Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-48/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Bakı şəhəri Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*22-ci il 15 sentyabr tarixli, 2-2(1*3)-513/2 *22 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2*18-ci il 19 yanvar tarixli, *1/18-1* nömrəli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış beynəlxalq nəqliyyat haqqında müqaviləsinə əsasən, tərəflər MDB ərazisindən MDB daxilində tranzitlə gedən şərti, konteynerli yüklər üçün ödənişlərin ödənilməsi ilə əlaqədar həmin müqaviləni bağlamışlar. 2. 2*18-ci il 18 oktyabr tarixli, ALM-**1 nömrəli, Cavabdeh MMC şirkəti ilə "xxxx" MMC arasında bağlanmış nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, ekspeditor iddiaçının təqdim etdiyi sifarişlərə əsasən əməliyyatların icrasını və ya icrasının təşkilini, iddiaçı isə həmin xidmətlərin ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.
3. Böyük – Kəsik gömrük postunun əməkdaşları tərəfindən tərtib olunmuş 36 №-li, 2*2*-ci il 28 noyabr tarixli protokolun surətinə əsasən, 2*2*-ci il 28 noyabr tarixində 2425 saylı qatarın tərkibinə daxil olmuş Hidrogen Xlorid yüklü 1* vaqona müvafiq icazə sənədi olmadığından müvəqqəti olaraq saxlanılmışdır.
4. Böyük – Kəsik gömrük postunun əməkdaşları tərəfindən tərtib olunmuş 43 “B” №- li, 2*21-ci il 5 yanvar tarixli protokolun surətinə əsasən, 2*2*-ci il 28 noyabr tarixində 2425 saylı qatarın tərkibinə daxil olmuş Hidrogen Xlorid yüklü 5 vaqona müvafiq icazə sənədi olmadığından saxlanılmış, "xxxx" Şirkətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı məktubunu nəzərə alaraq 5 vaqonun geriyə Gürcüstan Respublikasına qaytarılmasına icazə verilmişdir.
5. Apellyasiya Məhkəməsi təhlükəli yüklərin, o cümlədən prekursorların ölkə ərazisində daşınması sahəsində qanunvericiliyin tələblərinin təcrübədə tətbiqi məsələləri ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat və Energetika nazirliklərinə müvafiq sorğularla müraciət etmişdir.
6. İqtisadiyyat Nazirliyinin sorğuya 2*22-ci il 18 iyul tarixli İN-X/O-736*/2*22 nömrəli cavabına əsasən: “Lisenziyalar və icazələr haqqında” AR Qanununun 8.1-ci maddəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Cavabdeh MMC-yə müvafiq sahədə fəaliyyətin həyata keçirilməsi üçün lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” AR Qanunu ilə təsdiq edilmiş “İV SİYAHİ Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar”ın 8-ci maddəsində xlorid turşusu nəzərdə tutulmuşdur. “Lisenziyalar və icazələr haqqında” AR Qanununun 1 nömrəli əlavəsi olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 4-cü maddəsində prekursorların istehsalına, idxalına, ixracına və tranzit nəql edilməsinə lisenziya nəzərdə tutulmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı Azərbaycan Respublikasındakı fil ialına təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması fəaliyyəti üzrə 2*19-cu il 2* fevral tarixli EL-148/2*19 nömrəli lisenziya (müddətsiz), prekursorların tranzit nəql edilməsi fəaliyyəti üzrə isə 2*21-ci il 8 may tarixli İN/L-199/2*21 nömrəli lisenziya (müddətsiz) verilmişdir.”
7. Dövlət Gömrük Komitəsinin sorğuya 2*22-ci il 26 iyul tarixli 1***-21*/21*/22- *12362 nömrəli cavabına əsasən: “Gürcüstan Respublikası istiqamətindən 2*2*-ci il 28 noyabr tarixində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük-Kəsik” gömrük postundan keçməklə 2425 nömrəli qatarla tranzit gömrük proseduru altında daşınan 5 (beş) vaqon hidrogen xlorid (xlorid turşusu) “Lisenziyalar və icazələr” haqqında 2*16-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanunun 1 nömrəli əlavəsinin 4-cü bəndinə və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları” haqqında 2**5-ci il 28 iyun tarixli, 96*-İİQ nömrəli Azərbaycan Respublikası Qanunun İV siyahısının 8-ci bəndinə əsasən lisenziya tələb olunan prekursorlar siyahısına düşdüyündən saxlanılmışdır.”
8. Energertika Nazirliyinin 2*22-ci il 21 iyul tarixli EN-*3-13-24*5/22 nömrəli cavabına əsasən: xlorid turşusu 2**5-ci il 28 iyun tarixli 96*-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına li senziya tələb olunan prekursorlar" siyahısına aid edilmişdir. “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsinin 4.4 bəndinə əsasən prekursorların tranzit nəql edilməsi lisenziyalaşdırılan fəaliyyət sahələrindəndir. Azərbaycan Respublikası Prezidentinin 2*19-cu il 3* dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamənin 3.*.53 bəndinə əsasən lisenziya vermək, onları yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ləğv etmək adıçəkilən nazirliyin səlahiyyətindədir. Müraciətdə adları göstərilən hüquqi şəxslər arasında “X3” MMC-yə 2*2*-ci il 2 dekabr tarixli EN-*3-14-3715/2* nömrəli, İddiaçı Azərbaycan Respublikasındakı filialına 2*2*-ci il 4 dekabr tarixli EN-*3-14-3736/2* nömrəli rəy xa rakterli məktublar verilmişdir. Həmçinin Energetika Nazirliyi tərəfindən verilən icazələr nazirliyin möhürü ilə təsdiq edilmiş xüsusi blanklarda çap olunaraq icazə sahibinə verilir. 9. 2*2*-ci il 24 noyabr tarixli 671*8*35* nömrəli beynəlxalq ödəniş qəbzi ilə iddiaçı cavabdehə 15.1*9,*2 ABŞ dolları, 2*2*-ci il 27 noyabr tarixli 672*49428 nömrəli beynəlxalq ödəniş qəbzi ilə 12.*72,68 ABŞ dolları məbləğlərdə ödənişlər həyata keçirmişdir. 10. “Femida” vəkil bürosunun vəkili Vəkil1 ilə iddiaçı arasında 2*21-ci il 23 iyun tarixli 2**4 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. 11. “Femida” vəkil bürosu tərəfindən Müqavilə-2**4 üzrə hüquqi xidmətin göstərilməsi üçün 1.*** ABŞ dollarının ödənilməsi barədə iddiaçıya 2*21-ci il 23 iyun tarixli 48 nömrəli hesab-faktura təqdim edilmişdir. 12. 2*21-ci il 25 iyun tarixli 72*742166 nömrəli beynəlxalq ödəniş qəbzi ilə iddiaçı “Femida” vəkil bürosuna 1.*** ABŞ dolları məbləğdə ödəniş həyata keçirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı (bundan sonra – “iddiaçı”) 2*21-ci il 17 iyul tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdehndən (bundan sonra – “cavabdeh”) xidmət haqqına görə ödənilmiş 3*.181,7* ABŞ dolları, hidrogen xlorid turşusunun yük emalı əməliyyatları və daşınmasına görə ödənilmiş 13.327,58 ABŞ dolları, pul vəsaitinin qanunsuz saxlanılmasına görə dəymiş ziyanın əvəzi qismində 2.719,33 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş 1.*** ABŞ dolları, ümumilikdə 47.228,61 ABŞ dolları məbləğində pul vəsaitinin və 3* mana t dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2*18-ci il 19 yanvar tarixində iddiaçı ilə cavabdeh arasında “Beynəlxalq Yükdaşımaların həyata keçirilməsinə dair” *1/18-1* saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq 2*2*-ci il 24 noyabr tarixində iddiaçı tərəfindən cavabdehə verilmiş sifarişə əsasən 312 ton hidrogen xlorid turşusunun Türkmənistana daşınması Azərbaycan ərazisindən tranzit keçməklə cavabdehə həvalə olunmuşdur. Lakin, 2*2*-ci il 29 noyabr tarixində vaqonlar Gürcüstan-Azərbaycan sərhədində Azərbaycan üzrə tranzit lisenziyası olmaması səbəbindən saxlanılmışdır. Sifariş yerləşdirilməmişdən öncə yükün X1 Nomenklaturası kodları və təhlükəli yük sənədləri (MSDS) cavabdehə təqdim olunsa da, cavabdeh tərəfindən prekursorların daşınması üçün xüsusi lizensiya olmadan yükü daşımaq məsuliyyətini üzərinə götürmüşdür. Müqavilənin 3.1ci bəndinə əsasən yüklərin cavabdeh tərəfindən daşınması yalnız xidmətlərin göstərilməsinə görə xidmət haqqı 1**% miqdarında ödənildikdən sonra həyata keçirilə bilər. Qeyd olunan yüklərin daşınmasına görə 2*2*-ci il 24 noyabr tarixində 15.1*9,*2 ABŞ dolları, 2*2*-ci il 27 noyabr tarixində 12.*72,68 ABŞ dolları, ümumilikdə 27.181,7* ABŞ dolları iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin, cavabdeh tərəfindən qeyd olunan yükün daşınması üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən həyata keçirə bilməmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə vəsaitin geri qaytarılması ilə bağlı müraciətlər olunsa da, p roblemin həlli istiqamətində müsbət nəticə əldə edilməmişdir. Cavabdeh iddiaçıya müqavilənin 3.6-cı bəndinə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən daşınma üzrə ödənilən 27.181,7* ABŞ dolları və digər daşımalardan balansda qalmış 3.*** ABŞ dolları, ümumilikdə 3*.181,7* ABŞ dolları borcu yaranmışdır. Bundan başqa, hidrogen xlorid turşusunun Azərbaycan ərazisindən tranzitinin cavabdeh tərəfindən həyata keçirilməsi üçün yükün Gürcüstan Respublikasının Poti stansiyasında vaqonlara yüklənməsinə və anbarlaşdırılmasına, vaqonların plomblaşdırılmasına görə 2*2*-ci il 27 noyabr tarixində 2.712,58 ABŞ dolları, yükün Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi üçün Gürcüstan Respublikasının Poti stansiyasından Gardabani stansiyasına daşınmasına görə 2*2*-ci il 3 dekabr tarixi ndə 5.575 ABŞ dolları ödənilmişdir. Təhlükəli yüklərin daşınması üçün cavabdehin lisenziyasının olmaması səbəbindən hidrogen xlorid turşusunun Gardabani stansiyasından Poti stansiyasına geri qaytarılmasına görə 2*21-ci il 8 fevral tarixində 5.*4* ABŞ dolları ödənilmişdir. Qeyd olunan hidrogen xlorid turşusunun yük emalı əməliyyatları və daşınmasına görə ümumilikdə 13.327,58 ABŞ dolları xərclənmişdir. Təhlükəli yüklərin daşınmasına görə cavabdeh müvafiq lisenziyasının olmaması səbəbindən iddiaçıya yuxarıda göstərilən məbləğdə maddi ziyan dəymişdir. Problemin həlli üçün iddiaçı ilə vəkil arasında 2*21-ci il 24 iyun tarixində “hüquqi yardımın göstərilməsi haqqında” müqavilə imzalanmış və müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə 1.*** ABŞ dolları vəsait ödənilmişdir. Bundan başqa qeyd olunan pul vəsaitini qanunsuz saxlamaqla cavabdeh tərəfindən iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2*21-ci il üçün uçot dərəcəsi 6.25% müəyyən edilmişdir. Dəyən zərərin 43.5*9,28 ABŞ dolları olduğunu və bank uçot dərəcəsini nəzərə alsaq, cavabdeh tərəfindən iddiaçıya vəsaitə görə 2.719,33 ABŞ dolları faiz ödənilməlidir.
15. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 442, 443.1, 449.1, 859.2, 859.4-cü maddələrinə; “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 1 nömrəli Əlavəsinin 9-cu maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2* noyabr 2*7 nömrəli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 12 1.1-ci maddəsinə istinad edilmişdir.
16. Cavabdeh tərəfindən 2*21-ci il 16 sentyabr tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh sözügedən yüklərin daşınmasının təşkili zamanı onun gömrük sənədlərinin əldə edilməsi, gömrük rəsmiləşdirilməsinin aparılması, habelə sənədlərdə məlumatların dəqiqliyinin və ya yükün gömrük nəzarət məntəqələrindən keçməsi üçün zəruri sənədlərə malik olub-olmadığının yoxlanması ilə bağlı heç bir öhdəlik götürmədiyindən, yüklərin sərhəddə saxlanmasına, daşımanın baş tutmamasına və bununla bağlı meydana çıxan xərc və məsrəflərə görə heç bir məsuliyyət daşımamışdır. Daşıma müqaviləsinin lazımınca həyata keçirilməsi üçün bütün lazım o lan sənədlər iddiaçı tərəfindən verilməlidir. Bu sənədlərin tərkibinə təhlükəli yüklərin daşınması haqqında icazə əlavə edilməli idi.
18. MM-in 853-cü maddəsinə istinad edərək - təhlükəli yükə görə sənədlərin təqdim edilməsi birbaşa iddiaçının məsuliyyətidir. Tərəflər arasında bağlanmış 2*18-ci il 19 yanvar tarixli *1/18-1* saylı müqavilədə belə şərt nəzərdə tutulmamışdır. Həmçinin daşımanı “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həyata keçirmişdir, cavabdeh tərəfindən isə ekspedisiya xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən təhlükəli yüklə bağlı, sənədlər verilməli idi ki, daşıma müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilsin.
19. Müqavilənin 3.5-cı bəndinə əsasən, iddiaçı yüklərin göndərilmə məntəqəsində yüklənməsindən 2 gün ərzində cavabdehə qeyd olu nanlar nəzərə alınmaqla ətraflı məlumat verməlidir: yüklənmə tarixi, göndərilmə stansiyası; izləmə marşrutu, çatma stansiyası; vaqonların nömrələri (lazımi müşaiyət sənədləri). Müqavilənin bu bəndindən müəyyən olunmuşdur ki, təhlükəli yükə görə sənədlərin alınması və təqdim edilməsi birbaşa yükgöndərən iddiaçının müqavilə üzrə öhdəliyidir, cavabdeh isə iddiaçı qarşısında üzərinə belə bir öhdəlik götürməmişdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2* noyabr tarixli 2*7 saylı qərarının 1.4.1 və 1.4.2-ci bəndinə istinad edərək - təhlükəli yüklə bağlı sənədlərin təqdim edilməsi vəzifəsi yükgöndərənin üzərindədir, cavabdehin nə müqavilə şərtləri ilə, nə də qanunla belə öhdəliyi olmamışdır.
21. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən 2*18-ci il 31 dekabr tarixinədək qüvvədədir və tərəflərin heç biri müqavilənin müddətinin bitməsinə 3* gün qalmış yazılı bildirişlə xəbərdarlıq etmədiyi təqdirdə növbəti təqvim ilinin müddəti ilə uzadıla bilər. Müqavilənin bu bəndinə əsasən, tərəflər arasında 2*2*-ci il 28 noyabr tarixində müqavilə münasibətləri olmamışdır və iddiaçının cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.
22. MM-in 399.3-cü maddəsinə istinad edərək - tərəflər arasında bağlanmış 19 yanvar 2*18-ci il tarixli *1\18-1* saylı müqavilə 2*19 -cu ilin dekabr ayının 31-dək qüvvədə olmuşdur.
23. Etirazın maddi hüquqi əsası kimi MM-in 399.3, 853-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2* noyabr tarixli 2*7 saylı qərarına istinad edilmişdir.
24. Bakı Kommersiya M əhkəməsinin 2*22-ci il 3 mart tarixli e-2-2(113)-213/2*22 saylı qənaməsi ilə iddia rədd edilmişdir (hakim-F.Qasımov).
25. Məhkəmə qeyd etmişdir ki, zərərin vurulmasında, yüklərin saxlanılmasında cavabdehin təqsirinin olub – olmamasını müəyyən edərkən sonuncunun müqavilə üzrə hansı öhdəliklərin daşıyıcısı olması aydınlaşdırılmalıdır. 2*18-ci il 19 yanvar tarixli, *1/18-1* nömrəli beynəlxalq nəqliyyat haqqında müqavilənin preambula hissəsində cavabdeh ilə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlik “MDB ərazisindən MDB daxilində tranzitlə gedən şərti, konteynerli yüklər üçün ödənişlərin ödənilməsi” qeyd olunmuş, “Tərəflərin öhdəlikləri” adlanan 1-ci bölməsində isə göstərilmişdir ki, “cavabdeh daxili və beynəlxalq nəqliyyat qaydlarının şərtlərinə, o cümlədən dəmiryolu ilə X2 Sazişi əsasında fəaliyyət göstərəcək.” Qeyd olunanlardan başqa müqavilədə cavabdeh üzərinə hər hansı öhdəlik götürməmişdir.
26. Qeyd olunan maddədə nəzərdə tutulan əsasların mövcudluğu baxımından zərərin vurulmasında cavabdehin təqsirinin müəyyənləşdirilməsində digər aydınlaşdırılmalı olan xüsusat yüklərin saxlanılmasının hansı səbəbdən baş verməsidir. İddiaçı bunu yükün daşınması üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən hidrogen xlorid turşusunun daşınmasını həyata keçirə bilməməsi isə əsaslandırsa da, Böyük – Kəsik gömrük postunun əməkdaşları tərəfindən tərtib olunmuş 36 №-li, 2*2*-ci il 28 noyabr tarixli protokolda qeyd olunmuşdur ki, 2*2*-ci il 28 noyabr tarixində 2425 saylı qatarın tərkibinə daxil olmuş Hidrogen Xlorid yüklü 1* vaqona müvafiq icazə sənədi olmadığından müvəqqəti ola raq saxlanılmışdır. Yəni, yükün saxlanılması daşınma üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən deyil, müvafiq icazə sənədi olmadığından baş vermişdir.
27. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş analoji icazə sənədinə əsasən, hidrogen xlorid turşusunun daşınması üçün icazə sənədi Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilir və həmin sənədin bir nüsxəsi Dövlət Gömrük Komitəsinə, bir nüsxəsi isə yükgöndərənə ünvanlanır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində isə cavabdehin üzərinə belə bir öhdəlik götürməsi ilə bağlı müddəa olmamışdır. Əksinə MM-in 853.1 və 853.1.6-cı maddəsində qeyd olunur ki, xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda yük göndərən daşıyıcıya təhlükənin konkret növü və belə hallarda qəbul ed ilməli ehtiyat tədbirlərini dəqiq göstərməlidir. Həmçinin Məcəllənin 853.1-1 və 853.2-ci maddəsinə əsasən yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.
28. Qeyd olunan normaların məzmununa əsasən, yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etmək yük göndərənin vəzifəsidir, hətta bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzi də onun tərəfindən ödənilməlidir.
29. Məhkəmə öz mövqeyini MM-in 85*.1, 851, 853.1, 853.1.6, 853.1-1, 853.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı 2*22-ci il 11 aprel tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2*22-ci il 3 mart tarixli e-2-2(113)-213/2*22 saylı qətnaməsinin ləğv – iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*22-ci il 15 sentyabr tarixli e-2-2(1*3)-513/2*22 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, cavabdehdən yüklərin daşınmasına görə ödənilmiş 27.181,7* ABŞ dolları və hüquqi yardıma görə ödənilən 1.*** ABŞ dolları olmaqla, cəmi 28.181,7* ABŞ dolları məbləğdə pulun ödəniş anında Azərbaycan Respub likası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiyməti üzrə manatla tutularaq iddiaçıya ödənilmasi qət edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov).
32. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə, iddiaçı ilə cavabdeh arasında 2*18-ci il 19 yanvar tarixində Beynəlxalq nəqliyyat haqqında, cavabdeh ilə üçüncü şəxs "xxxx" MMC arasında arasında isə 2*18-ci il 18 oktyabr tarixində Nəqliyyat ekspedisiyası adlı yük daşınması müqavilələri bağlanmış, həmin müqavilələrə görə iş üzrə iddiaçı yük göndərən, cavabdeh ekspeditor, üçüncü şəxs isə daşıyıcı qismində çıxış etmişlər. Üçüncü şəxsin iş üzrə daşıyıcı olması cavabdehin nümayəndəsinin izahatı, həmçinin işdə olan 2*2*-ci il 24 noyabr tarixli 2*11-97682 nömrəli sifariş və **5*6385, **5*638 4, **5*6374, **5*6373 nömrəli gömrük bəyannamələri ilə də təsdiq olunmuşdur. İddiaçı yükün daşınması üçün cavabdehə 15.1*9,*2 və 12.*72,68 ABŞ dolları olmaqla, cəmi 27.181,7* ABŞ dolları məbləğdə ödəniş etmişdir. 2*2*-ci il 28 noyabr tarixində 2425 nömrəli qatarın tərkibinə daxil olan iddiaçının göndərdiyi hidrogen-xlorid yüklü 5 vaqon müvafiq icazə sənədi olmadığından saxlanılmış və geriyə, Gürcüstan Respublikasına qaytarılmışdır.
33. İşin mübahisəli halı isə ondan ibarət olmuşdur ki, iddiaçı yükün Böyük Kəsik gömrük postunda saxlanılma səbəbini daşıyıcının, yəni cavabdehin seçdiyi üçüncü şəxsin lisenziyasının olmaması, cavabdeh və üçüncü şəxs isə iddiaçının müvafiq icazə sənədinin olmaması ilə (konkret hansı sənədin nəzərdə tutulduğunu dəqiqləşdirmədən) əsaslandırmışdır.
34. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmış və bu mənada apellyasiya şikayətinin dəlillərini əsaslı saymışdır.
35. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Qanunla təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, o cümlədən prekursorların tranzit nəql edilməsi lisenziya tələb olunan fəaliyyət növləri hesab edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahıları” ilə (İV Siyahı) xlorid turşusu Azərbaycan Respublikasının ərazisindən idxalına, i xracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursor kimi müəyyən edilmiş, “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”na 2 nömrəli əlavə ilə susuz hidrogen xlorid BMT 1*5* nömrə altında dəmir yolu ilə vaqon-sisternlərdə, örtülü vaqonlarda və konteynerlərdə daşınmasına yol verilən təhlükəli yük olaraq təsnifləşdirilmişdir.
36. İqtisadiyyat Nazirliyinin 2*22-ci il 18 iyul tarixli məktubundan isə məlum olmuşdur ki, Nazirlik tərəfindən iddiaçının Azərbaycan Respublikasındakı filialına təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması fəaliyyəti üzrə 2*19-cu il 2* fevral tarixli (müddətsiz), prekursorların tranzit nəql edilməsi fəaliyyəti üzrə isə 2*21-ci il 8 may tarixli (müddətsiz) lisenziyalar verilmişdir. Başqa sözlə, iddiaçı qanunvericil iklə ondan tələb olunan lisenziyalara malik olmuşdur. Lakin iş üzrə prekursorun (təhlükəli yükün) faktiki daşıyıcısı olan üçüncü şəxsin belə bir lisenziyası məhkəməyə təqdim olunmamışdır.
37. Odur ki, yükün cavabdehin seçdiyi daşıyıcının təqsiri üzündən dövlət sərhədində (gömrük postunda) saxlanılması, ölkə ərazisində tranzit nəqlinə icazə verilməməsi və geri qaytarılması, məhz bu səbəbdən iddiaçının zərərə uğraması məhkəmə kollegiyasının araşdırması ilə sübut olmuşdur.
38. İddiaçıya vurulan zərərin məbləğinə gəldikdə isə, bununla bağlı məhkəməyə yalnız yükün daşınması üçün 27.181,7* ABŞ dolları məbləğdə pulun cavabdehə ödənildiyini təsdiq edən mötəbər sübutlar təqdim olunmuşdur. Digər daşımalardan balansda qalmış 3.*** ABŞ dolları, yükün Gürcüstanın Poti stansiyasında vaqonlara yüklənməsi nə görə 2.712,58 ABŞ dolları, yükün Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi üçün Poti stansiyasından Gardabani stansiyasına daşınmasına görə 5.575 ABŞ dolları və təhlükəli yüklərin daşınması üçün cavabdehin lisenziyasının olmaması səbəbindən hidrogen xlorid turşusunun Gardabani stansiyasından Poti stansiyasına geri qaytarılmasına görə 5.*4* ABŞ dolları məbləğlərdə pulun ödənilməsi barədə isə işdə hər hansı mötəbər sübut mövcud deyil. İddiaçı 2.712,58 ABŞ dolları ilə bağlı xidmət hesabı, 5.575 və 5.*4* ABŞ dollarına dair isə hesab-fakturalar təqdim etmiş olsada, adıçəkilən sənədlərə əsasən ödənişlərin edildiyi sübuta yetməmişdir.
39. Məhkəmə iddiaçının iddia tələbini “pul vəsaitini qanunsuz saxlamaqla cavabdehin vurduğu zərərin əvəzi qismində tələb olunan 2.719,33 ABŞ dolları məbləğində faiz” hissəsində əsassız hesab etmişdir. İddia ərizəsində istinad olunan MM-in 449.1-ci maddəsi özgəsinin pul vəsaitinin ödənilməsi gecikdirilən halları tənzimləmiş, hazırkı işdə isə cavabdehin iddiaçının hər hansı pul vəsaitinin ödənilməsini gecikdirdiyi müəyyən olunmamışdır. MM-in 445.7-ci maddəsi də eyni əsasla mübahisəyə tətbiq olunmur.
40. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını, prosessual qanunun tələblərini, ödənilən xərcin məbləğini və bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, vəkilin hüquqi yardım göstərilməsilə bağlı iddiaçı tərəfindən ödənilən 1.*** ABŞ dolları xərc ağlabatan miqdarda olduğu üçün tam məbləğdə cavabdehdən alınıb iddiaçının xeyrinə tutulmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 425.1, 439.2, 442, 443.1, 445.7, 448.1, 448.2, 448.3, 449.1, 85*.1, 851, 852.1, 852.5, 859.2, 859.4-cü maddələrinə; “Lisenziyalar və icazələr haqqında” AR Qanununun 1 nömrəli Əlavəsinin 4, 9cü bəndlərinə; Azərbaycan Respublikasının 2**5-ci il 28 iyun tarixli 96*-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahıları”nın İV siyahısının 8-ci əlavəsinə; Azərbaycan Respublikası Prezidentinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2*1 4-cü il 1* yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2*16-cı il 9 mart tarixli 827 nömrəli Fərmanının 2.1-ci bəndinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*14-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2*2*-ci il 15 sentyabr tarixli 34* nömrəli Qərarının 3cü bəndinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.11.2***-ci il tarixli 2*7 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.1.5, 1.2.3-cü bəndlərinə istinad etməklə əsaslandı rmışdır.
42. Həmin qətnamə 2*22-ci il 3 oktyabr tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
43. İddiaçı 2*22-ci il 24 oktyabr tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2*22-ci il 15 sentyabr tarixli 2-2(1*3)-513/2*22 saylı qətnaməsini qismən ləğv edilməsi, iddia ərizəsinin təmin edilməyən hissəsinin araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. Cavabdeh 2*22-ci il 2 dekabr tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*22-ci il 15 sentyabr tarixli 2-2(1*3)-513/2*22 saylı qətnaməsinin qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin tamamilə rədd olunması barədə qərar qəbul edilmə sini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
45. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2***-ci il 2* noyabr tarixli 2*7 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının 2.1.1, 2.1.6, 2.1.18, 3.5.2-ci bəndlərinin tələbləri pozulmuşdur – Apellyasiya Məhkəməsinin qətnaməsinin mövqeyi hissəsində yükün Gürcüstanın Poti stansiyasında vaqonlara yüklənməsinə görə 2.712,58 ABŞ dolları, yükün Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi üçün Poti stansiyasından Gardabani stansiyasına daşınmasına görə 5.575 ABŞ dolları və təhlükəli yüklərin daşınması üçün cavabdehin lisenziyasının olm aması səbəbindən hidrogen xlorid turşusunun Gardabani stansiyasından Poti stansiyasına geri qaytarılmasına görə 5.*4* ABŞ dolları məbləğlərdə pulun ödənilməsi barədə isə işdə hər hansı bir mötəbər sübut mövcud olmadığı ilə bağlı düzgün hüquqi mövqe göstərməmişdir.
46. MM-in 449.1-ci maddəsinin tələbləri pozulmuşdur – Apellyasiya Məhkəməsinin qətnaməsinin mövqeyi hissəsində iddia pul vəsaitini qanunsuz saxlamaqla cavabdehin vurduğu zərərin əvəzi qismində tələb olunan 2.719.33 ABŞ dolları məbləği faiz hissəsində əsassız olduğu ilə bağlı düzgün hüquqi mövqe göstərməmişdir.
47. MPM-in 38*.1-ci maddəsinin tələbləri pozulmuşdur – Əlavə sübutlar birinci instansiya məhkəməsində tələb edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə ödənişə dair təqdim edilmiş hesab-fakturanı əsaslı sübut hesab et məyərək əsassız nəticəyə gəlmişdir. Halbuki təhlükəli yükün daşınması üçün mütləq surətdə qaydalara uyğun olaraq qablaşdırmadan və xüsusi konteyner vaqonlar olmadan Böyük Kəsik stansiyasına gətirmək mümkün deyildir.
48. MPM-in 388-ci maddəsinin tələbləri pozulmuşdur – Apellyasiya Məhkəməsi tərəfindən təhlükəli yükün daşınması üçün xüsusi lisenziyanın lazım olub-olmaması üçün müvafiq olaraq İqtisadiyyat Nazirliyinə və Dövlət Gömrük Komitəsinə sorğular ünvanlanmışdır. Sorğulara cavab olaraq bildirilmişdir ki, hidrogen-xlorid turşusunun daşınması üçün xüsusi lisenziya lazımdır. Yük təhlükəli olduğu üçün qablaşdırma və daşınması üçün konteyner vaqonların olması labüddür. Odur ki, tərəfimizdən emal əməliyyatlarına dair təqdim edilmiş hesab-faktura üzrə ödəniş tam həyata keçirilmişdir. b) Cavabd ehin kassasiya şikayətinin dəlilləri 49. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2*16-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunun tələbləri pozulmuşdur – lisenziya və icazə müvafiq sahibkarlıq fəaliyyəti növünü həyata keçirən fiziki və ya hüquqi şəxsə verilən sənəddir. Belə ki, müvafiq sahibkarlıq fəaliyyəti növünü həyata keçirən şəxs üçün belə lisenziya və ya icazənin alınması tələbi vardır. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanan müqavilədə cavabdeh daşıyıcı olmamışdır. Tərəflər arasında bağlanan müqaviləyə əsasən ekspeditor olan cavabdeh yüklərin daşınması üçün digər şirkətə əvvəldən aralarında bağlanmış müqavilə üzrə sifariş vermişdir və daşıyıcı funksiyasını yerinə yetirməmişdir. Qanunla müəyyən edilən lisenziya və icazələrin tələb və mahiyyətinə əsasən, daşıyıcı olmayan cavabdeh belə lisenziya və icazəni almalı deyil və məhkəmənin bu əsas xüsusatı nəzərə almaması ciddi maddi hüquq pozuntusudur.
50. MM-in 85*, 851-ci maddəsinin tələbləri pozulmuşdur – zərərin vurulmasında, yüklərin saxlanılmasında cavabdehin təqsirinin olub–olmamasını müəyyən edərkən sonuncunun müqavilə üzrə hansı öhdəliklərin daşıyıcısı olması aydınlaşdırılmalıdır.
51. Təhlükəli yüklərin dəmiryolu nəqliyyatı ilə daşınması Qaydalarının təşkil edilməsi haqqında AR Nazirlər Kabinetinin 2***-ci il 2* noyabr tarixli 2*7 saylı qərarın 1.4.1, 1.4.2, 1.1.5-ci bəndlərinin tələbləri pozulmuşdur – müqavilədən müəyyən olunmuşdur ki, cavabdeh daşıyıcı olmamış və qarşı tərəfə ekspeditor xidməti göstərmişdir, bu səbəbdən də müvafiq icazə sənədinin alınması öhdəliyi iddiaçıya aiddir. Ca vabdehin xüsusi razılıq əldə etməsinə hər hansı bir tələb mövcud deyildir, belə ki, qaydaların bu bəndindən müəyyən olunmuşdur ki, lisenziya təhlükəli yükləri daşıyan, göndərən və qəbul edən tərəfdən tələb olunur. İşin mübahisəsiz hallarından və tərəflər arasında bağlanan müqavilədən müəyyən olunmuşdur ki, iddiaçıya ekspeditor xidməti – pulun digər şirkətə ötürülməsi xidmətini göstərmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası öz qətnaməsində bu xüsusatları araşdırmamış, qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir ki, kassasiya instansiyasında qətnamənin ləğvinə kifayət qədər ciddi əsaslar yaranmışdır.
52. MPM-in 77, 88, 217-ci maddəsinin tələbləri pozulmuşdur – Apellyasiya Məhkəməsi işdə olan sübutları araşdırmamış, tərəflər arasında hər hansı bir lisenziyanın və ya icazə sənədinin alınması ilə bağlı razılığın olmamasına zəruri qiymət verməmiş, birtərəfli qaydada iddiaçının formal mülahizələrinə və ekspeditor funksiyasını yerinə yetirən cavabdehin lisenziya və icazəyə malik olub-olmaması ilə bağlı dövlət orqanına sorğu verərək və uyğun olmayan, yəni daşıyıcı funksiyasını yerinə yetirməyən cavabdeh barədə sorğuya alınmış cavaba əsaslanaraq əsassız və qərəzli qətnamə qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 4*5.*.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM -in 4*7-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
55. Apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 4*3 və 416-cı maddələri).
56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aş ağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzd ə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
439. Pul öhdəliklərinin icrası... 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmu nu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.....” “Maddə
445. Borclunun icranı gecikdirməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsi nə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət KM2 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əl də etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə 85*. Yük daşınması müqaviləsi 85*.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə
851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmi ləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. “Maddə
852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.... 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıc ıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. “Maddə
859. Yük daşıyıcısının məsuliyyəti... 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.... 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır....” 58. “Lisenziyalar və icazələr haqqında” AR Qanununa 1 nömrəli Əlavə Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı
4. Prekursorların istehsalı, idxalı, ixracı və tranzit nəql edilm əsi...
9. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması....”
59. Azərbaycan Respublikasının 28.*6.2**5-ci il tarixli 96*-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahıları”nın: İV Siyahı. Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar...
8. Xlorid turşusu....”
60. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2*14-c ü il 1* yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” *9.*3.2*16-cı il tarixli 827 nömrəli Fərmanının:... 2.1. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin Cəmiyyətin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınmış hesab edilir və yenidən alınması tələb olunmur....”
61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.11.2***-ci il tarixli 2*7 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nın:... 1.1.5. Li senziyası olmayan hüquqi və fiziki şəxslərə (təhlükəli yükləri daşıyanlara, göndərənlərə, qəbul edənlərə) təhlükəli yüklərin daşınması üçün vaqon ayrılmasına yol verilmir... 1.2.3. Təhlükəli yüklərin müəyyən bir sinifə, yarımsinifə, dərəcəyə və qrupa aid edilməsi, Beynəlxalq və Dövlət standartına müvafiq olaraq həyata keçirilir (bax. 1 nömrəli əlavəyə). Birdən çox təhlükə növünə xas olan təhlükəli yükün sinifi (yarımsinifi) təhlükə növlərinin birincilik cədvəlinə (Dövlət standartına) müvafiq qaydada müəyyən edilir. Belə yüklər üçün həm birincilik təhlükə sinifləri, həm də əlavə təhlükə sinifləri üçün müəyyən edilmiş tələblərə əməl edilməlidir. Təhlükəli yüklərin daşınması, göndərilməsi və alınması ilə məşğul olan hüquqi, vəzifəli və fiziki şəxslər Respublikanın müvafiq qanunvericilik aktl arının, lisenziya şərtlərinin və texniki təhlükəsizlik üzrə normativlərin tələblərinə əməl etməyə borcludurlar; “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”na 2 nömrəli əlavənin: Dəmir yolu ilə vaqon-sisternlərdə, örtülü vaqonlarda və konteynerlərdə daşınmasına yol verilən təhlükəli yüklərin əlifba göstəriciləri BMT 1*5* Hidrogen xlorid susuz
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasi ya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olundu ğundan və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*22-ci il 15 sentyabr tarixli 2-2(1*3)513/2*22 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
64. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, yükün cavabdehin seçdiyi daşıyıcının təqsiri üzündən dövlət sərhədində (gömrük postunda) saxlanılması, ölkə ərazisində tranzit nəqlinə icazə verilməməsi və geri qaytarılması və məhz bu səbəbdən iddiaçının zərərə uğraması məhkəmə araşdırması ilə sübut olunmuşdur. İddiaçıya vurulan zərərin məbləği ilə bağlı isə məhkəmə hesab etmişdir ki, məhkəməyə yalnız yükün daşınması üçün 27.181,7* ABŞ dolları məbləğdə pulun ca vabdehə ödənildiyini təsdiq edən mötəbər sübutlar təqdim olunmuş, iddia tələbinin digər hissələri ilə bağlı isə işdə hər hansı mötəbər sübut mövcud deyil. İddiaçı 2.712,58 ABŞ dolları ilə bağlı xidmət hesabı, 5.575 və 5.*4* ABŞ dollarına dair hesabfakturalar təqdim etsə də, adıçəkilən sənədlərə əsasən ödənişlərin edildiyi sübuta yetməmişdir. Məhkəmə iddia tələbini “pul vəsaitini qanunsuz saxlamaqla cavabdehin vurduğu zərərin əvəzi qismində tələb olunan 2.719,33 ABŞ dolları məbləğində faiz” hissəsində də əsassız hesab edərək qeyd etmişdir ki, iddia ərizəsində istinad olunan MM-in 449.1-ci maddəsi özgəsinin pul vəsaitinin ödənilməsi gecikdirilən halları tənzimləmiş, hazırkı işdə isə cavabdehin iddiaçının hər hansı pul vəsaitinin ödənilməsini gecikdirdiyi müəyyən olunmamışdır.
65. İşə kassasi ya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni mübahisələndirsə də, məhkəmə tərəfindən maddi hüquq normalarının pozulmasının nədə ifadə olunduğunu əsaslandırmamışdır.
66. Cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri bundan ibarət olmuşdur ki, cavabdeh yüklərin daşınmasını müqavilə əsasında digər şirkətə sifariş vermiş və daşıyıcı funksiyasını yerinə yetirməmiş, daşıyıcı olmayan cav abdeh yükün daşınması üçün tələb olunan lisenziya və icazəni almalı deyil. Məhkəmə kollegiyası iddiaçının yük göndərən, cavabdehin ekspeditor, üçüncü şəxsin isə daşıyıcı qismində çıxış etməklə, yükün cavabdehin seçdiyi daşıyıcının təqsiri üzündən dövlət sərhədində (gömrük postunda) saxlanılmasını, ölkə ərazisində tranzit nəqlinə icazə verilməməsini və geri qaytarılmasını, bunun da nəticəsində iddiaçıya ziyan dəyməsini nəzərə alaraq, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılaraq, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik v ə mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirildiyindən, iddiaçının və cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri də əsaslı hesab edilmir.
68. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*22-ci il 15 sentyabr tarixli 2-2(1*3)-513/2*22 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarı da göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:
70. Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*22-ci il 15 sentyabr tarixli 2-2(1*3)-513/2*22 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.