Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-487/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətini imzalamış şəxsin səlahiyyətlərinin müəyyən olmaması Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(103)-255/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçir ərək, müəyyən etdim:
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 422.756,60 manat məbləğdə pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat pulun və həmin pula hesablanmış gecikdirilmiş hər ilə görə 5% məbləğdə əldən çıxmış faydanın tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan alınan yararsız dizel yanacağı nəticəsində avtobus nəqliyyat vasitələrinə dəymiş zərərə görə 369.099,51 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 500.000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 869.129,51 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 dekabr tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən 422.756,60 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, ilk iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 10 manat məbləğinin isə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2022-ci il 15 mart tarixli, 2-2(103)-255/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddia tələbinin qismən təmin edilib cavabdehdən 422.756,60 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – Vəkil1 və V.Baxışova).
6. Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
9. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
10. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kassasiya şikayəti yalnız vəkil tərəfindən deyil, eyni zamanda onu ver ən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən də imzalanmalıdır. Habelə, hüquqi şəxsi onun səlahiyyətli şəxsi və ya müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin müəssisə olan işçisi təmsil edə bilər.
11. Hazırki halda isə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil kimi Vəkil3 tərəfindən imzalansa da, kassasiya şikayətində İddiaçı adından icra edilmiş imzanın kimə məxsus olması göstərilməmişdir. Həmçinin, iş materiallarında Vəkil3 iddiaçının adından verilmiş etibarnamə mövcud olsa da, etibarnaməni imzalamış Ali Arasın belə səlahiyyətlərin etibar olunmasına dair səlahiyyətli olub-olmaması da müəyyən olunmamışdır.
12. Azərbaycan Respublikası MPM-in 408.1.-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
13. Sadalanmış qanunvericiliyin mənasına görə, kassasiya şikayəti prosessual müddəalarda nəzərdə tutulmuş qaydada tərtib edilib verilməmişsə, şikayət geri qaytarılmalıdır.
14. Həmçinin, MPM-in 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
15. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin tərəfə qay tarılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
16. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(103)-255/2022 saylı qətnaməsindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ona qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin.