Məhkəmə qərarları › İş №2-2(102)-50/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-50/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-50/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi “X8 X4” publik hüquqi şəxsinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: mineral-xammal bazasının bərpası üzrə ödəniş, publik hüquqi şəxs olan agentlik, kommersiya mübahisəsi, inzibati icraat, icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, iddiaçı “X8 X4” publik hüquqi şəxs və Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(103)- 1204/2021 saylı qərardad ından verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2021-ci il 16 iyun tarixli İSR/AY/093 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, 2020-ci ildə Cavabdeh MMC (bundan sonra – MMC) tərəfindən hasil olunan yodlu-bromlu suların həcmi 5.369.154 kub.m təşkil etmişdir. Qeyd olunan suların hasil olunması üçün xərclənən məsrəflər olaraq: mədən vergisi 203.361 manat, əmək haqqı 328.435 manat, təmir işləri 107.813 manat və yanacaq 47.539 manat olmaqla, ümumilikdə 687.148 manat təşkil etmişdir. Mədən vergisi ümumi məbləğdən çıxıldıqda hasilata çəkilən xərclərin cəmi 483.788 (dörd yüz səksən üç min yeddi yüz səksən səkkiz) manat təşkil edir. 2. 2019-cu il 1 fevral tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin yanvar ayında Xammal istehsal sahəsinin quyularından 470.880 (dörd yüz yetmiş min səkkiz yüz səksən) kub.m X9 hasil olunmuşdur. 3. 2019-cu il 1 mart tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin fevral ayında Xammal istehsal sahəsinin quyularından 449.184 (dörd yüz qırx doqquz min yüz səksən dörd) kub.m X9 hasil olunmuşdur. 4. 2019-cu il 1 aprel tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin mart ayında Xammal istehsal sahəsinin quyularından 489.888 (dörd yüz səksən doqquz min səkkiz yüz səksən səkkiz) kub.m X9 hasil olunmuşdur. 5. 2019-cu il 1 may tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin aprel ayında Xammal istehsal sahəsinin quyularından 456.072 (dörd yüz əlli altı min yetmiş iki) kub.m X9 hasil olunmuşdur. 6. 2019-cu il 1 iyun tarixdə tərtib edilmiş aktda qeyd olu nmuşdur ki, 2019-cu ilin may ayında X9 Çıxarma və Nəqli sexinin quyularından 457.368 (dörd yüz əlli səkkiz min üç yüz altmış səkkiz) kub.m X9 hasil olunmuşdur. 7. 2019-cu il 1 iyul tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin iyun ayında Xammal istehsal sahəsinin quyularından 448.584 (dörd yüz qırx səkkiz min beş yüz səksən dörd) kub.m X9 hasil olunmuşdur. 8. 2019-cu il 1 avqust tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin iyul ayında Xammal istehsal sahəsinin quyularından 465.776 (dörd yüz altmış beş min yeddi yüz yetmiş altı) kub.m X9 hasil olunmuşdur. 9. 2019-cu il 1 sentyabr tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin avqust ayında X9 Çıxarma və Nəqli sexinin quyularından 455.557 (dörd yüz əlli beş min beş yüz əlli yeddi) kub.m X9 has il olunmuşdur. 10. 2019-cu il 1 oktyabr tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin sentyabr ayında X9 Çıxarma və Nəqli sexinin quyularından 425.856 (dörd yüz iyirmi beş min səkkiz yüz əlli altı) kub.m X9 hasil olunmuşdur. 11. 2019-cu il 1 noyabr tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin oktyabr ayında X9 Çıxarma və Nəqli sexinin quyularından 448.200 (dörd yüz qırx səkkiz min iki yüz) kub.m X9 hasil olunmuşdur. 12. 2019-cu il 1 dekabr tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin noyabr ayında X9 Çıxarma və Nəqli sexinin quyularından 417.000 (dörd yüz on yeddi min) kub.m X9 hasil olunmuşdur. 13. 2014-cü il 30 iyul tarixli 467 nömrəli ödəniş tapşırığından görünür ki, tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE********** ********** nömrəli hesabına 5200 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X7 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. 14. 2015-ci il 28 yanvar tarixli 76 nömrəli ödəniş tapşırığından görünür ki, MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE******************** nömrəli hesabına 6350 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X7 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. 15. 2016-cı il 16 fevral tarixli 121 nömrəli ödəniş tapşırığından görünür ki, MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE******************** nömrəli hesabına 7430 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X7 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. 16. 201 6-cı 30 dekabr il tarixli 899 nömrəli ödəniş tapşırığından görünür ki, MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE******************** nömrəli hesabına 12856,80 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X7 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. 17. 2017-ci il 19 dekabr tarixli 764 nömrəli ödəniş tapşırığından görünür ki, MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE******************** nömrəli hesabına 5032,55 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X7 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. 18. 2021-ci il 21 iyun tarixli İSR/AY/094 saylı maliyyə arayışına əlavədə qeyd olunmuşdur ki, 2019-cu ildə MMC tərəfindən hasil olunan yodlu-bromlu suların həcmi və yodlu -bromlu suların hasil olunması üçün xərclənən məsrəflər olaraq: mədən vergisi 216628,56 manat, əmək haqqı 294.785,55 manat, təmir işləri 232.795 manat və yanacaq 50561,10 manat olmaqla, ümumilikdə 794.770,21 manat təşkil etmişdir. Mədən vergisi ümumi məbləğdən çıxıldıqda hasilata çəkilən xərclərin cəmi 578.141,65 (beş yüz yetmiş səkkiz min yüz qırx bir manat altmış beş qəpik) manat təşkil edir. 19. 2021-ci il 15 iyul tarixli İSR/AY/100 saylı maliyyə arayışına əlavədə qeyd olunmuşdur ki, 2018-ci ildə MMC tərəfindən hasil olunan yodlu-bromlu suların həcmi və yodlu-bromlu suların hasil olunması üçün xərclənən məsrəflər olaraq: mədən vergisi 210546,40 manat, əmək haqqı 261637,63 manat, təmir işləri 179916,47 manat və yanacaq 80761,50 manat olmaqla, ümumilikdə 732862 manat təşkil etmişdir. Mədə n vergisi ümumi məbləğdən çıxıldıqda hasilata çəkilən xərclərin cəmi 522315,60 (beş yüz iyirmi iki min üç yüz on beş manat altmış qəpik) manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı “X8 X4” publik hüquqi şəxsi (bundan sonra – Agentlik) cavabdeh MMCyə qarşı 2021-ci 18 mart tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən müvafiq icazə sənədi ilə ona ayrılmış yer təki sahələrindən hasil edilmiş faydalı qazıntılara görə mineral-xammal bazasının bərpasına ayırmaların məbləğlərinin müəyyən edilməsi və Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Daha sonra, Agentlik məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabde h MMC-dən müvafiq icazə sənədi ilə ona ayrılmış yer təki sahələrindən hasil edilən yodlu-bromlu suların birinci əmtəə dəyəri 0,1 manat olduğu nəzərə alınmaqla 2018-2019-cu illər üçün ayırmaların məbləğinin məhkəmə tərəfindən müəyyən edilərək tutulması, 2020-ci il üzrə hasil edilmiş yodlu-bromlu sulara görə 16.107,462 manat məbləğində ayırmaların Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Agentlik tərəfindən “Neftçala” yodbrom yatağının ərazisindən yod-brom istehsalı məqsədi ilə 01028 nömrəli 2018-ci il 9 mart tarixli və “Xıllı” yod-brom yatağının ərazisindən yod-brom istehsalı məqsədi ilə 01029 nömrəli 2018-ci il 9 mart tarixli "xxxx" aktları ilə cavabdeh MMC-nin i stifadəsinə müvafiq olaraq 271 hektar və 279 hektar yerin təki sahələrinin ayrıldığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş faydalı qazıntı ehtiyatlarının balans hesabatına (5gk forması) əsasən 2020-ci ilin ilk doqquz ayında “Neftçala” yatağından 1.103.244 kub.m və “Xıllı” yatağından 2.875.656 kub.m yodlu-bromlu sular hasil edilmişdir. Lakin, yer təki sahələrindən çıxarılan yodlu-bromlu sulara görə mineral-xammal bazasının bərpasına ayırmalar ödənilməmişdir. Ayırmaların könüllü ödənilməsi ilə bağlı cavabdehə ünvanlanmış tələbə cavab olaraq bildirilmişdir ki, faydalı qazıntı (yodlu-bromlu suyu) yataqlarının axtarışına və kəşfiyyatına dövlətin çəkdiyi xərclər onlar tərəfdən tam ödənilmiş və həmin əsasla mineral-xammal bazasının bərpasına ayırmaları ödəməkdən azad edilmişdir. Araşdırma zamanı X1 məlumatlar və sənədlər arasında cavabdeh MMC və yaxud onun hüquqi varisi olduğu digər şirkət tərəfindən axtarış və ya kəşfiyyata çəkilmiş dövlətin xərclərinin ödənilməsini təsdiq edən sənəd aşkar olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş balans məlumatlarına əsasən onun tərəfindən hasil edilmiş bütün faydalı qazıntıların həcminin və onların ilkin əmtəə dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə qaydasında müvafiq araşdırma aparılmalı və ayırmaların məbləği müəyyən edilməlidir.

23. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 iyul tarixli, e-2-2(113)-1910/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Z.Axundova).

24. Həmin məhkəmə bildirmişdir ki, hazırkı mübahisənin predmeti cavabdeh tərəfindən yer təkinin istifadəsi nəticəsində vurulmuş zərərin əv əzinin ödənilməsi ilə bağlı olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən yerin təkindən istifadə nəticəsində dəymiş zərərin deyil, yerin təkindən istifadə ilə bağlı Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların tutulması tələbini irəli sürmüşdür. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən yerin təkindən istifadə edilərkən maddi zərərin vurulmasına səbəb olmuş qanunsuz təqsirli əmələ (deliktə) yol verilməsinə dəlalət edən hər hansı faktiki hala istinad etməmişdir. Qanunvericiliyin tələbinə əsasən isə, mineral-xammal bazasının bərpası üzrə dövlət fonduna ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Respublikası Ve rgilər Nazirliyi həyata keçirir. Belə olan halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fonda ödənişlərə nəzarəti təkbaşına həyata keçirməsi istisna olunmaqla yanaşı iddiaçı Agentliyin bu cür nəzarəti həyata keçirməli olması ümumiyyətlə müəyyən olunmadığından onun cavabdeh MMC-yə qarşı hazırki iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik olması öz təsdiqini tapmamışdır.

25. Məhkəmə mövqeyini “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.1, 3.7-ci, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “X8 X2 Nizamnamə”sinin 1.1, 1.7, 3.1.11-ci b əndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1, maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş üzrə icraata xitam verilmişdir (sədrlik edən R.Qurbanov, hakimlər R.Həsənov və V.Baxışova).

28. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı publik hüquqi şəxs olsa da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri onun sahi bkarlıq fəaliyyətindən irəli gəlmir. Belə olan halda isə MPM-in 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz.

29. Eyni zamanda iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı hazırki iddianı inzibati orqan kimi öz səlahiyyətlərinə istinad edərək irəli sürmüş və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X8 X3 Nizamnaməsinin müvafiq müddəalarına istinad etmişdir. İddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməklə ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi isə kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.1-ci, MPM-in 24.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Apellyasiya məhkəmənin qərardadı 2021-ci il 10 noyabr tarixdə iş üzrə iddiaçının nümayəndə və vəkilinə, cavabdehin nümayəndə və vəkilinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

32. Həmin qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) cavabdehin kassasiya şikayətinin dəlilləri

33. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X4 inzibati orqan kimi müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya məhkəməsinin iddiaçının inzibati orqan olmamasını nəzərə almadan, hazırki işə inzibati məhkəmə icraatı haqqında qanunvericiliyin tələblərinə uyğun baxılması barədə gəldiyi nəticə düzgün olmamışdır. b) iddiaçının kassasiya şikayətinin dəlilləri

34. Mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin nəticəsində çıxarılan yodlubromlu sulara görə mineral-xammal bazasının bərpasına ayırmaların ödənilməməsi ilə əlaqədar olmuşdur. Cavabdeh hüquqi şəxs olmaqla yanaşı mübahisənin predmeti onun sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Cavabdehin hüquqi şəxs olması və mü bahisənin onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsi halı mövcud olduğuna görə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından işə kommersiya məhkəməsində baxılmalıdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdirlər. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

35. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. İş üzrə iddiaçı və cavabdeh tərəflər apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçi vəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 4

7. Mübahisələrin həll edilməsi Yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müdd əaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçü n işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

40. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı inzibati orqan olmadığından işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının kassasiya şikayətinin dəlilinə görə isə, cavabdehin hüquqi şəxs olması və mübahisənin onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsi halı mövcud olduğundan işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından işə kommersiya məhkəməsində baxılmalıdır.

42. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin kassasiya şikayətləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

43. Belə ki, MPM-in 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 44. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 1 8 sentyabr tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələ rinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birini n sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblər dən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

45. Həmin Qərarın 21-22-ci bəndlərində isə qeyd olunmuşdur ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.

46. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçının publik hüquqi şəxs olmasına baxmayaraq, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin onun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə dair mövqeyi ilə razılaşır.

47. Belə olan halda isə MPM-in 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz.

48. Bundan başqa, iddiaçı hazırki iddianı inzibati orqan kimi öz səlahiyyətlərinə istinad edərək irəli sürmüş və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X8 X3 Nizamnaməsinin müvafiq müddəalarına istinad etmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil.

50. Eyni zamanda, “Yerin tə ki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. 51. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

52. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə i craatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

53. Göründüyü kimi qanunverici yerin təkindən istifadə etmə ilə əlaqədar mübahisələrin inzibati qaydada və məhkəmə qaydasında həll edilməsini nəzərdə tutmuşdur. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.

55. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şika yətlərində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(103)-1204/2021 saylı qərardadının ləğv olunması üçün əsas ola bilməz.

56. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(103)-1204/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar