Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-474/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2- 2(103)-242/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətl ərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il 19 may tarixli AP-11 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən, Cavabdeh MMC avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri satın alınması üçün "xxxx" MMC-nin 401.597,54 (ƏDV daxil) manat tender təklifini qəbul etmiş, "xxxx" MMC, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Cavabdeh MMC-yə avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri yerinə yetirilməsini və ya göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilənin xüsusi şərtlərinə əsasən müqavilə bir il müddətinə bağlanmışdır. Xüsusi şərtlərin 19.1-ci bəndində qeyd edilmişdir ki, icraçı müqavilə əsasında təhv il təslim sənədləri əsasında təqdim edilmiş mallara (işlərə və xidmətlərə) 6 ay müddətinə təminat verir. Müqavilənin şərtlərinə əsasən (13.1-ci bənd) müqavilə üzrə ödəmələr icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında 15 gündən gec olmayaraq ödənilməlidir. 2. 2020-ci il 18 dekabr tarixli EBAV seriyalı 068041 nömrəli elektron qaimə əsasında 738,68 manat, 2021-ci il 11 yanvar tarixli EBAV seriyalı 967807 nömrəli elektron qaimə əsasında 5.340,68 manat, 2021-ci il 10 mart tarixli EBAY seriyalı 524567 nömrəli 1.675,33 manat, 2021-ci il 5 mart tarixli EBAY seriyalı 322939 nömrəli elektron qaimə əsasında 11.642,09 manat, 2021-ci il 15 fevral tarixli EBAX seriyalı 477976 nömrəli elektron qaimə əsasında 11.642,09 manat, 2021-ci il 9 fevral tarixli EBAX seriyalı 21831 6 nömrəli 3.220,67 manat, 2021-ci il 5 fevral tarixli EBAX seriyalı 075588 nömrəli elektron qaimə əsasında 4.545,83 manat, 2021-ci il 21 yanvar tarixli EBAW seriyalı 367423 nömrəli elektron qaimə əsasında 10.043,3 manat olmaqla, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 44.509,58 manat dəyərində xidmətlərin göstərilməsinə dair qaimə təqdim edilmişdir. 3. 2022-ci il 1 oktyabr tarixində Cavabdeh MMC-nin əməkdaşları tərəfindən akt tərtib edilərək imzalanmış və həmin aktda Cavabdeh MMC-nin balansında olan təmir üçün "xxxx" MMC-yə göndərilmiş avtomaşınları servisdən götürərkən avtomaşınlarda aktda (cədvəl şəklində) göstərilən çatışmazlıqlar müəyyən olunması və həmin çatışmazlıqlar üzrə Cavabdeh MMC-yə ümumilikdə 42.400 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir.
4. İddiaçı MMC (istifad əçi) ilə "xxxx" MMC (istifadəyə verən) arasında bağlanmış 2020ci il 7 yanvar 01/AS nömrəli tarixli avtonəqliyyat vasitələrinə dayanacaq xidmətlərinin göstərilməsinə dair müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC balansında olan ünvan 1 ünvanında yerləşən avtonəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə etmək məqsədilə İddiaçı MMC-nin istifadəsinə vermişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat İ iddia üzrə: 5. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 15 avqust tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44.509,58 manat əsas borc, 10.000 manat əldən çıxmış fayda, 400 manat mediasiya xərcləri ümumilikdə 54.909 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanılmış 2020-ci il 19 may tarixli AP-11 nömrəli müqavilə üzrə göstərilmiş xidmətin əvəzi olaraq ödənilməli olan borc pul vəsaiti EBAV 068041 nömrəli, EBAV 967807 nömrəli, EBAY 524567 nömrəli, EBAY 322939 nömrəli, EBAX 477976 nömrəli, EBAX 218316 nömrəli, EBAX 075588 nömrəli, EBAW 367423 nömrəli elektron qaimələrə əsasən ödənilməli olub da ödənilməyən 44.509.58 manat miqdarında onların borcu mövcuddur. Cavabdeh tərəfindən ödənilməyən vəsaitlərə görə iddiaçıya ciddi şəkildə maddi zərər dəymiş, ödənişlərin gecikdirilərək müqavilənin müvafiq bəndlərinə əməl edilmədiyinə görə iddiaçı müflisləşməyə doğru gedərək qeyri-ixtiyari şəkildə digər müqavilə tərəfləri qarşısında öhdəl iklərini icra edə bilməmişdir. Cavabdehin əsas borc üzrə 44.509.58 manat və 10.000 manat əldən çıxan fayda borcu vardır. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Əldən çıxmış faydanın hesablanıldığı gün üçün Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi isə 8.75%-dir. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə əsas borc, əldən çıxmış fayda ödənilməsi barədə kommersiya mübahisəsinin həlli məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli e-2-2(113)-4513/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Pirverdiyev).
8. M əhkəmə müəyyən etmişdir ki, tərəflər arasında 2020-ci il 19 may tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri satın alınması üçün iddiaçının 401.597,54 (ƏDV daxil) manat tender təklifini qəbul etmiş, iddiaçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri yerinə yetirilməsini və ya göstərilməsini öhdəsinə götürmüşdür.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, elektron qaimələrdən başqa, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən, yəni xidmətlərin göstərilməsinə dair (təhvil-təslim aktları və s.) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi elektron qaimələrə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin sənədlər cavabdehə xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Əgər tərəflər göstərilmiş xidmətlərin təhvil verilməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirməli olsa idilər, xidmətlərlə birlikdə təhvil-təslim sənədlərinin (qaimə-faktura) verilməli olması barədə müqavilənin 13.1-ci bəndinin məzmununa və müqavilənin xüsusi şərtlərinə müqavilənin daxil edilməsinə zərurət olmazdı.
11. Hazırki iş üzrə iddiaçı tərəfindən elektron qaimələrin əlaqəli şəkildə qiymətləndirilməsi üçün xidmətlərin cavabdehə göstərilməsinə dair digər sübutlar məhkəməyə təq dim olunmamışdır.
12. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia 44.509,58 manat əsas borcun ödənilməsi hissəsində təsdiq olunmadığından təmin oluna bilməz. İddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə məhkəmə bildirmişdir ki, göstərilən iddia tələbi xidmətlərin göstərilməsinə dair tələblə əlaqədar olduğundan və yuxarıda göstərilənlərə əsasən iddia həmin hissədə təmin olunmadığından iddia tələbi əldən çıxmış fayda hissəsində də təmin oluna bilməz.
13. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 390.1, 399.1, 427.3, 442, 448.1, 448.2 və 752.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi nin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 26.2, 76.1, 76.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ iddia üzrə:
15. Cavabdeh 2023-cü il 19 sentyabr tarixində iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan cavabdehin xeyrinə 42.400 manat məbləğin, 17,20 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərclərinin tutulması barədə qətnamə q əbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 19 may tarixində avtonəqliyyat vasitələrinə texniki, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri ilə əlaqədar tərəflər arasında AP11 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə cavabdeh tərəfindən müvafiq ödənişlərin həyata keçirilməsinə və müqavilənin tələblərinə baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi bu günə qədər də tam icra etməmiş və MM-nin 425.1-ci maddəsi əsasən öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən avtonəqliyyat vasitələri təmir edilməsi üçün iddiaçıya təhvil verilmişdir, lakin təmirdə olan cavabdehin balansında olan 12 ədəd avtonəqliyyat vasitəsinin təmir edilmədiyi və təhvil alınarkən müəyyən detallar ında çatışmazlıqların olduğu aşkarlanmışdır, həmin çatışmazlıqlar aktlaşdırılmışdır. Cavabdehin müraciəti əsasında dəymiş zərərin məbləği üçüncü şəxs tərəfindən aparılan qiymətləndirmə ilə müəyyən edilmişdir. Əlavə olaraq cavabdeh bildirir ki, AP11 saylı müqavilənin xüsusi şərtlərinin 20.1-ci bəndində dəymiş zərərin 100% həcminin icraçı tərəfindən ödənilməli olması razılaşdırılmışdır. Müqavilə şərtləri pozulduğuna görə cavabdehə 42.400 manat məbləğində zərər dəymişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 yanvar tarixli e-2-2(113)-267/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim - L.Əliyeva).
18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 19 may tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə avtomobillər i təmiri həyata keçirilmək öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində avtomobillərə dəymiş zərərin ödənilməsi tələbini irəli sürsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni 2020-ci ildə iddiaçıya 12 ədəd mübahisəli avtomobillərin təmirini sifariş etməsini (sifariş orderi və s.), sifariş əsasında həmin avtomobilləri təmir üçün iddiaçıya təqdim etməsini (təhvil-təslim aktı və s.), iddiaçının həmin xidmətləri qüsurla icra etməsini, eləcə də təmirə verilmiş avtomobilləri bir ildən artıq müddət ərzində cavabdehə qaytarılmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, cavabdehin göstərilən halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi 2022-ci il 1 oktyabr tarixli akt cavabdehin işçiləri tərəfindən birtərəfli qaydada tərt ib edildiyindən aktda göstərilən avtomobillərin təmir üçün iddiaçının servisinə təqdim edilməsi və servisdən götürülərkən avtomobillərdə qüsurların aşkar edilməsi faktlarını müəyyən etmək üçün yetərli sübut hesab edilə bilməz. İddiaçı tərəfindən müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi iş materialları ilə təsdiqini tapmamışdır. Odur ki, iddianın təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilməmişdir.
20. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 21.1, 21.2, 385.1, 442, 443.1, 443.7, 448.1-ci; MPM-in 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 mart tarixli 2-2(103)-416/2024 nömrəli qərardadı ilə MPM-in 43.2-ci maddəsinə əsasən yuxarıda qeyd olunan əlaqəli işlər bir icraata birləşdirilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-242/2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2023-cü il 27 noyabr tarixli e-2-2(113)-4513/2023 nömrəli və 2024-cü il 10 yanvar tarixli e-2-2(113)-267/2024 nömrəli qətnamələri dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqaviləni n şərtləri, tərəflərin öhdəliklərinin xarakteri podrat müqaviləsinə uyğun gəldiyindən mübahisə düzgün olaraq podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında həll edilmişdir.
25. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən verilmiş maliyyə arayışından görünür ki, qeyd edilən müqaviləyə əsasən iddiaçının hesabına ümumilikdə 292.979,94 manat pul köçürülmüşdür.
26. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin dekabr ayından 2021-ci il ilin aprel ayınadək göndərilmiş 8 elektron qaimə üzrə ümumilikdə 44.509,58 manat dəyərində göstərildiyi iddia edilən xidmətin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Elektron qaimələr təqdim edildikdən 5 gün sonra sistem tərəfindən təsdiqlənmişdir.
27. Cavabdehin iddiaya yazılı izahatında və nümay əndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarda dəyəri tələb edilən bu xidmətlərin göstərildiyini qəbul etmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə və müqavilə şərtlərinə əsasən xidmətin göstərildiyi elektron qaimələrdən əlavə təhvil-təslim aktları ilə rəsmiləşdirilməli olduğundan xidmətin həqiqətən göstərildiyini sübut etmək öhdəliyi iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə elektron qaimədən başqa digər sübut təqdim edə bilməmişdir.
28. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən bildirmişdir ki, qarşı tərəfə təhvil-təslim aktları imzalanmaq üçün təqdim edilsə də, imzalanmamışdır. Nümayəndə bu halı təsdiq edən hər hansı sübutları olmadığını bildirmişdir.
29. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddiasının əsaslı old uğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
30. Eyni zamanda məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh də xidmətin qüsurlu göstərildiyinə dair iddiasının əsaslı olduğuna dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin sübut qismində təqdim etdiyi 2022-ci il 1 oktyabr tarixli akt yalnız öz əməkdaşları tərəfindən tərtib edildiyindən düzgün olaraq məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir.
31. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 19.1-ci bəndində qeyd edilmişdir ki, icraçı müqavilə əsasında təhvil təslim sənədləri əsasında təqdim edilmiş mallara (işlərə və xidmətlərə) 6 ay müddətinə təminat verir. Hazırkı halda aktda göstərilən avto mobillərin təmir üçün iddiaçının servisinə təqdim edilməsini təsdiq edən təhvil-təslim aktları birinci instansiya məhkəməsinə təqdim edilmədiyi üçün həmin avtomobillərə ümumiyyətlə cavabdeh tərəfindən texniki xidmət göstərilib-göstərilmədiyini, bu xidmətin hansı tarixdə göstərildiyini, müqavilədə nəzərdə tutulmuş 6 aylıq təminat müddətinin keçibkeçmədiyini müəyyən etmək mümkün olmur.
32. Tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona məxsus nəqliyyat vasitələrinə texniki servis xidmətləri "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən onun balansında olan ərazidə göstərilmiş, müqavilə münasibətlərinə xitam verildikdən sonra iddiaçının əməkdaşları həmin əraziyə buraxılmamışdır. Belə olan halda 2021-ci il 19 may tarixindən sonra (müqavilə müddəti bitdikdən sonra) ca vabdeh tərəfindən təmir edilərək təhvil verilmiş və təhvil verilərkən hər hansı qüsuru olmamış nəqliyyat vasitələrində 2022-ci il 1 oktyabr tarixinədək yaranmış çatışmamazlıqlara və nəqliyyat vasitələrinin üzərində aşkar edilməmiş ehtiyat hissələrinə görə cavabdehin məsuliyyət daşıması yalnız mötəbər sübutlarla təsdiq edilə bilərdi. İş materiallarında bu faktı təsdiq edən sübutlar mövcud olmadığından bu iddia tələbinin də rədd edilməsi qanuni və əsaslıdır.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 390.1, 399.1, 427.3, 442, 443.1, 443.7, 448.1, 448.2, 752.1, 762.1, 762.2 və 763.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kolle giyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına; MPM-in 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
34. İddiaçı və cavabdeh kassasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
35. MM-in 752.1-ci maddəsi üzrə - Məhkəmə qeyd etmişdir ki, iddiaçı elektron qaimələrdən başqa iddia tələbinin əsasını təşkil edən, yəni xidmətlərin göstərilməsi barədə (təhvil-təslim aktları) hər hansı sübutu təqdim edə bilməmişdir. Bunu da müqavilənin 13.1-ci maddəsinə əsasən qeyd e tmişdir. Müqavilənin 13.1-ci maddəsində göstərilir ki, müqavilə üzrə ödəmələr( o cümlədən) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi təmir kartı və təhvil təslim sənədləri (qaimələri, aktlar, digər sənədlər) əsasında 15 bank gec günündən gec olmayaraq ödənilir. İşin mübahisəsiz halıdır ki, tərəfimizdən elektron qaimə vurulmuş, cavabdeh tərəf isə həmin elektron qaiməni təsdiq etmişdir. İddiaçıya bundan əvvəl olan ödənişlər də bu qaydada olmuşdur. Müqavilənin xüsusi şərtlərindəki 13.1ci bəndi məhkəmə səhv təfsir etmişdir. Belə ki, iddiaçının yalnız elektron qaimə vurmağı onun üçün kifayət etmişdir.
36. Məhkəmə öz qətnaməsində iddianın rəddinin hüquqi əsası kimi Konstitusiya Məhkəməsi nin 2022-ci il 20 aprel tarixli Qərarını göstərmişdir. Belə ki, bu Qərara əsasən ləğv edilməmiş, mübahisələndirilməmiş və etiraz edilməmiş elektron qaimələrin digər sübutlar olmadan yetərli olmadığını bildirmişdir. Hesab edirik ki, Konstitusiya Məhkəməsinin bu Qərarı tam da bizim hala uyğun gəlmir. Belə ki, bizim halda qarşı tərəf elektron qaimələri təsdiq etmişdir. Konstitusiya Məhkəməsinin Qərarında isə elektron qaimənin göndərildiyi tərəfin hərəkətsizliyindən bəhs edilir. Yəni bizim halda elektron qaimələrimizin təsdiq edilməsi faktı bizim xidmətlərin yerinə yetirilməsini və qarşı tərəfin bunu qəbul etməsini tam olaraq təsdiq edir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
37. MM-in 21.1 və 21.2-ci maddələri üzrə - İddiaçı tərəfindən cavabdehə maddi ziyan vurulmuş və məhkəmə tərəfin dən zərərin ödənilməsi ilə bağlı MM-in 21-ci maddəsi tətbiq edilən hüquq qismində göstərilmişdir. Lakin buna baxmayaraq tətbiq edilməli hüquq tətbiq edilməmişdir.
38. MM-in 442-ci maddəsi üzrə - Qətnamədə tətbiq edilən hüquq qismində MM-in 442-ci maddəsi öz əksini tapsa da, iddiaçı tərəfindən cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərinin pozulması və öhdəliklərin icra edilməməsi məsələsinə diqqət yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən avtonəqliyyat vasitələri təmir edilməsi üçün iddiaçıya təhvil verilmişdir, lakin təmirdə olan cavabdehin balansında olan 12 ədəd avtonəqliyyat vasitəsinin təmir edilmədiyi və təhvil alınarkən müəyyən detallarında çatışmazlıqların olduğu aşkarlanmışdır.
39. MPM-in 388-ci maddəsi üzrə - 12 avto-nəqliyyat vasitəsinə xidmət göstərilməmiş və bu aktl aşdırılmışdır. Lakin avto-nəqliyyat vasitələrinə xidmət göstərilməməsi faktı məhkəmə tərəfindən araşdırılmamış və işin nəticəsinə təsir edən bütün faktiki hallar aydınlaşdırılmamışdır.
40. MPM-in 390-cı maddəsi üzrə - Cavabdehə məxsus olan avto-nəqliyyat vasitələri iddiaçı tərəfindən təmir edilməmiş, bunla bağlı akt tərtib edilmişdir, lakin məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə müvafiq ödənişlərin həyata keçirilməsinə və müqavilə üzrə öhdəliyin icra edilməsinə baxmayaraq, iddiaçı öz üzərinə düşən öhdəliyi bu günə qədər tam icra etməmiş və MM-nin 425.1-ci maddəsi əsasən öhdəliklərin i crası zamanı vicdanlılıq prinsipi pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən avtonəqliyyat vasitələri təmir edilməsi üçün iddiaçıya təhvil verilmişdir, lakin təmirdə olan cavabdehin balansında olan 12 ədəd avtonəqliyyat vasitəsinin təmir edilmədiyi və təhvil alınarkən müəyyən detallarında çatışmazlıqların olduğu aşkarlanmışdır. Cavabdeh tərəfindən aşkarlanmış çatışmazlıqlar aktlaşdırılmışdır. Müraciətimiz əsasında dəymiş zərərin məbləği üçüncü şəxs tərəfindən aparılan qiymətləndirmə ilə müəyyən edilmişdir. Əlavə olaraq cavabdeh bildirmişdir ki, AP11 nömrəli müqavilənin xüsusi şərtlərinin 20.1-ci bəndində dəymiş zərərin 100% həcminin icraçı tərəfindən ödənilməli olması razılaşdırılmışdır. Müqavilə şərtləri pozulduğuna görə cavabdehə 42.400 manat zərər dəymişdir. İddiaçının kassasiya şikayəti ndə iddiaçı tərəfindən 44.509.58 manat dəyərində xidmətlərin göstərilməsinə dair qaimələrin cavabdehə təqdim edilməsi göstərilmişdir, lakin qaimədə əks edilən xidmətlərin heç biri göstərilməmişdir. Qarşı tərəf xidmətlərin göstərilməsinə sübut qismində həmin qaimələrin təqdim edilməsini göstərsə də, müqavilə üzrə öhdəliklərini icra edilməmiş, cavabdehə ziyan vurulmuşdur. Kassasiya baxışının hədləri
42. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yox layarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün po dratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır....” “Maddə
763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər....”
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərar ının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında göstərilmişdir ki: “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutul ur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qü vvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hər iki tərəfin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə:
48. İddiaçı bildirir ki, tərəflərdən elektron qaimə vurulmuş, cavabdeh tərəf isə həmin elektron qaiməni təsdiq etmişdir. İddiaçıya bundan əvvəl olan ödənişlər də bu qaydada olmuşdur. Müqavilənin xüsusi şərtlərindəki 13.1-ci bəndini məhkəmə səhv təfsir etmişdir. Belə ki, iddiaçının yalnız elektron qaimə vurmağı onun üçün kifayət etmişdir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə (bax § 45) görə, “lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfi ndən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
50. Mübahisəli müqavilənin 13.1-ci bəndinə görə, müqavilə üzrə ödəmələr icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında 15 gündən gec olmayaraq ödənilməli idi.
51. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisəli elektron qaimələr üzrə tələb edilən pul vəsaiti müqabilində tərəflər arasında müqavilə şərtlərinə uyğun şəkildə təsdiq edilmiş təhvil-təslim aktları mövcud deyildir.
52. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaya yazılı izahatında və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarda dəyəri tələb edilən bu xidmətlərin göstərildiyini qəbul etmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasi bətlərə və müqavilə şərtlərinə əsasən xidmətin göstərildiyi elektron qaimələrdən əlavə təhvil-təslim aktları ilə rəsmiləşdirilməli olduğundan xidmətin həqiqətən göstərildiyini sübut etmək öhdəliyi iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə elektron qaimədən başqa digər sübut təqdim edə bilməmişdir.
53. Mübahisələndirilən qətnamədən o da məlum olur ki, iddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən, qarşı tərəfə təhvil-təslim aktları imzalanmaq üçün təqdim edilsə də, imzalanmadığını, lakin bu halı təsdiq edən hər hansı sübutlarının olmadığını bildirmişdir.
54. Elektron qaimələrin təsdiq edilməsi faktının xidmətlərin yerinə yetirilməsini və qarşı tərəfin bunu qəbul etməsini təsdiq etdiyinə dair dəlillərə gəldikdə isə qeyd olunmalıdır ki, işin məhkəmələr tərəfi ndən müəyyən edilmiş hallarına əsasən, elektron qaimələr sistemin özü tərəfindən təsdiqlənmişdir.
55. Göründüyü kimi, mübahisəli qaimələrin təsdiq edilməsi üçün cavabdeh tərəfin öz iradəsini hansısa formada ifadə etməsi, o cümlədən qaimələrin cavabdeh tərəfindən təsdiq edilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
56. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqelərinə uyğun olmuşdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə.
57. Cavabdehin dəlilləri mahiyyət etibarilə onunla bağlıdır ki, cavabdeh təmir üçün iddiaçıya təhvil verdiyi 12 ədəd avtonəqliyyat vasitəsi təmir edilməmiş, təhvil alınarkən müəyyən detallarında çatışmazlıqların olduğu aşka rlanmış, nəticədə iddiaçı tərəfindən cavabdehə maddi ziyan vurulmuş, bununla bağlı cavabdeh tərəfindən akt tərtib olunmuşdur.
58. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 19.1-ci bəndində qeyd edilmişdir ki, icraçı müqavilə əsasında təhvil təslim sənədləri əsasında təqdim edilmiş mallara (işlərə və xidmətlərə) 6 ay müddətinə təminat verir.
59. Lakin cavabdehin öz mövqeyini əsaslandırmaq üçün işə baxan məhkəmələrə xidmətin qüsurlu göstərildiyinə dair mötəbər sübutlar təqdim etməsi iş materiallarından görünmür.
60. Cavabdeh tərəfindən tərtib edilmiş akta gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş həmin sənədi mötəbər sübut kimi qiymətləndirməməklə hər hansı hü quq pozuntusuna yol verməmişdir.
61. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 46) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 46) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
62. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-242/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya sı QƏRARA ALİR: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 22(103)-242/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.