Məhkəmə qərarları › İş №2-2(102)-481/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-481/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-481/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmetinin geri qaytarılması və pul” tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2 -2(107)-27/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ 1. "xxxx" MMC (lizinq verən) ilə cavabdeh arasında bağlanılmış 2019-cu il 23 iyul tarixli, MK 103 nömrəli müqaviləyə əsasən lizinq verən müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı (Traktor Belarus-892 və PGD diskli mala) cavabdehə satmalı, cavabdeh isə müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügüdən texnikanın dəyərini lizinq ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə lizinq verənə ödəməlidir.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərfindən ödənişlər tam ödənilənədək lizinq verənə məxsusdur, 1.3-cü bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi akt ilə rəsmiləşdirilir, 9-cu bəndinə əsasən müqavilə 5 il müddət ərzində qüvvədədir. 3. 5/289 nömrəli 2019-cu il 20 avqust tarixli və 0085 nömrəli 2019-cu il 20 avqust tarixli aktlara əsasən, lizinq obyekti olan kənd təsərrüfatı texnikaları traktor Belarus-892 və PGD diskli mala cavabdehə təhvil verilmişdir.

4. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin 2019-cu il 10 sentyabr tarixli çıxarışa əsasən, lizinq verən "xxxx" MMC-nin adı dəyişdirilərək, İddiaçı MMC olmuşdur.

5. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin 2019-cu il 20 noyabr tarixli çıxarışına əsasən, İddiaçı MMC-nin təşkilatı hüquqi forması dəyişdirilərək QSC olmuşdur.

6. İddiaçı tərəfindən tərtib edilmiş 2022-ci il 30 noyabr tarixli maliyyə arayışına əsasən müqavilənin məbləği 51.948 manat, cavabdehin ödədiyi məbləğ 10.989 manat, güzəşt edilmiş məbləğ 19.129,49 manat, gecikdirilmiş borc 12.925,18 manat, hesablanmış cərimə 6.902,15 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı QSC (bundan sonra - “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 19 oktyabr tarixində Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “2019-cu il 23 iyul tarixli MK-103 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və PGD-28 diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması və ümumilikdə 30.995,58 manat məbləğin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi 2022-ci il 29 noyabr tarixində həmin məhkəməyə müraciət edərək “2019-cu il 27 iyul tarixli MK-103 nömrəli X4 müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və 28 diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması və lizinq müqaviləsi üzrə 20.565,51 manat məbləğində əsas borc, 6.902,15 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının nümayəndəsi 2022-ci il 7 dekabr tarixində həmin məhkəməyə müraciət edərək “2019-cu il 27 iyul tarixli MK-103 nömrəli X4 müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan 1 ədəd traktor “Be larus-892” və 28 diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması və lizinq müqaviləsi üzrə 12.925,18 manat məbləğində əsas borc, 6.902,15 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 27 iyul tarixli MK-103 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı lizinq alana satmağı, lizinq alan isə hazırki müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində (1 nömrəli əlavə) göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1.4-cü bəndinə əsasən texnikadan istifadə üçün ödəniş c ədvəlində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.4-cü bəndində göstərilən hal baş verdikdə lizinq verən lizinq alanın borclu olduğu məbləği və ödənişin gecikdirildiyi hər günə görə gecikdirilmiş məbləğin aylıq ödənişin 0,1%-i həcmində dəbbə pulu ödənilməsini təmin edir.

11. Ərizə tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2, 748-1.5, 748-1.12.4, 748-2.3-cü; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə istinad edilmişdir.

12. Cavabdeh ərizəyə qarşı etiraz təqdim etməmişdir.

13. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 13 yanvar tarixli e-2-2(117) -27/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 23 iyul tarixli MK-103 nömrəli X4 müqaviləsi ləğv edilərək cavabdehdən lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və 28 diskli malanın saz və işlək vəziyyətdə alınaraq iddiaçıya qaytarılması, cavabdehdən lizinq müqaviləsi üzrə 12.925,18 manat pul, 200 manat cərimə borcu və 81,8 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması və 149,49 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – M.Hüseynov).

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2019-cu il 23 iyul tarixli MK103 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı lizinq alana satmağı, lizinq alan isə hazırkı müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində (1 nömrəli əlavə) göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1.4-cü bəndinə əsasən texnikadan istifadə üçün ödəniş cədvəlində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.4-cü bəndində göstərilən hal baş verdikdə lizinq verən lizinq alanın borclu olduğu məbləği və ödənişin gecikdirildiyi hər günə görə gecikdirilmiş məbləğin aylıq ödənişin 0,1 %-i həcmində dəbbə pulu ödənilməsini təmin edir.

15. Cavabdeh 2019-cu il 23 iyul tarixli ödəniş cədvəlinə əsasən 2019- cu il 28 avqust tarixindən 2024-cü il 28 iyul tarixədək hər ay 363,83 manat məbləği annuitet qaydada iddiaçıya ödəməyi öhdəsinə götürsə də cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirməmiş və bu səbəbdən də ödənilməmiş borcu qalmışdır. 16. 2022-ci il 26 dekabr tarixli maliyyə arayışına əsasən, müvafiq texnika və avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun həmin tarixə 12.925,18 manat əsas borcu və 6.902,15 manat cərimə borcu yaranmışdır.

17. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borca münasibətdə tam, cərimə borcuna münasibətdə isə qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

18. Məhkəmə iddia tələbinin “6.902,15 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.3-cü bə ndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəyir.

19. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

20. Məhkəmə tərəflərin mənafelərini, lizinq borcu üzrə iddiaçınn hazırkı vaxta kimi məhkəməyə müracət etməməsini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 200 manat həddində təmin edilməsini əd alətli və qanuni hesab edərək qeyd edilmişdir ki, iddiaçı 12.925,18 manat məbləğində əsas borcun, 200 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Məhkəmə iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 23 iyul tarixli MK-103 nömrəli X4 müqaviləsinin ləğv edilməsi və cavabdehdən lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və 28 diskli mala saz və işlək vəziyyətdə alınaraq iddiaçıya qaytarılması” hissəsinə münasibətdə bildirmişdir ki, iddiaçı bu tələbində də haqlı olmuşdur.

22. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il 23 iyul tarixli MK-103 nömrəli X4 müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğundan və həmin müqavilənin 10.1.2-ci bəndinə əsasən, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə və yaxud lizinq o byektini istifadəyə verirsə, lizinq verənin müqavilənin icrasından birtərəfli imtina edərək lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən lizinqə verən lizinq predmetini lizinq alan başqa şəxslərə verirsə və ödəniş qrafiki üzrə ödənişləri bir dəfədən artıq ödənişini gecikdirdikdə lizinq predmetlərinin geri qaytarılmasını tələb etmək hüququ vardır.

23. Hazırkı müqavilə üzrə texnikalar cavabdeh tərəfindən qardaşının istifadəsinə verilmiş, sonuncu isə həmin texnikanı başqa şəxsin istifadəsinə vermişdir. Bunu cavabdeh də izahatında təsdiq etmişdir. Ona görə də iddia tələbi qeyd edilən hissədə də əsaslı hesab edilmişdir.

24. Məhkəmə öz mövqeyini MM-in 385.1, 427.3, 442, 462.1, 462.3, 46 7, 747.1-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci; MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh 2023-cü il 18 fevral tarixində apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 13 yanvar tarixli e-2-2(117)-27/2023 saylı qətnaməsini qismən, yəni iddianın təmin olunan hissədə ləğv, həmin hissədə yeni qətnamə qəbul edərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(107)-27/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 13 yanvar tarixli e-2-2(117)-27/2023 sayl ı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – G.Cavadova, hakimlər – V.Məlikov və E.Hüseynov).

27. Belə ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh bildirmişdir ki, işə baxmış məhkəmə tərəflər arasında bağlanmış müqavilənin görüntü üçün bağlandığını, həmin müqavilə üzrə lizinq obyektinin cavabdehə faktiki verilmədiyini, müqavilə və təhvil-təslim aktının formal olaraq imzalandığını araşdırmamışdır.

28. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh bu ifadə ilə tərəflər arasında bağlanmış müqavilənin faktiki olaraq etibarsız olduğunu bildirir. Lakin cavabdeh, həmin müqavilənin etibarlılığını mübahisələndirməmiş, iddiaçıya qarşı müvafiq iddia qaldırmamışdır.

29. Bununla bağlı məhkəmə qeyd e tmişdir ki, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən apellyasiya şikayətinin müzakirə edilən dəlilinə tətbiqi nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən müqavilənin etibarlılığı hazırki icraat zamanı şübhə doğurmamalıdır; apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

30. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, lizinq müqaviləsinə əsasən, müqavilə bağlandıqdan sonra iddiaçı “lizinqə verən”, cavabdeh isə “lizinq alan” hesab olunmuşdur. Cavabdeh lizinq müqaviləsi üzrə texnikaların təhvil-təslim aktını imzaladığı andan həmin tex nikalar cavabdehin istifadə və sahibliyinə verilmiş əşya sayılmışdır. Cavabdeh lizinq obyektinin 3-cü şəxsdə olduğunu bildirsə də, bu iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu hal öz təsdiqini tapsa belə, cavabdehin lizinq müqaviləsi və təhvil-təslim aktını imzaladıqdan sonra texnikaları 3-cü şəxsin (cavabdehin qardaşının) sahiblik və istifadəsinə verməsi həmin şəxsi iddiaçı qarşısında “lizinq alan”a çevirmir, cavabdehi isə müqavilə üzrə üzərinə götürmüş olduğu məsuliyyətdən və öhdəliklərdən azad etmir.

31. İşdə olan sənədlərə əsasən, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 23 iyul tarixində bağlanmış lizinq müqaviləsinə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı cavabdehə satmağı, sonuncu isə müqaviləd ə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür.

32. Lakin cavabdeh, müqavilə şərtlərinə riayət etməmiş və lizinq ödəmələrini gecikdirmişdir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, cavabdehin iddiaçıya lizinq müqaviləsi üzrə 12.925,18 manat məbləğində əsas borc, 6.902,15 manat məbləğində cərimə borcu mövcuddur.

33. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Hər bir halda, cavabdeh, bunun əksini təsdiq edə və iddia tələbinin əsaslığını şübhə altına ala biləcək sübutlara malik deyil, malik olmuş olsa belə həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəf öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilməməklə yanaşı, ümumiyyətlə bu halı, həmçinin ondan tutulması tələb edilən əsas borcun məbləğini mübahisələndirməmişdir.

34. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı, cavabdehdən lizinq müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə 12.925,18 manat məbləğində əsas, 6.902,15 manat məbləğində cərimə borcunun ödənilməsini, habelə lizinq obyektinin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını tələb etməkdə, birinci instansiya məhkəməsi isə cərimə borcuna aid tələbi qismən, digər tələbləri isə tam həcmdə təmin etməkdə haqlı olmuşdur.

35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442.1, 747.1, 748-1.1-ci; MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. Həmin qətnamə 2023-cü il 13 aprel tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

37. Cavabdeh 2023-cü il 12 iyun tarixində kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli 2-2(107)-27/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

38. MM-in 385, 442.1, 747.1 və 748-1.1-ci maddələrinin tələbləri pozulmuşdur – apellyasiya instansiya məhkəməsi müqavilənin qanuniliyini, etibarlılığını yoxlayaraq ondan irəli gələn öhdəliklərlə bağlı qiymət verməli idi ki, bunu da etməmişdir.

39. Göründüyü kimi məhkəmə həm 1 ədəd Traktor “Belarus-892” və 28 diskli malanın saz və i şlək vəziyyətdə alınaraq iddiaçıya qaytarılmasını, həmdə 12.925,18 manat pulun, 200 manat cərimə borcunun və 81,8 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulmasını qət etmişdir. 12.925,18 manat pulun, 200 manat cərimə borcunun nə üçün ödənilməsini müəyyən etmək olmamışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd olunan məbləğ iş üzrə iddiaçıya ödənildiyi təqdirdə 1 ədəd Traktor “Belarus-892” və 28 diskli malanı cavabdehə qalmalıdır. Odur ki, məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmadan, həmin sübutlara tətbiq edilməli maddi hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verməmişdir.

40. MM-in 440-cı maddəsinin tələbi pozulmuşdur – cavabdeh üçün daha ağır olan kredit məbləğinin ödənilməsi olduğu halda iddiaçı tərəfindən aparılmış ödənişlər faizl əri, cəriməyə və məbləğin az hissəsi yalnız əsas borcun silinməsinə yönəlmişdir. Əsas borc və faiz məbləğinin müəyyənləşdirilməsi üçün (ayrı-ayrı vaxtlardan aparılmış ödənişlər nəzərə alınmaqla) məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir.

41. MPM-in 259, 387.2.8; “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 3.2 və 21 maddələrinin tələbləri pozulmuşdur – mövcud mübahisə üzrə cavabdeh mediasiya sessiyasında iştirakı təmin olunmamış və ümumiyyətlə mediasiyanın keçirilməsi və məhkəməyə müraciət olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur.

42. MPM-in 9, 14.2, 77, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur – işə baxılmasının vaxtı və yeri barədə bildirişin cavabdehə çatdırılması, gəlməməsinin səbəbləri araşdırılmadan ədalətli məhkəmə araşd ırma hüququ pozulmaqla qətnamə qəbul edilmişdir. Məhkəmənin hərəkətləri ona dəlalət etmişdir ki, iş üzrə cavabdeh subyektin Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı hüququ pozulmuşdur. Məhkəmə qətnaməsində qeyd olunan məbləğ iş üzrə iddiaçıya ödənildiyi təqdirdə 1 ədəd traktor “Belarus-892” və 28 diskli malanı cavabdehə qalmalıdır. Apellyasiya instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutları tam araşdırmamış və onlardan istifadə etməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı 1 ədəd traktor “Belarus-892” və 28 diskli malanı cavabdehin istifadəsinə verməsinə və faktiki istifadəsində olmasına dair sübut təqdim edə bilməmişdir.

43. MPM-in 47.2, 78.2, 85 və 184.4-cü maddəsinin tələbləri pozulmuşdur – işin faktiki hallarına əsasən, cavabdeh tərəf müqaviləyə imza atsa da, cavabdehden hər hansı texnikanın lizinqə götürmədiyini bildirmiş, iddiaçı tərəfindən lizinq obyekti faktiki olaraq cavabdehə deyil, onun qardaşı X2 lizinqə verilmiş, məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatını vəsətət kimi qiymətləndirməyərək həqiqətə nail olmaq üçün sonuncunu məhkəmə icraatına cəlb etməmişdir. Birinci instansiya məhkəməsi lizinq obyektinin cavabdehə lizinqə verilməsi qənaətinə gəlsə də, lizinq obyektinin faktiki olaraq başqa şəxsin istifadəsində olmasını və əslində X2 lizinqə verilməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən lizinq obyektinin cavabdehə lizinqə verilməsi, müqavilə rəsmiləşdirildiyi andan onun istifadəsin də olması sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi lizinq müqaviləsinin iddiaçı ilə cavabdeh arasında rəsmiləşdirilməsi qənaətinə gəlsə də, bu işin hallarına uyğun olmamış, əslində tərəflər arasında rəsmiləşdirilmiş müqavilə görüntü üçün bağlanmışdır. b) Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələr inə uyğun olaraq yoxlanılacaqdır.

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsəl ən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərim ə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər...” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....”

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. Ali Məhkəmənin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(107)-27/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

50. Məhkəmə Kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, məhkəmələrin lizinq obyektlərinin və müqavilə üzrə yaranmış borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə alınması ilə bağlı mövqeləri əsaslı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il 23 iyul tarixli MK-103 nömrəli müqavilənin 10.1 və 10.1.2-ci bəndlərinə əsasən, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə və yaxud lizinq obyektini istifadəyə verirsə, lizinq verənin müqavilənin icrasından birtərəfli imtina edərək lizinq obyektini mübahisəsiz geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ var.

51. Cavabdehin kassasiya şikayətinin digər dəlilinə münasibətdə məh kəmə kollegiyası qeyd edir ki, MM-in 440.2-ci maddəsinə əsasən, tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir, iş üzrə cavabdehin lizinq verənin qarşısında bir müqavilə üzrə öhdəliyi yaranmışdır. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən istinad edilən maddi hüquq normasının tələbi pozulmamışdır.

52. Məhkəmə cavabdehin mediasiya sessiyasında iştirakının təmin olunmaması və ümumiyyətlə mediasiyanın keçirilməməsi və məhkəməyə müraciət olunması barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan mediasiya sessiyasının keçirilməsi haqqında məlumat cavabdehin nümayəndəsi K.Ömərov tərəfindən 2022-ci il 18 avqust tarixində imza edilməklə təhvil alınmışdır.

53. Cavabdehin işə baxılmasının vaxtı və y eri barədə bildirişin cavabdehə çatdırılmaması, gəlməməsinin səbəbləri araşdırılmadan ədalətli məhkəmə araşdırma hüququ pozulmaqla qətnamə qəbul edilməsi ilə bağlı kassasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2023-cü il 1 mart tarixli bildirişi ilə cavabdehin vəkili və nümayəndəsinə məhkəmə iclasının 2023-cü il 4 aprel tarixində keçiriləcəyi barədə məlumat verilmişdir.

54. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya qeyd edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılaraq hüquqi qiymət verilmiş, məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(107)-27/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

57. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(107)-27/2023 saylı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar