Məhkəmə qərarları › İş №2-2(102)-474/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-474/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-474/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta ödənişinin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 7 aprel tarixli 2- 2(103)-177/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəflərindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 24 avqust tarixli AS seriyalı 007780 nömrəli əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsindən görünür ki, Xırdalan şəhərində yerləşən “Evrohome” ticarət mərkəzinin 79 saylı mağazasında sığortalı İddiaçı1 məxsus mallar 2019-cu il 25 avqust tarixdən 2020-ci il 24 avqust tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığorta haqqı 400 manat, sığorta məbləği 100.000 manat, azadolma məbləği 4% miqdarında müəyyən edilmişdir. 2. 2019-cu il 1 noyabr tari xli AS seriyalı 007919 nömrəli əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsindən görünür ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən “Evrohome” ticarət mərkəzində 85 saylı mağazada İddiaçı2 məxsus mallar 2019-cu il 2 noyabr tarixdən 2020-ci il 1 noyabr tarixə kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığorta haqqı 100 manat, sığorta məbləği 20.000 manat, azadolma məbləği 4% miqdarında müəyyən edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli 1(001)184/2021 nömrəli hökmündən çıxarışdan görünür ki, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) İddiaçı1 və İddiaçı2 mülki cavabdehlər Nümayəndə1 və X1 qarşı zərərin ödənilməsinə dair iddia ərizəsi təmin olunmuşdur. 4. 2022-ci il 1 mart tari xli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 126/2022 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxslər İddiaçı1 və İddiaçı2 mülki iddialarından imtina etdiklərindən həmin zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) aid hissədə mülki iddia üzrə icraata xitam verilmişdir. 5. 2021-ci il 7 may tarixli 067-16/278 nömrəli Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı1 və İddiaçı2 nümayəndəsi, vəkili Vəkil ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yanğın hadisəsi nəticəsində İddiaçı1 əmlakına dəymiş 170.190 manat və İddiaçı2 əmlakına dəymiş 50.534 manat məbləğində zərərin əvəzi təqsirkar şəxs tərəfindən ödənildiyindən zərəri ödəməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instan siya məhkəməsindəki icraat

6. İddiaçılar İddiaçı1 (bundan sonra – “İddiaçı1”) və İddiaçı2 (bundan sonra – “İddiaçı2”) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən 100.000 manat məbləğində sığorta ödənişi, 85.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 185.000 manat pulun tutularaq İddiaçı1, 20.000 manat sığorta ödənişi və 17.000 manat dəbbə pulu olmaqla, cəmi 37.000 manat pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsini xahiş etmişdirlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri “Evrohome” ticarət mərkəzində 2019-cu il 10 dekabr tarixdə baş verən yanğın nəticəsində sığortalanan ticarət malları yanıb məhv olmuşdur. Nət icədə İddiaçı1 170.190 manat ziyan və İddiaçı2 50.534 manat ziyan dəymişdir. İddiaçılarla Dövlət Kommersiya Sığorta şirkəti arasında Bakı şəhəri “Evrohome” ticarət mərkəzində 79 saylı mağazada olan 100.000 manat məbləğində ticarət mallarına görə 2019-cu il 25 avqust tarixdən 2020-ci il 24 avqust tarixədək olan dövr üzrə, 85 saylı mağazada isə 20.000 manat məbləğində ticarət mallarına görə 2019-cu il 2 noyabr tarixdən 2020-ci il 1 noyabr tarixədək olan dövr üzrə sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlaka görə tələb olunan 30.000 manat iddiadan İddiaçı1 imtina etmişdir. Cavabdeh rəsmi olaraq bildirmişdir ki, yanğın hadisəsi nəticəsində İddiaçı1 əmlakına dəymiş 170.190 manat və İddiaçı2 əmlakına dəymiş 50.534 manat zərər təqsirkar şəxs tərəfindən ödənilmişdir. Bu səbəbdən də sığorta ö dənişinin verilməsindən imtina olunur. Heç kim yanğın nəticəsində dəyən zərəri ödəməmişdir. Yanğın nəticəsində zərərə görə sığorta ödənişindən əlavə zərərlərinə görə məhkəmədə iddia qaldırılmışdır və mülki iddiaçı kimi tanınmışdırlar. Ödənilməli olan sığorta ödənişi nəzərə alınmaqla, qalan ziyana görə icarəyə götürdükləri mağazaların icarə haqqına olunan güzəştlər hesabına, tərəflərindən iddiadan imtina edilmişdir. Yanğın nəticəsində onların mağazalarında olan bütün malları yanaraq məhv olmaqla, onlara sığorta olunan məbləğdən də artıq miqdarda zərər dəymişdir. Sığortaçının qanunsuz və əsassız olaraq, onlara ödənilməli olan sığorta məbləğini gecikdirməsi səbəbindən, iddiaçılar aylarla qazancsız qalmaqla, əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri pozulmuşdur.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 934.1, 934.2-ci maddələrinə istinad edilmişdir.

9. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim etmiş və etirazında bildirmişdir ki, 2019-cu il 10 dekabr tarixində baş vermiş yanğın hadisəsi ilə əlaqədar tərtib olunmuş 2021-ci il 5 mart tarixli ittiham aktının 117-ci səhifəsində İddiaçı1 173.190 manat, İddiaçı2 isə 50.534 manat ziyan vurulduğu qeyd edilmişdir. Həmçinin həmin aktın 88-ci səhifəsində qeyd edilir ki, maddi zərər dəymiş 124 icarəçidən 117 icarəçi ilə 14.576.546,9 manat məbləğində maddi ziyanın ödənilməsinə dair notarial qaydada müqavilələr bağlanmış, qalan 7 nəfər icarəçi ilə isə qarşılıqlı razılıq əldə olunmamışdır. Müəssisənin direktoru qarşılıqlı razılıq əldə olunmamış 7 nəfərə pul v əsaitini mərhələli şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin 7 nəfər zərərçəkmiş şəxsin siyahısında iddiaçıların adları qeyd olunmamışdır. Bundan əlavə, həmin ittiham aktında qeyd olunur ki, zərərçəkmiş şəxs qismində tanınmış iddiaçılar dəymiş maddi ziyanının tam ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdirlər.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 4 may tarixli 2-2(113)-233/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən İddiaçı1 xeyrinə sığorta ödənişi olan 96.000 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 34.176 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 130.176 manat, İddiaçı2 xeyrinə isə sığorta ödənişi olan 19.200 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 6.835,20 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 26.0 35,20 manat məbləğində pulun tutulması qət edilmişdir (hakim – E.Əliyev).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, İddiaçı1 məxsus malların sığorta məbləği 100.000 manat müəyyən olunduğundan həmin məbləğdən vəsaitdən azadolma məbləği (100.000x4:100=4000) 4000 çıxılandan sonra qalan 96.000 manat məbləğində pul, həmçinin İddiaçı2 məxsus malların sığorta məbləği 20.000 manat müəyyən olunduğundan, həmin məbləğdən vəsaitdən azadolma məbləği (20.000x4:100=800) çıxılandan sonra qalan 19.200 məbləğində pul cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.

12. Məhkəmə iddiaçıların sığorta ödənişinin verilməsini gecikdirdiyinə görə hesablanmış müvafiq olaraq 85.000 manat və 17.000 manat dəbbə pulu ilə bağlı isə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçılarının nüm ayəndəsinə sığorta məbləğinin ödənilməsindən imtina edilməsi barədə göndərilən məktubun tarixindən, yəni 2021-ci il 7 may tarixdən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəmənin elektron sisteminə yükləndiyi 2022-ci il 28 aprel tarixə kimi 356 gün gecikmə olduğuna görə İddiaçı1 münasibətdə 34.176 (96.000x0,1%=96, 96x356=34.176) manat məbləğində, İddiaçı2 münasibətdə isə 6835,20 (19.200x0,1%=19,20, 19,20x356=6835,20) manat məbləğində pul cavabdehdən tutularaq müvafiq olaraq iddiaçılara ödənilməlidir.

13. Həmçinin, məhkəmə cavabdehin nümayəndəsinin izahatında bildirdikləri ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçılara ünvanladığı 2021-ci il 7 may tarixli 067-16/278 nömrəli imtina məktubunda və məhkəməyə göndərdiyi 2021-ci il 3 sentyabr tarixli 03/173 nömrəli etiraz məktubunda müva fiq olaraq imtinanın və iddianı qəbul etməmələrinin əsası kimi müqavilənin mövcud olmaması deyil, iddiaçılara ziyanın digər şəxslər tərəfindən ödənilməsi və onların zərərin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilmiş şəxslərin siyahısına daxil edilməməsi göstərilmişdir. Bu isə o deməkdir ki, tərəflərin arasında müqavilə olmuş və müvafiq sığorta haqları da ödənilmişdir.

14. Məhkəmə öz mövqeyini MM-in 898.2, 922.1, 926.1, 926.2, 926.3, 934.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2023-cü il 7 aprel tarixli 2-2(103)-177/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni dəbbə pulunun tutulması hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova, A.Hüseyn).

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2019-cu il 10 dekabr tarixdə Bakı şəhəri "xxxx" ticarət mərkəzində yerləşən 79 və 85 saylı mağazalarda baş vermiş yanğın sığorta hadisəsi hesab edildiyindən və həmin hadisə nəticəsində iddiaçılara məxsus sığortalanmış daşınar əmlaklar yanaraq məhv olduğundan, bununla da cavabdehin MM-in 934.1-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi öhdəliy i yarandığından, iddiaçılar sığorta ödənişinin ödənilməsini tələb etməkdə haqlıdır.

18. Kollegiya qeyd etmişdir ki, göstərilən hallar işin mübahisəsiz hallarını təşkil edir, cavabdehin mübahisələndirdiyi hal və imtinasının əsası isə sığorta ödənişinin və dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən iddiaçılara artıq ödənilməsi ilə bağlıdır.

19. Bu əsasla həmin imtinanın qanuni əsasını MM-in 935.1.7-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.

20. Lakin hazırkı işdə həmin əsaslar mövcud deyil. Belə ki, işin hallarından müəyy ən olunur ki, iddiaçılar (zərərçəkmiş şəxslər) cavabdehlər Nümayəndə1 və X1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onların mülki iddiaçı qismində tanınmağı və yanğın nəticəsində müvafiq olaraq İddiaçı1 dəyən 170.190 manat ziyanın 40.190 manat məbləğində olan hissəsinin və İddiaçı2 dəyən 50.534 manat ziyanın 30.534 manat məbləğində olan hissəsinin cavabdehlərdən alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər və Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli cinayət işi üzrə 2021-ci il 10 sentyabr tarixli hökmünə əsasən iddiaları tam təmin edilmişdir.

21. Göründüyü kimi cinayət işi üzrə iddiaçılar təqsirləndirilən şəxslərdən onlara dəyən müvafiq olaraq 170.190 və 50.534 manat ziyanın hamısını deyil, yal nız sığortalanmış daşınar və daşınmaz əmlakların dəyərindən kənarda qalan (müvafiq olaraq 40.190 manat və 30.534 manat) hissənin tutulmasını tələb etmişlər. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 1 mart tarixli 1(103)-126/2022 nömrəli qərarından da görünür ki, zərərçəkmiş şəxslər İddiaçı1 və İddiaçı2 mülki iddialarından imtina etdiklərindən həmin zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) aid hissədə mülki iddia üzrə icraata xitam verilmişdir.

22. Göründüyü kimi həmin cinayət işi üzrə iddiaçıların təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddiada yanğın nəticəsində məhv olmuş əmlakların sığortalanmış hissəsinə dair hər hansı tələb mövcud olmamışdır.

23. Eyni zamanda, işin başqa halları ilə iddiaçılara dəymiş zərərin tam olaraq ödənilməsi hər hansı formada sübuta yetirilmir.

24. Həmçinin qeyd olunan halın, yəni iddiaçılara maddi zərərin ödənilib-ödənilməməsi, ödənildiyi halda hansı həcmdə ödənilməsi, o cümlədən ödənilməsi ilə bağlı digər şəkildə hansı razılığın əldə edilməsinin müəyyən olunması üçün apellyasiya baxışı zamanı "xxxx" MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, lakin sonuncunun nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmənin qeyd olunan sorğularına da cavab verilməmişdir.

25. Cavabdeh isə iddiaçıların sığorta ödənişlərini təqsirli olan şəxslərdən aldığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

26. Bu baxımdan ko llegiya hesab etmişdir ki, iddiaçılar baş vermiş yanğın nəticəsində cavabdeh tərəfindən onlara sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdırlar.

27. Sığorta ödənişinin məbləği isə sığorta şəhadətnaməsində tərəflərin razılaşdığı 100.000 manat və 20.000 manat qiymətə uyğun müəyyən edilməlidir. Belə ki, sığorta müqaviləsi bağlayarkən tərəflər mağazada yerləşən məhz həmin məbləğdə daşınar əmlakları sığortalamışlar.

28. Bu baxımdan kollegiya hesab etmişdir ki, yanğın hadisəsi nəticəsində, həqiqətən də, sığorta şəhadətnaməsində qeyd edilən daşınar əmlakların məhv olunması barədə hər hansı sübutun (elektron qaimə, gömrük bəyannaməsi, alqı-satqı və ya malların təhvil təslimi və. s) təqdim edilməməsi barədə cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz.

29. Beləliklə, qeyd olunanlara əsasə n kollegiya hesab etmişdir ki, iddiaçılar 100.000 manat və 20.000 manat sığorta ödənişindən tərəflərin razılaşdığı 4% azadolma məbləği çıxılmaqla müvafiq olaraq 96.000 və 19.200 manat sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdırlar. Birinci instansiya məhkəməsi də düzgün olaraq həmin iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir.

30. Bununla yanaşı kollegiya hesab etmişdir ki, dəbbə pulunun tutulması hissəsində iddia təmin edilə bilməz. Belə ki, həmin tələblərin qanuni əsasını MM-in 934.2-ci maddəsi təşkil edir. Lakin hazırkı işdə həmin maddənin dispozitiv şərtləri tətbiq edilə və cavabdehdən dəbbə pulu tutula bilməz.

31. Belə ki, MM-in 462.1-ci maddəsinin məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Öhdəliyin icra edilməməsi anlayışına isə həmin Məcəllənin 442-ci maddəsində aydınlıq gətirilmişdir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Eyni zamanda həmin Məcəllənin 448.2-ci maddəsindən müəyyən olunur ki, borclu öz öhdəliklərinin təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

34. Lakin hazırkı işdə cavabdehin öz öhdəliklərini məhz təqsirli olaraq pozması müəyyən edilmir.

35. İşin hallarından müəyyən olunur ki, iddiaçılar sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdehə müraciət edərkən hələ qanuni qüvvəyə m inmiş məhkəmə hökmü olmamış və cavabdeh də baş vermiş yanğın hadisəsi ilə əlaqədar tərtib olunmuş 2021-ci il 5 mart tarixli ittiham aktında qeyd olunan məlumatlara əsaslanaraq sığorta ödənişinin ödənilməsindən imtina etmişdir.

36. Belə ki, həmin ittiham aktında İddiaçı1 173.190 manat, İddiaçı2 isə 50.534 manat zərər vurulduğu, maddi zərər dəymiş 124 icarəçidən 117 icarəçi ilə 14.576.546,9 manat məbləğində maddi zərərin ödənilməsinə dair notarial qaydada müqavilələr bağlanması, qalan 7 nəfər icarəçi ilə isə qarşılıqlı razılığın əldə olunmaması qeyd edilmişdir. Lakin həmin 7 nəfər zərərçəkmiş şəxsin siyahısında iddiaçıların adları qeyd olunmamışdır.

37. Göründüyü kimi cavabdehin sığorta ödənişinin ödənilməsindən imtinası MM-in 935.1.7-ci maddəsinin tələblərinə istinadən həmin an üçün qanunsu z olmamışdır. Çünki cavabdeh həmin an mövcud olan ittiham aktına əsasən iddiaçılara dəymiş zərərin ödənildiyi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcud olmuşdur.

38. Bu baxımdan kollegiya hesab etmişdir ki, sığorta ödənişindən imtina edilən zaman cavabdehin hərəkətlərində təqsir mövcud olmadığına görə ondan sığorta müqavilələri üzrə dəbbə pulu tutula bilməz.

39. Sığorta müqaviləsinin nüsxəsinin deyil, surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, işin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi cavabdeh sığorta ödənişini ödəməkdən iddiaçılarla sığorta müqaviləsinin bağlanmaması əsası ilə deyil, məhz MM-in 935.1.7-ci maddəsinə istinad edərək, sığorta ödənişinin təqsirləndirilən şəxs tərəfindən iddiaçılar a artıq ödənilməsi əsası ilə imtina etmişdir. Eyni zamanda cavabdehin hazırkı iddiaya etirazının əsasını da əvvəlcə həmin əsas təşkil etmişdir. İddiaya etirazın və apellyasiya şikayətinin digər əsası isə sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği ilə bağlıdır. Göründüyü kimi tərəflər arasında sığorta müqaviləsinin bağlanması işin mübahisəsiz halı olmuşdur. Bu baxımdan kollegiya hesab etmişdir ki, cavabdehin sonradan yuxarıda qeyd olunan dəlillərə istinad etməsi tamamilə əsassızdır.

40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 442, 448.2, 462.1, 883.1, 922.1, 926.1, 934.1, 934.2, 935.1.7-ci, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. Həmin qətnamə 2023-cü il 19 aprel tarixdə tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

42. Cavabdeh 2023-cü il 19 i yun tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunması və iddia tələbinin təmin edilməməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

43. Dövlət rüsumu qanunvericilikdə müəyyən edilmiş məbləğdə ödənilmədiyindən, cavabdehin kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli 2-2(103)-177/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır.

44. İddiaçılar 2023-cü il 21 iyun tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, İddiaçı1 sığorta ödənişinin gecikdirilməsinə görə 34.176 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 130.176 manat, İddiaçı2 xeyrinə isə sığorta ödənişinin gecikdirilməsinə görə 6835,20 manat məbləğində dəbbə pulu o lmaqla, cəmi 26.035,20 manat məbləğində pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

45. Kassasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş prosessual müddət ötürüldüyündən, iddiaçıların kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli 2-2(103)-177/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır.

46. İddiaçılar və cavabdehin kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizələri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyul tarixli 2-2(103)-177/2023 nömrəli qərardadı ilə təmin edilmiş, kassasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçıların kassasiya şi kayətinin dəlilləri

47. MM-in 442, 448, 934-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sığorta ödənişindən imtina edilən zaman cavabdehin hərəkətlərində təqsir mövcud olmadığına görə ondan sığorta müqavilələri üzrə dəbbə pulu tutula bilməz. Lakin nəzərə alınmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli hökmü ilə iddiaçıların mülki iddialarının təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında həmin hökmün təsdiq edilməsi barədə 2022-ci il 1 mart tarixli qərar çıxarılmasına baxmayaraq, cavabdeh sığorta ödənişini ödəməkdən yayınır. Cavabdeh qətnamələrdən apellyasiya və kassasiya şikayətləri verməklə sığorta ödənişini ödəmək istəmir. Məhkəmələrdə işə baxılarkən də iddiaçıların ziyanın ın ödənilməməsi sübuta yetirilmiş, cavabdeh isə iddiaçıların sığorta ödənişinin ödənilməsi ilə bağlı müraciətlərinə “istintaqın nəticəsindən sonra, eləcə də mallar barədə sənədlərin təqdim edilməsi və sair” bəhanələrlə cavab vermişdir. Halbuki, iddiaçıların zərərçəkmiş kimi istintaqa cəlb edilməsi, iddiaçıların sığorta ödənişinin verilməsi üçün kifayət etməli idi. Bakı Kommersiya Məhkəməsində işə baxılarkən mülki işin icraatı cinayət işinə baxılmasına görə dayandırılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında həmin hökmün təsdiq edilməsi barədə 2022-ci il 1 mart tarixli qərar çıxarıldıqdan sonra mülki işə baxılmışdır. Birinci instansiya məhkəməsində cavabdehin sığorta ödənişini qəsdən gecikdirməsi öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçıların dəbbə pulu barədə iddiasını qi smən də olsa təmin etmişdir. Cavabdeh isə hər vasitədən istifadə etməklə iddiaçıların sığorta ödənişlərini ödəmək istəmir. Əgər sığorta ödənişləri vaxtında iddiaçılara ödənilsə idi, iddiaçılar həmin məbləğ ilə kifayət qədər qazanc əldə edə bilərdilər. İddiaçılara külli miqdarda ziyan dəyməsinə baxmayaraq cavabdehin qərəzli hərəkətlərinə heç kim qanuni qiymət verməmiş, iddiaçıların sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi ziyana düşmələrinə şərait yaratmışlar. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

48. MM-in 935.1.7-ci maddəsinin tələbi pozulmuşdur. Qeyd edilən maddəyə əsasən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması, zərər vuran zərərin əvəzini qismən ödəmiş olduqda sığort a ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 1 mart tarixli 1(103)126/2022 saylı qərarına əsasən iddiaçılar mülki iddiadan imtina etmişlər və bu səbəbdən həmin hissədə mülki iddia üzrə icraata xitam verilmişdir. Bununla da məlum olur ki, iddiaçılara dəymiş zərər zərərçəkən tərəfindən ödənilmişdir. Bu səbəbdən, hazırkı mübahisə üzrə cavabdehin MM-in 935.1.7-ci maddəsinə əsasən sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsaslı olmuşdur.

49. Bundan başqa, iddiaçıların sahibkarlıq fəaliyyəti ilə məşğul olması və bəlli bir dövriyyələri olmasını nəzərə alaraq demək olar ki, sığorta müqaviləsi bağlanan anda mağazalarda olmuş əmlakın yanğın baş verən anda orada olması artıq böyük bir sual doğurmuşdur. Belə ki, qeyd edil ən kommersiya mübahisəsi üzrə məhkəmə tərəfindən işin tam, obyektiv, hərtərəfli araşdırılması üçün “Evrohome” ticarət mərkəzində yanğın hadisəsi baş verənədək həmin ticarət mərkəzinin 79 və 85 saylı mağazalarında bəyan edilmiş mallar (bəyannamə) və mal qalığına dair Dövlət Vergi Xidmətinə sorğu verilməmişdir. Həmçinin yanğın hadisəsi nəticəsində həqiqətən də sığorta şəhadətnaməsində qeyd edilən daşınar əmlakların məhv olması barədə hər hansı sübut (elektron qaimə, gömrük bəyannaməsi, alqı-satqı və ya malların təhvil təslimi və s.) işə baxmış məhkəmələrə təqdim edilməmişdir. Məhkəmələr tərəfindən İddiaçı1 ilə 2019-cu il 25 avqust tarixdə və İddiaçı2 ilə 2019-cu il 1 noyabr tarixdə müqavilə bağlandıqdan sonra Azərbaycan Respublikasının Gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında ye rləşdirilən bəyan edilmiş mallar barədə sorğu göndərilməmiş, məhkəmə tərəfindən iddiaçıların qeyd etdiyi zərərə əsasən qətnamə qəbul edilmişdir.

50. MPM-in 78.2, 85.1-ci maddələrinin tələbləri pozulmuşdur. Hazırkı kommersiya mübahisəsi hər iki instansiya məhkəməsinin icraatında olarkən yanğın hadisəsi baş verən anadək iddiaçıların istifadəsində olan 79 və 85 saylı mağazalarda iddiaçılar tərəfindən bəyan edilmiş mallar (bəyannamə) və mal qalığına dair Dövlət Vergi Xidmətinə sorğu verilməsi ilə bağlı vəsatətlə müraciət edilmiş, lakin vəsatət təmin edilməmiş və qətnamədə münasibət bildirilməmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətlərinə qarşı etiraz daxil edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şi kayətlərinin verilməsi üçün ötürülmüş prosessual müddət Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyul tarixli 22(103)-177/2023 nömrəli qərardadı ilə bərpa edilmiş, kassasiya şikayətinin məzmunu isə MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur.

53. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin i şin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

55. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehti yatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadis ənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır....” “Maddə

926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır....” “Maddə

934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 93 3.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” “Maddə

935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:... 935.1.7. əmlakın sığortası üzrə s ığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir....”

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli 2-2(103)177/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

58. İddiaçılar apellyasiya instansiyası məhkəməsinin cavabdehdən dəbbə pulu tutulması hissəsind ə iddia tələbinin rədd olunmasına dair mövqeyi ilə razılaşmayaraq kassasiya şikayətində ona istinad etmişdir ki, iddiaçıların zərərçəkmiş kimi istintaqa cəlb edilməsi, onlara sığorta ödənişinin verilməsi üçün kifayət etməli idi, lakin cavabdeh hər vasitədən istifadə edərək qərəzli şəkildə sığorta ödənişinin həyata keçirilməsindən imtina etmişdir.

59. Məhkəmə kollegiyası iddiaçıların bu dəlili ilə razılaşmır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş və mübahisələndirilməyən halına görə, iddiaçılar sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdehə müraciət edərkən hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamış, cavabdeh isə baş vermiş yanğın hadisəsi ilə əlaqədar tərtib olunmuş 2021-ci il 5 mart tarixli ittiham aktında qeyd olunan məlumatlara əsaslanaraq sığorta ödənişinin ödəni lməsindən imtina etmişdir. Odur ki, cavabdehin sığorta ödənişinin ödənilməsindən imtinasının MM-in 935.1.7-ci maddəsinin tələblərinə istinadən həmin an üçün qanunsuz olmadığına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

60. Cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri bundan ibarət olmuşdur ki, sığorta ödənişi və dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən iddiaçılara artıq ödənildiyindən, sığorta ödənişinin edilməsindən imtina MM-in 935.1.7-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

61. Cavabdeh qeyd edilən məsələni apellyasiya şikayətində də mübahisələndirmiş, bu məsələyə qiymət verərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı işdə MM-in 935.1.7-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövc ud deyil. Belə ki, cinayət işi üzrə iddiaçılar təqsirləndirilən şəxslərdən onlara dəyən müvafiq olaraq 170.190 və 50.534 manat ziyanın hamısını deyil, yalnız sığortalanmış daşınar və daşınmaz əmlakların dəyərindən kənarda qalan (müvafiq olaraq 40.190 manat və 30.534 manat) hissənin tutulmasını tələb etmiş, iddiaçıların təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddiada yanğın nəticəsində məhv olmuş əmlakların sığortalanmış hissəsinə dair hər hansı tələb mövcud olmamışdır. Eyni zamanda, işin başqa halları ilə iddiaçılara dəymiş zərərin tam olaraq ödənilməsi hər hansı formada sübuta yetirilməmişdir.

62. Məhkəmə kollegiyası, sığorta müqaviləsi bağlanan anda mağazalarda olmuş əmlakın yanğın baş verən anda orada olub-olmasının araşdırılmaması, işin tam, obyektiv, hərtərəfli araşdırılması üçün “Evrohome” ticarət mərkəzində yanğın hadisəsi baş verənədək həmin ticarət mərkəzinin 79 və 85 saylı mağazalarında bəyan edilmiş mallar (bəyannamə) və mal qalığına dair Dövlət Vergi Xidmətinə sorğu verilmədiyi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində işin hallarının araşdırılmamasına istinad edilməsinə yol verilmir.

63. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərini də əsassız hesab edərək, apellyasiya instansiyası məhkəməsinin “sığorta ödənişinin məbləğinin sığorta şəhadətnaməsində tərəflərin razılaşdığı 100.000 manat və 20.000 manat qiymətə uyğun müəyyən edilməli olması” barədə qənaəti ilə razılaşır.

64. Beləliklə, işə kassasiya qayd asında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli 2-2(103)177/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

66. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli 2-2(103)-177/2023 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar