Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-498/2024 05.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMM-ə qarşı ilk, Cavabdeh MMM-in İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMM-ə qarşı pulun tutulması barədə ilk, Cavabdeh MMM-in İddiaçı MMC-yə qa rşı pul tələbi barədə qarşılıqlı tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)- 138/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Fayton LTD” MMM-ə (bundan sonra – “cavabdeh”) qarşı iddia və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən öhdəliyin icra etməməsi nəticəsində iddiaçıya 116.477,41 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia verərək, iddiaçıdan müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar 47.961 manat məbləğdə pul un, iddia qaldırmaq üçün ödənilmiş 33,88 manat məbləğində dövlət rüsumunun, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin, 200 manat mediasiya xərcinin, cəmi olaraq 48.394,88 manat məbləğində pulun alınaraq cavabdehin hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Bakı Kommersiyа Məhkəməsinin 2023-cü il 2 oktyabr tarixli e-2-2(113)-3255/2023 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, ilkin iddia verilərkən artıq ödənilmiş 193,52 manat məbləğində dövlət rüsumunun ilkin iddiaçıya qaytarılması, qarşılıqlı cavabdehdən 9.598,8 manat məbləğində borc və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsində iddia tə ləbinin təmin olunmaması qət edilmişdir (hakim – L.Əliyeva).
4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək, qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv olunmasını, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-138/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin olunması, cavabdehdən iddiaçının xeyrinə 42.039,33 manat məbləğində pul vəsaitinin tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
7. Cavabdeh kassasiya şikayəti verərək, ilkin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv olunmasını, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndiril ən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
112. İddianın qiyməti … 112.3. Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. …” "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkə məyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
11. İş materiallarından görünür ki, ilkin iddia üzrə dövlət rüsumu 203,24 manat, qarşılıqlı iddia üzrə isə 116,94 manat məbləğində təşkil edir. Hazırkı iş üzrə kassasiya şikayətini verən cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə, yəni məhkəmənin həm ilkin iddia, həm də qarşılıqlı iddiaya münasibətdə olan mövqeyini mübahisələndirmiş, lakin yalnız ilkin iddiaya münasibətdə dövlət rüsumu ödəmişdir.
12. Halbuki MPM-in 112.3-cü maddəsinin (bax § 9) tələbinə əsasən, qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. 13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinin (bax § 8) məzmu nundan aydın olur ki, kassasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilir.
14. Məhkəmə kollegiyası vurğulayır ki, qeyd olunan prosessual qanunvericiliyin tələbinə görə ilkin və qarşılıqlı iddialar üzrə rüsumların cəmlənməsi nəzərdə tutulmayıb.
15. Belə ki, kassasiya şikayəti verilərkən dövlət rüsumu ilk iddianın qiyməti olan 116.477,41 manata münasibətdə 203,24 manat, qarşılıqlı iddia qiyməti olan 47.961 manata münasibətdə isə 116,94 manat məbləğində ödəməli idi.
16. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin (bax § 8) tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şika yətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 203,24 manat, qarşılıqlı iddia üzrə isə 116,94 manat olmaqla, cəmi 320,18 manat təşkil etməlidir.
17. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən cəmi 220 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu da MPM-in 112.3-cü maddəsinə ziddir.
18. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in (bax § 9) 408.1 və 408.1.3-cü maddələrinə tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
19. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMM tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-138/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.