Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-492/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli, 2-2(103)-1347/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. **********603 nömrəli 2017-ci il 19 may tarixli könüllü sığorta şəhadətnaməsinin sürətindən görünür ki, “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 2017-ci il 20 may tarixində könüllü qaydada Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış, faydalanan şəxs kimi "xxxx" MMC qeyd edilmiş, 2017-ci il 20 may tarixdən 2018-ci il 19 may tarixədək sığorta məbləği 21.500 manat, azadolma məbləği 100 manat məbləğində müəyyən edilmişdir.
2. Cavabdeh sığorta şirkəti ASC-nin 2021-ci il 11 mart tarixli arayışında qeyd edilir ki, “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsi baş verdiyi andan əvvəlki bazar qiyməti 17.000 manat, qalıqları isə 3.000 manat təşkil etdiyi üçün sığortaçının məsuliyyət həddi 14.000 manatdan artıq ola bilməz.
3. Sumqayıt şəhər Polis İdarəsinin 2019-cu il 23 may tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının sürətindən görünür ki, 2019-cu il 14 may tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən rədd edilmişdir. 4. “Turbo.az” internet saytından əldən olunmuş məlumata əsasən 2016-cı buraxılış ili olan “Lada Vesta” markalı avtomobillərin 2021-ci il üçün qiymətləri 16.000-17.500 manat civarındadır. 5. "xxxx" MMC tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə pretenziya məktubu göndərilərək, 21.500 manat məbləğində maddi zərərin ödənilməsi xahiş e dilmiş, əks halda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh Sığorta Şirkəti ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən **-PX-*** dövlət qeydiyyat nişanlı, “Lada Vesta GFL-11-04P-52 minik” markalı avtomaşına dəymiş 21.500 manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 14 may tarixində, saat 11:30 radələrində, Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsu s **-PX-*** dövlət qeydiyyat nişanlı, “Lada-Vesta GFL-11-04P-52 minik” markalı avtomaşın zədələnmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2019-cu il 23 may tarixli qərardan da göründüyü kimi yol-nəqliyyat hadisəsi həqiqətən baş vermişdir. Cavabdeh tərəfindən iddiaçıya 2017-ci il 19 may tarixində **********603 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Odur ki, iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 21.500 manat məbləğində real zərər və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 386.1, 1096.1, 1097.1, 1099.1, 1115-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2022-ci il 31 may tarixli Qərarına istinad etmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, 2019-cu il 14 may tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda, eləcə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sürücüsü lizinq alan X6 olduğu qeyd edilsə də, şahidlərin izahatına əsasən, əslində avtomobili avtoyuma məntəqəsinin işçisi olan X7 idarə etmişdir. Hadisənin araşdırılması məqsədilə cavabdeh tərəfindən Sumqayıt şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına sorğu verilmişdir. 2019-cu il 23 may tarixində Sumqayıt şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən bildirilmişdir ki, “X2 deməsinə görə hadisə yolu keçən zaman “Lada Vesta” markalı avtomobilin onu vurması nəticəsində baş vermiş və TYX-nın zədə məntəqəsinə yerləşdirilmişdir”. 2019-cu il 24 may tarixində cavabdeh tərəfindən hansı xəsarətlərin alınması, hadisənin təfərrüatlarının öyrənilməsi məqsədilə Sumqayıt şəhər TYX-nin zədə məntəqəsinə sorğu ünvanlanmışdır. Sumqayıt şəhər X13 Xəstəxanası həmin sorğuya cavab olaraq bildirmişdir ki, “xəstə zədəni harada, necə alması bərədə məlumat vermir.” Baxılan halda sənədlər arasında ziddiyyətli məqamlar aşkar olunduğu üçün 2019-cu il 25 iyun tarixində cavahdeh tərəfindən Baş prokurorluğa məktub ünvanlanmış, həmin məktubda “Lada Vesta” markalı avtomobilin əslində X8 tərəfidən idarə olunduğu və onun sürücülük vəsiqəsi, eləcə də etibarnaməsinin mövcud olmaması bildirilərək, təhqiqat sənədlərinə müvafiq düzəlişlərin edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Bununla bağlı, Zaur Cahangirovun nümayəndəsi olan X3 məlumat verilmişdir. Hazırkı halda, X7 etibarnamə və sürücülük vəsiqəsi olmadan sığorta müqaviləsində göstərilən avtomobili idarə etmiş və yanlış izahatlar verərək sığorta hadisəsinin səbəblərini öyrənmək imkanlarından məhrum etmişdir.
10. Bundan başqa, iddiaçı iddia ərizəsində cavabdehdən avtomobilə dəyən zərərin ödənilməsi üçün 21.500 manatın tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Lakin sığorta şəhadətnaməsinə əsasən hadisə baş verən anda, yəni 2019-cu il 14 may tarixind ə sığorta məbləği 17.845 manat təşkil edir. Həmçinin işin materiallarında olan qüsur aktından görünür ki, avtomobilə dəymiş zərərin məbləği 16.211,26 manat təşkil edir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının anlayışlar bölməsinə əsasən, avtonəqliyyat vasitəsinin tam məhv olması – sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır. Belə olan halda, avtomobilə dəymiş zərər məbləği sığorta məbləğinin 75%-ni aşır. Tam məhv olma halında sığorta ödənişi sığorta qaydalarının 4.1.2-ci bəndinə uyğun olaraq hesablanmalı və avtomobilin qalıqlarının dəyəri və ha disədən əvvəlki bazar dəyəri müəyyən edilməlidir. Cavabdeh tərəfindən tərtib edilən 2021-ci il 11 mart tarixli arayışa əsasən “Lada Vesta” markalı avtomobilin qalıqlarının dəyəri 3.000 manat, hadisədən əvvəlki dəyəri isə 17.000 manat təşkil edir. Sığorta müqaviləsi şərtləri nəzərə alınaraq azadolma məbləği və qalıqların dəyəri çıxılmaqla sığortaçının öhdəliyinin həddi 13.900 manatdan artıq ola bilməz.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli e-2-2(113)-588/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2021-ci il 29 iyun tarixli 9/3047 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə satış qiyməti təxminən 16.000 manat, hadisədən sonrakı qalıq dəyəri təxminən 4.000 manat müəyyən edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 avqust tarixli, e-2-2(113)-588/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 13.900 manat və dövlət rüsumu kimi ödənilmiş 19,39 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat məbləğində pulun 65,64 manatının cavabdehdən, 34,36 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim E.Əliyev).
14. Birinci instansiya məhkəməsi işin yuxarıd a göstərilən (bax § 1-4) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə ekspertin istinad etdiyi və məlumatları əldə etdiyi “turbo.az” internet saytında 2016-cı buraxılış ili olan “Lada Vesta” markalı avtomobillərin 2021-ci il üçün qiymətləri 16.00017.500 manat civarında olduğu təqdirdə, iki il öncə (2019-cu il) yürüşü aşağı və daha az istismar olunan eyni buraxılış ili olan avtomobilin eyni və bəzi hallarda aşağı qiymətə olması inandırıcı deyil, belə ki, hamıya bəllidir ki, avtomobillər ildən-ilə ucuzlaşmaqla yanaşı (istismar, köynəlmə, amortizasiya və sair), hətta sığorta şirkəti özü avtomobilin qalıqlarını 3.000 manat məbləğində, hadisədən əvvəlki qiymətini isə 17.000 manat məbləğində müəyyən etmişdir.
15. Bununla yanaşı məhkəmə qey d etmişdir ki, iddiaçı könüllü icbari şəhadətnaməni imzalayan zaman müvafiq sığorta qaydaları ilə tanış olduğunu və razılaşdığını təsdiq etdiyindən, cavabdeh isə etirazında və 2021-ci il 11 mart tarixli müraciətində avtomobilin qalıqlarının 3.000 manat məbləğində, avtomobilin hadisədən əvvəlki qiymətinin 17.000 manat məbləğində olduğunu etiraf etdiyinə görə ödəniləcək məbləğ aşağıdakı qaydada hesablanmalıdır: “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 4.1, 4.1.2 və 4.1.2.1-ci maddələrinə əsasən cavabdeh avtomobilin qalıqlarından (3.000 manat) imtina etdiyindən, həmin vəsait avtomobilin hadisədən əvvəlki qiymətindən (17.000 manat) çıxılmalı, daha sonra həmin məbləğdən 100 manat (franşiza) çıxılmalı (17.000-3.000100=13.900), cavabdehdən 13.900 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 898.2, 903.2, 904.2, 915, 926.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1, 103.2-ci maddələrinə, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 4.1, 4.1.2, 4.1.2.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli, 2-2(103)-1347/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmə dən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMCyə məxsus “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 2017-ci il 20 may tarixdən 2018-ci il 19 may tarixədək Cavabdeh sığorta şirkəti ASC-də 2017-ci il 19 may tarixli **********603 nömrəli “Könüllü sığorta şəhadətnaməsi” üzrə sığortalanmış, sığorta məbləği 21500 manat, azadolma məbləği 100 manat miqdarında müəyyən edilmişdir. Həmin avtonəqliyyat vasitəsi 01 may 2019-cu il tarixindən 30 may 2019-cu il tarixinədək etibarnamə əsasında X1 istifadəsində olmuşdur. Həmin avtonəqliyyat vasitəsinin idarəetməni itirməsi nəticəsində 2019-cu il 14 may tarixdə, saat 11:30 radələrində, Sumqayıt şəhəri, S ahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə həmin avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Sumqayıt şəhər polis idarəsinin 23 may 2019-cu il tarixli “cinayət işinin başlanılmasınını rədd edilməsi haqqında” qərarına əsasən 14 may 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanılmasınını rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının cavabdehdən 21.500 manat sığorta ödənişinin tutulması tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Be lə ki, MM-in 933.1 və 934.1-ci maddələrinə əsasən iddiaçı sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Çünki tərəflər arasında sığorta müqaviləsinin bağlanmasını təsdiq edən 2017-ci il 19 may tarixli **********603 nömrəli “Könüllü sığorta” şəhadətnaməsinə görə avtonəqliyyat hadisəsi sığorta risklərindən biridir. Eyni zamanda, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə ilə müəyyən edilən sığorta hadisəsi baş vermiş və sığortalanmış əmlaka maddi zərər dəymişdir.
21. MM-in 904.1-ci maddəsi və “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 5.1-ci maddəsinə əsasən sığorta məbləği sığorta müqaviləsində təsbit edilmiş və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmin Qayd aların anlayışlar bölməsinə əsasən avtonəqliyyat vasitəsinin tam məhv olması-sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır.
22. Hazırkı işin halları da ondan ibarətdir ki, sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləği sığorta məbləğinin 75%-dən daha artıq məbləğ təşkil edir. Belə ki, 2017-ci il 19 may tarixli **********603 nömrəli könüllü sığorta şəhadətnaməsinə əsasən hadisə baş verən anda, yəni 2019-cu il 14 may tarixdə sığorta məbləği 17.845 manat təşkil edir. Eyni zamanda, cavabd eh etiraf edir ki, avtomobilə dəymiş zərər məbləği 16.211,26 manat təşkil edir. Belə olan halda isə avtomobilə dəymiş zərər məbləği sığorta məbləğinin 90,8 % təşkil edir (16.211,26 x 100 / 17845 = 90,8). Ona görə də, sığorta ödənişinin məbləği “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 4.1.2.1-ci bəndinə uyğun, yəni sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiymətinə uyğun hesablanmalıdır. Həmin məbləğ isə 13.900 manat təşkil edir. Belə ki, cavabdeh etiraf edir ki, avtomobilin qalıqlarının dəyəri 3.000 manat və hadisədən əvvəlki dəyəri 17.000 ma nat təşkil edir.
23. Belə olan halda isə iddiaçı avtomobilin qalıqlarının dəyərinin 3.000 manat və hadisədən əvvəlki dəyərinin 17.000 manat təşkil etməsi hallarının sübut etmə vəzifəsindən azaddır. Çünki MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda, iddiaçı tərəfindən sığorta məbləğinin artmasına səbəb ola biləcək hallarla, yəni avtomobilin qalıqlarının dəyərinin 3.000 manatdan az və hadisədən əvvəlki dəyərinin 17.000 manatdan çox olması ilə bağlı sübutlar təqdim edilməmişdir.
24. İş üzrə təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2021-ci il 29 iyun tarixli 9/3047 nömrəli rəyində də bu hallar müəyyən edilməmişdir. Belə ki, həmin rəyə əsasən “Lada Vesta” markalı, **PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə satış qiyməti təxminən 16.000 manat, hadisədən sonrakı qalıq dəyəri təxminən 4.000 manat müəyyən edilir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, həmin ekspert rəyi sübut əhəmiyyətinə malik deyil və qeyd olunan hallar cavabdehin etiraf etdiyi şəkildə, yəni avtomobilin qalıqlarının dəyərinin 3.000 manat və hadisədən əvvəlki dəyərinin 17.000 manat təşkil etməsi kimi müəyyən edilməlidir.
25. Məhkəmənin cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, sığorta hadisəsi baş verən vaxt “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq alan X6 tərəfindən deyil, X7 tərəfindən idarə etməsini təsdiq edən heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Eyni zamanda, Sumqayıt şəhər Polis İdarəsinin 2019-cu il 23 may tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına, yəni səlahiyyətli dövlət orqanının qərarına əsasən 2019-cu il 14 may tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobilin sürücüsü X6 olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 904.1, 933.1, 934.1-ci maddələrinə, MPM-in 106.3-cü maddəsinə, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 4.1, 4.1.2, 4.1.2.1, 5.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
27. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qəra r qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 28.MM-in 922.1, 922.2, 935.1.6, 935.2-ci maddələrinin tələbləri pozulmuşdur“Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 21.6-cı maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin bu Qaydalara əsasən səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. Həmin Qaydaların anlayışlar bölməsinə əsasən, səlahiyyətləndirilmiş sürücü dedikdə, sığorta müqaviləsində göstərilmiş və ya sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik şəxs nəzərdə tutulur. Lakin yol-nəqliyyat hadisəsi baş verən zaman s ığortalanan avtomobil səlahiyyəti olan şəxs tərəfindən deyil, avtoyuma məntəqəsinin işçisi tərəfindən idarə olunmuşdur. 29.Cavabdehin iddiaya etirazının dəlillərindən biri avtomobilin səlahiyyətli şəxs tərəfindən idarə edilməməsi idi. Belə ki, “Lada-Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı yol vərəqəsi əsasında X4 idarə etməsi üçün vermişdir. Z.V.Cahangirov isə sığorta Qaydalarına zidd olaraq, idarəetmə əsası olmadan həmin avtomobili avtoyuma məntəqəsinin işçisi X5 vermişdir. Hadisə vaxtı avtomobilin sürücüsü sənədlərdə Z.V.Cahangirov göstərilsə də, əslində C.Y.Mikayılov olmuşdur. Bununla bağlı cavabdeh 2019-cu il 25 iyun və 2020-ci il 23 noyabr tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlamış, həmin məktubda “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili yol-nəqliyyat hadisəsi zamanı əslində X2 idarə etdiyini və təhqiqat sənədlərinə sürücü qismində onun qeyd edilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Qeyd edilən müraciət əsasında iş üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar ləğv edilmiş və iş təkrar araşdırmaya qaytarılmışdır. Lakin məhkəmələr cavabdehin bu faktın araşdırılması üçün vəsatətlərinə baxmamışdır. Halbuki, avtomobilin kimin tərəfindən idarə edilməsi, onun səlahiyyətinin olub-olmaması müqavilə şərtidir.
30. MPM-in 74.2, 106.1, 167.1.2, 167.1.3-cü maddələrinin tələbləri pozulmuşdur-işin materiallarından görünür ki, cavabdeh “Lada-Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəlki bazar qiymətini 17.000 manat, qalı qlarını isə 3.000 manat məbləğində qiymətləndirmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspert rəyinə əsasən avtomobilin hadisədən əvvəlki bazar qiyməti 16.000 manat, qalıqlarının dəyəri isə 3.000 manat təşkil edir. Məhkəmə qətnaməsində bu hala ziddiyətli mövqe və texniki məsələlərə münasibət bildirərək, 2021-ci il buraxılışlı eyni markalı avtomobilin dəyərinin 16.000-17.500 manat olduğu təqdirdə, 2 il öncəki istismar olunmuş avtomobilin həmin məbləğdə olmasını inandırıcı qəbul etməmişdir. Hazırkı halda isə avtomobilin hadisədən əvvəlki dəyərinin yüksək məbləğdə olması əslində iddiaçının vəziyyətini yaxşılaşdıran hal kimi qəbul edilməlidir. Lakin bu zaman qeyd edilən halın prosesin digər iştirakçısının mənafeyini pozması nəzərə alınmamışdır. 31.Bundan başqa, məhkə mə cavabdeh tərəfindən təqdim edilən arayışdakı “İş üzrə “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti 17.000 manat, qalıqları isə 3.000 manat təşkil etdiyi üçün sığortaçının məsuliyyət həddi 14.000 manatdan artıq ola bilməz.” ifadəsini cavabdehin etirafı kimi qiymətləndirmişdir. Halbuki, sığortaçı həmin arayışda məbləğin 14.000 manatdan aşağı ola bilməsini istisna etməmiş, əksinə həmin məbləğdən yüksək ola bilməyəcəyini qeyd etmişdir. 32.Eyni zamanda, məhkəmə qətnaməsində bir tərəfdən cavabdehin nümayəndələrinin iddianı qəbul etməməsini və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmələrini qeyd etmiş, digər tərəfdən isə iddianı etiraf etmələrini bildirdikləri üçün məhkəməəmtəəşünaslıq ekspertizas ının rəyini qəbul etmədiyini göstərmişdir. Məhkəmə qətnaməsi ziddiyətli, qeyri-dəqiq tərtib olunmaqla ziddiyyətlər yaratmışdır. Ali Məhkəmənin Plenumunun 2005-ci il 24 noyabr tarixli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 5-ci bəndinə əsasən məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə nəzərə almamışdır ki, məhkəmə iclaslarında iştirak edən şirkət nümayəndələrinin məhkəməyə təqdim etdikləri etibarnamələrdə, nümayəndələrin iddianı etiraf etmək səlahiyyəti olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmə iş materiallarında olan sübutları düzgün qiymətləndirilməməsilə iş üzrə yanlış nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 33.K assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
34. Kassasiya şikayəti MPM-lə müəyyən edilmiş tələblərə uyğun verildiyindən mümkün hesab edilmişdir.
35. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). 36.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına isti nad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 37.Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
904. Sığorta məbləği 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.” “Maddə
933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir. 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi;...” “Maddə
934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir....” 38.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa h alların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları...... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir....Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.” “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi....... 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 40.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış v ə qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı). 41.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin § 28-29-da göstərilən dəlillərini əsassız hesab edərək qeyd edir ki, sığorta hadisəsi baş verən zaman avtomobilin səlahiyyətli şəxs tərəfindən idarə edilməməsi ilə bağlı cavabdehin həm etirazının, həm də apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14.2 və 77.1-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh sığorta hadisəsi baş verən vaxt “Lada Vest a” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq alan X6 tərəfindən deyil, X7 tərəfindən idarə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, Sumqayıt şəhər Polis İdarəsinin 2019-cu il 23 may tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına əsasən 2019-cu il 14 may tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobilin sürücüsü X6 olmuşdur.
42. Cavabdehin kassasiya şikayətində Sumqayıt şəhər Polis İdarəsinin 2019-cu il 23 may tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsi və işin təkrar araşdırılmaya qaytarılması, məhkəmələrin cavabdehin bu faktın araşdırılması üçün vəsatətlərinə qiymət verməməsi qeyd edilsə də, işə mahiyyəti üzrə baxan məhkəmələrə belə sübutların və vəsatət in verilməsi işin materiallarından müəyyən edilmir. Nəzərə alınmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (MPM-nin 407.2-ci maddəsi).
43. Cavabdehin kassasiya şikayətinin § 30-32-də göstərilən, prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxı lan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır
44. Qeyd edilməlidir ki, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsinin və iddianın etiraf edilməsinin prosessual hüquqi nəticələri fərqli olmaqla MPM-nin 106.3 və 191-ci maddələri ilə tənzimlənir (bax yuxarıda § 38). Hazırki işdə məhkəmə tərəfindən iddiaçıya ödəniləcək sığorta məbləği müəyyən edilərkən cavabdehin 2021-ci il 11 mart tarixli arayışındə qeyd olunan təsdiqedici məlumatlar iddianın etirafı kimi deyil, faktın etirafı kimi qiymətləndirilmişdir ki, bu da MPM-nin 106.3-cü maddəsinin tələblərinə uyğun olmuşdur. 45.Göstərilənlə rə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 46.MPM-in 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli 2-2(103)-1347/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli V.T.Həsənov