Məhkəmə qərarları › İş №2-2(102)-499/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-499/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-499/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X2 Anonim Şirkəti”nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pulun tutulması və malların geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X2 Anonim Şirkəti”nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh X2 Anonim Şirkəti”nə qarşı malların geri qaytarılması və pulun tutulması tələbi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2023-cü il 18 may tarixli, 2-2(103)387/2023 saylı qətnaməsindən iddiaçı X2 Anonim Şirkəti” tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı X2 Anonim Şirketi ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 04 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X2 Anonim Şirketi sifarişə uyğun olaraq bu müqavilənin əlavəsində və ya e-qaimə fakturada göstərilən qiymətə, saya və çeşidə malik olan məhsulları Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, Cavabdeh MMC isə öz növbəsində həmin malları təhvil alıb satılmış qisminin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqaviləyə əsasən satıcı X2 Anonim Şirketi tərəfindən alıcı Cavabdeh MMC-yə cəmi 81787,84 ABŞ dolları məbləğində müxtəlif çeşidli mallar təhvil verilmiş, sonuncu tərəfindən isə cəmi 7947,82 ABŞ dolları (1786,43+930,1+5231,29) ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “İddiaçı” (bundan sonra “iddiaçı Şirkət”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (bundan sonra “cavabdeh” Cəmiyyət) 73.840 ABŞ dolları əsas, 11.076 ABŞ dolları faiz, həmçinin qətnamə qəbul edilən günə əsas borc məbləğindən bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq, iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında qeydiyyatdan keçən iddiaçı ilə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş cavabdeh arasında 04 nömrəli, 2020-ci il 7 iyul tarixli alqı-satqı müqav iləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən satın alınan mallara görə cavabdehin iddiaçı qarşısında 73840 ABŞ dolları məbləğində borcu yaranmışdır. Yaranmış borcla bağlı istər şifahi, istərsə də yazılı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq cavabdeh borcun ödənilməsindən qərəzli olaraq yayınır. Tərəflər arasında olan alqı-satqı münasibətləri üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsə də cavabdeh üzərinə düşən öhdəlikləri bu günədək lazımınca yerinə yetirməmişdir. Bununla da iddiaçı hüquqlarının müdafiəsi və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 567, 385.1, 442, 443.1, 443.2, 21.1, 21.2, 439.3, 445.1, 445.7, 448.1, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli qərarına istinad etmişdir.

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

7. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçınə qarşı qarşılıqlı iddia qaldıraraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan malların (X6 300ML - (48x300) 1506 ədəd, X6 250m1283 ədəd, X7 120ML - (48x120) 516 ədəd, X9 Gel 500ML - (24x500) 780 ədəd, X9 Gel 250ML - (24x250) - 966 ədəd, X9 Gel 100ML - (96xl00) - 4352 ədəd, X9 Gel 1000ML (12x1000)-142 ədəd, X9 Gel 50ML - (192x50) 9142 ədəd, X8 Gel 50ML - (192x50) 8 379 ədəd, X8 Gel 100ML - (96x100) - 4103 ədəd, X8 Gel 250ML - (24x250) -727 ədəd, X5 Spray 120ML - (48x120) - 569 ədəd, X10 and Body Spray 120ML - (24x120) -2332 ədəd, X11 Cleanser and Body Spray 100M - (48xl00)-985 ədəd, X10 Spray 8ML - (576x8) 74034 ədəd) cavabdeh X2Anonim Şirketi” tərəfindən çıxarılaraq, geri qəbul edilməsi və həmçinin vurulmuş maddi ziyana görə 2000 (iki min) manat məbləğində pulun cavabdeh X2 Anonim Şirketindən tutularaq, iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin 4.9- cu bəndinə əsasən qablaşdırma, gömrük və daşıma ilə bağlı xərclər satıcı tərəfindən, depolama, dağıtım, malların marketə yerləşdirilməsi və nəqliyyatı xərcləri isə alıcı tərəfindən qarşılanacaqdır. Müqavilənin 5.2-ci bəndinə əsasən satıcı həmin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək və satıcıdan vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, müqavilənin 5.2.2-ci bəndinə yarımbəndinə əsasən satıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək, 5.2.3-cü yarımbəndə əsasən istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları satıcıya geri qaytarmaq alıcının hüququdur. Müqavilənin 5.4.1-ci yarımbəndinə əsasən alıcıdan təhvil verildikdən sonra 30 gün müddətində satılmış malların dəyərinin ödənilməsini tələb etmək satıcının hüququdur. Müqavilənin 5.6.1-ci yarımbəndinə əsasən istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları geri qəbul etmək satıcının vəzifəsi dir. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilənin yerinə yetirilməsi ilə bağlı baş verə biləcək hər hansı qarşısıalınmaz (force-major) hallara görə-yanğm, su daşqınları, zəlzələ, yoluxan xəstəlik, pandemiya, dövlət məhdudiyyəti, müharibə və müqavilələrin icrasına birbaşa təsir göstərəcək digər hallara görə heç bir məsuliyyət daşımır. Müqavilənin 6.2-ci bəndinə əsasən əgər tərəflərdən biri qarşısıalınmaz hallarla bağlı, müqavilə öhdəliklərini yerinə yetirə bilmirsə, həmin tərəf dərhal yazılı şəkildə digər tərəfi məlumatlandırır, hər bir halda hadisələrin başlandığı andan yeddi gendən gec olmayaraq. Əgər üç gün ərzində heç bir məlumat verilmirsə, o zaman tərəf müqavilə şərlərini pozmuş hesab edilir və bununla vurulmuş zərəri digər tərəfə təqdim etməlidir. Müqavilənin 6.4-cü bəndinə əsasən əgər bu cür hallar iki aydan çox davam edərsə, tərəflərdən hər hansı biri bütövlükdə müqaviləyə və ya onun hər hansı hissəsinə xitam verə bilər. Satıcı müqavilə əsasında ona ödənilmiş bütün məbləğləri dərhal Alıcıya qaytarır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə yalnız malların satılmış qisminin dəyərinin iddiaçı Şirkətə ödənilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları geri qəbul etmək də satıcının vəzifəsi kimi müəyyən edilmişdir. Bundan başqa yoluxan xəstəlik, pandemiya, dövlət məhdudiyyəti, müharibə və müqavilələrin icrasına birbaşa təsir göstərəcək digər hallara görə Cəmiyyətin heç bir məsuliyyət daşımadığı müqavilədə əks olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıdan asılı olmayan və qarşısı alınması mümkün ol mayan hallarla bağlı malların satışında çətinliklər yaranmışdır. Belə ki, dünya ölkələrinin səhiyyə sistemi və iqtisadiyyatına dağıdıcı zərbə vurmuş Covid-19 Koronovirusu (pandemiya) sağlamlıqla bağlı narahatlıqlar, insanların mal və əmtəələrin hərəkətlərinə məhdudiyyətlər, biznes və istehlakçı inamının düşməsi, qlobal əmtəə bazarlarının və istehsalın çökməsi ilə müşahidə olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dünyada yayılmış koronovirus (Covid-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronovirus infeksiyasmın ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının “Sanitariya-epide mioloji salamatlıq haqqında Qanun”unun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilmişdir. Koronovirus pandemiyası ilə bağlı Azərbaycan Respublikasında tədbir olunan karantin rejimi digər sahələrə olduğu kimi malların satışı sahəsinə də mənfi təsir göstərmişdir. Ölkə üzrə karantin rejimi tətbiq edildikdən sonra Covid-19 virusu ilə mübarizə aparılması üçün bir çox məhdudiyyətlər tətbiq edilmiş, iş yerlərində işçilərin sayı azaldılmış, bir çox sahədə iş və fəaliyyət dayandırılmış və s. tədbirlər həyata keçirilmişdir. Göstərilən hallara görə karantin rejimi elan olunduqdan sonra Cəmiyyət tərəfindən də iddiaçı Şirkət tərəfindən göndərilmiş malların satışı demək olarkı tam dayanmışdır. Pandemiya şəraitində iş rejimi ilə əlaqədar işçilərin tam və normal vəzi yyətdə işləməməsi, maliyyə böhranının yaranması Cavabdeh MMC-nin fəaliyyətini də iflic vəziyyətinə gətirib çıxarmışdır. Müqavilə bağlayarkən tərəflərin əsas götürdükləri şəraitin Covid-19 Pandemiyasına görə əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınmalıdır. Covid-19 Pandemiyası və buna görə bütün dünyanı əhatə edərək sərt məhdudlaşdırma siyasəti tətbiq olunması və iqtisadi göstəricilərə təsir göstərib iqtisadi yavaşlama ilə nəticələnən hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcə də gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Koronovirus pandemiyası ilə bağlı məhdudiyyətlər və real iqtisadi durum nəticəsində Cəmiyyətin üzləşdiyi real iqtisadi böhran iddiaçı Şirkət tərəfindən göndərilmiş malların satışı imkanlarını məhdudlaşdırmışdır. Buna görə də, 2021-ci ilin avqust ayından sonra dəfələrlə elektron poçt vasitəsi ilə yazılı formada mallarının satışının dayandığı, həmin malların anbardan geri götürülməsinin zəruriliyi ilə bağlı iddiaçı Şirkətə bildirilsə də, sonuncu malları anbardan çıxa rtmaqdan, geri qəbul etməkdən imtina etmiş və tərəflər arasında 07 iyul 2020-ci il tarixində bağlanmış 04 saylı alqı-satqı müqavilənin şərtlərini pozmuşdur. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilənin yerinə yetirilməsi ilə bağlı baş verə biləcək hər hansı qarşısıalınmaz qüvvə-yoluxan xəstəlik, pandemiya, dövlət məhdudiyyəti alıcını öhdəliklərdən azad etsə də, iddiaçı Şirkət malları geri qəbul etməkdən əsassız olaraq imtina etmiş, əvəzinə əsassız və qanunsuz olaraq malların dəyərinin ödənilməsini tələb etmişdir. Halbuki müqavilənin 1.1-ci bəndinə və 5.4.1-ci yarımbəndinə əsasən iddiaçı Şirkət yalnız satılmış malların dəyərini tələb edə bilər. İddiaçı Şirkət əsassız iddia və tələbi ilə malları Cəmiyyətin istifadəsinə olan Abşeron rayonu, Yeni Şamaxı şosesi 69 ünvandan ye rləşən anbardan və daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan çıxartmamaqla, anbarın dolu vəziyyətdə qalmasına, nəticədə anbardan digər məqsədlərlə istifadəsinə çətinlik yaratmışdır. Bu isə öz növbəsində Cəmiyyətin anbara dair sahiblik və istifadə hüququnun həyat keçirilməsində çətinlik yaratmaqla, ona maddi ziyan vurulmasına səbəb olmuşdur. Belə ki, malların anbarda saxlanılmasına görə Cəmiyyət elektrik enerjisi, mühafizə, yerin haqqı, vergiləri ödəyir. İddiaçı Şirkət malları anbardan çıxartmağı və geri qəbul etmədiyi üçün 2021-ci ilin avqust ayından 2022-ci ilin may ayınadək hər ay 200 manat olmaqla, cəmi 1800 manat, 2022-ci ilin may və iyun aylarında hər ay üçün 100 manat olmaqla, cəmi 200 manat Cavabdeh MMC pul xərcləməli olmu şdur. Hal-hazıradək 2000 manat pul xərclənmişdir.

9. Cavabdeh tələbinin maddi hüquqi əsası kimi MM-in 8.1, 9.1, 21.1, 1097.1, 425.1, 442, 448.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60, 127-ci maddəsinin 2-ci hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-«MPM”) 39.1-ci maddəsinə istinad etmişdir.

10. İddiaçı tərəfindən qarşılıqlı iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli e-2-2(113)-4556/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh MMC-dən 73.840 ABŞ dolları əsas illik 5%-lə hesablanan 7.535,72 ABŞ dolları faiz borcunun Azərbaycan Respublika sı Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi, ilk iddianın digər hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim E.Əliyev).

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 07 iyul 2020-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmış və 31 oktyabr 2020-ci il tarixində 81.787,84 ABŞ dolları məbləğində olan mallar cavabdeh Cəmiyyətə təhvil verilmişdir. Satılan mallara görə müəyyən vəsait ödənilsə də, 73.840 ABŞ dolları məbləğində borc ödənilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alan hesab etmişdir ki, əsas borc tələbi ilə bağlı ilkin iddia əsaslı olduğundan təmin edilməlidir.

13. MM-in 445.7-ci maddəsi ilə bağlı 11076 ABŞ dolları faiz borcun tələbi ilə bağlı məhkəmə qeyd etm işdir ki, həmin tələb qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, mallar cavabdehə 2020-ci il 31 oktyabr tarixində təhvil verildiyindən, müqavilənin 5.4.1-ci bəndinə əsasən malın dəyərinin təhvildən sonra tələb etmək hüququnun yarandığını və yekun məhkəmə aktı qəbul edilən günədək hesablanacağını nəzərə alan, məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə illik 5%-lə hesablanan 7.535,72 ABŞ dolları faiz borcu (73840x5%:365x745) tutulmalıdır.

14. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli müqavilə, bəndlərində göstərilən müddəalara görə məhz alqı-satqı müqaviləsidir. Məhkəmə onlardan bir qismini qeyd etmişdir: birinci element- 2020-ci il 7 iyul tarixli müqavilənin adı məhz alqı-satqı müqaviləsidir, ikinci elemen t-həmin müqavilənin 1.1 və 4.7-ci bəndində məhsulların alıcıya verildiyi andan mülkiyyətinə keçməsi qeyd olunub, üçüncü element-həmin müqavilənin 5.2.5-ci bəndində alıcıya təhvil verilmiş malların qarşılıqlı razılaşma olmadan digər firma tərəfindən satışa çıxarılmasına görə satıcı 50.000 manat dəbbə pulu ödəyir müddəası o deməkdir ki, alıcı cavabdeh daxili bazarda aldığı və mülkiyyətinə keçmiş məhsulun satışından gəlir əldə etmək istəyir və qeyd olunanları satıcı iddiaçıya münasibətdə müəyyən maliyyə sanksiyası ilə şərtləndirilib, müqavilə xidməti olacağı təqdirdə (xidməti müqavilədə alınan məhsul sadəcə olaraq geri qaytarılır) iddiaçı öz üzərinə 50.000 manat dəbbə pulu ödəmək öhdəliyi üzərinə götürməzdi, bu şərt alqı-satqı münasibətlərinin elementidir, dördüncü element-həmin müqavilənin 2.2-ci bəndində keyfiyyətsiz və ya kəmiyyətcə uyğun olmayan malın təchiz olunması ilə dəymiş ziyanın əvəzinin ödənilməsi (xidməti müqavilədə hansı ziyandan söhbət gedə bilər-mal sadəcə olaraq geri qaytarılır) kimi şərt alqı-satqı münasibətlərinin elementidir.

15. Eyni zamanda məhkəmə qarşılıqlı iddiaçının, müqavilənin 1.1-ci bəndində qeyd olunan kimi alıcı “satılmış qisminin dəyərini ödəməyi öhdəsinə götürür” dəlili ilə bağlı qeyd etmişdir ki, ümumiyyətlə müqavilənin həmin bəndinin cümləsi natamamdır. Belə ki, həmin cümlənin qarşısında “ona” və ya “onun tərəfindən” sözləri cümlənin mənasını dəyişir, həmçinin sözügedən müqavilənin 5.2.3-cü bəndində alıcının hüquqlarından birinin istifadə müddətinin bitməsinə 1 aydan az qalmış malları satıcıya geri qaytarması kimi müddəa, məhz alqı-satqı müna sibətlərindən (təhvil-təslim vaxtı) irəli gəlir.

16. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 may tarixli, 2-2(103)-387/2023 saylı qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-22(113)-4556/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2022-ci il 15 dekabr tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan ma lların (X6 300ML - (48x300) 1506 ədəd, X6 250m - 1283 ədəd, X7 120ML - (48x120) 516 ədəd, X9 Gel 500ML - (24x500) 780 ədəd, X9 Gel 250ML - (24x250)-966 ədəd, X9 Gel 100ML - (96xl00) - 4352 ədəd, X9 Gel 1000ML - (12x1000) 142 ədəd, X9 Gel 50ML - (192x50) 9142 ədəd, X8 Gel 50ML - (192x50) 8379 ədəd, X8 Gel 100ML - (96x100) - 4103 ədəd, X8 Gel 250ML - (24x250) - 727 ədəd, X5 Spray 120ML - (48x120) - 569 ədəd, X10 and Body Spray 120ML - (24x120) - 2332 ədəd, X11 Cleanser and Body Spray 100M - (48xl00) - 985 ədəd) çıxarılaraq geri qəbul edilməsi vəzifəsinin X2 Anonim Şirketi”nin üzərinə qoyulması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia və apellyasiya şikayəti üzrə ödənilmiş 330 manat məbləğində dövlət rüsumlarının X2 Anonim Şirketi”ndən tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova, A.Hüseyn).

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia əsassızdır. Belə ki, iddiaçı 2020-ci il 7 iyul tarixli alqı-satqı müqaviləsinə istinad edərək, cavabdehdən pulun tutulmasını tələb edir, cavabdeh isə bildirir ki, həmin müqavilə “alqı-satqı müqaviləsi” adlandırılsa da, əslində mahiyyət, məzmun və şərtləri etibarı ilə kommersiya konsessiyası müqaviləsidir. Göründüyü kimi hər iki iddia tələblərinin qanuni əsasının müəyyən olunması üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilə münasibətlərinin xarakteri müəyyən olunmalıdır.

19. Həmin məhkəmə hesab etmişdir ki, bunun üçün əvvəlcə mülki qanunvericiliyin alqısatqı və kommersiya konsessiyası müqavilələrinə dair müddəalarına nəzər yetirilməli və onlar arasındakı fərqlər müəyyən olunmalıdır.

20. Alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin məzmunundan da göründüyü kimi, alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır.

21. Kommersiya konsessiyası müqaviləsi isə malların satın alınıb yenidən başqasına satılması (ticarət vasitəçiliyi) ilə bağlı əlaqələri qaydaya salır. Konsessionerin əsas işi ticarət-kommersiya vas itəçilik fəaliyyətidir, yəni vaxtaşırı malları satın alıb, öz adından və hesabına başqasına satmaqdan ibarətdir.

22. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı sifarişə uyğun olaraq bu müqavilənin əlavəsində və ya e-qaimə fakturada göstərilən qiymətə, saya və çeşidə malik olan məhsulları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində həmin malları təhvil alıb, satılmış qisminin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4.1-ci yarımbəndində də göstərilmişdir ki, alıcıdan təhvil verildikdən sonra 30 gün ərzində satılan malların dəyərinin ödənilməsini tələb etmək satıcının hüququdur.

23. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh malları satın almamış, yalnız satılmış malların dəyərinin ödənilməsini öz üzərinə götü rmüşdür, eyni zamanda iddiaçı da yalnız satılmış malların dəyərinin ödənilməsini tələb edə bilər.

24. Məhkəmə qeyd olunanlara istinadla hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə kommersiya konsessiyası müqaviləsi kimi qəbul edilə bilməz. Çünki kommersiya konsessiyası müqaviləsinin mühüm şərti olan “konsessionerin malları satın almaq” şərti mövcud deyil. Tərəflər arasında bağlanmış müqavilənin 5.2.5-ci bəndində nəzərdə tutulmuş şərtlər isə müqavilənin kommersiya konsessiyası müqaviləsi kimi qəbul edilməsi üçün əsas ola bilməz.

25. Belə ki, həmin bənddə “alıcı üçün təklif olunan hər hansı bir məhsul qarşılıqlı razılaşma olmadan digər firma tərəfindən satışa çıxarılarsa, satıcı 50.000 manat məbləğində dəbbə pulu ödəməlidir” şərti, yəni MM-in 800.1.3-cü maddəsində nəzərdə tutulmu ş tapşıranın konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verməsi şərti nəzərdə tutulsa da, yuxarıda qeyd edildiyi kimi müqavilədə kommersiya konsessiyası müqaviləsi üçün mühüm şərt hesab edilən “konsessionerin malları satın almaq” şərti mövcud deyil.

26. Bu baxımdan, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərini və tərəflərin sonrakı hərəkətlərini, yəni iddiaçının məhsulları cavabdehin mülkiyyətinə verməyi, sonuncunun isə həmin malları təhvil alıb, satılmış qisminin dəyərini ödəməyi öhdələrinə götürmələrini və həmin müqaviləyə əsasən satıcı iddiaçı tərəfindən alıcı cavabdehə cəmi 81.787,84 ABŞ dolları məbləğində müxtəlif çeşidli malların təhvil verildiyini, sonuncu tərəfindən isə cəmi 7.947,82 ABŞ dolları məbləğində ödəniş etdiyini nəzərə alaraq məhkəmə hesab e tmişdir ki, tərəflər arasında MM-in 567 və 600.1-ci maddələrinə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

27. Belə ki, MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 367.2, 367.3 və 368-ci maddələrindən isə müəyyən edilir ki, əqdlə müəyyənləşdirilən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər və belə müddətin axımı müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.

29. Tərəflər arasında bağl anmış müqavilədə də satılmış əşyaların dəyərinin əvvəlcədən və ya təhvil veriləndə deyil, müəyyən müddətdən sonra ödənilməsi nəzərdə tutulmuş, həmin müddətin başlanması isə əşyaların satılması ilə müəyyənləşdirilmişdir.

30. Bu baxımdan məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə cavabdehin əşyanın dəyərinin ödənilməsi öhdəliyi yalnız satılmış mallara aiddir.

31. İlk iddiada irəli sürülmüş cəmi dəyəri 73.840 ABŞ dolları təşkil edən mallar isə satılmamışdır. Çünki cavabdeh həmin malların geri qaytarılması tələbini irəli sürmüş və iddiaçı bu halı, yəni onların satılmadığını mübahisələndirməmişdir.

32. Mülki Məcəllənin 427.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tə ləb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, ilk iddiada irəli sürülmüş cavabdehdən 73.840 ABŞ dolları əsas borcun tutulması barədə iddia rədd edilməlidir. Eyni zamanda, cavabdehin həmin məbləğdə pul vəsaitinin ödənilməsi öhdəliyi yaranmadığı üçün onun gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutulması barədə tələblər də MM-in 445.7 və 449.1-ci maddələri baxımından əsassızdır və rədd olunmalıdır.

34. Qarşılıqlı iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həmin tələb qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2.3-cü yarımbəndində nəzərdə tutulmuşdur ki, istifadə müddətinin bitməsinə bir aydan az qalmış malla rı satıcıya geri qaytarmaq alıcının hüququdur. Müqavilənin 5.6.1-ci yarımbəndində isə göstərilmişdir ki, istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları geri qəbul etmək satıcının vəzifəsidir.

35. Apellyasiya baxışı zamanı da, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən və qarşılıqlı iddia ərizəsində geri götürülməsi tələb edilən malların nümunələrinə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, “X10 Spray 8ML” adlı mal istisna olmaqla, həmin malların son istifadə tarixi 2022-ci ildə və 2023-cü ilin mart, aprel və may aylarında bitmişdir. Yalnız “X10 Spray 8ML” adlı malın üzərində heç bir tarix göstərilmədiyi üçün onun istifadə müddətinin bitməsi müəyyən edilməmişdir.

36. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdeh MM-in 385.1-ci maddəsinə əsasən iddiaçıd an öz öhdəliyinin icrasını tələb etməkdə haqlıdır. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməli və “X10 Spray 8ML” adlı mal istisna olmaqla digər malların qəbul edilməsi vəzifəsi iddiaçının üzərinə qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi hissəsində qarşılıqlı iddia təmin edilə bilməz.

37. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən MM-in 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir. Zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olmas ı, zərər vuran şəxsin təqsirli olması.

38. Məhkəmə hesab etmişdir ki, yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki işdə bu əsaslar müəyyən olunmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi zərərin mövcudluğunu təsdiq edən sübutlar təqdim etməmiş və MPM-in 77.1-ci maddəsinə nəzərdə tutulmuş sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan məhkəmə belə qərara gəlmişdir ki, həmin hissədə qarşılıqlı iddia tələbləri rədd edilməlidir.

39. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunanları nəzərə almamış və tərəflər arasında bağlanmış müqavilənin əsl xarakterinə və şərtlərinə diqqət yetirməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilmiş, MPM-in 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yuxarıda göstərilən əsaslara görə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə qismən təmin edilmişdir.

40. Məhkəmə gəldiyi bu nəticəni MM-in 21.2, 367.2, 367,3, 368, 385.1, 404.1, 404.2, 427,1,443.1, 567, 600.1, 800.1.1, 800.1.2, 800.1.3 və 800.2-ci maddələrinə, MPM-in 77.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

42. MM-in 567-ci maddəsinin tələbləri pozulmuşdur-tərəflə r arasındakı münasibətlərin hüquqi əsası mahiyyət və həqiqi mənasına görə 2020-ci il 7 iyul tarixdə bağlanmış alqı-satqı müqaviləsidir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibətlərin hüquqi əsasını iddiaçının iddia etdiyi kimi həqiqətən də alqı-satqı müqaviləsi təşkil etməsini müəyyən etməsinə baxmayaraq, gəldiyi nəticə ziddiyyətli olaraq alqı-satqı müqaviləsini tənzimləyən hüquq normalarına uyğun olmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi həm tərəflər arasında bağlanmış 2020-ci il 7 iyul tarixli alqı-satqı müqaviləsinin bəndlərini və mahiyyətini təhrif etmiş, həm də alqı-satqı müqaviləsini tənzimləyən hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə qeyd etmişdir ki, bu müqavilə nisyə alqı-satqı müqaviləsidir və tərəflər arasındakı müqavilədə yalnız c avabdeh (alıcı) tərəfindən satılmış malların dəyərinin ödənilməsi razılaşdırılmışdır.

43. Əvvəla, tərəflər arasında bağlanmış 2020-ci il 7 iyul tarixli 04 saylı müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, satılmış malların alıcının mülkiyyətinə verilməsi, alıcının isə həmin satılmış qisminin dəyərini ödəmək öhdəliyi müqavilənin predmetini təşkil edir. Bu bəndi məhkəmə yanlış olaraq və heç bir hüquqi sübuta söykənmədən tərəflərin həqiqi münasibətlərinə səhv təfsir etmişdir. İşin materiallarına əlavə edilmiş həmin müqavilənin bütün bəndləri nəzərdən keçirilsə, müqavilənin 8-ci bəndi müqavilənin müddətini tənzimləyir və həmin müqavilədə konkret olaraq müqavilənin son xitam tarixi nəzərdə tutulmamış, yalnız bir dəfə malların verilməsi ilə deyil, tərəflər arasında dəfələrlə alqı-satqı predm etinin satışını nəzərdə tutan bir müqavilədir. Çünki müqavilənin 8-ci bəndinin tələblərinə görə (8.2), bu müqaviləyə 30 gün öncədən bir tərəfin digər tərəfə yazılı şəkildə xəbərdar etməsi ilə birtərəfli qaydada xitam verilə bilər. Göründüyü kimi, müqavilənin qüvvəsi tərəflərin qarşılıqlı arzu etdikləri vaxta qədər mövcud ola bilər. Bu da, müqavilənin tərəflər arasında alıqı-satıqı münasibətlərinin yalnız bir dəfəyə mübahisə predmeti olan pul məbləğinə müvafiq malların satılmasını deyil, dəfələrlə tərəflər arasındakı münasibətlərdə tətbiq edilməsi üçün bağlanmış müqavilə olmasını təsdiq edir.

44. Bu səbəbdən də, müqavilənin 1.1-ci bəndinə satıcı sifarişə uyğun olaraq məhsulları “alıcının” mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin malları təhvil alıb, satılmış qisiminin dəyərini öd əməyi öhdəsinə götürür-qeydində satıcı tərəfindən satılmış konkret məhsul partiyasinin dəyərinin alıcı tərəfindən ödəməsini ehtiva edir.

45. MM-nin 567-ci və müqavilənin şərtləri ilə tam təsdiq edilir ki, satılmış mallar alıcı (cavabdeh) tərəfindən 2020-ci il 31 oktyabr tarixdə təhvil alındığı vaxtdan onların mülkiyyətindədir və həmin malların geri qaytarılması tam qanunsuzdur.

46. Tərəflər arasında müqavilə şərtlərinə görə, yalnız satıcıya satılan mallar içərisində təhvil vaxtı istifadə müddətinin bitməsinə 1 ay qalan mallar geri qaytarıla bilər (5.2.3). Lakin malların cavabdeh alıcı tərəfindən 2020-ci il 31 oktyabr tarixində təhvil alınan zaman istifadə müddətinin bitməsinə 1 ay qalan və ya istifadə müddəti keçmiş mallar olmamışdır. Belə malların olmasına görə alıcı (cavabdeh) iddiaçıy a (satıcıya) hər hansı bildiriş, pretenziya bildirməmişdir. Ümumiyyətlə, işə məhkəmələrdə baxılarkən, proses zamanı cavabdeh (alıcı) tərəf malları 2020-ci il 31 oktyabr tarixində təhvil alan vaxtda istifadə müddəti bitmiş və ya istifadə müddətinin bitməsinə 1 ay qalmış malların mövcud olmasını bəyan etməmişlər. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, satıcı tərəfindən satılan mallar 2020-ci il 31 avqust tarixində alıcı (cavabdeh) tərəfindən təhvil alınmış və həmin tarixdə istifadə müddəti bitmiş və ya istifadə müddətinin bitməsinə 1 ay qalan heç bir mal-məhsul olmamışdır. Bu səbəbdən də, satılmış məhsulların geri qaytarılması qanuna və müqavilə tələblərinə ziddir.

47. MM-in alqı-satqı münasibətlərini tənzimləyən və öhdəliklərlə bağlı tənzimləyici normalarına əsasən, tərəflər arasın da kommersiya münasibətlərinə dəfələrlə tətbiq edilməsi nəzərdə tutulan 2020-ci il 7 iyul tarixli alqı-satqı müqaviləsindən irəli gələn ilk partiya məhsul 2020-ci il 31 oktyabr tarixində alıcı (cavabdeh) tərəfindən təhvil alınmışdır. Həmin vaxtdan 2020-ci il 31 oktyabr tarixindən alıcı (satıcı) təhvil alınmış malların dəyərini müqavilənin 5.4.1 ci bəndinə əsasən 30 gün müddətində ödəməlidir.

48. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndi isə alıcının (cavabdehin) müqaviləyə uyğun hansı məbləği ödəməli olduğu şərtini müəyyən etmişdir.

49. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi müqavilənin 1.1-ci bəndini açıqaşkar düzgün təfsir etməmişdir. Alıcı (cavabdeh) məhz hansı pul məbləğini ödəyəcək sualının cavabı və müqavilənin 1.1-ci bəndinin təfsiri və müqavilənin 4.2-ci bənd i ilə yuxarıda qeyd edilən kimi açıqlayır.

50. MM-in 404.1 və 404.2-ci maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasındakı 2020-ci il 7 iyul tarixli 04 saylı müqavilənin 1.1-ci bəndi yanlış təfsir edilmişdir. Belə ki, bu zaman müqavilənin bütün məzmunu, xüsusilə, müqavilənin aşağıdaki bəndləri ümumiyyətlə nəzərə alınmamışdır: müqavilənin 4.2 -ci bəndi: satıcı tərəfindən mallar ilə bağlı olaraq alıcıya faktura kəsiləcək və alıcı fakturada yazılan dəyəri müqavilədə yazılan şəkildə satıcıya ödəyəcəkdir. Göründüyü kimi, bu bənd alıcı (cavabdehin) ödəmə predmetinin məbləğini aydın müəyyən etmişdir. - Həmin müqavilənin 4.7-ci bəndində qeyd edilir: mal alıcıya təhvil verildiyi andan mala mülkiyyət hüququ alıcıya keçir. Göründüyü kimi, alıcı (cavab deh) tərəfindən 2020-ci il 31 oktyabr tarixində təhvildən sonra cəmi dəyəri fakturaya əsasən, 81.787,84 ABŞ dolları olan mallar cavabdehin mülkiyyətinə həmin tarixdən keçmiş və 3 ildir ki cavabdehin mülkiyyətindədir. Həmin müqavilənin 5.4.-ci bəndinə əsasən; alıcıdan təhvil alındıqdan sonra 30 gün müddətində satılmış malların dəyərinin ödənilməsini tələb etmək satıcının hüquqlarından biridir. Fakturaya əsasən satılmış və dəyəri ödənilməyən mallara görə 73.840 ABŞ dolları borcu tələb etmə hüququ mütləqdir.

51. MM-in 600.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2 və 5.4.1-ci bəndinə əsasən, malın dəyərinin ödənilməsi malın təhvil verilmə anı və həmçinin təhvil verilmə anına ödəniş olmayanda isə, 5.4.1-ci bəndində əsasən, təhvildən 30 gün müd dətində satilmış malların dəyərinin ödənilməsini tələb etmək satıcının (iddiaçının) hüququ kimi müəyyən edilmişdir.

52. Müqavilənin 5.4.1-ci bəndinin mahiyyət və tələbinə görə satıcının satılan mallara görə pulu tələb etmə anı, malların alıcıya təhvil verildiyindən dərhal sonra başlayır. Belə olan halda, malın nisyə satılmasından söhbət gedə bilməz. Çünki MM-in 600.1-ci bəndində qeyd edilən şərtlər bu müqavilədə nəzərdə tutulmamışdır.

53. Hətta MM-in 600.1-ci maddəsində təsbit edilən nisyə alqı-satqı müqaviləsində belə satılan malların dəyərinin ödənilməməli olduğuna dair heç bir norma təbii olaraq təsbit edilməmişdir. Bu halda məhkəmə pulun tutulmasını əsassız olaraq və işin hallarını, müqavilənin tələblərini səhv təfsir edərək, həmçinin təhrif edərək rədd etmişdir.

54. Əvvala, apellyas iya instansiya məhkəməsinin istinad etdiyi nisyə alqı-satqı müqaviləsinin özü belə alqı-satqı müqaviləsinin tərkib hissəsi olmaqla yanaşı nisyə satınalma zamanı belə satın alınan malların müqabilində razılaşdırılmış pul məbləği müəyyən müddət sonra ödənilməlidir. Qanunvericliyin həmin hissədə tələbi nisyə satın alınan malın pulu müəyyən zaman kəsiyində tam şəkildə ödənilməsini təmin etməkdir. Alqı-satqı həm tapşırıq, həm konsensiya, həm də digər mülki hüquq müqavilələrdən onunla fərqlənir ki, münasibətlərin iştirakçılarından biri satıcı digəri isə alıcı qismində çıxış edir. Burada alıcının hansı fəaliyyətlə məşğul olması, satın alınan mal barəsində sərəncam vermə hallarının satıcı ilə heç bir bağlılığı yoxdur.

55. Tərəflər arasında müqavilə şərtlərinə görə, yalnız satıcıya satılan mallar i çərisində təhvil vaxtı istifadə müddətinin bitməsinə 1 ay qalan mallar geri qaytarıla bilər. (5.2.3) Lakin malların cavabdeh alıcı tərəfindən 2020-ci il 31 oktyabr tarixində təhvil alınan zaman istifadə müddətinin bitməsinə 1 ay qalan və ya istifadə müddəti keçmiş mallar olmamışdır. Belə malların olmasına görə cavabdeh alıcı tərəf iddiaçı (satıcıya) tərəfə hər hansı bildiriş, pretenziya bildirməmişdir.

56. MPM-in 88 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Mübahisənin mahiyyətini nəzərə alaraq, tətbiq edilən maddi hüquq normalarından görünür ki, işə baxan məhkəmə sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə qarşı cavabdehin etirazında göstərilmişdir ki, tərəflər arasında elektron poçt vasitəsilə aparı lan yazışmalardan və müqavilənin şərtlərindən də aydın göründüyü kimi, mallar bir şərtlə “satılmış hissəsinin dəyərinin ödənilməsi, qalan hissəsinin geri qaytarılması» ilə götürülmüşdür. Hazırda qarşı tərəfə məxsus mallar hələ də cavabdehə məxsus anbardadır. Bununla bağlı icarə pulu ödənilir. Kassasiya şikayətində irəli sürülən dəlillər həqiqəti əks etdirmir, əsassızdır. Kassasiya baxışının hədləri

58. Kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə qismən-ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də, MPM-nin 403 və 416-cı maddələrinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.

59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bər pa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

367. Müddət anlayışı... 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.” “Maddə

368. Müddətin başlandığını bildirən vaxt Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.” “Ma ddə 385.1. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.....” “Maddə 404.2. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində ə şyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....” “Maddə

800. Konsessiya müqaviləsi 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərd ə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. 800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur....”

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kolle giyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 63. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

64. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin düzgün təfsir edilməməsi ilə bağlıdır.

65. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış müqavilə şərtlərinin təfsiri ilə bağlı gəldiyi nəticə və verdiyi hüquqi qiymətləndirmə (bax bu qərarın 18-3 9-cu bəndləri) ilə razılaşaraq qeyd edir ki, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlayan cavabdeh, təqdim edilmiş malları təhvil alıb, satılmış qisminin dəyərinin ödənilməsi öhdəliyini götürdüyündən, satılmamış malların dəyərinin alıcıdan tələb edilməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə zidd olmuşdur. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən ilk iddiada irəli sürülmüş 73.840 ABŞ dolları təşkil edən mallar satılmamışdır.

66. Tərəflər arasında bağlanmış müqavilənin 5.2.3 və 5.6.1-ci bəndlərinə əsasən istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları satıcıya geri qaytarmaq alıcının (cavabdehin) hüququ, istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları geri qəbul etmək isə satıcının (ilk iddiaçının) vəzifəsidir.

67. Hazır kı işin apellyasiya baxışı zamanı cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində geri götürülməsi tələb edilən malların nümunələrinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “X10 Spray 8ML” adlı mal istisna olmaqla, həmin malların son istifadə tarixi 2022-ci ildə və 2023-cü ilin mart, aprel və may aylarında bitmişdir. Yalnız “X10 Spray 8ML” adlı malın üzərində heç bir tarix göstərilmədiyi üçün onun istifadə müddətinin bitməsi müəyyən edilməmişdir.

68. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın qismən təmin edilərək, istifadə müddəti bitmiş malların satıcıya qaytarılması ilə bağlı gəldiyi nəticə tərəflər arasında bağlanmış müqavilənin 5.2.3 və 5.6.1-ci bəndlərinin tələblərinə uyğun olmuşdur. 69. “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir”. (Azərbaycan Respublikası Konstitusiyas Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı)

70. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə n əticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. 71.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qəbul edilmi ş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.

72. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 may tarixli, 22(103)-387/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.R.Vəliyeva E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar