Məhkəmə qərarları › İş №2-2(102)-477/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-477/2019

12.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-477/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sayğaca müdaxilə; əlavə enerji sərfiyyatının hesablanması; yoxlamanın reyestrdə qeydiyyatdan keçməməsi giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh İB-yə (bundan sonra cavabdeh) qarşı “qanunsuz hesablanmış pulun silinməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegi yasının 2-2(103)-346/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: Tərəflər arasında bağlanmış 25.12.2015-ci il tarixli qazın alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini paylayıcıya (cavabdehə) ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur; 4-cü bəndinə əsasən istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırıl malı və istismar edilməlidir. Cavabdehin tərtib etdiyi 21.06.2018-ci il tarixli akta əsasən fərdi sahibkar X7 (İddiaçı) məxsus istixanada sayğacdan əvvəl qeyri-qanuni qaz xətti aşkar edilmiş və qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Qeyd edilən akta əsasən cavabdehin tərtib etdiyi dəymiş ziyanın hesablanması barədə 22.06.2018-ci il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən 2 ədəd Qazan (25000000 kkal) maksimal saatlıq qaz sərfi 625 kub.m/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün; Qazan (1000000kkal) maksimal saatlıq qaz sərfi 125 kub.m/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün; PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 kub.m/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 1 80 gün; Kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan 1.356.120 kub.m müəyyən edilmişdir. Abonentin saldosuna görə, 2018-ci il iyun ayı üçün X3 (iddiaçıdan) 1.356.120 kub.. qaz sərfiyyatına görə 271.224 manat məbləğdə pul tələb edilmişdir. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona məxsus Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən istixanaya qanunsuz hesablanmış 271.224 manat məbləğdə pulun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində iddiaçıya məxsus istixanaya cavabdeh 06.11.2015-ci il tarixli 25576 nömrəli texniki şərt vermiş, texniki şərtə əsasən işçi layi hə hazırlanmış və istixanada onun hesabına alınmış G-100 markalı qaz sayğacı quraşdırılmışdır. Sonradan iddiaçı tərəfindən müraciət edilərək texniki şərt və işçi layihə dəyişdirilmiş, istixanada 27.10.2016-cı il tarixdə G-650 markalı yeni qaz sayğacı quraşdırılmışdır (sayğac cavabdehə məxsus qaz tənzimləyici məntəqədə quraşdırılmışdır ki, həmin məntəqə 24 saat cavabdehin əməkdaşları tərəfindən mühafizə olunur). O, istifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricisinə əsasən vaxtlı-vaxtında ödəmiş, bu günədək cavabdehlə arasında hər hansı narazılıq olmamışdır. Cavabdehin nümayəndələri tərəfindən 2018-ci ilin iyun ayında qaz sayğacının quraşdırıldığı əraziyə baxış keçirilmişdir. Baxış zamanı guya iddiaçı tərəfindən qanunsuz xətt vasitəsi ilə istixanada təbii qazdan istifadə etməsi aşkarl anmışdır. Onun iştirakı ilə yerində baxış keçirilmiş (iddia edilən qanunsuz xətt düz sayğacın yanındadır və sayğac cavabdehə məxsus qaz tənzimləyici məntəqədə yerləşir), istixanaya gedən hər hansı qanunsuz xətt aşkar edilməmişdir. Yalnız qaz xəttinə birləşdirilmiş olan su xətti aşkarlanmışdır ki, onun da iddiaçının istixanasına heç bir aidiyyəti yoxdur. O, bildirmişdir ki, iddiaçı heç vaxt təbii qazdan qanunsuz istifadə etməmiş və baxış keçirilən zaman belə bir fakt aşkarlanmamışdır. Eləcə də, onun həmin yerdən qanunsuz xətt çəkməsi mümkün deyildir. Çünki, həmin qaz xətti qaz tənzimləyici məntəqənin içərisində yerləşir ki, həmin məntəqənin ətrafı cavabdeh tərəfindən çəpərlənmiş və 24 saat işçilər tərəfindən mühafizə olunur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X8 b ildirdiklərinə görə, iddiaçıya məxsus istixanada iş icraçısı işləyir. 2018-ci ilin yanvar ayında sayğacda nasazlıq yarandığından, qaz verilməsində tutulmalar olurdu. Həmin vaxt müraciət olundu cavabdehə və avadanlıq sökülərək təmizlənmişdir. Sonradan həmin ilin təxminən iyun ayında o, sayğac olan yerə çağırılmışdır. Məlum olmuşdur ki, qaz xəttinin sayğacdan əvvəlki hissəsinə əlavə kapron boru qaynaq olunmuşdur. Obyektə gedən qaz xəttinin uzunluğu təxminən 1600 metr uzunluqdadır. Sayğac mühafizə olunan zonada yerləşir. Mühafizə olunan yerdə gizli şəkildə qaynaq işi aparmaq mümkün deyil. Qaynaq olunan borunun uzunluğu təxminən 2 metr olardı. Obyektə gedən borunun üstü (sayğacdan sonrakı hissə) açılsa da, heç bir qoşulma aşkar olunmadı; X5 bildirdiklərinə görə, iddiaçının verdiyi etibarnamə ə sasında obyektdə fəaliyyətlə məşğuldur. Ona məsələ ilə bağlı xəbər vermiş və o, sayğac olan yerə getmişdir. Bu zaman məlum olmuşdur ki, qaz xəttinə plastmas su borusu birləşdirilmişdir. Bundan sonra o, ərizə ilə cavabdehə müraciət etmişdir. Ona cavab verilmişdir ki, məsələ araşdırılır. Borunun uzunluğu təxminən 1 metr olardı, bir az da uzanan hissə var idi; X6 bildirdiklərinə görə, o, cavabdehin Şəmkir rayonunda yerləşən qurumunda işləyir. İddiaçıya məxsus obyektin sayğacı saxlanan yerə həmin vaxt gəlmişdir. Məlum olmuşdur ki, qaz xəttinin dirəyinin içərisinə kənar boru birləşdirilmişdir. Qazıntı işləri aparıldı, lakin heç nə aşkar olunmadı; X1 bildirdiklərinə görə, o, cavabdehin Şəmkir rayonunda yerləşən qurumunda işləyir. Ona məlumat verilmişdir ki, iddiaçıya məxsus obyektin sayğacı saxl anan xəttə əlavə qoşulma var. Qazıntı işləri aparıldı. Əlavə borunun uzunluğu dirəyin içərisi ilə 70 sm, dirəkdən sonra 1 m uzunluğunda olardı. Sayğac saxlanan əraziyə giriş məhduddur. Ancaq bəzi şəxslər ora buraxılır; X2 bildirdiklərinə görə, o, Cavabdeh İB-nin Şəmkir rayonunda yerləşən regional qurumunda işləyir. İddiaçıya məxsus obyektin sayğacı saxlanan yerə həmin vaxt gəlmişdir. Məlum olmuşdur ki, qaz xəttinə əlavə boru birləşdirilmişdir. Qazıntı işləri aparılmış, lakin heç nə aşkar olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-2(82)-95/2019 saylı iş) 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunaraq cavabdeh tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən istixanaya qanunsuz hesablanmış 271.224 manat məbləğdə borc silinmi şdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X9məruzəçi, X10 və X13, 2-2(103)-346/2019 saylı iş) 20 iyun 2019-cu il tarixli qətnaməsi iləcavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdehin nümayəndələri tərəfindən 21.06.2018-ci il tarixdə iddiaçıya məxsus istixananı təbii qazla təchiz edən sayğaca baxış keçirilərkən sayğacdan əvvəl dirəyin içərisi ilə qeyri-qanuni qaz xətti çəkərək istixanada istifadə etmişdir. Qeyd olunan fakt Birliyin nümayəndələri tərəfindən iddiaçının nümayəndəsinin iştirakı ilə aktlaşdırıldı, foto və video çəkilişlər aparıldı. Birliyin nümayəndələri tərəfindən tərtib edilmiş 21.06.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş təbii qazın dəyərinin bərpası məqsədi ilə 271.224 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iddia tələbini təmin edərkən yalnız onu əsas götürmüşdür ki, dəymiş ziyan ARDNŞ Şurasının 14.0.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları X16 Reyestrinə daxil edilmədiyindən istehlakçılar üçün məcburi xarakter daşıya bilməz və ona görə də dəymiş ziyanın hesablanması qanu ni sayıla bilməz. Apellyasiya məhkəməsi də həmin əsasla razılaşmışdır. Məhkəmə iddiaçı tərəfdən aktlar yazıldığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödəyib-ödəmədiyini araşdırmamış, təqdim edilmiş fotoşəkillərə münasibət bildirməmiş, şahidlərin məhkəmədə izahatlarının alınmasını təmin etməmiş, qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olub-olmaması barədə ekspertiza təyin etməmişdir. Məhkəmə yalnız iddiaçının fikirlərini əsas götürərək iddia tələbini təmin etmişdir. Apellyasiya instansiyası məhkəmələri işi hərtərəfli araşdırsaydı məlum olardı ki, 2017-ci ilin aprel ayından 2018-ci ilin dekabr ayınadək (20 ay) iddiaçı tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Göründüyü kimi məhkəmə bunların heç birini araşdırmamış, düzgün ma ddi hüquq normalarını tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunun qeyd edilən tələbləri tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə 25 dekabr 2015-ci il tarixli müqavilənin 2.1.9-cu bəndinə daxil edilmişdir. Tərəflər arasında bağlanmış 25.12.2015-ci il tarixli 2161-12-15 saylı qazın alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini payl ayıcıya (cavabdehə) ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur; 4-cü bəndinə əsasən, istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir. İşin mübahisə olunmayan hallarına görə iddiaçı Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində istixana işlətməklə istixananın fəaliyyəti üçün qazdan istifadə edir. İstixanada 27.10.2016-cı il tarixdə G-650 markalı yeni qaz sayğacı quraşdırılmışdır. Sayğac cavabdehə məxsus qaz tənzimləyici məntəqədə quraşdırılmışdır ki, həmin məntəqə cavabd ehin əməkdaşları tərəfindən mühafizə olunur. Cavabdehin nümayəndələri tərəfindən 2018-ci ilin iyun ayında qaz sayğacının quraşdırıldığı əraziyə baxış keçirilmiş, baxış zamanı sayğacın yanında qanunsuz xəttin çəkilməsi müəyyən edilmişdir. İddiaçının bildirməsinə görə heç vaxt təbii qazdan qanunsuz istifadə etməmiş və baxış keçirilən zaman belə bir fakt aşkarlanmamışdır. Eləcə də, onun həmin yerdən qanunsuz xətt çəkməsi mümkün deyildir. Çünki, həmin qaz xətti qaz tənzimləyici məntəqənin içərisində yerləşir ki, həmin məntəqənin ətrafı cavabdeh tərəfindən çəpərlənmiş və 24 saat işçilər tərəfindən mühafizə olunur. Cavabdehin dəlillərinə görə, cavabdehin nümayəndələri tərəfindən 21.06.2018-ci il tarixdə iddiaçıya məxsus istixananı təbii qazla təchiz edən sayğaca baxış keçirilərkən sayğacdan əv vəl dirəyin içərisi ilə qeyri-qanuni qaz xətti çəkərək istixanada istifadə etmişdir. Qeyd olunan fakt Birliyin nümayəndələri tərəfindən iddiaçının nümayəndəsinin iştirakı ilə aktlaşdırılmış, foto və video çəkilişlər aparılmışdır. Birliyin nümayəndələri tərəfindən tərtib edilmiş 21.06.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş təbii qazın dəyərinin bərpası məqsədi ilə 271.224 manat məbləğində dəymiş ziyan hesablanmış, iddiaçının abonent hesabına qeyd olunmuşdur. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər bildirmişlər ki, 2018-ci ilin təxminən iyun ayında sayğac olan yerdə olmuşlar. Məlum olmuşdur ki, qaz xəttinin sayğacdan əvvəlki hissəsinə əlavə kapron boru qaynaq olunmuşdur. Obyektə gedən qaz xəttinin uzunluğu təxminən 1.600 metr uzunluqdadır. Sa yğac mühafizə olunan zonada yerləşir. Mühafizə olunan yerdə gizli şəkildə qaynaq işi aparmaq mümkün deyil. Qaynaq olunan borunun uzunluğu təxminən 2 metr olardı. Obyektə gedən borunun üstü (sayğacdan sonrakı hissə) açılsa da, heç bir qoşulma aşkar olunmadı. Cavabdeh tərəfindən tərtib edilmiş 21.06.2018-ci il tarixli aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus istixanada sayğacdan əvvəl qeyri-qanuni qaz xətti aşkar edilmiş və qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Aktı tərtib etmiş cavabdehin əməkdaşları da birinci instansiya məhkəməsində ifadə vermişlər. Onlar ifadələrində bildirmişlər ki, iddiaçıya məxsus obyektin sayğacı saxlanan yerə həmin vaxt gəlmişlər. Məlum olmuşdur ki, qaz xəttinin dirəyinin içərisinə kənar (əlavə) boru b irləşdirilmişdir. Qazıntı işləri aparıldı, lakin heç nə aşkar olunmadı. Əlavə borunun uzunluğu dirəyin içərisi ilə 70 sm, dirəkdən sonra 1 m uzunluğunda olardı. Sayğac saxlanan əraziyə giriş məhduddur. Ancaq bəzi şəxslər ora buraxılırlar. Apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində iddiaçıya məxsus təsərrüfat subyekti olan istixanaya təbii qaz təchizatı üçün istixanadan xeyli aralıda quraşdırılmış sayğacın giriş hissəsindən əvvəl ona gələn boruya nisbətən kiçik diametrli ölçüsü 1–2 metr olan başqa borunun qoşulduğu aşkar olunmuşdur. Aşkarlanan borunun iddiaçıya məxsus istixanaya və ya onu qazla təchiz edən əsas borunun sayğacdan sonrakı hissəsinə birləşdiyi təsdiq olunmamışdır. B u hal aktı imzalamış cavabdehin əməkdaşlarının məhkəmə iclasında verdikləri ifadələri ilə bir daha təsdiq olunmuşdur. Odur ki, cavabdeh tərəfindən iddiaçıya təbii qazdan istifadə üzrə əlavə sərfiyyat və həmin sərfiyyata görə borcun hesablanması əsaslı sayıla bilməz. Aşkarlanmış kiçik diametrli boru ilə məhz iddiaçıya məxsus istixanaya hər hansı dövrdə qaz verildiyi işdə olan hər hansı sübutla təsdiq olunmur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barəd ə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 6 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı sübuta yetirilmişdir. Cavabdehin iddiaya qarşı etirazının əsası cavabdehin əməkdaşlarının məhkəmə iclasında verdikləri ifadələri ilə təkzib edilmiş, hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası həmçinin mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qəra rı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 2.10-cu bəndində qeyd edilir ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun preambulasında qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli ş əxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir (2.1-ci maddə). Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir (2.3-cü maddə). Yoxlamalar y alnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tə rəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə). Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haq qında məlumat verir (20.1-ci maddə). Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparı lmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir (Əsasnamənin 1.3-cü bəndi). Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər (Ə sasnamənin 1.4-cü bəndi). Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər (1.5-ci bənd). Reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır (Əsasnamənin 1.7-ci bəndi) İşdən görünür ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan cavabdehin nümayəndələrinin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə apardığı yoxlamanın yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə uyğun olaraq onun aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın iddiaçıya təqdim etməsi barəd ə məhkəmələrə hər hansı məlumat verilməmişdir. Cavabdeh belə sənədlərin olmasını da şikayətlərində bildirməmişdir. Adı çəkilən Qanun və Əsasnamənin tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh iddiaçıya məxsus istixanaya verilən qazın sərfiyyatını hesablayan sayğaca baxış keçirərkən qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədiyindən də tərtib edilmiş aktın hüquqi nəticəsi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-346/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar