Məhkəmə qərarları › İş №2-2(102)-495/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-495/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-495/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı Nümayəndə1 (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-277/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında 2019-cu il 27 mart tarixində bağlanmış və müddəti 2020-ci il 31 dekabr tarixinədək olan KTTX/0419 nömrəli Xidmət müqaviləsinə (bundan sonra – “müqavilə”) əsasən, icraçı (iddiaçı) özünə məxsus “Howo” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran texnika ilə sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, hər bir texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 manat təşkil edir. Xidmətlərin təhvil-təslim aktı imzalanıb möhürləndikdən sonra 7 iş günü ərzində icraçı sifarişçiyə əvvəlki ay üçün hesab-faktura tərtib edir, sifarişçi həmin sənədi qəbul etdikdən sonra icraçıya ödəni ş edir (müqavilənin 2.4-cü bəndi).

2. İddiaçının cavabdehə təqdim etdiyi 21 ədəd elektron qaiməyə əsasən, 2019-cu il 16 may – 2020-ci il 21 dekabr tarixləri arasında iddiaçı tərəfindən müqavilə üzrə cavabdehə cəmi 119.550 manat dəyərində xidmətlər göstərilmişdir.

3. İşdə olan 12 ədəd mədaxil orderləri və ödəniş tapşırıqlarına əsasən, cavabdeh tərəfindən iddiaçıya cəmi 103.750 manat məbləğdə pul ödənilmişdir. 4. 2020-ci il 31 avqust tarixli 17 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə həmin ilin avqust ayı ərzində, 2020-ci il 30 sentyabr tarixli 18 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə həmin ilin sentyabr ayı ərzində, 2020-ci il 31 oktyabr tarixli 19 nömrəli Xidmətlərin təhviltəslimi aktı ilə həmin ilin oktyabr ayı ərzində, 2020-ci il 30 noyabr tarixli 20 nömrəli Xidmətlərin təhvil- təslimi aktı ilə həmin ilin noyabr ayı ərzində müqaviləyə əsasən, hər ay üzrə 4.500 manat məbləğdə işlərin tam təmin edildiyi cavabdehin direktoru M.İsgəndərovun imzası və möhürü, habelə iddiaçının imzası ilə təsdiq edilmiş, həmin aktlara əsasən, onun tərəfindən cavabdehə ödənilməsi üçün müvafiq olaraq 2020-ci il 10 sentyabr tarixli, EBAP 829074 nömrəli; 2020-ci il 16 oktyabr tarixli, EBAR 378753 nömrəli; 2020-ci il 11 noyabr tarixli, EBAS 409975 nömrəli və 2020-ci il 21 dekabr tarixli, EBAV 184361 nömrəli elektron qaimələr təqdim edilmişdir.

5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 6 iyul tarixli pretenziya məktubunda cavabdehə hesablanmış 15.800 manat xidmət haqqının bu məktubu aldığı vaxtdan 3 gün müddətinə ödəmək təklif olunmuş, əks təqdirdə tam həcmdə ödənişin, cərimənin, həmçinin nümayəndəyə çəkilən və məhkəmə xərclərinin ondan tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 2021-ci il 6 sentyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 15.800 manat məbləğində borcun (xidmət haqqı) və 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 31 avqust, 30 sentyabr, 31 oktyabr, 30 noyabr və 10 dekabr tarixli aktlara əsasən, Müqavilə (bax yuxarıda §§ 1-3) əsasında icraçı tərəfindən Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində hər ay işlər tam təmin edilmiş və müqaviləyə əsasən, xidmət haqqı hesablanmış, hesablanmış xidmət haqqına uyğun olaraq elektron qaimə hər ay cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən işlərin və xidmətlərin göstərilməsi haqqında göndərilmiş elektron qaimə fakturalar qəbul edilmişdir. Müqavilə üzrə 15.800 manat xidmət haqqı hesablanmış, borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilməsinə baxmayaraq, bu günə kimi həmin borc cavabdeh tərəfindən ödənilməmişdir.

8. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.6, 21, 385.1, 430.1, 448.1, 449, 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 26-cı maddələrinə istinad olunmuşdur.

9. İddia ərizəsinə qarşı cavabdeh etiraz təqdim e tməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 noyabr tarixli e-2-2(113)4512/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 15.800 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – A.Əliyeva).

11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlmiş, cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və MM-in normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavab dehin iddiaçıya göstərilmiş xidmət üzrə 15.800 manat məbləğində ödənilməmiş borcu yaranmışdır.

12. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.2, 442-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən 2022-ci il 18 yanvar tarixində apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin isə təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-277/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

15. Apellyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi mahiyyətcə podrat müqaviləsi olmuş, həmin müqaviləyə əsasən, iddiaçının (podratçının) icra etdiyi işin əvəzi olaraq razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu ona ödəməlidir.

16. Apellyasiya şikayətinin məhkəmə iclasları barədə cavabdehin məlumatlandırılmaması barədə dəlili iş materialları ilə təkzib olunur. İşin 9, 13, 17 və 47-ci vərəqlərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən, məhkəmə iclaslarının vaxtı barədə bildirişlər cavabd ehin hüquqi ünvanı olan ünvan 1m olunmuşdur. Əgər cavabdehin faktiki fəaliyyət göstərdiyi ünvan ilə rəsmi qeydiyyata alındığı ünvan fərqlidirsə, bundan irəli gələn məsuliyyət də məhz ona aiddir.

17. Şikayətin işlərin görülməsini təsdiq edən yekun təhvil-təslim aktlarının təqdim edilməməsi barədə dəlili də əsassız olmuşdur. 2020-ci ilin avqust-noyabr aylarında görülmüş işlərin təhvil-təslim aktları mövcud olmuş, digər aylara dair təhvil-təslim aktlarının təqdim edilməməsi isə özlüyündə həmin aylarda işlərin görülməməsi demək deyil.

18. Bu mənada, məhkəmə kollegiyası dəlilləri formal olan şikayətlə bütövlükdə razılaşmamışdır. İddiaçı müqavilə üzrə cəmi 119.550 manat dəyərində xidmət göstərdiyini, bunun müqabilində cavabdehin cəmi 103.750 manat məbləğdə pul ödədiyini, 15.800 manat borcunun qa ldığını irəli sürmüş, cavabdeh tərəflər arasında xidmət müqaviləsinin bağlandığını, müqavilənin qanuniliyini, iddiaçı ilə aralarında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, iddiaçı tərəfindən işlərin görüldüyünü, özünün müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini, müqavilə üzrə iddiaçıya borcunun yarandığını və borcunun məbləğini mübahisə etməmişdir. Cavabdehin müqavilə üzrə iddiaçıya borcunun yaranması və həmin borcun məbləği tərəflər arasında müqavilənin bağlanması, iddiaçının ona təqdim etdiyi və 5 gün ərzində etiraz etmədiyi üçün qüvvəyə minən elektron qaimələr, müqavilə üzrə göstərilmiş cəmi 119.550 manat dəyərdə xidmətlərə görə iddiaçıya ödədiyi 103.750 manat məbləğdə pul və xidmətlərin təhvil-təslimi aktları ilə təsdiqini tapmışdır.

19. A pellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 448.1, 448.2, 752.1, 753.1-ci, MPM-in 14.2, 77.1, 217.1, 217.3, 384.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

20. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 13 aprel tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərində yerləşdirilmişdir.

21. Cavabdeh həmin qətnamədən 2022-ci il 2 iyun tarixində kassasiya şikayəti verərək, onun tamamilə ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. MPM-in 6.1.9, 88-ci maddələri üzrə - Cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, hər iki instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmaqla cavabdehin məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Cavabdehin faktiki ünvanı apellyasiya şikayətində qeyd olunmuş, lakin məhkəmə bildirişi cavabdehin ünvanına gəlməmişdir. Cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, sübutun birbaşa və əsas elementlərindən olan cavabdehin izahatları alınmamış, iddiaçı ilə çəkişmə zamanı üzə çıxarılmalı olan faktlar müəyyən edilməmişdir.

23. MPM-in 9.1-9.3, 217.1 və 217.3-cü maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Deleourt Belçikaya qarşı” iş üzrə 1970-ci il 17 yanvar tarixli və “X1rşı” iş üzrə 1984-cü il 26 oktyabr tarixli qə rarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 31 may tarixli qərarı üzrə - Məhkəmə cavabdehin iştirakı olmadan işə birtərəfli baxmış, işin bütün hallarını araşdırmamışdır. Məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin 2.2.5.1-ci bəndlərinin tələblərinə məhəl qoymamış, buna düzgün qiymət verməmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, tərəflər hər biri xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və di gər göstəriciləri təsdiq edən və İcraçı ilə Sifarişçi arasında bu Müqavilənin tələblərinə əsasən, hesablaşmaların aparılması üçün əsas sənəd hesab edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən, işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən yekun təhvil-təslim aktına əsasən həyata keçirilir. Apellyasiya məhkəməsi əsassız olaraq işdə olan 2020-ci ilin avqust-noyabr aylarında görülmüş işlərin təhvil-təslim aktlarının mövcudluğunu əsas götürərək, digər aylara dair təhvil-təslim aktlarının təqdim edilməməsini həmin aylarda işlərin görülməməsi demək olmadığı qənaətinə gəlmişdir. Məhkəmə təhvil-təslim aktları olmadığı halda elektron qaimənin olmasını əsas götürməklə işlərin görülməsi qənaətinə gəlməklə səhvə yol verir. Apellyasiya instansiyası elektron qaimələr üzrə 119.550 manat dəyərində xidmətlərin göstərildiyinə görə cavabdeh tərəfindən iddiaçıya 103.750 manat məbləğində pulun ödənildiyini əsas götürərək cavabdehin iddiaçıya 15.800 manat məbləğində borcunun qaldığı qənaətinə gəlmişdir. Halbuki iddiaçı 15.800 manat məbləğində işlərin görülməsinə dair əsas sübut olan təhviltəslim aktlarını məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİ LƏN HÜQUQ

28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyə nləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmiş dir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılma lıdır.”

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında müəyyən edilmişdir ki: “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin i crasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-277/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

33. Cavabdehin hər iki instansiya məhkəməsində iştirakının təmin edilməməsinə dair dəlilləri (bax yuxarıda § 22) məhkəmə kollegiyası aşağıdakı səbəblərdən əsassız hesab edir.

34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, işin 9, 13, 17 və 47-ci vərəq lərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən məhkəmə iclaslarının vaxtı barədə bildirişlər cavabdehin hüquqi ünvanı ünvan 2.

35. Buna müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, əgər cavabdehin faktiki fəaliyyət göstərdiyi ünvan ilə rəsmi qeydiyyata alındığı ünvan fərqlidirsə, bundan irəli gələn məsuliyyət də məhz ona aiddir.

36. Kassator apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində qeyd etdiyi həmin halları və bununla əlaqədar gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə bu hissədə razılaşaraq belə qənaətə gəlir ki, kassatorun dəlilləri birinci instansiya məhkəməsinə münasibətdə tamamilə əsassızdır.

38. Eyni zamanda, apellyasiya in stansiyasındakı icraata münasibətdə də kassasiya şikayəti ilə razılaşmaq mümkün deyildir.

39. Belə ki, AVİS üzərindən göndərilən məlumata dair Çıxarış sənədindən görünür ki, apellyasiya instansiyası məhkəməsinin iclası barədə ilk dəfə elektron qaydada imzalanmış bildiriş cavabdehə 2022-ci il 3 fevral tarixində göndərilmiş və 7 fevral tarixində oxunmuş, həmçinin cavabdehin işdə olan mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmişdir (i/v 115, 116, 123).

40. AVİS üzərindən göndərilən məlumata dair digər Çıxarış sənədindən görünür ki, apellyasiya instansiyası məhkəməsinin növbəti iclası barədə elektron qaydada imzalanmış bildiriş cavabdehə 2022-ci il 4 mart tarixində göndərilmiş və 5 mart tarixində oxunmuş, həmçinin cavabdehin işdə olan mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmişd ir (i/v 128, 130, 141).

41. Bundan başqa, iş materiallarında apellyasiya instansiyası məhkəməsinin son iclası barədə də elektron qaydada imzalanmış bildiriş mövcuddur və həmin iclas barədə də cavabdehin işdə olan mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmişdir (i/v 145, 149).

42. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iştirakının təmin edilməsi məqsədilə onu məhkəmə iclaslarının vaxtı və yeri barədə MPM-in 135.5 və 135.8-ci maddələri (bax yuxarıda § 30) ilə nəzərdə tutulmuş qaydada məlumatlandırmış, bununla bağlı hər hansı prosessual pozuntuya yol verməmişdir.

43. Bununla belə, məhkəmə kollegiyası iş üzrə nəticəyə gələrkən məhkəmənin müqavilə müddəalarını nəzərə almaması, 15.800 manat məbləğind ə işlərin görülməsinə dair əsas sübut olan xidmətlərin təhvil-təslim aktlarının məhkəməyə təqdim edilməməsinə düzgün qiymət verməməsinə dair kassatorun dəlilləri (bax yuxarıda § 23) ilə razılaşır.

44. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, işdə olan 2020-ci ilin avqust-noyabr aylarında görülmüş işlərin təhvil-təslim aktları mövcuddur, digər aylara dair təhvil-təslim aktlarının təqdim edilməməsi isə özlüyündə həmin aylarda işlərin görülməməsi demək deyil.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022ci il 20 aprel tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 31) görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

47. İş materiallarında olan ödəniş tapşırığı sənədlərindən ( i/v 30-33) görünür ki, cavabdeh iddiaçıya xidmətlərin təhvil-təslim aktlarının əhatə etdiyi 2020-ci ilin avqustoktyabr ayları ərzində ayrı-ayrılıqda müvafiq olaraq 20.000, 4.500, 10.000 manat, dekabr ayı ərzində isə 15.000 manat, beləliklə, həmin dövr ərzində ümumilikdə 49.500 manat vəsait ödəmişdir.

48. Belə olan halda iddia ərizəsində tələb edilən 15.800 manat məbləğdə borcun hansı dövr və hansı təhvil-təslim aktları üzrə yaranması aydın olmur.

49. Halbuki həmin xüsusat hazırkı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

50. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, işlərin təhvil verilməsi Yekun Təhvil-Təslim Aktına əsasən həyata keçirilir.

51. Göründüyü kimi, sözügedən aktların tərtib olunması müqavilənin imperativ xarakterli müddəasıdır və tərəflərarası işgüzar mün asibətlərdə, ən azından, 2020-ci ilin dörd ay üzrə belə aktların tərtib olunması təcrübəsi formalaşmışdır. Bu da hər iki tərəfin həmin müqavilə müddəasının formal olaraq kağız üzərində qalmamasına, reallaşmasına önəm verdiklərini göstərir.

52. Buna baxmayaraq 2020-ci ilin avqust-noyabr ayları istisna olmaqla, iddiaçının, tərəflərin əməkdaşlıq etdikləri digər dövrlər üzrə tərtib olunmuş belə təhvil-təslim aktlarını məhkəməyə təqdim etməsi iş materiallarından görünmür.

53. Eyni zamanda, tərəflər arasında işgüzar əməkdaşlığın mübahisəsiz dövrləri (mübahisəsiz ödənişlər) üzrə təhvil-təslim aktları tərtib olunmadan cavabdeh tərəfindən iddiaçıya pul vəsaitinin ödənilib-ödənilməməsinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir.

54. Halbuki sözügedən halın aydınlaşdırılm ası tərəflər arasındakı formalaşmış işgüzar təcrübənin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

55. Odur ki, hazırkı vəziyyətdə iddiaçının tələb etdiyi borcun həqiqətən də yaranıbyaranmaması, yaranmışdırsa, bunun hüquqi əsasları, o cümlədən məhz hansı xidmətlərin təhvil-təslim akt(lar)ı əsasında yaranması, ümumiyyətlə tərəflərin əməkdaşlıq etdikləri qalan dövrlər üzrə də belə aktların tərtib edilib-edilməməsi, eləcə də təhvil-təslim aktları tərtib edilmədən cavabdehin iddiaçıya pul vəsaiti ödəyib-ödəməməsi, bir sözlə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin xarakteri qətnamədən tam aydın olmur.

56. Bu da Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyi nəzərə alınmaqla, iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir.

57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 30) tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 30) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.

58. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyini nəzərə almaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kom mersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-277/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar