Məhkəmə qərarları › İş №2-2(102)-5/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-5/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-5/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2-nin Cavabdeh1 və cavabdeh2-yə qarşı ilkin iddiası; cavabdeh1-in İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARI Açar sözlər: lizinq müqavilələrinin etibarsiz hesab edilməsi, müqavilələr üzrə ödənilmiş pulların qaytarılması, lizinq haqqı və faiz borcunun ödənilməsi, lizinq obyektlərinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının katibliyi ilə ilkin iddiaçı1, qarşılıqlı iddia üzrə cavabdehin vəkili ilkin iddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehin vəkili ilkin cavabdeh1, qarşılıqlı iddia üzrə iddiaçının vəkilinin iştirakı ilə, İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1-ə və cavabdeh2-yə qarşı “lizinq müqavilələrinin etibarsiz hesab edilməsi, müqavilələr üzrə ödənilmiş pulların qaytarılması və digər” tələblərinə dair ilkin iddiası; qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1-in ilkin iddiaçı1 və ilkin iddiaçı2-yə qarşı “lizinq haqqı və faiz borcunun ödənilməsi, lizinq obyektlərinin qaytarılması” tələblərinə dair iş üzrə ilkin iddiaçılar tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2-2(105)-840/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxı lmışdır. İ. İŞİN HALLARİ

1. İşin materiallarından görünür ki, Cavabdeh1 (bundan sonra – “SL”) ilə İddiaçı1 (bundan sonra – “İddiaçı1”) arasında 2012-ci il 2 iyul tarixli DLM231 saylı, 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı, 2012-ci il 1 noyabr tarixli DLM302 saylı; SL ilə İddiaçı2 (bundan sonra – “İddiaçı2”) arasında 2012-ci il 9 iyul tarixli DLM237 saylı, 2013-ci il 4 fevral tarixli DLM326 saylı daxili maliyyə lizinqi müqavilələri bağlanmışdır.

2. Müqavilələrin şərtlərinə əsasən, lizinq alanlar lizinq obyektlərindən istifadə etdiklərinə görə başlanğıc balans məbləğini ödəniş qrafikinə uyğun olaraq 36 ay lizinq müddətinə 2012-ci il 2 iyul tarixli DLM231 saylı müqavilə üzrə 219.250 manat, 1 illik faiz dərəcəsi 21% olmaqla, 2012-ci il 9 iyul tarixli DLM237 saylı müqavilə üzrə 219.250 ma nat, 1 illik faiz dərəcəsi 20% olmaqla, 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı müqavilə üzrə 170.040 manat, 1 illik faiz dərəcəsi 20% olmaqla, 2012-ci il 1 noyabr tarixli DLM302 saylı müqavilə üzrə 42.510 manat, 1 illik faiz dərəcəsi 20% olmaqla, 2013-ci il 4 fevral tarixli DLM326 saylı müqavilə üzrə 209.200 manat, 1 illik faiz dərəcəsi 20% olmaqla, cəmi 860.250 manat pulu SL-ə ödəməyi öhdəliyinə götürmüşlər.

3. Həmin daxili maliyyə lizinqi müqavilələrinin surətindən görünür ki, lizinq obyektinin qiyməti 2012-ci il 2 iyul tarixli müqaviləyə əsasən 200.000 AZN, 2012-ci il 9 iyul tarixli müqaviləyə əsasən 200.000 AZN, 2012-ci il 26 sentyabr tarixli müqaviləyə əsasən 180.000 AZN, 2012-ci il 1 noyabr tarixli müqaviləyə əsasən 45.000 AZN, 2013-cü il 4 fevral tarixli müqaviləyə əsasən 260.0 00 AZN təşkil etmişdir.

4. İşin materiallarından görünür ki, lizinq müqavilələri üzrə öhdəliklərin təminatı olaraq İddiaçı1 və İddiaçı2 ilə SL arasında 2012-ci il 2 iyul tarixli DLM231 saylı, 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı, 2012-ci il 1 noyabr tarixli DLM302 saylı, 2012-ci il 9 iyul tarixli DLM237 saylı, 2013-ci il 4 fevral tarixli DLM326 saylı zaminlik müqavilələri bağlanmışdır.

5. İşin materiallarından görünür ki, satıcı cavabdeh 2 (bundan sonra – “YH”), SL və İddiaçı1 arasında 2012-ci il 2 iyul tarixli AS231 saylı, 2012-ci il 26 sentyabr tarixli AS290 saylı, 2012-ci il 1 noyabr tarixli AS302 saylı; YH, SL və İddiaçı2 arasında 2012-ci il 9 iyul tarixli AS237 saylı, 2013-cü il 4 fevral tarixli AS326 saylı 3 tərəfli alqı-satqı müqavilələri bağlanmışdır.

6. İşin materialların da olan YH-nin möhürü ilə təsdiq edilmiş mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı1 tərəfindən YH-yə lizinq obyektlərinin alqı-satqısı üzrə avans olaraq 2012-ci il 25 aprel tarixində 23.580 manat, 22 iyun tarixində 111.000 manat, 20 sentyabr tarixində 115.000 manat, 20 noyabr tarixində 10.000 manat, İddiaçı2 tərəfindən 2012-ci il 10 iyul tarixində 105.000 manat, 12 iyul tarixində 20.000 manat, 9 avqust tarixində 10.000 manat, 2013-cü il 2 fevral tarixində 100.000 manat, 5 fevral tarixində 10.000 manat, 2 mart tarixində 10.000 manat, 27 iyun tarixində 7.000 manat, 2014-cü il 4 iyun tarixində 1.000 manat, 20 sentyabr tarixində 500 manat ödəniş edilmişdir.

7. İşin materiallarında olan təhvil-təslim aktlarının surətlərindən görünür ki, İddiaçı1 və İddiaçı2 SL tərəfindən “SHACMAN SX 3315DT406” markalı **-JU-***, **-JU-***, **-JU-***, **JU-***, **-JU-*** dövlət nömrə nişanlı, “HOWO 3317N3867W” markalı **-JV-***, **-JV-***, **JV-***, **-JV-***, **-JV-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JU-***, **-JU-***, **-JZ-***, **-JZ***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı cəmi 20 ədəd yük avtomobil təhvil verilmişdir.

8. İş materiallarından müəyyən olunur ki, lizinqə verilmiş bir ədəd HOWO ZZ3317N3867W markalı **-JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qəza nəticəsində məhv olduğuna görə sığorta şirkəti tərəfindən qalıq dəyəri SL-ə ödənilmiş və mübahisə predmeti olmamışdır.

9. İşin materiallarında olan 2014-cü il 11 sentyabr tarixli bildirişin surətindən görünür ki, SL İddiaçı1 və İddiaçı2-dən SL-ə olan 333.540 manat məbləğində borcun 5 bank günü ərzind ə ödənilməsi tələb edilmişdir.

10. İşin materiallarında olan 2014-cü il 28 noyabr tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, lizinq müqavilələri üzrə borclar ödənilmədiyindən 2014-cü il 28 noyabr tarixindən etibarən daxili maliyyə lizinq müqavilələrinə SL tərəfindən birtərəfli qaydada xitam verilmiş, İddiaçı1-dən 422.154 manat borcun ödənilərək 10 ədəd, İddiaçı2-dən 402.102 manat borcun ödənilərək 9 ədəd lizinq obyektinin təhvil verilməsi tələb edilmişdir.

11. İşin materiallarında olan SL tərəfindən İddiaçı1-ə və İddiaçı2-yə göndərilmiş 2015-ci il 3 iyun tarixli bildirişdən görünür ki, lizinq ödənişlərinin həyata keçirilməsi ardıcıllığı pozulduğu üçün müqavilələrə birtərəfli qaydada xitam verildiyindən İddiaçı1 və İddiaçı2 geri götrülmüş "HOWO ZZ3317N3867W” markalı **-JV-***, ** -JV-*** dövlət nömrə nişanlı avtomobilləri satın almaq təklif edilmiş, əks halda avtomobillərin satılacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı1 və İddiaçı2 2015-ci il 10 mart tarixində SL və YH-yə qarşı iddia ərizəsi ilə və 13 oktyabr tarixində iddianın həcminin artırılmasına dair ərizə ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsin müraciət edərək onlarla SL arasında bağlanmış 2012-ci il 2 iyul tarixli, 2012-ci il 9 iyul tarixli, 2012-ci il 26 sentyabr tarixli, 2012-ci il 1 noyabr tarixli, 2013-cü il 4 fevral tarixli daxili maliyyə lizinqi müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən SL-ə ödənilmiş pulların onlara qaytarılması, həmin müqavilələr üz rə İddiaçı1 və İddiaçı2 lizinqə verilmiş 20 ədəd avtomaşına görə SL-ə verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomaşınların 2/5 hissəsi üzərində İddiaçı1 və İddiaçı2-nin mülkiyyət hüquqlarının tanınması, müqavilələrin 4.2-ci bəndlərinə dəyişiklik edilərək, həmin müqavilələr üzrə ödənilməmiş qalıq borcun hesablanaraq İddiaçı1 və İddiaçı2 tərəfindən SL-ə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin SL-ə həvalə edilməsi, İddiaçı1 və İddiaçı2 tərəfindən YH-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun YH-dən tutularaq İd diaçı1 və İddiaçı2-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. İlkin iddia ərizəsi və iddianın əsasının dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, SL ilə İddiaçı1 arasında 2012-ci il 2 iyul tarixində DLM231 N-li, 2012-ci il 26 sentyabr tarixli DLM290 N-li, 2012-ci il 1 noyabr tarixli DLM302 N-li daxili maliyyə lizinqi müqavilələri bağlanmış və ümumi dəyəri 425.000 manat olan müqavilələrə 1 N-li əlavədə göstərilən əmlaklar mülkiyyət hüququ ilə əldə edilməsi üçün muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd olunan müqavilələr üzrə İddiaçı1 tərəfindən ilkin ödəniş kimi 259.580 manat, sonralar isə lizinq ödənişi kimi 2012-ci il 14 avqust tarixindən 2014-cü il 11 sentyabr tarixinədək mütəmadi olaraq cəmi 241.010 manat ödəniş aparılmışdır. SL ilə İddiaçı2 arasında 2012-ci il 9 iyul tarixində DLM237 N-li, 2013-cü il 4 fevral tarixində DLM326 N-li daxili maliyyə lizinqi müqavilələri bağlanılmış, ümumi dəyəri 460.000 olan əmlak sonuncunun mülkiyyət hüququ ilə əldə edilməsi üçün muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd olunan müqavilələr üzrə İddiaçı2 tərəfindən ilkin ödəniş kimi 263.500 manat, sonralar isə lizinq ödənişi kimi 2012-ci il 14 avqust tarixindən 2014-cü il 11 sentyabr tarixinədək mütəmadi olaraq 208.400 manat ödəniş aparılmışdır. Sözügedən müqavilələr üzrə İddiaçı1 və İddiaçı2 SL-dən 20 ədəd yük avtomobilini lizinqə götürmüşlər. Həmin müqavilələrin şərtlərinə əsasən avtomaşınların lizinq ödənişləri tam bitdikdən sonra avtomaşınlar İddiaçı1 və İddiaçı2-nin mülkiyyəti nə keçməli idi. İddiaçı1 və İddiaçı2 birlikdə cəmi 972.490 manat lizinq ödənişi etmişlər və 321.400 manat borc qalmışdır. Sonradan İddiaçı1 tərəfindən əlavə olaraq 28.550 manat və İddiaçı2 tərəfindən 32.380 manat lizinq ödənişi edilmişdir. 2014-cü ilin əvvəllərində İddiaçı1 və İddiaçı2-nin yük daşıma müqavilələrinin müddəti başa çatdığından, yeni müqavilə bağlamaq və iş götürməklə bağlı problemlər olduğundan ödənişlərin aparılmasında gecikmələr olmuşdur. Mübahisəli nəqliyyat vasitələləri üzərində İddiaçı1 və İddiaçı2-nin 2/5 hissədə mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, ödəniş sənədlərindən və kassa mədaxil orderlərindən də müəyən olunur ki, İddiaçı1 və İddiaçı2 həmin nəqliyyat vasitələrinin dəyərinin 40 % ilkin olaraq lizinq müqavilələri bağlanmamışdan əvvəl avtomaşının satıcısına, y əni YH-ya ödəmişlər. Tərəflər arasında imzalanmış daxili maliyyə lizinqi müqavilələrinin 1-ci bəndində də göstərilmişdir ki, lizinqverən müqavilələrin ayrılmaz tərkib hissəsi olan 1 N-li əlavədə göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinqalanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lakin göründüyü kimi lizinqverən həmin öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, lizinqverən həmin lizinq obyektlərini özü alıb mülkiyyətinə keçirməli və mülkiyyətində olan əmlakı lizinqə verməli olduğu halda lizinq obyektlərinin 40 %-dən də bir qədər artıq məbləği, yəni cəmisi 523.080 manatı lizinq obyektini satan YH-ya ödəmişdir. SL İddiaçı1 və İddiaçı2 aldadaraq onların öz pulları ilə şərikli aldığı avtomaşınları lizinq müqaviləsi adı altında ağı r şərtlərlə onlara lizinqə vermişdir. Həmin müqavilələrin surətləri İddiaçı1 və İddiaçı2 yalnız 2014-cü ilin sentyabr ayında təqdim edilmişdir. Əslində isə sözügedən müqavilələr tam olaraq lizinq müqaviləsi hesab edilə bilməz. Avtomaşınların yalnız 60 faizinə münasibətdə lizinq müqaviləsindən söhbət gedə bilər. Belə olan təqdirdə həmin lizinqə verilmiş 20 ədəd avtomaşınların 2/5 hissəsi İddiaçı1 və İddiaçı2 mülkiyyətinə keçirilməli, qalan 60 % lizinq ödənişinin ödənilməmiş qalan hissəsi hesablanaraq həmin məbləğin ödənilməsi üçün İddiaçı1 və İddiaçı2 əlavə müddət verilməlidir. Məhkəmə prosesləri zamanı müəyyən edilmişdir ki, SL tərəfindən sözügedən lizinq müqavilələri imzalanarkən faktiki olaraq İddiaçı1 və İddiaçı2 aldadılmışlar, onlar razılaşdıqları şərtlərlərlə razılığa gəldikləri müqav iləni deyil, tamamilə başqa şərtlərlə və tamamilə başqa lizinq müqaviləsi bağlamışlar. Belə ki, SL hansı maliyyə vəsaiti hesabına avtomaşınları əldə edəcəyini, hansı bankdan hansı faizlərlə kredit götürdüyünü onlara bildirməmişdir. Avtomaşınların dəyərinin 40 %-i əvvəlcədən lizinqverən SL-in tapşırığına əsasən əvvəlcədən satıcı YH-ya lizinq götürən şəxslər tərəfindən ödənildiyi halda tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi deyil, üçtərəfli alqı-satqı müqaviləsi ola bilərdi. Qüvvədə olan mülki qanunvericiliyə əsasən lizinq müqaviləsi lizinq verənin maliyyə vəsaiti hesabına əldə etdiyi lizinq obyektinin müəyyən şərtlərlə lizinq alana verilməsindən ibarətdir. Hazırki müqavilələrdə isə lizinq verən lizinq alanın pul vəsaitləri və özünün yuxarı faizlə götürdüyü kreditlər hesabına əldə etdiyi avtomaşınları lizinqalanın vəziyyətini əvvəlcədən ağırlaşdıran şərtlərlə lizinqverənə verilməsindən ibarət olmuşdur ki, bununla da lizinqverən lizinqalanları adatmış, onların vəziyyətini ağırlaşdıran şərtlərlə müqavilə imzalamışdır. İddiaçı1 və İddiaçı2 vacib əhəmiyyətli yanılmanın təsiri altında lizinq müqavilələri bağlamışlar. Əslində onlar avtomaşınları əldə etmək üçün kifayət qədər pulları olmadığına görə SL-ə müraciət edərək öz pullarının hesabına alınan avtomaşınları onların adına almağı, qalan avtomaşınları isə ya kreditlə, ya da avtomaşınların yalnız bir hissəsinin lizinqlə alınmasını xahiş etmişlər. SL və YH isə İddiaçı1 və İddiaçı2 bildirmişlər ki, verdikləri 528.080 manat məbləğində maşınlar alqısatqı yolu ilə alınaraq İddiaçı1 və İddiaçı2 mülkiyyətinə keçiriləcək, qalan avtomobillər isə kredit müqaviləsi və ya lizinq müqaviləsi əsasında İddiaçı1 və İddiaçı2 təhvil veriləcəkdir. Lakin sonradan SL onları aldadaraq İddiaçı1 və İddiaçı2 üçün əlverişsiz şərtlərlə lizinq müqavilələri bağlamış, əlavə olaraq onları xəbərdar etmədən zaminlik müqavilələrinə də imza etdirmiş, İddiaçı1 və İddiaçı2 pul vəsaiti hesabına əldə etdiyi avtomaşınları onlara lizinqə verməklə qanunun tələblərini pozmuşdur. Ona görə də müqavilələr etibarsızdır, onların hüquqi qüvvəsi və hüquqi nəticəsi ola bilməz. Eyni zamanda YH-ya ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pul və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində YH-dan əlavə olaraq MM-in 439, 449cu maddələrinə əsasən hesablanmış bank uçot dərəcəsi və 5 faiz m əbləğ (389.730x5%x3il=19486,5x3il)-58459,50 manat pul tutularaq İddiaçı1 və İddiaçı2-yə qaytarılmalıdır.

14. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 422.1, 425.1, 425.2, 747.1, 747.2, 747-1.1, 747-1.2, 747-1.3, 747-1.4, 747.3, 747-5.2.2, 748.3, 748.4, 748-1.1, 748-2.2, 748-2.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

15. SL 2015-ci il 28 sentyabr tarixində qarşılıqlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2-dən 359.571 manat məbləğində vaxtı keçmiş lizinq ödənişlərinin, lizinq ödənişləri gecikdirildiyi üçün hesablanmış 81.916 manat dəbbə pulunun, lizinq obyekti təhvil verilmədiyi üçün hesablanmış 308.75 8 manat dəbbə pulunun, 208.025 manat məbləğində əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun SL-in xeyrinə tutulması, “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin SL-ə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, lizinq müqavilələrinə və təhvil-təslim aktlarına əsasən SL 20 ədəd lizinq obyektini İddiaçı1 və İddiaçı2-nin müvəqqəti sahibliyinə və istifadəsinə təhvil versə də, onlar üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, nəticədə borc yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədə nkənar qaydada həll etmək məqsədi ilə SL tərəfindən yazılı bildiriş göndərilsə də, dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də heç bir nəticəsi olmamışdır. SL tərəfindən İddiaçı1 və İddiaçı2-yə göndərilən 2014-cü il 28 noyabr tarixli 474 saylı xəbərdarlıqla lizinq müqavilələrinə xitam verilmiş və SL-in mülkiyyətində olan lizinq obyektlərinin geri qaytarılması tələb edilmişdir. Lakin İddiaçı1 və İddiaçı2 2015-ci il 4 mart tarixli aktı imzalamaqla, lizinq obyektlərini qaytarmaqdan imtina etmişlər və lizinq obyektlərinə görə verilən müvafiq etibarnamələrin müddətinin bitməsinə baxmayaraq bu günə qədər 13 ədəd lizinq obyektinin qanunsuz olaraq məlum olmayan məqsədlərlə idarə edilməsini davam etdirlər. Bu günə qədər 13 ədəd lizinq obyekti SL-ə qaytarılmadığına görə hər gecikdirilmiş gün üçün avto maşının cari dəyərinin 0,5% məbləğini təşkil edən dəbbə pulu ödənilməlidir (müqavilənin 5.8, 10.3-cü bəndləri, MMin 748-1.9-cu maddəsi). Bundan başqa, 13 avtomaşın qaytarılmadığına görə SL-ə hər ay zərər dəyir. Həmin avtomaşınlar digər müştərilərin lizinqinə verilsəydi dekabr 2014 – sentyabr 2015-ci il dövrü üçün orta hesabla 208.025 manat gəlir (əldən çıxmış fayda) əldə edilə bilərdi.

17. Qarşılıqlı iddia tələbi MM-in 21, 442, 443.1, 443.4, 445.1, 445.2, 470.1, 472.1, 472.2, 748-1.8, 748-1.9, 748-1.12.4, MPM-in 35.3, 155.1, 155.3-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. 18. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 21 dekabr tarixli 2(81)1087/2015 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmu şdur: əgər ödənişlər qrafik üzrə əsas və faiz borcunun tutulmasına dair edilərsə iddiaçıların lizinq müqavilələri üzrə SL-ə ödənilməli olan qalıq əsas borcu və faiz borcu nə qədərdir?

19. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2016-cı il 26 may tarixli 2374 saylı ekspert rəyinin nəticə hissəsində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və daxili maliyyə lizinqi müqaviləsinin şərtləri əsas götürülməklə göstərilmişdir ki, 2014-cü il 28 noyabr tarixinədək (qarşılıqlı iddia ərizəsində göstərilən tarixə): 19.1. 2012-ci il 2 iyul tarixli DLM 231 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 87.932,52 manat (o cümlədən əsas borc 83.482, 78 manat, faiz borcu 4.449,74 manat, dəbbə borcu 0,00 manat); 19.2. 2012-ci il 9 iyul tarixli DLM237 saylı müqavilə (İddiaçı2) üzrə ümumi borc 72.381,63 manat (o cümlədən əsas borc 71.358,58 manat, faiz borcu 1.023,05 manat, dəbbə borcu 0,00 manat); 19.3. 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 96.158,16 manat (o cümlədən əsas borc 70.478,05 manat, faiz borcu 25.680,11 manat, dəbbə borcu 0,00 manat); 19.4. 2012-ci il 1 noyabr tarixli DLM302 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 16.783,50 manat (o cümlədən əsas borc 11.409,95 manat, faiz borcu 5.373,55 manat, dəbbə borcu 0,00 manat); 19.5. 2013-cü il 4 fevral tarixli DLM326 saylı müqavilə (İddiaçı2) üzrə ümumi borc 73.083,08 manat (o cümlədən əsas borc 69.093,59 manat, faiz borcu 3.989,49 manat, dəbbə borcu 0,00 manat) təşkil edir. 20. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 8 iyul tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi ilə: 20.1. İddiaçı1-in və İddiaçı2-nin ilk iddiası qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri – “HOWO ZZ3317N3867W” markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomaşınlara dair SL-in adına olan 2012-ci 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələri ləğv edilmiş, həmin avtomaşınlar üzərində İddiaçı1 və İddiaçı2-nin mülkiyyət hüququ tanınmışdır, ilkin iddia qalan hissədə rədd edilmişdir. 20.2. SL-in qarşılıqlı iddiası qismən təmin edilərək İddiaçı1-in və İddiaçı2-n in 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun SL-ə ödənilməsinin təmin edilməsi üçün “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomaşınların İddiaçı1 və İddiaçı2-dən alınaraq SL-ə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pulun 25 manatının müştərək qaydada İddiaçı1 və İddiaçı2-dən, 25 manatının SL-dən dövlət büdcəsinə tutulması qət edilmişdir (hakim – V.Baxışova).

21. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

22. İddiaçı1 və İddiaçı2 YH-yə 389.730 m anat ödəniş etdiklərini bildirsələr də, bunu təsdiq edən sübutlar təqdim etməmişlər.

23. YH ilə bağlanmış alqı-satqı müqavilələri üzrə iddia müddəti ötdüyündən ilkin iddia YH-yə münasibətdə əsassız hesab edilmişdir.

24. İddianın əsasının dəyişdirilməsi barədə ərizədə qeyd olunan hallar lizinq müqavilələrini imzalayarkən İddiaçı1 və İddiaçı2-yə məlum olduğundan, həmin müqavilələrin etibarsız hesab edilməsi barədə 2015-ci il 21 dekabr tarixində iddia qaldırmaqla bir illik iddia müddəti ötürüldüyündən müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr üzrə ödənilmiş vəsaitin geri qaytarılması hissəsində iddia əsassızdır.

25. Müqavilələrin bağlanması azad olduğundan lizinq müqavilələrinin 4.2-ci bəndlərinə dəyişiklik edilərək müqavilələr üzrə ödənilməmiş qalıq borcunun hesablanaraq İddiaç ı1 və İddiaçı2 tərəfindən SL-ə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin SL-ə həvalə edilməsi hissəsində də iddia əsassızdır.

26. İddiaçı1 və İddiaçı2 tərəfindən lizinq verənə 660.250 manat ödənilsə də, dəyəri tam ödənilmiş avtomaşınların onların mülkiyyətinə verilməsi təmin edilməmişdir.

27. SL İddiaçı1 və İddiaçı2-dən geri aldığı avtomaşınları müqavilənin şərtlərini pozaraq satışa çıxarmamışdır. Halbuki SL avtomaşınları sataraq əldə etdiyi gəirləri İddiaçı1 və İddiaçı2-nin borcunun bağlanmasına yönəltməli idi. İddiaçı1 və İddiaçı2-dən həm borcun, həm də avtomaşınların tələb edilməsi müqavilə şərtlərinə uyğun deyildir. Ona görə də qarşılıqlı iddia pul tələbi hissəsində təmin edilməməlidir.

28. Dəbbə pulu tənasübsüz olduğundan cəmi 1 0.000 manat müəyyən edilmişdir.

29. Ekspert rəyinə uyğun olaraq, dəbbə pulu hesablanmazsa, müqavilələrə xitam verildiyi tarixə İddiaçı1 və İddiaçı2-nin SL-ə cəmi 346.338,89 manat vaxtı keçmiş borcu vardır.

30. Ekspert rəyi qarşılıqlı iddiaya əlavə edilən hesabatdakl rəqəmlərə uyğun olmadığından məhkəmə rəylə razılaşmır. 31. 6 avtomaşının təhvil verildiyini nəzərə alaraq qarşılıqlı iddia müqavilələrə xitam verildiyi tarixə İddiaçı1 və İddiaçı2-nin SL-ə olan 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcun və 10.000 manat dəbbə pulunun (cəmi 612.986,86 manat) ödənilməsinin təmin edilməsi üçün 6 avtomaşının qaytarılması hissəsində təmin edilməli, dəyəri lizinq şirkətinə ödənilmiş 7 avtomaşının İddiaçı1 və İddiaçı2-dən alınması hissəsində rədd edilməli, ilkin iddia həmin avto maşınlara dair qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və onların üzərində İddiaçı1 və İddiaçı2-nin mülkiyyət hüquqlarının tanınması hissəsində təmin edilməlidir. 32. 208.025 manat əldən çıxmış fayda ilə bağlı sübutlar təqdim edilmədiyindən qarşılıqlı iddia həmin hissədə də təmin edilməmişdir.

33. Məhkəmə bu qənaətini MM-in 354.2, 390.1, 390.3, 443.4, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. SL 2016-cı il 5 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

35. İddiaçı1 və İddiaçı2 2016-cı il 19 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və əsas iddia üzrə İddiaçı1 və İddiaçı2-nin YHyə qarşı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdirlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 19 oktyabr tarixli 2-2(103)-601/2016 saylı qərardadı (sədrlik edən – Ü.Mayılov, hakimlər –V.Ağayev və C.Yusifov) ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı1 və İddiaçı2-nin daxili maliyyə lizinqi müqavilələri üzrə SL-ə ödənilməli olan qalıq əsas borcu və faiz borcu hansı məbləğləri təşkil edir?

37. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2017-ci il 11 oktyabr tarixli 25436 saylı ekspert rəyinin nəticə hissəsi ndə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və daxili maliyyə lizinqi müqaviləsinin şərtləri əsas götürülməklə göstərilmişdir ki, 2014-cü il 28 noyabr tarixinədək (qarşılıqlı iddia ərizəsində göstərilən tarixə): 37.1. 2012-ci il 2 iyul tarixli DLM 231 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 120.213,92 manat (o cümlədən əsas borc 111.957,38 manat, faiz borcu 8.256,54 manat, dəbbə borcu 0,00 manat); 37.2. 2012-ci il 9 iyul tarixli DLM237 saylı müqavilə (İddiaçı2) üzrə ümumi borc 109.553,24 manat (o cümlədən əsas borc 103.679,41 manat, faiz borcu 5.873,83 manat, dəbbə borcu 0,00 manat); 37.3. 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 137.278,1 0 manat (o cümlədən əsas borc 120.828,84 manat, faiz borcu 16.449,26 manat, dəbbə borcu 0,00 manat); 37.4. 2012-ci il 1 noyabr tarixli DLM302 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 24.518,89 manat (o cümlədən əsas borc 23.355,67 manat, faiz borcu 1.163,22 manat, dəbbə borcu 0,00 manat); 37.5. 2013-cü il 4 fevral tarixli DLM326 saylı müqavilə (İddiaçı2) üzrə ümumi borc 153.104,23 manat (o cümlədən əsas borc 142.350,63 manat, faiz borcu 10.753,60 manat, dəbbə borcu 0,00 manat) təşkil edir.

38. Tədqiqat zamanı müəyyən edildi ki, beş ədəd daxili maliyyə lizinqi müqavilələri üzrə SL tərəfindən 95.292 manat məbləğində dəbbə pulu hesablanmışdır. Lakin həmin müqavilələr üzrə SL tərəfindən cəriməyə silinmiş ödənişlər ekspert tərəfindən əsas və faiz borcuna silinmişdir.

39. Bakı Apellyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-cı il 5 dekabr tarixli 2-2(103)-13/2017 saylı qərardadı (sədrlik edən – Ü.Mayılov, hakimlər – M.Tağızadə və K.Abiyeva) ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı1 və İddiaçı2-nin daxili maliyyə lizinqi müqavilələri üzrə SL-ə ödənilməli olan qalıq əsas borcu və faiz borcu hansı məbləğləri təşkil edir?

40. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2018-ci il 30 avqust tarixli 1846 saylı ekspert rəyinin nəticə hissəsində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və daxili maliyyə lizinqi müqaviləsinin şərtlər i əsas götürülməklə göstərilmişdir ki: 40.1. 2012-ci il 2 iyul tarixli DLM 231 saylı müqavilə (İddiaçı1) üzrə 2015-ci il 2 iyul tarixinə (müqavilə bitən müddətə) ümumi borc 120.213,92 manat (o cümlədən əsas borc 111.957,38 manat, faiz borcu 8.256,54 manat, dəbbə borcu 0,00 manat); 40.2. 2012-ci il 9 iyul tarixli DLM237 saylı müqavilə (İddiaçı2) üzrə 2015-ci il 9 iyul tarixinə (müqavilə bitən müddətə) ümumi borc 109.553,24 manat (o cümlədən əsas borc 103.679,41 manat, faiz borcu 5.873,83 manat, dəbbə borcu 0,00 manat); 40.3. 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı müqavilə (İddiaçı1) üzrə 2015-ci il 26 sentyabr tarixinə (müqavilə bitən müddətə) ümumi borc 137.278,10 manat (o cümlədən əsas borc 120.828,84 manat, faiz borcu 16.449,26 manat, dəbbə borcu 0,00 manat); 40.4. 2012-ci il 1 no yabr tarixli DLM302 saylı müqavilə (İddiaçı1) üzrə 2015-ci il 1 noyabr tarixinə (müqavilə bitən müddətə) ümumi borc 24.518,59 manat (o cümlədən əsas borc 23.355,67 manat, faiz borcu 1.163,22 manat, dəbbə borcu 0,00 manat); 40.5. 2013-cü il 4 fevral tarixli DLM326 saylı müqavilə (İddiaçı2) üzrə 2016-cı il 4 noyabr tarixinə (müqavilə bitən müddətə) ümumi borc 153.104,23 manat (o cümlədən əsas borc 142.350,63 manat, faiz borcu 10.753,60 manat, dəbbə borcu 0,00 manat) təşkil edir.

41. Tədqiqat zamanı müəyyən edildi ki, beş ədəd daxili maliyyə lizinqi müqavilələri üzrə SL tərəfindən 95.292 manat məbləğində dəbbə pulu hesablanmışdır. Cərimələrin hesablanması barədə mühasibat sənədləri təqdim edilməmiş və ödəniş qəbzlərində cəriməyə silinmə nəzərə alınmamışdır. Bu səbəbdən həmin daxili maliyyə li zinqi müqavilələri üzrə SL tərəfindən cəriməyə silinmiş ödənişlər ekspert tərəfindən əsas və faiz borcuna silinmişdir.

42. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 noyabr tarixli 2-2(103)-07/2018 saylı qətnaməsi ilə: 42.1. İddiaçı1 və İddiaçı2-nin apellyasiya şikayəti təmin edilməmiş, 42.2. SL-in apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı iş üzrə 2016-cı il 8 iyul tarixli qətnaməsi qismən – “İddiaçı1 və İddiaçı2-nin iddiasının qismən təmin edilməsi, onlar tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri – “HOWO ZZ3317N3867W” markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomaşınlara dair SL-in adına olan 2012-ci il 26 sentyabr, 2012- ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomaşınlar üzərində İddiaçı1 və İddiaçı2-nin mülkiyyət hüququnun tanınması” və “SL-in qarşılıqlı iddiası qismən təmin edilərək İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun SL-ə ödənilməsinin təmin edilməsi üçün “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomaşınların İddiaçı1 və İddiaçı2-dən alınaraq SL-ə qaytarılması” hissələrində ləğv edilmiş, 42.3. həmin hissədə yeni qətnamə qəbul edilərək SL-in qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 cəmi 473.168,91 manat borc və 30 manat dövlət rüsumunun SL-in xeyrinə tutulması və “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **-JV***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin SL-ə qaytarılması qət edilmiş, 42.4. qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ü.Mayılov, hakimlər – M.Tağızadə və K.Abiyeva).

43. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

44. İlkin iddia üzrə YH-yə qarşı tələb, müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr üzrə ödənilmiş vəsaitin geri qaytarılması tələbi, lizinq müqavilələrinin 4.2-ci bənd lərinə dəyişiklik edilərək müqavilələr üzrə ödənilməmiş qalıq borcunun hesablanaraq İddiaçı1 və İddiaçı2 tərəfindən SL-ə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin SL-ə həvalə edilməsi tələbi, habelə qarşılıqlı iddia üzrə 208.025 manat əldən çıxmış fayda tələbi hissəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda § 25 və § 36).

45. Lizinqə verilmiş 20 maşından 1-i qəza nəticəsində məhv olduğundan onun qalıq dəyəri sığorta şirkəti tərəfindən lizinq verənə ödənilmiş və mübahisə predmetinə aid olmamışdır.

46. Həm qanuna, həm də müqaviləyə (11.1-ci bənd) görə, yalnız müqavilə üzrə müəyyən edilmiş məbləğlər, o cümlədən dəbbə pulu və cərimələr ödənildikdən sonra mülkiy yət hüququnun lizinq alana keçməsi mümkündür. Həmin şərtlərin lizinq alan tərəfindən icra edilməməsi onun avtomaşınlar üzrə iddialarını istisna edir.

47. Avtomaşınların dəyərinin 765.000 manatı lizinq verən, 119.400 manatı lizinq alanlar tərəfindən ödənilmişdir. Müqavilələr üzrə cəmi 95.250 manat lizinq verən tərəfindən ödənilmişdir (bu, ekspert rəyində nəzərə alınmamışdır). Beləliklə, lizinq müqavilələri üzrə lizinq verən tərəfindən ümumilikdə 860.250 (765.000+95.250) manat ödənilmişdir.

48. Həmçinin tərəflər razılığa gəlmişlər ki, müqavilələrin sonunadək lizinq verənə 297.818,91 manat faizlər ödənəcək.

49. İddiaçı1 və İddiaçı2 müqvilələr üzrə 120.000 manat ilkin ödəniş, 18.350 manat bank mükafatı və xərcləri və 521.900 manat ödəniş etmişlər.

50. Lizinq müqvilələri üzrə əsas borc və faizl ər 1.158.068,91 manat təşkil edir.

51. İddiaçı1 və İddiaçı2 alınmış 6 avtomaşın lizinq verən tərəfindən üçüncü şəxslərə 163.600 manata özgəninkiləşdirilmişdir.

52. Birinci instansiya məhkəməsində işə baxılarkən lizinq müqavilələrinin müddəti bitmişdir.

53. Qeyd olunanlara əsasən, İddiaçı1 və İddiaçı2 müqavilələrin bitmə tarixinə borcu 473.168,91 manat (1.158.068,91 – 521.900 – 163.600) təşkil edir.

54. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 354.2, 390.1, 390.3, 443.4, 748-1.8, 748-2.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

55. SL 2019-cu il 28 yanvar tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, 2018-ci il 23 noyabr tarixli qətnaməyə qarşılıqlı iddianı tam təmin etməklə (dəbbə pulu və əldən çıxmış fayda nəzərə alınmaqla) dəyişiklik edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.

56. İddiaçı1 və İddiaçı2 2019-cu il 15 mart tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, 2018-ci il 23 noyabr tarixli qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 iyun tarixli 2-2(102)-201/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 23 noyabr tarixli 2-2(103)-07/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər – K.Bədəlov, S.Hüseynova).

58. Kassasiy a instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 59. 528.080 manatın İddiaçı1 və İddiaçı2 tərəfindən avans olaraq üçtərəfli müqavilələrə əsasən YH-yə ödənilməsi işin mübahisələndirilməyən halıdır və bu halı tərəflər təkzib etmirlər, ödəniş qəbzlərinin surətləri iş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə həmin qəbzlərin əsllərinə baxış keçirərək İddiaçı1 və İddiaçı2 qaytarılmışdır, bu barədə məhkəmə iclas protokolunda da müvafiq qeydlər vardır (2-ci cild, i/v 330).

60. İddiaçı1 və İddiaçı2 528.080 manatın YH-yə ödənilməsini sübut etdiklərindən, bunun əksini – pulların qaytarılmasını zəruri bank, yaxud məxaric sənədlərinə istinad etməklə və onları təqdim etməklə sübut etmək isə YH-nin vəzifəsidir. İş materallarında isə həmin mə bləğdən 138.000 manatın aidiyyəti üzrə ödənilməsinə dair sənəddən və maraqlı tərəfin heç bir konkret sübuta söykənməyən izahatından başqa heç bir mötəbər sübut yoxdur.

61. Həmin məbləğin tələb edilməsinə dair iddia müddəti ötürülməmişdir (lizinq müqavilələrinə birtərəfli qaydada 2014-cü il 28 noyabr tarixində xitam verildiyi və İddiaçı1 və İddiaçı2 2015-ci ilin mart ayında məhkəməyə müraciət etməsi nəzərə alınarsa).

62. Müqavilələr üzrə bu müddətdə aparılmış ümumi ödənişlərin məbləği və avtomaşınların həmin məbləğlərə uyğun razılaşdırılmış dəyərləri nəzərə alınmaqla, dəyəri faktiki ödənilmiş avtomaşınların İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi məsələsi də apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir.

63. İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş 7 maşına dair lizinq verənin adına verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomaşınlar üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun tanınması hissəsində iddia tələbi faktiki həll edilməmiş qalmışdır.

64. İddiaçı1 və İddiaçı2 həm borcun, həm avtomaşınların tələb edilməsi müqaviləyə uyğun deyil, qarşılıqlı iddianın pul tələbi ilə bağlı hissəsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İddiaçı1 və İddiaçı2 həm 473.168,91 manat borcun tutulması, həm də faktiki dəyəri ödənilmiş avtomaşınlarla birlikdə bütün avtomaşınların qaytarılması barədə nəticəyə gəlməklə məhkəmə səhv qərar vermişdir.

65. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müqavilələrə xitam verilən tarixə iddiaçıların ödədiyi 521.900 manat məbləğin 61.321 manat hissəsi dəbbə pulu borcuna çı xılmasa İddiaçı1 və İddiaçı2 2014-cü il 28 noyabr tarixinə vaxtı keçmiş borcu cəmi (820.150-521.900=298.250) 298.250 manat təşkil edir.

66. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2016-cı il 26 may tarixli 2374 saylı rəyi ilə dəbbə pulu borcu nəzərə alınmadan İddiaçı1 və İddiaçı2 2014-cü il 28 noyabr tarixinə vaxtı keçmiş borc məbləğinin cəmi 346.338,89 manat olduğu müəyyən edilmiş, məhkəmə isə İddiaçı1 və İddiaçı2 vaxtı keçmiş borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləğinin qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş hesabatdakı rəqəmlərlə uyğun olmadığını nəzərə alaraq ekspert rəyi ilə razılaşmamışdır.

67. İşə apellyasiya qaydasında baxılarkən iki dəfə təyin edilmiş məhkəmə ekspertizaları nəticəsində də müxtəlif rəylər verilsə də, apel lyasiya məhkəməsi tərəfindən bu rəylərin MPMin 88-ci və 103-cü maddələri baxımından düzgün qiymətləndirilməsi təmin edilməmişdir.

68. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, İddiaçı1 və İddiaçı2 lizinq müqavilələri üzrə apardıqları bütün ödənişlər nəzərə alınmaqla onların faktiki borcları, bu borcların yaranması və gecikdirilməsi səbəbləri dəqiq müəyyən edilməli, yeddi il ərzində İddiaçı1 və İddiaçı2 sahibliyində və istifadəsində olan yük avtomobillərinin faktiki və real dəyərləri müəyyən edilməli, sübutların MPM-in 88-ci maddəsinə uyğun olaraq qiymətləndirilməsi aparılmaqla mübahisənin obyektiv, qanuni və ədalətli həlli təmin edilməlidir.

69. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 404.1, 404.2, 418.1, 467, 747.1, 747.3, MPMin 77.1, 88, 103, 220.5-ci maddələrinə, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “S.Əliyevanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli, “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2006cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

70. Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2-2(103)-840/2019 saylı qətnaməsi ilə: 62.1. İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, 62.2. SL-in apellyasiya şikayəti qismən təmin edilmiş, 62.3. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 8 iyul tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi qismən – “İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, onlar tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri – “HOWO ZZ3317N3867W” markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair SL-in adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomaşınlar üzərində İddiaçı1 və İd diaçı2 mülkiyyət hüququnun tanınması” və “SL-in qarşılıqlı iddiası qismən təmin edilərək İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun SL-ə ödənilməsinin təmin edilməsi üçün “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomaşınların İddiaçı1 və İddiaçı2 alınaraq SL-ə qaytarılması” hissələrində ləğv edilmiş, 62.4. həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 və İddiaçı2 ilk iddiası “onlar tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri – “HOWO ZZ3317N3867W” markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişa nlı avtomaşınlara dair SL-in adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomaşınlar üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun tanınması” hissəsində rədd edilmiş, 62.5. SL-in qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 cəmi 312.332 manat borc (241.342 əsas borc, 70.990 manat faiz), 1.000 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun SL-in xeyrinə tutulması və “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **JU-***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin SL-ə qaytarılmas ı, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – İ.Əhmədov, hakimlər – S.Seyidova və V.Məmmədov).

71. Apellyasiya instansiya məhkəməsinin ilkin iddia üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

72. Lizinq müqavlələrinin etibarsızlığı üçün hər hansı əsasın mövcudluğu işin halları ilə müəyyən edilmir. Həm də İddiaçı1 və İddiaçı2 etibarsızlıq üçün istinad etdiyi normaların birinin tətbiqi digərini istisna edir. Məhkəmə haqlı olaraq lizinq müqavilələrinin ləğv edilməsinə və pulun qaytarılmasına dair tələblərini rədd etmişdir. İddiaçı1 və İddiaçı2 əqdləri mübahisələndirmək əvəzinə, avtomaşınları istifadə edib onları qismən icra etmişlər. Həmçinin əqdlərin mübahisələndirilməsi üçün kəsici müddət ötmüşdür. Lizinq müqavilələri bağlandığı andan etibarlı olduğundan həmin müqavilələr üzrə edilmiş lizinq ödənişlərinin qaytarılması üçün əsas yoxdur.

73. Lizinqə verilmiş 20 avtomaşına görə SL-ə verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomaşınların 2/5 hissəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının tanınması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil. Məhkəmə mücərrəd şəkildə qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən lizinq verənə 660.250 manat ödənilsə də, dəyəri tam ödənilmiş avtomaşınların onların mülkiyyətinə verilməsi təmin edilməmişdir. Məhkəmə bu hissədə tələbin hüquqi əsasını göstərməmiş, tələbin qeyir-müəyyən (avtomaşınların 2/5 hissəsi) olmasına baxmayaraq 7 avtomaşının qeydiyyat şəhadətnamələri ləğv edilərək həmin avtomaşınların üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqları tanınmışdır. Maşınların lizinq alanın mülkiyyətinə keçməsinin əsas şərti bütün lizinq ödənişlərinin edilməsidir. İddiaçı1 və İddiaçı2 tərəfindən lizinq ödənişlərinin tam həyata keçirilməsini təsdiqləyən sübut yoxdur. Məhkəmənin bəzi avtomaşınlar üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının tanınması barədə gəldiyi nəticə MM-in və lizinq müqavilələrinin müddəalarına zidd olmuşdur.

74. Müqavilələr üzrə ödənilməmiş qalıq borcunun hesablanaraq İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdehə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin SL-ə həvalə edilməsi tələbinin rədd olunması barədə məhkəmənin nəticəsi qanuni və əsaslıdır.

75. YH-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı nəzərə alınm amış 389.730 manatın və həmin vəsaitin əsassız özündə saxlanması nəticəsində hesablanmış 58.459,50 manatın YH-dən tutularaq İddiaçı1 və İddiaçı2 qaytarılması tələbi əsaslı deyil. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi rayon prokurorluğunun 2015ci il 15 oktyabr tarixli qərarında pulun qaytarılması ilə bağlı sənədlərin saxta olmaması ekspert rəyi ilə öz təsdiqini tapdığından (həmin qərar ləğv edilməmişdir) ilkin iddia tələbi bu hissədə təmin edilə bilməz.

76. İddia müddətinin ötürülməməsinə dair İddiaçı1 və İddiaçı2 dəlili də əsaslı deyil. Çünki YH 389.730 manatın qaytarılması öhdəliyini lazımınca icra edib. Mövcud olmayan öhdəlik üzrə iddia müddətinin ötürülüb-ötürülməsi müzakirə oluna bilməz. Digər tərəfdən, buradakı müddət müqavilədən irəli gələn 3 illik müddət deyildi r. Çünki YH ilə İddiaçı1 və İddiaçı2 arasındakı müqavilə münasibətlərinin (alqı-satqı) lizinq müqavilələri ilə hər hansı bağlılığı yoxdur. Eyni zamanda, hətta müqavilə üçtərəfli alqı-satqı müqaviləsi olsaydı belə, pulun qaytarılmasının əsasını müqavilə deyil, əsassız varlanma təşkil edə bilərdi. Çünki həmin müqavilələr üzrə pulun ödənilməsi vəzifəsini İddiaçı1 və İddiaçı2 deyil, lizinq verən daşıyırdı (müqavilələrin 4.3.1-ci bəndi). İddiaçı1 və İddiaçı2 YH-yə ümumilikdə 384.580 manat pulu 2012-ci il 20 sentyabr tarixinədək ödəmiş, YH-yə qarşı iddianı isə 2015-ci il 13 oktyabr tarixində vermişlər. İddiaçı1 və İddiaçı2 tərəf olduqları alqı-satqı müqavilələri üzrə öhdəlikləri barədə məlumatlı olmadıqlarını irəli sürmələri qəbul edilə bilməz. Odur ki, tələbin mövcudolma ehtimalında belə, 2 ill ik müddət ötürülmüşdür. YH də iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.

77. Apellyasiya instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

78. Apellyasiya icraatı zamanı son məhkəmə iclasında SL-in nümayəndəsi “359.571 manat vaxtı keçmiş lizinq ödənişlərinin lizinq verənin xeyrinə tutulması” tələbi ilə bağlı dəqiqləşmə verərək cəmi 312.332 manat borc (241.342 manat əsas borc, 70.990 manat faiz) tutulmasını xahiş etmişdir. Ona görə də İddiaçı1 və İddiaçı2 bu məbləğ tutulmalıdır. 79. “lizinq ödənişlərinin gecikdirilməsinə görə 81.916 manat dəbbə pulunun ödənilməsi” tələbi qismən əsaslıdır. Dəbbə pulu 1.000 manat olmalıdır. 80. “avtomaşınlar təhvil verilmədiyi üçün 308.758 manat dəbbə pulunun ödənilməsi” tələbi əsaslı deyil. Lizinq müqavilələrinə 2014-cü i l 28 noyabr tarixində xitam verildiyi üçün ondan sonrakı müddət üçün dəbbə pulunun əsası yoxdur. Çünki ondan sonrakı dövr üçün dəbbə pulunun ödənilməsi barədə başqa razılaşma yoxdur. 81. “208.025 manat əldən çıxmış faydanın ödənilməsi” barədə birinci instansiya məhkəməsi haqlıdır. Əldən çıxmış fayda barədə sübutlar (geri alınmış maşınların digər müştərilərə verilməsi, bundan gəlir əldə edilməsi) olmadığından qarşılıqlı iddia tələbi həmin hissədə rədd edilməlidir. 82. “13 avtomaşının qaytarılması” tələbi əsaslıdır.

83. Məhkəmə öz qətnaməsini MM-in 337.5, 347, 354.2, 372.1, 390.1, 390.3, 424.2, 424.4, 463.1, 467, 528, 560.2, 560.3.4, 747.1, 748-1.8, 748-1.12.4, 748-2.1, 748-2.2, 7482.5, 748-10.1, 1095-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

84. İddiaçı1 və İddiaçı2 2020-ci il 24 fev ral tarixində həmin qətnamədən hər biri ayrıayrılıqda kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddialarının tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətlərinin dəlilləri

85. Lizinq müqavilələrinin etibarsız hesab edilməməsi düzgün olmayıb. Çünki həmin müqavilələlər ağır şərtli əqdlərdir, müqavilələr tərtib edilərkən dispozitiv normalardan ancaq bir tərəfin xeyrinə istifadə olunub - MM-də müqavilə ilə başqa qayda müəyyən edilməsinə imkan verildiyi bütün hallarda qoyulan “başqa” qaydalar lizinq verənin xeyrinə, lizinq alanın isə ziyanınadır, faiz və cərimələrə silinən məbləğlər bütün hallarda əsas borca silinən məbləğləri üstələyir.

86. Müqavilənin etibarsızlığı ilə bağlı tə ləb irəli sürülməsi hüquqdan sui-istifadə olması barədə məhkəmənin nəticəsi yanlışdır. Çünki İddiaçı1 və İddiaçı2 müqavilənin ləğvini, öhdəliklərdən azad edilmələrini deyil, müqavilə şərtlərinin dəyişdirilməsini tələb ediblər. Tərəfin, yəni İddiaçı1 və İddiaçı2 güvəndiyi şəraitlə sonradan yaranmış şərait tamamilə fərqlidir və yeni şəraitdə (iqtisadi böhranın, devalvasiyanın baş verməsi) tərəflər arasında mövcud olan münasibətlər MM-in 560-cı maddəsi ilə deyil, 422-ci maddəsi ilə nizamlanmalıdır. MM-in 748.4-cü maddəsi də lizinq alana müqavilənin müddətini uzatmaq hüququ versə də, lizinq verən İddiaçı1 və İddiaçı2 təklifini qəbul etməməklə əslində özü hüquqdan sui-istifadə edib.

87. Lizinq müqavilələri bağlandığı andan etibarlı olduğundan MM-in 337.5-ci maddəsinin tətbiqinin (ödənilmiş vəsa itin geri qaytarılması ilə bağlı) istisna olunması qənaəti yanlışdır. Belə ki, lizinq müqavilələri etibarsız olduğundan (MM-in 354-cü maddəsi) əhəmiyyətsiz əqdlər üzrə iddia müddəti əqdin icrasına başlandığı gündən, mübahisələndirilən əqdlər üçün isə bu halda əqdin etibarsız sayılmasına əsas verən halları iddiaçının bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmçinin əqdin etibarsızlığına əsas verən hallar, o sıradan satıcıya ödənilmiş məbləğin lizinq verənə köçürülməməsi İddiaçı1 və İddiaçı2 2014cü ilin noyabrında bəlli olub və onlar qanunla müəyyən edilmiş bir illik müddət ərzində (2015ci il martın 6-da) məhkəməyə müraciət ediblər. Bundan başqa, məhkəmə lizinq ödənişlərinin qaytarılması tələbini bütünlüklə rədd edərkən nəzərə almayıb ki, avtomaşınlar geri qaytarılırsa, bu ödənişlərin avtomaşınların satış qiymətini təşkil edən hissəsi lizinq alana qaytarılmalıdır.

88. Yeni şərtlə müqavilə bağlanması vəzifəsinin lizinq verənə həvalə edilməsi tələbinin rədd olunmasının qanuni və əsaslı olması barədə qənaəti (MM-in 390.3-cü maddəsi, həmçinin müqavilədə belə şərtin olmaması) yanlışdır. Belə ki, müqavilə azadlığı hüququ mütləq hüquq deyil və qanunla (müqavilə ilə) müəyyən edilən hallarda, o sıradan məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər (MM-in 390.3, 422, 425.2-ci maddələri). Bu halda MM-in 422.2-ci maddəsində göstərilən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsilə bağlı bütün şərtlər mövcud olub (“dövlət büdcəsində yaranmış çətinliklərlə bağlı “Azəravtoyol”un İddiaçı1 və İddiaçı2 verdiyi sifarişin icrasına görə pul ödənişini gecikdirməsi). Bununla bağlı bağlı müqavilə şərt lərinin dəyişdirilməsi (əslində müqavilə müddətinin uzadılması) vəzifəsinin lizinq verənin üzərinə qoyulmasını məhkəmədən xahiş ediblər. İddiaçı1 və İddiaçı2 dəfələrlə lizinq verənə müraciət edərək müqavilənin dəyişilmiş şəraitə uyğunlaşdırılmasını, heç olmazsa, onun icrası müddətini uzatmağı xahiş etsələr də, razılıq əldə edilməyib. Müqavilədə belə şərtin olmamasına istinad olunması da əsassızdır. MM-in 390.3, 390.5 və 390.6-cı maddələrinə əsasən, müqavilə bağlamaq vəzifəsi qanunda, yəni bu halda MM-də nəzərdə tutulubsa və bu qayda dispozitiv norma ilə müəyyən edilməyibsə, tərəflər müqavilədə bu normanın tətbiqini istisna edə və ya ondan fərqlənən şərt müəyyən edə bilməzlər.

89. Nəqliyyat vasitələrinin qeydiyyat vəsiqələrinin ləğv edilməsi və avtomaşınların 2/5 hissəsi üzərində İddiaçı1 v ə İddiaçı2 mülkiyyət hüququnun tanınmasının yanlış olması barədə məhkəmənin qənaəti və bunun üçün gətidiyi dəlillər (birinci instansiya məhkəməsinin bu hissədə tələbin hüquqi əsasını göstərməməsi, müqavilələr tam icra edilənədək lizinq obyektinin lizinq verənin mülkiyyəti olması və lizinq alanların bütün lizinq ödənişlərini ödədikdən sonra avtomaşınlara mülkiyyət hüququnu əldə edə bilmələri) əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi nəqliyyat vasitələrinin bir hissəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnu tanıyarkən MM-in 747.1, 385.1-ci maddələrinə və lizinq müqavilələrinə istinad edib. Həmçinin lizinq alanların avtomaşınların bir hissəsi üzərində ödədikləri məbləğlərə uyğun mülkiyyət hüququ yaranıb və maşınların hamısının lizinq verənə qaytarılması, üstəlik 312.332 man at ödənişlər etmək vəzifəsinin lizinq alanların boynuna qoyulması qanunsuzsur (MM-in 747-1.2, 748.3-cü maddələri). Lizinq verənin özünün tərtib etdiyi ödəniş cədvəllərində İddiaçı1 və İddiaçı2 lizinqə ödədiyi pullar onlar tərəfindən müqavilələr üzrə deyil, ümumi avtomaşınlara görə ödənilmişdir.

90. Məhkəmənin MM-in 748.1.8 və 748-1.12.4-cü maddələrinə, lizinq müqavilələrinin 10.1.2 və 10.2-ci bəndlərinə əsasən, lizinq müqavilələrinə xitam verildikdə lizinq obyektlərinin qaytarılmalı olmasına istinad edərək İddiaçı1 və İddiaçı2 olan lizinq obyektlərinin qaytarılması barədə tələbini əsaslı hesab etməsi qənaəti yanlışdır. Birincisi, məhkəmə lizinq müqaviləsinin növlərini (lizinq obyektinin müvəqqəti istifadəyə verilməsi və lizinq obyektinin satın almaq şərti ilə lizinqə verilməsi) ayırd edə b ilmədiyindən belə qənaətə gəlib. Müqavilələr normal şəkildə icra edilsəydi, lizinq ödənişləri lizinq obyektlərinin satınalma dəyəri kimi qiymətləndirilməli idi. Tərəflərdən birinin və ya hər ikisinin təqsiri üzündən və ya hər hansı başqa səbəbdən müqavilə vaxtından əvvəl ləğv edilərsə, bu halda MM-in 422.3 və 748.3-cü maddələrinə əsasən, məhkəmə tərəflərdən birinin tələbi ilə müqavilənin icrası ilə bağlı çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək müqavilənin ləğvi nəticələrini müəyyənləşdirməli idi. İkincisi, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 iyun tarixli qərarında bildirilib ki, 660.250 manat ödəniş edildiyi halda dəyəri tam ödənilmiş lizinq obyektlərinin İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi təmin edilməli idi, İddiaçı1 və İddiaçı2 müqavilələr üzrə həm borcun, həm də lizinq obyektlərinin tələb edilməsi müqavilə şərtlərinə uyğun deyil, qarşılıqlı iddianın pul tələbi ilə bağlı hissəsini məhkəmə düzgün dəyərləndirməyib. Üçüncüsü, lizinq obyektlərinin lizinq verənə qaytarılması, bütün lizinq ödənişlərinin (521.900 manat) lizinq verəndə saxlanması, üstəlik, lizinq alanın üzərinə daha 312.332 manat pul ödəmək vəzifəsinin qoyulması hüquqdan sui-istifadədir, lizinq alanın əsassız varlanması deməkdir ki, MM-in 1091-1092-ci maddələrinə əsasən belə varlanma qanunsuzdur və bu yolla əldə edilmiş məbləğlər məhrum olana qaytarılmalıdır.

91. Məhkəmə YH-yə ödənilmiş pulun qaytarılması tələbinin əsassız olması barədə qənaəti və bunun üçün gətirdiyi dəlillər (“Cinayət işinin başlanmasının rədd edilməsi barədə” B inəqədi rayon prokurorluğunun 2015-ci il 1 oktyabr tarixli qərarında pul vəsaitinin geri qaytarılmasının və kassa mədaxil orderinin kserosurətindəki imzaların İddiaçı1 və İddiaçı2 məxsus olmasının ekspertiza rəyi ilə təsdiq olunması, həmin tələb üzrə iddia müddətinin ötürülməsi) yanlışdır. Belə ki, YH-dan sənədlərin əsllərinin tələb olunmasına dair vəsatətin təmin olunmasına YH-nin nümayəndəsi məhkəmə iclasında etiraz etməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan verilən şikayətə Baş Prokurorluğun 2015-ci il 20 noyabr tarixli və 2015-ci il 18 dekabr tarixli 01-2495-ş saylı cavabında “müraciətinizdə göstərilən məsələlər mülki mübahisə xarakterli olduğundan mülki mühakimə icraatı qaydasında mavafiq məhkəməyə müraciət etmək hüququnuz vardır” göstərilmişdir. Ekspert rəyi kassa məxaric orderinin kserosurəti əsasında verildiyindən ekspert rəyi və ona əsaslanan qərar mötəbər sübut sayıla bilməzdi və qətnamənin əsasına qoyula bilməzdi. Bundan başqa, həmin tələb üzrə iddia müddəti ötürülməmişdir.

92. Qarşılıqlı iddia üzrə İddiaçı1 və İddiaçı2 lizinq ödənişlərinə görə 312.332 manat tutulmasına dair məhkəmənin nəticəsi əsassızdır. Belə ki, məhkəmə bu məbləği əsaslandırmayıb, bunu qarşı tərəflə müzakirə etmədən qeyd-şərtsiz təmin edib.

93. İşə ikinci dəfə baxan apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 28 iyun 2019-cu il tarixli qərarında iş üzrə müəyyən edilmiş göstərişlərə əməl etməmiş, maddi hüququn tətbiqində səhvə yol vermiş, bununla da MPMnin 420-ci maddəsinin tələbləri pozulmuşdur.

94. Kassasiya şikayəti MM-nin 33 7.5, 390, 422, 425.5, 747-1.2, 748.3, maddələrinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

95. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

96. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddialarının tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

97. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkilləri kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddialarının tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər.

98. Məhkəmə iclasında iştirak edən SL-in vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

99. Digər cavabdeh YH-ya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak etmədi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

100. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

101. İddiaçı1 və İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməs ini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

102. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

103. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: … 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; … 6.1.5. müqavilələr azadlığı;... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər... 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

347. Vacib əhəmiyyətli yanılma nın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyf iyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur.” “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin i radə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

418. Müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun....” “Maddə 4

22. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur...” “Maddə

424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.2. Müqavilə ləğv edilərkən tərəf lərin öhdəliklərinə xitam verilir.... 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər....” “Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muz d ödəməyə borcludur.... 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.... 748-1.12. Lizinq ve rənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir.... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlə rinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.”

104. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Mad də

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

89. Yazılı sübutlar... 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyy ən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

220. Qətnamənin məzmunu... 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır....” “Maddə 418-1. Kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahi dliyinin təmin edilməsi... 418-1.2. Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə bu Məcəllənin 418-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılarkən müvafiq təqdimatı verən məhkəmə tərkibinin daxil olduğu Ali Məhkəmənin kollegiyasının sədri iclasa sədrlik edir. İclas mülki və kommersiya kollegiyaların hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır. 418-1.3. Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda tə sbit edir....”

105. KMP-nin “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “... məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəala r olmamalıdır....”

106. KMP-nin “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarında qeyd edilmişdir ki “... məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbl əri aydın göstərilməlidir....”

107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 28 dekabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki “Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər.”

108. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd edilmişdir ki “Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səla hiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir.”. “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”

109. Az ərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının ““Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli, 1/2021 saylı qərardadında qeyd edilmişdir ki: “17. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir (MM-in 748-2.5-ci maddəsi).... 43.Həm mülki qanunvericiliyin (bax yuxarıda 17-ci bənd), həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsa s şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır. Lizinq ödənişlərinin ümumi məbləği, lizinq müqaviləsinə əlavə formasında, lizinq verən və lizinq alan tərəfindən təsdiq edilir....

58. Göründüyü kimi, MM-də lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər....

62. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi MPM-in 418-1-ci maddəsini rəhbər tutaraq Qərara aldı

1. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, l izinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektini təşkil edən bir və ya bir neçə əmlak üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.

2. Bir neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən lizinq obyektinin dəyəri üçün avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanların mülkiyyət hüquqları tanına bilməz.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

110. İş materiallarını, kassasiya şikayətin dəlillərini hərtərəfli tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, həmin hissədə işə yenidən baxılmalıdır.

111. Məhkəmə kollegiyası lizinq müqavilələri tərtib edilərkən dispozitiv normalardan ancaq lizinq verənin xeyrinə istifadə olunmasına dair kassatorun dəlilini (bax yuxarıda § 85) aşağıdakı səbəblərdən əsassız hesab edir.

112. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı MM-in 6.1.2 və 6.1.5-ci maddələrində (bax yuxarıda § 103) mülki hüququn prinsipləri kimi müəyyən edilmişdir.

113. MM-in 6.2 və 390.1-ci maddələrinə (bax yuxarıda § 103) görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər, müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə ş ərtləri qoymaqda sərbəstdirlər, azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

114. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, müqavilələri sərbəst şəkildə imzaladıqdan, onların şərtlərini qismən icra etdikdən, lizinqə götürülmüş avtomaşınlardan yararlandıqdan və nəhayət lizinq müqavilələri lizinq verən tərəfindən lizinq ödənişləri üzrə öhdəliklərin lizinq alanlar tərəfindən pozulması səbəbindən xitam olunduqdan sonra müqavilələrin ağır şərtlərlə bağlanmasına istinad edərək müqavilələrin etibarsız hesab edilməsinin tələb olunması hüquqi baxımdan əsaslı deyildir.

115. Məhkəmə kollegiyası müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürülməsinin sonradan baş vermiş iqtisadi böhran, devalvasiya nəticəsində tamamilə yeni şəraitin yaranması ilə ba ğlı olmasına dair kassatorların dəlili (bax yuxarıda § 86) ilə də razılaşmır.

116. MM-in 337.1-ci maddəsinə (bax yuxarıda § 103) görə, əqd o zaman etibarsız olur ki, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlansın.

117. Başqa sözlə, qanun o əqdləri etibarsız sayır ki, onlar bağlandığı anda qanunla müəyyənləşdirilmiş şərtlər pozulmuş olsun.

118. Əvvəla, hazırkı işdə lizinq müqavilələri bağlanarkən İddiaçı1 və İddiaçı2 istinad etdiyi iqtisadi böhran və devalvasiya şəraiti ümumiyyətlə mövcud deyildi, bu şərait müqavilələr bağlandıqdan sonra (müqavilələrin icrası zamanı) yaranmışdır. Buna görə də lizinq müqavilələri bağlanarkən iqtisadi böhran və devalvasiya şəraitinin yaranması ilə bağlı MM-də müəyyənləşdirilmiş şərtlərin pozulması halı mümkün deyildir.

119. Digər tərəfdən, əqdlərin etib arslzlığına səbəb olan halların dairəsi MM-in 339-347, 349-cu maddələrində dəqiq müəyyən edilmişdir. İqtisadi böhran və devalvasiya şəraitinin yaranması MM-də əqdlərin etibarslzlığına səbəb olan hal kimi nəzərdə tutulmamışdır. Ümumiyyətlə, həmin hallar MM-də müəyyənləşdirilmiş şərtlərin pozulması ilə nəticələnmir.

120. Məhkəmə kollegiyası İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş lizinq ödənişlərinin iddia müddətinin ötürülməməsi səbəbindən geri qaytarılmalı olmasına dair kassatorların dəlili (bax yuxarıda § 87) ilə də razılaşmır.

121. Belə ki, apellyasiya instansiyası məhkəməsi “yuxarıda göstərilmiş səbəblərdən lizinq müqavilələri bağlandıqları andan etibarlı olduqlarından həmin müqavilələr üzrə həyata keçirilmiş lizinq ödənişlərinin ilk iddiaçılara qaytarılması üçün hər hansı əsas da m övcud deyildir. Başqa sözlə, MM-in 337.5-ci maddəsinin hazırki mübahisəyə tətbiqi istisna edilir.” qənaətini iddia müddətinin ötürülməsi ilə əlaqələndirməmişdir.

122. Məhkəmənin istinad etdiyi MM-in 337.5-ci maddəsinin (bax yuxarıda § 103) iddia müddəti ilə bağlı olmaması bunu bir daha təsdiq edir.

123. İkincisi, yuxarıda göstərildiyi kimi, lizinq müqavilələrinin etibarsız hesab olunması üçün əsaslar hazırkı işdə ümumiyyətlə mövcud olmadığından bununla bağlı tələbin rədd edilməsi tamamilə əsaslı olmuşdur. Belə olan halda həmin tələb üzrə iddia müddətinin tətbiqinə ümumiyyətlə zərurət olmamışdır.

124. Bundan başqa, kassatorların avtomaşınlar geri qaytarıldıqda, lizinq ödənişlərinin avtomaşınların satış qiymətini təşkil edən hissəsinin lizinq alana qaytarılmalı olmasına dəlili də əsaslı hesa b edilə bilməz.

125. Belə ki, əvvəla, iddia ərizəsində lizinq müqavilələri üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən lizinq verənə ödənilmiş pulların İddiaçı1 və İddiaçı2 qaytarılması tələbi lizinq müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi tələbindən sonra qoyulmuş və bu tələblə əlaqələndirilmişdir.

126. Halbuki işə baxan məhkəmələr əqdin etibarsızlığı üçün əsaslar müəyyən etməmişlər.

127. Ümumiyyətlə, KMP-nin formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 107) görə, lizinq alan ödənişi geri tələb etmir, üstəlik müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq alan lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər.

128. Beləliklə, məhkəmə kolleiyası bu qənaətə gəlir ki, lizinq müqavilələri etibarsız he sab edilmədən (hazırkı işdə də lizinq müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmamışdır) və qarşılıqlı restitusiya qaydası tətbiq edilmədən həmin müqavilələr üzrə lizinq alanın həyata keçirdiyi lizinq ödənşlərinin qaytarılması tələbinin təmin olunmasının hüquqi əsasları mövcud deyildir.

129. Odur ki, məhkəmə kollegiyası həmin məsələdə apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı hüquq pozuntusuna yol verilmədiyi qənaətindədir.

130. Məhkəmə kollegiyası yeni şərtlə müqavilə bağlanması vəzifəsinin lizinq verənə həvalə edilməsi tələbinin apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız rədd olunmasına dair kassatorun dəlili (bax yuxarıda § 88) ilə də razılaşmayaraq apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir.

131. Apellyasiya instansiy ası məhkəməsi bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, haqlı olaraq bu nəticəni lizinq müqavilələrinə lizinq alanların təşəbbüsü ilə birtərəfli qaydada müvafiq dəyişikliyin edilməsi və ya lizinq verən tərəfindən müqavilyə dəyişikliklər olunması öhdəliyinin götürülməsi haqqında müddəanın müqavilələrdə nəzərdə tutulmaması, müqavilə azadlığı, müqavilə bağlamaq vəzifəsinin MM-də və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilməməsi, bu barədə MM-də də hər hansı göstəriş olmaması ilə əsaslandırmışdır (MM-in 390.1, 390.3-cü maddələri – bax yuxarıda § 103, lizinq müqavilələrinin 14.2-ci bəndləri).

132. İddiaçı1 və İddiaçı2 lizinq müqavilələri üzrə 2014-cü ildə lizinq ödəniş lərinin həyata keçirilməməsini ölkədə baş verən iqtisadi-maliyyə çətinlikləri nəticəsində yükdaşımaların həyata keçirilməsi üçün onlarla müqavilələrlərin bağlanmaması ilə, bunun da MM-in 422.1-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə izah etsələr də, istinad etdikləri halların mövcudluğunu tutarlı dəlillərlə, mötəbər sənədlərlə (məsələn, müvafiq səbəblərdən sahibkarların təsərrüfat dövriyyəsinin azalmasının nəticələrini əks etdirən maliyyə-mühasibatlıq sənədləri, vergi orqanlarına təqdim olunmuş hesabat sənədləri, sifarişçi tərəfdaşlarla yazışmalar və s.) əsaslandıra bilməmişlər. Halbuki həmin halların mövcudluğunun sübut olunması vəzifəsi, MPM-nin 77.1-ci maddəsinə görə, məhz onlara istinad edən İddiaçı1 və İddiaçı2 (bax yuxarıda § 104) üzərinə düşürdü. 1

33. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının mövcudluğu işin halları ilə müəyyən olunmadığından MM-in 422-ci maddəsi tətbiq edilərək lizinq müqavilələri üzrə ödənilməmiş qalıq borcun İddiaçı1 və İddiaçı2 tərəfindən SL-ə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin lizinq verənin üzərinə qoyulması üçün hüquqi əsaslar mövcud deyildir.

134. Məhkəmə kollegiyası maşınların 2/5 hissəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun tanınmasının mümkün olmaması, lizinq müqavilələrinə xitam verildikdə lizinq obyektlərinin qaytarılmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin yanlış nəticəyə gəlməsinə dair kassatorların dəlillərini (bax yuxarıda § 89) əs assız hesab edərək həmin məhkəmənin bu məsələdə hüquq pozuntusuna yol vermədiyini hesab edir.

135. Qeyd etmək lazımdır ki, hazırkı işə kassasiya instansiyasında ilk dəfə baxılarkən məhkəmə bu məsələdə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmiş və belə nəticəyə gəlmişdir ki, müqavilələr üzrə ümumi ödənişlərin məbləği və lizinq obyektlərinin həmin məbləğlərə uyğun razılaşdırılmış dəyərləri nəzərə alınmaqla, dəyəri faktiki ödənilmiş avtomaşınların lizinq müqavilələrinin şərtlərinə müvafiq olaraq İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir və işə yenidən baxılarkən bu məsələ də hərtəfərli araşdırılaraq, işdəki sübutlar əsasında qanuni həllini tapmalıdır. Həmçinin böyük məbləğdə pul ödəmiş İddiaçı1 və İddiaçı2 həm borcun lizinqverənin xeyrinə tutulması, həm də faktiki dəyəri ödənilmiş yük avtomobilləri ilə birlikdə bütün avtomaşınların lizinqverənə qaytarılması barədə nəticəyə gəlməklə apellyasiya məhkəməsi müvafiq maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, qanunsuz və ədalətlə tam səsləşməyən qətnamə qəbul etmişdir.

136. Lakin hazırkı işə baxan məhkəmə tərkibi MM-in tələblərini, lizinq müqavilələrinin müvafiq müddəalarını, habelə formalaşmış məhkəmə təcrübəsini bir daha təhlil edərək sözügedən məsələlərlə bağlı fərqli nəticəyə gəlmiş, bu səbəbdən də MPM-in 418-1.2-ci maddəsinə (bax yuxarıda § 104) uyğun olaraq, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə müvafiq təqdimatla çıxış etmişdir.

137. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersi ya və Mülki kollegiyaları MPM-in 418-1.3-cü maddəsi (bax yuxarıda § 104) ilə müəyyən edilmiş qaydada 2021-ci il 4 iyun tarixli 1/2021 saylı “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair Qərardad” (bundan sonra – Qərardad) qəbul etmişlər.

138. Kassasiya məhkəməsinin hazırkı tərkibinin mövqeyi Qərardadda əks olunmuş hüquqi mövqelərə tamamilə uyğundur.

139. MM-in 748-10.1-ci maddəsinə (bax yuxarıda § 103) görə, lizinq müqaviləsi üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Bu ödənişlər lizinq obyektindən istifadəyə görə lizinq alan tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

140. İşin materiallarından görünür ki, lizinqə verilmiş avtomaşı nlar lizinq alanlar tərəfindən təhvil alınaraq istifadə olunmuşdur. Faktiki həyata keçirilmiş lizinq ödənişləri məhz avtomaşınların lizinq alanlar tərəfindən istifadə olunması müqabilində həyata keçirilmişdir.

141. Lizinq obyektlərinin üzərindəki mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti istər qanun, istərsə də lizinq müqavilələrində nəzərdə tutulduğu kimi, bütün lizinq ödənişlərinin lizinq alan tərəfindən həyata keçirilməsidir (MM-in 748-2.1, 748-2.2, 748-2.5-ci maddələri, Qərardadın 17 və 43-cü bəndləri – bax yuxarıda § 109, lizinq müqavilələrinin 1.1, 3.1, 11.1-ci bəndləri).

142. Hazırkı iş üzrə həmin şərtin lizinq alan tərəfindən yerinə yetirilməsi, yəni müqavilədə nəzərdə tutulmuş bütün lizinq ödənişlərinin tam həcmdə həyata keçirilməsi işin materialları i lə müəyyən edilmir.

143. Onu da qeyd etmək lazımdır ki, lizinqə iki və ya daha artıq obyektin verilməsi də (hazırkı işdə olduğu kimi) bu nəticəni dəyişmir. Yəni yalnız bütün lizinq obyektləri üzrə lizinq müqaviləsində nəzərdə tutulmuş ödənişlər tam şəkildə həyata keçirildikdən sonra bu obyektlər üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilər.

144. Kassasiya məhkəməsinin gəldiyi bu nəticə Qərardadda əks olunmuş hüquqi mövqe (Qərardadın nəticə hissəsinin 1-ci bəndi – bax yuxarıda § 109) ilə tamamilə üst-üstə düşür.

145. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, avtomaşınların 2/5 hissəsi üzərində ilk İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun tanınması hüquqi əsaslar mövcud deyildir.

146. Eyni zamanda, Qərardadın nəti cəsinin 1-ci bəndinə görə, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında ödənilməməsi səbəbindən lizinq verən tərəfindən lizinq müqaviləsi vaxtından əvvəl ləğv olunduğu halda, lizinq obyekti lizinq verənə qaytarılmalıdır.

147. Hazırkı işdə lizinq müqavilələrində belə şərt nəzərdə tutulmamışdır. Odur ki, lizinq müqvilələri xitam olunduqdan sonra lizinqə verilmiş avtomaşınların lizinq alanlarda saxlanılması və lizinq verənə geri qaytarılmaması üçün də hüquqi əsaslar yoxdur.

148. Bundan başqa, lizinq alanların lizinq obyektinin dəyərinin bir hissəsini (təxminən 40%-ni) avans ödəniş şəklində lizinq müqaviləsi bağlananadək lizinq obyektinin satıcısına ödəmələrinə gəldikdə, belə avansın ödənilməsi öhdəliyi lizinq müqavilələrində nəzərdə tutu lmuşdur. Həmçinin, müqavilədə belə şərt nəzərdə tutulmuşdur ki, lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə müqaviləyə lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir.

149. MM-də avans ödənilməsi öhdəliyini bilavasitə nəzərdə tutan müddəalar olmasa da, qadağan edən normalar da mövcud deyildir. Bu o anlama gəlir ki, müqavilə tərəfləri avans ödənişini sərbəst şəkildə razılaşdıra bilərlər (Qərardaın 58-ci bəndi – bax yuxarıda § 109).

150. Hazırkı halda da tərəflər lizinq müqaviləsində lizinq alanlar tərəfindən avansın ödənilməsi öhdəliyini nəzərdə tutumuş, lizinq alanlar da müvafiq məbləğdə avans ödənişini həyata keçirərək öz üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirmişlər.

151. Qərardadın nəticə hissəsinin 2-ci bəndi (bax yuxarıda § 109) ilə müəyyən edilmişdir ki, bi r neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən lizinq obyektinin dəyəri üçün avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanların mülkiyyət hüquqları tanına bilməz.

152. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, avtomaşınların 2/5 hissəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun tanınmasının mümkün olmaması, lizinq müqavilələrinə xitam verildikdə lizinq obyektlərinin qaytarılmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunvericiliyin və lizinq müqavilələrinin müddəalarına, həmçinin Qərardadda əks olunmuş hüquqi mövqelərə uyğundur.

153. Məhkəmə kollegiyası YH-yə ödənilmiş pulun qaytarılmalı olmasına dair kassatorların dəlillərini (bax yuxarı da § 91) əsaslı hesab edir.

154. Apellyasiya instansiya məhkəməsi İddiaçı1 və İddiaçı2 tərəfindən YH-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun YH-dən tutularaq İddiaçı1 və İddiaçı2 qaytarılması tələbini əsaslı hesab etməmiş, ona istinad etmişdir ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi rayon prokurorluğunun 2015-ci il 15 oktyabr tarixli qərarına əsasən pulun İddiaçı1 və İddiaçı2 qaytarılması ilə bağlı sənədlərin saxta olmaması ekspert rəyi ilə öz təsdiqini tapmış və həmin qərar ləğv edilməmişdir.

155. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mö vqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

156. Birincisi, Binəqədi rayon prokurorluğunun 2015-ci il 15 oktyabr tarixli qərarından görünür ki, İddiaçı1 və E.İskəndərov prokurorluğa YH-nin qanunsuz hərəkətləri və 13 ədəd kassa mədaxil orderləri (ümumilikdə 523.080 manat vəsaitə dair həmin orderlərin tarix və nömrələri qərarda sadalanmışdır) barədə ərizə ilə müraciət etmiş, bu orderlərin saxta olmasını onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli i-163 nömrəli əmri ilə təsdiq edilmiş əlavədə, habelə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş lisenziya verilməsi qaydal arında ciddi hesabat blankları üçün müəyyən edilmiş tələblərin pozulmaqla hazırlanması, sadəcə kompüterdə çap olunmuş kağız parçası olması, orderlərin bir qismi üzərində YH-nin deyil, “Yuqa Motors” şirkətinin möhürünün vurulması ilə əsaslandırmışlar.

157. Prokurorluğun istinad olunan qərarının təsviri hissədində qeyd edilmişdir ki, məhkəmə-xəttşünaslıq ekspertizasının 2015-ci il 7 oktyabr tarixli 18720 saylı rəyindən göründüyü kimi, İddiaçı1 adına olan 2013-cü il 8 fevral tarixli ********* saylı kassa mədaxil orderinin ksreosurətində “imza” qrafasında əks olunmuş imza İddiaçı1 tərəfindən, İddiaçı2 adına olan 2013-cü il 8 fevral tarixli ********* saylı kassa məxaric orderinin kserosurətində “imza” qrafasında əks olunmuş imza İddiaçı2 tərəfindən icra olunmuşdur.

158. Halbuki İddiaçı1 və E.İs kəndərov prokurorluğa ərizə ilə müraciəti həmin orderlərlə bağlı olmamış, müvafiq olaraq ərizəyə həmin orderlər əlavə edilməmişdir. Başqa sözlə, qərarın mətnindən aydın olur ki, ərizəçilərin göstərdikləri mədaxil orderlərinin sırasında ekspert rəyində göstərilmiş orderlər ümumiyyətlə yoxdur. Ərizəçiərin müraciətinin predmeti olmadığı halda prokurorluğun qərarında 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderlərinə dair hüquqi qiymətləndirmə aparılmışdır.

159. Qərarın nəticə hissəsində də İddiaçı1 və E.İskəndərovun ərizəsindəki xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edildiyi göstərilmişdir.

160. Göründüyü kimi, İddiaçı1 və E.İskəndərov YH tərəfindən onlara verilmiş 13 ədəd kassa mədaxil orderlərinin müvafiq qanunv ericiliyin tələblərinin pozulmaqla hazırlnması səbəbindən bu orderlərin saxta olmaları ilə bağlı müraciət etmiş, pul vəsaitlərinin İddiaçı1 və E.İskəndərova qaytaılmasına dair məlumatları əks etdirən 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderləri həmin ərizənin predmeti olmamışdır.

161. Prokurorluğun qərarının nəticə hissəsi ilə məhz ərizəyə qiymət verilmişdir. Belə olan halda ərizədə göstərilməyən 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderlərinə prokurorluğun müvafiq qərarı ilə hüquqi qiymət verilməsinə dair qənaət işin qeyd olunan halları ilə ziddiyyət təşkil edir.

162. İkincisi, ekspert rəyində 2013-cü il 8 fevral tarixli ********* saylı kassa mədaxil və ********* saylı kassa məxaric orderi nin ksreosurətində “imza” qrafasında əks olunmuş imzaların müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən icra olunmasının göstərilməsi hələ reallıqda həmin sənədlərin əsilləri üzərində məhz bu şəxslər tərəfindən imza edilməsi demək deyildir. Belə ki, həmin imzaların surətlərinin texniki üsul və vasitələrdən istifadə etməklə də kserosurət üzərinə köçürülməsi mümkündür. Həmin sənədlərin əslləri MPM-in 89.3-cü maddəsinin (bax yuxarıda § 104) tələblərinə uyğun şəkildə tədqiq olunmadan həqiqətən də orderlər üzərinə bu şəxslərin imza etməsini tam əminliklə təsdiq etmək qeyri-mümkündür.

163. Yuxarıda göstərilənlərə əsasən, prokurorluğun qərarı 389.730 manat vəsaitin YH tərəfindən İddiaçı1 və İddiaçı2 qaytarılmasını təsdiq edən mötəbər sübut hesab oluna bilməz.

164. Qeyd olunanlara baxmayaraq ape llyasiya instansiyası məhkəməsi səhvən prokurorluğun məlum qərarının mövcudluğuna istinad etməklə MPM-in sübutetməyə dair tələblərini, o cümlədən 81 və 88-ci maddələrini (bax yuxarıda § 104) pozmuş, nəticədə 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun YH-dən tutularaq İddiaçı1 və İddiaçı2 qaytarılması tələbi üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

165. Bundan başqa, məhkəmə kollegiyası həmin vəsaitin qaytarılmasının əsasının alqısatqı müqaviləsi deyil, əsassız varlanma təşkil etməsinə dair apellyasiya instanpsiyası məhkəməinin mövqeyi ilə razılaşır. Çünki İddiaçı1 və İddiaçı2 tərəflərdən biri olduğu alqısatqı müqavilələri üzrə lizinq obyektlərinin dəyərini satıcıya ödəmək öhdəliyini bilav asitə İddiaçı1 və İddiaçı2 deyil, məhz lizinq təşkilatı daşıyırdı. Odur ki, İddiaçı1 və İddiaçı2 hazırda qaytarılmasını tələb etdikləri YH-yə avans ödənişləri adı ilə 389.730 manat pul ödəmələrinə hər hansı hüquqi əsas olmamışdır. Buna görə də həmin vəsaitin qaytarılması tələbi üçün MM-in 1095-ci maddəsi ilə əsassız varlanma üzrə müəyyən edilmiş 2 illik iddia müddəti tətbiq edilə bilər.

166. Lakin apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq məhkəmə kollegiyası hesab edir ki, bu tələb üzrə iki illik iddia müddəti ötürülməmişdir.

167. Belə ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 və İddiaçı2 YH-yə ümumilikdə 384.580 manat pulun 2012-ci il 20 sentyabr tarixinədək ödəmələrini və İddiaçı1 və İddiaçı2 tərəf olduqları alqı-satqı müqavilələri üzrə öhdəlikləri barədə məlumatlı olduq larını, İddiaçı1 və İddiaçı2 YH-yə qarşı iddiasının isə 2015-ci il 13 oktyabr tarixində verildiyini əsas gətirərək onlar tərəfindən iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir.

168. Halbuki işin materiallarından görünür ki, 389.730 manat vəsaitin YH tərəfindən İddiaçı1 və İddiaçı2 2013-cü il 8 fevral tarixdə qaytarıldığı bildirilsə də (bu tarix müvafiq orderlərin üzərində əks etdirilmişdir), bundan sonra İddiaçı1 və İddiaçı2 YH-yə dörd dəfə ödəniş edərək ümumilikdə 18.500 manat (o cümlədən 2013-cü il 4 mart tarixində 10.000 manat, 27 iyun tarixində 7.000 manat, 2014-cü il 4 iyun tarixində 1.000 manat və 20 sentyabr tarixində 500 manat) vəsait ödəmişlər.

169. İddiaçı1 və İddiaçı2 alqı-satqı müqavilələrinin tərəflərindən biri olaraq öz öhdəlikləri barədə məlumatlı olsalar da, YH-yə vəsa itlərin ödənilməsini 2014-cü il 20 sentyabr tarixinədək, yəni lizinq müqavilələrinə xitam verilməsinə təqribən iki ay müddətin qalmasınadək davam etdirmələrəi İddiaçı1 və İddiaçı2 YH tərəfindən onların hüquqlarının pozulmasından xəbərsiz olduqlarına dəlalət edir. Əks halda, ödənişlər qeyd olunan tarixinədək davam etdirilməzdi.

170. Buna görə də iddia müddətinin axımının başlanma tarixi məhz İddiaçı1 və İddiaçı2 tərəfindən YH-yə vəsaitlərin son ödəniş tarixi, yəni 2014-cü il 20 sentyabr tarixi hesab olunmalıdır. İddiaçı1 və İddiaçı2 YH-yə qarşı iddiası 2015-ci il 13 oktyabr tarixində verildiyi nəzərə alındıqda məlum olur ki, həmin tələb üzrə 2 illik iddia müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunun tələbinə uyğun olmamış, məhkəmə iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, nəticədə maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli normanı tətbiq etməmişdir.

171. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı Ali Məhkəmənin iş üzrə ilk dəfə qəbul etdiyi 2019-cu il 28 iyun tarixli qərarında verilmiş müvafiq göstərişi yerinə yetirilməli, YH tərəfindən 389.730 manat vəsaitin İddiaçı1 və İddiaçı2 qaytarılıb-qaytarılmaması məsələsinə mötəbər sübutlar əsasında aydınlılq gətirilməli (Ali Məhkəmənin qərarında qeyd olunduğu kimi, həmin məsələ üzrə sübutetmə vəzifəsi məhz YH-nin üzərinə düşür), İddiaçı1 və İddiaçı2 bu vəsaitin və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun YH-dən tutularaq İddiaçı1 və İddiaçı2 qaytarılması tələbinə hüquqi qiymət verilməlidir.

172. Həmçinin məhkəmə kollegiyası lizinq ödənişlərinə görə qarşılıqlı iddia üzrə İddiaçı1 və İddiaçı2 312.332 manat tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsinin əsassız olmasına dair dəlili (bax yuxarıda § 89) ilə də aşağıdakı səbəblərdən razılaşır.

173. Apellyasiya instansiyası məhkəməsi İddiaçı1 və İddiaçı2 359.571 manat məbləğində vaxtı keçmiş lizinq ödənişlərinin SL-in xeyrinə tutulmasına dair qarşılıqlı iddia tələbinə aid hissədə belə qənaətə gəlmişdir ki, apellyasiya icraatı zamanı sonuncu məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçının nümayəndəsi qeyd edilmiş məbləğə dair dəqiqləşmə verərək cəmi, 312.332 manat borc (241.342 əsas borc + 70.990 manat faiz) pulun tutulmasını xahiş etdiyin din, qarşılıqlı iddia üzrə İddiaçı1 və İddiaçı2 359.571 manat məbləğində vaxtı keçmiş lizinq ödənişlərinin SL-in xeyrinə tutulması tələbi qismən, yəni cəmi 312.332 manat borc hissəsində təmin edilməlidir.

174. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu qənaətə yalnız SL-in birtərəfli qaydada təqdim etdiyi məlumatlar əsasında gəlmiş, həmin məlumatların mötəbərliyinin araşdırılması istiqamətində heç bir tədqiqat aparmamış, bununla bağlı qarşı tərəfin mövqeyini öyrənmənmiş, onun dəlillərini nəzərə almamışdır.

175. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə ilk dəfə qəbul etdiyi 2019-cu il 28 iyun tarixli qərarında məsələ ilə bağlı qeyd edilmişdir ki, apellyasiya baxışında iki dəfə təyin edilmiş məhkəmə ekspertizaları nəticəsində müxtəlif rəylər verilsə də, apellyasiya məhkəməsi tərəfindən bu rəylərin MPM-nin 88-ci və 103-cü maddələri baxımından düzgün qiymətləndirilməsi təmin edilməmişdir.

176. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin (bax yuxarıda § 104) tələbini pozaraq Ali Məhkəmənin bu göstərişini yerinə yetirməmiş, qarşılıqlı iddia üzrə İddiaçı1 və İddiaçı2 tutulmalı məbləğin hərtərəfli, tam, obyektiv dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlər görməmişdir.

177. KMP-nin mövqeyinə (bax yuxarıda § 108) görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Apellyasiya məh kəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər.

178. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə İddiaçı1 və İddiaçı2 SL-in xeyrinə tutulmalı məbləğin həcmi yuxarıda qeyd olunanlar nəzərə alınmaqla tam, hərtərəfli, obyektiv araşdırma nəticəsində dəqiqləşdirilməli, tələb olunan borcun həcmi müəyyən olunarkən İddiaçı1 və İddiaçı2 tərəfindən həyata keçirilmiş bütün lizinq ödənişlərinin, o cümlədən avans ödənişlərinin qanunvericiliyin tələblərinə və müqavilələrin şərtlərinə uyğun şəkildə SL tərəfindən nəzərə alınıb-alınmamasına hüquqi qiymət verilməlidir.

179. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 104) uyğun gəlməyən hissələrdə qüvvədə saxlanıla bilməz, ona görə də həmin hissələrdə ləğv edilməli, bu hissələrdə yol verilmiş nöqsanlar aradan qaldırılmaqla yeni araşdırma aparılmalıdır.

180. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 22(103)-840/2019 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə qismən –“ilk iddiaçılar tərəfindən cavabdeh2-y ə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun cavabdeh2-dən tutularaq iddiaçılara qaytarılması tələbi”nin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2-dən cəmi 312.332 manat borcun (241.342 manat əsas borc, 70.990 manat faiz borcu) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-in xeyrinə tutulması hissəsində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar