Məhkəmə qərarları › İş №2-2(102)-500/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-500/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-500/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması və pul tələbi, damazlıq heyvanların saxlanılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh X2 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması və pul” tələbinə dair ilkin iddia, X1 İddiaçı ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apelyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 aprel tarixli 2-2(103)-397/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra – “ASC”) ilə X3 (bundan sonra – “V.Muradov”) arasında 2020-ci il 17 yanvar tarixli KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə (bundan sonra – “Lizinq müqaviləsi”) əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş damazlıq heyvanları (bundan sonra – “Lizinq obyekti”) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasınd a lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin; - 7.1.4-cü bəndinə əsasən, lizinq “verən”in “lizinq alan”dan damazlıq heyvanların yerləşdiyi tövlənin (tikilinin) ən azı lizinq müddətinə bütün zərərdən sığortalanmasını tələb etmək, 7.1.5-ci bəndə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə birlikdə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. - 8.2.1-ci bəndə əsasən, “lizinq alan”ın lizinq obyektinin faktiki vəziyyətindən asılı olmayaraq, “lizinq verən” tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, 8.2.2-ci bəndə əsasən lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektinin saxlanması ilə bağlı göstərişlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə, habelə lizinq obyektinin sağlam vəziyyətdə saxlanılması, ona baytarlıq və zootexniki xidmətlərinin keçirilməsi ilə bağlı bütün xərcləri ödəmə vəzifəsi vardır. - 11.3-cü bəndə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. 11.4-cü bəndə əsasən Lizinq verənin mükafat məbləği lizinq obyektinin qalıq dəyərinə illik 7% nəzərdə tutulmaqla hesablanır. Həmin mükafat məbləği Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilir. - 12.1-ci bəndə əsasən Lizinq obyekti 3 il müdd ətinə Lizinq verən tərəfindən sığortalanır və lizinq obyektinin sığortalanması üçün Lizinq verən tərəfindən çəkilmiş bütün xərclər və sığorta haqqı Lizinq alan tərəfindən Lizinq verənə ödənilir.

2. Lizinqi müqaviləsinə əlavə №1-in təsdiqlənmiş surətindən məlum olur ki, 50.370 manat məbləğində kredit 36 ay müddətinə aylıq ödəniş, illik faiz 7% olmaqla, ASC tərəfindən V.Muradova verilmiş, qeyd olunan razılaşma hər iki tərəfin imzası ilə təsdiqlənmişdir.

3. Lizinqi Müqaviləsi barədə 2019-cu il 6 dekabr tarixli KTA-DM-19/0004-İ saylı ilkin lizinq müqaviləsinə (bundan sonra – “İlkin müqavilə”) əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş damazlıq heyvanları öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməy i, lizinq alan isə lizinq obyektini bu İlkin müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 1.6-cı bəndə əsasən lizinq alan lizinq obyektinin dəyərindən 77.625 manat məbləğində vəsaiti avans olaraq əvvəlcədən ödəməyi öz öhdəsinə götürür. Lizinq alan lizinq müqaviləsinin bağlanmasından imtina etdiyi təqdirdə, əvvəlcədən ödənilmiş avans məbləği lizinq verən tərəfindən geri qaytarılmır. 1.7-ci bəndə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi lizinq predmetinə subsidiya məbləğinin verilməsindən imtina etdiyi təqdirdə, lizinq alan lizinq predmetinin tam dəyərini, hesablanmış faizlərlə birlikdə lizinq verənə ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürür. 4.2ci bəndə əsasən lizinq alan lizinq müqaviləsi üzrə aylıq ödəni şlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir.

4. İlkin müqaviləyə Əlavə №1-dən məlum olur ki, “simmental cinsli”, 69 baş iribuynuzlu damazlıq heyvanın V.Muradova lizinqə verilməsi barədə tərəflər razılığa gəlmişdir.

5. İlkin müqaviləyə Əlavə №2 olan ödəniş cədvəlindən məlum olur ki, 46.575 manat məbləğində kreditin, 36 ay müddətinə, illik 7%, 1.438 manat aylıq ödəniş olmaqla, V.Muradova verilməsi barədə tərəflər razılığa gəlmişlər.

6. İlkin müqavilənin KTA-DM-19/0004-İ-T-02 saylı lizinq obyektinin təhvil-təslim aktının təsdiqlənmiş surətindən məlum olur ki, müxtəlif birka nömrəli, 69 baş “simmental” cins iribuynuzlu damazlıq heyvanlar, V.Muradova təhvil ver ilmişdir. 7. "xxxx" ASC ilə ASC arasında imzalanmış C-LİV-0025/20 nömrəli heyvanların sığortası şəhadətnaməsinin təsdiqlənmiş surətindən məlum olur ki, yuxarıda qeyd olunan 69 baş iri buynuzlu damazlıq heyvanlar, faydalanan şəxslər 60% Aqrar Kredit və İnkişaf Agentliyi, 25% V.Muradov və 15% ASC, sığorta məbləği 306.000 manat, sığorta haqqı 34.700,40 manat, sığortalı ASC olmaqla 2020-ci il 17 yanvar tarixi saat 00:00-dan 2023-cü il 16 yanvar tarixi saat 23:59-dək sığortalanmışdır.

8. Ödəniş tapşırığından məlum olur ki, ASC tərəfindən C-LİV-0025/20 saylı sığorta şəhadətnaməsi əsasında 34.700,40 manat “Pasha İnsurance OJSC”nin bank hesabına köçürülmüşdür. 9. 2020-ci il 23 noyabr tarixli pretenziya məktubunda V.Muradovun həmin tarixə ASC qarşısında borcun 32.263,94 manat məbləğində olması qeyd olunmuş, 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilməyəcəyi halda qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. 10. 2020-ci il 22 dekabr tarixli maliyyə arayışında qeyd olunur ki, V.Muradovun ASC qarşısında lizinq müqaviləsinə əsasən 2020-ci il 9 dekabr tarixə qədər 9.560,97 manat əsas borc, 2.078,56 manat faiz borcu. 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 20.065,40 manat məbləğində sığorta haqqı, ümumilikdə 32.723,24 manat öhdəliyi vardır. 11. 2021-ci il 23 iyun tarixli maliyyə arayışında V.Muradovun ASC qarşısında Lizinq müqaviləsinə əsasən 2021-ci il 23 iyun tarixə qədər 17.955,99 manat əsas borc, 3.847,45 manat faiz borcu, 3.169,15 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 17.065,40 manat məbləğində sığorta haqqı, ümumilikdə 42.037,99 manat öhdəliyi olması qeyd olunmuşdur.

12. V.Muradova məxsus 2019-cu il 23 iyun - 2021-ci il 23 iyun tarixlərini əhatə edən hesabdan çıxarışdan məlum olur ki, V.Muradov qeyd olunan dövrlərdə 290.130 manat öhdəliyi tam olaraq icra etmişdir. Qeyd olunan tarix aralığını əhatə edən V.Muradova məxsus ***-*******-29 saylı hesabdan çıxarışa əsasən lizinq əməliyyatları üzrə vaxtı keçmiş əsas borclar üzrə 17.955,99 manat, ***-*******-30 saylı hesabdan çıxarışa əsasən lizinq əməliyyatları üzrə vaxtı keçmiş faiz borclar üzrə cəmi 3.847,45 manat, ***-*******-32 saylı hesabdan çıxarışa əsasən lizinq əməliyyatları üzrə vaxtı keçmiş faiz borclar üzrə 3.169,15 manat, ***-*******-20 saylı hesabdan çıxarışa əsasən sığorta haqqı üzrə əlavə öhdəlik üzrə 17.065,4 0 manat qalıq borc qeyd olunmuşdur.

13. X6 Firması tərəfindən ASC-yə ünvanlanan 2021-ci il 25 iyun tarixli 34/21/AE saylı xəbərdarlıq məktubunda, 68 baş damazlıq heyvanın 40 gün müddətində V.Muradova məxsus fermada karantində saxlanılmsı və yemlənməsinə görə 30.000 manat məbləğdə vəsait xərclənməsi qeyd olunmuş, həmin məbləğin V.Muradova ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

14. ASC-yə ünvanlanan 2021-ci il 25 iyun tarixli vəkil sorğusunda ASC tərəfindən V.Muradova lizinqə verilmiş heyvanların ölkə ərazisinə idxalına dair gömrük bəyannamələrinin müvafiq qaydada təsdiqlənmiş surətləri, lizinqə veriləcək heyvanlar ölkə ərazisinə idxal olunandan sonra karantində saxlanılması, əgər saxlanılırsa, harada saxlanılması, lizinqə veriləcək he yvanlar neçə gün karantində saxlanılması, lizinqə veriləcək heyvanların karantində saxlanma xərcinin nə qədər olması və həmin xərcin kimin tərəfindən ödənilməsi barədə məlumat tələb olunmuşdur. Qeyd olunan sorğuya cavabda ASC tərəfindən verilən 2021-ci il 12 iyul tarixli PLM-21/0239 saylı cavabda ölkə ərazisinə idxal edilən heyvanların dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra 30 gün müddətinə karantində saxlanılması məsələsinin qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, V.Muradova münasibətdə lizinq obyekti olan damazlıq heyvanların karantində saxlanılması lizinq alana həvalə edilməsi, tərəflər arasında bağlanmış lizinqi müqaviləsinə əsasən V.Muradov lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində heyvanlara baytarlıq və zootexniki xidmətlərinin keçirilməsi ilə əlaqəda r bütün xərcləri öz üzərinə götürməsi qeyd olunmuş, V.Muradova lizinqə verilmiş heyvanların ölkə ərazisinə idxalına dair gömrük bəyannamələrinin surətləri əlavə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

15. ASC 2021-ci il 12 yanvar tarixində V.Muradova qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən 9.560,97 manat əsas borcun, 2.078,56 manat faiz borcunun, 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcunun, 20.065,40 manat məbləğində sığorta haqqının, ümumilikdə 32.723,24 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun V.Muradovdan tutularaq, ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsi və lizinq obyekti olan 68 baş “simmental” cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən 68 ədəd “simmental” cinsli damazlıq heyvan cavabdehə 37 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan damazlıq heyvanlar 2020-ci il 17 yanvar tarixli lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 306.000 manat təşkil etmişdir. Həmin məbləğin 179.120 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 76.510 manat məbləğində ilkin ödəniş və 15.300 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası ödənilmiş, lakin V.Muradov tərəfindən lizinq predmetinin sığorta haqqını təşkil edən və birdəfəlik qaydada ödənilməli olan 34.700,40 manat sığorta haqqından cəmi 14.635 manat ödəniş aparılmış, qalıq 20.065,40 manat ödənilməmişdir. Eyni zamanda, cavabdeh ödənişləri qrafikə əsasən həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən damazlıq heyvanlar cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə heç bir ödəniş həyata keçirilməmiş və nəticədə 2020-ci il 9 dekabr tarixə cavabdehin lizinq müqaviləsi üzrə 9.560,97 manat əsas borcu, 2.078,56 manat faiz borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin 2020-ci il 9 dekabr tarixinə qədər 1.018,31 manat cərimə borcu mövcuddur.

17. Bundan əlavə, daxili lizinq müqaviləsinin 12-ci bəndində lizinqə verilən damazlıq heyvanların sığortalanması tələbi nəzərdə tutulmuşdur. Bu bəndin tələblərinə əsasən 2020-ci il 27 fevral tarixli C-LİV-0025/20 saylı Heyvanların Sığorta Şəhadətnaməsi imzalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən sığorta predmetini təşkil edən damazlıq heyvanl arın sığorta məbləği 306.000 manat, sığorta haqqı isə 34.700,40 manat müəyyən edilmişdir. Lakin göstərilən sığorta haqqı məbləğinin bir hissəsi, yəni 14.635 manat məbləğində vəsait cavabdeh tərəfindən iddiaçının hesabına ödənilsə də, qalan 20.065,40 manat məbləğində sığorta haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Nəticədə həmin vəsaiti ASC sığortaçı "xxxx" ASC-yə ödəmək məcburiyyətində qalmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında əlavə olaraq 20.065,40 manat sığorta haqqı borcu da yaranmışdır.

18. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə 2020-ci il 23 noyabr tarixli PLM-20/0188 nömrəli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, onun tərəfindən göstərilən məbləğdən heç bir ödəniş aparılmamış, lizinq müqaviləsinin şərtlərinə əsasən ASC-nin mülkiyyətində olan 68 baş “simmental” cinsli damazlıq heyvanlarının geri qaytarılmasından imtina edilmişdir. Beləliklə, V.Muradov ASC qarşısında lizinq müqaviləsinə əsasən 2020-ci il 9 dekabr tarixə qədər 9.560,97 manat əsas borcu, 2.078,56 manat faiz borcu, 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 20.065,40 manat məbləğində sığorta haqqı borcu yaransa da, həmin ödənişləri icra etməkdən yayınır və lizinq predmeti olan damazlıq heyvanları sağlam şəkildə geri qaytarmır.

19. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "xxxx") 427.3, 445.2.1, 748-1.5, 748-1.12.4, 748-2.3-cü maddələrinə istinad edilmişdir.

20. ASC 2021-ci il 24 iyun tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər aras ında bağlanmış lizinq müqaviləsinə əsasən 17.955.99 AZN manat əsas borcun, 3.847,45 AZN faiz borcunun, 3.169,15 AZN manat gecikdirilmiş günlərə görə cərimə borcunun, 17.065,40 AZN məbləğində sığorta haqqının, ümumilikdə 42.037,99 və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh V.Muradovdan tutularaq ASC-yə ödənilməsi, lizinqi müqaviləsinə xitam verilməsi və lizinq obyekti olan 68 baş “simmental” cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. V.Muradov 2021-ci il 19 mart tarixində ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, lizinq müqaviləsi üzrə təhvil verilmiş 68 baş damazlıq heyvanın 40 günlük karantin müddətində saxlanması və yenilənməsinə xərclə nən 30.000 AZN məbləğində vəsaitin və məhkəməyə müraciətlə bağlı ödənilən 30 manat məbləğində dövlət rüsumunun ASC-dən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən ASC 68 baş “simmental” cinsli damazlıq heyvanı ona lizinqə verməyi öhdəsinə götürmüşdür. Damazlıq heyvanların lizinqə verilməsi ilə əlaqədar ASC-yə müraciət edilən zaman ASC-nin rəhbər vəzifəli şəxsi bildirmişdir ki, xaricdən gətirilib lizinqə veriləcək damazlıq heyvanlar lizinqə götürən sahibkarlara təhvil verilməzdən öncə 40 gün müddətində öz vəsaiti hesabına karantində saxlanılır. Bunun üçün xüsusi yerlər mövcuddur. 40 günlük karantin müddəti bitdikdən sonra isə həmin heyvanlar sahibkarlara təhvil verilir. Bu qayda ASC tərəfindən az sayda damazlıq heyvan lizinqə götürən bütün sahibkarlara şamil edilir. ASC-nin nümayəndəsi də təklif etmişdir ki, ferma təzə olduğuna görə və əvvəllər həmin fermada heyvan saxlanılmadığına görə xaricdən gətirilmiş və lizinqə veriləcək heyvanlar 40 gün müddətində həmin fermada karantində saxlanılsın və həmin müddətdə heyvanların yemlənməsinə sərf olunan vəsait, eyni zamanda, həmin heyvanların saxlanması üçün zəruri olan xərclər ASC tərəfindən əlavə olaraq ödəniləcəkdir. Bununla razılaşmış, lizinq müqaviləsinə əsasən ASC tərəfindən verilən 68 baş damazlıq heyvan təhvil alınmışdır. ASC ilə razılığa əsasən həmin heyvanlar 40 gün müddətində ona məxsus fermada karantində saxlanılmışdır. Karantin müddətində heyvanların saxlanmasına və yemlənməsinə görə 3 0.000 AZN məbləğdə vəsait xərclənmişdir. Dəfələrlə həmin məbləğin ödənilməsi ilə bağlı ASC-yə müraciət olunsa da, uzun müddət keçməsinə baxmayaraq ASC öz üzərinə götürdüyü öhdəliyi icra etmir və lizinqə verilmiş heyvanların 40 gün müddətində karantində saxlanmasına görə xərclənilən 30.000 AZN məbləğində vəsait bu günə kimi ödəməmişdir.

23. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, MM-in 6.1, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad edilmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 sentyabr tarixli e-2-2(113)-944/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış lizinq müqaviləsi ləğv edilmiş, lizinq müqaviləsi üzrə 17.955,99 manat manat əsas borc, 3.847,45 manat faiz borcu, 17.065,40 manat məbləğində sığorta haqqı, 1.795 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, cəmi 40.663,84 manat V.Muradovdan ASC-nin xeyrinə tutulması, lizinq obyekti olan 68 baş “simmental” cinsli damazlıq heyvan sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, həmçinin, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim A.Əliyeva).

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanunvericilik lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinqverən ASC ilə lizinqalan V.Muradov arasında daxili lizinq müqaviləsi bağlanmış və “simmental cinsli”, 68 baş iribuynuzlu damazlıq heyvan V.Muradova lizinqə verilmişdir. İlkin iddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmiş, müqavilənin tərkib hiss əsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi müqaviləyə xitam verilməsi, lizinq obyektinin geri alınması, lizinq müqaviləsi üzrə əsas borcun və faiz borcunun, sığorta haqqının tutulması hissəsində əsaslı, cərimə hissəsində isə qismən əsaslıdır. Belə ki, MM-in 465.2 və 467-ci maddələrinin tələblərinə görə 3.169.15 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1.795 manata endirilməlidir.

27. Məhkəmə mövqeyini MM-in 385.1, 386.1, 465.2, 467, 747.1, 747-1.2, 747-1.3, 7481.1, 748-1.9, 748-2.1, 748-1.12.4, MPM-in 14.2, 77.1, 80, 119.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. V.Muradov 2021-ci il 21 oktyabr tarixində apellyasiya şikayəti verərək, hə min qətnaməni ləğv edərək, ilkin iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 aprel tarixli 2-2(103)-397/2022 saylı qətnaməsi ilə V.Muradovun apellyasiya şikayəti təmin edilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, lizinqverən ASC ilə lizinqalan V.Muradov arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq alanın öz öhdəliyin lazımı qaydada icra etməmiş, lizinq ödənişlərini və müqavilə ilə şərtlə şdirilmiş sığorta haqqını tam ödəməmişdir. Bununla da, MM-in müvafiq normalarına və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 7.1.4 və 7.1.5-ci bəndlərinə əsasən müqavilənin vaxtından əvvəl ləğv edilməsi, lizinq obyektinin geri alınması, lizinq müqaviləsi üzrə borcun, öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin tutulması hissəsində iddiaçının tələbi əsaslıdır. Bu səbəbdən, ilk iddianın təmin edildiyi hissədə, eyni zamanda, qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmişdir.

31. Qarşılıqlı iddia üzrə V.Muradov iddia etmişdir ki, lizinq müqaviləsi bağlandıqdan sonra ona təhvil verilmiş heyvanlar 40 gün karantində saxlanıldığı dövrdə heyvanların saxlanılması üçün xərclər lizinq verən tərəfindən çəkilməli olduğu halda, onun tərəfindən çəkildiyindən heyvanların saxlanılması üçün 30.000 manat məbləğində sərf edilmiş vəsaitin əvəzi ASC-dən onun xeyrinə tutulmalıdır.

32. Heyvanların lizinq alana 2020-ci il 17 yanvar tarixdə (lizinq müqaviləsi bağlandığı gün) təhvil verildikdən sonra 40 gün karantində saxlanıldığı işin mübahisəsiz halıdır. Lakin lizinq alan tərəfindən karantin dövründə heyvanların saxlanılmasına 30.000 manat xərc çəkilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

33. Qanunvericilikdə ölkə ərazisinə xaricdən gətirilən heyvanların karantində saxlanılmalı olduğu müəyyən edilmiş heyvandarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin vəzifələrinə aid edilmişdir. Qanunda bu vəzifənin məhz mülkiyyətçiyə aid olduğunun qeyd edilməməsi belə qənaətə gəlməyə əsas verir ki, hey vanların karantin dövründə müqavilə tərəflərindən kimin vəsaiti hesabına saxlanılacağı qarşılıqlı razılıqla müəyyən olunmalıdır.

34. Apellyasiya şikayətində lizinq müqaviləsi bağlanarkən lizinqə verilmiş heyvanların lizinqalana məxsus ərazidə və onun vəsaiti hesabına karantində saxlanılması razılaşdırılmış, lizinq verən şifahi olaraq həmin xərclərin ödəniləcəyini öhdəsinə götürməsi qeyd edilsə də, ASC-nin nümayəndəsi belə bir razılaşma olduğunu qəbul etmədiyindən bu halı sübut etmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşdüyü halda bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Beləliklə, qarşılıqlı iddianın əsaslı olduğu sübut edilmədiyindən rədd olunmalıdır.

35. Həmçinin, lizinqalan lizinqə verilmiş heyvanlara karantin müddətində çəkilmiş xərcləri o halda lizinqverəndən təl əb edə bilərdi ki, heyvanlar lizinq müqaviləsi qüvvəyə minənədək ona təhvil verilmiş olsun. Lizinq müqaviləsi qüvvəyə mindikdən sonra lizinqə götürülmüş heyvanların saxlanılması ilə bağlı xərclər müqavilənin 8.2.2-ci bəndinə əsasən lizinqalana aid oduğundan (heyvanların karantində olub-olmamasından asılı olmayaraq) bu xərclərin lizinqverəndən tələb edilməsi əsassızdır.

36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 747.1, 748-6.1, 748-10.1, 748-10.4, 748-1.11, 748-1.12.4, MPM-in 14.2, 77.1, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.8, 19.0.12, 19.0.13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli, 19 saylı qərarı ilə təsdiq olunmuş “Heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.9-cu b əndi ilə əsaslandırmışdır.

37. Həmin qətnamə 2022-ci il 14 aprel tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.

38. V.Muradov 2022-ci il 13 iyun tarixində kassasiya şikayəti verməklə həmin qətnaməni ləğv edərək, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

39. MM-in 385.1-ci maddəsinin tələbi pozulmuşdur. ASC tərəfindən lizinqə veriləcək heyvanların tövlədə saxlanılması və yemlənməsi üçün zəruri olan xərclərin əlavə olaraq ödənilməsi ilə bağlı öhdəlik yerinə yetirilməmişdir. Belə ki, damazlıq heyvanların lizinqə verilməsi ilə əlaqədar ASC-yə müraciət edilən zaman onun rəhbər vəzifəli şəxsi tərəfindən bildirilmişd ir ki, xaricdən gətirilib lizinqə veriləcək damazlıq heyvanlar onlar tərəfindən az sayda damazlıq heyvan lizinqə götürən sahibkarlara təhvil verilməzdən öncə 40 gün müddətində öz vəsaitləri hesabına karantində saxlanılır, karantin müddəti bitdikdən sonra isə həmin heyvanlar onlar tərəfindən sahibkarlara təhvil verilir. Bunun üçün onların xüsusi yerləri mövcuddur.

40. Buna baxmayaraq ASC-nin nümayəndəsi tərəfindən təklif edilmişdir ki, ferma təzə olduğundan və əvvəllər orada heyvan saxlanılmadığına görə xaricdən gətirilmiş lizinqə veriləcək heyvanlar 40 gün müddətində onlara məxsus fermada karantində saxlanılsın. Bunun müqabilində isə həmin müddətdə heyvanların yemlənməsinə və saxlanmasına sərf olunan vəsait ASC tərəfindən əlavə olaraq ödəniləcəkdir. Əldə olunmuş razılığa əsasən ASC tərəfin dən təhvil verilmiş 68 baş damazlıq heyvan 40 gün müddətində ona məxsus fermada karantində saxlanılmışdır. Karantin müddətində heyvanların saxlanmasına və yemlənməsinə görə 30.000 AZN məbləğdə vəsait xərclənmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi işə ASC-nin mövqeyindən yanaşaraq mübahisəyə birtərəfli qiymət vermişdir. 2021-ci il 25 iyun tarixli vəkil sorğusuna cavab məktubu ilə ASC bildirmişdir ki, ölkə ərazisinə idxal edilən heyvanlar dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra 30 gün müddətinə karantində saxlanılması məsələsi qanunvericiliyə uyğun şəkildə təşkil edilir və ona münasibətdə lizinqi obyekti olan damazlıq heyvanların karantində saxlanılması lizinq alana həvalə edilmişdir. Belə olan halda ölkə ərazisinə idxal edilən heyvanların karantində saxlanması qanunver iciliyə uyğun şəkildə həyata keçirilməli olduğu halda, lizinqi obyekti olan damazlıq heyvanların karantində saxlanılmasının ona həvalə olunması məhkəmə tərəfindən araşdırılmamışdır.

42. MPM-in 217.3-cü maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyasının qətnaməsində qarşılıqlı iddianın niyə təmin edilmədiyi əsaslandırılmamış, məhkəmə tərəfindən heç bir tutarlı səbəb gətirilmədən şikayəti təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 4 07-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403.1 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyən ləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri... 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğ un olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.... 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.... 748-1.11. Əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyəri nin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir....” “Maddə 748-6. Lizinq obyektinin və sahibkarlıq (maliyyə) risklərinin sığortası 748-6.1. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatan adək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.... 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir....” 48. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

19. Heyvandarl ıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq sanitariya) tələbləri üzrə vəzifələri 19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır:... 19.0.8. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq;... 19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunverici liklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək; 19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq;...”

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 saylı qərarı ilə təsdiq olunmuş “Heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.9-cu bəndi aşağıdakılar nəzərdə tutulur: “... 2.9. Heyvanların yoluxucu xəstəliklərdən mühafizəsini təmin etmək məqsədilə yeni qəbul edilən heyvanlar iri heyvandarlıq təsərrüfatlarında təcrid edilmiş halda karantində, vətəndaşlara məxsus olan kiçik təsərrüfatlarda i sə ayrı bir yerdə 1 ay müddətində saxlanmaqla epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra ümumi heyvanlar qrupuna daxil edilməlidir....”

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə 11

9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

51. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, V.Muradov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddia tələbinin rədd olunduğu hissədə ləğv edilməli və iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

52. Kassasiya şikayətinin dəlilinin mahiyyəti bundan ibarət olmuşdur ki, xaricdən gətirilib lizinqə veriləcək damazlıq heyvanlar 40 gün müddətində lizinq şirkətinin hesabına karantində saxlanılmalıdır. Hazırkı halda isə, lizinqə verilən damazlıq heyvanlar karantin müddətində saxlanılması üçün də cavabdeh ə verilmiş və həmin müddət ərzində heyvanların saxlanılması üçün çəkilən xərclərin iddiaçı tərəfindən ona ödəniləcəyi bildirilmişdir.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

54. İlk olaraq qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 6 dekabr tarixli KTA-DM-19/0004-İ saylı ilkin lizinq müqaviləsindən və həmin müqaviləyə Əlavə 1-dən məlum olur ki, “simmental” cinsli, 69 baş iribuynuzlu damazlıq heyvanın V.Muradova lizinqə verilməsi barədə tərəflər razılığa gəlmişdir.

55. Eyni zamanda tərəflər arasında bağlanmış 2020-ci il 17 yanvar tarixli KTA-DM20/0001 nömrəli lizinq müqaviləsində lizinqə verilməsi nəzərdə tutulmuş “simmental” cinsli, iribuynuzlu damazlıq heyvanların sayı isə “68 ba ş” olaraq qeyd edilmişdir.

56. Bunan başqa, ilkin müqavilənin KTA-DM-19/0004-İ-T-02 saylı lizinq obyektinin təhvil-təslim aktının təsdiqlənmiş surətindən məlum olur ki, müxtəlif birka nömrəli, 69 baş “simmental” cins iribuynuzlu damazlıq heyvanlar V.Muradova təhvil verilmişdir.

57. Həmçinin iş materiallarında olan 2020-ci il 23 noyabr tarixli pretenziya məktubunda 2020-ci il 7 may tarixli KTA-KTT-20/0857 saylı daxili lizinq müqaviləsinə əsasən V.Muradova “simmental cinsli”, 68 baş iribuynuzlu inək verilməsi qeyd olunmuşdur.

58. Tərəflər arasında bağlanmış 2019-cu il 6 dekabr tarixli lizinq müqaviləsinin 3.1-ci bəndində müqavilənin avans məbləği tam ödənildiyi gün qüvvəyə minməsi və əsas müqavilə bağlanandan sonra qüvvədən düşməsi müəyyən olunmuşdur. Belə olduqda, 2020-ci il 17 yanvar tar ixdə əsas müqavilə bağlandıqdan sonra ilkin müqavilə qüvvədən düşməli olduğu halda, tərəflər arasında təhvil-təslim aktının hansı səbəbdən ilkin müqavilə ilə əlaqədar olaraq bağlanması, habelə ilkin müqavilədə 69 baş, əsas müqavilədə 68 baş və təhvil-təslim aktında da 69 baş damazlq heyvanların öz əksini tapması ziddiyyətli olmaqla iş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə gəlinməsi üçün aydınlaşdırılması məqsədə müvafiq olan hallardır.

59. Bunan başqa, apellyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli, 19 saylı qərarı ilə təsdiq olunmuş “Heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.9-cu bəndinə istinad etmişdir.

60. İstinad olunan Qaydaların 2.9-cu bəndinə əsasən, heyvanların yoluxucu xəstəliklərdən mühafizəsini təmin etmək məqsədilə yeni qəbul edilən heyvanlar iri heyvandarlıq təsərrüfatlarında təcrid edilmiş halda karantində, vətəndaşlara məxsus olan kiçik təsərrüfatlarda isə ayrı bir yerdə 1 ay müddətində saxlanmaqla, epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra ümumi heyvanlar qrupuna daxil edilməlidir.

61. Məhkəmə kollegiyası hesab edir ki, Qaydaların istinad olunan bəndində göstərilənlər məhz təsərrüfat sahiblərinin əldə etdiyi heyvanları karantində saxlanılması ilə bağlı olmaqla, xarici ölkədən əldə olunmuş damazlıq heyvanların lizinqə verilməzdən əvvəlki saxlanması qaydasını əks olunmamışdır.

62. Bununla bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbinin əsaslı olub-olmaması ilə bağlı ədalətli və qanuni nəticəyə gəlinməsi üçün müqavilənin obyektini təşkil edən damazlıq heyvanların xarici ölkədən hansı tarixdə ölkə ərazisinə daxil olması, daxil olduğu tarixdən və yaxud tərəflər arasında ilkin müqavilə ilə təhvil-təslim aktının bağlandığı tarixlər arasında harada və hansı şəraitdə saxlanılması və bununla bağlı hansı xərclərin çəkilməsinin MPM-in 14.2, 77.1 və 77.3-cü maddələrinə uyğun olaraq aydınlaşdırılması da məqsədə müvafiqdir.

63. MPM-in 416.1-ci maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qəra rında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

66. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün f aktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. B u səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

68. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

69. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

70. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 aprel tarixli 2- 2(103)397/2022 saylı qətnaməsi qismən – iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

71. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 aprel tarixli 22(103)-397/2022 saylı qətnaməsi qismən – qarşılıdlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar