Məhkəmə qərarları › İş №2-2(102)-499/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-499/2019

03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-499/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı SİK-nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdehnə qarşı borcun silinməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Kərimli; iş No 2-2(82)-135/2019) iddianın təmin edilməsi; cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı MTK-ya qzdan istifadəyə görə hesablanmış 10.943 manat məbləğndə borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 22(103)-495/2019) cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Birlik kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MTK Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı MTK-ya əsassız hesablanmış 10.943 manat məbləğində borcun **********12000 abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsni xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yo l vermiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillərinə dair hər hansı yazılı etiraz məhkəmə kollegiyasına təqdim edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasına gəlmiş iddiaçı MTK-nın nümayəndəsi C.Seyidov Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdehİstehsalat Birliyinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı MTK-nın Bakı şəhəri, Yeni Yasamal, Xarici Dairəsi küçəsində yerləşən binasının qazanxanasında təbii qaz təchizatı üçün quraşdırılmış sayğaca baxış keçirildiyi zaman, həmin sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq aşkar olunmuş və abonentə sayğacın elektron göstər iciləri əsas götürülməklə müvafiq sərfiyyat üzrə 10.943 manat (7.091 manat əvvəlki borc, 3.852 manat 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər) manat borc hesablanmışdır. Həmçinin iş üzrə müəyyən edilmişdir ki, İddiaçı MTK-ya təbii qazdan istifadə üzrə hesablanmış borc sayğaca müdaxiləyə görə, eləcə də texniki şərtdə göstərilənlərdən əlavə qaz qurğusunun və ya sayğacdankənar qaz xəttinin qoşulması ilə bağlı olmamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qaz sayğacının iki göstəriciləri arasında fərq yarandığı halda, abonentə məhz, sayğacın mexaniki göstəriciləri üzrə sərfiyatın hesablanması qanunda və tərəflər arasında bağlanmış müqavilədə nəzərdə t utulmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı MTK-ya məxsus obyektdə qazdan istifadə üzrə hər ay ona məlumat (hesab) təqdim edilməli idi. Belə olan, İddiaçı MTK-ya məxsus obyektdə quraşdırılmış sayğaca müdaxilə, əlavə qaz qurğusunun və ya sayğacdankənar qaz xəttinin qoşulması halları olmadığı, lakin həmin sayğacın elektron və mexaniki göstəriciləri arasında fərqin mövcud olduğu halda, sayğacın mexaniki göstəriciləri üzrə sərfiyyata görə borcun hesablanması əsassızdır. Odur ki, iddiaç MTK-nın iddia tələbi əsaslı və qanuni olduğundan 1-ci instansiya məhkəməsi tərəfindən həmin tələb düzgün olaraq təmin edilmiş, əsassız hesablanmış borc məbləği silinmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.1-ci bəndinə görə, bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkə yə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqısatqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən, yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıları n qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən, qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı İstehsalat Birliyininkassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Qeyd olunmaladır ki, cavabdeh İstehsalat Birliyi həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən İstehsalat Birliyinə ünvanlanmış məktubda qeyd edilir ki, sənaye qaz sayğacları vasitəsilə qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektoru qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Göründüyü kimi, Dövlət Komitəsi tərəfindən təsdiq edilmişdir ki, sənaye sayğacları vasitəsilə sərf edilən qazın dəyəri elektron tablonun göstəricilərinə əsasən müəyyən edilir. Hazırki vəziyyətdə elektron hissə işləmədiyi üçün istifad edilmiş qazın dəyəri mexaniki tabloya əsasən müəyyən edilmişdir. Lakin mübahisəli sayğacın düzgünn işləməməsi iş üzrə müəyyən ediliş hallardan müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə müvafiq olaraq dövlət orqanlarının, icra və sair orqanların aktlarının etıbarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88 və 106.1-ci maddələrinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəm iyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar