Məhkəmə qərarları › İş №2-2(102)-486/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-486/2019

04.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-486/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 ASC-nin Cavabdehnəqarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-486/2019) Bakı şəhəri xxx 2019-cu il (açar sözlər: cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi İddiaçı2, cavabdehin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı1 ASC-nin Cavabdehnə qarşı pul tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2 -2(103)-385/2018 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 658.881,10 ABŞ dolları məbləğində cərimənin, 30 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi və tərəflər arasında bağlanılmış podrat müqaviləsi üzrə öhdəliklərin icra edilməsi və ümumi dəyəri 6.858.812 ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xxx 2016-cı il tarixli **** nömrəli satınalma müqaviləsinə əsasən «İnkoterms 2000» DDP şərti ilə ümumi qiyməti 6.858.812,0 ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarını İddiaçı1 ASC-yə təhvil verilməsi öhdəsinə götürmüş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, satınalma müqaviləsinin (xxx 2016-cı il tarixli ***** nömrəli) 2.2-ci bəndinə əsasən «İcraçı» 90 (doxsan) gün ərzində kənd təsərrüfatı texnikalarını cavabdehə təhvil verməyi öhdəsinə götürmüş, həmin «Müqavilə»yə 28 saylı Əlavəyə görə qiymət cədvəlinə tərəflər arasında bağlanılmış xxx 2016-cı il tarixli müqaviləyə əsasən təhvil veriləcək 99 ədəd kənd təsərrüfatı texnikasının qiyməti 6.858.812 manat təşkil etmiş və həmin «Əlavə» hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş, İddiaçı1 ASC Cavabdehnə xxx 2016-cı il tarixdə pretenziya məktubu ünvanlayaraq, xxx 2016-cı il tarixli **** nömrəli satınalma müqaviləsi üzrə götürülmüş öhdəliklərin qısa müddətdə nəzərdə tutulmuş qaydada icra edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmiş, həmin məktub iş materiallarına əsasən cavabdehə xxx 2016-cı il tarixdə təqdim olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli, 2-2(82)-326/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 150.000 ABŞ dolları məbləğində cərimə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı1 ASC-yə ödənilmiş, tərəflər arasında bağlanılmış xxx 2016-cı il tarixli, texnikaların satın alınması barədə 15/16 saylı müqavilə üzrə öhdəli klərin icra edilməsi və ümumi dəyəri 6.858.812 ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının İddiaçı1 ASC-yə təhvil verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim- H.Babayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017-ci il tarixli, 2-2(103)-606/2017 saylı qətnaməsi ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018ci il tarixli 2-2(102)-270/2018 saylı qərarı ilə (sədrlik edən N.Rəsulbəyova, hakimlər İ.Hüseynov və Z.Quliyev) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-457/2018 saylı qətnaməsi ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.Nümayəndə1) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019cu il tarixli, 2-2(102)-138/2019 saylı qərarı ilə (sədrlik edən R.S.Nəbizadə, hakimlər A.S.Hüseynov və X.S.Məmmədov) Cavabdeh kassasiya şikayəti qismən təmin edi lmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-385/2019 saylı qətnaməsi ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli qətnaməsi qismən - tərəflər arasında bağlanılmış xxx 2016-cı il tarixli, texnikaların satın alınması barədə *** saylı müqavilə üzrə öhdəliklərin icra edilməsi və ümumi dəyəri 6.858.812 ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının İddiaçı1 ASC-nə təhvil verilməsi öhdəliyinin cavabdeh “Cavabdeh" şirkətinə həvalə edilməsi hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanılmış xxx 2016-cı il tarixli texnikaların satın alınması barədə *** saylı müqavilə üzrə öhdəliklərin icra edilməsi və dəyəri 187.064 ABŞ dolları olan 07 ədəd müxtəlif kənd təsərrüfatı texnikalar cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, iddianın bununla bağlı digər hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə tərəfindən Cavabdeh 187.064 ABŞ dolları məbləğində icra olunmamış öhdəliyi olduğu qeyd edilsə də, 187.000 ABŞ dolları isə iddiaçı tərəfindən nə icra olunmuş, nə də icra olunmamış öhdəlik üzrə 31 faiz təşkil etmir, yəni bu 31 faizin haradan alındığı müəmmalı olaraq qalır, Cavabdeh tərəfindən 187.064 ABŞ dolları məbləğində icra olunmamış öhdəliyi olduğunu nəzərə alsaq, 150.000 ABŞ dolları 187.064 ABŞ dolları öhdəliyin 80 faizini təşkil edir, yəni real ola biləcək cərimədən 8 dəfə artıqdır, müqavilənin 20.1-ci bəndinə əsasən təhvil verilməyən və ya qüsur aşkar ed ilən malların və ya onun ehtiyat hissələrinin qiymətinin 0.1 faizi məbləğində sanksiya tətbiq oluna bilər, təhvil verilməmiş 07 ədəd texnikanın dəyəri olan 187.064 ABŞ dolları ümumi öhdəliyin cəmi 3 faizini təşkil edir, cərimə həmin 3 faizə münasibətdə hesablanmalıdır, beləliklə, iqtisadi mübahisənin xüsusatlarının tam araşdırılmaması, bunu araşdırmaq üçün səy göstərilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların avdınlasdırılmadığını sübut edir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi İddiaçı2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsin in işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-385/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Sifarişçi» adlandırılacaq İddiaçı1 ASC ilə «İcraçı» adlandırılacaq Cavabdeh arasında xxx 2016-cı il tarixdə bağlanmış **** nömrəli texnikaların satınalınması barədə bağlanmış müqaviləyə əsasən «Sifarişçi» bu müqavilənin tərkib hissəsi olan əlavə 1-27-də gö stərilən təsnifata və şərtlərə uyğun Almaniya istehsalı olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının (bundan sonra mallar) satınalınması barədə İnkotermş 2010 DDP şərti ilə bu müqaviləyə 28 nömrəli əlavəyə uyğun «İcraçı»nın 6.858.812 ABŞ dolları məbləğində qiymət təklifini etmiş, «İcraçı» bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında «Sifarişçi»yə satın alınan malların komplektləşdirilmiş şəkildə 90 gün müddətində «Sifarişçi»nin Şirvan və Ucar Regional nümayəndəliyinin bazarlarına boşaldıb təhvil verilməsini öhdəsinə götürmüş, göndərilmiş mallar «İcraçı»nın təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, «İcraçı» və ya onun səlahiyyətli nümayəndəsi «Sifarişçi» ilə birlikdə aşkar olunan qüsurlar barədə akt tərtib edir və aşkar olunan qüsurların 15 gün müddətində aradan qaldırılmasına təminat vermiş, xxx 2016-cı il tarixli, *** nömrəli müqavilənin əlavəsi olan texniki təsnifatlara görə «İcraçı» Almaniya istehsalı olan 50 ədəd «****» markalı təkərli traktoru, 2 ədəd «****» markalı təkərli traktoru, 2 ədəd «Claas Axion 850» markalı təkərli traktoru, 11 ədəd «Claas Arion 630 C» markalı təkərli traktoru, 2 ədəd «Claas Markant 55» markalı Ot-küləş pres bağlayanı, 4 ədəd «Claas Rollant 340» markalı dayirəvi ot-küləş pres bağlayanı, 2 ədəd «Claas Krassort bale trailer» markalı qoşqunu, 2 ədəd «Diamant 11 8+1» markalı kotan, 1 ədəd «Euro Pal 5+1» markalı kotanı, 1 ədəd «Untergrunlocker lemken labrador» markalı kotanı, 1 ədəd «Rubin 9» markalı diskli kultivatoru, 1 ədəd «Grubber lemken karat» markalı kultivatoru, 1 ədəd «Grubber kompaktor giqant» markalı ək inqabağı dəsti, 1 ədəd «Lemkin solitar 12» markalı səpin aqreqatı, 2 ədəd «Amazone pneumatisch RUYD 204» markalı səpik aqreqarı (qarğıdalı), Almaniya istehsalsalı olan 1 ədəd «X1» markalı vərdəni, 1 ədəd «Amazone ruza 151» markalı gübrəsəpəni, 1 ədəd «Amazone ruuf 343» markalı dərman çiləyicisini, 1 ədəd «Flieger pumpe» markalı maye gübrə səpəni, 1 ədəd «Flieger gullefab» markalı maye gübrə səpəni, 2 ədəd «Grubber claas disco frc 3200» markalı kultivatoru, 2 ədəd «Ərubber claas disco 9200» markalı ot biçəni, 2 ədəd «Claas liner 2900» markalı ot toplayanı, 1 ədəd «Claas jaquar 850» markalı kombaynı, 1 ədəd «Claas jaquar 850 direet» disk markalı (xeder), 2 ədəd «Claas jaquar 850 pick up» markalı xeder, 1 ədəd «Claas jaquar 850 maisge biss orbis 600» markalı xeder adlı kənd təsərrüfatı texnik asını cavabdehə təhvil verməyi öhdəsinə götürmüş, «Müqavilə»yə 28 saylı Əlavəyə görə qiymət cədvəlinə tərəflər arasında bağlanılmış xxx 2016-cı il tarixli *** nömləri müqaviləyə əsasən təhvil veriləcək 99 ədəd kənd təsərrüfatı texnikasının qiyməti 6.858.812 manat təşkil etmiş və həmin «Əlavə» hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş, İddiaçı1 ASC Cavabdehnə xxx 2016-cı il tarixdə pretenziya məktubu ünvanlayaraq, xxx 2016-cı il tarixli **** nömrəli satınalma müqaviləsi üzrə götürülmüş öhdəliklərin qısa müddətdə nəzərdə tutulmuş qaydada icra edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmiş, həmin məktub cavabdehə xxx 2016-cı il tarixdə təqdim olunmuşdur. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, müqavilə azadlığı prinsi pinə uyğun olaraq tərəflər arasında texnikanın satın alınması barədə alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh müqaviləyə əlavələrdə göstərilən təsnifata və şərtlərə uyğun Almaniya istehsalı olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının komplektləşdirilmiş şəkildə 90 gün müddətində «Sifarişçi»nin Şirvan və Ucar Regional nümayəndəliyinin bazarlarına boşaldıb təhvil verilməsini, iddiaçı isə həmin mallara görə 6.858.812 ABŞ dolları məbləğində pul ödənilməsini öhdəsinə götürmüş, müqavilənin 13-cü bəndinə əsasən, «Sifarişçi» malların ümumi qiymətinin 20 faizini əvvəlcədən avans şəklində, qalan hissəsini isə mallar təhvil verildikdən sonra 5 (beş) iş günü müddətində «İcraçı»ya ödəməyi öhdəsinə götürmüş, ödəniş tapşırıqlarına görə İddiaçı1 ASC qeyd edilən müqavilə üzrə kə nd təsərrüfatı texnikalarının alınması üçün xxx 2016-cı il tarixdə 1.371.762,0 ABŞ dolları, xxx 2016-cı il tarixdə 1.371.762,0 ABŞ dolları, xxx 2016-cı il tarixdə 1.371.762,0 ABŞ dolları, xxx 2016-cı il tarixdə 1.371.762,0 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdehnə ödəmiş, İddiaçı1 ASC xxx 2017-ei il tarixdə Cavabdehnə 2-1973 nömrəli məktub ünvanlayaraq, müqavilə şərtlərinə uyğun olmadığına görə 2 ədəd «Claas Markant 55» markalı kvadrat ot-küləş presləyəni və 1 ədəd «Primus 35» markalı Dərman çiləyici- qollunun Şirvan Təchizat bazasından təcili geri götürülməsini tələb etmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və avadanlıqları iddiaçıya təhvil verməmiş, müqavilənin 5.1-ci bəndinə əsasən «İcraçı» (cavabdeh) mallar in göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib mallari bu müqavilənin 2.2-ci bəndində göstərilən müddətdə və ünvanda boşaldıb «Sifarişçi»yə təhvil verməlidir, «Sifarişçi» təhvil-təslim aktina imza etdikdən sonra mallar qəbul edilmiş sayılır, «Sifarişçi» müqavilə üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların «İcraçı» tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüş, cavabdeh apellyasiya şikayətində iddiaçının malların gətirilməsindən öncə ödəniş etməli olduğu halda, ödənişin iddiaçı tərəfindən aparılmadığını qeyd etsə də, müqavilə şərtlərində avans olaraq 20 faiz ödəniş istisna olmaqla, qalan məbləğin yalnız malların qəbulundan sonra ödənilməsi nəzərdə tutulmuş, arayışa g örə Cavabdeh gətirmədiyi 7 ədəd texnika: 2 ədəd, bir ədədin qiyməti 22523 ABŞ dolları olan dayirəvi ot - küləş pres bağlayan Claas Markant 55; 2 ədəd,bir ədədin qiyməti 21000 ABŞ dolları olan qoşqu - Claas Krassort bale trailer; 1 ədəd, qiyməti 31267 ABŞ dolları olan vərdənə - X1; 1 ədəd, qiyməti 15160 ABŞ dolları olan maye gübrə səpən Fliegel Pumpe; 1 ədəd, qiyməti 53591 ABŞ dolları olan maye gübrə səpən Fliegel Gulletab, cəmi dəyəri 187.064 ABŞ dolları təşkil edir, iddiaçının cərimə tələbinin əsasını tərəflər arasında bağlanmış satınalma müqaviləsinin 20.1-ci bəndi təşkil edir, müqavilənin həmin bəndinə görə «İcraçı» müqavilənin (və ya onun hər hansı hissəsini) bu müqavilədə müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), «Sifarişçi» digər hüquqlara ziyan v urmadan hər gecikdirilmiş gün üçün təhvil verilməyən və ya qüsur aşkar edilən malları və ya onun ehtiyat hissəsinin qiymətinin 0,1 %-i məbləğində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Apellyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərilən qaydada, yəni cərimənin ümumi 6.848.812 ABŞ dollarından ödənilmiş 80% məbləğə münasibətdə icra olunmamış 31% öhdəliklər üzrə hesablanması qaydasında cərimə məbləği hesablanardısa, o zaman bu məbləğ 170.099 ABŞ dolları (6.858.812*80%*31%*10%=170.099) məbləğini təşkil edərdi, halbuki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmalı cərimə məbləği qeyd olunan məbləğdən də az, yəni 150.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İşə kassasiya qaydasında baxan məhkəm ə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının m ülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən normalarına (Məcəllənin 568.1, 575.1. 575.2. 570.1. 581.1 599.3-cü maddələrinə) əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı- satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırm aq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan t utulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarında verilmiş göstərişləri yerinə yetirərək, işə yenidən baxan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh apellyasiya şikayətində ödənişin iddiaçı tərəfindən aparılmadığını qeyd etsə də, müqavilə şərtlərində avans olaraq 20 faiz ödəniş istisna olmaqla, qalan məbləğin yalnız malların qəbulundan sonra ödənilməsi nəzərdə tutulmuş, Cavabdeh gətirmədiyi 7 ədəd texnikanın dəyəri 187.064 ABŞ dolları təşkil edir, iddiaçının cərimə tələbinin əsasını təşkil edən müqavilənin 20.1-ci bəndinə görə «İcraçı» müqavilənin (və ya onun hər hansı hissəsini) bu müqavilədə müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), «Sifarişçi»nin, digər hüquqlara ziyan vurmadan hər gecikdirilmiş gün üçün təhvil verilməyən və ya qüsu r aşkar edilən malları və ya onun ehtiyat hissəsinin qiymətinin 0,1 %-i məbləğində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq etmək hüququ nəzərdə tutulmuşdur. Beləliklə, Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsini qismən - xxx 2016-cı il tarixli, texnikaların satın alınması barədə **** saylı müqavilə üzrə öhdəliklərin icra edilməsi və ümumi dəyəri ******* ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının İddiaçı1 ASC-nə təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edərək, bu hissədə iddia tələbinin qismən təmin edilməsi, həmin müqavilə üzrə öhdəliklərin icra edilməsi və dəyəri 187.064 ABŞ dolları olan 07 ədəd müxtəlif kənd təsərrüfatı texnikaların cavabdeh tərəfindən idd iaçıya təhvil verilməsi iddianın bununla bağlı digər hissədə rədd edilməsi, qətnamənin cərimə məbləği hissəsində isə dəyişdirilmədən saxlanılması barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında texnikanın satın alınması barədə alqı-satqı müqaviləsinin bağlandığını, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyini və avadanlıqları iddiaçıya təhvil vermədiyini, cavabdeh apellyasiya şikayətində iddiaçının malların gətirilməsindən öncə ödəniş etməli olduğu halda, ödənişin iddiaçı tərəfindən aparılmadığını qeyd etsə də, müqavilə şərtlərində avans olaraq 20 faiz ödəniş istisna olmaqla, qalan məbləğin yalnız malların qəbulundan sonra ödənil məsinin nəzərdə tutulduğunu, işdəki sənədlərə əsasən Cavabdeh gətirmədiyi 7 ədəd texnikanın dəyərinin 187.064 ABŞ dolları təşkil etdiyini, müqavilənin 20.1-ci bəndinə görə «İcraçı» müqavilənin (və ya onun hər hansı hissəsini) bu müqavilədə müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), «Sifarişçi»nin digər hüquqlara ziyan vurmadan hər gecikdirilmiş gün üçün təhvil verilməyən və ya qüsur aşkar edilən malları və ya onun ehtiyat hissəsinin qiymətinin 0,1 %-i məbləğində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq etmək hüququna malik olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-385/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-385/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar