Məhkəmə qərarları › İş №2-2(102)-492/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-492/2019

29.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-492/2019 29.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X1 Cavabdehnəqarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-492/2019) Bakı şəhəri xxx 2019-cu il (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Kazımov Kamran Əjdər oğlunun, cavabdehin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, iddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)396/2019 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X4 Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxx 2018-ci il tarixli, 142748 saylı aktın ləğv edilməsi, həmin akta əsasən hesablanmış 769.569 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Xəzər rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. Cavabdeh nümayəndələri tərəfindən 2018-ci ilin xxx istixanada quraşdırılmış sayğac çıxardılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac çıxarılarkən akt tərtib edilmiş sayğacda hər hansı bir nöqsan aşkar edilməmişdir. Sayğac onun iştirakı və məlumatı olmadan yoxlamadan keçirilmiş, guya sayğacda nöqsan aşkar edilmişdir. Rəydə göstərilmişdir ki, guya sayğacın pərlərində zədələr var. Həmin rəyə əsasən Cavabdeh İB tərəfindən xxx 2018-ci il tarixli, ***** nömrəli akt tərtib olunaraq 769.569,60 manat cərimə hesablanmışdır. İddiaçı qeyd olunan aktı və cəriməni qanunsuz hesab edir. Belə ki, qaz sayğacı götürülərkən xüsusi qutulara qoyulub ağzı plomblanmamış, laboratoriyada sayğac plomb qutudan qırılaraq onun iştirakı olmadan götürülmüşdür. Sayğac laboratoriyad a yoxlamadan keçirilərkən onun iştirakı təmin edilməmiş, qaz sayğacı onun iştirakı ilə açılmamışdır. Odur ki, həqiqətən də sayğacda aktda göstərildiyi kimi hər hansı qüsurun olması və yaxud da həmin qüsurlarım Cavabdeh İB-nin öz işçiləri tərəfindən törədildiyinə ciddi əsaslar var. Eyni zamanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Qazdan istifadə Qaydaları”nın tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıc ısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Cavabdeh İB tərəfindən sayğacın növbədənkənar dövlət yoxlanılmasına göndərilməsinin hüquqi əsası iddiaçıya bildirilməmiş, qaydaların tələbləri kobud şəkildə pozulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli, 2-2(82)-113/2 019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehin xxx 2018-ci il tarixli, 142748 saylı aktına əsasən X2 hesablanmış 769.569 manat borcun silinməsi qət edilmişdir (hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-396/2019 saylı qətnaməsi ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, X1 (istehlakçı) işlətdiyi istixanada quraşdırılmış **** markalı, ***** nömrəli qaz sayğacına xxx 2018-ci il tarixində Cavabdehn əməkdaşları tərəfindən istehlakçının (Əliyev Əsədullah) iştirakı ilə çıxarılmış, baxış keçirilərkən sayğacın 1 ədəd pərinin zədəli olması, ötürücü mexanizminin ağır fırlanması müəyyən olunmuş, bu barədə xxx 2018-ci il tarixdə qüsur akt tərtib edilmiş, bu səbəbdən də sayğac dövlət yoxlanılmasına göndərilmiş, laboratoriyada sayğac yoxlanılan zaman pərlərin bilərəkdən zədələnməsi nəticə sində sayğacın normal və maksimal sərfiyyatda xətaların normaya uyğun olmadığı müəyyən edilmiş, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq, qaz sayğacına müdaxilə olunması nəticəsində sayğacın hesablama mexanizimi xəta ilə işləməsinə səbəb olmuş, sahə üzrə münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xxx 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində talan olunmuş qazın dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit olunmamış, vaxtı ilə Azərbaycan Respubl ikası Sənaye və Energetika Nazirliyinin xxx 2006-cı il tarixli, 55 nömrəliəmri ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” qeyd olunan münasibətləri tənzimləyirdi, lakin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin xxx 2011-ci il tarixli, 8 nömrəli əmri ilə xxx 2006-cı il tarixli, 55 nömrəli əmr qüvvədən düşmüş, nəticədə faktiki münasibətlər hüquqi nizamlanmadan kənarda qalmışdır. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin ye nidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının n əzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Kazımov Kamran Əjdər oğlunun, cavabdehin vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-396/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədə” xxx 2018 -ci il tarixli, ***** saylı müqaviləyə əsasən Cavabdeh İB iddiaçı X3 təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini paylayıcıya (cavabdehə) ödəməyi öz öhdəsinə götürmüş, həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur, müqavilənin 4-cü bəndinə əsasən istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir, qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir, müqavilənin 4.3-cü bəndinə əsasən X2 məxsus obyektə 4 ədəd su qızdırıcı qazan, 2 ədəd kombi, 2 ədəd PQ-4 quraşdırılmış, Cavabdeh İB-nin ******* saylı, 04 iyun 2018-ci il tar ixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktına əsasən iddiaçıya məxsus istixanada quraşdırılan **** markalı ****** zavod saylı sayğac çıxarılmış və həmin sayğacın yoxlanılmasına dair akt tərtib edilmiş, cavabdehin əməkdaşları tərəfindən fərdi sahibkar X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən istixanada təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, xxx 2018-ci il tarixli, ******* saylı tərtib edilmiş aktda göstərilmişdir ki, istixanada quraşdırılan ***** markalı ***** zavod saylı sayğacın elektron arxiv məlumatlarına və dövlət yoxlamasının nəticələrinə əsasən xxx 2018-ci il tarixli ****** nömrəli qüsur aktına əsasən sayğacın pərlərində zədələr olması və ötürücü mexanizmin ağır fırlanması aşkar edilmiş, Cavabdeh itirilm iş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən imzalanmış xxx 2018-ci il tarixli hesabata görə müəssisənin sayğacının arxiv məlumatlarına və laborator yoxlamasının nəticələrinə dair akta əsasən 2017-ci il xxx–2018-ci il xxx tarixləri ərzində (137 gün) sayğaca müdaxilə edərək təbii qazdan istifadə edilmiş, müəssisədə istifadə olunan qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 2.125 kub.metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 137 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan 1.392.402 kub.m müəyyən edilmiş, abonent haqqında saldoya görə həmin akta əsasən 2017-ci il xxx -2018-ci il xxx tarixləri üçün iddiaçıya 769.569,60 manat məbləğində borc hesablanmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən borcun hesablanmasına əsas olmuş, təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılmasına dair xxx 2018-ci il tarixli ******* saylı aktla müəyyən olunmuş halları təsdiq edən hər hansı sübut işin materiallarına əlavə edilməmiş, həmin hesabat hər hansı normativ hüquqi akta əsasən aparılmamış, belə ki, cavabdeh tərəfindən itirilmiş qazın bərpası kimi hesablanmış müəssisədə istifadə olunan qaz işlədicisinin hesabat müddətinin məhz 137 gün qəbul edilməsi, itirilmiş qazın miqdarının müəyyən edilməsi üçün 2125 və 18 rəqəminə vurulması (hasili) hər hansı normativ akta əsaslanmır, abonent saldosuna görə iddiaçı 2017-ci ilin xxx 2018-ci ilin xxx (beş ay) 334 958,40 manat məbləğində ödəniş etmiş, buna baxmayaraq, ona əlavə olaraq m übahisələndirilən borc hesablanmışdır ki, beş aylıq dövr ərzində istixana fəaliyyəti ilə məşğul olan iddiaçının (769.569,60+334 958,40=1.104.528) cəmi 1.104.528 (bir milyon yüz dörd min beş yüz iyirmi səkkiz) manat dəyərindən qazdan istifadə etməsi ağlabatan deyildir, bundan əlavə cavabdeh tərəfindən “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədə” 09 fevral 2018-ci il tarixli, ***** saylı müqaviləyə əsasən X2 məxsus obyektə quraşdırılmış qaz işlədicilərinin (4 ədəd su qızdırıcı qazan, 2 ədəd kombi, 2 ədəd PQ-4) beş ay ərzində cəmi 1.104.528 manat dəyərindən qazdan istifadə edə bilmək gücünün olmasına dair hər hansı sübut təqdim olunmamış, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə qaz təchizat ını və qaz sayğacının vəziyyətini yoxlamaq məqsədilə keçirdiyi baxışı - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirə bilər, lakin Cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, iddiaçıya məxsus obyektdə yoxlamanı (baxışı) əvvəlcədən Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə aldırmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibka rların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 13.1-13.4 maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti or qanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin xxx 2011-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə «Sahibkarlı q sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il xxx tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonrayoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subye ktlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbi təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegi yası təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılmasına dair xxx 2018-ci il tarixli ******* saylı aktla müəyyən olunmuş halları təsdiq edən hər hansı sübutun işin materiallarına əlavə edilmədiyini, həmin hesabatın hər hansı normativ hüquqi akta əsasən aparılmadığını, cavabdeh tərəfindən itirilmiş qazın bərpası kimi hesablanmış müəssisədə istifadə olunan qaz işlədicisinin hesabat müddətinin məhz 137 gün qəbul edilməsi, itirilmiş qazın miqdarının müəyyən edilməsi üzrə hesablamaların hər hansı normativ akta əsaslanmadığını, Cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə riayət etmədiyini, iddiaçıya məxsus obyektdə yoxlamanı (baxışı) əvvəlcədən Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə aldırmadığına görə həmin yoxlama tədbirlərinin hüquqi nəticəsini n olmadığını, həmçinin iddiaçı tərəfindən 2017-ci ilin xxx 2018-ci ilin xxx 5 ay ərzində təbii qazdan istifadəyə görə 334.958,40 manat məbləğində ödəniş edildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-396/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-396/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar