Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-471/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh "X1 Company" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun katibliyi, iddiaçının vəkili Vəkil1, nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2021-ci il 23 iyun tarixli 2-2(103)-590/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2015-ci il 24 dekabr tarixli HA016/1215 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı satmağı, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları iddiaçıdan almağı və malın müqabilində iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdələrinə götürmüşlər. 2. 2021-ci il 18 fevral tarixli qarşılıqlı üzləşmə aktından (əsli) görünür ki, Cavabdeh MMC 2020-ci il 18 fevral tarixinə İddiaçı MMC-yə həmin tarixə 467.021,40 manat b orc qalığı olduğunu təsdiq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh "X1 Company" MMCyə (bundan sonra mətndə cavabdeh) qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonuncudan 479.039,64 manat ƏDV daxil borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2019-cu il 10 dekabr tarixinə 718.536.79 manat dəyərində ƏDV daxil mal satılıb təhvil verilmişdir. Malın dəyərinin 239.497,15 manatı cavabdeh tərəfindən ödənilmiş, qalan 479.039,64 manatı bu günə kimi ödənilməmişdir. Qeyd edilən borcun mövcudluğu 2020- ci il 31 may tarixli üzləşmə aktı ilə təsdiq edilir.
5. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 386.1, 406.1, 425.1, 427, 442, 443.1, 445.1, 445.2, 448.1, 449.1, 449.2-ci maddələrinə istinad etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 fevral tarixli,e-2-2(113)-227/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 467.021,40 manat ƏDV daxil borc tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zaur Pirverdiyev).
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 2015-ci il 24 dekabr tarixli HA016/1215 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı malları satmağı, cavabdeh isə müqavilənin ayrılm az tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları iddiaçıdan almağı və malın müqabilində iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə mallar satılmış, cavabdeh tərəfindən alınmış malların dəyəri tam ödənilməmiş və nəticədə cavabdehin iddiaçıya 479.039,64 manat məbləğində borcu yaranmış, cavabdeh tərəfindən borcdan ödəniş edilmiş və cavabdehin borcu 467.021,40 manat təşkil etmişdir.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçı nın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu səbəbdən, tərəflər arasında bağlanmış 2015-ci il 24 dekabr tarixli HA016/1215 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış borc üzrə qalıq 467021,40 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 449.1, 449.2, 567, 600.1, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 80, 217.3, 217.4-cü m addələrinə istinad etməklə əsaslandırmışdır.
10. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli 2-2(103)-590/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Vidadi Məmmədov).
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apelyasiya şikayətinin dəlillərinə münasibət də isə gös tərmişdir ki, 2021-ci il 18 fevral tarixli qarşılıqlı üzləşmə aktını təsdiq etməklə cavabdeh alqı-satqı müqaviləsi üzrə iddiaçıdan mal aldığını və həyata keçirilmiş ödənişlərdən sonra 467.021,40 manat məbləğində qalıq borcu olduğunu qəbul etdiyindən, o cümlədən işə birinci instansiya qaydasında baxılarkən iddiaya etirazında müqavilə üzrə malların təhvil verildiyini mübahisələndirmədiyindən, iddiaçı tərəfindən təhvil-təslim aktlarının sübut qismində məhkəməyə təqdim edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Eyni zamanda, məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir.
13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MPMin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 14. 2021-ci il 25 iyun tarixində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi apellyasiya şikayətində ətraflı olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini n 4.1-ci bəndinə əsasən malın təhviltəslimi və çatdırılması (daşınması) müqavilənin ayrılmaz tərkib hissəsi olan Spesifikasiya(lar)da qeyd edilən şərtlər əsasında həyata keçirilir. Müqavilənin 4.3-cü maddəyə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. 4.4-cü maddəsinə görə malın təhvil-təsliminə dair Akt imzalandıqdan sonra alıcı malı qəbul etmiş sayılır. Bundan sonra alıcı müqavilənin 2.1-ci maddəsində göstərildiyi kimi Spesifikasiya(lar)da müəyyən edilən ödənişin forması və qaydasına uyğun olaraq ödəniş aparır.
17. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsi zamanı iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə t əqdim etməmiş, yalnız üzləşmə aktı təqdim etməklə kifayətlənmişdir. Halbuki həmin aktlarda şirkətin rəhbərinin imzası yoxdur. Bütün bunlara baxmayaraq məhkəmə iddiaçı tərəfin təqdim etdiyi üzləşmə aktını əsas götürmüş, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
18. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası MM-in 386, 387.1, Azərbaycan Respublikası MPM-in 9, 88, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının vəkili Vəkil1 və nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişlər.
21. İşə baxılmasının vax tı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə göndərilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı kassator tərəfindən mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Ö hdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müq avilə olmalıdır....” “Maddə
433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.” Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyi n məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında mə suliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”
26. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax yuxarıda §25), qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Cavabdehin borcun təsdiq olunmasına dair üzləşmə aktında Cəmiyyətin rəhbərinin imzasının olmamasının məhkəmə tərəfindən nəzərə alınmaması, bununla da maddi hüquq normasının pozulması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Hazırki halda, cavabdehin baş mühasibi tərəfindən imzalanmış üzləşmə aktı, Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Bu baxımdan Kollegiya hes ab edir ki, kassasiya şikayətinin həmin dəlili iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz.
29. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır (bax yuxarıda § 12) Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
30. Həmçinin qeyd edilməlidir ki, kassasiya şikayətində ümumi ifadələrlə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğu qeyd olunsa da, konkret olaraq pozun tunun nədə ifadə olunduğu göstərilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
31. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli 2-2(103)-590/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov