Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-489/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu sədrliyi və məruzəsi, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh X2 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2- 2(103)-112/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ
1. Satıcı İdd iaçı MMC ilə alıcı X3 arasında bağlanmış 2019-cu il 11 yanvar tarixli 2221/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi, habelə digər hüquqi formada ticarət predmeti olan malları alıcıya satır, alıcı isə malı satıcıdan alır və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. 2. 2019-cu il 13 fevral tarixli HX seriyalı 702984 və 2019-cu il 1 aprel tarixli HZ seriyalı 326558 nömrəli X5-Faktura sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən X2 ümumilikdə 79.555,46 manat dəyərində müxtəlif çeşidli mallar göndərilmişdir. 3. 2019-cu il 25 oktyabr tarixli 602 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən X1 2019-cu il 11 yanvar tarixdə bağla nmış 2221/19 nömrəli alqı-satqı müqaviləsi üzrə satılmış malların dəyərinin 5 gün müddətində ödənilməsi xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh X2 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 70.719,37 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2019-cu il 11 yanvar tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı istehsal və idxal etdiyi, eləcə də digər hüquqi formada ticarət predmeti olan müxtəlif miqdarda, çeşiddə və həcmdə m alları cavabdehə satmış, cavabdeh isə aldığı malların dəyərini bir ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh malların dəyərinin 70.719,73 manat hissəsini bu günə qədər ödəməmişdir. Ödəmə müddətinin bitməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və malların dəyərini ödəməmişdir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 389.1, 390.1, 430.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 567, 598.1, 598.2, 598.3, 600.1-ci maddələrinə istinad edilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 9 oktyabr tarixli e-2-2(113)-1389/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 70.719,37 manat məbləğində pul və saiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – A.Əliyeva).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə, iddiaçının təhvil verdiyi mallar üzrə 70.719,73 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
10. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.
11. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.2, 442, 443.1, 445.7, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən iddianın əsası kimi istinad edilmiş alqı-satqı müqaviləsinin onun tərəfindən imzalandığını qəbul etmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(103)112/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək, ekspert qarşısında müqavilədəki və satış fakturalarındakı imzanın cavabdehə məxsus olubolmamasının müəyyənləşdirilməsi barədə sual qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2019-cu il 11 yanvar tarixli 2221/19 nömrəli alqı-satqı müqaviləsinin əslinin və həmin müqavilə əsasında tərtib edilmiş satış fakturalarının təqdim edilməsi barədə vəsatət verildiyi halda, həmin sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)-112/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğ v olunmuş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd olunmuşdur (sədrlik edən hakim – V.Baxışova, hakimlər– R.Qurbanov və A.Hüseyn).
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməsi çəkişmə prinsipini pozaraq məhkəmə bildirişlərini cavabdehə aid olduğu işdəki sənədlərlə təsdiq edilməyən ünvana göndərdiyindən, yol verilmiş prosessual pozuntuya görə mübahisələndirilən qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.
17. İddiaçının nümayəndəsi 2023-cü il 12 may tarixli məhkəmə iclasında müqavilənin əsli tapılmadığı üçün ekspertə təqdim edilmədiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, belə olan halda ekspertiza təyin edilən fakt – yəni mübahisələndirilən müqavilədəki imzanın cavabdehə məxsus olmadığı müəyyən edi lmiş hesab edilməli və təqdim edilmiş müqavilə əhəmiyyətsiz (mövcud olmayan əqd) hesab edilməlidir.
18. Cavabdeh işə apellyasiya qaydasında baxılarkən izahat verərək bildirmişdir ki, “Qala” restoranı onun adına qeydiyyata alınsa da, tanışına verdiyi etibarnamə əsasında onun adına VÖEN açılmış, faktiki olaraq o özü hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, restoranın fəaliyyəti barədə məlumatı olmamış, bununla bağlı iddiaçı ilə hər hansı müqavilə bağlamamış, iddiaçıdan mal təhvil almamışdır.
19. Məhkəmə kollegiyası işdəki sübutlara və tərəflərin izahatlarına hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin əsli olmadığından, o cümlədən malların təhvil-təslimi ilə bağlı satış fakturalarındakı imzaların cavabdehin imz ası olmadığı vizual cəhətdən aydın göründüyündən, cavabdehin sahibkar kimi fəalliyyətini dayandırdığı dövrdə AVİS vergi informasiya sistemindəki kabinetinə göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiqləndiyindən tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yarandığı, cavabdehə və ya onun tapşırığı əsasında hərəkət edən şəxsə satılmış malın təhvil verildiyi əsaslı şübhədən kənar mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilə bilməz.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 389.1-ci, MPM-in 9.1, 9.2, 77.1, 89.3, 97.5, 372.2, 387.2.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamə 2023-cü il 25 may tarixdə tərəflərə məktub ilə göndərilmiş, elektron kabinetlərində yerləşdirilmiş dir.
22. İddiaçı 2023-cü il 25 iyul tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 389.1, 390.1, 430.1, 442, 448.1, 448.2, 359.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh “Bu Qala” restoranının rəsmi sahibkarı olduğunu və restoranın fəaliyyətinin onun verdiyi etibarnamə əsasında tanışı tərəfindən həyata keçirildiyini etiraf etmişdir. Belə olan halda, tərəflər arasında mülki hüquq münasibətlərinin mövcud olduğu, müqavilənin imzalanması və iddiaçı tərəfindən satılmış malların qəbulunun ya cavabdehin özü, ya da etibarnamə verdiyi tanışı tərəfindən icra edildiyi işin mübahisəsiz halı olmuşdur.
24. MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsini prosessual pozuntuya görə ləğv edən apellyasiya məhkəməsi yol verilmiş prosessual pozuntunun konkret olaraq nədən ibarət olduğunu göstərməmişdir. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə onun rəsmi qeydiyyatda olduğu ünvana rəsmi olaraq bildirişlər və digər məhkəmə sənədlərini göndərmişdir. Cavabdehin öz qeydiyyatda olduğu yerdə yaşamaması və ya digər səbəbdən sənədlərin cavabdehə çatdırılmasının mümkün olmaması prosessual pozuntu hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh kassasiya şikayətin ə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə məhsullar cavabdehə verilməmiş və cavabdehin həmin 2019-cu il 11 yanvar tarixli 2221/19 nömrəli alqı-satqı müqaviləsindən məlumatı olmamışdır. Belə ki, cavabdeh tərəfindən həmin müqavilə imzalanmamaqla, onun iradəsini ifadə etmir və həmin müqavilənin necə tərtib olunması, kim tərəfindən imzalanması cavabdehə məlum deyil. Eyni zamanda həmin müqaviləyə əsasən tərtib edilmiş satış fakturasında göstərilən malların cavabdeh tərəfindən təhvil alınması həqiqəti əks etdirmir. Həmin satış fakturaları cavabdeh tərəfindən imzalanmayıb və həmin “təhvil aldı” qrafasının kimin tərəfindən imzalanması cavabdehə məlum deyil. 2019-cu il 11 yanvar tarixli 2221/19 nömrəli alqı-satqı müqaviləsinin və həmin müq aviləyə əsasən tərtib edilmiş satış fakturalarının cavabdeh tərəfindən imzalanmaması, həmin müqaviləyə və satış fakturasına nəzər yetirdikdə açıq-aydın şəkildə görünür. Bununla bağlı apellyasiya məhkəməsi müqavilədə olan imzanın kimə məxsus olmasını müəyyən etmək məqsədi ilə xətşünaslıq ekspertizası təyin etsə də, ekspertlər müqavilə və digər sənədlərin əsilləri olmadığı üçün tədqiqat aparmaqdan imtina etmişlər. İddiaçı isə həmin müqavilənin və qaimə-fakturaların əsillərin onda olmadığını etiraf etmişdir. Belə olan halda, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçı cavabdeh ilə alqı-satqı müqaviləsi üzrə münasibətlərin mövcud olduğuna dair dəlilini sübut edə bilməmişdir. Həmçinin, iddiaçı tərəfindən göndərilən elektron vergi qaimələrin cavabdeh tərəfindən şəxsən qəbul edilib-ed ilməməsi mübahisələndirildiyindən, araşdırma nəticəsində həmin elektron vergi qaimələrin cavabdeh tərəfindən şəxsən qəbul edilmədiyi, qeyd olunan qaimələrin sistem tərəfindən imzalanması sübut olunmuşdur. Eyni zamanda bildirilir ki, cavabdehin sahibkarlıq fəaliyyəti 2018-ci il 1 dekabr tarixdən 2023-cü il 1 dekabr tarixinədək dayandırılmışdır. İş üzrə cavabdeh tərəfindən təqdim edilmiş Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavab məktubu da bu halı təsdiq edir. Başqa sözlə, cavabdehin iddiaçının iddia etdiyi kimi guya 2019-cu il 11 yanvar tarixində alqı-satqı müqaviləsi bağladığı anda ümumiyyətlə sahibkarlıq fəaliyyəti mövcud olmamışdır.
26. İş üzrə göndərilmiş məhkəmə bildirişlərindən görünür ki, həmin məhkəmə bildirişləri cavabdehə münasibətdə ünvan 1 ünvan ına göndərilmişdir. Bildirilir ki, cavabdehin həmin ünvan ilə heç bir əlaqəsi yoxdur və həmin ünvanda yaşamır, cavabdehin şəxsiyyət vəsiqəsindən görünür ki, onun qeydiyyat ünvanı ünvan 2vanı isə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qasım bəy Zakir küçəsində yerləşən fərdi yaşayış evidir və bu barədə onun faktiki ünvanına hər hansı məhkəmə sənədləri çatdırılmamışdır. Cavabdehin birinci instansiya məhkəməsində məhkəmə iclaslarından məlumatı olmadığından, bu barədə ona hər hansı sms göndərilmədiyindən, elektron poçt vasitəsilə məlumat verilmədiyindən, həmin iclaslarda iştirak etməyi mümkün olmamışdır və onun iştirakı olmadan qətnamə qəbul edilmişdir. Apellyasiya məhkəməsi isə dügzün olaraq cavabdehin dəlilləri razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi çəkişmə pr insipini pozaraq məhkəmə bildirişlərini cavabdehə aid olduğu işdəki sənədlərlə təsdiq edilməyən ünvana göndərdiyindən yol verilmiş prosessual pozuntuya görə mübahisələndirilən qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.
27. Göstərilənlərə əsasən, etirazda iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 22(103)-112/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III.TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Mə cəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....”
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)112/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh iddiaçı ilə müqavilə bağladığını, həmin müqavilə əsasında iddiaçıdan mal aldığını mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizas ı təyin edilmiş, lakin müqavilənin əsli təqdim edilmədiyi üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə müqavilənin əsli tapılmadığı üçün ekspertə təqdim edilmədiyini bildirmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən alqısatqı müqaviləsinin əsli olmadığını, o cümlədən malların təhvil-təslimi ilə bağlı satış fakturalarındakı imzaların cavabdehə məxsus olmadığının vizual cəhətdən aydın göründüyünü, cavabdehin sahibkar kimi fəalliyyətini dayandırdığı dövrdə AVİS vergi informasiya sistemindəki kabinetinə göndərilmiş elektron qaimələrin cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiqləndiyini nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq mü nasibətlərinin yarandığı, cavabdehə və ya onun tapşırığı əsasında hərəkət edən şəxsə satılmış malın təhvil verildiyi əsaslı şübhədən kənar mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verdiyi bu hüquqi qiymətləndirmə və gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
36. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəs i). Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini çəkişmə prinsipinin pozulması ilə əlaqədar ləğv edən apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılaraq hüquqi qiymət verilmiş, məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
37. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)112/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)-112/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.