Məhkəmə qərarları › İş №2-2(102)-481/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-481/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-481/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 iyun tarixli 2-2(106)-24/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 1 may tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satdığı yemin dəyərinin ödənilməyən hissəsi olan 24.823 manat məbləğində borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz dərəcəsində hesablanmaqla 1.241 manat faiz məbləği, mənəvi zərərə görə 10.000 manat pulun, 200 manat mediasiya və 220 manat hüquqi yardım xərcinin və ödənilmiş 199 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 11 oktyabr tarixli e-2-2(121)1035/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 24.823 manat borc, 200 manat mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ və ödənilmiş dövlət rüsumunda n 164,47 manat olmaqla, ümumilikdə 25.187,47 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid olunmuşdur (hakim – Z.Abbasov).

3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(106)-24/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Kərimov, hakimlər – C.İmanov və P.Əhmədov).

5. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, müəyyən edilmiş hallar və işdəki sübutla r əsasında qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(102)-351/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması üçün işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim – B.Məmmədli, hakimlər – B.Qəribov və E.Vəliyeva).

7. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(106)-24/2024 nömrəli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – T.Kərimov, hakimlər – C.İmanov və P.Əhmədov). 8. 2024-cü il 12 iyun tarixində cavabdeh yenidən kassasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, cavabdeh Ali Məhkəmənin qərardadında qeyd olunmuş nöqsanları aradan qaldırmış və yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh kassasiya şikayəti verilməsi üçün üzrlü səbəblərə qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür.

9. İddiaçının nümayəndəsi ərizəyə qarşı etiraz təqdim edərək, onun təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkar olunmaz səbəblər mövcud olmamışdır. Kassator tərəfindən müddətin ötü rülməsini üzrlü edən, cavabdehin iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad olunmadığından və belə səbəblərə dair sübutlar təqdim edilmədiyindən, müddətin bərpasına dair cavabdehin ərizəsi əsassız olmuşdur.

10. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 iyun tarixli 2-2(106)-24/2024 nömrəli qərardadı ilə cavabdehin qətnamədən kassasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir (sədrlik edən – T.Kərimov, hakimlər – S.Həsənov və P.Əhmədov).

11. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessu al müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

12. Hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi 2024-cü il 23 fevral tarixində cavabdehin vəkili, eyni zamanda n ümayəndəsi Vəkil1 “elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməklə, poçt göndərişlərinin izlənməsi üzrə "xxxx" MMC-nin rəsmi internet səhifəsindən edilmiş çıxarışa əsasən isə 2024-cü il 9 mart tarixində cavabdehə verilməklə rəsmi qaydada təqdim olunmuşdur.

13. Cavabdeh ilk dəfə kassasiya şikayətini prosessual müddət ötürülmədən versə də, həmin şikayətlə bağlı qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən kassasiya şikayəti geri qaytarılmışdır. Bu səbəbdən, həmin kassasiya şikayətinin verilməsi müddətin hesablanmasında nəzərə alına bilməz və bu müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətinin qanunla müəyyən olunmuş qaydada verilməsi, o cümlədən tələb olunan məbləğdə dövlət rüsumunun ödənilməsi kassatorun vəzifəsidir ki, onun bu vəzifəsini yerinə yetirməməsinin mənfi nəticələrinin riskini özü daşımalıdır. Kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, cavabdehin iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad olunmadığından və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 129.3, 130.1, 133.1, 405.0.1 və 408.1.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunması, buraxılmış prosessual müddətinin bərpa olunmasına dair ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassa siya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. MPM-in 133.1 və 405.0.1-ci maddələri üzrə - Apellyasiya məhkəməsi faktiki olaraq formal əsaslarla cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəni təmin etməmişdir. Apellyasiya məhkəməsi buraxılmış prosessual müddətin üzrlü səbəblərin konkret hallarını - şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyəti və sair halları üzrlü hal kimi hesab etmişdir. Apellyasiya məhkəməsi “sair” halları ilə bağlı ümumiyyətlə heç bir açıqlama verməmiş, qəbul etdiyi qərardadı çoxsaylı qanun və prosessual qanunvericiliyin normaları ilə əsaslandırsa da, həmin tələblər cavabdeh tərəfindən verilən prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsinə ə sas deyil.

17. Cavabdeh Ali Məhkəmənin qərardadında göstərdiyi nöqsanları aradan qaldırmış, yenidən kassasiya şikayətini apellyasiya məhkəməsinə təqdim etmişdir. Tam üzrlü səbəblərə görə qanunda nəzərdə tutulmuş prosessual müddət keçirilmişdir. Bununla əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizə apellyasiya məhkəməsinə təqdim edilsə də, əsassız olaraq ərizə təmin edilməmişdir. Apellyasiya məhkəməsi öz qərardadında qeyd etdiyi MPM-in maddələrini düzgün təfsir etməmiş, əksinə olaraq həmin normaların tələblərini kobud surətdə pozmuşdur.

18. MPM-in 14.2, 88 və 174.2-ci maddələri üzrə - Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış və mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi cavabdehin qeyd etdiyi bütün halları araşdırmamı şdır və bu hal da məhkəmənin həmin halların obyektiv tədqiqinə lazımı şərait yaratmadığını təsdiq edir. Apellyasiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizədə göstərilən hallara lazımi qaydada hüquqi qiymət verməmiş, onlara işin hallarına uyğun olmayan izah vermişdir. Apellyasiya məhkəməsi hazırki məsələdə obyektiv olmamış, nəticədə əsassız qərardad qəbul etmiş, bununla da MPM-in tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh ilk dəfə kassasiya şikayətini prosessual müddət ötürülmədən vermiş olsa belə, həmin şikayətlə bağlı qanunla müəyyən ol unmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən kassasiya şikayəti geri qaytarılmışdır. Bu səbəbdən, həmin kassasiya şikayətinin verilməsi müddətin hesablanmasında nəzərə alına bilməz və bu müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətinin qanunla müəyyən olunmuş qaydada verilməsi, o cümlədən tələb olunan məbləğdə dövlət rüsumunun ödənilməsi kassatorun vəzifəsidir ki, onun bu vəzifəsini yerinə yetirməməsinin mənfi nəticələrinin riskini özü daşımalıdır. Analoji işlərlə bağlı Ali Məhkəmənin təcrübəsi (məsələn: 2024-cü il 21 fevral tarixli 2(102)-940/2024 nömrəli qərardadı) mövcuddur. Kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, cavabdehin iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübu tlar təqdim edilmədiyindən kassasiya şikayəti əsassızdır və təmin edilə bilinməz. Kassasiya baxışının hədləri

20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 2024-cü il 27 fevral tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsi n kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir....”

22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

129. Prosessual müddətlərin qurtarması... 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur....” “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məh kəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və bu raxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax §§ 16-18) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti t əmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi 2024-cü il 23 fevral tarixində cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 “elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməklə, poçt göndərişlərinin izlənməsi üzrə "xxxx" MMC-nin rəsmi internet səhifəsindən edilmiş çıxarışa əsasən isə 2024-cü il 9 mart tarixində cavabdehə verilməklə rəsmi qaydada təqdim olunmuşdur.

25. Cavabdeh tərəf ilk dəfə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən həmin şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(102)351/2024 nömrəli qərardadı ilə q eyri-mümkün hesab edilərək geri qaytarılmışdır.

26. Həmin qərardadın tam mətni 2024-cü il 15 may tarixində cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 “elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetinə yerləşdirilmişdir.

27. Cavabdeh tərəf Ali Məhkəmənin qərardadında göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra 2024-cü il 12 iyun tarixində təkrar kassasiya şikayəti və buraxılmış prosessual müddətinin bərpa olunmasına dair ərizə ilə müraciət etmişdir.

28. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, kassasiya şikayətinin qanunla müəyyən olunmuş qaydada verilməsi, o cümlədən tələb olunan məbləğdə dövlət rüsumunun ödənilməsi kassatorun vəzifəsidir ki, onun bu vəzifəsini yerinə yetirməməsinin mənfi nəticələrinin riskini özü daşımalıdır. Cavabdeh ilk dəfə kassas iya şikayətini prosessual müddət ötürülmədən versə də, həmin şikayətlə bağlı qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən kassasiya şikayəti geri qaytarılmışdır. Bu səbəbdən, həmin kassasiya şikayətinin verilməsi müddətin hesablanmasında nəzərə alına bilməz və bu müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas ola bilməz.

29. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumununun düzgün ödənilməməsi 2024-cü il 15 may tarixində məlum olmuş, lakin o, qeyd olunan nöqsanı 28 gün keçdikdən sonra (2024-cü il 12 iyun tarixində) aradan qaldırmışdır. Bununla da, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5ci maddəsinin şərh edilməsinə dair” 2024-cü il 27 fevral tarixli Qərarında (bax §21) göstərilmiş “ağlabat müddət” hazırkı vəziyyətdə hesab edilə bilməz.

30. Bu səbəbdən kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

31. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 iyun tarixli 2-2(106)-24/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar