Məhkəmə qərarları › İş №2-2(102)-473/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-473/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-473/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh x2-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) 06.11.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi ilə, İddiaçı x1 cavabdeh x2-yə qarşı “cərimə və faizlərin silinməsi, artıq ödənilmiş pulun və avtomobilin cavabdehdən alınması və s.” tələbləri barədə ilk, iddiaçı x2-nin cavabdeh x1 qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair iqtisadi iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli 22(103)-191/2019 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 22 yanvar tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək lizinq müqaviləsi üzrə yaranmış 9.100 manat məbləğində borcun 2018-ci il 27 yanvar tarixədək ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək hesablanmış 9.010 manat cərimə və faizlərin silinməsi, artıq ödənilmiş 980 manat pulun, 30 manat dövlət rüsumunun və “Lexus” markalı 10AV*** dövlət qeydiyyat nişanlı minik a vtomobilinin cavabdehdən alınıb ona verilməsi və “Lexus” markalı 10AV*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə onun mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, 2014-cü il, 23 iyul tarixli lizinq müqaviləsinin 7.2-ci bəndinə uyğun olaraq lizinq obyekti olan “Lexus” markalı, 10AV*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 30% dəyərini təşkil edən 9.420 manat müqavilə imzalandığı anda lizinq alan tərəfindən lizinq verənə ödənilmişdir. Avtomobilin 70% dəyəri hesab edilən 21.980 manat isə müqavilə ilə müəyyən edilmiş 36 ay müddətində cavabdehə tam ödənilmiş və əlavə olaraq cavabdehə 980 manat da artıq ödəniş edilmişdir. Bununla da iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra edərək lizinq predmeti olan “Lexus” markalı, 10AV*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə mülkiyyət hüququnu faktiki olaraq əldə etmişdir. İddiaçının müqavilə üzrə öhdəliklərini tam icra etməsinə baxmayaraq, cavabdeh avtomobil üzərində iddiaçıya mülkiyyət hüququnun rəsmiləşdirilməsinə davamlı olaraq müxtəlif maneələr yaradaraq, sonda Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət yol polisi idarəsinin avtomobillərin axtarışı üzrə əməkdaşı x3 ilə əlbir olub, onun vasitəsi ilə avtomobili Bakı şəhərində saxlatdıraraq zor işlətməklə, avtomobili iddiaçının istifadə və sahibliyindən qanunsuz olaraq götürmüş və avtomobili ona qaytarması müqabilində ondan əlavə olaraq 9.010 manat tələb edərək, bu məbləğin əsas və faiz borcu hesabına yaranması barədə iddiaçıya 2018-ci il 22 yanvar tarixdə PB-457 saylı xəbərdarlıq məktubu göndərmişdir. Lakin borcun necə yaranması barədə ona məlumat verilməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, ilk iddia üzrə iddiaçıdan onun xeyrinə 9.100 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsinə əlavə verərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan “Lexus” markalı 10AV*** qeydiyyat nömrəli avtomaşını ilk iddia üzrə iddiaçının qanunsuz istifadəsindən alınmasını, ilk iddia üzrə iddiaçıdan qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə 4.428 manat əsas lizinq borcun, 1.270 manat lizinqdən istifadəyə görə faiz borcun, 10.300 manat hesablanmış penyanın, cəmi 15.998 manat borc un, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının əsaslandırması: Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, lizinq müqaviləsi üzrə ilk ödənişlər qaydasında olsa da, sonralar ilk iddia üzrə iddiaçı mütəmadı olaraq ödənişləri gecikdirmişdir. Onun cəmi 9.100 manat borcu qalmaqdadır. Ona dəfələrlə borcun ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, lakin buna əhəmiyyət verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 dekabr tarixli 2-2(81)704/2018 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, ilk iddia üzrə iddiaçıya hesablanmış 9.010 manat məbləğində cərimə və faizlərin silinməsinin qarşılıqlı iddia üzrə iddia çıya həvalə edilməsi, “Lexus” markalı 10AV*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qarşılıqlı iddia üzrə iddiaçıdan alınıb ilk iddia üzrə iddiaçıya verilməsi və həmin avtomobil üzərində ilk iddia üzrə iddiaçının mülkiyyət hüququnun tanınması, ilk iddia üzrə iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilk iddia üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun 20 manatı qarşılıqlı iddia üzrə iddiaçıya, 10 manatı ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı lizinq müqaviləsi üzrə ödənişləri vaxtında icra etdiyindən, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ona 9.010 məbləğind ə cərimə və faizlərin hesablanması əsassızdır. İlk iddia üzrə iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli 2-2(103)-191/2019 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını təl əb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, lizinq müqaviləsinə əsasən 21.980 manat, faiz dərəcəsi 22%, müddəti 36 ay olmaqla, hər ayın 23-nədək ayda 840 manat ödənilməsi şərtləşdirilmişdir. Lakin ilk iddia üzrə iddiaçının təqdim etdiyi qəbzlərə və x4-nin təqdim etdiyi hesabdan çıxarışa nəzər salındıqda aydın olur ki, iddia üzrə iddiaçı ödənişlərini nizamlı və davamlı şəkildə ödəməmişdir. Lizinq ödənişləri arasında müəyyən edilmiş 30 günlük vaxt onun tərəfindən davamlı olaraq pozulmuşdur. Buna görə də müqavilənin 10.1ci bəndinə uyğun olaraq lizinq alana penya hesablanmışdır. İlk iddia üzrə iddiaçının təqdim etdiyi ödəniş qəbzləri ilə x4-nin təqdim etdiyi hesabdan çıxarış müqayisə edilməmişdir. Belə ki, hesabdan çıxarışda qeyd olunmuş ödənişlərin eyni zamanda qəbzlərini də məhkəmə ödəniş kimi hesablamış və nəticədə, faktiki olaraq bir ödəniş iki ödəniş kimi hesablanmışdır. Maraqlıdır, məhkəmə qəbzlərə necə baxış keçirmişdir ki, qətnamədə qeyd olunmuş 2016-cı il 5 mart tarixdə ödənilmiş 1.680 manat və 2016-cı il 17 noyabr tarixdə ödənilmiş 850 manat ödənişlərin qəbzləri iş materiallarında ümumiyyətlə yoxdur. İş materialının 113cü səhifəsində mövcud olan 2016-cı il 13 iyun tarixdə ödənilmiş 568 manat məbləğində olan ödəniş qəbzi isə lizinq ödənişinə aid deyil. Həmin ödəniş x5-yə ödənilmiş avtomobilin kasko sığorta ödənişidir. İlk iddia üzrə iddiaçı məhkəməyə yalan məlumat vermiş, məhkəmə isə bu halı nəzərə almamışdır. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 4 iyun tarixli, 10791 saylı rəyi yanlışdır. Çünki həmin rəyin 4-cü səhifəsində göstərilən cədvəldə qeyd olunmuş 2015-ci il 15 iyul tarixli 924 manat məbləğində ödəniş nə x4-nin təqdim etdiyi hesabdan çıxarışda, nədəki ilk iddia üzrə iddiaçının təqdim etdiyi ödəniş qəbzlərində yoxdur. Həmçinin, prosessual hüquq normaları məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, müvafiq işlə bağlı 2019-cu il 27 iyun tarixdə keçirilmiş məhkəmə iclası barədə məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya vaxtında bildiriş göndərilməmişdir. Müvafiq məhkəmə iclasının bildirişi 2019-cu il 13 iyun tarixdə tərtib edilsə də, poçta 2019-cu il 24 iyun tarixdə daxil edilmişdir. Həmin bildiriş və ona əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 4 iyun t arixli, 10791 saylı rəyi qarşılıqlı iddia üzrə iddiaçıya yalnız 2019-cu il 28 iyun tarixdə, yəni məhkəmə iclasından bir gün sonra çatmışdır. Bununla da MMC-nin prosessual hüququ kobudcasına pozulmuşdur. Ekspertizanın rəyi ilə vaxtında tanış ola bilməmiş və məhkəmə prosesində iştirak edərək ekspertiza rəyinə və ilk iddia üzrə iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə münasibətini bildirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (9.1). Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlil lər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (9.2). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının mövqeyi nəzərə alınmamış, qətnamə qanunvericiliyin tələblərinə uyğun qaydada əsaslandırılmamış, qanunun normaları düzgün təfsir edilməmiş və müvafiq maddi və prosessual hüquq normaları kobudcasına pozulmuşdur. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. MPM-in 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. MPM-i n 9-cu maddəsinin müddəalarına əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (9.1). Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (9.2). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərl ə əsaslandıra bilməz (9.3). MPM-in 138-ci maddəsinin müddəalarına əsasən, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir (138.1). İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar (138.2). İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (138.3). Həmin normaların tələbləri hazırkı işdə təmin olunmamışdı r. Belə ki, məhkəmə mülki iş ekspertizadan qayıtdıqdan sonra 2019-cu il 27 iyun tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı, habelə həmin tarixə təyin edilmiş məhkəmə iclasında ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi (o cümlədən, iş üzrə məhkəmə aktının qəbul edilməsi də daxil olmaqla, proses iştirakçısının məhkəmə iclasına gəlməməsinin nəticələri) barədə ilk iddia üzrə cavabdehi əvvəlcədən lazımi qaydada xəbərdar etmədiyi halda, işə onun iştirakı olmadan baxaraq yekun qərar qəbul etmişdir. MPM-in 418.4, 418.4.5-ci maddələrinin tələbinə əsasən, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması və yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Qətnamə yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə çıxarıldığından və iş həmin normaların tələblərinin təmin olunması üçün yeni apellyasiya baxışına göndərilməli olduğundan şikayət qarşılıqlı iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli 2-2(103)-191/2019 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar