Məhkəmə qərarları › İş №2-2(102)-471/2019

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-471/2019

16.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-471/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı QSC Cavabdeh EAİ MMC-yə qarşı iş üzrə QƏRAR Açar söz: barışıq sazişinin bağlanılması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Tahir Məmmədovun, cavabdehin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh EAİ MMC-yə borcunun ödənilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(107)-2/2019 saylı iş üzrə 27 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən iş ə 16 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh EAİ MMC-yə borcunun ödənilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh EAİ MMC arasında imzalanmış 27 mart 2012-ci il tarixli 501/1 nömrəli və 501 nömrəli müqavilələrə əsasən Cavabdeh EAİ MMC İddiaçı-in adından “SAZZ” simsiz internet istifadəçiləri ilə müqavilə bağlamaq, abunəçilərdən aylıq abunə haqlarını, modemlərə görə ödəniş məbləğlərini toplamaq və müqavilələrin şərtlərinə uyğun olaraq İddiaçı-in hesabına köçürülməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış təhvil-təslim akt larına əsasən 31.12.2016-cı il tarixə Cavabdeh EAİ MMC-in İddiaçı-yə yaranan borcu cəmi 56309.14 (ƏDV daxil) təşkil edir. Eyni zamanda, təhviltəslim aktlarına əsasən 31.12.2016-cı il tarixə iddiaçının Cavabdeh EAİ MMC-yə bonus haqqı olaraq yaranan borcu cəmi 371.7 manat 70 qəpik (ƏDV daxil)) təşkil edir. Göstərilən məbləğlərin əvəzləşdirilməsi nəticəsində Cavabdeh EAİ MMC-in İddiaçı-yə qalan borcu cəmi 55937,44 manat təşkil edir, iqtisadi çətinlikləri nəzərə alaraq, tərəflər borcun ödəniş müddətinin uzadılması və hər ay bir min manatdan az olmamaqla ödəniş aparılacağı barədə razılığa gəlmişlər. Lakin 2016-ci ilin yanvar ayından sonra Cavabdeh EAİ MMC razılaşmanı pozaraq ödənişlərin həyata keçirilməsini birtərəfli qaydada dayandırmışdır. Ödənilməmiş borc məbləği 55937,44 (ƏDV daxil) təşkil etmişdir. Birinci instansiya məhkəməsinin 18 dekabr 2017-ci il tarixli f 2-2(84)-195/2017 saylı (sədrlik edən hakim R.Məcidov) qətnaməsi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh X1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “49026,20 manat məbləğində pul vəsaitinin Cavabdeh EAİ MMC-dən tutularaq ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilərək, Cavabdeh EAİ MMC-dən 16765,85 manat borcun və 19,74 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 16785,59 manat pulun tutularaq İddiaçı-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 10,26 manat dövlət rüsumunun İddiaçı-yə aid edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiyası məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv e dib iddianın tam təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini məhkəmə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27 iyun 2019-ci il tarixli iş № 2-2(107)-2/2019 (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Mübariz Hüseynov) qətnaməsi ilə apelyasiya şikayətin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı-nin Cavabdeh EAİ MMC-yə qarşı 49026,20 manat məbləğində pul vəsaitinin Cavabdeh EAİ MMC-dən tutularaq ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh EAİ MMC-dən 46241,76 manat pul tutularaq İddiaçı-yə ödənilməsi, iddia qalan hissədə təmin edilməmə li, Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının icraatına qəbul edilmiş və işin baxılması 16 oktyabr 2019-cu il tarixə təyin edilmişdir. Cavabdehin direktoru Nümayəndə məhkəmə iclasında barışıq sazişini təqdim edərək, İddiaçı ilə Cavabdeh EAİ MMC arasında 10 oktyabr 2019-cu il tarixli barışıq sazişinin şərtlərinin təsdiq edilməsini, kasasiya şikayətindən imtina edilməsini və həmin iş üzrə icraata xitam verilməsinə dair müvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasın dan xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili T.Məmmədov çıxış edərək bildirmişdir ki, Ali Məhkəməyə cavabdehin kasasiya şikayəti daxil olandan sonra tərəflər arasında barışıq əldə olunub. Buna görə də məhkəmə iclasında barışıq sazişini təqdim edərək, İddiaçı ilə Cavabdeh EAİ MMC arasında 10 oktyabr 2019-cu il tarixli barışıq sazişinin şərtlərinin təsdiq edilməsini və həmin iş üzrə icraata xitam verilməsinə dair müvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin direktoru Nümayəndə çıxış edərək bildirmişdir ki, tərəflər arasında razılıq əldə olunduğu üçün barışıq sazişi bağlanılıb, bu səbəbdən də, İddiaçı ilə Cavabdeh EAİ MMC arasında 10 oktyabr 2019-cu il tarixli barışıq sazişinin şərtlərinin təsdiq edilm əsini və həmin iş üzrə icraata xitam verilməsinə dair müvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə təqdim edilmiş barışıq sazişini araşdıraraq müəyyən etmişdir ki, hazırkı mübahisə üzrə bir tərəfdən İddiaçı-nin direktoru xxx və digər tərəfdən Cavabdeh EAİ MMC adından direktor Nümayəndə tərəfindən mübahisənin barışıq sazişi bağlamaq yolu ilə həll edilməsi barədə qarşılıqlı razılığa gələrək, aşağıdakı şərtlərlə bu Barışıq Sazişini imzalamışdırlar: “İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “xxxx X1” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı barışıq sazişinin 6-cı bəndinin şərtlərinə əsasən barışdıqlarını bəyan edillər və biri-birlərinə qarşı heç bir iddia və tələblərinin ol madığını nəzərə alaraq, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2-2(107)-2/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iş üzrə icraata xitam verilməsinə dair qərarın çıxarılmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş edillər; Tərəflər razılaşıllar ki, cavabdeh “xxxx X1” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı iqtisadi mübahisə üzrə 25.000 (iyirmi beş min) manat pul vəsaitini köçürmə yolu ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı, H/Hesabı: AZ57İBAZ********************, Bank kodu: 805562, Bank VÖENİ: **********, M/H AZ03NABZ********************, SWİFT: İBAZAZ2X hesabına ödəyir və öz kasasiya şikayətini geri götürür, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti isə “xxxx X1” MMC-nə qarşı olan 49026,20 (qırx doqquz min iyirmi altı manat 20 qəpik) manat iddia tələblərindən imtina etməklə bu iqtisadi mübahisə üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir; Hazırki barışıq sazişi imzalandığı andan qüvvəyə minir, Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilir, tərəflərin imzası və möhürü ilə təsdiq edilir, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasımı icraatında baxılan 2-2( 102)471/2019 saylı iqtisadi mübahisəyə dair işdə, habelə iddiaçı və cavabdeh Cəmiyyətlərdə saxlanılması üçün rəsmi qaydada təqdim edilir. Bu barışıq sazişi tərəflərin onu imzalandığı andan qüvvəyə minir”. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsalar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə müvafiq olaraq apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında barışıq sazişi təsdiq edilməli, apelyasiya instansiyası məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 261 və 417.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh EAİ MMC arasında yuxarıda göstərilən şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2019-cu il tarixli 22(107)-2/2019 saylı qətnaməsi ləğv edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar