Məhkəmə qərarları › İş №2-2(102)-49/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-49/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-49/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Construction MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Construction MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli 2-2(103)-773/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 10 sentyabr tarixində Cavabdeh MMC (bundan sonra “alıcı” adlandırılacaq) Cəmiyyətin İdarə Heyətinin sədri X1 şəxsində və digər tərəfdən "X8" MMC (bundan sonra “Satıcı” adlandırılacaq), Cəmiyyətin direktoru X5 şəxsində (hər iki tərəf birlikdə “Tərəflər’' adlandırılacaq) QSZS 158/0918 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən satıcı satır, alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifıkasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra “mal” adlandırılacaq) Satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Bu müqavilənin spesifikasiya(lar)ınd a xüsusi şərtlər də nəzərdə tutula bilər. Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad olan malı verir. Bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtından əvvəl icrasına yol verilir.

2. Müqavilənin «Qiymətlər və ödənişin aparılması qaydaları» adlanan şərtlərinə əsasən: müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir. Qiymətin ödənişin forması və qaydası bu müqaviləyə spesifikasiya(lar)da müəyyən edilir. Malın çatdırılması və təhvil verilməsi qaydaları: Malın təhvil-təslimi və çatdırılması (daşınması) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)ində qeyd olunan şərtlər əsasında həyata keçirilir. Alıcının nümayəndələri satıcının nümayəndələri ilə birlikdə mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər. Mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayırlar. Malın təhvil-təsliminə dair akt imzalandıqdan sonra, alıcı malı qəbul etmiş sayılır, mala mülkiyyət hüququ və malın zədələnməsi, korlanmasi, itirilməsi və bütün digər risklər alıcıya keçir və alıcı malın keyfiyyətinə və kəmiyyətinə dair etiraz edə bilməz. 3. 2018-ci il 10 sentyabr tarixli QSZS 158/0918 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavədə (Spesifikasiya və xüsusi şərtlər) Cavabdeh MMC-nin İdarə Heyətinin sədri X1 şəxsində və digər tərəfdən “X8” MMC-nin direktoru X5 şəxsində cədvəldə nəzərdə tutulmuş satın alınacaq malın adı, ölçü vahidi və qiyməti barədə razılığa gəlmişdir. Cədvələ görə ofis ləvazimatları 122.375 manat, yeməkxana ləvazimatları 173.468,26 manat məbləğində müəyyən edilmi şdir. Əlavənin 1.1-ci bəndinə görə, müqavilə üzrə ödəniş, bütün mallar tam olaraq alıcıya təhvil verildikdən sonra 5 (beş) iş gün ərzində, satıcıya tam ödəniləcək; 2-ci bəndinə görə, malın qiyməti bank köçürmə yolu ilə həyata keçiriləcəkdir; 3-cü bəndə görə, malın daşınması və daşınması üçün nəqliyyat vasitəsinə yüklənməsi satıcı tərəfindən həyata keçiriləcəkdir; 4-cü bəndə görə, hazırki Əlavə ilə müəyyən edilən şərtlər yalnız bu Əlavədə qeyd edilmiş malların satışına və həcmlərə aiddir. 4. 2018-ci il 10 sentyabr tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MMC-nin İdarə heyətinin sədri X1 və baş mühasib Yusifov Arif oğlu, digər tərəfdən “X8” MMC-nin direktoru X5 və baş mühasib X2 2018-ci il 10 sentyabr tarixli QSZ158/0918 saylı alqı-satqı müqaviləsinin bir nömrəli Əlavəsində göstər ilən malların təhvil-təslimini tərtib edilmiş akt əsasında həyata keçirmişdirlər. 5. 2018-ci il 17 sentyabr tarixli EAAM №147410 saylı elektron qaimədən görünür ki, “təqdim edən” İddiaçı MMC tərəfindən “alıcı” Cavabdeh MMC-yə QSZS 158/0918 saylı müqavilə əsasında ofis mebelləri və əşyaları təqdim edilmişdir. 6. 2021-ci il 16 fevral tarixli 013 saylı pretenziyadan görünür ki, İddiaçı MMC (əvvəlki adı “X8” MMC) (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında QSZS 158/0918 saylı 2018ci il 10 sentyabr tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Satıcı müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirərək müqavilənin əlavəsində göstərilən malları alıcıya vermişdir. Lakin alıcı müqavilə şərtlərini pozaraq malların dəyərini satıcıya ödəməmişdir. Qeyd edilənləri nəzərə alaraq satıcı ilə alıcı arasında imzalanmış müqaviləyə əsasən yaranmış 173.468,26 AZN məbləğindəki borcun 1 (bir) iş günü ərzində satıcıya ödənilməsi tələb olunur. Əks təqdirdə, məhkəmə qaydasında iddia irəli sürülərək borcla yanaşı dəymiş ziyan da tələb olunacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" Construction MMC (bundan sonra mətndə - iddiaçı) Cavabdeh MMCyə (bundan sonra mətndə - cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən QSZS 158/0918 saylı 2018-ci il 10 sentyabr tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 173.468,26 manat (bir yüz yetmiş üç min dörd yüz altmış səkkiz manat, 26 qəpik) məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında QSZS 158/0918 saylı 2018-ci il 10 sentyabr tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin şərtinə görə iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə malları cavabdehə satır və malın müqabilində cavabdeh iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. İddiaçı müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirərək müqavilənin əlavəsində göstərilən malları cavabdehə vermişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq malların dəyərini iddiaçıya ödəməmişdir. Hazırda cavabdehin iddiaçıya 173.468,26 manat məbləğində borcu qalmaqdadır.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, Az ərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1, 442, 445, 448.1-ci maddələrinə istinad etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 aprel tarixli, e-2-2(113)-1539/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim K.Hüseynov).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Adı çəkilən müqavilənin 3.3-cü bəndindən görünür ki, mal təhvil verilərkən tərəflər təhvil-təslim aktı imzalamağı öhdələrinə götürmüşlər. Belə olan halda, hazırki işdə satıcı olan iddiaçı tərəf malın cavabehə verilməsi öhdəliyini daşıdığından, həmçinin malın verilməsini sübute tmə vəzifəsini də daşıyır. İddiaçı tərəf bu halın sübuta yetirilməsi üçün 2018-ci il 10 sentyabr tarixli təhviltəhsil aktını məhkəməyə təqdim etmişdir. Lakin həmin akt mötəbər sübut kimi qəbul oluna bilməz. Aktın “təhvil verdi” hissəsindəki imzalar İdarə heyətinin sədri kimi göstərilmiş X və baş mühasib O.Yusifov, “təhvil aldı” hissəsində isə direktor XX, baş mühasib M.İsgəndərov tərəfindən edilmişdir. X müqavilə imzalanan zaman cavabdehin idarə heyətinin sədri olmuşdur. Ancaq X müqavilə üzrə alıcı olduğundan malı “təhvil verən” deyil, “təhvil alan” kimi göstərilməli idi. XX isə “təhvil alan” kimi deyil, “təhvil verən” kimi göstərilməli idi. Bundan başqa, müqavilə tərəflərin imzası ilə və hüquqi şəxslərin möhürü ilə təsdiqlənsə də, eyni tarixli “təhvil-təslim aktı” hüquqi şəxslərin möhürlə ri ilə təsdiq edilmədiyindən, mötəbər sübut kimi qəbul edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 567, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-2773/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, cavabdehdən 20 18-ci il 10 sentyabr tarixli QSZS 158/0918 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 173.468,26 manat məbləğdə borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

16. Belə ki, tərəflər arasında 2018-ci il 10 sentyabr tarixli QSZS 918 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə kimi Spesifika siya və xüsusi şərtlərdə əks olunan cədvəldə razılaşdırılmış malların ümumi dəyəri 173.468,26 manatdır. Müqavilə, ona 1 nömrəli əlavə kimi Spesifikasiya və xüsusi şərtlər və cədvəl alıcı tərəfindən idarə heyətinin sədri X, satıcı tərəfindən direktor XX tərəfindən imzalanmış və MMC-lərin möhürləri ilə təsdiq olunmuşdur. Spesifikasiya və xüsusi şərtlərin 1.1-ci bəndinə görə, ödəniş bütün mallar tam olaraq alıcıya təhvil verildikdən sonra 5 iş günü ərzində ödəniləcək.

17. İşin tərəflər arasında mübahisəli məqamı 173.468,26 manat dəyərdə malların satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) təhvil verilib-verilməsindən ibarətdir. İşdə olan, alıcı tərəfindən idarə heyətinin sədri X və baş mühasib O.Yusifov, satıcı tərəfindən direktor XX və baş mühasib M.İsgəndərov tərəfindən imzalanmış 2018- ci il 10 sentyabr tarixli təhvil-təslim aktına əsasən 173.468,26 manat dəyərdə mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh aktı onun tərəfindən imzalamış vəzifəli şəxslərin həmin tarixdə müvafiq olaraq İdarə heyətinin sədri və baş mühasib olmalarını və imzaların onlara məxsus olduğunu mübahisə etməmişdir. Cavabdeh bildirmişdir ki, akta tərəflərin möhürü vurulmamış, mallar onlara təhvil verilməmişdir və aktı onun tərəfindən imzalamış vəzifəli şəxslər hazırda onun işçiləri deyil.

18. Apellyasiya məhkəməsi 2018-ci il 10 sentyabr tarixli təhvil-təslim aktında təhvil alanla təhvil verənin imza yerinin dəyişik salınmasını texniki məsələ kimi qiymətləndirmiş, cavabdehin iddiaya etirazlarına isə tənqidi yanaşaraq hesab etmişdir ki, bu andan etibarən malların ona təhvil verilmə diyini sübut etmək yükü sonuncunun üzərində olsa da, o, bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 427.3, 442, 448.1, 448.2, 567, 600.4, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.

20. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

21. MM-in 385.1, 567, 568.1-ci maddələri pozulmuşdur – iddiaçı alqı-satqı müqaviləsinin zəruri şərti kimi əşyanın verilməsi vəzifəsini icra etməmiş, malları alıcıya təhvil verməmişdir. Bu səbəbdən, alıcının satıcı qarşıs ında müqavilədən irəli gələn əşyanın dəyərinin ödənilməsi öhdəliyi yaranmamışdır. Cavabdeh malların ona təhvil verilmədiyini əsas gətirərək, haqlı şəkildə satıcının ona təqdim etdiyi elektron qaiməni qəbul etməkdən imtina etmişdir. İddiaçının cavabdehə təqdim etdiyi e-qaimə sonuncu tərəfindən ilkin olaraq qaytarılsa da (alıcı nə həmin vaxt, nə də sonrakı müddətdə malları təhvil almamışdır), sonradan satıcı yenidən e-qaimə təqdim etməmişdir. Digər tərəfdən, eqaimə proqram təminatı vasitəsilə də öz təsdiqini tapmamışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.2.2, 2.2.3, 2.2.6, 2.2.9, 3.3, 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. İddia çının cavabdehə təqdim etdiyi e-qaimə sonuncu tərəfindən ilkin olaraq qaytarılmış, sonradan satıcı e-qaimə təqdim etməmişdir.

23. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 81-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə nəticəyə gələrkən yalnız qüsurlu təhvil-təslim aktına istinad etmişdir. Halbuki, həmin akt mötəbər sübut hesab oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azad olmasına dair hər hansı bir sənəd əlavə edilməmişdir. Bu səbəbdən, kassasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas olmadığından, icraat qəbul edilməsindən imtina edilə rək geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik a nlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılar ı arasında müqavilə olmalıdır....” Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödən ilməsini tələb edə bilər....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 5 70.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırma q və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

28. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədl əri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kollegiya ilk növbədə kassasiya şikayəti verilərkən dövlət rüsumunun ödənilməməsi və ya şikayət verən tərəfin dövlət rüsu munun ödənilməsindən azad olunması barədə sənədin əlavə edilməməsi səbəbindən şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair iddiaçının etirazında göstərilənlərlə razılaşmır. Belə ki, cavabdehin kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair **********29 saylı mədaxil qəbzi əlavə edilmişdir. Həmin kassasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar olmadığından, şikayət məhkəmənin 2021-ci il 10 dekabr tarixli qərardadına əsasən icraata qəbul edilmişdir.

31. Cavabdehin kassasiya şikayətinə gəldikdə, qeyd olunmalıdır ki, şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı göstərilən dəlillər alqı-satqı müqaviləsinə əsasən nəzərdə tutulan malların cavabdehə təhvil verilməməsi ilə bağl ıdır.

32. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən satılan malların alıcıya (cavabhehə) təhvil verilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm sözügedən müqavilənin 3.3-cü bəndinə, həm də qətnamə qəbul edilərkən istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan (bax yuxarıda § 15-19), kassasiya şikayətinin həmin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

33. Cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq bəndlərinin pozulması ilə bağlı dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, tərəflər arasında 2018-ci ildə mübahisəli hüquq münasibəti yaranarkən həmin Qaydalar qüvvədə olmamışdır. Bu baxımdan MPM-nin 217.2-ci maddəsinin tələblərinə əsasən hazırda həmin Qaydalara istinad edilə biləz. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2-ci maddəsi).

34. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli 2-2(103)-773/2021 saylı qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar