Məhkəmə qərarları › İş №2-2(102)-479/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-479/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-479/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: müqavilənin ləğvi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu sədrliyi və məruzəsi, hakimlər X1 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(103)- 303/2023 say lı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 11 yanvar tarixli 1 nömrəli alqı-satqı müqaviləsinə əsasən icraçı sifarişçini ona məxsus sahədə (Azərbaycan Respublikası Ağsu rayonu, Rəhimağalı kəndində yerləşən bağ sahəsi) 1 dəst damlama suvarma sistemi ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Samux rayonu, Nəbiağalı qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh məxsus Samux rayonu, Samux şəhəri ünvanında yerləşən 37 ha torpaq sahəsinin 37 ha-da 1 dəst damlama suvarma sistemi quraşdırılacaqdır. 2.1-ci bəndə əsasən malların və onların çatdırılması daxil olmaqla ümumi dəyəri 187.000 manat təşkil edir. 3.1-ci bəndə əsasən bu müqavilə üzrə 2.1-ci bənddə qeyd edilən malların dəyəri, yəni 115.600 manat müqavilə imzalandıqdan sonra təqdim edilən hesab faktura əsasında 5 iş günü ərzində sifarişçi tərəfindən avans olaraq icraçının qeyd etdiyi bank hesabına nağdsız qaydada köçürülür. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə dəyərinin qalanı, yəni 71.400 manat mallar Türkiyə Respublikasından çıxdıqdan sonra ödənilməlidir. 4.1-ci bəndə əsasən müqavilədə qeyd edilən malların çatdırılma şərtləri CİP, Azərbaycan Respublikası Samux şəhəri, mallar sifarişçi tərəfindən ilk ödəniş ödənildikdən sonrakı 30 təqvim günü ərzində bu bənddə qeyd edilən ünvana çatdırılmalıdır. 2. 2021-ci il 30 iyun tarixli zəmanət aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 11 yan var tarixli müqaviləyə əsasən 1 dəst çiləmə-suvarma sistemi üçün zəmanət verilmişdir. Qeyd edilən müddət ərzində istismar zamanı yarana biləcək nasazlıqlar, istehsalçı tərəfindən buraxılmış hər hansı bir qüsur ortaya çıxarsa ödənişsiz olaraq yerinə yetiriləcəkdir. Əgər istirmarçı tərəfindən yaranan nasazlıq əmələ gələrsə razılaşma əsasında servis xidməti tərəfindən ödənişli olaraq aradan qaldırılacaq. 3. 2021-ci il 30 iyun tarixli təhvil-təslim protokoluna əsasən bir dəst damlama suvarma sistemi İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmiş, akt İddiaçı MMC tərəfindən təsdiq edilsə də, Cavabdeh tərəfindən təsdiqlənməmişdir.

4. Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2021-ci il 27 yanvar tarixli 010İNT********** nömrəli ödəniş tapşırığı ilə 17.000 manat, 2021-ci il 15 mart tarixli 010İNT****** **** nömrəli ödəniş tapşırığı ilə 10.000 manat, 2021-ci il 17 mart tarixli 010İNT********** nömrəli ödəniş tapşırığı ilə 10.000 manat, 2021-ci il 19 mart tarixli 010İNT********** nömrəli ödəniş tapşırığı ilə 10.000 manat, 2021-ci il 30 mart tarixli 010İNT********** nömrəli ödəniş tapşırığı ilə 10.000 manat, ümumilikdə 57.000 manat pul vəsaiti köçürülmüşdür.

5. Cavabdeh İddiaçı MMC-yə 2020-ci il 27 may tarixdə pretenziya ünvanlayaraq tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əməl edilməsi, 10 gün müddətində damlama suvarma sisteminin gətirilərək quraşdırılması tələb edilmiş, əks təqdirdə əldən çıxmış faydanın tələb edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

6. Cavabdeh tərəfindən İddiaçı MMC-yə göndərilmiş digər pretenziyalarda də ymiş ziyana görə 221.000 manat pulun ödənilməsi, müqavilənin ləğv edilməsi, damlama suvarma sisteminin geri qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

7. Cavabdeh 2021-ci il 7 sentyabr tarixdə İddiaçı MMC-yə məktub ünvanlayaraq damlama suvarma sistemi ilə bağlı işlərin tam görülmədiyini, işin keyfiyyətinin çox aşağı olduğunu bildirmiş, bu səbəbdən ona göndərilmiş 2022-ci il 23 avqust tarixli EBBG saylı 828279 saylı elektron qaiməni ləğv etməyi tələb etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra – “MMC”) Cavabdeh (bundan sonra – “Cavabdeh”) qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin xeyrinə 155.000 manat əsas borc, 400 manat mediasiy a xərci, 100 manat vəkil xidməti xərci olmaqla, ümumilikdə 155.500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra MMC iddia tələbini dəqiqləşdirərək, Cavabdeh müqavilə öhdəliklərinə görə 168.800 manat, faiz borcu olaraq 21.505 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat, 100 manat vəkil xərci olmaqla, ümumilikdə 190.805 manat pulun MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqavilə şərtlərinə görə, MMC Cavabdeh 187.000 manat dəyərində 1 dəst damlama suvarma sistemi ilə təmin etməyi, Cavabdeh isə onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ödəniş şərtlərini yerinə yetirməsə də, MMC öz öhdəliklərini icra etmiş və damlama sulama sistemini quraşdıraraq Cavabdeh təhvil vermişdir. Müqavilə imzalandıqdan dərhal sonra damlama sulama sisteminin Türkiyə Respublikasındakı istehsalçılarına müvafiq sifarişlər verilmişdir. Cavabdeh məxsus 37 ha torpaq sahəsinin təxminən 10 ha hissəsində damlama suvarma sistemi quraşdırılmışdı, həmin sistem köhnəlmişdi, müqavilə imzalanarkən Cavabdeh atası Cavid Hüseynov həmin köhnə sistemdən narazılığını bildirib, yaxşı işləmədiyini qeyd etmiş və təxminən 10 ha ərazidə quraşdırılmış həmin sistemin sökülərək yenilənməsinin MMC tərəfindən həyata keçirilməsi barədə razılaşma əldə edilmişdir. Türkiyə Respublikasındakı istehsalçı şirkətlərə 187.000 manatlıq damlama sulama sisteminin tədarük edilməsi üçün sifariş veriləndən sonra, Cavabdehla şifahi razılaşma ilə qərara gəlinmişdir ki, ərazidəki hovuza artezian quyusundan su hovuzunadək su xətti çəkilsin, tikilmiş köhnə hovuz (hovuzun içi plastik neylon örtüklə örtülmüşdü) sökülsün və genişləndirilsin, suvarma sistemini idarə etmək üçün əraziyə quraşdırılmış və texnoloji olaraq köhnəlmiş kompüterli suvarma idarə sistemi yeni kompüter idarəetmə sistemi ilə təmin edilsin. Nəticədə, (kompüter avadanlığı xaric) 25.000 manata yaxın əlavə avadanlıq (boru, kəmərbənd və sairə zəruri ləvazimat) sifariş edilərək Türkiyədən gətirilmişdir. Ümumilikdə, müqavilənin dəyəri ilkin 187.000 manat olmuş, lakin əlavə sifarişlərlə həmin ərazidə 212.000 manatlıq avadanlıq quraşdırılmışdır. Müqavilə dəyərindən artıq olan 25.000 manat məbləğində avadanlığın quraşdırılması şifahi razılaşdırılmışdır. Cavid Hüseynov quraşdırma işləri yekunlaşan dan sonra bütün lazımi sənədləşməni aparacağına söz vermişdir. Kompüter idarəetmə sisteminin yenilənməsi üçün təmin edilmiş kompüterin qiyməti 4000 ABŞ dolları olmuşdur, həmin məbləğ şifahi razılaşdırılmış, imzalanmış müqavilə məbləğinə daxil olmamışdır. Hovuz tikintisi üçün işçilik xərcləri də işlərin aparılması zamanı şifahi razılaşdırılmış, müqavilə məbləğinə daxil edilməmişdir. Köhnə hovuz sökülüb, genişləndirilmə zamanı hovuzun yaxınlığında yerləşən və Cavabdeh məxsus olan tikilinin maneçilik etməsinə görə, hovuzun simmetrik genişləndirilməsi mümkün olmayacağı, əyrilik qalacağı müəyyən olunmuşdur. Tikilmiş hovuzdakı əyrilik onun təyinatına uyğun istifadəsinə mane olmur. Ümumilikdə, damlama sulama sistemi quraşdırılıb, faktiki Cavabdeh təhvil veriləndən sonra MMC-nin işçiləri 3 dəfə hə min sistemdə təmir işləri aparmışdır. Belə ki, bir dəfə Cavabdeh tərəfindən ərazidə kotanlı traktor vasitəsi ilə əkin aparılmış, borular darmadağın edilmiş, bir dəfə hovuza düzgün baxılmadığına görə filtrlər neylon torbalarla dolaraq zibillənmiş, bir dəfə də elektrik sistemi düzgün hesablanmadığına görə naqillər sıradan çıxmışdır. Damlama sulama sistemi layihələndiriləndə, Cavabdeh bildirmişdir ki, hər cərgə arasında 5 metr məsafə, cərgədəki ağaclar arasında isə 3 metr məsafə olacaqdır. Damlama sulama sisteminin layihəsi bu (5X3, beşin üçə) göstərici əsas alınaraq planlaşdırılmışdır. Daha sonra isə sifariş verilib, avadanlıq Türkiyədən gətiriləndən sonra məlum olmuşdur ki, Cavabdeh özbaşına olaraq MMC-yə bildirmədən bağın əkin ölçülərini (4X1.5, dördün bir yarıma) dəyişdirmişdir. Bundan ba şqa, Cavabdeh bağın ilkin cərgə sayını dəyişdirərək, əlavə cərgələr əkmişdir. Bu kimi səbəblərdən də işlək yol dar olmuşdur. Elektromaqnit klapanlar işlək yolun üzərində quraşdırılmasına görə MMC məsuliyyət daşımır. Həmin klapanlar və həmin xətt əvvəlki köhnə sökülmüş sistemin yerində quraşdırılmışdır. Yəni xəttin quraşdırıldığı yerdə artıq əvvəlcədən (bir neçə il əvvəl) köhnə başqa sistem salınanda ayrıca işlək yol qoyulmamış, cərgələr arası məsafə maşın və texnika yolu nəzərdə tutulmadan müəyyən edilmişdir.

11. MMC damlama sulama sistemini quraşdıraraq təhvil verdikdən sonra, Cavabdeh məxsus ərazidə işləyən işçilərə həmin sistemdən istifadəni də öyrətmişdir. Cavabdeh həmin işçiləri tez-tez işdən çıxartdığına, xırda bəhanə ilə işdən qovduğuna və işə götürdüyü yeni işçilərə işi öyrətmədi yinə görə damlama sulama sisteminin istismarında Cavabdeh qaynaqlanan problemlər yaranmışdır, işçilərə maaş vaxtında verilmədiyinə, onlara qarşı kobud davranıldığına görə işçilər damlama sulama sisteminin istismarına və baxımına laqeyd yanaşmışlar. MMC-nin əməkdaşları bir neçə dəfə təmir servis xidməti üçün Cavabdeh məxsus Samux rayonundakı 37 ha bağ sahəsinə getmişlər və hər dəfə orada damlama sulama sistemini işlətmək üçün yeni işçilərin işə götürüldüyünün şahidi olmuşlar. Bununla əlaqədar Cavabdeh MMC-nin işçiləri tərəfindən irad bildirilərək, işi öyrənən işçilərin işdən çıxarılmasının damlama sulama sisteminin işinə mənfi təsir göstərdiyi bildirilmişd, lakin Cavabdeh "xxxx" deyərək, MMC-nin işçilərini təhqir etmişdir. Cavabdeh atası Cavid Hüseynov həmçinin MMC-nin işçilərinin işlərini görməsinə maneə yaratmış, təmir işləri aparmaq üçün əraziyə göndərilmiş işçiləri döyməklə, məhv etməklə hədələmiş, onları nalayiq söyüşlərlə təhqir etmişdir. Həmçinin, Cavid Hüseynov telefon vasitəsi ilə də MMC-nin işçilərini təhqir edərək hədələmişdir (həmin telefon danışıqlarının yazısı zərurət olduğu təqdirdə təqdim edilə bilər).

12. Beləliklə, MMC müqavilə üzrə öhdəliklərini artıqlaması ilə icra etmiş, Cavabdeh məxsus Samux rayonu, Ağyer kəndi ərazisində yerləşən 37 ha torpaq sahəsində damlama sulama sisteminin qurulması üçün ümumilikdə 218.800 manat məbləğində avadanlıq quraşdırılmışdır. Həmin avadanlıqların dəyərinin 57.000 manat hissəsi Cavabdeh tərəfindən ödənilmişdir. Onun qalıq borcu 161.800 manatdır. MMC-yə məxsus pul vəsaitini 1 il 10 ay özündə saxlayan Cavabdeh pulu vaxtında ö dəmədiyinə görə, ödəməsini gecikdirdiyi pul vəsaitinin 7.25% həcmində faiz ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı 2020-ci il 31 yanvar tarixində uçot faiz dərəcəsini 7.25% müəyyən etmişdir. Beləliklə, Cavabdeh 161.800 manat pulu 1 il 10 ay (2022-ci il 11 noyabr tarixinədək) özündə saxladığı üçün illik 7,25% faiz dərəcəsi əsas alınmaqla, 21.505 manat faiz ödəməlidir. Həmçinin 400 manat mediasiya xərcinin əvəzi, 100 manat vəkil xidməti üçün ödənilmiş pulun əvəzi də Cavabdeh tərəfindən ödənilməlidir.

13. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddələrinə istinad edilmişdir.

14. Cavabdeh tərəfindən ilkin iddia tələbinə qarşı etiraz təqdi m edilməmişdir.

15. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərinin rədd edilməsini, tərəflər arasında bağlanmış 2021-ci il 11 yanvar tarixli 1 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və damlama suvarma sisteminin MMC-yə geri qaytarılması, damlama suvarma sisteminin alınması və qurulması üçün ödənilmiş 91.000 manat pul vəsaitinin, Cavabdeh vurduğu zərərə görə 130.000 manat, işgüzar nüfuzuna xələl yetirilməsi və iş vaxtının itirilməsinə görə 10.000 manat və ödənilmiş 521 (400 manat mediasiya xərci) dövlət rüsumunun, cəmi 231.521 manat pul vəsaitinin MMC-dən tutularaq Cavabdeh ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2021-ci il 11 yanvar tarixli 1 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən göstərilən xidmətin ümumi dəyəri 187.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icraşı 3 təqvim günü ərzində 1 dəst suvarma sistemini sifarişçiyə təhvil verməli idi. Lakin MMC bu öhdəliyinə əməl etməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən MMC-yə 2021-ci il 27 may tarixdə pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubu 2021-ci il 16 iyun tarixdə MMC tərəfindən qəbul edilmişdir. Bu MMC-nin ilk qanunsuz hərəkəti idi və Cavabdeh ilkin zərəri 1 dəst suvarma sisteminin çatdırılmasını gecikdirməklə vurmuşdur. 17. 2021-ci il 11 yanvar tarixli 1 nömrəli alqı-satqı müqaviləsinin 4.3-cü bəndində qeyd edilir ki, icraçı tərəfindən göndərilən malların sifarişçiyə məxsus sahədə boşaldılması zamanı ma llarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyəri hesablanaraq icraçı tərəfindən sifarişçiyə geri ödənilməlidir. Sözügedən müqavilənin 4.4-cü bəndinə əsasən icraçı tərəfindən malların çatdırılaraq sifarişçiyə onun podrat sahəsində təhvil verilməsini təsdiq edən iki eyni hüquqi qüvvəyə malik olan nüsxədə təhvil-təslim aktı ilə rəsmiləşdirilir. MMC bu hissədə də müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Belə ki, suvarma sistemi quraşdırıldığı ilk gündən problemli olduğu müəyyən edilmişdir və bu barədə dərhal MMC-yə məlumat verilmişdir. Lakin tərəflər arasında təhvil-təslim aktı bağlanmamışdır. Çünki 1 dəst suvarma sistemində nöqsanlar olduğundan Cavabdeh tərəfindən qəbul edilməmişdir. Nöqsanların yaranmasının əsas səbəblərindən biri də Cavabdeh tərəfindən MMC-yə verilmiş sifarişin icrasının peşəkar olmayan şəxslərə həvalə edilməsi olmuşdur. Belə ki, suvarma sistemi səhv quraşdırıldığından tez-tez qəzalar baş vermiş, demək olar ki, suvarma sistemindən ümumiyyətlə istifadə etmək mümkün olmamış və bağın sulanması dayandığından meyvə ağacları susuzluqdan məhv olmuşdur. İsti yay aylarında suvarma sisteminin dəfələrlə sıradan çıxması və bu yaranmış nöqsanların MMC tərəfindən gah gec də olsa aradan qaldırılması, gah da ümumiyyətlə aradan qaldırılmaması Cavabdeh külli miqdarda ziyan etməsinə səbəb olmuşdur. MMC-nin belə etinasız hərəkətləri Cavabdeh haqlı narazılığını yaratmışdır. MMC tərəfindən suvarma sistemi quraşdırılarkən aşağıdakı nöqsanlara yol verilmişdir. Belə ki, suvarma sisteminin aparatları bağ sahəsinin işlək ərazisində quraşdırıldığından kən d təsərrüfatı təyinatlı texnikaların həmin ərazidə hərəkətinə ciddi maneələr yaratmışdır. Suvarma sisteminin xəttləri (su boruları) yola yaxın məsafədən lazımi dərinliyə salınmadan çəkilmişdir ki, bu da həmin xətlərin texnikanın təkərləri altında qalaraq sınmasına səbəb olur. Suvarma sisteminin xətləri (su boruları) qatlanaraq torpağın altına salınmışdır ki, bu da suvarma sisteminin düzgün işləməməsinə və tez-tez sıradan çıxmasına səbəb olmuşdur. Motorxanada sistem düzgün quraşdırılmadığından klapanlar suyu saxlamır və bu səbəbdən də ötürücü sistemə su düzgün ötürülmür. Su hovuzu düzgün tikilmədiyindən sahibkar tərəfindən yenidən su hovuzunun qurulması işləri aparılmışdır.

18. Bundan əlavə Cavabdeh mülkiyyətində olan Samux şəhəri, Ağyer adlanan ərazidə yerləşən bağ sahəsinə Samux şəhər İcr a Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, Samux Bələdiyyəsi və Gəncə çay SİB nümayəndələri tərəfindən 2022-ci il 7 yanvar tarixdə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Həmin aktdan da məlum olur ki, suvarma sistemlərinin çəkilməsi düzgün aparılmamışdır və suvarma avadanlıqları sıradan çıxmışdır. Həmçinin yol verilmiş nöqsanlar və bağa maddi ziyan dəydiyi aktda qeyd edilmişdir. Bütün bu nöqsanlardan MMC-nin məlumatı olsa da, həmin nöqsanları aradan qaldırmamışdır. MMC-nin belə hərəkətləri 2021-ci il 11 yanvar tarixli 1 nömrəli alqı-satqı müqaviləsinin 6-cı bəndinin tələblərinə ziddir. Çünki həmin bəndə əsasən icraçı, yəni MMC satılan mallara zəmanət verdiyini bildirmişdir. Lakin Cavabdeh suvarma sistemindən ümumilikdə 4 ay belə istifadə edə bilməmişdir. Bu səbəb dən də Cavabdeh məcburiyyət qarşısında qalaraq bağ sahəsinin tam qazılaraq suvarma sisteminin yenidən qurulmasını, su hovuzunun yenidən tikilməsini həyata keçirmişdir. Bununla da, Cavabdeh külli miqdarda ziyan dəymişdir. Hazırkı suvarma sisteminin alınması üçün Cavabdeh tərəfindən MMC-yə 2021-ci il 27 yanvar tarixdə 17.000 manat, 2021-ci il 15 mart tarixdə 10.000 manat, 2021-ci il 17 mart tarixdə 10.000 manat, 2021-ci il 19 mart tarixdə 10.000 manat, 2021-ci il 30 mart tarixdə 10.000 manat bank vasitəsilə və 20.000 ABŞ dolları əlbəəl MMC-nin əməkdaşı Yılmaz adlı (+**********320) şəxsə verilmiş, ümumilikdə Cavabdeh tərəfindən MMC-yə 91.000 manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə, MMC-nin suvarma sistemini nasaz təhvil verməsi və sistemin düzgün quraşdırılmaması nəticəsində 37 ha bağ sa həsində yerləşən 32.000 ədəd ağacdan 20.000 ədəd ağacın susuzluqdan yanmasına və ağacların bar verməməsinə səbəb olaraq Cavabdeh 130.000 manat məbləğində ziyan vurmuşdur. Dəfələrlə MMC-nin rəhbərliyinə müraciət edərək suvarma sisteminin geri qaytarılmasını tələb etsələr də, MMC suvarma sistemini geri qaytarmamış, nə də ki, nöqsanları aradan qaldırmamışdır. Məcburiyyət qarşısında qalan Cavabdeh bağ sahəsində yenidənqurma işləri aparır. MMC-nin qanunsuz hərəkətləri nəticəsində Cavabdeh 10.000 manat məbləğində ziyan dəymişdir.

19. Məhkəmənin 2022-ci il 4 aprel tarixli e-2-2(113)-1202/2022 nömrəli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-nin müvafiq mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ta pşırılmışdır.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 6 oktyabr tarixli 10/2604 nömrəli ekspert rəyindən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 11 yanvar tarixli 1 saylı alqı-satqı müqaviləsinə əsasən MMC tərəfindən Cavabdeh məxsus 37 ha torpaq sahəsində 1 dəst damla suvarma sistemi quraşdırılacaqdır. Baxış zamanı MMC-nin nümayəndəsi ilə suvarma sisteminin işlək vəziyyətinin yoxlanması üçün eksperiment keçirilmişdir. Aparılmış eksperiment nəticəsində, ərazidə ağacların suvarmasının ardıcıllıqla aparılması və tam işlək vəziyyətə gətirilməsi mümkün olmamışdır. Belə ki, sonuncu ağaclara su çatmamış və boru xətlərində tam suyun təzyiqinin qaldırılması mümkün olmamışdır. Qeyd olunur ki, suvarma sistemlərinin q uraşdırılması xüsusi növ işlərə aid olduğu üçün tədqiqat mütəxəssis rəyinə əsasən aparılır. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən Samux rayonunda 37 ha torpaq sahəsində quraşdırılmış suvarma sistemində aşağıdakı qüsurların olduğu müəyyən olunur: sahə üçün nəzərdə tutulan damlama suvarma sistemi hidravlik hesablamalar cəhətindən düzgün planlanıb, lakin montaj və icra zamanı müəyyən qüsurlara yol verilib. Məsələn, suvarma idarəetmə cihazı (taymer) düzgün ayarlanmayıb. Bu səbəbdən sahədə suvarma düzgün aparılmır, yəni suvarma bərabər şəkildə həyata keçirilmir. Birinci hissədə 3 qurşaq şaftalı, 2 qurşaq gilas və 2 ha armud bir yerdə sulanır. Digər qurşaqlarda da avtomatika düzgün aparılmır, yəni suvarma bərabər şəkildə həyata keçirilmir. Birinci hissədə 3 qurşaq şaftalı, 2 qurşaq gilas və 2 ha armud bir yerdə sulanır. Digər qurşaqlarda da avtomatika düzgün ayarlanmadığı üçün suvarma sistemi düzgün işləmir, meyvə seçimi qarışıb. Ərazidə 7 cərgə gilasın köçürülməsi mütləqdir. Ərazidə 1, 2, 3, 4 və 18 nömrəli elektromaqnit klapanlar (solenoid) düzgün montaj edilib, digərləri isə işlək yolun üzərində quraşdırılıb ki, bu da maneçilik törədir. Mütləq şəkildə həmin klapanların yerləri dəyişdirilməlidir. 18 elektromaqnit klapan (gavalı) xəttinin yeri dəyişdirilmişdir, paylama xəttinin yeri düz seçilmədiyinə görə 2 və 4-cü sahələrin montajı düz aparılmışdır, lakin sonradan PVC (polivinil xlorid) borular PE (polietilen) borularla əvəz edilmişdir. Səbəb - əkin ölçülərin dəyişdirilməsidir, ilkin sifariş cərgələr arası 5 metr məsafəni nəzərdə tuturdu, sonradan bu göstərici 4 metrə dəyişdi rildi. Ərazidə 7 sızma və sıradan çıxma ərazisi müəyyən olunmuşdur ki, bunlardan biri kənardan fiziki təzyiq nəticəsində, altısı isə montaj zamanı yol verilən səhvlər nəticəsində yaranıb. Bu nöqsanlardan 4-ü ərazidəki işçilər, 3-ü isə montaj həyata keçirən şirkət tərəfindən bərpa olunub. Ərazidə istifadə olunmuş materialların keyfiyyətinə gəlincə bildirilir ki, sahədə suvarma sahəsində tanınan, brend hesab edilən mallardan istifadə olunub. Mallar keyfiyyətlidir və sertifikatlaşdırılıb. Su hovuzu ilə əlaqədar görülmüş işlər sifarişçini qane etməyib, belə ki, hovuz simmetrik tikilməyib (sifarişçinin iddiasına görə hovuzda su sızmaları olub, lakin icraçı bununla razılaşmır). Sifarişçi yuxarıda qeyd olunanlar səbəbindən podratçı şirkətə xəbər vermədən öz tərəfindən hovuzda təmir və yenidənqurm a işləri aparıb. Gölə atılan su qəbulu klapanı (əks klapan) su saxlamadığı üçün borusu ilə birilikdə sifarişçi tərəfindən dəyişdirilib. Nasosun invertor sistemi düzgün çalışmadığı üçün bir neçə dəfə sifarişçi tərəfindən ayarlanıb və bu gün işlək vəziyyətdədir. Əlavə olaraq qərardadda qoyulan 5 və 6-cı sualları cavablandırmaq qeyri-mümkündür, çünki suvarma sahəsinə aid olan malların qiyməti mütəmadi olaraq xammalla əlaqədar dəyişir. Çəkilən zərər və bərpa üçün tələb olunan vəsait yalnız bu işi icra edəcək şirkətlə razılaşdırılıb müəyyən edilməlidir. Maddi ziyan isə yenidən alınması lazım olan və xarab olmuş məhsulların dəyərinin müəyyən olunması ilə məlum edilə bilər. Suvarma avadanlıqları və malları əraziyə gətirilərkən hər hansı bir təhvil-təslim aktı imzalanmayıb və işlərin təhvil verilm əsi haqqında hər hansı bir sənəd mövcud deyil.

21. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli e-2-2(113)-1202/2022 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 2021-ci il 11 yanvar tarixli 1 saylı alqı-satqı müqaviləsi ləğv edilməklə ödənilmiş 57.000 manat məbləğində pulun MMC-dən tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh MMC tərəfindən təhvil verilmiş bir dəst damlama suvarma sisteminin Cavabdeh alınaraq MMC-yə təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərcinin 50 manatının MMC və 50 manatının Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi M əhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

22. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, hazırkı halda “qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair” prezumpsiya tətbiq edilməlidir. Müqavilə şərtlərinə uyğun malın təhvil verildiyini sübut etmək vəzifəsi MMC-nin üzərinə düşür. MMC bununla bağlı “X3” MMC tərəfindən tərtib edilmiş 2021-ci il 31 avqust tarixli “Kənd təsərrüfatı təyinatlı damlama suvarma sisteminin bazar dəyərinin qiymətləndirilməsinə dair” hesabatı təqdim etmişdir. Həmin hesabata əsasən damlama suvarma sistemi yenidir və istifadəyə tam yararlıdır. Məhkəmə həmin rəyi damlama suvarma sisteminin quraşdırıldıqdan sonra tam işlək vəziyyətdə olmasını təsdiq edən mötəbər sübut kimi qəbu l etməmişdir. Belə ki, Cavabdeh nümayəndəsi həmin qiymətləndirici şirkət tərəfindən damlama suvarma sisteminə baxış keçirilmədiyini bildirmiş, MMC həmin qiymətləndirmənin Cavabdeh sifarişi əsasında həyata keçirildiyini, bununla bağlı yaranmış xərclərin Cavabdeh tərəfindən ödənildiyini bildirsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

23. Bundan əlavə, həmin hesabata əlavə edilmiş suvarma sisteminə dair fotoşəkillərdən görünür ki, suvarma sistemi quraşdırılmamış vəziyyətdə olmuş, bunu MMCnin nümayəndəsi də izahatında təsdiq etmişdir.

24. Məhkəmə damlama suvarma sisteminə aid olan sənədlərin (texniki pasport, keyfiyyət sertifikatı, istismar təlimatı və i.a.) təqdim edilməsini MMC-nin nümayəndəsinə bir neçə dəfə təklif etsə də, MMC həmin damlama suvarma sisteminə aid o lan hər hansı sənədi təqdim etməmiş, əvvəlcə təqdim edəcəyini bildirsə də, sonradan həmin sənədlərin Cavabdeh damlama suvarma sistemi ilə birlikdə təhvil verildiyini, habelə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1.5-ci bəndinə əsasən istismar qaydalarının Cavabdeh işçilərinə izah edildiyini, lakin Cavabdeh tərəfindən həmin işçilərin əmək müqavilələrinə tez-tez xitam verilməklə yeni işçilərin işə qəbul edildiyini, nəticədə suvarma sistemindən təyinatı üzrə düzgün istifadə edilməməsi nəticəsində sıradan çıxdığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh nümayəndəsi buna etiraz edərək damlama suvarma sisteminə aid olan hər hansı bir sənədin (texniki pasport, keyfiyyət sertifikatı, istismar təlimatı və i.a.) onlara təqdim edilmədiyini, materiallarda olan sxemçertyojun isə ekspertiza tədqiqatı zamanı MMC tərəfindən onlara verildiyini bildirmişdir.

25. MMC-nin nümayəndəsi və vəkili həmin damlama suvarma sistemi ilə bağlı ekspert rəyində göstərilənlərlə bəzi istisnalarla razılaşdığını, damlama suvarma sisteminə ekspertin iştirakı ilə baxış keçirilərkən işlək vəziyyətdə olmadığını, bunun da səbəbinin həmin sistemə Cavabdeh tərəfindən qəsdən zərər yetirilməsi ilə bağlı olması ilə əlaqəli olduğunu göstərsə də, həmin damlama suvarma sisteminə Cavabdeh tərəfindən qəsdən müdaxilə edilməsini, həmin suvarma sistemində olan problemlərin məhz ondan təyinatı üzrə istifadə edilməməsi ilə əlaqəli olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

26. Bundan əlavə, MMC kompüter sistemi, idarəetmə cihazı olan taymerin sonradan Cavab deh sifarişi əsasında təhvil verildiyini bildirsə də, həmin sistemə, cihaza aid olan hər hansı sənədi, məhkəmə tərəfindən ona təklif edilməsinə baxmayaraq, təqdim edə bilməmişdir.

27. MMC-nin təqdim etdiyi şahidlər ifadələrində suvarma sisteminin düzgün quraşdırıldığını, tam işlək vəziyyətdə təhvil verildiyini bildirsələr də, həmin suvarma sisteminin konkret olaraq harada, nə vaxt quraşdırılması barədə dəqiq məlumat verə bilməmiş, bununla bağlı çox ümumi olan ifadələr işlətmiş, hətta şahidlərin bir neçəsi həmin işlərin təxminən 2-3 il bundan əvvəl görüldüyünü bildirmiş, bundan əlavə MMC-nin özü təhvil-təslim aktının tərtib edildiyi 2021-ci il 30 iyun tarixə suvarma sisteminin quraşdırılma işlərinin başa çatdırıldığını bildirsə də, şahidlər ifadələrində həmin işlərin payız aylarında görüldü yünü göstərmişlər. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (MMC ilə əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir.

28. Beləliklə, MMC-nin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzib olunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr MMC tərəfindən müqavilə öhdəliklərinin tam şəkildə, yəni müqavilə şərtlərinə uyğun saz və işlək vəziyyətdə olan malın təhvil verilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi məhkəmə tərəfindən qiymətləndirilməmişdir.

29. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsas borcun, habelə əldə çıxmış faydanın tutulması hissəsində əsassızdır və təmin olunmamalıdır.

30. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş rəydə suvarma sisteminin işlək vəziyyətdə olmadığı, sonuncu ağaclara su çatmadığı, suyun təzyiqinin qaldırılmasının mümkün olmadığı göstərilmiş, MMC həmin qüsurların sonradan yarandığını, yaranmasını suvarma sistemindən düzgün şəkildə istifadə edilmədiyi ilə əlaqələndirsə də, bunu sübut edə bilməmişdir.

31. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, damlama suvarma sisteminin qarşılıqlı iddia üzrə iddiaçıdan geri qaytarılmaqla ödənilmiş pul vəsaitinin geri ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

32. Bununla yanaşı, Cavabdeh damlama suvarma sisteminə görə satıcıya 91.000 manat (57.000 manat və 20.000 ABŞ dolları) pul ödənildiyini iddia etsə də, ma teriallarda olan ödəniş sənədlərindən görünür ki, həmin suvarma sistemi ilə bağlı MMC-yə ümumilikdə 57.000 manat pul ödənilmişdir.

33. Cavabdeh qalan 20.000 ABŞ dolları pulun nağd qaydada ödənildiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin pulun verildiyi iddia edilən şahid Yılmaz Ozhasan ona Cavabdeh tərəfindən ümumiyyətlə hər hansı vəsait ödənilmədiyini göstərmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi yalnız 57.000 manat pul vəsaitinin geri qaytarılması hissəsində təmin edilməlidir.

34. Məhkəmə qarşılıqlı iddia ərizəsinin ikinci, vurulmuş zərərə görə 130.000 manat, işgüzar nüfuza xələl yetirilməsi və iş vaxtının itirilməsinə görə 10.000 manat pulun MMC-dən alınaraq Cavabdeh verilməsi hissəsini əsassız hesab edərək, bununl a bağlı qeyd etmişdir ki, 2022-ci il 15 oktyabr tarixli LP-148/2022 saylı rəyinə əsasən, Cavabdeh 10.430 ədəd meyvə ağacının məhv olması nəticəsində dəymiş zərər 126.445 manat təşkil etmişdir. Lakin məhkəmə həmin mütəxəssis rəyini hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə alınmalı olmaması qənaətinə gəlmişdir, ona görə ki, rəydə bağ sahəsinə baxış aparılması barədə hər hansı qeyd-şərt yoxdur. Bu səbəbdən yalnız sənədlər, fotoşəkillər nəticəsində ekspertin hesablama aparıb dəymiş zərəri hesablaması, habelə ağacların məhv olmasının əsl səbəbini müəyyən etməsi məhkəmə tərəfindən ağlabatan hesab edilməmişdir.

35. Bundan əlavə, Cavabdeh nümayəndəsi və vəkili izahatında Cavabdeh sahiblik və istifadəsində hazırkı bağ sahəsindən başqa bağ sahəsinin olduğunu (əlavə olaraq həmin bağ sahəsində di gər şirkət tərəfindən quraşdırılmış suvarma sistemində hər hansı bir problemin olmadığını) bildirmişdir. Bu səbəbdən rəydə zərər dəydiyi göstərilən ağacların məhz mübahisəli suvarma sisteminin quraşdırıldığı sahədə məhv olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

36. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia ərizəsini ikinci hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişdir.

37. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 452.1, 452.2, 567, 568.1, 581.1, 581.2, 587.2, 587.5, 588.2, 1096.1, 1097.1-ci maddələrinə, A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 71.1, 76.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. MMC apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(103)-303/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş eyni maddi və prosessual hüquq normalarına istinad etməklə, birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə razılaşmışdır.

42. Həmin qətnamə 2023-cü il 26 may tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

43. MMC 2023-cü il 18 iyul tarixində kassasiya şikayəti verməklə, a pellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

44. MM-in 587.1, 587.2.1, 597.1, 752-ci maddələrinin tələbləri pozulmuşdur. MMC 2021-ci il 11 yanvar tarixli 1 saylı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh isə müqavilədə nəzərdə tutulan pulu ödəməkdən imtina edir.

45. Belə ki, MMC Cavabdeh lazımi keyfiyyətdə damlama sulama sistemi təmin etdiyinə görə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra etmişdir. Cavabdeh damlama sulama sisteminin quraşdırılması (podrat) işlərinin keyfiyyətindən narazılıq etmişdir. Bu səbəbdən də podrat işlərinin keyfiyyəti ilə əlaqədar mübahisədə alqı-satqı müqaviləsini ləğ v etmək qanunsuzdur (damlama sulama sisteminin montaj işləri də kifayət qədər yüksək səviyyədə icra edilmişdir). Bakı Kommersiya Məhkəməsinin MM-in 587-ci maddəsinə istinad etməklə tərəflər arasındakı alqı-satqı müqaviləsini ləğv etməsi başa düşülən deyil.

46. MMC tərəflər arasında şifahi razılaşdırılmış damlama sulama sisteminin montajını (damlama sulama sisteminin quraşdırılması işlərini) icra etmişdir. Cavabdeh hər hansı qanuni səbəb olmadan həmin montaj işlərinin pulunu ödəməkdən imtina edir, hətta həmin işlərin guya keyfiyyətsiz görülməsini bəhanə edərək qazanc əldə etmək istəyir.

47. MPM-in 97.5, 175.2, 182.1, 182.2, 182.3, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsində mütəxəssis kimi cəlb edilmiş Yağmur 2 MMCnin direktoru Namiq Hacıyev sübutların tədqi q edildiyi məhkəmə iclasında yox, hazırlıq iclasında dinlənilmişdir. Həmçinin, həmin şəxsin məhkəmə iclasına dəvət edildiyi və dindiriləcəyi barədə hər hansı məlumat verilməmişdir. Bu da birinci instansiya məhkəməsinin işə qərəzli baxdığını göstərir.

48. Birinci instansiya məhkəməsində icraat zamanı mütəxəssis kimi işə cəlb edilmiş Yağmur 2 MMC-nin direktoru Namiq Hacıyevin maraqlı şəxs olması barədə əsaslı sübutlar mövcud olmuş, həmçinin mütəxəssis özü də etiraf etmişdir ki, Cavabdeh məxsus torpaq sahəsində sulama sisteminin quraşdırılması üçün təklif vermiş, lakin tenderdə o yox, MMC qalib gəlmişdir. Beləliklə, ekspertin tərəfsizliyinə şübhə edilməsi üçün kifayət qədər əsaslar var, mütəxəssis kimi cəlb edilmiş şirkət birbaşa MMC-nin rəqibi olub, onun barəsində qərəzli məlumatlar verməkdə maraqlı olmuşdur. MMC tərəfindən verilmiş bu etiraz qanunvericilikdə nəzərdə tutulduğu qaydada məhkəmə iclasında araşdırılmamışdır.

49. Bakı Apellyasiya Məhkəməsi, tərəflər arasında şifahi razılaşdırılmış podrat müqaviləsinin şərtlərinin pozulmasını əsas gətirərək, yazılı tərtib edilmiş alqı-satqı müqaviləsini ləğv etmişdir. Bu qətnamənin qanuni və əsaslı olması mümkün deyil.

50. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Cavabdeh nümayəndəsi MMC-yə məxsus sulama sisteminin avadanlıqlarını tələm-tələsik olaraq sökdüklərini, yeni sulama sistemi qurduqlarını bildirmişdir. MMC-yə məlum olmuşdur ki, Cavabdeh hər hansı yeni sulama sistemi satın almamışdır, MMC-nin ona verdiyi sulama sisteminə uzaqdan idarəetmə mexanizmi əlavə edilmişdir. Cavabdeh bu əməllərinin üstü açılmaması üçün Sara Lizinq MMC şirkətindən həmin sulama sisteminin lizinq yolu ilə alındığı barədə qondarma sənədlər (001 nömrəli, 2023-cü il 18 yanvar tarixli alqı-satqı müqaviləsinə 2023-cü il 13 mart tarixli, 2 saylı əlavə təqdim edilmiş, əsas alqı-satqı müqaviləsi və yeni quraşdırıldığı iddia dilən sulama sisteminin gömrük bəyannamələri (sulama sistemi xarici ölkədə istehsal edilir)) təqdim etmişdir. Lakin həmin sənədlərin heç biri sulama sisteminin hansı istehsalçıdan, nə vaxt alındığını və nə vaxt idxal edildiyini göstərmir, beləliklə, Cavabdeh Sara lizinq MMC ilə imzaladığı formal lizinq müqaviləsi ilə MMC-nin əmlakını sanki lizinq yolu ilə əldə etməsi barədə görüntü yaratmışdır. Həmçinin, o, quraşdırılmış sulama sistemini özbaşına olaraq sökməklə qeyd edilən sulama sisteminin yenidən ekspertizad an keçirilməsi imkanının qarşısını almışdır. Bakı Apellyasiya Məhkəməsi bu hallara diqqət yetirmədən, Cavabdeh nümayəndəsi tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş sübutların Cavabdeh MMC-nin əmlakını qanunsuz mənimsədiyini sübut etməsinə əhəmiyyət verməyərək, qanunsuz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

53. Hazırkı icraat çərçivəsində ape llyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III.TƏTBİQ EDİLƏN HÜQUQ

55. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə ə sasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəl mişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur....” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri... 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.... 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağ a borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.” “Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar... 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qan unvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını ə saslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qanunvericiliyin tələblərinə riayət edildiyindən, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı A pellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(103)-303/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

58. İddiaçı kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərində ona istinad etmişdir ki, alqı-satqı müqaviləsi əsasında cavabdehə lazımi keyfiyyətdə damlama-sulama sistemi təhvil verilmişdir. Eyni zamanda, iddiaçı damlama sulama sisteminin quraşdırılması işlərini şifahi razılaşma əsasında icra etdiyindən və cavabdeh sistemin quraşdırılması – podrat işlərindən narazı qaldığından, şifahi razılaşdırılmış podrat müqaviləsinin şərtlərinin pozulmasını əsas gətirərək, yazılı şəkildə tərtib edilmiş alqı-satqı müqaviləsini ləğv edən apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmamışdır. 5

9. Məhkəmə Kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində istinad olunan maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, işə baxmış məhkəmələr tərəfindən təklif edilsə də, iddiaçı lazımi keyfiyyətdə damlama suvarma sisteminin təqdim edilməsinə dair sənədləri – texniki pasport, keyfiyyət sertifikatı, istismar təlimatı və sair təqdim etməmiş, eyni zamanda həmin sistemə cavabdeh tərəfindən qəsdən zərər yetirilməsi, sonuncu tərəfindən qəsdən müdaxilə edilməsi, suvarma sistemində olan problemlərin məhz ondan təyinatı üzrə istifadə edilməməsi ilə əlaqəli olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının vəsatəti əsasında məhkəmədə şahid qismində dinlən ilmiş şəxslər isə iddiaçı ilə əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla, ifadələri aydın və konkret olmamaqla, təkzibolunmazlıqla bağlı tələbə cavab verməmişdir. Bundan başqa, iddiaçı tərəfindən damlama sulama sisteminin quraşdırılması öhdəliyi şifahi podrat razılaşmasından deyil, tərəflər arasında bağlanmış 2021-ci il 11 yanvar tarixli 1 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlmişdir. Belə ki, həmin müqavilənin 1.2-ci bəndində Cavabdeh məxsus Samux rayonu, Samux şəhəri ünvanında yerləşən 37 ha torpaq sahəsinin 37 ha-da 1 dəst damlama suvarma sisteminin quraşdırılması nəzərdə tutulmuşdur.

60. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya qeyd edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılaraq hüquqi qiymət verilmiş, məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən qanunvericiliyin tələblərinə riayət edilmiş, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(103)-303/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(103)-303/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar