Məhkəmə qərarları › İş №2-2(102)-498/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-498/2019

18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-498/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X2 Cavabdehnəqarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-498/2019) Bakı şəhəri xxx 2019-cu il (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, iddiaçı X2 Cavabdehnə qarşı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iqtisadi iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-530/2019 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Behbudov İlkin Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xxx 2016-cı il və xxx 2018-ci il tarixlərdə qazın alqı-satqısına dair müqavilələr əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan şossesində yerləşən «Ev dad» kulinariya-şirniyyat sexində təbii qazdan istifadə etdiyini, xxx 2018-ci il tarixində cavabdehin işçilərinin həmin obyektə gələrək, ******* saylı və ***** saylı akt ları tərtib etdiyini, həmin aktlara görə sayğacın çıxış plastmas borusunda deşiyin aşkar edildiyini, cavabdehin hesablama komissiyası tərəfindən xxx 2018-ci il tarixdə ******* saylı ilkin akt əsasında ona 61056 kub metr əlavə qaz sərfiyyatının hesablandığını, sayğacın cavabdehin əməkdaşları tərəfindən iaşə obyektindən 150 metr aralıda qoyulduğunu, smart kart vasitəsi ilə yükləndiyini, aşkar edilmiş nöqsanın cavabdehin əməkdaşları tərəfindən düzgün qiymətləndirilmədiyini bildirərək, «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xxx 2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 61056 kub metr (12211,20 manat) əlavə sərfiyyatın silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli, 2-2(82)-110/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xxx 2018-ci il tarixli, ******* saylı akt ləğv edilmiş, həmin akta əsasən hesablanmış 61056 kub metr əlavə sərfiyyatın silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-530/2019 saylı qətnaməsi ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli qətnaməsi saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, xxx 2018-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsində quraşdırılan ***** markalı ******* saylı qaz sayğacına birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, sayğacın çıxış membranı müdaxilə nəticəsində deşilmiş, bu barədə həmin tarixdə ******* saylı akt tərtib olunmuş və istehlakçının nü mayəndəsi tərəfindən imzalanmış, bu səbəbdən sayğac çıxarılaraq laborator yoxlamaya göndərilmiş və bu zaman sayğacın çıxış plastmass borusunun deşildiyi, buna görə yararsız olduğu müəyyən edilmiş, iddiaçı sayğacın işlək vəziyyətdə qorunub saxlanmasına cavabdehlik daşıyır, qazdan istifadə qaydalarını pozduğuna görə qaz itkisi nəzərə alınmaqla, ona 61056 kub m həcmdə itirilmiş təbii qaz itkisinə görə 12.211,20 manat məbləğində əlavə sərfiyyat hesablanmış, «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndində də nəzərdə tutulur ki, istehlakçının təqsiri üzündən sayğac zədələndikdə onun hesabına sayğac təmir olunur və ya dəyişdirilir. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi mə sələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-530/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ******* saylı akta görə cavabdehin əməkdaşları tərəfindən xxx 2018-ci il tarixd ə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus iaşə obyektində qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılaraq həmin obyektdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, bu barədə aktlar tərtib olunmuş, həmin akta görə sayğacın plombunun tamlığının pozulduğu müəyyən edilməsə də, baxış zamanı sayğacın çıxış plastmas borusunda (membranında) deşik aşkar edildiyi qeyd olunmaqla, laborator yoxlamaya götürülmüş və laborator müəyinənin nətiəcələrinə görə tərtib olunmuş xxx 2018-ci ******* saylı digər aktda da eyni nöqsanın aşkar edildiyi təsbit olunmuş, daha sonra cavabdehin təşkil etdiyi itirilmiş qazın dəyirinin hesablanması komissiyasının qərarı ilə iddiaçıya ilkin akt əsasında 19500 kub.m əlavə sərfiyyat hesablanmışdır. Apellyasiya Məhkəməs i iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus iaşə obyektində cavabdeh tərəfindən aparılan yoxlama qanunvericiliyin müəyyən etdiyi prosedur qaydalara uyğun olmamış, qanunvericiliyin qeyd olunan tələblərindən qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus iaşə obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirə bilərdi, lakin onun tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, yoxlama (baxış) əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən, qanunvericiliyin qe yd olunan tələblərinə müvafiq olaraq bu cür yoxlamanın hüquqi nəticələri yoxdur, bundan əlavə mübahisələndirilən aktlarda yoxlama zamanı sayğacın plombunda nöqsan, yəni plomba müdaxilə aşkar olmamış, sayğacın çıxış plastmas borusunda (membranında) aşkar edilən deşiyin açılması onun plombu qırılmadan və sayğacın daxilin baxış keçirmədən mümkünsüzdür, sayğacın plombu qırılmadan, sayğac açılmadan onun çıxış membranında iddiaçının qeyd olunan deşiyi yaratması mümkün deyildir, qeyd olunan halda iddiaçının qanunazidd hərəkəti istisna edilir, delikt törətməkdə təqsirli olmayan şəxsin mülki məsuliyyəti istisna olunur, bu baxımdan sayğacın daxili hissəsinə aid detalında (o cümlədən, çıxış membranında) hər hansı bir deşiyin mövcudluğu iddiaçının təqsirinə yozula və buna görə ondan maddi ziyan məbləğ i tələb oluna bilməz, həmin sayğacı quraşdıran, onun üzərinə plombu vuran və ona nəzarət edən də məhz cavabdeh təşkilat özüdür, beləliklə, sayğacda aşkar edilmiş nasazlıq iddiaçının təqsiri olmadan baş verməsi sübuta yetirilmiş, cavabdeh isə əsassız olaraq həmin nasazlığı iddiaçının qazdan istifadə qaydalarını pozması kimi dəyərləndirərək, ona 61056 kub metr həcmində, 12.211,20 manat (61056x20 qəp.) məbləğində əlavə qaz sərfiyyatı hesablayaraq ödənilməsini ondan tələb etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxl ayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi akt ların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qayda sı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il xxx tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkar lıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə əsasən isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı or qanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.1.3-cü bəndi də məhz qaz paylacısının üzərinə öhdəlik qoyur ki, qaz qurğusunun texniki vəziyyətinə ildə 1 dəfədən az olmayaraq texniki baxış keçirmək, 2.1.10-cu bəndinə əsasən öz təqs irli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək qaz paylacısının vəzifəsidir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisələndirilən aktlarda yoxlama zamanı sayğacın plombunda nöqsanın, yəni plomba müdaxilənin aşkar olmadığını, sayğacın plombu qırılmadan, sayğac açılmadan isə onun çıxış membranında iddiaçının qeyd olunan deşiyi yaratmasının mümkün olmadığını, həmin sayğacı quraşdıran, onun üzərinə plombu vuran və ona nəzarət edən də məhz cavabdeh təşkilatın özü olduğunu, beləliklə, iş materialları ilə sayğacda aşkar edilmiş nasazlığın iddiaçının t əqsiri olmadan baş verdiyinin sübuta yetirildiyini, cavabdehin isə əsassız olaraq həmin nasazlığı iddiaçının qazdan istifadə qaydalarını pozması kimi dəyərləndirərək, əlavə qaz sərfiyyatı hesablayaraq ödənilməsini tələb etdiyini, həmçinin cavabdeh tərəfindən həyata keçirilmiş hazırkı yoxlamanın Vahid məlumat reyestrində qeydə alınmadığına görə hüquqi nəticəsinin olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə bax ılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-530/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-530/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar