Məhkəmə qərarları › İş №2-2(102)-476/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-476/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-476/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə Açar sözlər: maddi zərərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı Cavabdeh MMC-nin nümayəndəsi və onun vəkili 3-cü şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “banka vurulmuş maddi ziyanın ödənilməsi” tələblərinə dair kommersiya işi üzrə cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 2-2(103)-465/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MMC (bundan sonra – “İT”) 2017-ci il 9 oktyabr tarixində dövlət qeydiyyatına alınmışdır.

2. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, 3cü şəxs (bundan sonra – “MK”) 2006-cı il 11 sentyabr tarixində dövlət qeydiyyatına alınmışdır.

3. İş materiallarında olan iddiaçı ASC (bundan sonra – “ASC”) və İT arasında bağlanmış 2017ci il 12 dekabr tarixli 1720 saylı müqavilənin (bundan sonra – “1720 saylı müqavilə”) surətindən görünür ki, bu müqaviləyə əsasən müvafiq qaydalara və səlahiyyətlərə malik olan Bank Partn yora (İT) səlahiyyət verilir ki, Kartları mallara, işlərə və xidmətlərə ödəniş kimi qəbul etsin, MK Partnyoru Kartlarla əməliyyatlar keçirmək üçün texniki imkanla təmin edir, hesabların işlənib hazırlanması və hesablaşma məlumatının Banka verilməsini həyata keçirir, Bank kartlardan istifadə etməklə keçirilən əməliyyatların məbləğini, komisyon haqları tutulmaqla, Partnyorun hesabına köçürülməsini həyata keçirir, Bank Partnyorun satdığı malların/xidmətlərin satışını “Albalı+” kartı və onun növləri (Albalı+, 28 Mail kart, Albalı Gift card və s.) vasitəsi ilə kreditləşdirir (malı almaq istəyən alıcıya bu təyinatla kredit verir). Partnyorun elektron ticarət hesabı açmış və internet vasitəsi ilə satdığı mallara, göstərdiyi xidmətlərə görə “Albalı” kartı vasitəsi ilə kreditləşdirilir (yalnız onli ne elektron ticarət hesabı açmış partnyorlarla).

4. Müqavilənin 2.3.25-ci bəndinə əsasən, İT öhdəsinə götürmüşdür ki, Partnyor POS-terminallar vasitəsi ilə Maestro və Visa Electron və s. növlü kartlara xidmət göstərərkən müştərinin PİN-kod yığmasını təmin etməlidir. PİN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır. Əks təqdirdə, Chargeback halları baş verərsə (kart sahibi ödənişlərə etiraz edərsə), ödənişlər üzrə tam məsuliyyəti Partnyor daşıyacaqdır.

5. İş materiallarında olan 2018-ci il 12 aprel tarixli ərizədən görünür ki, İT ünvan 1 ünvanında yerləşən ona məxsus obyektdə olan ASC pos terminalında "manual entry" funksiyasının aktivləşdirilməsi ilə bağlı ASC-yə müraciət etmiş və bu funksiyanın aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzəri nə götürmüşdür.

6. İş materiallarında olan MK tərəfindən ASC-yə ünvanlanmış 2019-cu il 15 fevral tarixli 28/22 saylı məktubdan görünür ki, POS22726 terminalında həyata keçirilən əməliyyatların hamısı İT tərəfindən istifadə edilən terminal İD POS22726 olan POS-terminalda 2018-ci il 28 aprel tarixindən 2018-ci il 5 may tarixinədək (kart nömrəsini əl ilə daxil etmə üsulundan (Manual Key Entry) istifadə edərək) həyata keçirilmişdir.

7. İş materiallarında olan 2017-ci il 20 dekabr tarixli Təhvil-təslim aktından görünür ki, İD POS22726 olan POS-terminal işlək vəziyyətdə ASC tərəfindən İT-yə təhvil vermiş və İT POSterminalı təhvil almaqla istifadə qaydaları ilə tanış olmuşdur.

8. İş materiallarında olan 2019-cu il 26 fevral tarixli ƏD/1085 saylı Maliyyə arayışından görünür ki, 1720 saylı müqavi ləyə əsasən İT tərəfindən aparılmış əməliyyatlar nəticəsində ASC-yə 88.975,14 ABŞ dolları məbləğində ziyan dəymiş, aparılmış əməliyyatlar üzrə vurulmuş zərər ASC tərəfindən kart sahiblərinin bank hesablarına köçürülmüş, ASC-yə vurulmuş 88.975,14 ABŞ dolları məbləğində zərərin 5.454,59 ABŞ dolları məbləğində olan hissəsi İT-nin bank hesabından silinmiş və ASC-yə dəymiş zərər cəmi 83.520,55 ABŞ dolları təşkil edir.

9. İş materiallarında olan 2019-cu il 5 mart tarixli 1229 saylı pretenziya məktubundan görünür ki, ASC-nin nümayəndəsi 83.520, 55 ABŞ dolları pulun 5 gün ərzində ödənilməsini İT-dən tələb etmiş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. ASC 2019-cu il 15 may tarixində İT- yə qarşı İT-dən ASC-nin xeyrinə 83.520,55 ABŞ dolları məbləğində banka vurulmuş maddi zərərin və ASC tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1720 saylı müqavilənin şərtlərinə (2.1.8-ci bənd) uyğun olaraq, İT 2018-ci il 12 aprel tarixli ərizə ilə ASC-yə müraciət edərək, həmin şirkətdə olan Pos Terminalda "manual entry" funksiyasının (kartın iştirakı olmadan əməliyyat aparılması) aktivləşdirilməsini xahiş etmiş və bu funksiyanın aktivləşdirilməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürməsini qeyd etmişdir. ASC 1720 saylı müqavilənin 2.1.8-ci bəndinə əsasən partnyorun (İT) ərizəsi əsasında "manual entry" funksiyasını (kartın iştirakı olmadan əməliyyat aparılması) aktivləşdirilmişdir. Həmin funksiyanın aktivləşdirilməsi nəticəsində ASC tərəfindən həyata keçirilən hesablaşmalar üzrə 88.975,14 ABŞ dolları məbləğində zərər müəyyən olunmuş və həmin zərər ASC tərəfindən kart sahiblərinin bank hesablarına köçürülmüşdür. Müqavilənin şərtlərinə əsasən İT-nin üzərinə götürdüyü öhdəliklərə görə banka vurulmuş 88.975,14 ABŞ dolları məbləğində zərərin 5.454,59 ABŞ dolları məbləğində olan hissəsi İT-nin bank hesabından silinmişdir. 2019-cu il 26 fevral tarixli ƏD/1085 saylı arayışa əsasən, mövcud olan zərər 83.520,55 ABŞ dolları təşkil edir. İT üzərinə götürdüyü öhdəliyə görə ASC-yə 83.520,55 ABŞ dolları məbləğində vurulmuş zərərin ödənilməsini təmin etməmişdir.

12. İddia tələbi Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 385.1, 386.1, 425.1, 430.1, 442, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 4.1, 26.1-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.

13. ASC 2019-cu il 24 iyun tarixində vəsatətlə məhkəməyə müraciət edərək, MK-nın müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi tanınmasını xahiş etmişdir. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 iyun tarixli qərarı ilə MK müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilmişdir. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 sentyabr tarixli e-2-2(81)-867/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, e kspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 15.1. 1720 saylı müqavilə əsasında İT-nin istifadəsində olan pos terminalla əlaqəli olaraq Visa Şirkəti tərəfindən geri qaytarma "chargeback" əməliyyat nəticəsində ASC-nin müxbir hesabından pul vəsaiti tutulmuşdurmu? Əgər tutulmuşdursa, o halda həmin məbləğ nə qədər təşkil edir? 15.2. İş materiallarında olan İT tərəfindən təqdim olunmuş sənədlərə əsasən, A adlı şəxsin sifarişi əsasında, ona göstərilən xidmətlərin pul məbləğləri ümumilikdə nə qədər təşkil edir? 15.3. İş materiallarında olan sənədlərə əsasən, İT-yə məxsus pos terminalla xidmətə görə aparılmış əməliyyat ilə fotoşəkilləri iş materiallarında olan A şəxsə məxsus 13 kar tdan silinmiş pul məbləğlərinin həcmi nə qədər təşkil edir?

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 18 mart tarixli 26379 nömrəli ekspert rəyində qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: 16.1. Birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş çıxarış məlumatlarında 88.975,14 ABŞ dolları məbləğində vəsaitin Visa şirkəti tərəfindən "chargeback" əməliyyatı nəticəsində ASC-nin hesabından tutulduğu öz əksini tapsa da, həmin vəsaitin A adlı şəxsə məxsus kart hesablarına köçürüldüyünü müəyyən etmək mümkün olmadı. 16.2. İkinci və üçüncü suallar üzrə: iş materiallarında olan İT tərəfindən təqdim olunmuş sənədlərə əsasən, Pons Guy Robert adlı şəxsin sifarişi əsasında, ona göstərilən xidmətlərin pul məbləğləri ümumilikdə 151.399 manat təşkil edir. Təqdim edilmiş "invoice" və İT-nin ASC-də olan hesabından çıxarış məlumatlarından göründüyü kimi, alınmış aviabiletlərə görə İT tərəfindən "Q" MMC-yə 137.104,62 manat və "SH" MMC-yə 484,61 manat, ümumilikdə 137.589,23 manat məbləğində ödəniş edilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 29 sentyabr tarixli 2-2(113)-89/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İT-dən ASC-nin xeyrinə 83.520,55 ABŞ dolları məbləğində maddi zərər ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumunun tutulması, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin İT-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

18. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 18.1. 1720 saylı müqaviləyə əsasən ASC tərəfindən İT-nin fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektdə İD POS22726 olan POS terminal quraşdırılmaqla İT-yə təhvil verilmişdir. Sonra İT 2018-ci il 12 aprel tarixli ərizə ilə ona məxsus obyektdə olan ASC pos terminalında "Chargeback" funksiyasının aktivləşdirilməsi ilə bağlı ASC-yə müraciət etmiş və bu funksiyanın aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan sonra həmin funksiya ASC tərəfindən İT-nin istifadəsində olan POSterminalda aktiv edilmişdir. Bir müddət sonra isə aparılmış əməliyyatlarla bağlı kart sahibinin şikayətləri əsasında 88.975,14 AB Ş dolları məbləğində vəsait beynəlxalq kart təşkilatı olan Visa/Mastercard tərəfindən ASC-dən akseptsiz qaydada ("charrgeback" əməliyyatı) silinmişdir. Bununla da İT-yə məxsus obyektdə quraşdırılmış POS-terminalda "manual entry" funksiyasının pozuntularla aparılmasına görə 88.975,14 ABŞ dolları məbləğində ASC-yə maddi zərər dəymişdir. 18.2. Məhkəmə ASC-nin İT tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmışdır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. ASC Visa şirkəti tərəfindən "Chargeback" əməliyyatı nəticəsində 88.975,14 ABŞ dolları məbləğində vəsaitin onun hesabından tutulmasını məhz İT-nin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmişdir. 18.3. Belə ki, iş materia llarından göründüyü kimi, "Chargeback" əməliyyatına səbəb Pons Guy Robert adlı şəxsə məxsus 13 ədəd kartdan silinmiş pul məbləğləri olmuş, həmin kartlar vasitəsilə həyata keçirilmiş aviabilet alınması əməliyyatları 2018-ci ilin aprel-may aylarında həyata keçirilmişdir. Həmin əməliyyatların hamısı isə İT tərəfindən istifadə edilən terminal İD POS22726 olan POS-terminalda 2018-ci il 28 aprel tarixindən 2018-ci il 5 may tarixinədək kart nömrəsini əl ilə daxil etmə üsulundan (Manual Key Entry) istifadə edilərək həyata keçirilmişdir (MK-nın 2019-cu il 15 fevral tarixli 28/22 saylı məktubu). 18.4. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, İT göstərilən müqavilə tələblərinə əməl etməmiş, İD POS22726 olan POS-terminal vasitəsi ilə kart sahibinin məxfi məlumatları müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı olmayan məqsədlərə görə istifadə edilmiş, kartlardan pul silinməsi həyata keçirilmiş, nəticədə "Chargeback" əməliyyatları baş vermişdir. 18.5. İT 1720 saylı müqavilənin 2.3.25-ci bəndinə əsasən, chargeback halları baş verərsə (kart sahibi ödənişlərə etiraz edərsə), ödənişlər üzrə tam məsuliyyəti daşıyacağı barədə öhdəlik götürmüş, eyni zamanda, 2018-ci il 12 aprel tarixli ərizəsi ilə "Chargeback" funksiyasının aktivləşdirilməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. 18.6. Göstərilənlərə əsasən, İT sahibkarlıq fəaliyyəti göstərərkən istifadəsində olan POS terminalda "Chargeback" funksiyası aktiv edilmiş və bu funksiya vasitəsi ilə aparılmış əməliyyatlar nəticəsində ASC akseptsiz tutulmalara (ch argeback) məruz qalmış, bununla da ASC-yə 88.975,14 ABŞ dolları məbləğində maddi ziyan dəymiş, ondan 5.454,59 ABŞ dolları məbləğində olan hissəsi İT-nin bank hesabından silinmiş, 83.520,55 ABŞ dolları isə qalmışdır. 18.7. Qeyd edilənlərdən müəyyən olunur ki, ASC İT-dən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

19. Məhkəmə bu qənaətini MM-in 21, 385.1, 386.1, 442, 443.1, 443.5 1096.1, 1096.2, 1097.1ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80, 119.1, 217.3 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

20. MMC 2020-ci il 11 noyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhk əməsi Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 2-2(103)465/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 29 sentyabr tarixli e-2-2(113)-89/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – V.Baxışova və R.Qurbanov).

22. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 22.1. İT-nin apellyasiya şikayətinin kart sahiblərinin kimliyinin müəyyən edilmədiyini mübahisələndirən dəlilləri əsassızdır. 22.2. Apellyasiya şikayətində həmçinin mübahisələndirilir ki, "Chargeback" funksiyasının aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə İT-nin məsuliyyəti öz üzərinə götürməsi barədə öhdəlik tərəflər arasındakı müqavilədə nəzərdə tutulmamış, ər izənin verilməsi isə müqavilənin 2.1.8-ci bəndinin tələbindən irəli gəlsə də, həmin tələb yalniz "xxxx" funksiyasını aktivləşdirilməsi ilə bağlı olub, İT-nin yox, ASC-nin müqavilə üzrə öhdəliyinə aid edilir və müqavilə üzrə tərəflərin öhdəliyi ərizə ilə deyil, müqavilə şərtlərindən irəli gəlir. 22.3. Məhkəmə kollegiyası İT-nin qeyd olunan dəliləri ilə aşağıdakılara görə razılaşmır. 22.4. Tərəflər arasındakı müqavilənin 2.1.8-ci bəndindən görünür ki, ASC (bank) İT-nin (partnyor) ərizəsi əsasında "Chargeback" funksiyasını (kartın iştirakı olmadan əməliyyat aparılması) aktivləşdirməyi öhdəsinə götürmüşdür. 22.5. Lakin bunun qarşılığı olaraq, müqavilənin digər 2.3.25-ci bəndi ilə İT-nin də üzərinə öhdəlik qoyulmuşdur ki, POS terminallar vasitəsilə Maestro və Visa Elektron və s. növlü kartlara xidmət göstərərkən müştərinin PİN-kod yığmasını təmin etməli və PİN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır, əks təqdirdə, “Charebanck” (kart sahibi etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyət daşıyacaq. 22.6. İki müqavilə şərti bir-birini tamamlayır. Yəni, konkret halda, İT-nin ərizəsi əsasında "Chargeback" funksiyasını aktivləşdirilmək ASC-nin üzərinə düşən öhdəlik olsa da, həmin əməliyyat zamanı yarana biləcək bütün probləmlər üzrə məsuliyyət İT-nin öz üzərinə düşür. Deməli, banka dəyən zəzərə görə məsüliyyəti də məhz İT daşıyır. 22.7. Müqavilənin 10.3-cü bəndi ilə tərəflər razılığa gəlmişlər ki, məxfi məlumatları gizli saxlayacaq və onları yalnız digər Tərəf qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi məqsədilə istifadə edəcək. Tərəflər məxfi məlumatı işçilərinə, müdir lərinə yalnız o şərtlə açıqlaya və ya ötürə bilər ki, sadalanan şəxslər həmin məlumatı bu Müqavilənin şərtlərinə uyğun olaraq gizli saxlayacaqlar. 22.8. Müqavilənin bu şərti baxımından da, məsuliyyət əməliyyatı aparmış İT-nin üzərinə düşür. 22.9. İşə əlavə olunmuş İT-nin ASC-yə ünvanlanmış 2018-ci il 12 aprel tarixli ərizəsi isə aşağıdakı məzmunda ifadə olunmuşdur: “Yazıb sizdən xahiş edirik ki, bizim şirkətə aid aşağıda qeyd edilmiş obyektdə olan Unibank pos terminalında "Chargeback" funksiyasını aktivləşdirəsiniz. Bu funksiyanın aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərimizə götürürük.” 22.10. Birincisi, ərizənin mətnindən də göründüyü kimi, ərizə müqavilənin qeyd olunan 2.18 və 2.3.25-ci bəndlərinin şərtlərində ehtiva olunan mənaya tamamil ə uyğundur, qeyd olunan şərtlərə müvafiq verilmişdir. 22.11. Ona görə də İT-nin apellyasiya şikaytinin İT-nin öhdəliyi ərizə ilə deyil, müqavilə şərtlərindən irəli gəldiyini vurğulayan dəlilləri əsassızdır. 22.12. Hətta İT-nin deydiyi kimi qəbul olunsa belə, onun “pos terminalda "xxxx" funksiyasını aktivləşdirilməsi ilə bağlı yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərimizə götürməsi” barədə həmin ərizəsi birtərəli əqd meyarlarına uyğun gəlir. 22.13. Qanunvericiliyin tələbi baxımından, İT tərəfindən ərizəsində üzərinə götürdüyü həmin öhdəyliyin yerinə yetirilməsi onun vəzifəsidir. Yəni, ASC-yə məxsus POS terminalda müştərisi A adlı şəxsə məxsus plastik kartların iştirakı olmadan, apardığı əməliyyatlar zamanı "xxxx" (kart sahibi etirazı) tətbiq olunmaqla, kart sahibi (VİSA) tə rəfindən iddiaçıdan 88.975,14 ABŞ dolları məbləğində pulun tutuluması nəticəsində, sonuncunun məruz qaldığı həmin zərərin əvəzini ödəməyə borcludur. 22.14. Tədqiq olunan sübutlarla İT müştərisi ilə POS terminal vasitəsilə keçirdiyi əməliyatlar nəticəsində ASC-nin 88.975,14 ABŞ dolları məbləğində maddi zərərə məruz qaldığı sübuta yetirilir. 22.15. İT müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, nəticədə "xxxx" əməliyyatı üzrə ASC-yə 88.975,14 ABŞ dolları məbləğində maddi zərər dəymişdir. 22.16. İş materiallarına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən həmin zərərin 5.454,59 ABŞ dolları məbləğində olan hissəsinin İT-nin bank hesabından ASC-nin hesabına silindiyi işin mübahisələndirilməyən halıdır. Zərərin yerdə qalan 83.520,55 ABŞ dolları məbləğində hissəsi isə ödənilmə miş qalmışdır. Ona görə də mülki qanunvericiliyin tələbləri baxımından ASC həmin məbləğin də İT-dən bankın xeyrinə tutulmasını tələb etməkdə haqlıdır.

23. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini MM-in 21.2, 326, 351.3, 404.1, 443.1, 443.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

24. İT 2021-ci il 6 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

25. İddianın təmin edilməsinin əsası kimi məhkəmələrin gəldiyi qənaətə görə, İT tərəfindən ASC-yə məxsus POS terminal istifadə edildiyi zaman "xxxx" əməliyyatı baş vermişdir. Əslində məhkəmələrin gəldiyi bu qənaət iş üzrə mövcud dəlil lərə və işin həqiqi hallarına uyğun olmayıb, iş üzrə mövcud olmayan, yanlış formal mülahizə olmaqla, mübahisədə maraqlı olan tərəflərin məhkəmədə maraqları dairəsində deyilənləridir. Belə ki, "xxxx" bankın pərakəndə satış yerində (onlayn) həyata keçirilən kart əməliyyatına qarşı etirazıdır. "xxxx" baş verildiyi zaman təşəbbüskar tərəf adətən kart sahibləri olur. Bəzi hallarda, ən əsası da əməliyyat mövcud olmayan kartla həyata keçirildikdə, həm də bankın özü ola bilər. Hüquqi baxımdan "xxxx"in baş verməsi üçün aşağıda qeyd edilən səbəblərdən biri mütləq mövcud olmalıdır: refand (onlayn ödəniş və sifarişlə əldə edilmiş mal və xidmətin uyuşmazlığı); eyni məbləğin iki dəfə çıxılması; kartdan çıxılan vəsaitin alışverişin məbləğindən çox olması; əməliyyatın həyata keçirilmə tarix və vaxtının sə hv olması; kart və hesabdakı imzaların fərqli olması; vəsait çıxılsa da, alıcının əmtəə və ya xidmətini əldə edə bilməməsi; müştərinin əmtəə və ya xidməti alıb, lakin ödənişi fərqli cür həyata keçirməsi; satıcının malı geri götürməyə razılaşmaması. Lakin İT tərəfindən ASC-yə məxsus POS terminaldan istifadə etdiyi zaman "xxxx"in baş verdiyinə dair qeyd olunan hallardan hər hansı birinin baş verdiyi iş üzrə müəyyən edilməmişdir. Lakin göründüyü kimi, məhkəmə "xxxx" halının nədən ibarət olduğu və nə anlamına gəldiyin anlamamış, onun baş verməsi üçün mütləq səbəblərin mövcud olmadığına belə varmamışdır.

26. Eyni zamanda, məhkəmə POS terminalın istifadəsi ilə bağlı tərəflər arasında mövcud müqavilənin şərtlərinə İT tərəfindən tam riayət edildiyi dəlilini nəzərə almamışdır. İT müqavilə şərtinə u yğun hərəkət edərək kartın iştirakı olmadan, ona göndərilmiş kart şifrəsini sistemə daxil etməklə, hesablaşmaların aparılmasını təmin etmişdir. Həmçinin iş üzrə əldə edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Pons Guy Robert adlı şəxsin sifarişi əsasında, ona göstərilən xidmətlərin pul məbləğləri ümumilikdə 151.399 manat təşkil edir. Təqdim edilmiş "xxxx" və İT-nin ASC-də olan hesabından çıxarış məlumatlarından göründüyü kimi, alınmış aviabiletlərə görə İT tərəfindən "xxxx" MMC-yə 137.104,6 manat və "xxxx" MMC-yə 484,61 manat, ümumilikdə 137.589,22 manat məbləğində ödəniş edilmişdir. Həmçinin əməliyyatların aparıldığı zaman İT-nin müqavilə şərtlərinə əməl etdiyi və hər hansı maliyyə pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, istifadə olunan kart sahibinin İT tərəfindən həyata keçirilən ödənişlərlə bağlı hər hansı tələbi mövcud deyildir. İki il davam edən məhkəmə araşdırılması müddətində dəfələrlə bunun üzərində dayanılsa da, belə tələbin mövcudluğu müəyyən edilməmişdir. Heç ola da bilməzdi. Çünki kartlardakı pul vəsaiti sifarişə uyğun olaraq, razılaşdırılmış məbləğdə İT tərəfindən silinmiş və təyinatı üzrə biletlərin alınması üçün köçürülmüş, alınmış təyyarə biletləri isə sifariş edilən şəxslər tərəfindən istifadə edilmişdir.

27. Bundan başqa, müqavilənin 6.2 və 6.3-cü bəndlərinin şərtlərinə görə kartların istifadəsi ilə bağlı bütün hallarda məsuliyyət İT-yə aid edilir və tələblər ona yönəldiləcək, bu məsələlərlə bağlı bank hər hansı məsuliyyət daşımır. Belə olan halda, yəni əgər kart sahiblərinin onlara aid kartların iradələrinə zidd istifadə edildiyi (şifrədən istifadə etməklə pulların oğurlanması) ilə bağlı irəli sürdükləri tələblər var idisə, bank niyə ödəyirdi. Ödəməkdə məqsədi nə idi. Məhz bu hal bank tərəfindən gizli maliyyə fırıldağında iştiraka dəlalət edir. Çünki bank kartlarının sahibinin ona göstərilmiş xidmətin uyğunsuzluğu barədə müraciəti və həmçinin pulun ona ödənildiyi barədə iş üzrə dəlil mövcud deyildir.

28. Kassator kassasiya şikayətini MPM-in 77.1, 217.3, 217.4, 18.1, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasında iştirak edən İT-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. On a görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

31. İT-nin nümayəndəsi vəkilinin dediyi ilə razı olduğunu bildirdi.

32. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilmədi.

33. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq ASC tərəfindən məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişd ir.

35. İT apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

37. MM-in müvafiq müddəalarında aşağıdakılar nə zərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının z ərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

326. Birtərəfli əqd üzrə vəzifələr Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər.” “Maddə

351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti... 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin i crasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (de likt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

38. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edil məsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, cavabdeh tərəfin izahatını dinləyərək hes ab edir ki, həmin dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

40. Məhkəmə kollegiyası İT tərəfindən ASC-yə məxsus POS terminaldan istifadə etdiyi zaman "Chargeback"in baş verməsi hallarından hər hansı birinin mövcud olmasının iş üzrə müəyyən edilməməsinə, məhkəmənin "Chargeback" halının nədən ibarət olduğunu, nə anlamına gəldiyin anlamamasına, onun baş verməsi üçün mütləq səbəblərin mövcud olmamasına, POS terminalın istifadəsi ilə bağlı tərəflər arasında mövcud müqavilənin şərtlərinə İT tərəfindən tam şəkildə riayət edildiyinə dair dəlillərini (bax yuxarıda §§ 25-26) əsassız hesab edir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.8-ci bəndinə əsasən bank partnyorun ərizəsi əsasında "Manual Entry" funksiyasını (kartın iştirakı olmadan əməliyyat aparılması) a ktivləşdirməyi öhdəsinə götürür; 2.3.25-ci bəndinə əsasən, partnyor POS terminallar vasitəsilə Maestro və Visa Elektron və s. növlü kartlara xidmət göstərərkən müştərinin PİN-kod yığmasını təmin etməlidir. PİNkod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır. Əks təqdirdə "CahrgeBack" (kart sahibi etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti partnyor daşıyacaqdır.

41. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İT-nin ASC-yə ünvanlanmış 2018-ci il 12 aprel tarixli ərizəsində İT-yə aid obyektdə olan ASC-nin POS terminalında "Manual entry" funksiyasını aktivləşdirilməsi xahiş olunmuş, habelə İT bu funksiyanın aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

42. İş üzrə alınmış ekspert rəy inə və MK-nın çıxarış məlumatlarına istinadən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, VİSA şirkəti tərəfindən "chargeback" əməliyyatı nəticəsində ASC-nin hesabından 88.975,14 ABŞ dolları məbləğində vəsaitin tutulduğu və əməliyyatların aparıldığı kart nömrələrinin İT-nin ASC-də olan hesabında və “A” adlı şəxsə məxsus plastik kartlardan aparılan əməliyyatlar olduğu öz təsdiqini tapır. Yekunda apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, İT müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, nəticədə "chargeback" əməliyyatı üzrə ASC-yə 88.975,14 ABŞ dolları məbləğində maddi zərər dəymişdir.

43. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə, sözügedən zərərin ödənilməsi öhdəliyi yalnız tərəflər arasında bağlanmış müqavilə şərtlərindən deyi l, həmçinin yuxarıda göstərilmiş İT-nin ASC-yə ünvanlanmış 2018-ci il 12 aprel tarixli ərizəsindən də irəli gəlir. İT-nin pos terminalda "manual entry" funksiyasını aktivləşdirilməsi ilə bağlı yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürməsi barədə həmin ərizəsi mahiyyət etibarilə MM-in 326-cı maddəsində (bax yuxarıda § 37) nəzərdə tutulmuş birtərəfli əqd meyarlarına da uyğun gəlir.

44. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq, ərizənin müqavilənin 2.18 və 2.3.25-ci bəndlərinin şərtlərində ehtiva olunan mənaya tamamilə uyğun olduğunu və bu şərtlərə müvafiq verildiyini, habelə birtərəfli əqd meyarlarına uyğun gəldiyini qeyd etmişdir. Qanunvericiliyin həmin tələbi baxımından, İT-nin, öz ərizəsində üzərinə götürdüyü həmin öhdəliyin yerinə yetirilməsi onun vəzifə sidir. Yəni, ASC-yə məxsus POS terminalda müştərisi “Pons Guy Robert” adlı şəxsə məxsus plastik kartların iştirakı olmadan, apardığı əməliyyatlar zamanı "Chargeback" tətbiq olunmaqla, kart sahibi (VİSA) tərəfindən ASC-dən 88.975,14 ABŞ dolları məbləğində pulun tutulması nəticəsində, sonuncunun məruz qaldığı həmin zərərin əvəzini ödəməyə borcludur.

45. Bu o anlama gəlir ki, "chargeback" əməliyyatı üzrə ASC-yə dəymiş 88.975,14 ABŞ dolları məbləğində maddi zərərin ödənilməsi vəzifəsi istər tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, istərsə də birtərəli əqd meyarlarına uyğun gələn 2018-ci il 12 aprel tarixli ərizədə əks etdirilmiş öhdəliyə uyğun olaraq məhz İT-nin üzərinə düşür.

46. Qeyd edilməlidir ki, İT birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində də h azırda kassasiya şikayətində istinad etdiyi "chargebacin"in baş verməsi hallarından hər hansı birinin mövcud olmamasına dair hər hansı dəlil gətirməmişdir (İİİ cild, i/v 74-77). Bu baxımdan, məhkəmə kollegiyası işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinadən hesab edir ki, müqavilədə nəzərdə tutulmuş "chargeback" halı baş vermişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi VİSA şirkəti tərəfindən "chargeback" əməliyyatı nəticəsində ASC-nin hesabından 88.975,14 ABŞ dolları məbləğində vəsaitin tutulduğu və əməliyyatların aparıldığı kart nömrələrinin İT-nin ASC-də olan hesabında və “A” adlı şəxsə məxsus plastik kartlardan aparılan əməliyyatlar olduğu, habelə kart sahibi (VİSA) tərəfindən ASC-dən 88.975,14 ABŞ dolları məbləğində pulun tutulması nəti cəsində ASC-yə dəymiş həmin zərərin əvəzini ödəməyə İT-nin borclu oolduğu barədə nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticələrlə razılaşmamaq üçün hər hansı əsas tapmır. Belə ki, məhz İT-nin hərəkətləri (müştərisi ilə POS terminal vasitəsilə keçirdiyi əməliyyatlar) nəticəsində VİSA şirkəti tərəfindən "manuel entry" əməliyyatı aparılmaqla ASC-nin hesabından 88.975,14 ABŞ dolları məbləğində vəsaitin tutulması mötəbər sənədlər əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir.

48. Kassator öz şikayətində işin həmin hallarını təkzib edən, eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsinı təsdiq edən tutarlı dəlillər gətirə bilməmişdir.

49. Belə olan halda, məhkəmə kollegiyası POS terminalın istifadəsi ilə bağlı tərəflər arasında mövcud müqavilənin şərtlərinə İT tərəfindən tam şəkildə riayət edilməsinə dair dəlilin işin materialları və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmadığı qənaətinə gəlir.

50. Bundan başqa, məhkəmə kollegiyası müqavilənin 6.2 və 6.3-cü bəndlərinin şərtlərinə görə kartların istifadəsi ilə bağlı bütün hallarda məsuliyyət İT-yə aid edildiyi halda, kart sahiblərinin tələblərinin bank tərəfindən ödənilməli olmadığına dair dəlili (bax yuxarıda § 27) ilə də razılaşmır.

51. Belə ki, ASC ilə İT arasında bağlanmış müqavilə həmin iki subyekt arasındakı münasibətləri tənzimləyir.

52. İşin apellyasiya instansiyası məhkəm əsi tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, VİSA şirkəti tərəfindən "chargeback" əməliyyatı nəticəsində ASC-nin hesabından 88.975,14 ABŞ dolları məbləğində vəsait tutulmuş, beləliklə İT-nin özünün müqavilə öhdəliklərini pozmaqla keçirdiyi əməliyyatlar nəticəsində ASC-yə zərər vurulmuşdur.

53. Ona görə də ASC həmin zərərin İT-dən tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Çünki ASC də öz öhdəliklərinə görə VİSA şirkəti qarşısında məsuliyyət daşıyır.

54. Aydındır ki, belə olan halda ASC, VİSA şirkəti tərəfindən "charge" əməliyyatı nəticəsində onun hesabından tutulmuş vəsaiti İT-dən almalıdır. Belə ki, həmin vəsaitin tutulmasına səbəb, yuxarıda qeyd olunduğu kimi, məhz İT-nin öz müqavilə öhdəliklərini pozması olmuşdur.

55. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kol legiyası belə qənaətə gəlir ki, kassatorun dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas(lar) yoxdur.

56. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 22(103)-465/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar