Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-502/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 aprel tarixli 2-2(103)391/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Bir tərəfdən Cavabdeh1 MMC, digər tərəfdən "xxxx" MMC arasında tərtib edilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilən üzləşmə aktına əsasən Cavabdeh1 MMC-nin "xxxx" MMC qarşısında əsas borcu 137.888,99 manat, ƏDV üzrə borcu 23.854,84 manat təşkil edir. 2. 2022-ci il 26 yanvar tarixində “Rabitə bank” tərəfindən verilmiş hesabdan görünür ki, Cavabdeh1 MMC tərəfindən 2021-ci il 25 noyabr tarixdə "xxxx" MMC-nin hesabına 29.445,40 manat məbləğində ödəniş edilmişdir. 3. "xxxx" MMC tərəfindən Cavabdeh1 MMC-yə 2021-ci il 11 oktyabr tarixli pretenziya məktubu ünvanlanaraq, 2019-cu il 7 yanvar tarixindən 2020-ci il 10 iyun tarixinə qədər tərəflər arasında yaranmış 137.888,99 manat məbləğində əsas borc və 23.854,84 manat məbləğində ƏDV üzrə yaranmış borcun 2 gün ərzində ödənilməsi xahiş edilmi ş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" MMC (bundan sonra iddiaçı) Cavabdeh1 MMC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 161.743 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10.782 manat, ümumilikdə 172.525 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 108 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 4 yanvar tarixli müqavilə əsasında iddia çı tərəfindən cavabdehə müxtəlif çeşidli metal məmulatlar verilmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən qarşı tərəfin 2019-cu il 7 yanvar tarixindən 2020-ci il 10 iyun tarixinə qədər iddiaçıya 137.888,99 manat əsas məbləğ üzrə və 23.854,84 manat isə ƏDV üzrə borcu yaranmışdır.
6. Həmin borcun yaranmasından artıq 1 il 4 ay vaxt keçməsinə, cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər edilməsinə baxmayaraq, yaranmış borc bu günə qədər ödənilməmişdir. Cavabdehdən 161.743 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Digər tərəfdən cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və 1 il 4 ay müddətində pul məbləğinin ödənilməsini gecikdirmişdir. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 445-ci m addəsinə əsasən cavabdehdən 161.743 manat məbləğində pul vəsaitinin 1 il 4 ay müddətində qaytarılmamasına görə illik 5% olmaqla 10.782 manat pul tutulmalıdır. 7. 2021-ci il 6 oktyabr tarixində keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə balı 400 manat ödənilmişdir. İddiaçı hesab edir ki, «Mediasiya haqqında» Qanunun 36.2 və 36.5-ci maddələrinin tələblərinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat cavabehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi həmçinin MM-nin 385.1, 425.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası “Dövlət rüsumu” haqqında Qanunun 8.1.4, 8.4, 9.1-1ci maddələrinə istinad etmişdir.
9. Cavabdehin nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, tərəflər arasında müqavilə bağlanmamışdır. Sadəcə olaraq üzləşmə aktı var. Üzləşmə aktında hansı müqavilə əsasında üzləşmə aktının aparıldığı, hansı sənədlərin üzləşdirildiyi qeydolunmamışdır. Bu sənəd rəsmi sənəd kimi qeydə alınmamalıdır. Mülki Məcəllənin tələblərinə görə tərəflər arasında öhdəliyin yaranması üçün müqavilənin olmasını tələb edir. Lakin ortada müqavilə yoxdur. Bu da onu göstərir ki, cavabdehin iddiaçı qarşısındaheç bir öhdəliyi yoxdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 132297,6 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manatın, ümu milikdə 143079,6 manatın ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).
11. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinadən (bax yuxarıda §1-3) müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, bu barədə üzləşdirmə aktı tərtib olunmuş və həmin akta əsasən cavabdehin iddiaçıya olan borcu, əsas borc üzrə 137.888,99 manat, ƏDV üzrə 23.854,84 manat müəyyən edilərək akt, hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. Həmin borc məbləğindən cavabdeh tərəfindən 2021-ci il 25 noyabr tarixində iddiaçının hesabına 29.445,40 manat ödəniş edilmişdir.
12. Məhkəmə tərtib olunmuş üzləşdirmə aktı və tərəflərin nümayəndələrinin izahatları ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər.
13. İşin materiallarında olan ikitərəfli qaydada tərtib edilmiş üzləşdirmə aktından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 161743 manat (137888,99 manat malın dəyəri və 23854,84 manat əlavə dəyər vergisi) dəyərində malların cavabdehə təhvil verilməsi, sonuncu tərəfindən həmin malların təhvil alınması və borc məbləğinin ödənilməsinə təminat verilməsi cavabdeh tərəfindən Cavabdeh2 adlı şəxsin imzası qoyulmaqla, Cavabdeh1 dairəvi möhürü ilə təsdiq olunmuşdur.
14. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin nümayəndəsinin üzləşdirmə aktında göstərilən malların cavabdehə satılmaması, ümumiyyətlə verilməməsi, eyni zamanda aktda göstərilən mallar ilə bağlı hər hansı bir alqı-satqı müqaviləsi bağlanmadığını və akt tərtib edilmədiyini mübahisələndirən dəlilləri tamamilə əsassızdır.
15. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, cavabdeh aktı təsdiq etmişdir, o, iddiaçı ilə aralarında malların alqı-satqısı barədə şifahi razılaşmanın olmadığını, bununla da üzləşdirmə aktını mübahisələndirmək hü ququnu itirmiş olur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla da o, mübahisə etmək hüququnu itirir.
16. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında üzləşdirmə aktında göstərilən elektron qaimələr üzrə malların alqı-satqısı ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 161743 manat dəyərində müxtəlif adda mal sonuncuya satılmış və alqı-satqının nəticələri ikitərəfli aktla rəsmiləşdirilərək cavabdeh sözügedən pul vəsaitini iddiaçıya ödənilməsinə təminat vermiş, lakin üzərinə götürdüyü bu öhdəliyini yerinə yetir məkdən yayınmışdır. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin mənası baxımından iddiaçı üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni iddiaçının satdığı malların dəyərini ödəməyə borcludur.
17. Hüquqi şəxsin adından təsdiq edilmiş hər bir sənəd onun möhürü ilə təsdiq edilməli olduğundan və hüquqi şəxsin möhürü yalnız qanuni təmsilçidə və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsdə saxlanılmalı olduğundan, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, üzərində Cavabdeh1 MMC-nin möhürü olan üzləşdirmə aktı tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlandığını və həmin müqavilə üzrə cavabdehin iddiaçıya 161.743 manat borcu yarandığını təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Göstərilən borc məbləğindən cavabdeh tərəfindən 2021-ci il 25 noyabr tarixdə iddiaçının hesabına 29.445,40 manat ödəniş edilmiş, borc məbləğindən qalan 132.297,60 (161.743-29.445,40) manat cavabdehdən tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.
18. İddiaçının pul öhdəliyinin gecikdirilmiş vaxt üçün illik 10.782 manat pulun tutulması tələbinə münasibətdə məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə və MM-nin 445.7-ci maddəsinə istinadla östərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 10782 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. İddiaçı ödənilmiş 400 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 462,52 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 82,93 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, mediasiya xərcinə görə 383,56 manat (462,52 manat (dövlət rüsumunun məbləği) – 78,96 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 383,56 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün həmçinin MM-in 324.4, 329.2, 351.3, 385.1, 390.4, 441.4, 442, 448.1, 462.1, 465.2, 567, 600.1, 600.4-cü maddələrinə, “Mediasiya haqqında” Azərb aycan Respublikası Qanununun 36.5-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 14.2, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.
21. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 aprel tarixli 2-2(103)-391/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), R. Qurbanov və V. Məmmədov).
23. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarına ist inad edərək (bax yuxarıda §1-3), birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
24. Cavabdehin nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında izahatında göstərmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, iddiaçıdan mallar alınmış, dəyəri ödənilmiş, hər hansı borc qalmamışdır. Aralarında yazılı müqavilə bağlanmamışdır. “Üzləşmə aktı” adlı sənədi mühasib Xədicə Ağaverdiyeva tərəfindən imzalamış, buna görə də mühasib cəzalandırılmışdır.
25. İşin hallarından göründüyü kimi, cavabdeh tərəflər arasında alqı-satqı münasibətləri olduğunu, iddiaçıdan mallar aldığını mübahisələndirmir. Cavabdehin iddiaya etirazı belə əsaslandırılır ki, alınmış malların dəyəri tam ödənilmişdir. Halbuki işdəki üzləşdirmə aktına əsasən cavabdeh iddiaçıya alınmış ma llara görə ƏDV daxil 161743,83 manat ödəməli olduğu halda, 2021-ci il 25 noyabr tarixində cəmi 29.445,4 manat ödəmişdir. Bu məbləğdən artıq ödəniş edildiyinə dair cavabdeh birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilən hallarına MM-nin 329.1, 385.1, 386.1, 567 və 600.4-cü maddələrini tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, borc məbləğindən cavabdeh tərəfindən 29445,4 manat ödəniş edildiyindən qalan 132297,6 (161743-29445,4) manat cavabdehdən tutulmalıdır.
27. Bundan başqa birinci instansiya məhkəməsi düzgün olaraq MM-nin 445.7, 448.1, 448.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, pul öhdəliyinin icrası gecikdiril diyindən gecikdirilmiş bir il dörd ay üçün illik 5% olmaqla 10782 manat cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Belə ki, işdəki üzləşmə aktından görünür ki, son elektron qaimə xx.xx.2020-ci ildə göndərilmiş, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, 29445,4 manat ödəniş isə xx.xx.2021-ci il tarixdə edilmişdir. Yəni iddia qaldırılan zaman cavabdeh tərəfindən 1 il 4 ay müddətinə ödənilməmiş 172525 manat borc olmuşdur. İddiaçının ödənilməmiş həmin məbləğ üzrə 1 il 4 ay üçün illik beş faiz üzrə 11501,65 manat (1 il=8626.25 manat, 4 ay=2875.4 manat) tələb etmək hüququ olmuş, iddiaçı ərizəsində 10782 manat tələb etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq iddiadan kənara çıxmayaraq əldən çıxmış faydaya görə 10782 manat pul tutmuşdur.
28. Apellyasi ya şikayətinin dəlillərinə münasibətdə həmin məhkəmə göstərmişdir ki, alqı-satqı müqaviləsi üzrə üzləşmə aktı cavabdehin möhürü ilə təsdiq edilmiş, möhürün isə hüquqi şəxsə aid olmadığı mübahisələndirilməmişdir. Möhür hüquqi şəxsin qanuni təmsilçisində olduğundan həmin aktın səlahiyyətsiz şəxs tərəfindən təsdiq edildiyinə dair cavabdehin dəlilləri əsassızdır. Bundan əlavə cavabdehin iddia qaldırıldıqdan sonra 2021-ci il 25 noyabr tarixdə borc üzrə ödəniş həyata keçirməsi də təsdiq edir ki, iddiaçıdan alınmış malların dəyərinin yerində ödənildiyinə dair cavabdehin nümayəndəsinin izahatında qeyd etdikləri həqiqətə uyğun olmamışdır.
29. İş üzrə qəbul edilmiş qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsində baxılmas ı barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. MM-nin 386, 445.7, 465.2-ci maddənin tələbləri pozulmuşdur-iş üzrə qətnamələrdə üzləşmə aktına istinad olunsa da, tətbiq edilən hüquq norması üzləşmə aktının deyil, yalnız müqavilənin öhdəlik əmələ gətirdiyi təsbit olunmuşdur.
31. İddiaçı yaranan borcun gecikməyinə görə illik 5 faiz cərimə hesablanmasını bildirsə də, qeyd olunan məbləğ banklar və ya kredit təşkilatları tərəfindən verilmiş pul kreditlərinə şamil olunur.
32. Tərəflər arasında bağlanan müqavilədə borcun ödənilməsi müddəti müəyyənləşdirmədiyinə görə, cavabdehin heç bir halda cərimə ödəyəcəyi barədə öhdəliyinin olmasına görə və cavabdehin illik 5 faiz məbləğində cərimə olunması barədə mü lki normanın tələbləri pozulmuşdur.
33. MPM-nin 77.1-ci maddəsinin tələbləri pozulmuşdur-iddiaçı məhkəmədə sübut kimi üzləşmə aktı təqdim etsə də, üzləşmə aktının hansısa bir hüquq normasına əsasən ödəniş öhdəliyi yaratdığı sübut olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir”. «Maddə
329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır». “Ma ddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi..... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütü n hallar üçün cavabdehdir....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənil məmiş malın qaytarılmasını tələb edə bilər....”
39. Azərbaycan Respublikası “Mediasiya müddəalarında aşağıdakılar nəzərdə tutulur: haqqında” Qanununun müvafiq “Maddə
36. Mediasiya xərcləri... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün m ediasiya xərclərini ona ödəməlidir....”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. [265] 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 4 16.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (MM-nin 14.1-ci maddəsi). Həmçinin MM-in 329 və 567-ci maddələrinin tələbləri baxımından (bax yuxarıda §38) alqısatqı müqaviləsinin şifahi formada da bağlanması istisna edilməmişdir.
44. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən, tərəflərin şifahi razılığına əsasən, iddiaçı tərəfindən müvafiq m allar cavabdehə satılmış, daha sonra satılmış malların miqdarı və dəyərinin əks olunduğu, hər iki tərəfin imza və möhürü ilə təsdiqlənən üzləşmə aktı tərtib edilmişdir. Cavabdeh aldığı malların müqabilində ödəməli olduğu pul vəsaitinin bir hissəsini (29.445,4 manat) hazırki iddia məhkəməyə verildikdən sonra ödəsə də, həmin üzləşmə aktının tərtib edilməsindən keçən müddət ərzində, tam ödəniş həyata keçirilməmiş, 132.297,6 manat miqdarında borc qalmışdır.
45. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından fiziki şəxslərlə müqayisədə, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Hazırki halda, c avabdehin direktoru tərəfindən imzalanmış üzləşmə aktı, Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh həmin möhürün ona məxsus olmamasını mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin maddi h üquq normalarının pozulmasına dair § 30-da göstərilən dəlilləri iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz, işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
46. Cavabdehin kassasiya şikayətinin digər dəlili (bax yuxarıda §31-32) gecikdirilmiş borc ilə bağlı hesablanmış illik 5% dəymiş zərərin ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini əsassız hesab edir və qeyd edir ki, cavabdeh son olaraq 2020-ci il 10 iyun tarixində əldə etdiyi malın dəy ərini ödəmədiyindən, keçən müddət üçün apellyasiya instansiyası məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə gecikdirilən əsas borcun 5%-i miqdarında pulun tutulması MM-in 445.7, 448.1 və 448.2-ci maddələrinin tələblərinə uyğun olmuşdur (bax yuxarıda §27).
47. Qeyd olunan tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, «…icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticə ləri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir»
48. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilinə gəldikdə qeyd edilməlidir ki (bax yuxarıda §33), kassasiya şikayətində işin hallarının sübut olunmamasına istinad edilməsinə yol verilmir. Digər tərəfdən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qət namənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14.2, 77, 88 və 217ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir
50. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 aprel tarixli, 2-2(103)-391/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli V.T.Həsənov