Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-486/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X2 Təsərrüfat” MMC-yə qarşı iş üzrə Q Ə R A Rİ İş № 2-2(102)-486/2023 Açar sözlər: kassasiya şikayəti prosessual müddətinin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X2 Təsərrüfat” MMC -yə qarşı “müqavilə üzrə borc” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli, 2-2(103)-52/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) cavabdeh “X2 Təsərrüfatı” MMC-yə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il 20 iyun tarixli 207-LD/17 nömrəli müqavilə üzrə 111.395,58 manat gecikdirilmiş əsas borc və 84.993,90 manat cərimə, 2017-ci il 10 avqust tarixli 248-LD/17 nömrəli müqavilə üzrə 78.742,56 manat gec ikdirilmiş borc və 56.402,29 manat cərimə, 2018-ci il 18 aprel tarixli 233-LD/18 nömrəli müqavilə üzrə 88.938 manat gecikdirilmiş əsas borc və 51.849,50 manat cərimə, 2018-ci il 31 may tarixli 309-LD/18 nömrəli müqavilə üzrə 127.350 manat gecikdirilmiş borc və 74.246,40 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi 674.268,23 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 aprel tarixli e-2-2(113)-880/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X2 Təsərrüfatı” MMC-dən 2017-ci il 20 iyun tarixli, 207-LD/17 saylı müqavilə üzrə 111.395,58 manat məbləğində gecikdirilmiş əsas borc, 6.000 manat məbləğində dəbbə pulu; 2017-ci il 10 av qust tarixli, 248-LD/17 saylı müqavilə üzrə 78.742,56 manat məbləğində gecikdirilmiş əsas borc, 4.000 manat məbləğində dəbbə pulu; 2018-ci il 18 aprel tarixli, 233- LD/18 saylı müqavilə üzrə 88.938 manat məbləğində gecikdirilmiş əsas borc, 5.000 manat məbləğində dəbbə pulu və 2018-ci il 31 may tarixli, 309-LD/18 saylı müqavilə üzrə 127.350 manat məbləğində gecikdirilmiş əsas borc, 7.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 428.426,14 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 200 manat və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim - Leyla Əliyeva).
3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən - iddia tələbinin təmin edildiyi hissədə ləğv, iddianın h əmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 29 mart tarixli, 22(103)-52/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 aprel tarixli, e-2-2(113)-880/2022 nömrəli qətnaməsi dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 2017-ci il 20 iyun tarixli, 207-LD/17 saylı; 2017ci il 10 avqust tarixli, 248- LD/17 saylı; 2018-ci il 18 aprel tarixli, 233-LD/18 saylı; 2018-ci il 31 may tarixli, 309-LD/18 saylı lizinq müqavilələri üzrə ümumilikdə 177.801,64 manat əsas borc, 5.334 manat dəbbə pulunun tutulması qət edilmişdir.
5. İddiaçı 2023-cü il 24 iyun tarixdə qətnamədən kassasiya şika yəti vermiş və eyni zamanda ərizə ilə müraciət edərək kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, müddətin ötürülməsinə səbəb kimi qurumun əməkdaşları tərəfindən onlara həvalə edilmiş əmək funksiyalarının icrası zamanı yol vermiş olduqları nöqsanlar olmuşdur. Əməkdaşların elektron məhkəmə sisteminə düzgün nəzarət etməməməsi və intizamsızlığı məhkəmənin 2023-cü il 26 aprel tarixli qətnaməsindən tələb olunan prosessual müddətdə şikayət verilməməsi ilə nəticələnmişdir. Bütün baş verənlərə səbəb olmuş əməkdaşlar barəsində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qanunamüvafiq tədbirlər görülməkdədir. 7. 2023-cü il 10 iyul tarixdə cavabdeh məhkəməyə həmin ərizə ilə bağlı etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 13 iyul tarixli, 2-2(103)-52/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunmamışdır (sədrlik edən – V.Baxışova, hakimlər – E.Kazımov və A.Hüseyn).
9. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi 2023cü il 7 aprel tarixdə iddiaçının elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yüklənmiş, iddiaçının həmin qətnamədən kassasiya şikayəti verməsi üçün prosessual müddət 2023-cü il 8 iyun tarixdə bitmişdir.
10. Məhkəmə kollegiyası göstərmişdir ki, iddiaçının ərizəsində müddətin ötürülməsinə səbəb kimi qeyd etdiyi hallar (qurumun əməkda şları tərəfindən onlara həvalə edilmiş əmək funksiyalarının icrası zamanı yol vermiş olduqları nöqsanlar) buraxılmış müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz.
11. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 405.0.1, 133.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Qərardad 2023-cü il 18 iyul tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, iddiaçı həmin qərardaddan 2023-cü il 25 iyul tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması və qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayə tinin dəlilləri
13. MPM-in 133-cü maddəsi üzrə - apellyasiya məhkəməsinin qətnaməsi elektron məhkəmə vasitəsi ilə 2023-cü il 7 aprel tarixdə tərəflərə göndərilmişdir. İddiaçı tərəfindən üzrlü səbəbdən kassasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür. Belə ki, Agentlik tərəfindən müddətin ötürülməsinə səbəb kimi qurumun əməkdaşları tərəfindən onlara həvalə edilmiş əmək funksiyalarının icrası zamanı yol vermiş olduqları nöqsanlar olmuşdur. Əməkdaşların elektron məhkəmə sisteminə düzgün nəzarət etməməsi və intizamsızlığı məhkəmənin 2023-cü il 26 aprel tarixli qətnaməsindən tələb olunan prosessual müddətdə şikayət verilməməsi ilə nəticələnmişdir. Bütün baş verənlərə səbəb olmuş əməkdaşlar barəsində iddiaçı tərəfindən qanuamüvafiq tədbirlər görülmüş, müvafiq əmrin surəti məhkəmə yə təqdim edilmişdir. MPM-in 133.1.-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2006-cı il 16 avqust tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi im kanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Yuxarıda göstərilənlər iddiaçı tərəfindən prosessual müddətin məhz üzrlü səbəblərdən buraxıldığını sübut etsə də, apellyasiya məhkəməsinin qərardadı ilə müddətin bərpasından imtina edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçı tərəfindən müddətin buraxılması səbəbi üzrlü hesab edilə bilməz. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Tərəf müddəti ötürərək 2023-cü il 24 iyun tarixdə kassasiya şikayəti vermişdir. Agentlik tərəfindən müddətin ötürülməsinə səbəb kimi qurumun əməkdaşları tərəfindən onlara həvalə edilmi ş əmək funksiyalarının icrası zamanı yol verilmiş nöqsanlar göstərilmişdir. İddiaçının öz şəxsi elektron kabinetinə vaxtında düzgün nəzarət etməməsi intizamsızlığı, prosessual müddətin ötürülməsi ilə nəticələnmişdir. Lakin, iddiaçının iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və məhdudlaşdıran heç bir hal mövcud deyil. III. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
15. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə iddiaçı t ərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
17. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. IV.TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” V. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
20. Belə ki, prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
22. Hazırkı halda işdən göründüyü kimi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 mart tarixli, 2-2(103)-52/2023 nömrəli qətnaməsi 2023-cü il 7 aprel tarixdə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”inə yüklənmiş, iddiaçının həmin qətnamədən kassasiya şikayəti verməsi üçün prosessual müddət 2023-cü il 8 iyun tarixdə bitmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsində müddətin ötürülməsinə səbəb kimi qeyd etdi yi qurumun əməkdaşları tərəfindən onlara həvalə edilmiş əmək funksiyalarının icrası zamanı yol vermiş olduqları nöqsanlar buraxılmış müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməzdi və bununla bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur.
24. Belə ki, iddiaçı kommersiya fəaliyyəti ilə bağlı hüquqi məsələlərin tənzimlənməsi, məhkəmə mübahisələrində prosessual qanunvericiliyin tələbləri baxımından lazımi qaydada təmsil olunması, o cümlədən məhkəmə aktlarından şikayət verilməsi üçün prosessual müddətlərə nəzarət etmək funksiyası daşıyan struktur bölməyə malik hüquqi şəxs kimi onun əməkdaşları tərəfindən işlərində yol verilmiş nöqsanların riskini də özü daşımışdır.
25. Prosessual qanunvericiliyin normalarının məzmunundan göründüyü kimi, apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur və kassasiya şikayətində göstərilən dəlillər isə qərardadın ləğv olunması üçün əsas ola bilməz.
26. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
27. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli, 22(103)-52/2023 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.