Məhkəmə qərarları › İş №2-2(102)-482/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-482/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-482/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 may tarixli, 2-2(103)-93/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 8 iyun tarixli, 1629 saylı alqı-satqı müqaviləsinin 3.1-ci bəndində malların sifarişinin telefon vasitəsilə verilməsinin mümkün olduğu, 3.5-ci bəndində malların təhvil verilməsinin təhvil-qəbul aktı ilə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 8.5-ci bəndində satıcı tərəfindən ödəniş üçün alıcıya hər iki tərəfin imzaladığı təhvil-təslim aktı, elektron qaimə və elektron hesab faktura təqdim edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 10.4-cü bəndinə görə, alıcı təhvil alınmış malların dəyərini 10 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür.

2. Malların təqdim edilməsinə sübut olaraq birinci instansiya məhkəməsinə 18 ədəd “Malların təhvil-qəbul aktı” adlı sənəd təqdim edilmişdir. Həmin sənədlərdə malları təhvil alan şəxslərin “R.Elvin”, “M.F ərhad”, “Murad”, “Hümbət”, “Rinat”, “Ağa” adlı şəxslər olduğu qeyd edilmişdir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 2021-ci il 13 avqust tarixli pretenziya məktubu ilə borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. 4. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 18 fevral tarixli arayışdan görünür ki, Cavabdeh sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıdan təhvil aldığı mallara görə ödəməli olduğu 17.574 manat məbləğində vəsaitin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 8 iyun tarixli, 1629 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehi onun sifarişləri əsasında razılaşdırılmış miqdarda və çeşiddə malla təmin etməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində iddiaçı ilə cavabdeh arasında bir sıra malların təhvil-təslimi həyata keçirilmişdir. Həyata keçirilən hər bir təhvil-təslim əməliyyatı iddiaçının səlahiy yətli nümayəndəsi və cavabdehin birbaşa özü tərəfindən imzalanmaqla təsdiq olunan “Malların təhvil-qəbul aktı” əsasında rəsmiləşdirilmişdir. Lakin cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini ödəmiş, müəyyən bir hissəsinin dəyərini ödəməmişdir. Dəyəri ödənilməmiş malların ölçüsü, miqdarı, vahidinin qiyməti və məbləğini özündə əks etdirən “Malların təhvil-qəbul aktı” iddia ərizəsinə əlavə edilmişdir. İddia ərizəsinə əlavə olunmuş maliyyə arayışı ilə müəyyən olunmuşdur ki, cavabdehin qeyd olunan müqavilənin icrası üzrə təhvil aldığı mallara görə iddiaçıya 17.574 manat məbləğində borcu yaranmışdır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 445.1, 445.2.1 və 448.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4-cü maddəsinə istinad olunmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli, e-2-2(113)3585/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən təhvil aldığı mallara görə ödəməli olduğu 17.574 manat pul və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 8 iyun tarixli, 1629 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehi onun sifarişləri əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malla təmin et məyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 18 ədəd “Malların təhvil-qəbul aktları”ndan görünür ki, iddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 18.696,74 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin 2021-ci il 17 sentyabr tarixinə iddiaçıya 17.574 manat ödənilməmiş borcu qalmışdır.

10. Alqı-satqı müqaviləsi iki tərəfin - alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən, alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

11. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdeh, onun nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsi üçün istinad etdiyi dəlilləri əsaslandıra bilməmiş, həmin dəlillərin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim e tməmişdirlər. Buna görə də cavabdehin dəlilləri formal mülahizələrə əsaslanmaqla əsassız olmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 448.1 və 567-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə, MPM-in 14.2, 80, 119.1, 217.3 və 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, məhkəməxətşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 fevral tarixli, 22(103)-93/2023 s aylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə məhkəmə-xətşünaslıq ekspertizasının 2023-cü il 17 aprel tarixli, 4/335 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Ekspertizaya təqdim edilmiş 2021-ci il 2 mart tarixli, HDP/8 seriyalı, 834814 nömrəli (əslində və kserosurətində)” 2021-ci il 12 fevral tarixli, 774869 nömrəli; 2020-ci il 13 noyabr tarixli, 016626 nömrəli; 2020-ci il 15 dekabr tarixli, 132871 nömrəli; 2020-ci il 28 noyabr tarixli, 087476 nömrəli; 2021-ci il 16 yanvar tarixli, 464219 nömrəli; 2021-ci i l 22 fevral tarixli, 783333 nömrəli; 2021-ci il 19 fevral tarixli, 782883 nömrəli; 2021-ci il 16 fevral tarixli, 737038 nömrəli; 2021-ci il 8 fevral tarixli, 733616 nömrəli; 2021-ci il 3 fevral tarixli, 306906 nömrəli; 2021-ci il 28 fevral tarixli, 735775 nömrəli Malların təhvil-qəbul aktlarında “Təhvil aldım” qrafalarındakı imzalar; 2020-ci il 26 avqust tarixli, HDP/6 seriyalı, 643907 nömrəli; 2020-ci il 17 avqust tarixli, 643979 nömrəli Malların təhvil-qəbul aktlarında “Təhvil aldım” qrafalarındakı imzalar; HDP/7 seriyalı 2020-ci il 17 sentyabr tarixli 085045 nömrəli; 2020-ci il 31 oktyabr tarixli, 638410 nömrəli; 2020-ci il 29 oktyabr tarixli, 179145 nömrəli; 2020-ci il 23 noyabr tarixli, 671583 nömrəli Malların təhvil-qəbul aktlarında “Təhvil aldım” qrafalarındakı imzalar – cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 may tarixli, 2-2(103)-93/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia cavabdehdən iddiaçının xeyrinə 1.855 manat pulun tutulması hissəsində rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, 138 manat ekspertiza xərcinin cavabdehdən Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 8 iyun tarixli, 1629 saylı alqı-satqı müqaviləsinə əsasən iddia çı cavabdehin sahibkar kimi fəaliyyət göstərdiyi (cavabdehin adminstratoru olduğunu iddia etdiyi) “50 qəpik” restoranına müxtəlif ərzaq malları satmış, satılmış malların dəyəri əvvəllər ödənilsə də 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək hissə-hissə təhvil verilmiş, 17.574 manat məbləğində malın dəyərinin ödənilmədiyini iddia etmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə malların təhvil verildiyini təsdiq etmək üçün təhvil-təslim aktları təqdim edilmişdir.

17. Cavabdeh iddia ilə bağlı öz mövqeyini sonuncu məhkəmə iclasında bildirdiyindən işə baxılması üçün qanunla nəzərdə tutmuş müddət bitdiyi üçün iddiaçının məhkəməyə əlavə sübutlar-malların təqdim olunması ilə bağlı elektron qaimələri təqdim etmək imkanı olmadığından məhkəmə işə apellyasiya qaydasında baxılar kən təqdim edilmiş elektron qaimələrin sübut kimi qəbul olunmasını mümkün hesab etmişdir.

18. Həmin qaimələrə əsasən müəyyən edilmişdir ki, cavabdehə 2020-ci il 20 avqust tarixli, EBAN seriyalı, 869931 saylı elektron qaimə üzrə 1.262,70 manat; 2020-ci il 2 sentyabr tarixli, EBAP seriyalı, 479805 saylı elektron qaimə üzrə 1.262,70 manat; 2020-ci il 21 sentyabr tarixli, EBAQ seriyalı, 220396 saylı elektron qaimə üzrə 1.010,16 manat; 2020-ci il 2 noyabr tarixli, EBAS seriyalı, 031154 saylı elektron qaimə üzrə 1.327,20 manat; 2020-ci il 23 noyabr tarixli, EBAS seriyalı, 913159 saylı elektron qaimə üzrə 1.080,60 manat; 2020-ci il 20 noyabr tarixli, EBAS seriyalı, 816499 saylı, elektron qaimə üzrə 1.230,89 manat; 2020-ci il 30 noyabr tarixli, EBAT seriyalı, 228361 saylı elektron qaimə üzrə 1.235,25 manat; 2020-ci il 2 dekabr tarixli, EBAT seriyalı, 869931 saylı elektron qaimə üzrə 3445 manat; 2021-ci il 15 fevral tarixli, EBAX seriyalı, 495869 saylı elektron qaimə üzrə 627,60 manat; 2021-ci il 15 fevral tarixli, EBAX seriyalı, 495892 saylı elektron qaimə üzrə 591,20 manat; 2021-ci il 16 fevral tarixli, EBAX seriyalı, 556898 saylı elektron qaimə üzrə 1.013,31 manat; 2020-ci il 18 fevral tarixli, EBAX seriyalı, 648987 saylı elektron qaimə üzrə 609,40 manat; 2021-ci il 24 fevral tarixli, EBAX seriyalı, 877325 saylı elektron qaimə üzrə 359 manat; 2021-ci il 25 fevral tarixli, EBAX seriyalı, 945080 saylı elektron qaimə üzrə 664 manat, ümumilikdə 15.719,01 manat dəyərində malların təhvil verilməsi ilə bağlı elektron qaimə göndərilmiş, cavabdeh bu qaimələrlə bağlı iddiaçıya hər hansı et iraz bildirdiyini və ya ləğvi ilə bağlı müraciət etdiyini sübut edə bilməmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 17 aprel tarixli, 4/335 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, iş materiallarına əlavə olunmuş “Malların təhvil-qəbul” aktlarında “təhvil aldım” qrafalarındakı imzalar cavabdeh tərəfindən deyil, başqa şəxslər tərəfindən icra edilmişdir. Məhkəmə tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunduğu iddia edilən mallar cavabdehin özünə təqdim olunmamışdır. İş materiallarının 63-cü vərəqinə əlavə edilmiş 2021-ci il 16 yanvar tarixli aktın isə ümumiyyətlə mübahisəyə aid olduğu müəyyən olunmamışdır. Belə ki, həmin aktda malın göndərildiyi vergi ödəyicisinin X1 (VÖEN **********) qeyd ed ilmişdir. Birinci instansiya məhkəməsi qətnamədə bu sübuta hər hansı hüquqi qiymət verməmişdir.

20. Cavabdehin dəyəri tələb edilən malın 15.719,01 manat hissəsinin iddiaçı tərəfindən təhvil verilmədiyinə dair dəlili əsassız olmuşdur. Belə ki, təhvil-qəbul aktlarında cavabdehin imzası olmasa da 15.719,01 manat dəyərində malın təhvil verilməsi ilə bağlı vergi ödəyicisi kimi elektron poçtuna daxil olmuş elektron qaimələrə hər hansı etiraz bildirməməsi təsdiq etmişdir ki, cavabdeh MM-in 433.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada malların iddiaçı tərəfindən təqdim edilməsi faktını qəbul etmişdir. Cavabdeh “50 qəpik” restoranının Qaradağ şöbəsində fəaliyyətini dayandırdığı vaxtdan bu barədə müqavilə tərəfinə məlumat verməyə və bağladığı alqı-satqı müqaviləsini ləğv etməyə borclu idi. Cavabdeh o nunla bağlanmış alqı-satqı müqaviləsini ləğv etmədiyinə və elektron göndərilmiş qaimələrə etiraz etmədiyinə görə məhkəmə hesab etmişdir ki, MM-in 448.1-ci maddəsinə görə həmin müqavilə əsasında sifariş edilmiş malların dəyərinin ödənilməsinə görə məsuliyyət də cavabdehin üzərinə düşmüşdür.

21. İddiaçı cavabdehdən 17.574 manat borcun tutulmasını tələb etsə də, yalnız 15.719,01 manat hissədə cavabdehə elektron qaimə göndərdiyindən, o cümlədən 51,35 manat dəyərində malın təhvil-qəbul aktına əsasən X1 adlı vergi ödəyicisinə göndərdiyi müəyyən olunduğundan 1.855 manat hissədə iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyinə görə məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, mübahisələndirilən qətnamə qismən ləğv olunaraq iddia 1.855 manat hissədə rədd edilməlidir.

22. Apellyasiya inst ansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 433.1, 433.2, 448.1, 567, 598.1 və 598.2-ci maddələrinə, MPM-in 77.1, 88, 119.3 və 154.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 22 may tarixində iddiaçıya göndərilmiş, cavabdehin nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

24. İddiaçı həmin qətnamədən 2023-cü il 12 iyun tarixində kassasiya şikayəti onun qismən ləğv olunmaqla işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli, 2-2(103)-93/2023 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 may tarixli, 2-2(113)-93/ 2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

26. Cavabdeh həmin qətnamədən 2023-cü il 21 iyul tarixində kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunan hissəsində ləğv olunaraq, iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri

27. MM-in 442-ci, 445.5-ci, 568.1-ci və 575.1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 8 iyun tarixli, 1629 saylı alqı-satqı müqaviləsinin 3.5-ci bəndinə əsasən, satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqa nı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların Təhvil-qəbul aktını 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, alıcı malları qəbul etdikdən və aktı və digər sənədləri əldə etdikdən sonra onların hər bir nüsxələrini imzalayacaq, onların bir nüsxələrini özündə saxlayacaq digər nüsxəsini isə satıcıya verəcək.

28. Cavabdeh ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2020-ci il 18 avqust tarixində isə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ ünvanında yerləşən **********-11001 kodlu təsərrüfat obyekti qeydə alınmış və 2020-ci il 22 dekabr tarixində qeydiyyatdan çıxarılmış, **********-11001 kodlu təsərrüfat subyektində 00222638 nömrəli NKA isə 2020-ci il 21 avqust tarixində qeydiyyata alınmış, 2020-ci il 22 dekabr tarixində qeydiyyatdan çıxarılmışdır. Faktiki olaraq avqust ayının sonlarında, rəsmi olaraq isə 2020-ci ilin dekabrından cavabdeh həmin obyektdən ayrılmışdır. Belə olan halda cavabdehin necə hər hansı malı qəbul edə bilməsi sual olunur.

29. Təhvil-təslim aktlarından göründüyü kimi, malların təhvil təslim aktı cavabdeh tərəfindən imzalanmamış, mallar ona təhvil verilməmişdir. Belə ki, həmin müddətdə cavabdeh “50 qəpiklik” restoranında deyil, Biləcəri qəsəbəsi ərazisində, sonradan isə Fizuli meydanında digər bir məkanda fəaliyyət göstərmişdir. Buna görə də həmin mallar cavabdeh tərəfindən deyil, başqa şəxslər tərəfindən, yəni iddiaçının i şçiləri təhvil alınmış, Təhvil-təslim aktları iddiaçının işçiləri tərəfindən imzalanmışdır. Bunu işdə olan ekspert rəyi də sübut edir. Nə cavabdehin, nə də ki Qaradağ rayonu, Lökbatan ŞTQ ünvanında yerləşən “50 qəpiklik” restoranın göstərilən adlarda işçiləri olmamışdır.

30. Beləliklə, iddiaçı tərəfindən mallar cavabdehə təhvil verilmədiyi üçün MM-in 575.1-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin icrasından imtina etmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 3.5 və 3.6-cı bəndlərinin tələbləri kobud surətdə pozulmuşdur. Lakin həmin təhvil-təslim aktları məhkəmə iclasında hərtərəfli tədqiq olunmamış, şikayət olunan məhkəmə qətnaməsi ilə cavabdeh tərəfindən təhvil alınmamış mallara görə pulun cavabdehdən tutulması qət edilmişdir.

31. Bundan əlavə, həmin müq avilənin 5.1-ci bəndinin İV yarımbəndinə əsasən, tərəflər ən azı hər təqvim ayı üçün növbəti ayın 10-dan gec olmayaraq qarşılıqlı öhdəliklərə dair üzləşmə aparmalı və üzləşmə aktı tərtib edib imzalamalıdırlar. Tərəflər üzləşmə aktı imzalamaqdan imtina edə bilməzlər. Tərəflərdən biri üzləşmə aktını imzalamaqdan yayınarsa akt onu təklif etmiş tərəfin redaksiyasında qəbul olunmuş hesab edilir. Lakin iddiaçı ilə cavabdeh arasında üzləşdirmə aparılmamış, üzləşdirmə aktı tərtib olunmamışdır. Bununla da iddiaçı tərəfindən öz öhdəliklərinin icrasından imtina edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən öz öhdəlikləri ümumiyyətlə yerinə yetirilməmiş, malların üzləşdirilməsi aparılmamışdır. İş materiallarında olan təhvil-təslim aktları uydurma xarakterlidir və malların tərəfimdən təhvil alınmasını sübut etmir. Buna görə də cavabdeh tərəfindən təhvil alınmamış mallara görə iddiaçının pul tələbinə dair iddiası məhkəmə tərəfindən təmin edilə bilməzdi.

32. Digər tərəfdən, məhkəmə MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində iddiaya cavabdehin yazılı və ya şifahi münasibət bildirməməyini, yalnız sonuncu baxış iclasında iddia tələbinə etirazını bildirməyilə bağlı isə qeyd olunmalıdır ki, 2022-ci il 7 iyul, saat 16:25 və 2022-cü il 19 iyul, saat 10:40 tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə vaxtında cavabdehə məlumat verilməmiş, 2022-ci il 12 sentyabr tarixinə, saat 09:30-a təyin edilmiş məhkəmə iclasında isə iddiaçının səlahiyyətli nümayəndəsi gəlmədiyi üçün cavabdeh iddia tələbinə etirazını yalnız sonuncu yəni 2022-ci il 26 sentyabr tarixi nə, saat 12:00-a təyin olunmuş məhkəmə iclasında bildirməli olmuşdur.

33. MPM-in 76.1, 76.2, 77.1, 88-ci, 101.7-ci, 106.1-ci və 175.1-ci maddələrinin tələbləri pozulmuşdur. Mülki prosessual qanunvericiliyə əsasən, ekspertin rəyi sübutlar siyahısında təqdim edilsə də, məhkəmə ona düzgün hüquqi qiymət verməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, müqavilənin icrası müddətində iddiaçı ilə cavabdeh arasında bir sıra malların təhvil-təslimi həyata keçirilmişdir. Həyata keçirilən hər bir təhvil-təslim əməliyyatı iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdehin birbaşa özü tərəfindən imzalanmaqla təsdiq olunan “Malların təhvil-qəbul aktı” əsasında rəsmiləşdirilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin və vəkilinin vəsatəti əsasında iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 17 aprel tarixli, 4/335 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, iş materiallarına əlavə edilmiş “Malların təhvil-qəbul” aktlarında “təhvil aldım” qrafalarındakı imzalar cavabdeh tərəfindən deyil, başqa şəxslər tərəfindən icra edilmişdir. Məhkəmə tərəfindən ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edildiyi iddia olunan mallar cavabdehin özünə təqdim edilməmişdir. Bu halda cavabdehdən təhvil almadığı malların qiymətinin ödənilməsi tələb edilə bilməz. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir.

34. Məhkəmə elektron qaimələrlə bağlı sübutu qəbul edərkən birtə rəfli qaydada əsaslandırıma aparmış və yenə də iddiaçı tərəfin hüquqlarını qorumaqla qərəzli mövqe nümayiş etdirmişdir. Əgər apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı Kommersiya Məhkəməsində keçirilən məhkəmə iclasının audio və videoyazısına baxış keçirilmiş olsaydı iddiaçının nümayəndəsinin ümumiyyətlə hazırki sübutun olması, bununla bağlı məhkəməyə yeni sübut təqdim edəcəyini, göstərilənlərələ bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmədiyi müəyyən olunardı. Sübutların təqdim olunması ilə bağlı iddiaçı tərəfin ümumiyyətlə hər hansı bir tələbi və xahişi olmamışdır. Apellyasiya şikayəti verildikdən sonra da qeyd olunan sübutlar məhkəmə təqdim olunmamış, apellyasiya şikayətinə etirafın əsasını təşkil etməmişdir. Yalnız 2-ci məhkəmə baxışında elektron məhkəmə sisteminə əla və edilmişdir. Göstərilən sübutlar doğurdan da mövcud idisə iddiaçı həmin sübutları vaxtında birinci instansiya məhkəməsinə təqdim etmək üçün maneə yox idi.

35. Göründüyü kimi, məhkəmə həmin sənədi iş materiallarına əlavə etməyinə, gəldiyi nəticəni əsaslandırarkən başlıca sübut kimi qəbul etməyinə baxmayaraq, birinci instansiya məhkəməsinə təqdim edilməmiş sübutu hansı əsasla sübutlar siyahısına daxil etdiyini qətnamədə əsaslandırmamış, bununla da MPM-in 78.1 və 372.2-ci maddələrinin pozuntusuna yol vermişdir. MPM-in 372.2-ci maddəsində aşkar şəkildə göstərilməsinə baxmayaraq, məhkəmə araşdırma aparmadan, elektron qaimələrin hansı səbəblərdən birinci instansiya məhkəməsində təqdim edilmədiyini aydınlaşdırmadan, iddiaçı tərəfin əvəzinə əsaslandırma apararaq həmin sənədləri sübut kimi qəbul etmişdir. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında müəyyən olunanlara riayət edilməmişdir. Qeyd olunan Plenum Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 6.2-ci bəndinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. b) Cavabdehin kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdehin kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göst ərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə sa tıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....”

42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi... 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər....” “Maddə

154. İddia ərizəsinə etiraz etmə 154.1. İşdə iştirak edən şəxs id dia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. ” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 may tarixli, 2-2(103)-93/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

44. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq əlavə sübutların apellyasiya instansiyası məhkəməsində qəbul olunması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət də qeyd edir ki, iddiaçının təqdim etdiyi elektron qaimələrin işə apellyasiya qaydasında baxılarkən sübut kimi qəbul olunmalarının səbəbləri qətnamədə əsaslandırılmışdır.

45. Kassasiya şikayətinin malların təhvil verilməməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, təhvil-qəbul aktlarında cavabdehin imzası olmasa da 15.719,01 manat dəyərində malın təhvil verilməsi ilə bağlı vergi ödəyicisi kimi müxtəlif tarixlərdə elektron poçtuna daxil olmuş elektron qaimələrə cavabdeh hər hansı etiraz bildirməmişdir. Bu da cavabdehin MM-in 433.2-ci maddəsində nəzərdə tutulmuş qaydada malların iddiaçı tərəfindən təqdim edilməsi faktını qəbul etdiyini təsdiq edir. Cavabdeh “50 qəpik” restoranının Qaradağ şöbəsində fəaliyyətini dayandırdığı vaxtdan bu barədə müqavilə tərəfinə məlu mat verməyə və bağladığı alqı-satqı müqaviləsini ləğv etməyə borclu idi. Cavabdeh onunla bağlanmış alqı-satqı müqaviləsini ləğv etmədiyinə və elektron qaydada göndərilmiş qaimələrə etiraz etmədiyinə görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, MM-in 448.1-ci maddəsinə görə həmin müqavilə əsasında sifariş edilmiş malların dəyərinin ödənilməsinə görə məsuliyyət də cavabdehin üzərinə düşmüşdür.

46. Həmin qaimələrə əsasən müəyyən edilmişdir ki, cavabdehə ümumilikdə 15.719,01 manat dəyərində malların təhvil verilməsi ilə bağlı elektron qaimə göndərilmişdir. Müxtəlif tarixlərdə lazımi qaydada tərtib olunaraq göndərilmiş, ləğv olunmamış və ya vaxtında mübahisələndirilməmiş elektron qaimələr apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin qarşılıqlı münasibətl ərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmaqla qiymətləndirilmişdir.

47. Məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrlə bağlı xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, həmin qaimələr təqvim illərinin müxtəlif aylarında cavabdehə göndərilmiş, cavabdeh isə həmin qaimələrə etirazını bildirməmişdir. Belə ki, 2020-ci il 20 avqust tarixindən 2021-ci il 25 fevral tarixinədək olan müddət ərzində cavabdehin malları qəbul etmədiyi halda qaimələrə etiraz etməməsi həmin malların onun tərəfindən qəbul olunmasını göstərir. Müxtəlif tarixlərdə göndərilmiş bu qaimələrlə bağlı cavabdeh aşağı instansiya məhkəmələrində iddiaçıya hər hansı etiraz bildirdiyini və ya ləğvi ilə bağlı müraciətini təsdiq edəcək sübutlarını təqdim etməmişdir.

48. Belə ki, Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

49. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillərinə gəldi kdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin aşağı instansiya məhkəmələrində öz sübutlarını təqdim etmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq şikayətin dəlillərini əsaslandıracaq mötəbər sübutları həmin məhkəmələrə təqdim etmədiyindən hazırda şikayətin dəlilləri həmçinin MPM-in 407.2-ci maddəsinə uyğun olaraq qəbul edilə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

50. Eyni zamanda qeyd olunmalıdır ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsini yoxlayır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”.

51. Kassasiya şikayətinin digər dəlilləri isə əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

52. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilm əməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 may tarixli, 2-2(103)-93/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 may tarixli, 2-2(103)-93/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar