Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-475/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə Q Ə RARDAD (kassasiyaşikayətininmümkünlüyübarədə) iş № 2-2(102)-475/19 Bakışəhəri 03 oktyabr 2019-cuil 03.10.2019 Mən, AzərbaycanRespublikası AliMəhkəməsininhakimiSevdaHüseynova, İddiaçınincavabdeh “xxxx” MMC-yəqarşı “borcun tutulması” tələbinə dairiqtisadiişüzrəcavabdehtərəfindənŞəki ApellyasiyaMəhkəməsininİnzibatiİqtisadiKollegiyasının21 avqust 2019-cuiltarixli, 2-2(107)-18/2019 saylıqərardadındanverilmişkassasiyaşikayətininəzərdənkeçirərək, müəyyən etdim: İddiaçı(bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” MMC-yəqarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, 41.517,42 manat məbləğində əsas borc, 4900 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 46.415 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2-2(84)-165/2017 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 22(107)-18/2019 saylı qətnaməsi ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2-2(107)-18/2019 saylı qərardadı ilə (sərdlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 405-ci maddəsinə əsasə n, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: - 405.0.2-ci maddəsinə əsasən, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; - 408.1-ci maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə kassasiya şikayəti qaytarılır; - 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qanunvericiliyin göstərilmiş tələbləri cavabdehin təqdim etdiyi kassasiya şikayətinə münasibətdə yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh ə 28 avqust 2019-cu il tarixdə təqdim edilmişdir (iş v.30, cild.2). Cavabdeh tərəfindən kassasiya şikayəti isə 12 sentyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə poçt rabitəsi xidmətinə təhvil verilmişdir (iş v. 41, cild.2). Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iqtisadi işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 22(107)-18/2019 saylı qərardadından cavabdeh tərəf indən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iqtisadi işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. (imza) Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-475/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-475/2019
03.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver