Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-50/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Əsgərov Anar Əlifağa oğlunun katibliyi ilə, İddiaçı x1-nin cavabdeh x2 qarşı “pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iqtisadi iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 sentyabr tarixli 2-2(107)-45/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2017-ci il 19 sentyabr tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 3.718 manat məbləğində borcun ödənilməsini tələb etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı Qəbələ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2.639 manat əsas borcun, 361 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 3.030 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 2016-cı il 21 oktyabr tarixli, 1178-L/16 nömrəli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktorun, 1 ədəd P-4 markalı kotanın saz vəziyyətdə geri alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 5.676 manat əsas borcun, 1.285 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 3.030 manatın cavabde hdən tutularaq iddiaçıya ödənilməsi, 2016-cı il 21 oktyabr tarixli, 1178-L/16 nömrəli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktorun, 1 ədəd P-4 markalı kotanın saz vəziyyətdə geri alınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2016-cı il 21 oktyabr tarixli, 1178-L/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş, dəyəri 40.950 manat olan kənd təsərrüfatı texnikaları üçün cavabdeh iddiaçının hesabına 8.190 manat ilkin ödəniş etmiş, qalan 32.760 manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş, ödəniş qrafikləri üzrə 2017-ci il 3 may tarixədək 5.676 manat əsas borcu və 1.285 manat cər imə borcu olduğu halda heç bir ödəniş etməmişdir. Qəbələ Rayon Məhkəməsinin 2017-ci il 22 dekabr tarixli 2(025)-2683/2017 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 8 may tarixli 2-2(84)-119/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 5.676 manat əsas borc, 400 manat cərimə, cəmi 6.076 manatın tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 2016-cı il 21 oktyabr tarixli, 1178-L/16 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktor və 1 ədəd P-4 markalı kotanın saz vəziyyətdə x1-yə qaytarılması və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq i ddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2016-cı il 21 oktyabr tarixli müqavilə üzrə qeyd edilən texnikaları cavabdehə lizinqə vermiş, sonuncu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 sentyabr tarixli 2-2(107)-45/2018 nömrəli qətnaməsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin l əğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh 2016-cı il 21 oktyabr tarixli lizinq müqaviləsi üzrə bir ədəd Belarus-892 markalı traktor və bir ədəd P-4 markalı kotan götürmüş və həmin texnikaların dəyərinin 20 faizini həmin gün kassaya ödəmişdir. Pulu kassaya ödəyərkən əlavə olaraq texnikalara görə kassaya 1.500 manatın ödənilməsini tələb etmişlər və bildirmişlər ki, bu 1.500 manat cavabdehin 20 faizi ödədikdən sonra güzəştə düşməyinə görə tələb edilən məbləğdir. Cavabdeh də məcbur qalıb həmin pulu kassaya ödəmişdir. Cavabdehə 2016-cı il 11 noyabr tarixdə zəng edərək məlumat vermişlər ki, onun texnikası güzəştə düşmüşdür. O, gəlib bağlanmış 2016- cı il 21 oktyabr tarixli lizinq müqaviləsini götürə bilər. Cavabdeh müqaviləni götürmək üçün ASC-yə getdikdə İdarə heyətinin sədri həmin gün orada olmadığı üçün ona müqaviləni təqdim etməmişlər. O, ödəniş cədvəlini götürüb geri qayıtmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 88-ci maddəsinə əsasən, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, qətnaməni əsaslandırmamışdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli, 273 №-li Qərarı ilə x3 tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qərarın 3-cü b əndində təsbit olunmuşdur ki, bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən x3ndən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin. Həmin Qərarla təsdiq edilmiş Qaydaların 2.5-ci bəndinə əsasən, bu Qaydaların 2.3cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul ed ilir. Cavabdeh iddia tələbinə qarşı etirazında və apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli, 273 №-li Qərarına istinadla lizinqə götürdüyü texnikanın dəyərinin 20 faizi məbləğində ilkin ödəniş etdiyinə baxmayaraq, həmin Qərarda nəzərdə tutulmuş güzəştlərin onun barəsində tətbiq edilməməsinin və güzəşt nəzərə alınmaqla yeni müqavilənin bağlanmamasının səbəbləri barədə irəli sürdüyü dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, onlara hüquqi qiymət verilməmişdir. Digər tərəfdən, iddia olunan borcun məbləğinin hansı qaydada hesablandığı, ilkin ödənişin nəzərə alınıb-alınmadığı qətnamədə əsaslandırılmayıb. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutul muş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İşdə olan və iddiaçının əsaslandığı 2016-cı il 21 oktyabr tarixli, 1178-L/16 nömrəli lizinq müqaviləsi tərəflərdə n yalnız biri – lizinq alan tərəfindən imzalanmışdır. Beləliklə, iddiaçının təqdim etdiyi müqavilə (iddiaçı təqdim edilən müqavilə surətinin onun əsli ilə düzgünlüyünü təsdiq etmişdir) MM-in, 331.1, 399.1 və 407.2-ci maddələrində təsbit olunmuş tələblərə uyğun deyil. Apellyasiya instansiyası məhkəməsi həmin normaların tələblərini nəzərə almamış, tərəflər arasında müqavilə münasibətlərinin həmin normalara əsasən yaranıb-yaranmadığını yoxlamamışdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 sentyabr tarixli 2-2(107)-45/2018 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2-2(102)-50/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-50/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver