Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-490/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X2 Cavabdeh İB-yə qarşı iş üzrə QƏRAR Açar sözlər:sayğaca müdaxilə; əlavə enerji sərfiyyatının hesablanması; yoxlamanın reyestrdə qeydiyyatdan keçməməsi giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X2 (bundan sonra iddiaçı) Cavabdeh İB-yə (bundan sonra cavabdeh) qarşı “borcun silinməsi”, cavabdehin iddiaçıya qarşı “borcun tutulması” tələblərinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-377/2019 saylı, 8 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz paylayıcıya (cavabdehə) ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur, 3.3-cü bəndinə görə paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır. Cavabdeh tərəfindən tərtib edilmiş 29 may 2018-ci il tarixli qaz sayğacının quraşdırılması, çıxarılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus istixanada təbii qazın uçotu və TQİQ-ya riayət olunmasının yoxlanılması məqsədilə baxış keçirilmiş, sayğac çıxarılmış, sayğac çıxarılarkən plomb sayğacın üzərində olmuşdur. Akt istehlakçının nümayəndəsi qismində Barat Paşayev adlı şəxs tərəfindən imzalanmışdır. Sayğac çıxarılarkən sayğacda hər hansı qüsurun olması barədə aktda qeyd aparılmamışdır. Cavabdehin tərtib etdiyi qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 22.06.2018-ci il tarixli aktdan görünür ki, iddiaçıya məxsus istixananın qaz xətti üzərində quraşdırılmış və 29.05.2018-ci ildə çıxarılmış sayğaca İ nformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin V mexaniki göstəricidən 54.534 kub.m az olması müəyyən edilmişdir. Cavabdehin Salyan XŞ-nin TQQ və SX tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 30.06.2018-ci il tarixli 30-06-2018 saylı aktda qeyd olunur ki, Salyan rayonu Qaraçala kəndi ərazisində yerləşən iddiaçıya məxsus istixanada (kod: **********00022) quraşdırılmış qaz sayğacının impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstəricinin V mexaniki göstəricidən 54.534 kub.m az olması ilə əlaqədar sonuncuya 17.01.2018-ci il tarixdən 20.06.2018-ci il tarixədək 163.602 kub.m ə lavə qaz sərfiyyatına görə 32.720,40 manat məbləğdə borc hesablanmışdır. **********00022 saylı kod üzrə abonentin saldosundan görünür ki, 2018-ci il iyun ayı üçün iddiaçıya 163.602 kub.m qaz sərfiyyatına görə 32.720,40 manat məbləğdə borc hesablanmışdır. Həmin kod üzrə 2018-ci ilin sentyabrın əvvəlinə borc 32.721,20 manat, 2019-cu ilin fevral ayının sonuna isə 43.385 manat təşkil etmişdir. **********00000 saylı kod üzrə abonent saldosundan görünür ki, iddiaçıya həmin kod üzrə təbii qazdan istifadəyə görə sayğac göstəricilərinə əsasən hesablanmış borc 2018-ci ilin sentyabr ayına 4.688,20 manat, 2019-cu ilin fevral ayının sonuna 19.626,20 manat təşkil etmişdir. **********4427 saylı kod üzrə abonent saldosundan görünür ki, iddiaçıya həmin kod üzrə istifadə edilmiş təbii qaza görə sayğac göstə ricilərinə əsasən hesablanmış borc 2018ci ilin sentyabr ayına 815,20 manat təşkil etmişdir. İddiaçı cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 30.06.2018-ci il tarixli 30-06-2018 nömrəli akta əsasən cavabdeh tərəfindən hesablanmış 32.720,40 manat məbləğdə debitor borcun onun abunə hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh tərəfindən tərtib edilmiş aktlar qanunsuz və əsassızdır və ona görə də hesablanmış 32.720,40 debitor borc silinməlidir. Nə sayğaca baxış keçirilərkən, nə sayğac çıxarılarkən, nə də ki, sayğacın növbədənkənar dövlət yoxlaması zamanı və ya istixananın səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və sözügedən aktlar xəbərsiz tərtib olunmuşdur. Hətta bu aktların heç biri rə smi qaydada ona təqdim edilməmişdir. Dəfələrlə bu barədə müraciət etdikdən sonra həmin aktların kserosurəti iddiaçıya verilmişdir. Bundan başqa, müraciətinə cavab olaraq Cavabdeh İBnin Salyan RQİİ tərəfindən verilmiş məktubun sonuncu abzasında göstərilmişdir ki, “30.06.2018-ci il tarixdə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” qarşılıqlı razılaşma aktı tərtib edilmiş və akt müəssisənizin nümayəndəsi Barat Paşayev tərəfindən imzalanmışdır”, belə bir işçi yoxdur və adıçəkilən həmin şəxsə onu təmsil etməsi və sənədləşmələrdə iştirak etməsi barədə etibarnamə və ya digər səlahiyyət verən hər hansı sənəd verilməmişdir. Ümumiyyətlə, bu barədə ona şifahi göstəriş və razılıq da verilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən Barat Paşayevin nəyə görə müəs sisənin nəzarətçisi kimi hesab edilməklə onun nümayəndə qismində qəbul edilməsi başadüşülən deyil və hesab edir ki, məhz bu şəkildə rəsmiləşdirməkdə əsas məqsəd yuxarıda qeyd olunan proseslərdə iştirakı məhdudlaşdırmaq və haqlı narazılığının qarşısını bu akt vasitəsi ilə almaq olmuşdur. Qısacası, aktın səlahiyyəti olmayan tamamilə başqa şəxs tərəfindən qəbul edilməsi borcun onun tərəfindən təsdiq edilməsi kimi qəbul edilə bilməz. İstismardan çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilərkən də iştirakı təmin edilməmiş, sayğacda aşkarlanan nasazlığa dair fikri öyrənilməmiş, bu nasazlığın hansı səbəbdən yaranması və onun yaranmasında təqsiri olub-olmaması araşdırılmamışdır. İddia çı və cavabdeh mülki hüquq münasibətlərindən çıxış edərək 11 oktyabr 2016-cı il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı- satqısı barədə” müqavilə bağlamış və bu zaman “Paylayıcı”nın “İstehlakçı”ya verdiyi qazın dəyərinin yalnız sayğac göstəricilərinə əsasən tam hesablanması barədə müqavilə şərti müəyyənləşdirmişlər (2.1.8). İddia ərizəsinə əlavə etdiyi 31.10.2017, 31.11.2017, 31.12.2017, 31.01.2018, 28.02.2018, 31.03.2018, 30.04.2018-ci il tarixli aktlardan da görünür ki, 2018-ci ilin may ayınadək istixanada istismarda olan sözügedən qaz sayğacın mexaniki qaz sayğacı olmuş və hər ay mütəmadi olaraq cavabdeh qurumun nümayəndələri tərəfindən sayğacın mexaniki və elektron göstəriciləri yoxlanılaraq aylıq sərfıyyat müəyyən edilərək aktla r tərtib edilmiş və buna müvafiq olaraq aylıq ödənişlər tam şəkildə abonent tərəfindən həyata keçirilmişdir. Bu müddət ərzində sayğacda hər hansı nasazlıq aşkar edilməmiş və bu barədə həmin aktlarda heç bir qeydiyyat aparılmamışdır. Əgər qaz paylayıcısı tərəfindən qazın dəyəri düzgün hesablanmamışdırsa, qazın dəyərini sonradan hesablayaraq istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan əlavə, 30 iyun 2018-ci il tarixli aktdan görünür ki, borc 17.01.2018-ci il tarixdən 20.06.2018-ci il tarixədək olan dövr üçün hesablanmışdır. Lakin, nəyə görə məhz bu dövrə görə hesablanması və qaz sayğacı tərəfindən 54.534 kubmetri qazın az hesablanmasının hansı qaydada müəyyən edilməsi aktda göstərilməmiş və əsaslandırılmamışdır. Hər kəsə bəllidir ki, pomidor yetişdirilən istixanalarda ancaq p ayız və qış aylarında qazdan istifadə edilir. Bu səbəbdən 20 aprel 2018-ci il tarixdə Cavabdeh İB nin X10 İstismarı idarəsinə müraciət edərək qazın dayandırılmasını xahiş etmişdir. Buna müvafiq olaraq 15 may 2018-ci il tarixdə İdarənin işçiləri tərəfindən qaz dayandırılmış və bu barədə akt tərtib edilmişdir. Həmin aktda həmçinin həmin vaxtadək ödənilməmiş 191,60 AZN (yüz doxsan bir manat altmış qəpik) ödənilməmiş borcunun olması göstərilmişdir. Buna uyğun olaraq 05.06.2018ci il tarixdə həmin borcu tam şəkildə ödəmişdir. Lakin, 30 iyun 2018-ci il tarixli aktdan görünür ki, aprel ayından etibarən qazdan istifadə etmədiyi halda aprel, may və iyun ayları üçün də qazdan istifadəyə görə borc hesablanmış, qazın dayandırılmış olması ümumiyyətlə nəzərə alınmamışdır. Hesab edir ki, öz-özlüyündə əs assız və ziddiyyətli olan rəy bu baxımdan da qanuni hesab edilə və hüquqi nəticə doğura bilməz. Digər tərəfdən, sözügedən qeyri-yaşayış sahəsində qaz sayğacı qeyri-yaşayış sahəsinin içərisində deyil, qeyri-yaşayış sahəsindən tamamilə kənarda quraşdırılmışdır. Qaz sayğacı çıxarılan günədək onda hər hansı nasazlıq olmamışdır. Əgər həqiqətən də sayğacın yararsız hala düşdüyü qəbul edilsə belə, buna qəsdən törətdiyi qanunsuz hərəkətlər səbəb olmamışdır. Əksinə Qaydaların 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Nə qədər ki, cavabdeh tərəfindən təqsiri sübuta yetirilməmişdirsə, cavabdehlik qaz paylayıcısına aiddir. Cavabdeh iddiaçıya qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istixanada təbii q azdan istifadə etdiyinə görə yaranmış 32.720,40 manat əsas borcun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 18 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq iddiaçı həmin müqavilənin şərtlərini pozaraq Salyan rayonu Qaraçal qəsəbəsi ərazisində yerləşən istixanalarda da istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və 01.09.2018ci il tarixə (**********00022 saylı kod üzrə 32721,20 manat,.********** saylı kod üzrə 4688.20 manat, **********04427 saylı kod üzrə 815,20 manat, ümumilikdə 38224,40 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1 -ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1 -ci m addəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə 31.08.2018-ci il tarixli məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq iddiaçı tərəfindən 38224,40 manat borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-106/2019 nömrəli iş üzrə 05.02.2019-cu il tarixli qərardadı ilə cavabdehin iddiaçıya qarşı borcun tutulması tələbinə dair 2-2(82)-328/19 nömrəli iqtisadi iş, iddiaçının cavabdehə qarşı borcun silinməsi tələbinə dair 2-2(82)-106/2019 nömrəli iqtisadi iş lə bir icraatda birləşdirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-2(82)-106/2019 saylı iş) 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh tərəfindən tərtib olunmuş 30.06.2018-ci il tarixli 3006-2018 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akta əsasən iddiaçıya hesablanmış 32.720,40 manat məbləğdə borc silinməsi qət edilmiş, cavabdehin iddiaçıya qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, həmin iddia üzrə iddiaçıya qazdan istifadəyə görə hesablanmış **********00022 saylı kod üzrə 80 qəpik məbləğdə, **********00000 saylı kod üzrə 4.688,20 manat məbləğdə borc, cəmi 4.689 manat borcun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X4 və X5, 2-2(103)-377/2019 saylı iş) 8 avqust 2019-cu il tarixli qətnaməsi iləcavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi, qarşılıqlı iddianın ləğv edilməsi hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Göründüyü kimi qaydalarda hüquqi şəxs ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məsuliyyətləri eyni müəyyən edilmişdir. Xüsusi bilik tələb edən işlər üzrə ən azından mütəxəssis rəyinin alınması işin ədalətli həll edilməsi üçün vacibdir. Belə ki, analoji iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna Energetika Nazirliyinin Enerji X1 cavab vermiş, göstəricilər arasındakı fərqə aydınlıq gətirmişdir. Məhkəmə bunların heç birini araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 25 mart 2003-cü il tarixli qərarının 22-ci bəndində bildirilir ki, məhkəmələr dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəni nkiləşdirilməsinə yol verməsinlər. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli 85-11-15 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz paylayıcıya (cavabdehə) ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylay ıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 3.3-cü bəndinə görə paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır. Cavabdeh tərəfindən tərtib edilmiş 29 may 2018-ci il tarixli qaz sayğacının quraşdırılması, çıxarılması və istismara qəbulu haqqında aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus istixanada təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması məqsədilə baxış keçirilmiş, sayğac çıxarılmış, sayğac çıxarılarkən plomb sayğacın üzərində olmuşdur. Həmçinin cavabdehin qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 22 iyun 2018-ci il tarixli aktında qeyd edilmişdir ki, iddiaçıya məxsus istixananın qaz xətti üzərində quraşdırılmış və 29 may 2018-ci ild ə çıxarılmış sayğaca İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin V mexaniki göstəricidən 54.534 kub.m. az olması müəyyən edilmişdir. İddiaçı barəsində borc məbləği qaz sayğacının göstəricilərinə əsasən hesablana bilər. Cavabdeh hesab edir ki, qaz sayğacı 29 may 2018-ci il tarixdə impuls ötürücüsünün nasazlığı səbəbindən dövlət yoxlamasına göndərilmiş və nasazlıq yoxlama zamanı təsdiqini tapmışdır. Lakin 29 may 2018-ci il tarixdə tərtib edilmiş aktda sayğacda hər hansı qüsurun, onun göstəricilərində nasazlığın olması, habelə impuls ölçüsünün nasazlığının yoxlanılması ilə bağlı sayğacın götürülməsinə dair hər hansı müddəa əksini tapmamış dır. 29 may 2018-ci il tarixli və 30 iyun 2018-ci il tarixli aktlara görə iddiaçının nümayəndəsi B.Paşayev sayğacın götürülməsində və yoxlamada iştirak etmiş və aktı imzalayaraq etirazı olmadığını bildirmişdir. Apellyasiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hər iki aktlarda həmin aktların istehlakçının (iddiaçının) nümayəndəsi qismində Barat Paşayev tərəfindən imzalandığı göstərilsə də, iddiaçının Barat Paşayev adlı şəxsə onu təmsil etmək hüququ verən etibarnamə vermədiyini göstərmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən belə bir etibarnamənin mövcudluğu sübuta yetirilməmişdir. Sayğacın iddiaçının təqsirli hərəkəti və kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi cavabdeh tərəfindən məhkəmə iclasında sübuta yetirilməmişdir. Həmin hal apell yasiya instansiyası məhkəməsinin apardığı araşdırmada da təsdiqini tapmamışdır. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşdə olan abonent saldosuna görə sayğac göstəricilərinə əsasən qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 30.06.2018- ci il tarixli 30-06-2018 saylı aktda göstərilən müddət üçün (17.01.2018-ci il tarixdən 20.06.2018-ci il tarixədək) iddiaçıya 36.662,4 manat (2480,4+9485+17142,4+7362+191,60) borc hesablanmışdır. İddiaçıya məxsus istixanada quraşdırılmış və 29.05.2018-ci il tarixdə çıxarılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması məhkəmə araşdırması zamanı təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün (17.01.2018-ci il tarixdən 20.06.2018-ci il tarixədək) iddiaçıya “Qazdan istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə 36.662,4 manat borc hesablanaraq iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanmasının qanu nsuz və əsassız olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirə rkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 6 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin ed ə bilər. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı sübuta yetirilmişdir. Cavabdehin iddiaya qarşı etirazının əsası təkzib edilmiş, hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası həmçinin mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 2.10-cu bəndində qeyd edilir ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzim lənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun preambulasında qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir (2.1-ci maddə). Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir (2.3-cü maddə). Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hak imiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə). Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir (20.1-ci maddə). Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlar ının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir (Əsasnamənin 1.3-cü bəndi). Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilmə sində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər (Əsasnamənin 1.4-cü bəndi). Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər (1.5-ci bənd). Reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır (Əsasnamənin 1.7-ci bəndi) İşdən görünür ki, dövlət mülki yyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan cavabdehin nümayəndələrinin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə apardığı yoxlamanın yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə uyğun olaraq onun aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın iddiaçıya təqdim etməsi barədə məhkəmələrə hər hansı məlumat verilməmişdir. Cavabdeh belə sənədlərin olmasını da şikayətlərində bildirməmişdir. Adı çəkilən Qanun və Əsasnamənin tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbayca n Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh iddiaçıya məxsus istixanaya verilən qazın sərfiyyatını hesablayan sayğaca baxış keçirərkən qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədiyindən də tərtib edilmiş aktın hüquqi nəticəsi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-377/2019 saylı, 8 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-490/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-490/2019
26.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver