Məhkəmə qərarları › İş №2-2(102)-478/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-478/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-478/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişi məbləğinin və dəbbə pulunun ödənilməsi; sığorta şəhadətnaməsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, Dadaşov İlqar Ağababaş oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin vəkili Nümayəndə iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 22(103)-631/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2020-ci il 16 iyun tarixli Pİ0171//20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə (Pİ0171//20 saylı şəhadətnamə) əsasən, Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında (“Azadlıq prospekti 132 ünvanı”) yerləşən sığortalı İddiaçı MMC-yə məxsus daşınar əmlak (mağaza və anbar daxilində saxlanılan geyim əşyaları sığortaçı "xxxx" ASC tərəfindən 2020-ci il 17 iyun tarixdən 00:00-dan 2021ci il 16 iyun tarixədək 29:59-dək olan müddətdə yanğın və digər əlavə risklərdən, o cümlədən subasma hadisəsindən sığortalanmışdır. Şəhadətnaməyə əsasən ümumi sığorta məbləği 336.388 manat məbləğində müəyyən edilmişdir. Şəhadətnamə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Həmin Sığorta Şəhadətnaməsinin tərkib və ayrılmaz hissəsi sayılan 1 saylı Qoşmaya əsasən sığorta predmeti olan 2.955 ədəd geyim mallarının siyahısı təsdiq edilmiş və həmin malların ümumi dəyəri 336.388 manat məbləğində müəyyən edilmişdir. 3. 2020-ci il 29 iyun tarixli Pİ0192/20 saylı əmlakın yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə (Pİ0192/20 saylı şəhadətnamə) əsasən Azadlıq prospekti 132 ünvanında yerləşən sığortalı İddiaçı MMC-yə məxsus daşınar əmlak (mağaza və anbar daxilində saxlanılan geyim əşyaları) sığortaçı ASC tərəfindən 2020-ci il 30 iyun tarixdən 00:00-dan 2021-ci il 29 iyun tarixədək 29:59-dək yanğın və digər əlavə risklərdən, o cümlədən subasma hadisəsindən sığortalan mışdır. Şəhadətnaməyə əsasən ümumi sığorta məbləği 52.072 manat məbləğində müəyyən edilmişdir. Şəhadətnamə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin sığorta şəhadətnaməsinin tərkib və ayrılmaz hissəsi sayılan 1 saylı Qoşmaya əsasən sığorta predmeti olan 866 ədəd geyim mallarının siyahısı təsdiq edilmiş və həmin malların ümumi dəyəri 52.072 manat məbləğində müəyyən edilmişdir. 4. 35 saylı MKİS-in mühəndisi R.O.Aslanov, texnik G.A.Ataşov və fəhlə G.A.Musayev tərəfindən tərtib edilmiş 2020-ci il 2 sentyabr tarixli akta əsasən təsdiq edilir ki, Azadlıq prospekti 132 ünvanında yerləşən “Ferrini” geyim dükanına baxış keçirilmişdir. Baxış zamanı 2020-ci il 29 avqust tarixdə ümumi su xəttinin partlaması, nəticədə 31 m2 sahəsi olan anbarda saxlanılan geyim mallarının tamamilə su ya batması müəyyən edilmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş daşınar əmlakın qiymətləndirilməsi barədə 2020-ci il 20 oktyabr tarixli mütəxəssis rəyindən görünür ki, 2020-ci il 29 avqust tarixində baş vermiş hadisə nəticəsində İddiaçı MMC-nin anbarında olan geyim mallarına dəymiş zərərin məbləği 184.632 manat məbləğində qiymətləndirilmişdir.

6. Müstəqil ekspert R.Əlişovun verdiyi 2020-ci il 24 sentyabr tarixli ekspert rəyi ilə subasma hadisəsi nəticəsində geyim əşyalarına dəymiş zərər 17.872 manat (kimyəvi təmizləmənin dəyəri) dəyərində qiymətləndirilmişdir. 7. "xxxx" ASC tərəfindən MMC-yə ünvanlanmış 2020-ci il 1 oktyabr tarixli məktubda MMC-yə məxsus anbarda 2020-ci il 29 avqust tarixində baş vermiş subasma hadisəsi barədə sığortaçıya məlumat verildiyi, müstəqil ekspert tərəfindən dəy miş ziyanın 17.872,47 manat məbləğində qiymətləndirildiyi, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilmişdir.

8. İddiaçı MMC tərəfindən 2020-ci il 5 oktyabr tarixli pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət edilərək, 184.632 manat məbləğində pul vəsaitinin və məhkəmədə sığortalının mənafelərini qorumaq məqsədi ilə çəkiləcək məhkəmə xərclərinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. Sığortaçı "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə verilmiş X-Pİ-0094/19 saylı sığorta şəhadətnaməsinin 1 saylı əlavəsi ilə sığorta predmetini təşkil edən geyim əşyaların siyahısı təsdiq edilmiş və ümumi dəyəri 175.340 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Sığorta müddəti 2019-cu il 1 may saat 00:00-dan 2020-ci il 30 aprel saat 23:59dək müə yyən edilmişdir.

10. Həmin şəhadətnaməyə 2 saylı əlavə ilə sığorta predmetlərinin siyahısına ümumi dəyəri olan 9.039 ABŞ dolları məbləğində predmetlər əlavə edilmişdir.

11. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2019-cu il 2 avqust tarixli məktubunda İddiaçı MMC-yə məxsus daşınar əmlakın subasma nəticəsində zədələnməsini, həmçinin zərər məbləğinin 106.400 ABŞ dolları olmasını bildirmiş və azadolma məbləği nəzərə alınaraq 105.400 ABŞ dolları məbləğində sığorta ödənişinin bank hesablarına köçürülməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

12. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə (daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə) Bakı Kommersiya məhkəməsinə müraciət edərək, Pİ0171/20 saylı şəhadətnaməyə və Pİ0192/20 saylı şəhadətnaməyə əsasən iddiaçının fəaliyyət göstərdiyi Azadlıq prospekti 132 ünvanında yerləşən “Ferrini” geyim mağazasının anbarında subasma hadisəsi nəticəsində geyim mallarına dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə şərtsiz azadolma məbləğini nəzərə alaraq sığorta ödənişi olan 175.400 manat məbləğində sığorta müqaviləsində müəyyən olunmuş pul vəsaitinin, 36.483 manat məbləğində dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 211.913 manat məbləğində pul vəsaitinin cavabdeh ASC-dən tutularaq iddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmi şdir.

13. İlk iddia tələbinin əsaslarına görə, tərəflər arasında əldə edilmiş razılaşma əsasında Pİ0171/20 saylı A000610 nömrəli sığorta şəhədatnaməsi alınmışdır. Həmin sığorta şəhadətnaməsinin 1 saylı qoşmasına əsasən, ASC 2.955 ədəd geyim mallarını 336.388 manat məbləğində dəyərləndirmiş və sığorta təminatı vermişdir. İddiaçı 336.388 manat məbləğində dəyərləndirmiş geyim mallarının sığorta təminatı müqabilində cavabdehə 1.177,36 manat məbləğində sığorta haqqı ödəmişdir. Cavabdeh Pİ0171/20 saylı şəhadətnaməyə əsasən 2020-ci il 17 iyun saat 00:00-dan 2021-ci il 16 iyun saat 23:59-dək iddiaçıya məxsus olan geyim mallarını sığortalamışdır.

14. Eyni zamanda, tərəflər arasında digər malların da sığortalanması barədə razılıq əldə edilərək Pİ0192/20 saylı A000684 nömrəli sığorta şəhədatnaməsi al ınmışdır. Həmin sığorta şəhadətnaməsinin 1 saylı qoşmasına əsasən, ASC 886 ədəd geyim mallarını 52.072,00 manat məbləğində dəyərləndirmiş və sığorta təminatı vermişdir. MMC 52.072 manat məbləğində dəyərləndirmiş geyim mallarının sığorta təminatı müqabilində cavabdehə 182,25 manat məbləğində sığorta haqqı ödəmişdir. Cavabdeh Pİ0192/20 saylı şəhadətnaməyə əsasən 2020-ci il 30 iyun saat 00:00-dan 2021-ci il 29 iyun saat 23:59-dək iddiaçı məxsus olan geyim mallarını sığortalamışdır. 15. 2020-ci il 29 avqust tarixində iddiaçının fəaliyyət göstərdiyi Azadlıq prospekti, 132 ünvanında yerləşən anbarına subasma hadisəsi olmuşdur. Bu hadisə iddiaçıya 2020-ci il 29 avqust tarixdə məlum olmuşdur və bu barədə dərhal cavabdehə və "xxxx" ASC-yə məlumat verilmişdir. Cavabdehin nümayəndələri hadisə yerinə gəlmiş, baxış keçirmiş, foto və video görüntüləri çəkdikdən sonra getmişdirlər. Cavabdeh tərəfindən aparılmış qeyd nəticəsində məlum olmuşdur ki, subasma nəticəsində Pİ0171/20 saylı şəhadətnaməyə əsasən sığortalanmış 2.955 ədəd geyim mallarından ümumi dəyəri 153.900 manat təşkil edən 1.387 ədədi tamamilə yarasız hala düşmüşdür.

16. Həmçinin, baş vermiş hadisə nəticəsində Pİ0192/20 saylı şəhədatnaməyə əsasən sığortalanmış 886 ədəd geyim mallarından ümumi dəyəri 30.732,00 manat təşkil edən 502 ədədi tamamilə yararsız hala düşmüşdür. Hadisə yerinə gəlmiş "xxxx" ASC-nin əməkdaşları tərəfindən su axınının qarşısı alınmışdır.

17. İddiaçı 2020-ci il 2 sentyabr tarixində 35 saylı MKİS əməkdaşlarını dəvət etmişdir. Onlar tərəfindən hadisə yerinə baxış keçirilmiş və akt tərtib edilmişdir. Aktda qe yd edilir ki, Azadlıq prospekti 132 ünvanında yerləşən anbara baxış keçirilmiş və 2020-ci il 29 avqust tarixində binanın ümumi su xəttinin partlaması nəticəsində 31 m2-dək olan anbarda saxlanılan geyim mallarının tamamilə suya batması faktı təsdiq edilmişdir.

18. Bundan sonra cavabdeh 2020-ci il 10 sentyabr tarixdə Nərimanov rayon polis idarəsinə müraciət edərək, Azadlıq prospekti, 132 ünvanında yerləşən mağazada baş vermiş subasma hadisəsinin kənar müdaxilənin təsiri nəticəsində qəsdən törədilibtörədilməməsi və təqdim olunan qaimələrin saxtakarlıqla tərtib olunub-olunmaması ilə bağlı araşdırmanın aparılmasını və hüquqi qiymət verilməsini xahiş etmişdir. Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Orxan Məmmədov tərəfindən məhkəmə-trassoloji ekspertizası təyin edilmişd ir. Məhkəmə-trassoloji ekspertizanın 3/1109 saylı rəyi əsasında müəyyən edilmişdir ki, Azadlıq prospekti, 132 ünvanında yerləşən “Ferrini” geyim mağazasının zirzəmisində yerləşən metal su borunun səthində kənar müdaxilə və kənar predmetin təsirindən yarana bilən zədə və iz aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş borunun səthində taxta materialdan “çüy” vurulmuş dəliyin korroziyaya uğraması nəticəsində yaranması istisna edilmir. Həmçinin, təhqiqat zamanı iddiaçı tərəfindən təqdim edilmiş qaimələrin həqiqiliyi təsdiq edilmişdir. Bununla da Nərimanov RPİ tərəfindən 2020-ci il 24 sentyabr tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

19. Cavabdeh sığorta ödənişindən yayınmaq üçün müstəqil ekspert X2 müraciət edərək zərər dəymiş geyimlərin zərər məbl əğinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 132 ünvanında yerləşən mağazada heç bir dəfə belə olmayan müstəqil ekspert R.Əlişov zərər dəymiş geyim mallarından heç bir nümunə götürmədən, cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi siyahı əsasında belə bir rəy vermişdir ki, subasma hadisəsi nəticəsində 1.897 ədəd geyim mallarına zərər dəymiş və həmin geyim mallarını kimyəvi təmizləmə yolu ilə bərpa etmək olar. Kimyəvi təmizləmə üçün isə cəmi 17.872,47 manat pul vəsaiti tələb olunur. Rəydə zərər dəymiş geyim mallarının ümumi dəyərinin 185.285 manat olduğu təsdiq edilmişdir. Dəymiş ziyanın 17.872,47 manat məbləğində müəyyən olunması barədə iddiaçıya 2020-ci il 1 oktyabr tarixli 1949/20 saylı məktub vermişdir. Eyni zamanda, iddiaçı 2020-ci il 5 oktyabr tarixində pretenziya qaydasında cavabdehə müraciət edərək bildirmişdir ki, 2020-ci il 29 avqust tarixində subasma hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 184.632 manat təşkil edir. Baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı iddiaçıya dəymiş maddi ziyanın 184.632 manat məbləğində pul vəsaitinin sığortaçı cavabdeh tərəfindən 10 gün ərzində sığortalıya ödənilməsi üçün müvafiq tədbirlərin keçirilməsi xahiş edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin cavabdeh pretenziyanı cavablandırmamışdır.

20. Bundan sonra, iddiaçı 2020-ci il 6 oktyabr tarixindən 2020-ci il 10 oktyabr tarixinədək Bakı şəhərində fəaliyyət göstərən bir sıra ixtisaslaşmış kimyəvi təmizləmə məntəqələrinə müraciət edərək zərər görmüş geyim mallarının kimyəvi təm izlənməsini xahiş etmişdir. Kimyəvi təmizləmə məntəqələrinin dördü yazılı şəkildə iddiaçıya bildirmişdir ki, təqdim edilən geyim mallarının kimyəvi təmizlənməsi mümkün deyil, həmin geyim malları istifadəyə yararsızdır.

21. Həmçinin, iddiaçı dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə qiymətləndiriciyə müraciət etmişdir. Qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş LP110/20 saylı 2020-ci il 20 oktyabr tarixli mütəxəssis rəyindən belə məlum olur ki, 2020-ci il 29 avqust tarixində subasma hadisəsi nəticəsində iddiaçıya dəymiş zərər 184.632,00 manat təşkil edir. Zərərdəymiş malların bərpası mümkün deyil. Hesab edirlər ki, cavabdehin hazırki hadisəyə münasibətdə hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında əldə edilmiş razılaşma əsasında Pİ0171/20 saylı A000610 nömrəli sığorta şəhədatnaməsinə və Pİ0192/20 saylı A000684 nömrəli sığorta şəhadətnaməsinə əsasən cavabdeh iddiaçının daşınar əmlakını bütün risklərdən sığortalamışdır.

22. Hal-hazırda cavabdehin hərəkətləri üzərinə götürdüyü öhdəliklərdən yayınma halı kimi qiymətləndirilməlidir. Cavabdehin öhdəliklərindən yayınması halı iddiaçını öz hüquqlarını məhkəmə qaydasında bərpa etmək məcburiyyəti qarşısında qoymuşdur. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən, sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Hazırda cavabdeh 49 gündür ki, sığorta məbləğini ödəməkdən yayınır. Belə olan halda adi riyazi hesablama yolu ilə (184632-5% (şərti aza d olma məbləği)*0.1%=175,40; 175,40*49=8594,61) cavabdeh gecikdirilmiş günlərə görə 8.594,61 manat məbləğində dəbbə pulu ödəməlidir.

23. İlkin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonramətndə MM) 922.1, 922.2, 922.3, 928, 934.1, 934.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sığorta haqqı məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsini, tərəflər arasında Pİ0171/20 saylı A000610 nömrəli və Pİ0192/20 saylı A000684 nömrəli sığorta şəhadətnamələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Qarşılıqlı iddia tələbinə əsasən, 2020-ci il 29 avqust tarixində “Ferrini” geyim mağazasının anbarında subasma hadisəsi baş v ermişdir. Həmin tarixdə cavabdehə məlumat daxil olmuşdur. Cavabdehin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və bu zaman zirzəmidə olan su borusunun keçdiyi divar xəttinin dağılmış vəziyyətdə olduğu aşkar edilmişdir. Bütün əmlakın yanğın və əlavə risklərdən sığortalanması zamanı “daxili su riskinə münasibətdə sığorta təminatı binanın kommunikasiya boru xətlərinin istismar edildiyi müddətin 20 ildən artıq olmaması şərti ilə verilir.

26. Lakin məlum olmayan səbəbdən iddiaçının təkidi ilə və cavabdehin əməkdaşlarının məsuliyyətsizliyi üzündən həmin bənd sığorta müqaviləsindən xaric edilərək tərtib edilmişdir. Cavabdehin əməkdaşı, Anderayting və Təkrar sığorta şöbəsinin müdiri Ziynət Qurban sığorta predmetinin 1960-cı illərdə inşa edilməsini, zirzəmidə yerləşməsini, su boru xətlə rinin 20 ildən artıq müddətə istismar edilməsini əsas gətirərək həmin risklərin sığora müqaviləsinə daxil olmasını tələb etmişdir. Lakin keçmiş əməkdaşları Leyla Hüseynova vəzifə səlahiyyətindən sui-istifadə edərək, yuxarıda qeyd olunan riskləri standart müqavilə şərtlərindən çıxarmaqla imzalamışdır. Yuxarıda qeyd edilənlər L.Hüseynovanın “Ferrini” geyim mağazasının sahibi ilə əlbir olması barədə şübhə yaradır. İlkin hadisə ilə bağlı araşdırmada, yəni sığorta hadisəsinin baş verib verməməsini müəyyənləşdirmək məqsədi ilə Sığorta sahəsində müstəqil ekspert R.Əlişov tərəfindən 17.872,47 manat məbləğində dəymiş ziyan müəyyən olunmuşdur.

27. Ekspert 2020-ci il 24 sentyabr tarixli təhqiqat nəticəsində qeyd etmişdir ki, subasma nəticəsində zərər görmüş geyimlər yaşayış binasının birinci mərtəbəs ində yerləşən ticarət sahəsinin zirzəmisində olmuşdur. Zirzəminin hündürlüyü azdır, havalandırma yoxdur və zirzəmiyə yığıla biləcək qrunt və digər suların xaric edilməsi üçün heç bir qabaqlayıcı tədbirlər yoxdur. Zirzəmidə 20-25 ildən çox müddətdir istismar olunan və istismar müddətini başa vurmuş mühəndiskommunikasiya xətləri vardır. Subasma nəticəsində zərər görmüş geyimlərin sayı və qiyməti barədə təqdim edilmiş qəbzlərdən göründüyü kimi, zərər görmüş geyimlərin hamısı 2016-2017-ci ilin oktyabr, noyabr və dekabr aylarında alınmış və qalıqda qalmış mallardır.

28. Tərtib edilmiş zərər siyahısında olan malların hamısının eyni qaimələrdə olması, bar kodlarının düzgün olmaması və bir qisim malların isə qaiməsi olmadığı halda siyahıya qiymətlə daxil edilməsi o ehtimalı yaradır və belə qənaətə gəlməyə əsas verir ki, göstərilən qiymətlər şişirdilib və əsas qiymət gizlədilib. Təqdim olunan qaimələrin yeni kimi görsənməsi bu ehtimalı yaradır. 2016-2017-ci ildən nəmişlik olan, havalandırması olmayan zirzəmidə qalmış geyimlərin ümumilikdə istifadəyə yararlığı da şübhə yaradır. Qalıq malların çoxunun bədən ölçülərinin böyük və kiçik olması da müşahidə olunur.

29. Sığorta hadisəsinin baş verib-verməməsini müəyyənləşdirmək məqsədi ilə 2020-ci il 4 sentyabr və 2020-ci il 9 sentyabr tarixlərində cavabdehin İdarə Heyətinin sədri Sabir Quliyev tərəfindən iddiaçının rəhbərliyinə məktublar ünvanlanmışdır.

30. Sığortalıya bildirilmişdir ki, cavabdehin “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” Qaydalarının 17-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə sığortalı aşağıdak ı vəzifəni yerinə yetirməlidir: lazımı xilasetmə və mühafizə tədbirlərini görməlidir; sığortaçının və ya səlahiyyətli nümayəndələrin sığorta hadisəsi ilə əlaqədar zərər çəkmiş binaya və yerlərə daxil olmasına və tədqiqat işlərinin aparılmasına icazə verməlidir. Sığortaçının tələbi ilə hadisənin baş vermə səbəblərini, zərərin miqdarını və səbəbini müəyyənləşdirməyə, zərərin ödənməsi hüququndan istifadə olunması üçün yararlı və sığortalı tərəfindən təmin edilməsi mümkün olan lazımı məlumat və sənədləri sığortaçıya verməlidir.

31. Hadisə yerinə baxış keçirilən zaman sığortalıdan sığorta şəhadətnaməsində qeyd edilən sənədlər, qaimələrin əsli və s. zəruri sənədlər bir daha tələb olunsa da, iddiaçı tərəfindən təqdim edilməmişdir. Təkrarən 2020-ci il 9 sentyabr tarixli məktublarında sığortalıya b ir daha lazımı sənədlər siyahısını təqdim etmişlər: Sığorta hadisəsi baş verdiyi halda sığortalanmış malların dəyərini təsdiq edən qeydiyyat hesabat sənədləri sığortaçıya təqdim edilməlidir. Anbarda və ya ticarət zalında olan malların qeydiyyatı barədə məlumatların sığorta hadisəsindən bir gün qabaqkı nüsxəsi (backup) elektron və ya yazılı formada anbar binasından və ya ticarət zalından kənar digər lokasiyada saxlanılmalıdır və sığorta hadisəsi baş verdiyi halda sığortaçıya təqdim olunmalıdır. Sığorta hadisəsi baş verdiyi halda hadisə tarixinə sığortalanmış malların qalıq dəyərini təsdiq edən qeydiyyat hesabat uçot sənədləri sığortaçıya təqdim edilməlidir. Sığorta hadisəsi baş verdiyi halda sığortalanmış qalıq malların dəyərini təsdiq edən rəsmi sənədlər olmadığı halda, alqı-satqı fakturas ı və ya gündəlik satış qeydləri olunan şəxsi hesabat dəftəri təqdim olunmalıdır.

32. Lakin iddiaçı bu məktuba cavab verməmiş, sənədləri təqdim etməmişdir. Həmçinin, iddiaçının geyim malları 2020-ci il 17 iyun tarixindən sığortalanmışdır. Subasma hadisəsinin bu tarixdən olduqca qısa müddət sonra baş verməsi kənar müdaxilə olması şübhəsini yaradır.

33. Bundan başqa, sığortalı tərəfindən təqdim edilən və subasma nəticəsində zərərə məruz qalan geyim əşyalarının alınmasına dair qaimələrə baxış keçirilən zaman həmin malların 2016-2017-ci illərdə ayrı-ayrı fiziki şəxslərdən baha qiymətə alındığı müəyyən edilsə də, qaimələrin vizual görünüşlərində köhnəlik əlamətləri hiss olunmamışdır. Hesab edirlər ki, həmin mallar satılmadığı üçün zirzəmidə yığılıb saxlanmış və qaimələr yüksək məbləğdə sığorta ö dənişinin alınması məqsədi ilə iddiaçı tərəfindən saxtalaşdırılmışdır.

34. Həmçinin, iddiaçının təqdim etdiyi zərər çəkmiş malların siyahısında sadalanan malların əksəriyyəti Kıgılı, Dolce Gabbana, X5 kimi brend marka adı ilə yazılmış, lakin baxış zamanı aşkar edilmişdir ki, malların etiketləri yuxarıda qeyd olunan brendlərə aid ola bilməz, etiketlərinin yazıları aydın çap edilməyib, yazı xətləri qeyri-bərabərdir. Malların siyahısında qeyd olunan ölçülər qeyd edilən brendlər tərəfindən istehsal edilmir. Bu faktlar zərərçəkmiş malların iddiaçı tərəfindən təqdim edilən qiymətlərini şübhə altına salır.

35. Əldə etdikləri şifahi məlumata görə iddiaçı bir il öncə eyni sığorta hadisəsi (subasma) ilə bağlı olaraq həmin ünvanda yerləşən mağaza üçün "xxxx" ASC-dən yüksək məbləğdə sığorta ödənişi al mışdır. Lakin iddiaçı cavabdehə bu məlumatı bildirməmiş, beləliklə mövcud sığorta riskini gizləmişdir. Bu fakt MM-nin 911.2-ci maddəsini pozmuş olur.

36. Həmçinin, 2020-ci il 2 iyun tarixində iddiaçı ilə "xxxx" ASC arasında “Ferrini” mağazası üçün könüllü əmlak sığortası müqaviləsi olmuşdur. Lakin 2020-ci il 23 iyun tarixində müqaviləyə xitam verilmişdir. İddiaçı bu faktı da gizləmişdir.

37. Sadalanan faktların aydınlaşdırılması və hadisə ilə bağlı cinayət işinin başlanması üçün müvafiq orqanlara müraciət etmişlər. 2020-ci il 30 noyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində toplanmış material araşdırılmanın davam etdirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarə sinə göndərilmişdir. X6 Nazirliyində təhqiqat aparılır.

38. Qarşılıqlı iddia tələbi MM-nin 337, 339, 935-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 155, 156-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

39. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli e-2-2(113)-412/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair ilkin iddiası təmin edilməmiş, ilkin iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, tərəflər arasında bağlanılmış 2020-ci il 16 iyun tarixli Pİ0171/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnaməsi və 2020-ci il 29 iyun tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnaməsi etibarsız hesab edilmiş, cavabdeh tərəfindən həmin əqdlər üzrə alınmış 1.359,61 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması qət edilmişdir (hakim - Leyla Əliyeva).

40. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2020-ci il 16 iyun tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000610 nömrəli və 2020-ci il 29 iyun tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000684 nömrəli sığorta müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında yerləşən sığortalıya məxsus daşınar əmlak (mağaza və anbar daxilində saxlanılan geyim əşyaları) yanğından və digər əlavə risklərdə, o cümlədən subasma hadisəsindən sığortalanmışdır. 2020-ci il 29 avqust tarixdə Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında yerləşən zirzəmidə subasma hadisəsi baş vermiş, nəticədə həmin ünvanda yerləşən sığorta predmeti olan geyim əşyalarına zərər dəymişdir.

41. Məhkəmə ilkin iddiaya baxılması nəticəsinin qarşılıqlı iddiaya baxılması nəticəsindən asılı olduğunu nəzərə alaraq ilk növbədə qarşılıqlı iddia tələbinə münasibət bildirməyi zəruri hesab etmişdir. Cavabdehin sığorta şəhadətnamələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı həmin sığorta müqavilələri bağlanarkən sığorta predmeti olan geyim əşyalarının yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında sığorta müqavilələri bağlanmışdan bir il əvvəl baş vermiş subasma hadisəsi barədə məlumat verməməklə sığortaçını aldatmışdır. Hazırkı işin mübahisəsiz h allarından görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən anbarda və mağazada saxlanılan geyim əşyalarını əvvəllər "xxxx" ASC-də yanğın və digər əlavə risklərdən sığortalamışdır (2019-cu il 30 aprel tarixli sığorta şəhadətnaməsinə əsasən). Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində - 2019-cu il 7 iyul tarixdə baş vermiş subasma hadisəsi nəticəsində sığorta predmeti olan geyim əşyaları zədələnmiş, geyim əşyalarına dəymiş zərərin məbləği 106.400 ABŞ dolları məbləğində qiymətləndirilmiş və dəymiş zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı mübahisəli sığorta müqavilələri bağlanarkən həmin hadisə barədə cavabdehə məlumat verdiyini iddia etsə də, göstərilən halı təsdiq edən hər han sı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təsdiq edilmiş 2011-ci il 19 iyul tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının Əsas Qaydaları”nın 6.1-ci bəndinə görə sığorta müqaviləsinin bağlanması zamanı sığortalı sığortaya cəlb olunacaq əmlak barədə ona məlum olan bütün məlumatı sığortaçıya bildirməyə borcludur.

42. İşin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilmişdir ki, sığorta predmetlərinin yerləşdiyi ünvanda bir il əvvəl baş vermiş sığorta hadisəsi hesab edilən hadisə barədə məlumat sığortaçının həmin müqavilələrin bağlanmasından imtina etmək, yaxud onları məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hal olduğu halda, sığortalı həmin hadisə barədə sığortaçı məlumat verməmiş, nəticədə sığortaçı sığorta risklərini düzgü n qiymətləndirilmə imkanından məhrum olmuşdur.

43. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, 2020-ci il 16 iyun tarixli Pİ0171/20 saylı və 2020-ci il 29 iyun tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnamələri bağlanarkən sığortalının aşkar edildiyi halda, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susduğunu, bununla qarşı tərəfi aldatdığını nəzərə alaraq belə qənaətə gəlir ki, həmin şəhadətnamələr aldadılan tərəfin tələbinə əsasən etibarsız hesab edilməlidir.

44. İşin mübahisəsiz hallarından isə görünür ki, iddiaçı tərəfindən 2020-ci il 16 iyun tarixli Pİ0171/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnaməsi üzrə 1.177,36 manat məbləğində və 2020-ci il 29 iyun tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası ş əhadətnaməsi üzrə 182,25 manat məbləğində sığorta haqları cavabdehə ödənilmişdir. Hazırkı qətnamə ilə sığorta şəhadətnamələri etibarsız hesab edildiyindən MM-in 337.5-ci maddəsinə əsasən cavabdeh həmin əqdlər üzrə alınmış 1.359,61 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmalıdır.

45. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi hazırkı qətnamə ilə etibarsız hesab edilmiş 2020-ci il 16 iyun tarixli Pİ0171/20 saylı və 2020-ci il 29 iyun tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnamələri üzrə sığorta ödənişinin sığortaçıdan tutulmasından ibarətdir. 2020-ci il 16 iyun tarixli Pİ0171/20 saylı və 2020-ci il 29 iyun tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnamələri etibarsız əqdlər olduğundan, həmin şəhadə tnamələr üzrə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Belə olan halda isə iddiaçı həmin əqdlərə əsaslanaraq sığorta ödənişinin həyata keçirilməsini cavabdehdən tələb etməkdə haqlı deyil.

46. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-in 337.4, 337.5, 339.2, 339.5, 385.1, 386.1, Azərbaycan Respublikası MPM-in 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

47. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ilk iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

48. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)-631/2021 saylı qətnaməsi il ə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Vidadi Məmmədov, hakimlər Vüsalə Baxışova və Raqib Qurbanov).

49. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qarşlıqlı iddianın əsaslarına görə, sığortalı iddiaçı sığorta müqavilələri bağlanarkən sığorta predmeti olan geyim əşyalarının yerləşdiyi ünvanda sığorta müqavilələri bağlanmazdan bir il əvvəl baş vermiş subasma hadisəsi barədə məlumat verməməklə sığortaçını aldatmışdır.

50. İşin mübahisəsiz hallarıdır ki, iddiaçı eyni anbar və mağazada saxlanılan geyim əşyalarını əvvəllər "xxxx" ASC-də 2019-cu il 30 aprel tarixli sığorta şəhadətnaməsinə əsasən yanğın və digər əlavə risklərdən sığortalamışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzind ə, yəni 2019-cu il 7 iyul tarixdə baş vermiş subasma hadisəsi nəticəsində sığorta predmeti olan geyim əşyaları zədələnmiş, geyim əşyalarına dəymiş zərərin məbləği 106.400 ABŞ dolları məbləğdə qiymətləndirilmiş və dəymiş zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı mübahisəli sığorta müqavilələri bağlanarkən həmin hadisə barədə cavabdehə məlumat verdiyini iddia etsə də, göstərilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

51. Cavabdeh tərəfindən təsdiq edilmiş 2011-ci il 19 iyul tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının Əsas Qaydaları”nın 6.1-ci bəndinə əsasən də, sığorta müqaviləsinin bağlanması zamanı sığortalı sığortaya cəlb olunacaq əmlak barədə ona məlum olan bütün məlumatı sığortaçıya bildi rməyə borcludur. Odur ki, sığorta predmetlərinin yerləşdiyi ünvanda bir il əvvəl baş vermiş sığorta hadisəsi hesab edilən hadisə barədə məlumat sığortaçının həmin müqavilələrin bağlanmasından imtina etmək, yaxud onların məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hal olduğu halda, sığortalı iddiaçı həmin hadisə barədə sığortaçı cavabdehə məlumat verməmiş, nəticədə sığortaçı sığorta risklərini düzgün qiymətləndirmə imkanından məhrum olmuşdur.

52. Azərbaycan Respublikası MM-in 883.1-ci maddəsində sığorta müqaviləsi üçün müəyyən olunmuş anlayışdan da aydın görünür ki, sığorta, sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən hadisənin baş verməsi əsasında ödənilməsini nəzərdə tutur. D eməli, sığorta, gələcəkdə baş verə bilməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq məlum olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Elə həmin anlayışda məhz “risklər” sözündən istifadə olunması mümkün sığorta hadisəsinin baş vermə imkanının ehtimallar əsasında güman edilməsi ilə bağlıdır. Bu səbəbdəndir ki, uzun illər ərzində dünyada formalaşmış işgüzar təcrübədə sığorta institutuna məhz bu kontekstdən baxılır. Sığorta şirkətinin baş verəcəyi öncədən məlum olan hadisəyə görə sığorta müqaviləsi bağlamağa razılıq verməsinin təsəvvür edilməsi mümkün deyil. Əks halda, sığorta şirkətlərinin həyata keçirdikləri kommersiya fəaliyyətindən mənfəət əldə etmə imkanı olmaz. Təsadüfi deyil ki, qanun eyni məntiqi sığorta hadisəsinə münasibətdə də nüma yiş etdirmişdir.

53. Azərbaycan Respublikası MM-in 922.3-ci maddəsinə görə, sığorta hadisəsi baş vermə ehtimalına və ya təsadüfilik əlamətlərinə malik olmalıdır. Yəni, sığorta hadisəsi o hadisə hesab edilir ki, onun gələcəkdə baş vermə imkanını ehtimallar əsasında proqnozlaşdırmaq mümkün olsun, belə hadisənin baş verə biləcəyi istisna edilməsin. Bu o anlama gəlir ki, baş verməsi labüd olan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz.

54. İddiaçı razılaşma bağlanarkən baş verməsi ona məlum olan hadisə barədə cavabdehə rəsmi məlumat verməmiş (bu məlumatı gizlətmiş), bununla MM-in 911.2-ci maddəsinin tələbini pozmuş, habelə cavabdehi razılaşmanı bağlayarkən öz maraqlarını qorumaq imkanından məhrum etmişdir. Bu səbəbdən, iddiaçı həmin hadisə ilə bağlı sığorta ödənişini tələb etməkdə ha qlı deyil.

55. Məhkəmə hesab etmişdir ki, Pİ0171/20 və Pİ0192/20 nömrəli yanğın və digər risklərdən sığorta şəhadətnamələri bağlanarkən iddiaçının, aşkar edildiyi halda cavabdehin əqd bağlamayacağı hallar barəsində susduğu, bununla sonuncunu aldatdığı nəzərə alınaraq, həmin şəhadətnamələr aldadılan tərəfin - cavabdehin tələbinə əsasən etibarsız hesab edilməlidir. Bu baxımdan, MM-in 339.5 (əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir) və 337.5-ci (əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cü mlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir) maddələrinə istinadən sığorta şəhadətnamələri üzrə alınmış 1.359,61 manat məbləğdə pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlı gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur.

56. Qeyd olunanlar sığorta şəhadətnamələri üzrə sığorta ödənişinin cavabdehdən tutulması tələbindən ibarət olan ilk iddianın faktiki hallarının müzakirəsinə lüzum duyulmadan əsassızlığına dəlalət edir. Pİ0171/20 və Pİ0192/20 nömrəli sığorta şəhadətnamələri etibarsız əqdlər olduğundan, həmin şəhadətnamələr üzrə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Belə olan halda isə iddiaçı həmin əqdlərə əsaslanaraq sığorta ödənişinin həyata keçirilməsini cavabdehdən tələb etməkdə haq lı deyil. İşin müzakirə edilən hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları əsassız sayır. Belə ki, həm işin xüsusi əhəmiyyətə malik mübahisəli halı, həm də apellyasiya şikayətinin əsas dəlili iddiaçının sığorta müqavilələri bağlanarkən əvvəllər baş vermiş məlum sığorta hadisəsi barədə cavabdehə məlumat verib-verməməsi ilə bağlıdır ki, iş materiallarında bu barədə heç bir mötəbər sübut mövcud deyil, iddiaçı da göstərilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Onun apellyasiya şikayətində istinad etdiyi faktlar isə daha çox şifahi mülahizə və ehtimal xarakterli olmaqla, MM-nin 911.2-ci maddəsində nəzərdə tutulan məlumat məzmununa malik olmadığından, ayrıca müzakirə edilmədən qəbul edilməmişdir.

57. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 337.5, 339, 386, 883.1, 911.2, 922.3, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərə məxsus elektron kabinetlərə 2021-ci il 9 iyul tarixdə yerləşdirilmişdir. 59. 2021-ci il 11 avqust tarixdə iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilmısinəı dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:

60. İddiaçı kassasiya şikayətində iddi a tələbində, apellyasiya şikayətində göstərdiyi hallara təkrarən toxunaraq bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamışdır.

61. Bundan başqa, cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, “əmlakın yanğın və əlavə risklərdən sığortalanması zamanı “daxili su riskinə münasibətdə sığorta: təminatı binanın kommunikasiya boru xətlərinin istismar edildiyi müddətin 20 ildən artıq olmaması şərti ilə verilir” bəndi olmuşdur. Lakin məlum olmayan səbəbdən iddiaçının təkidi ilə və cavabdehin əməkdaşlarının məsuliyyətsizliyi üzündən həmin bənd sığorta müqaviləsindən xaric edilərək tərtib edilmişdir. Qeyd olunan bənd müqavilədən çıxarılarkən iddiaçı sığorta agentinə həmin mağaza da əvvəllər su basması hallarının olduğu bildirilmiş, bu səbəbdən də həmin bəndin müqavilədən çıxarılmasını xahiş etmişdir və sığorta agenti bu barədə müvafiq olaraq cavabdehin baş idarəsinə bildirmişdir. Bir neçə gündən sonra həmin bəndin müqavilədən çıxarılmasının ancaq yüksək faizdə şərtsiz azad olma müqabilində mümkün ola biləcəyi bildirilmişdir. İddiaçı bununla razılaşmışdır. Bundan sonra cavabdeh İ saylı Qoşma əsasında sığortalanacaq malların qiymətini müəyyən edərək ümumi sığorta haqqı hesablamışdır.

62. Həmçinin, 2019-cu il 30 aprel tarixli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişi həyata keçirildikdən sonra həmin hadisənin izləri mağazada və anbarda qalmışdır. Əgər iddiaçı həmin hadisəni gizlətmək istəsəydi mağazada və anbarda kosmetik təmir iş ləri apararaq həmin izləri itirmiş olardı. Cavabdeh tərəfindan əmlaklar sığortalanarkən mağazaya və anbara bir neçə dəfə baxış keçirilmiş və foto şəkillər çəkilmişdir. Onlardan bəziləri e-mail vasitəsilə iddiaçıya göndərilmişdir. E-mail vasitəsilə göndərilmiş foto şəkillər məhkəməyə təqdim edilmişdir. Həmin foto şəkillərə baxış keçirən zamanda mağazada əvvəllər su basması olduğunun izləri görünür.

63. Azərbaycan Respublikası MM-in 911.2-ci maddəsində məlumat vermənin formasına aydınlıq gətirilməmişdir. Məhkəmə qətnaməsində “iddiaçı hadisə barədə cavabdehə məlumat verdiyini iddia etsə də, göstərilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir" qeyd edərkən iddiaçının şifahi halda vermiş olduğu məlumatı və yuxarıda göstərilənləri nəzərə almamışdır. Hazırki işdə cavabde h yazılı şəkildə məlumat verilməsini iddiaçıdan tələb etməmişdir və belə bir tələbin olduğu barəsində məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən məlumatın verilmədiyini sübut edəcək hər hansı bir fakt olmadığını məhkəmə nəzərə almamışdır.

64. Eyni zamanda, iddiaçı tərəfindən əvvəllər su basması halının olduğu barədə cavabdehə məlumat verməsi faktı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin 2021-ci il 8 yanvar tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında da öz təsdiqini tapır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, həmçinin cavabdehin nümayəndəsinin məhkəmə prosesində verdiyi ifadələr, ibtidai istintaq orqanlarındakı izahatlara əsasən açıq-aydın görü nür ki, hazırki işdə hər hansı bir aldadılmadan söhbət belə gedə bilməz. Əgər aldadılma faktı olsa idi, həmin fakt üzrə cinayət işi başlanmalı idi.

65. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konsitusiyasının 127, Azərbaycan Respublikası MM-in 5.3, 911.2, 922-926, 933, 934, Azərbaycan Respublikası MPM-in 14.2, 165, 217.4, 218.1, 220.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

66. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

67. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ilk iddianın təmin edilməsinə dai r qətnamə qəbul edilməsini xahiş etmişdir.

68. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

69. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. O na görə də, şikayət mümkün hesab edilmişdir.

70. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam həcmdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

71. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

72. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun e tibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərə kət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ g əlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər....” “Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə

899. Sığorta müqaviləsinin forması 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır:.... 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməs i şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;...” “Maddə

900. Sığorta müqaviləsinin məzmunu 900.1 Bu Məcəllənin 899.1.1.-ci maddəsində nəzərdə tutulmuş halda sığorta müqaviləsində aşağıdakılar göstərilməlidir:... 900.1.11. sığorta ödənişinin verilməsindən imtinanın əsasları; 900.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;...” “Maddə

901. Sığorta şəhadətnaməsi 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir....” “Maddə

905. Sığortalanan əmlakın dəyərinin mübahisə predmeti olması Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.” “Maddə

911. Sığorta müqaviləsinin bağlanması zamanı məlumat vermək vəzifəsi... 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir....” “Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.” “Maddə

935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:... 935.1.10. icbari sığor ta qanunlarında nəzərdə tutulmuş digər hallarda. 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz....” 73. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

22. Sığortalının hüquqları və vəzifələri... 22.2. Sığortalının vəzifələri aşağıdakılardır: 22.2.1. müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan, sərbəst olaraq seçdiyi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq və sığorta haqlarını bu Qanunla və müqavilə ilə müəyyən olunmuş qaydada ödəmək; 22.2.2. sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə, o cümlədən müvafiq icbari sığorta növü üzrə əvvəlki sığorta müqavilələri, bu müqavilələr üzrə baş vermiş sığorta hadisələri və həyata keçirilmiş sığorta ödənişləri barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək;...” 74. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun müvafi q müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;... 1.1.11. sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd; 1.1.12. sığorta qaydaları - sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən; bu Qanunun 16.5-ci maddəsinə uyğun olaraq maliyyə bazarları na nəzarət orqanı tərəfindən və ya bu Qanunun 16.6-cı maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və bu Qanunun tələbləri nəzərə alınmaqla qəbul edilən, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd;... 1.1.18. sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;...”

75. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olm adıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən məhkəməsinə təqdim edilir....” Maddə

80. Sübutların aid edilməsi şəxslər tərəfindən birinci instansiya Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV.Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı müqavilə bağlanarkən baş verməsi ona məlum olan hadisə barədə cavabdehə rəsmi məlumat verməmiş (bu məlumatı gizlətmiş), bununla MM-in 911.2-ci maddəsinin tələbini pozmuş, habelə cavabdehi razılaşmanı bağlayarkən öz maraqlarını qorumaq imkanından məhrum etmişdir. Bu səbəbdən, iddiaçı həmin hadisə ilə bağlı sığorta ödənişini tələb etməkdə haqlı deyil.

77. Kollegiya kassasiya şik ayətinin dəlillərinə qiymət verərkən, işin müəyyən edilmiş aşağıdakı hallarını mülki qanunvericiliyin tələbləri baxımından qiymətləndirir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. 78.Belə ki, iddiaçının eyni anbar və mağazada saxlanılan geyim əşyalarını əvvəllər "xxxx" ASC-də 2019-cu il 30 aprel tarixli sığorta şəhadətnaməsinə əsasən yanğın və digər əlavə risklərdən sığortalaması, həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni 2019-cu il 7 iyul tarixdə baş ve rmiş subasma hadisəsi nəticəsində sığorta predmeti olan geyim əşyalarının zədələnməsi, dəymiş zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin həyata keçirilməsi işin mübahisəsiz hallarıdır.

79. İddiaçı tərəfindən eyni anbar və mağaza 2020-ci il 16 iyun tarixli Pİ0171//20 saylı və 2020-ci il 29 iyun tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnamələri əsasında yenidən sığortalanmışdır (bax yuxarıda işin halları 1-3-cü bəndlər). 80. "xxxx" ASC ilə müqavilə 2019-cu il 30 aprel tarixində imzalanmış, sığorta hadisəsi təxminən 2 ay sonra baş vermişdır. Sığorta ödənişinin həyata keçirilməsinə əsas baş vermiş subasma hadisəsi nəticəsində sığorta predmeti olan geyim əşyalarının zədələnməsi halı olmuşdur.

81. Həmçinin, işin materialına əlavə edil miş 2020-ci il 2 dekabr tarixli O-A-2020-0703 saylı “Atəşgah” Sığorta şirkətinin cavabdehə ünvanlandığı məktubdaqeyd olunmuşdur ki, “... məktubunuzda adı keçən İddiaçı MMC ilə bizim aramızda, onun Ferrini mağazası üçün 01.06.2020 tarixində başlayan könüllü əmlak sığortası olub. Lakin, 23.06.2020-ci il tarixində sığorta haqqı tam şəkildə sığortalıya qaytarılmaq şərti ilə bu müqaviləyə xitam verilmişdir.”

82. Hazırki mübahisə üzrə sığorta şəhadətnamələri 2020-ci il 16 iyun və 2020-ci il 29 iyun tarixlərində verilmiş, hadisə isə təxminən 2 ay sonra baş vermişdir. 35 saylı MKİS-in mühəndiləri tərəfindən tərtib edilmiş akta əsasən, iddiaçıya məxsus “Ferrini” geyim dükanına keçirilmiş baxış zamanı 2020-ci il 29 avqust tarixdə ümumi su xəttinin partlaması, nəticədə 31 m2 sahəsi olan anbarda saxl anılan geyim mallarının tamamilə suya batması müəyyən edilmişdir (bax yuxarıda işin halları 4-cü bənd).

83. Göründüyü kimi, iddiaçının anbar və mağazası yaxın tarixlərdə (təxminən 1 il fasilə ilə) ayrı-ayrı iki sığorta şirkəti ilə sığorta müqaviləsi və şəhadətnaməsi ilə sığortalanır və təxminən 2 ay keçdikdən sonra eyni hadisə - subasma nəticəsində iddiaçının əmlakına ziyan vurulur. İddiaçı baş vermiş subasma hadisəsi nəticəsində sığorta predmeti olan geyim əşyalarının zədələnməsini əsas gətirərək sığorta ödənişi tələbi ilə cavabdehə müraciət etmişdir.

84. Bu zaman nəzərə alınmışdır ki, birinci subasma zamanı yaranmış ödəniş 2020-ci il 1 iyun tarixində iddiaçıya qaytarılmış, cavabdehlə sığorta münasibətləri isə eyni ildə, eyni ayda, eyni əsasla yaranmış və oxşar vaxt aralığı ilə eyni hadis ə (subasma) baş vermişdir.

85. Həmçinin işin materialında olan qaimə-fakturaların təsdiq olunmuş surətlərindən müəyyən edilmişdir ki, həmin sənədlər 2016-2017-ci il tarixlidir. İddiaçıya məxsus geyim mağazasında və anbarında 2019-cu ildə baş vermiş subasma hadisəsinə görə "xxxx" ASC tərəfindən sığorta ödənişi edildiyi halda, yenidən 2020-ci ildə baş vermiş subasma hadisəsi zamanı məhz eyni illərə-2016-2017-ci illərə aid qaimə-fakturalar əsasında alınmış geyimlərin məhv olması iddia olunur. Bundan əlavə, həmin qaimə-fakturalarda qeyd olunmuş geyim markalarının adlarında da uyğunluq var. Hazırki mübahisə üzrə sığorta ödənişinin tələb olunduğu geyimlərin, zədələndiyi üçün əvvəl sığorta ödənişi verilmiş məhsullar olmaması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. 8

6. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətinin dəliləri Azərbaycan Respublikası MM-nin 911.2-ci maddəsində sığortalı (iddiaçı) üçün nəzərdə tutulmuş öhdəliyin icra edilməsi nəticəsinə gəlməyə imkan vermir. Maddənin məzmununa görə sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Normada yalnız sığortaçının tələb edildiyi təqdirdə verilməli olan məlumatlar deyil, həmçinin imperativ şəkildə sığortalının özü tərəfindən də sığortaçıya məlumat verməli olması dəqiq şəkildə göstərilmişdir. Bu məlumatlara müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar daxildir. 87.İddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 911-ci maddəsinin düzgün tətbiq edilməməsi ilə bağlı dəlilində, həmçinin Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin 2021-ci il 8 yanvar tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına istinad edərək, aldadılmanın olmamasını, əgər aldadılma faktı olsa idi, həmin fakt üzrə cinayət işinin başlanmalı olmasını bildirmişdir.

88. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsassız hesab edərək qeyd edir ki, heç də bütün qanuna, qaydaya, müqaviləyə və ya ümumqəbuledilmiş işgüzar adətlərə uyğun olmayan hərəkət və ya hərəkətsizliyə görə cinayət işi açılmır. Cinayə t qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir (CM-in 14.2-ci maddəsi).

89. Baxılan iş üzrə iddiaçının müqavilə bağlanarkən davranışı həm mülki və sığorta münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri, həm də işin materialına əlavə edilmiş cavabdeh tərəfindən təsdiq edilmiş 2011-ci il 19 iyul tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas Qaydaları”nın 6.1-ci bəndinin tələbi ilə (bax yuxarıda mətndə 51-ci bənd) uyğunluq təşkil etməmişdir.

90. Beləliklə, məhkəmə kolle giyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

91. Şərh edilənləri və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 22(103)-631/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar