Məhkəmə qərarları › İş №2-2(102)-49/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-49/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-49/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR (açar sözlər: cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanəhməd oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X7, cavabdehin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-628/2019 saylı qətnaməsindən Cavabdeh MTK və onun vəkili Vəkil tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanılmış 1279/15 saylı müqavilənin şərtlərinə əsasən təhvil-təslim aktını və hesab-fakturanı qəbul etmək və imzalamaq (təsdiq etmək) vəzifəsini və yaranmış 14.488,09 manat əsas borcun, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqədar 1.448,80 manat faiz borcunun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 15.966,89 manatın Cavabdeh Mənzil Tikinti Kooperativinin hesabından tutularaq, X3 hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia t ələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X2 ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin X3 arasında bağlanılmış 1279/15 saylı, xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, A və B sahəsində inşa olunan 3 səviyyəli yeraltı avtomobil dayanacağının tikintisində istifadə olunan inşaat materiallarının sınaq işləri aparılmışdır. Qeyd edilən xidmətlə əlaqədar 1279/15 saylı, xx xxxxxx 2015-ci il tarixli müqavilənin dəyəri olan 22.568,09 manat puldan cavabdeh tərəfindən yalnız 8.080,00 manat institutun hesabına keçirilmiş, qalıq 14.488,09 manat məbləğ Kooperativə olunan müraciətlərə baxmayaraq son vaxtlara kimi ödənilməmiş, cavabdeh tərəfindən həmçinin müqavilənin 3.7-ci və 5.1.3-cü bəndlərinin şərtləri pozulmuş, belə ki, iddiaçı dəfələr lə cavabdehdən görülmüş işlərin nəticələrinin qəbul edilməsi və dəyərinin ödənilməsini tələb etsə də, cavabdeh işin nəticələrinin qəbul edilməsindən, təhvil-qəbul aktlarını qəbul etməkdən və işlərin dəyərinin ödənilməsindən yayımış, iddiaçı qarşısında götürdüyü müqavilə öhdəliyini yerinə yetirməmi, X3 təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)550/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 14.488,09 (on dörd min dörd yüz səksən səkkiz manat doqquz qəpik) manat məbləğində əsas borc, həmin borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 664 manat (altı yüz altmış dörd) məbləğində faiz, cəmi 15.152,09 manat (on beş min yüz əlli iki manat doquz qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manatın tutularaq iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim- L.Əliyeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-628/2019 saylı qətnaməsi ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxxx 2019 -cu il tarixli qətnaməsindən Cavabdeh MTK və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Cavabdeh olaraq bildirik ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilməmişdir. Belə ki, Müqavilənin 3.2-ci bəndinə əsasən “Sifarişçi” görüləcək yoxlama-sınaq işlərinə görə “İcraçı”nın hesabına ümumi məbləğin 30%-ni əvvəlcədən ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən qalıq hissə yəni 70% görülmüş işlər “Sifarişçi”yə tam təhvil verildi rkdən sonra hesab fakturalara əsasən ödənilməlidir. Qeyd olunanlardan göründüyü kimi müqaviləyə əsasən “İcraçı” tərəfindən görülən işlər “Sifarişçf’yə təhvil təslim aktı əsasında tam 100% təhvil verilməlidir. Həmçinin texniki rəy kitabı da təqdim edilməli idi. Müqaviləyə əsasən “İcraçı” tərəf öz öhdəliklərini yerinə yetirmədiyindən “Sifarişçi”yə qarşı öhdəliklərin yerinə yetirilməsi ilə bağlı iddia tələbi qəbul edilmir. Çünki “İcraçı” öz öhdəliklərini tam yerinə yetirdikdən sonra “Sifarişçi”dən öhdəliklərini yerinə yetirməyi tələb edə bilər. Lakin məhkəmə iddiaçnın müqavilə üzrə öhdəliklərini yerinə yetirib- yetirməməsini araşdırmadan iş üzrə məhkəmə ekspertizası təyin edib işin sifarişçi tərəfindən həqiqətən yerinə yetirilib-yetirilmədiyini ekspert rəyinə əsasən müəyyən etmədən iddiaçı tə rəfin təqdim etdiyi məktublara əsaslanaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Halbuki, AR MPM-nin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvaf iq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtə rəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 22(103)-628/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MTK (sifarişçi) ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin X4 (icraçı) arasında sınaq işlərin aparılmasına dair bağlanmış xx xxxxxx 2015-ci il tarixdə 1279/15 saylı müqaviləyə əsasən icraçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, A və B sahəsində inşa olunan 3 səviyyəli yeraltı avtomobil dayanacağının tikintisində istifadə olunacaq tikintik materiallarını n keyfiyyət göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin aparılmasını öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 22568,09 manat müəyyən edilmiş, müqavilənin 3.3-cü bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30 faizini əvvəlcədən ödəməyi öhdəsinə götürmüş, ödənilən avansın həcmində işlər yerinə yetirildikdən sonra təhvil-təslim aktları ilə qəbul olunur müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə qiymətinin qalıq hissəsi (70%) görülmüş işlərin (xidmətlərin) həcmindən asılı olaraq təqdim eddilmiş təhvil-təslim aktlarına və hesab fakturalara uyğun aparılır, iddiaçı tərəfindən işdəki məktublara əsasən beton nümunələrinin laboratoriyada s ınağı keçirilərək, nəticələri barədə sifarişçiyə məlumat verilmiş, hal-hazırda Cavabdeh MTK-nın göstərilən müqavilə üzrə X1 qalıq borcu 14.488,09 manat təşkil edir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, “Azərdövlətlayihə” DBLİ və X4 Azərbaycan Respubllikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X5 Agentliyinin nəzdində təsərrüfat hesablı prinsipi ilə fəaliyyət göstərən və mülki hüquq münasibətində çıxış etmək hüququna malik hüquqi şəxslər olduğundan “Azərdövlətlayihə” DBLİ-yə edilən ödənişə görə X4 məsuliyyət daşımır, iddiaçı hazırkı müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərərək, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh görülmüş işlərin dəyərini tam ödəməkdən imtina etməklə, müqaviləyə əsasən üzərinə düşən öhdəlik ləri pozmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 540.1-ci maddəsinə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, normanın məzmununa əsasən tələblərin qarşılıqlı əvəzləşdirilməsi üçün əvəzləşdirilən hər iki tələb eyni şəxslər arasında yaranmalıdır, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə “Azərdövlətlayihə” DBLİ tərəfindən göstərilmiş xidmətlə rin dəyərinin X4 göstərdiyi xidmətlərin məbləğindən çıxılmasını göstərən şərt daxil edilməmişdir və hazırkı iş üzrə iddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin X4 öz adından mülki hüquq münasibətlərində çıxış etmək hüququna malik hüquqi şəxs olduğundan tələblərin əvəzləşdirilməsi barədə tələb olduğu halda belə hazırki iş üzrə mübahisə predmeti olan borcun Agentliyin tabeliyində olan digər İnstitutun, yəni digər hüquqi şəxsin cavabdehə olan borcu ilə əvəzləşdirilməsi Mülki Məcəllənin tələblərin əvəzləşdirilməsinə dair müddəalarına ziddir. Qeyd edilənləri nəzərə alaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi, apellyasiya məhkəməsi tərəfindən isə bu halların aydınlaşdırılmadığı, həmçinin tərəflər arası nda bağlanmış müqavilədə mübahisənin məhkəmədən kənar həlli qaydası nəzərdə tutulmadığından iş üzrə pretenziya qaydasına riayət edilmədiyi barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)628/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-628/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar