Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-493/2022 24.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı XXX Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli 2-2(103)-1096/2021 saylı qətnaməsindən iddiaçı Soytop Adem tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ
1. İddiaçı XXX (bundan sonra – “iddiaçı”) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 aprel tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə Cavabdeh2 əsl Cavabdeh1 MMC (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 3 may tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulu n, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat tələbinə dair iş üzrə iddiaçının cavabdehə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun tutulmasına dair tələbi ayrıca icraata ayrılmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 may tarixli e-2-2(113)-1428/2021 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur.
5. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-1096/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. İdd iaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
8. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.1.4-cü maddəsinə əsasən, şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir.
10. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
11. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
12. MPM-in istinad olunan müddəalarından göründüyü kimi, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir, həmçinin, şikayətdə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi isə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
13. Hazırki halda, iddiaçı cədvəl formasında verilmiş kassasiya şikayətinin bir hissəsində ümumiyyətlə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş və ya tətbiq edilməli olduğu halda tətbiq edilməmiş maddi hüquq normalarını yazmadan cədvəlin sağ tərəfində işin faktiki hallarını sadalamış, digər hissədə isə cədvəlin sol hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra normalarını qeyd edərək qarşısında həmin normaları köçürməklə kifayətlənmişdir. Beləliklə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq olunmamasının nədən ibarət olduğu göstərilməmişdir.
14. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Sadalanmış qanunvericiliyin mənasına görə, kassasiya şikayəti prosessual müddəalarda nəzərdə tutulmuş qaydada tərtib edilib verilməmişsə, şikayət geri qaytarılmalıdır.
16. Həmçinin, MPM-in 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
17. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin tərəfə qaytarılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
18. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.1, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-1096/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ona qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin.