Məhkəmə qərarları › İş №2-2(102)-500/2018

Ali Məhkəmə Qərar — İş №2-2(102)-500/2018

12.12.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-500/2018 12.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2na, Cavabdeh1-yə, X4 və “xxxx” Şirkətinin Azərbaycan Respublikasında filialına qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-500/18) Bakı şəhəri 12 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdeh ElçinZeynalabdinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2na, Cavabdeh1-yə, X4 və “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı X7 üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məh kəməsinin İİK-nın 09 avqust 2018-ci il tarixli 2-2(103)381/2018 qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 12 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə E.M.Zeynalabdin arasında 21.07.2014-cü il tarixli, 2260T/14/B saylı X7 bağlanmışdır, müqaviləyə əsasən, onun tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən 1 ədəd “Liebherr 954C” markalı, seriya nömrəsi 6295307, buraxılış ili 2006-cı il olan tırtırlı ekskavatoru İddiaçı öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. E.M.Zeynalabdin isə öz növbəsində 151727.66 ABŞ dolları məbləğində borcu illik 20% olmaq la, 36 ay müddətində iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. X11 Müqaviləsinə əlavə olaraq eyni zamanda Cavabdeh1 ilə İddiaçı arasında 21.07.2014-cü il tarixli, 2260T/14/B saylı zaminlik müqaviləsi bağlanmışdır ki, bu müqaviləyə görə Cavabdeh1, cavabdeh E.M.Zeynalabdin ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin X7nə əlavə olaraq, 02 noyabr 2015-ci il tarixdə X6 və Cavabdeh3 ilə iddiaçı arasında Zaminlik müqavilələri bağlanmışdır ki, həmin müqavilələrə görə də S.Ç.Məcidov və Cavabdeh3 lizinq alan cavabdeh E.M.Zeynalabdin ilə eyni həcmdə məsuliyyət daşıyır. E.M.X5 Lizinq Müqaviləsində göstərilmiş illik 20% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəmələri etməmişdir. E.M.Zeynalabdin öhdəliklərini tam və v axtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən xəbərdarlıq edildikdən sonra lizinq obyektini geri qaytarmışdır. Belə ki, E.M.Zeynalabdin qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilərək, borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə bildirilsə də, cavabdehlər müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəməmişdir. İddiaçı tərəfindən tərtib olunmuş borca dair arayışından görünür ki, E.M.Zeynalabdinin 21.07.2014-cü il tarixli Lizinq Müqaviləsinə əsasən hesablanmış gecikən əsas məbləğ üzrə 16.007,33 ABŞ dolları, faiz məbləği üzrə 12.396,00 ABŞ dolları, 6.696,00 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 35.099,33 ABŞ dolla rı borcu vardır. İddiaçı cavabdehlər Cavabdeh2na, Cavabdeh1-yə, X3 və Cavabdeh3na qarşı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2014-cü il tarixli, 2260T/14/B saylı X11 müqaviləsinə əsasən gecikən əsas məbləğ 16007,33 ABŞ dolları, faiz məbləği üzrə 12396,00 ABŞ dolları, 6696,00 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 35099,33 ABŞ dolları və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1-dən, X1 və Cavabdeh3ndan tutularaq İddiaçı-yə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 14 iyul 2017-ci il tarixli iş № 2-2(81)-792/2017, (sədrlik edən hakim İ.Əhmədov) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh lər Cavabdeh2, Cavabdeh1-dən, X1 və “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialından gecikən əsas məbləğ 16007,33 ABŞ dolları, faiz məbləği üzrə 12396,00 ABŞ dolları, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 28703,33 ABŞ dolları və iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunun 2,8 manatının iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğinin cavabdehlərdən alınaraq dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh X2 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 09 avqust 2018-ci il tarixli iş № 2-2(103)381/2018 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2017-ci il tarixli, 2-2(81)-911/2017 saylı qətnaməsinin “cəmi 28703,33 ABŞ dolları” sözlərindən sonra “ödəmə gününə Azərbaycan manatına uyğun məzənnə ilə” sözləri əlavə edilməklə Cavabdeh2na münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdeh kasasiya şikayətini onunla əsaslandırmışdır ki, 21 iyul 2014-cü il tarixdə onun iddiaçı ilə üç illik lizinq müqaviləsinə əsasən ona 2006-ci il buraxılışı olan “Liebherr 954C” markalı tırt ıllı ekskavator daş karxanada kubik və digər aqlay məhsulların istehsal edilməsi üçün təhvil verilmışdir. Ekskavatorun gücü zəif olduğu üçün həmin texniki vasitəni gücləndirmək zərurəti olduğu üçün iddiaçının ya da başqa tərəfin vəsait hesabına mexaniki hissələrin dəyişdirilməsi, sonra istehsala buraxılması qərara gəlmişdir. Bunun üçün istehsal olduğu Almaniya Respublikasına təklif və dəvətnamə göndərilmiş, əvəz olunan texniki hissələr alınmış, həmin hissələr ekskavatora quraşdırılmış (dəyişdirilmiş), Almaniyadan mütəxəssis gəldikdən sonra, ekskavatoru yoxlanıldıqdan və müsbət rəy aldıqdan sonra ekskavator işə düşməli idi. O vaxta kimi onunla iddiaçı - “xxxx” arasında münasibətlərini qüvvəsini almamış kimi qüvvədən düşmüşdür. Qeyd olunan şərtləri nəzərə alaraq həmin ekskavatora “HİDRO MERT ” MST LTD tərəfindən 21090,00 ABŞ dollar pul vəsaiti sərf olunmuşdur. Ekskavator istehsala verilməmiş iddiaçının sahibliyində qalmışdır. Ekskavatora sərf olunan xarici valyuta qaytarılmamış onda qalmışdır. Beləliklə, həmin ekskavatora sərf olunan pul valyuta vəsaitin qaytarılmasına əsaslı və qanuni tələb hazırkı iş üzrə cavabdehlərdə yaranmışdır. Lakin, hazırda işə baxan məhkəmə faktiki halları, tərəflər arasında faktiki olduğu münasibətlərini nəzərə almayaraq, təqdim etdiyi dəlillərini yoxlamayaraq, formal tərəfindən isə yanaşaraq (Lizinq və digər müqaviləni əsas götürərək) qanunsuz qətnaməni qəbul etmişdir. Şikayət olunan qətnamənin əsaslandırıcı hissəsində qeyd olunur ki, “Lizinq müqaviləsinə Əlavə 1 olaraq tərtib edilmiş lizinq ödənişləri cədvəlindən görünür ki, müqavilə üzrə Cavabdeh2 tərəfindən əsas məbləğ üzrə 141727,66 USD, faiz məbləği üzrə 51267,10 USD olmaqla, cəmi 208887.76 USD ödəniş edilmişdir; 2260T/14/B saylı X7nə 2 nömrəli Əlavə kimi tərtib olunmuş 21 iyul 2014-cü il tarixli təhvil təslim aktından görünür ki, satıcı Əlavəyə əlavə olunmuş cədvələ göstərilən ümumi dəyəri 119000 AZN lizinq olan obyektini - Liebherr 954C markali, 2006-ci il buraxılışlı tırtıllı ekskavatoru Alıcıya təqdim edir. Alıcı isə qeyd olunan əmlakı sonradan lizinqə vermək məqsədi ilə öz mülkiyyətinə qəbul edir; 2260T/14/B saylı müqavilə üzrə Cavabdeh2 hesabından Çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 18 avqust 2014-cü il tarixlərində cəmi 11121,47 USD ödəniş edilmişdir; 18 avqust 2014-cü il tarixli nağd ödəniş qəbzindən görünür ki, 2260T/14/B saylı X7 üzrə 4422,00 manat, 15 sentya br 2014-cü il tarixli qəbzə əsasən 4300 manat ödəniş edilmişdir”. Məhkəmənin qeyd etdiyi bu hallar onun izahatını tam təsdiq edir. Lakin, məhkəmə tərəfindən bunlara hüquqi qiymət verilməmişdir və onlar nəzərə alınmamışdır. Eyni zamanda bu hallar qətnaməni ziddiyyətli olduğunu göstərir. Belə ki, Lizinq müqaviləsinin 2 saylı Əlavə ilə ona 119000 manat dəyərində ekskavator verilir, o, 18 avqust 2014-cü il və 15 noyabr 2014-cü il tarixli qəbzlərə əsasən cəmi 11121,47 USD dolları ödədiyi qeyd olsa da, sonrakı abzasda həmin tarixli olan qəbzlər üzrə 4422,00 manat və 4300 manat ödənildiyi göstərilir. Daha sonra qətnamədə 02 noyabr 2015-ci il tarixli müqavilə əks olunur. Orada qeyd olunur ki, “Zamin” adlanacaq X6 ilə “Lizinq verən” adlanacaq “xxxx” Lizinq Şirkəti QSC arasında zaminlik müqaviləsi i mzalanmışdır. Müqavilənin 2.1 bəndinə əsasən “bu müqavilə üzrə zamin Lizinq alanın - Cavabdeh2 2260T/B saylı X11 müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyi təqdirdə, həmin müqavilədə qeyd olunmuş öhdəliklərin tamamilə icrasını öz üzərinə götürür”. Bu müqavilənin mövcud olması onun izahatını təsdiq edir. Onun hüquqi biliklərinin olmamasından istifadə edərək iddiaçı onunla mövcud olan lizinq müqaviləsini pozmadan Soltan Məcidovla müvafiq lizinq müqaviləsinin əvəzinə “zamin”lik müqaviləsini bağlamışdır. Eyni zamanda onun məlumatına isə əsasən onunla “xxxx” QSC-nin arasında olan münasibətlərə xitam verilmişdir. Çünki 10 fevral 2015-ci il tarixdə o, həmin tırtılını “xxxxə” akta əsasən təhvil vermişdi və yenidən hər hansı bir sənədə görə ikinci dəfə 2015-ci ildə almamışdır. Bu tarixd ə tırtılının iddiaçıya akta əsasən onun tərəfindən qaytarılması barədə iddiaçının nümayəndəsi məhkəmə araşdırmasında izahat vermişdir və maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş lizinq müqaviləsinə əsasən tırtılı təhvil-təslim akt üzrə verilib alınır. Ondan əlavə, kimin tərəfindən tırtılının 10 fevral 2015-ci il tarixdə iddiaçıya qaytarması məlum deyil. Lakin, məhkəmə işin baxılmasında ekskavatorun gücləndirilməsi ilə bağlı sərf olunan pul vəsaitin (USD və ya AZN) məbləğinin və kimin tərəfindən ödədiyini; onun dəyişdirilən mexanizmlər hissələrinin texniki və əmtəəşünaslıq məhkəmə ekspertizasını keçirmədən, formal tərəfindən yanaşaraq (müqavilələri əsas tutaraq) bu hallara müvafiq hüquqi qiymət verməyərək, tərəflərin izahatlarını yoxlamamış qanunsuz qət naməni çıxarmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh E.M.Zeynalabdin kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2-2(103)-381/2018 saylı qətnaməsini ləğv etməklə işi yeni baxışa apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsini ləğv etməklə işi yeni baxışa a pelyasiya instansiyası məhkəməsinə göndərilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehinkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. A zərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul et diyi 09 avqust 2018-ci il tarixli, 2-2(103)-381/2018 saylı qətnamə ilə, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2017ci il tarixli, 2-2(81)-911/2017 saylı qətnaməsinin “cəmi 28703,33 ABŞ dolları” sözlərindən sonra “ödəmə gününə Azərbaycan manatına uyğun məzənnə ilə” sözləri əlavə edilməklə Cavabdeh2na münasibətdə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə, Mülki Məcəllənin 386.1, 439.1, 442, 445, 447.1, 462, 463.1, 467, 747.1, 748-1.12.4, 748-2.1, 748-2.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 14.2, 77.1, 106.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisə ilə əlaqədar düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnamə qanunun normalarına uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir, birinci instansiya məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsi E.M.Zeynalabdinə münasibətdə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh E.M.Zeynalabdinin kasasiya şikayətində göstərdiyi dəlilləri əsaslı sayıla bilməz, belə ki, cavabdeh E.M.Zeynalabdin kasasiya şikayətində qeyd edir ki, onunla iddiaçı arasında bağlanmış lizinq müqaviləsinə əsasən 21 iyul 2014-cü il tarixində 2006-cı il buraxılışı olan “Liebherr 954C” markalı tırtıllı ekskavator daş karxanasında kubik və digər aqlay məhsulların istehsal edilməsi üçün təhvi l verilmişdir, ekskavatorun gücü az olduğundan, ekskavatora yeni texniki hissələr alınmış, həmin hissələr ekskavatora quraşdırılmış (dəyişdirilmiş), sözügedən şərtləri nəzərə alaraq “Hidro Mert” MST LTD tərəfindən 21090 ABŞ dolları pul vəsaiti sərf olunmuşdur. Ekskavator istehsala verilməmiş, iddiaçının sahibliyində qalmışdır. Ekskavatora sərf olunan xarici valyuta qaytarılmamış onda qalmışdır. Beləliklə, həmin ekskavatora sərf olunan pul valyuta vəsaitinin qaytarılmasına əsaslı və qanuni tələb hazırkı iş üzrə cavabdehlərdə yaranmışdır. Lakin işə baxan məhkəmə faktiki halları, tərəflər arasında faktiki olduğu münasibətlərini nəzərə almayaraq təqdim etdiyi dəlillərini yoxlamayaraq, formal tərəfindən işə yanaşaraq (lizinq və digər müqaviləni əsas götürərək) qanunsuz qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdeh E.M.Zeynalabdinin bu dəlilini əsassız hesab edir, belə ki, əvvəla cavabdeh E.M.Zeynalabdin özü kasasiya şikayətində bildirir ki, ekskavator üçün yeni hissələrin alınmasına və onların dəyişdirilməsinə sərf olunmuş 21090 ABŞ dolları pul vəsaiti E.M.Zeynalabdin tərəfindən deyil, “Hidro Mert” MST LTD tərəfindən ödənilmişdir. Belə olan halda, yəni, əgər bu fakt mövcuddursa, o zaman sözügedən pulun ödənilməsinin tələb edilməsi hüququ E.M.Zeynalabdinə yox, “Hidro Mert” MTS LTD-yə məxsusdur. Lakin “Hidro Mert” MST LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı hazırkı işə istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya instansiyası məhkəməsində baxıldığı zaman məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyi halda, məhkə mə iclaslarında iştirak etməmiş, eyni zamanda yuxarıda göstərilmiş pul vəsaitinin xərclənməsinə dair hər hansı bir iddia irəli sürməmişdir. Cavabdeh E.M.Zeynalabdin kasasiya şikayətində həmçinin göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən 18 avqust 2014-cü il və 15 sentyabr 2014cü il tarixlərdə onun tərəfindən 11121,47 ABŞ dolları, 4422 manat və 4300 manat ödənilməsinin qeyd edilməsi cavabdeh E.M.Zeynalabdinin izahatını tam təsdiq edir, lakin məhkəmə tərəfindən bunlara hüquqi qiymət verilməmişdir və onlar nəzərə alınmamışdır. Eyni zamanda bu hallar qətnamənin ziddiyyətli olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh E.M.Zeynalabdinin bu dəlili də əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 09 avqust 2018-ci il ta rixli qətnaməsindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin halları müəyyən edərkən müxtəlif sübutlara istinad edir, yəni, sözügedən qətnamədə göstərilmişdir ki, 2260T/14/B saylı müqavilə üzrə Cavabdeh2 hesabından çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 18 avqust 2014-cü il, 15 noyabr 2014-cü il tarixlərində müvafiq olaraq 5638,87 USD və 5482,60 USD olmaqla cəmi 11121,47 USD (həmin vaxt Azərbaycan manatına uyğun məzənnə ilə - 8722 manat) ödəniş edilmişdir. İş materiallarında olan, 18 avqust 2014-cü il tarixli nağd üçün ödəniş qəbzindən görünür ki, 2260T/14/B saylı X7 üzrə 4422,00 manat, 15 noyabr 2014-cü il tarixli qəbzə əsasən isə 4300 manat olmaqla, ümumiliklə 8722 manat ödəniş edilmişdir. Beləliklə, sözügedən məsələdə heç bir ziddiyyət yoxdur, sadəcə olaraq ödəniş qəb zlərinə əsasən E.M.Zeynalabdin tərəfindən ümumilikdə 8722 manat ödəniş edilmiş, 2260T/14/B saylı müqavilə üzrə E.M.Zeynalabdinin hesabından çıxarışda isə 8722 manat məbləği, həmin vaxt Azərbaycan manatına uyğun məzənnə ilə cəmi 11121,47 ABŞ dolları kimi qeyd edilmişdir. Cavabdeh E.M.Zeynalabdinin kasasiya şikayətində göstərdiyi digər dəlili isə ondan ibarətdir ki, iddiaçı ilə S.Ç.Məcidovla arasında bağlanmış zaminlik müqaviləsi cavabdeh E.M.Zeynalabdinin izahatını təsdiq edir, belə ki, E.M.Zeynalabdinin hüquqi biliklərinin olmamasından istifadə edərək iddiaçı E.M.Zeynalabdinlə mövcud olan lizinq müqaviləsini pozmadan S.Ç.Məcidovla müvafiq lizinq müqaviləsinin əvəzinə “zaminlik” müqaviləsinin bağlamışdır, eyni zamanda E.M.Zeynalabdinin məlumatına əsasən E.M.Zeynalabdində iddiaçı arasında ol an münasibətlərə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh E.M.Zeynalabdinin bu dəlili əsassızdır, belə ki, ilk öncə qeyd edilməlidir ki, onun hüquqi biliklərinin olmaması məsuliyyətinin yaranmaması anlamına gəlmir, çünki Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Zamin” adlanacaq X6 ilə “Lizinq verən” adlanacaq İddiaçı arasında 02 noyabr 2015-ci il tarixli Zaminlik müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, bu müqavilə üzrə “Zamin” “Lizinq alan” E.M.Zeynalabdin 2260T/14/B saylı X9 müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyi təqdirdə, həmin müqavilədə qeyd olunmuş öhdəliklə rin tamamilə icrasını öz üzərinə götürür. Cavabdeh E.M.Zeynalabdin kasasiya şikayətində həmçinin göstərmişdir ki, məhkəmə işin baxılmasında ekskavatorun gücləndirilməsi ilə bağlı sərf olunan pul vəsaitinin (ABŞ dolları və ya Azərbaycan manatı) məbləğinin və kimin tərəfindən ödədiyini, onun dəyişdirilən mexanizmlər hissələrinin texniki və əmtəəşünaslıq məhkəmə ekspertizasını keçirmədən, formal tərəfdən yanaşaraq (müqavilələri əsas tutaraq) bu hallara müvafiq hüquqi qiymət verməyərək, tərəflərin izahatlarını yoxlamamış, qanunsuz qətnaməni çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh E.M.Zeynalabdinin bu dəlili də əsassızdır, belə ki, əvvəla cavabdeh özü yuxarıda artıq göstərildiyi kimi kasasiya şikayətində bildirmişdir ki, əvəz olunan alınmış texniki hissələrinin, dəyəri onların ekskavatora quraşdırılması xərcləri “Hidro Mert” MTS LTD tərəfindən ödənilmiş və bu məbləğ 21090 ABŞ dolları təşkil edir. Belə olan halda isə həmin dəyişdirilmiş mexanizm hissələrinin texniki və əmtəəşünaslıq məhkəmə ekspertizasının keçirilməsinə heç bir zərurət yoxdur. Digər tərəfdən, qeyd edilməlidir ki, apelyasiya məhkəməsi işin baxılmasına formal yanaşmamış, belə ki, işdə olan sübutlar tam, obyektiv və hərtərəfli araşdırılmaqla, onlara düzgün hüquqi qiymət verilmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2in kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2018-ci il tarixli, 2-2(103)-381/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar