alan barədə məlumatlar, istifadəyə verilən obyektin dəyəri, ilkin ödənişi, verilmə müddəti və yeri göstərilir. - 4.1-ci bəndinə əsasən, lizinq alan obyektin istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə nömrə 2) uyğun ola raq ödənişləri həyata keçirir. 2. 2.5 ha sahədə quraşdırılmış istixana avadanlığı 2014-cü il tarixindən 2023-cü il tarixinədək olan dövr ərzində hər rüb 69.190 manat olmaqla ümumilikdə 2.767.600 manat məbləğ lizinqə verilmişdir.
3. Cavabdeh tərəfindən ümumilikdə ödənilməli məbləğ 2.767.600 manat, gecikdirilmiş borc 830.280 manat və cərimə 467.447,64 manat təşkil etmişdir (müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafiki).
4. Cavabdeh tərəfindən ümumilikdə müqavilə üzrə 425.660 manat ödəniş həyata keçirilmişdir (2023-cü il 8 dekabr tarixli bank hesabından çıxarış).
5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli 2-2(113)-47/2021 nömrəli qətnaməsi ilə Cavabdeh 1.442.470 manat əsas borc və 20.000 manat cərimə olmaqla, ümumilikdə 1.462.470 manat pulun tutularaq "xxxx" A SC-yə ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
6. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh 2023-cü il 31 avqust tarixində pretenziya qaydasında 3-22-2/2-Q-16-895/2023 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq, müqavilə üzrə yaranmış 899.470 manat gecikdirilmiş borc və hesablanmış 384.350,45 manat cərimə məbləğinin qısa zamanda ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.
7. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib olunmuş 2023-cü il 8 dekabr tarixli maliyyə arayışında göstərilmişdir ki, müqavilə üzrə ödənilməli məbləğ ümumilikdə 2.767.600 manat təşkil etmiş, Cavabdeh tərəfindən 425.660 manat ödəniş edilmişdir. Gecikdirilmiş borc 830.280 manat, hesablanmış cərimə 467.447,64 manat olmaqla, ümumili kdə ödənilməli olan borc 1.297.727,64 manat təşkil edir. Gecikdirilmiş borc məbləğinə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli 2-2(113)-47/2021 nömrəli qətnaməsindən ödənilməmiş 1.442.470 manat daxil deyil. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2023-cü il 25 avqust tarixinə hesablanan 899.470 manat gecikdirilmiş əsas borc, 384.350,45 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci olmaqla, cəmi 1.284.720,45 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh istixana avadanlıqlarını lizinqə götürmüş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2023-cü il 25 avqust tarixinə müqavilə üzrə 899.470 manat gecikdirilmiş borc və hesablanmış 384.350,45 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə olunmuş xəbərdarlıqlara baxmayaraq, ödənişlər yerinə yetirilməmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək, cavabdehdən müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2023-cü il 25 avqust tarixinə hesablanmış 761.0 90 manat gecikdirilmiş əsas borc, 384.350,45 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1.146.340,15 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 11. 2023-cü il 11 dekabr tarixində isə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 830280 manat gecikdirilmiş borc və hesablanmış 467447.64 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1298627.64 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 yanvar tarixli 2-2(113)-444/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2023-cü il 8 dekabr tarixinə hesablanmış 830.280 manat gecikdirilmiş əsas borc, 41.514 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 872.694 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – İ.Əhmədov).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə ümumilikdə 425.660 manat ödəniş həyata keçirilmiş, 830.280 manat pul isə ödənilməmiş qalmışdır. Tərəflər arasında əvvəl də məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə aktına əsasən cavabdehdən tutulmalı olan məbləğ hazırki iddia o lunan məbləğə daxil olmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş 2023-cü il 8 dekabr tarixli maliyyə arayışından da cavabdehin müqavilə üzrə 830.280 manat ödənilməmiş borcunun mövcudluğu məlum olmuşdur.
14. Məhkəmə qanunvericiliyin tələblərini, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq, cavabdehdən 830.280 manat əsas borc məbləğinin tutularaq iddiaçıya ödənilməli olması qənaətinə gəlmişdir.
15. Məhkəmə tələb edilən 467.447,64 manat cərimə borcunun tutulması tələbinə münasibətdə, hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və b u mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə almaqla, iddia tələbinin bu hissədə qismən-41.514 manat məbləğində təmin olunması qənaətinə gəlmişdir
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra -“MM”) 386.1, 398.1, 399.1, 425.1, 442, 445.2.1, 460.1, 462.3, 467, 747.1, 748-10.1 və 748-11.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(103)-397/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov).
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əvvəl də məhkəmə mübahisəsi olmuş, həmin mübahisə üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 avqust tarixli 2-2(103)-739/2021 nömrəli qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, cavabdehdən 2020-ci il 12 noyabr tarixinə 1.462.470 manat əsas borc, 20.000 manat cərimə tutulmuş, həmin məbləğ hazırki iddia olunan məbləğə daxil olunmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş 2023-cü il 8 dekabr tari xli maliyyə arayışından da məlum olur ki, cavabdehin həmin tarixə müqavilə üzrə qalıq borcu 830.280 manat təşkil edir.
20. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh məhkəməyə elektron kabinet vasitəsi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət versə də, iş materiallarında hesablama aparılması xüsusi bilik tələb edən sənədlər olmadığından vəsatət məhkəmə tərəfindən əsassız hesab olunaraq təmin edilməmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 2019-cu il 4 mart tarixində 3.000 manat olmuş, həmin ödənişlə birlikdə cəmi 425.660 manat lizinq ödənişi edilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunduğu halda aşağı instansiyası məhkəmələrində iclaslarda iştirak etməmiş, iddiaya hər hansı etiraz bildirməmiş, 425.660 ma nat məbləğində ödənişdən artıq ödəniş həyata keçirildiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 425.1, 442, 445.2.1, 462.1, 462.3, 467, 747.1, 748-10.1 və 748-11.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MPM-nin 88-ci maddəsi üzrə - iddia həcminin azaldılması barədə ərizədə qeyd olunan 761.090 manat gecikdirilmiş əsas məbləğlə, 2023-cü il 11 dekabr tarixli iddia həcminin artırılması barədə ərizədə qeyd olunan 830.280 man at gecikdirilmiş əsas borc arasında 69.190 manat fərq, həmçinin əvvəl tələb olunan 384.350,45 manat cərimə borcu ilə, sonradan hesablanmış 467.447,64 manat cərimə borcu arasında da 83.097,19 manat fərq mövcuddur. 2023-cü il 25 avqust tarixli maliyyə arayışı ilə 2023-cü il 8 dekabr tarixli maliyyə arayışlarında da qeyd olunan məbləğlər arasında ağlabatmaz dərəcədə çox fərq mövcuddur. İki maliyyə arayışı arasındakı müddətin fərqi isə dörd aydır. Bu müddət ərzində əsas borc və cərimə borcu arasındakı fərq ağlabatan deyil və borc şişirdilmişdir.
24. Cavabdeh tərəfindən mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət təqdim edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərini nəzərə alaraq iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirmədən düzgün hüquqi nəticəyə gəlməmiş, maliyyə arayışları arasındakı dörd ay müddətində yaranmış əsas və cərimə borcu arasındakı şişirdilmiş borc fərqini araşdırmamış, gəldiyi nəticələr isə işin həqiqi hallarına uyğun olmamış mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir..
25. MPM-in 97.1-ci maddəsi üzrə - 2024-cü il 1 may tarixində cavabdeh tərəfindən mühasibatlıq ekspertizasının keçirilməsinə dair qərar qəbul olunması üçün elektron qaydada apellyasiya məhkəməsinə ərizə ünvanlanmış, apellyasiya məhkəməsi isə iş materiallarında hesablama aparılması xüsusi bilik tələb edən sənədlərin olmaması səbəbi ilə vəsatəti əsassız hesab etmişdir. Cavabdehin hesablanma aparılması üçün xüsusi bilik tələb edən sənədi əldə etməsi qeyri-m ümkündür. Ona görə ki, ekspertizanın aparılması üçün zəruri hesab edilən sənədlər "xxxx" ASC-dədir. Məhkəmə vəsatəti təmin etmiş olsaydı, ekspertin vəsatətinə əsasən zəruri hesab olunan bütün sənədlər "xxxx" ASC-dən alınardı. Cavabdeh zəruri sənədləri iddiaçıdan tələb etsə belə ala bilməz. Qeyd olunan xüsusatlar nəzərə alınmalı və mühasibatlıq ekspertizanın keçirilməsi zəruri hesab edilməlidir.
26. MPM-nin 217.1-ci maddəsi üzrə - Məhkəmə bütün sübutları araşdırmadığından qətnamə qanuni və əsaslı ola bilməz. Məhkəmə qəbul etdiyi qətnamədə maliyyə arayışlarında qeyd olunan məbləğlər arasındakı fərqi araşdırmamış və buna dair qeyd aparmamışdır. Nəticə olaraq, məhkəmənin mülki işi hərtərəfli araşdırmadan və məsələyə hüquqi qiymət vermədən qətnamə qəbul etməsi ədalət mühakiməsinin təməli olan h əqiqətin ortaya çıxarılması prinsipinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Etiraz onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq alan obyektin istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilə üzrə ödənişlər və cərimənin hesablanması qrafikinə əsasən, cavabdeh tərəfindən ümumilikdə ödənilməli məbləğ 2.767.600 manat, gecikdirilmiş borc məbləği 830.280 manat və cərimə məbləği 467.447,64 manat təşkil etmişdir. 2023-cü il 8 dekabr tarixli bank hesabından çıxarışa əsasən, cavabdeh tərəfindən ümumilikdə müqavilə üzrə 425.660 manat ödəniş həyat a keçirilmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağı dakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş edilməməsi;...” müddətdə icra “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir).... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi mə bləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri....”
32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” «Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasl andırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Kassasiya instansiya məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması m araqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
35. Cavabdehin kassasiya şikayətinin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi ma hiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu Qərarın 19-20-ci bəndləri).
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
37. Kassasiya şikayətinin bu Qərarın 25-ci bəndində göstərilən dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, MPM-nin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təş əbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə işin materiallarında olan sübutların kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli, 22(103)-397/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.