Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-476/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 MMC Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi, işin görülməsi və qəbul edilməsi, təhvil-təslim aktı, sübutların qiymətləndirilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X1, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-370/2019 saylı iş üzrə 02 iyul 2019-cu il ta rixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 07 fevral 2018-ci il tarixli podrat müqaviləsi əsasında İddiaçı1 MMC şirkətinin icra etdiyi işlərin əvəzi olaraq razılaşdırılmış 12.988 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 13.018 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 fevral 2018-ci tarixli müqaviləyə əsasən “Sifarişçi” tap şırır, “İcraçı” isə hazırkimüqavilədə göstərilmiş şərtlərlə 14 fevral tarixində “28 Mall” və “Gənclik Mall” ərazisində yerləşən “İdeal” mağazalarının reklam işlərinin icra edilməsini və “Sifarişçi” ilə razılaşdırılmış digər reklam işlərini görməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş, imzalandığı gündən qüvvəyə minmişdir. İddiaçı1 MMC şirkəti öz öhdəliklərini yerinə yetirmiş və işləri cavabdeh “xxxx MMC şirkətinə təhvil vermişdir. İddia ərizəsinə əlavə edilmiş diskdəki fotoşəkillər reklam işinin tam şəkildə icra olunduğunu sübut edir. Tərəflər arasında bağlanmış 07 fevral 2018-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən “Sifarişçi” hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün aşağıdakı ödənişi həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin dəyəri 12.988 AZN təşkil edir. Tərəflərin razılığına əsasən, “İcraçı” “Sifarişçiyə” hesab-faktura təqdim edəcək, “Sifarişçi” “İcraçı”dan hesab-fakturanı qəbul etdikdən sonra növbəti ayın ilk 5 iş günü ərzində faktura dəyərini “İcraçı”ya, bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəyəcəkdir. İddiaçı cavabdehə 08 fevral 2018-ci il tarixli hesab-fakturanı göndərmiş və 09.02.2018-ci il tarixli Seriya EAAG №932568 saylı elektron qaimə tərtib etmişdir. Lakin dəfələrlə cavabdehə müraciət etməklərinə baxmayaraq Cavabdeh MMC tərəfindən bugünədək heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında tərəflər arasında 07 fevral 2018-ci müqavilə bağlanıldığını mübahisələndirməmiş, lakin həmin müqavilə ilə nəzə rdə tutulmuş işlərin iddiaçı tərəfindən yerinə yetirilmədiyini, ümumiyyətlə bunun üçün heç ona sifariş verilmədiyini bildirmişdir. Belə ki, həmin müqavilə bağlandıqdan sonra müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi üçün icazə və görülmüş işlərin nümunələri icraçı tərəfindən təqdim edilməmişdir. Ona görə də, sifariş verilməmişdir. Müqavilənin şərtinə əsasən həmin iş “İdeal” mağazalar şəbəkəsi üçün görülməli idi və işin yerinə yetirildiyi barədə təhsil-təslim aktı təsdiqlənib təqdim edilməli, ondan sonra da hesab faktura veriləndən sonra ödəniş edilməli idi. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişin icrası ilə bağlı “xxxx MMC tərəfindən göstəriş və təlimat yazılı şəkildə verilməli idi. Müqavilə bağlanıldıqdan sonra icraçının reklam işlərinin görülməsinə komponent olmadığı müəyyən edil diyindən ona sifarişin yerinə yetirilməsinə göstəriş verilməmişdir. Ona görə də, iddiaçı tərəfindən heç bir iş görülməmişdir. Bu səbəbdən də hər hansı ödəniş edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2-2(81)-94/2019 saylı qətnaməsi (hakim - A.P.Oruczadə) ilə iddia tələbi təmin edilərək Cavabdeh MMC-dən İddiaçı1 MMC-yə 07 fevral 2018-ci il tarixli podrat müqaviləsi əsasında, 12.988 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 13.018 (on üç min on səkkiz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddianın təmin olunmaması xahiş edilmişdir. Apellyasiya şi kayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud 07 fevral 2018ci il tarixdə bağlanmış 2 saylı müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (hazırda iddiaçı) 14 fevral tarixində “28 Mall” və “Gənclik Mall” ərazisində yerləşən «İdeal» mağazaların reklam işlərini icra etməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişin icrası ilə bağlı sifarişçi (hazırda cavabdeh) tərəfindən göstəriş və təlimat yazılı şəkildə verilməli idi; 4.3 və 4.4-cü bəndlərinin tələbinə əsasən müqavilə üzrə ödənişin həyata keçirilməsi üçün icraçı sifarişçiyə hesab-faktura və təhvil-təslim aktı təqdim etməlidir. Sifarişçi hesab fakturanı qəbul etdikdən sonra növbəti ayın ilk 5 günü ərzində faktura dəyərini ödəməlidir. Lakin işin materiallarında təhvil-təslim aktı və görülmüş işlərin dəyərinin ödənilməsinin tə ləbi barədə hesab-faktura yoxdur və mövcudluğu da mümkün deyildir. Ona görə ki, müqavilədə nəzərdə tutulmuş reklam işlərinin yerinə yetirilməsi üçün birincisi görülən reklam işləri barədə sifarişçinin yazılı göstəriş və təlimatı olmamışdır. Ödənişin tələbi barədə hesab-faktura isə görülmüş işlərin yerində təhvil verildikdən sonra təqdim edildiyi halda, sifarişçi tərəfindən qəbul edilə bilərdi. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş 166 yük taksisinə 14 fevral 2018-ci il tarixdə yazılmış 2 ədəd göndərilmə (yükləməyə) qaiməsini təhvil-təslim aktı kimi şərh edərək, iddiaçı tərəfindən cavabdehə cəmi 155 ədəd gül buketini verməsi və bununla da müqavilə şərtlərinin yerinə yetirilməsi qənaətinə gəlmişdir. Birincisi, tərəflər arasında müqavilə gül və ya başqa əşyanın alqı-s atqısı barədə müqavilə deyil, podrat müqaviləsidir. Müqavilə üzrə görüləcək işlərin tərkib sayı isə sifarişçi tərəfindən verilən yazılı təlimatla müəyyən edilir. İkincisi, müqavilənin şərti olan «görülmüş işlər barədə təhvil-təslim aktı» taksi ilə mal göndərmə barədə qaimə deyil, faktiki yerinə yetirilmiş işlərin həcmi və məbləği göstərilməklə müqavilə tərəfləri arasında ayrıca tərtib edilmiş, müqavlə üzrə icraçının faktiki gördüyü işin həcmini və dəyərini özündə əks etdirən və görülmüş işlərin dəyərinin ödənilməsinə əsas verən sənəddir. Üçüncüsü, məhkəmənin müqavilə üzrə təhvil-təslim aktı kimi qəbul etdiyi taksi yük qaiməsinin mənşəyi və varlığı cavabdehə məlum deyildir. Həmin qaimənin təhvil verildiyi şəxs qrafasında cavabdeh barədə hər hansı qeyd yoxdur. Belə olan halda həmin 2 qaiməni n iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə aidliyinin iddia edilməsi ağlabatan deyildir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən invoys və elektron qaimənin verilməsinə, cavabdehin isə həmin qaiməni təsdiq etməsinə, indiyə kimi ləğv edilməməsinə istinad edir. Lakin qeyd olunan invoys 08 fevral 2018-ci il tarixdə, yəni müqavilənin tərtib edildiyi 07 fevral 2018-ci il tarixdən dərhal bir gün sonra, elektron qaimə isə 09 fevral 2018-ci il tarixdə, yəni iki gün sonra verilmişdir. Bir və ya iki gün ərzində müqavilədə göstərilən işlərin görülməsi mümkün deyildir və iddiaçının özü də belə bir mövqedə çıxış etmir. Digər tərəfdən, məhkəmənin qeyd etdiyi EAAG seriyalı, 932568 saylı, 09 fevral 2018-ci il tarixli elektron qaimə (əslində elektron vergi hesab fakturası) işlərin görüldüyünü təsdiq edən sənəd deyil, vergilərin ödənilməsi üçün istifadə olunan elektron sənəddir. Elektron vergi hesab fakturasının dəyişməsi, ləğv edilməsi səlahiyyətləri onu göndərənə, hazırki iş üzrə iddiaçıya aiddir. Təsdiqindən imtina edilməsi göndərilən şəxs üçün yalnız ona göndərildiyi 2 gün müddətində mümkündür. Hazırki iş üzrə bu müddət 11 fevral 2018-ci ildə bitmişdir. Həmin müddətdə də tərəflər arasında mövcud müqavilənin gələcəkdə iddiaçı tərəfindən icra edilə bilməyəcəyi cavabdehə məlum deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-370/2019 saylı, 02 iyul 2019-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 2-2(81)-94/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanmış 07 fevral 2018- ci il tarixli podrat müqaviləsi əsasında, 12.988 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 13.018 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tə tbiq edilməmişdir. Belə ki, məhkəmə elektron qaimə ilə elektron vergi hesab fakturasını səhv salmışdır. Elektron vergi hesab fakturasının hazırkı işə heç bir aidiyyəti yoxdur. Çünki hazırkı iddianın əsas sübutu 09.02.2018-ci il tarixdi elektron qaimədir, həmin elektron qaimə isə məhkəmənin qətnamədən istinad etdiyi “Elektron vergi hesab fakturalarının tətbiqi, uçotu və istifadəsi” Qaydaları ilə tənzimlənir. Məhkəmə isə qətnamədə hansısa elektron vergi hesab fakturasına və bu işə aidiyyəti olmayan normaya “Elektron vergi hesab fakturalarının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına istinad etmişdir. Halbuki, məhkəmə 14 mart 2017-ci il tarixli “Elektron vergi hesab fakturalarının tətbiqi, uçotu və istifadəsi” Qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 89 saylı Qərarına istin ad etməli idi. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsi olmaqla, müqavilə şərtlərinə əsasən İcraçı 14 fevral tarixində “28 Mail” və “Gənclik Mail” ərazisində yerləşən “İdeal” mağazalarının reklam işlərini Sifarişçi ilə razılaşdırılmış digər reklam işlərini icra etməli idi. Görüləcək işlərin dairəsi müqavilədə dəqiq müəyyən edilmədiyi üçün müqavilənin 2.1-ci bəndinin tələbinə görə, sifarişçi, icraçıya sifarişin icrası ilə bağlı yazılı göstəriş və təlimat verməli idi. Lakin işin materiallarından sifarişçi tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinəd nəzərdə tutulmuş görüləcək işlərlə bağlı yazılı göstəriş və təlimat verməsi müəyyən e dilmir. Məhkəmənin gəldiyi bu nəticə iş materialları ilə və mülki qanunvericiliklə formalaşmış işgüzar münasibətlərlə tərs mütənasibdir və qanunsuzdur. Belə ki, İddiaçı1 MMC və CavabdehMMC arasında görüləcək işlərin icrası ilə bağlı göstəriş və təlimatlar yazılı deyil, şifahi şəkildə müəyyən edilmiş və razılaşdırılmışdır. Cavabdeh MMC tərəfindən bildirilmişdir ki, işin təcili görülməsi zəruri olduğundan yazılı göstərişlərin verilməsinə ehtiyac yoxdur, müqavilənin bağlanması və işlərin görülməsi kifayətdir. Odur ki, icraçı İddiaçı1MMC tərəfindən yazılı göstəriş və təlimat tələb edilməmişdir. Ona görə ki, bu işlər 14 fevral, yəni “Müqəddəs Valentin günü”nədək görülüb başa çatmalı idi. Bundan əlavə, müqavilənin 2.1-ci bəndinə görə yazılı göstəriş və təlimatın verilməsi vəzifəsini Sifarişçi Ca vabdeh MMC icra etməli idi. Lakin Sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, müqavilə şərtini kobud şəkildə pozmuşdur. Odur ki, qətnamədə qeyd olunan yazılı təlimat və göstərişin olmaması yalnız Sifarişçinin təqsiri ucbatından mövcud olmamışdır. Bu isə İddiaçı1 MMC-nin iddiasının rədd edilməsi üçün əsas deyildir. Bundan başqa, görülmüş işi cavabdeh qəbul etməklə və məhkəmədə iddia qaldıranadək pretenziya bildirməməklə o işləri bəyəndiyini və işlərin görüldüyünü etiraf və qəbul etmişdir. Apellyasiya məhkəməsi öz qətnaməsini həmçinin onunla əsaslandırmışdır ki, sözügedən podrat müqaviləsinin 4.3-cü bəndinə əsasən, gördüyü işlərə dair icraçı tərəfindən sifarişçiyə hesab-faktura və təhvil-təslim aktı təqdim edilməlidir. İşin materiallarına isə müqaviləyə əsasən dəyəri 1 2.988 manat təşkil edən işlərin müqavilə şərtlərinə müvafiq olaraq icraçı tərəfindən sifarişçiyə təqdim olunmasına dair hər iki tərəfin səlahiyyətli şəxslərinin tərtib etdikləri hər hansı sübut, o cümlədən hesab faktura və təhvil-təslim aktı əlavə edilməmişdir. Məhkəmənin bu qənaəti də qanunvericiliyə və iş materiallarına zidd olmaqla həqiqəti əks etdirmir. Belə ki, İddiaçı1 MMC tərəfindən OEG 10/2017 saylı 08.02.2019-cu il tarixli İNVOİCE (hesab-faktura) Cavabdeh MMC-yə təqdim edilmişdir, görüləcək ayrı-ayrı işlərin mahiyyəti, məbləği və sayı həmin hesab-fakturada öz əksini tapmışdır. Həmin İNVOİCE cavabdeh tərəfindən təsdiq edilmiş və beləliklə, sözügedən işlər razılaşdırılmışdır. Həmin mötəbər sübutlar iş materiallarında var. Lakin məhkəmə tərəfindən bu sübut ümumiyyətlə nəzərə alınmamı ş, hesab-faktura mövcud olsa da, yanlış olaraq mövcud olmaması müəyyən edilmiş, həmin hesabfakturanın olmaması barədə açıq-aşkar qərəzli fikir qətnamədə yazılmışdır. Təhvil-təslim aktları ilə bağlı isə nəzərə alınmalıdır ki, iş materiallarında 166 yük taksisinin (yük daşıma xidməti) yükləməyə/yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair 2 ədəd təhvil- təslim aktı mövcuddur. 14.02.2018-ci il tarixli, 23676 nömrəli təhvil-təslim aktından görünür ki, 55 ədəd gül buketi “28 Mail” ünvanına çatdırılmış, malın sahibi qismində Həsənov Əbləsən qeyd olunmuş, 14.02.2018-ci il tarixli 23083 nömrəli təhvil-təslim aktının surətindən isə görünür ki, 100 ədəd gül buketi “Gənclik Mail” ünvanına çatdırılmış, malın sahibi qismində Həsənov Əbləsən qeyd edilmişdir. Hər iki təhvil-təslim aktları mallar ün vana çatdırılmış və cavabdehin səlahiyyətli şəxsi - satış menecceri tərəfindən təhvil alınaraq imzalanmışdır. Təhvil aktında olan şəxsin adı, soyadı və ünvanı da göstərilib. İş materiallarında həmin sifarişlərin qəbul edilməsinə dair fotoşəkillər, audiodisk mövcuddur. Həmin şəkillərdən görünür ki, gül kompozisiyaları Cavabdeh MMC-yə təqdim edilmiş, Cavabdeh MMC-nin rəsmi nümayəndəsi “İdeal” mağazalarında gül kompozisiyalarını təhvil almış, çoxsaylı fotoşəkillər çəkilmişdir. Həmin şəkillər sifarişlərin təhvil verildiyini bir daha təsdiq edir. Bundan əlavə, iş materiallarında malın təhvil verilməsini təsdiq edən sənəd, mötəbər sübut 09.02.2018-ci il tarixli elektron qaimə də var. Həmin elektron qaimə məhz hakimin görmək istədiyi əvvəllər mövcud olmuş qaimə fakturanın yerli və müasir formasıd ır. Lakin məhkəmə nəyə görə elektron qaiməni mötəbər sübut kimi qəbul etmədiyini qətnamədə əsaslandıra bilməmişdir. Məhkəmə MPM-nin tələblərini pozaraq nə hesab-fakturanı, nə də təhvil-təslim aktlarını, fotoşəkilləri, diski, elektron qaiməni nəzərə almamışdır. Göründüyü kimi sübutlar düzgün qiymətləndirilməmiş, əsassız olaraq həmin sübutlara heç bir münasibət bildirilməmiş, qətnamədə onlara istinad edilməmişdir. Bununla da, işə baxan apellyasiya məhkəməsi MPM-in 14, 77, 88, 217-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə qətnaməsində qeyd edilir ki, guya iddiaçı iddianın əsas sübutlarını məhkəməyə təqdim etməmişdir. Görəsən hesab faktura, təhvil-təslim aktları, fotoşəkillər, disk, pretenziya, elektron qaimə, müqavilədən başqa daha hansı sübut verilməli idi ki, məhkəmə iddi anı təmin etsin? Apellyasiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmini üçün mötəbər sübut kimi qiymətləndirdiyi 166 yük taksi xidməti tərəfindən tərtib edilmiş 23083 və 23676 saylı ‘‘təhvil-təslim” aktı adlanan sənəddə cəmi 155 ədəd gül buketinin ”28 mail” və ‘‘Gənclik Mail” adlanan ünvanlara təhvil verildiyi göstərilmişdir. Lakin həmin “təhvil- təslim” aktlarında təhvil alan şəxslərin kimliyi, müvafiq səlahiyyətlərinin olub-olmaması qeyd olunamamış, yalnız imzalanmışdır. Odur ki, həmin aktlar hazırki iş üzrə görülmüş işlərin sifarişçiyə təhvilini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmənin bu mövqeyi ilə bağlı nəzərə alınmalıdır ki, sözügedən təhvil-təslim aktı hər hansı hüquq müəyyənedici və ya hüquqverici sənəd ol madığından ona möhür vurulmur. Digər tərəfdən təhvil-təslim aktarının hər ikisi malın sahibi, sürücülər, fəhlələr, həmçinin təhvil alan tərəfindən imzalanmışdır, həmin şəxslərin adları, soyadları da yazılmışdır. İmza həmin sifarişlərin ona təqdim edildiyini təsdiq edir. Məhkəmə prosesləri zamanı da cavadeh tərəfindən (həmçinin apellyasiya şikayətində) həmin təhvil-təslim aktlarındakı imzalar mübahisələndirilməmiş, inkar edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən təhvil-təslim aktlarının mötəbərliyi şübhə doğura bilməz. Odur ki, qətnamədə qeyd olunanlar tamamilə əsassızdır. Apellyasiya məhkəməsi iddianı rədd etmək üçün növbəti əsas kimi cavabdehin apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmiş və göstərmişdir ki, elektron qaimə müqavilənin bağlanmasından iki gün sonra 09 fevral 2 018-ci ildə verilmişdir, bu vaxt ərzində müqavilədə göstərilən işlərin görülməsi mümkün deyildir. Elektron vergi hesab fakturasının dəyişməsi, ləğv edilməsi səlahiyyətləri onu göndərənə, lıazıki iş üzrə iddiaçıya aiddir. Bununla bağlı olaraq qeyd edilməlidir ki, tərəflər arasında aparılmış e-mail yazışmasından da göründüyü kimi, Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən İddiaçı1 MMC-yə e-mail məktub göndərilmiş və elektron vergi hesab fakturamn göndərilməsi xahiş edilmişdir. Göründüyü kimi, cavabdehin özü elektron vergi hesab fakturamn göndərilməsini əvvəlcədən, işlər görülmədən əvvəl iddiaçıdan xahiş etmişdir. Elektron qaimə iddiaçı tərəfindən göndərildiyi və cavabdeh onunla razılaşmadığı təqdirdə ləğv edilə və ya ondan imtina edilə bilərdi. Cavabdeh elektron qaiməni aldığı 09.02.2019-cu il dən məhkəmədə qətnamə çıxarılan tarixədək elektron qaiməyə etiraz və ya malı almaması barədə heç bir yazılı pretenziya verməmiş, iddiaçıya öz etirazını bildirməmişdir. Bununla da, cavabdeh iddianın haqlı olduğunu etiraf və qəbul etmişdir. Lakin cavabdeh tərəfindən heç bir imtina və ya ləğvlə bağlı bildiriş verilməmiş, bununla da, elektron qaimə (yəni qaimə faktura) təsdiq edilmişdir. Hətta məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən 09.02.2018-ci il tarixli elektron qaimənin qəbul edilibedilməməsi həmin elektron qaimədən imtina edilib-edilməməsi, elektron qaimə fakturanın ləğv edilib-edilməməsi barədə məlumatın əldə edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Veergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə sorğu g öndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən ünvanlanmış 05.03.2019-cu il tarixli **********390300 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı1 MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş 12.988 manat dəyərində 09.02.2018-ci il tarixli EAAG seriyalı 932568 nömrəli elektron qaimə faktura alıcı tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Məhkəmə bu məktuba və elektron qaiməyə qətnamədə heç bir münasibət bildirməmişdir. Halbuki, bu iki sənəd iddianın əsaslı olmasını təsdiq edən əsas mötəbər sübutlardır. Apellyasiya məhkəməsi həmçininin qətnamədə onu da qeyd etmişdir ki, elektron vergi hesab fakturası müqavilə üzrə işlərin yerinə yetirilməsini təsdiq edən sənəd deyil, vergitutma məqsəd ləri üçün tərtib edilir. İşin yerinə yetirilməsi ilə bağlı tərtib edilmiş elektron vergi hesab fakturası qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s. əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturaşınım “Əsas” rekvizitində öz əksini tapmalıdır. Lakin işdə olan EAAG seriyalı 932568 saylı 09 fevral 2018-ci il tarixli elektron qaimə “Elektron vergi hesab-faktur ala nın tətbiqi, uçotu və istifadə” Qaydalarının tələblərinə uyğun doldurulmamış, qaimədə işin yerinə yetirilməsini təsdiq edən sənədlərə istinad olunmamışdır. Halbuki, iş materiallarında olan EAAG seriyalı 932568 saylı 09 fevral 2018-ci il tarixli elektron qaiməyə diqqət yetirsək görərik ki, onun “Əsas” rekviziti qismində “Sifarişçi ilə razılaşdırılmış reklam xidməti”, “Əlavə qeydlər” re kvizitində isə “07.02.2018-ci il tarixli Müqavilə, İnvoys OEÇ №10/2017” qeyd edilmişdir. Göründüyü kimi, işə baxan məhkəmə elektron qaiməyə diqqət yetirməmiş, rekvizitrlərin qeyd olunmadığını qeyd etmişdir. Halbuki, elektron qaimə “Elektron qaimə fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmişdir) tələblərinə tam uyğun şəkildə tərtib edilmiş və cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Be lə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyinə istinadla hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsində isə təsbit edilmişdir ki, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılı r. Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı1 MMC (İcraçı) arasında 07 fevral 2018-ci il tarixdə bağlanmış 02 saylı müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi tapşırır, icraçı isə müqavilədə göstərilmiş aşağıdakı öhdəlikləri üzərinə götürür: -14 fevral tarixində “28 Mall” və “Gənclik Mall” ərazisində yerləşən “İdeal” mağazaların reklam işlərinin icra edilməsi və sifarişçi ilə razılaşdırılmış digər reklam işləri görmək. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi, eləcə də sifarişin icrası ilə bağlı göstəriş və təlimatları yazılı şəkildə verməyi və icraçının haqqını müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2, 4.3 və. 4.4-cü bəndlərin də isə təsbit olunmuşdur ki, müqavilənin dəyəri 12,988 manat təşkil edir (vergilər daxil), icraçı sifarişçiyə hesab-faktura və təhvil-təslim aktı təqdim edəcəkdir, sifarişçi icraçıdan hesab-fakturanı qəbul etdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində faktura dəyərini icraçıya, bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəyəcəkdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunvericiliyin yuxarıda göstərilmiş müddəlarının və tərəflər arasında bağlanılmış müqavilə şərtlərinin mənasına görə iddiaçının tələbinin təmin olunması üçün müqavilədə nəzərdə tutulmuş işin onun tərəfindən icra olunduğu, həmin işin sifarişçi kimi cavabdeh tərəfindən qəbul olunduğu və bu zaman qüsurla bağlı hər hansı tələbin irəli sürülmədiyi müəyyən olunmalıdır. Mübahisə üzrə tərəflər arasında bağlanmış xidmətlərin göstərilməsi barədə müqavilə olmasına baxmayaraq, cavabdeh belə bir xidmətlərin göstərilməsi barədə sifariş vermədiyini, eləcə də həmin müqavilə üzrə göstərilmiş hər hansı xidməti qəbul etmədiyini bildirdiyindən, iddiaçı isə belə bir xidmətin göstərildiyini və onun cavabdeh tərəfindən qəbul olunduğunu irəli sürdüyündən, MPM-in 14.2 və 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehə xidmətlərin göstərildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmı ş müqavilənin şərtlərindən göründüyü kimi, müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsi olmaqla, müqavilə şərtlərinə əsasən icraçı 14 fevral tarixində “28 Mall” və “Gənclik Mall” ərazisində yerləşən “İdeal” mağazaların reklam işlərinin sifarişçi ilə razılaşdırılmış digər reklam işlərini icra etməli idi. Görüləcək işlərin dairəsi müqavilə ilə dəqiq müəyyən edilmədiyi üçün, müqavlənin 2.1-ci bəndinin tələbinə görə sifarişçi, icraçıya sifarişin icrası ilə bağlı yazılı göstəriş və təlimat verməli idi. Lakin işin materiallarından sifarişçi tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş, görüləcək işlərlə bağlı yazılı göstəriş və təlimat verməsi müəyyən edilmir. İddiaçının bununla bağlı mövqeyi ondan ibartədir ki, məhkəmənin gəldiyi bu nəticə iş materiall arı ilə və mülki qanunvericiliklə formalaşmış işgüzar münasibətlərlə tərs mütənasibdir və qanunsuzdur. Belə ki, İddiaçı1 MMC və CavabdehMMC arasında görüləcək işlərin icrası ilə bağlı göstəriş və təlimatlar yazılı deyil, şifahi şəkildə müəyyən edilmiş və razılaşdırılmışdır. Cavabdeh MMC tərəfindən bildirilmişdir ki, işin təcili görülməsi zəruri olduğundan yazılı göstərişlərin verilməsinə ehtiyac yoxdur, müqavilənin bağlanması və işlərin görülməsi kifayətdir. Odur ki, icraçı İddiaçı1MMC tərəfindən yazılı göstəriş və təlimat tələb edilməmişdir. Ona görə ki, bu işlər 14 fevral, yəni “Müqəddəs Valentin günü”nədək görülüb başa çatmalı idi. Bundan əlavə, müqavilənin 2.1-ci bəndinə görə yazılı göstəriş və təlimatın verilməsi vəzifəsini Sifarişçi Cavabdeh MMC icra etməli idi. Lakin Sifarişçi müq avilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, müqavilə şərtini kobud şəkildə pozmuşdur. Odur ki, qətnamədə qeyd olunan yazılı təlimat və göstərişin olmaması yalnız Sifarişçinin təqsiri ucbatından mövcud olmamışdır. Bu isə İddiaçı1 MMC-nin iddiasının rədd edilməsi üçün əsas deyildir. Kollegiya qeyd edir ki, həqiqətən də tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən görünür ki, yerinə yetirilməli olan işlərin həcmi, onların konkret olaraq nələrdən ibarət olacağı müqavilənin özündə müfəssəl və aydın şəkildə təsvir olunmamışdır. Tərəflər müqavilədə yalnızca ümumi şəkildə reklam işlərinin icra edilməli olduğunu göstərmişlər. Bundan başqa, müqavilədə sifarişin icrası ilə bağlı göstəriş və təlimatları yazılı şəkildə vermək sifarişçinin hüquq və vəzifəsi kimi təsbit olunmuşdur. Mü lki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (404.1). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (404.2). Kollegiya müqavilə şərtlərini və Mülki Məcəllənin istinad olunan müddəalarını nəzərə almaqla qeyd edir ki, görüləcək işin nədən ibarət olduğunu icraçıya (iddiaçıya) bildirmək vəzifəsi sifarişçiyə (cavabdehə) aid vəzifə olmuşdur. Məhz cavabdeh hansı xidmətlərin göstərilməsi ni və işlərin görülməsini sonradan iddiaçıya bildirmək öhdəliyi götürmüşdür. Bundan başqa, cavabdeh görüləcək işlərlə bağlı göstəriş və təlimatları yazılı şəkildə verməyi öz öhdəsinə götürmüşdür. Kollegiya yalnızca formal olaraq görüləcək işlərlə bağlı yazılı göstəriş və təlimat verilmədiyi halından çıxış etməklə iddianın rədd edilməli olduğu ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz hesab edir. İddiaçının bununla bağlı dəlilləri qiymətləndirilmədən gəlinmiş bu qənaət özlüyündə formal yanaşma olmuş, iş üzrə əhəmiyyətli digər halların araşdırılmaması və qiymətləndirilməməsi və müvafiq olaraq hüququn düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, müqavilədə yazılı göstərişin verilməli olduğunun təsbit edilməsinə baxmayaraq əslind ə sifarişçinin daha sonra öz təşəbbüsü ilə belə göstərişi şifahi qaydada verdiyi müəyyən olunarsa, deməli bu halda, müqavilənin həmin şərtinə sifarişçi tərəfindən əməl edilməmiş olur. Başqa sözlə, məhz sifarişçi icraçıdan onun şifahi göstərişinə uyğun davranmağı tələb edir. Bu mənada, əgər sifarişçi tərəfindən şifahi göstərişlər əsasında hansısa işlərin görülməsi tələb olunmuşdursa, müqavilədə nəzərdə tutulmuş yazılı göstəriş verilməsi şərtinə əməl edilməməsi sifarişçinin iradəsi əsasında vermişdir. Belə iradə ifadəsi isə iddiaçının (icraçının) zərərinə nəticələr doğurmamalıdır. Beləliklə, apellyasiya məhkəməsi cavabdehin özünün müqavilə şərtlərindən kənara çıxan qaydada xidmət göstərilməsini tələb edib-etmədiyini, daha sonra həmin xidmətin qəbul olunub-olunmadığını və həmin xidməti bəyəni b-bəyənmədiyinə qiymət verməli idi. Lakin apellyasiya məhkəməsi bu qaydada davranmamışdır. İddaçı yazılı göstərişin verilməməsinin səbəblərini onunla əsaslandırmışdır ki, işin təcili görülməsi zəruri olduğundan yazılı göstərişlərin verilməsinə ehtiyac olmamışdır, çünki bu işlər 14 fevral, yəni “Müqəddəs Valentin günü”nədək görülüb başa çatmalı idi. Kollegiya qeyd edir ki, müqavilə şərtlərindən müəyyən olunur ki, işlərin 14 fevral tarixədək görülməsi nəzərdə tutulmuşdur. Müqavilənin özünün 07 fevral 2018-ci il tarixdə bağlanıldığı nəzərə alındığında həqiqətən də işlərin olduqca qısa müddətlərdə və operativ yerinə yetirilməsi tələb olunurdu. Bu hal isə iddiaçının ona göstərişin şifahi qaydada verildiyi ilə bağlı bildirdiklərinin inandırıcılığını artırır. Hər bir halda, bu məsələ məhkəmə tərə findən yoxlanılmalı və qiymətləndirilməlidir. Bunun üçün isə məhkəmə həmin sahədəki işgüzar adətləri də nəzərə almalıdır. Məhkəmə isə işgüzar adətlərdən irəli gələn qaydada araşdırma və qiymətləndirmə aparmamışdır. İşgüzar adətlərin nəzərə alınmasını Mülki Məcəllənin 10.1 və 404.2-ci maddələri də tələb edir. Kollegiya xüsusilə qeyd edir ki, hazırkı iş üzrə həlledici məsələ görülmüş işlərin sifarişçi (cavabdeh) tərəfindən qəbul edilib-edilmədiyi ilə bağlı məsələdir. Müqavailə şərtinə görə görülmüş işlərin sifarişçi tərəfindən qəbul edilməsinin sübutu kimi iddiaçı təhvil-təslim aktı təqdim etməlidir. İddiaçı bununla bağlı 166 yük taksisinin yüklənməyə/yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair 14.02.2018-ci il tarixli, 23676 saylı və 23083 saylı təhvil-təslim aktlarını təqdim etmişdi r. Həmin aktlardan görünür ki, cəmi 155 ədəd gül buketi 14 fevral 2018-ci il tarixdə 28 Mall və Gənclik Mall ünvanına çatdırılmış, malın sahibi (təhvil verən/təhvil alan) qismində Həsənov Əbləsən qeyd olunmuş və mallar heç bir irad bildirilmədən qəbul edilmişdir. Beləliklə, əgər həmin mallar iddiaçı tərəfindən göndərilmiş mallardırsa və həqiqətən cavabdeh tərəfindən qəbul edilmişdirsə, o halda, sübutetmə yükünün dəyişməsi baş vermiş olacaqdır. Yəni, artıq cavabdeh qəbul etdiyi malları hansı hüquqi əsasla qəbul etdiyini göstərməli və ya qəbul edilmiş malların razılaşdırılmış podratın nəicələri olmadığını sübut etməlidir. Bu zaman qüsurla bağlı tələbin nə üçün vaxtında irəli sürülmədiyinə də xüsusi önəm verilməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 166 yük taksi xidməti tərəfindən t ərtib edilmiş 23083 və 23676 saylı «təhvil-təslim» aktı adlanan sənəddə cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürünün olmamasını nəzərə alaraq hesab edir ki, həmin aktlar hazırkı iş üzrə görülmüş işlərin sifarişçiyə (iş üzrə cavabdehə) təhvilini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi sözügedən təhvil-təslim aktlarını ümumiyyətlə sübut kimi qəbuldan imtina etməkdə haqlı olmamışdır. Təhvil-təslim aktnının təyinatı görülmüş işin yerinə yetirildiyini və tərəflərin bunu qəbul etdiklərini qeydə almaqdan ibarətdir. Beləliklə, bu akta münasibətdə əsas tələb onun yazılı qaydada tərtib olunması, tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanması və onun məzmunundan tərəflərin iradəsini müəyyən etməyin mümkün olmasıdır. Səlahi yyətli şəxslər dedikdə isə həmişə mütləq hüquqi şəxsi təmsil etmək hüququna malik olan rəsmi şəxslər başa düşülməməlidir. Bununla bağlı olaraq kollegiya özünün mövqeyini aşağıdakılarla izah edir. Mülki Məcəllənin 433.1 və 433.2-ci maddələrinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Bu normaya görə hətta təhvil-təslim aktı cavabdehi rəsmi təmsil etmək hüququna malik olmayan şəxslər tərəfindən imzalanmışdırsa belə, əgər görülmüş işlərin nəticəsi kimi hazırlanmış mallar real olaraq cavabdeh tərəfindən qəbul edilmiş və istifadə olunmuşsa, öhdəlik borclu tərəfindən ixtikarlı şəxsə (kreditora) icra edilmiş sayılır. Bu mənada, məhkəmənin araşdırmalı olduğu məsələ təhvil-təslim aktının formal olaraq cavabdehi təmsil etmək səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanıb-imzlanmadığından, orada möhürün olubolmadığından daha çox, real olaraq həmin təhvil-təslim aktına əsasən malların kimə və hara təhvil verildiyi, xüsusən bu təhvildən sonra mallardan cavabdehin faktiki olaraq faydalanıbfaydalanmadığıdır. Əgər cavabdeh faktiki olaraq malları qəbul etmiş və ondan faydalanmışa, podratın nəticələrinin ona təqdim edilməsi baş tutmuş sayılmalıdır. Ona görə də, məhkəmə təkrar apellyasiya baxışı zamanı ilk növbədə 166 yük taksisinin yüklənməyə/yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair 14.02.2018-ci il tarixli, 23676 saylı və 23083 s aylı təhvil-təslim aktlarını və ondan irəli gələn digər məsələri tam və hərtərəfli tədqiq etməklə orada göstərilən yüklərin kimə məxsus olduğunu, kimin tərəfindən göndərildiyini, haraya və konkret kimlərə təhvil verildiyini dəqiq müəyyən etməlidir. Bu halın dəqiq müəyyən edilməsi apellyasiya məhkəməsinin OEG 10/2017 saylı 08 fevral 2018-ci il tarixli invoysla bağlı mövqeyinin əsaslılığı baxımından həlledicidir. Çünki məhkəmə belə nəticəyə gəlib ki, tərəflər arasında bağlanmış 02 saylı, 07 fevral 2018-ci il tarixli müqavilə üzrə işin yerinə yetirilərək sifarişçiyə təhvil verilməsi müəyyən edilmədiyindən, müqavilənin bağlanmasından bir gün sonra - 08 fevral 2018-ci ildə iddiaçı tərəfindən tərtib edilmiş invoys iddiaçının müqavilə öhdəliklərini yerinə yetirməsini təsdiq edən sübut kimi qiymət ləndirilə bilməz. Kollegiya qeyd edir ki, əsas olan məsələ invoysun tarixi deyil, onun verildiyi müqavilə üzrə işin görülüb-görülmədiyidir. EAAG seriyalı 932568 saylı, 09.02.2018-ci il tarixli elektron qaimə ilə bağlı olaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, elektron vergi hesab fakturası müqavilə üzrə işlərin yerinə yetirilməsini təsdiq edən sənəd deyil, vergitutma məqsədləri üçün tərtib edilir. İşin yerinə yetirilməsi ilə bağlı tərtib edilmiş elektron vergi hesab fakturası qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Lakin işdə olan, EAAG seriyalı 932568 saylı, 09 fevral 2018-ci il tarixli elektron qaimə «Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə» Qaydalarının tələblərinə uyğun doldurulmamış, qaimədə işin yerinə yetirilməsini təsdiq edən sənədlərə (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s) istinad olunmamışdır. Bununla bağlı olaraq isə kollegiya qeyd edir ki, hər nə qədər elektron qaimə müqavilə üzrə işlərin yerinə yetirilməsini təsdiq edən sənəd deyil, vergitutma məqsədləri üçün tərtib edilən sənəd olsa da, hazırkı işdə dolayı sübut kimi çıxış edə bilər. Məhkəmə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 05.03.2019cu il tarixli **********390300 nömrəli məktubunda İddiaçı1” MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş 12.988 manat dəyərində 09.02.2018-ci il tarixli EAAG seriyalı 932568 nömrəli elektron qaimə fakturanın alıcı t ərəfindən qəbul edilərək təsdiq edildiyinin göstərildiyini nəzərə almaqla cavabdehin xidməti qəbul etmədiyini bildirdiyi halda, nə üçün elektron qaiməyə etiraz etmədiyinin səbəblərini araşdırmalıdır. Bu halın işdəki digər sübutlarla əlaqəli qiymətləndirilməsi təmin olunmalıdır. İddiaçı həmçinin bildirmişdir ki, iş materiallarında həmin sifarişlərin qəbul edilməsinə dair fotoşəkillər, audiodisk mövcuddur. Həmin şəkillərdən görünür ki, gül kompozisiyaları Cavabdeh MMC-yə təqdim edilmiş, Cavabdeh MMC-nin rəsmi nümayəndəsi “İdeal” mağazalarında gül kompozisiyalarını təhvil almış, çoxsaylı fotoşəkillər çəkilmişdir. Həmin şəkillər sifarişlərin təhvil verildiyini bir daha təsdiq edir. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının bildirdiyi həmin sübutların araşdırılaraq təd qiq olunması və qiymətləndirilməsi də aparılmamışdır. Halbuki, onlar iş üzrə əhəmiyyətli hal olan müqavilə üzrə görülmüş işin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq etməyə yönəlmiş sübutlar olmuşlar. Məhkəmənin iş üzrə əhəmiyyət kəsb edən halla əlaqədar olduğu üçün həmin sübutları yoxlamaq və qiymətləndirmək, eləcə də əgər onların qəbul etmirsə, səbəblərini anlaşılan şəkildə əsaslandırmaq vəzifəsi vardır. Apellyasiya məhkəməsi isə MPM-in 88 və 365-ci maddələrinin tələblərini pozmaqla həmin sübutları tədqiq etməmiş və qiymətləndirməmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. Həmin Məcələnin 365-ci maddəsinə görə isə apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-370/2019 saylı iş üzrə 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-476/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-476/2019
19.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver