Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-484/2024 02.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh “Granum Group” LLC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh “Granum Group” LLC-yə qarşı (“X1 Azərbaycan” QSC, "xxxx" ASC, “Azərbaycan Respublikası Mərkəzi Bankı, "xxxx" MMC və " xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*24-cü il 23 aprel tarixli 22(1*3)-432/2*24 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı 1. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) “Granum Group” LLC-yə qarşı (“X1 Azərbaycan” QSC, "xxxx" ASC, “Azərbaycan Respublikası Mərkəzi Bankı, "xxxx" MMC və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2*21-ci il 5 mart tarixli GR-34-SUM nömrəli və 2*21-ci il 2* aprel tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8.*** və 4.2** ton Rusiya mənşəli ərzaq buğdasının a lınması məqsədilə iddiaçı tərəfindən qabaqcadan (avans) cavabdehə köçürülmüş 914.5*4 ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, maliyyə sanksiyası olaraq iddiaçıya tətbiq olunan 182.9** ABŞ dolları cərimənin, 4** manat ilkin mediasiya və 4** manat poçt xərcinin və ödənilmiş 1.521,93 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiyа Məhkəməsinin 2*24-cü il 12 yanvar tarixli e-2-2(113)-152/2*24 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur (hakim – L.Əliyeva).
3. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*24-c ü il 23 aprel tarixli 2-2(1*3)-432/2*24 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və Z.Şirinov).
5. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 1 *.*** manatdan 1**.*** manatadək olduqda: 12* manat + 1*.*** manatdan yuxarı olan iddia qiymətinin *,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 5* faizi....”
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 4*4-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 4*4-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildi r. 4*4-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə 4*7. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 4*7.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə 4*8. Kassasiya şikayətinin qaytarılması 4*8.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 4*8.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidi r.
9. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti MPM-in 4*7.4-cü maddəsinin (bax § 7) tələbləri pozulmaqla verilmişdir.
10. Belə ki, iş üzrə iddia qiyməti ümumilikdə 1.*97.4*4 ABŞ dolları təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin (bax § 6) tələblərinə əsasən, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 861,4 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan Respublikasının manatı ekvivalentində) təşkil etməlidir.
11. Lakin kassasiya şikayəti verilərkən, iddiaçı tərəfindən cəmi 761 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
12. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 4*8.1 və 4*8.1.3-cü maddələrinin (bax § 7) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
13. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Şərh olunanları nəzərə alaraq və MPM-in 4*4, 4*7 və 4*8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*24-cü il 23 aprel tarixli 2-2(1*3)-432/2*24 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.