Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-504/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: subpodrat müqaviləsindən irəli gələn öhdəlik, pul tələbi giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “subpodrat müqaviləsinə əsasən nəzərdə tutulan muzdun ödənilməsi” tələbinə, cavabdehin iddiaçıya qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-451/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: Cavabdeh (“Sifarişçi”) ilə iddiaçı (“Subpodratçı”) arasında bağlanmış 26.02.2018-ci il tarixli subpodrat müqaviləsinə əsasən cavabdeh Baş sifarişçi qismində çıxış edən “xxxx” MMC ilə 01.07.2013-cü il tarixli Baş Podrat Müqaviləsi imzalamış və Baş Podrat müqaviləsi üzrə görüləcək Xidmətlərin bir qisminin subpodrat müqaviləsi üzrə digər şəxslərə ötürmək hüququnu əldə etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, “Subpodratçı” bu müqavilənin Əsas hissəsinə və “Sifarişçi” tərəfindən verilən sifariş formalarına müvafiq olaraq, danışılmış tərzdə və həcmdə, “Sifarişçi”nin Qayda və Təlimatlarına ciddi riayət edərək, bu müqavilədə əks olunan sahədə, kvotalara uyğun olaraq xammal qazma və daşıma xidmətlərini yerinə yetirəcək və “Sifarişçi” isə göstərilmiş xidmət müqabilində, danışılmış xidmət haqqını ödəməyi öz üzərinə götürür; 2.2-ci bəndinə əsasən, xidmətin miqdarı, təfsilatı, keyfiyyəti və təsviri əlavələrdə göstərilməlidir; 3.1-ci bəndinə əsasən, bütün ödənişlər əlavələrdə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun aparılacaqdır; 3.4-cü bəndinə əsasən, “Sifarişçi” bu müqaviləyə əsasən, xidmətin göstərilməsi, xidmətin keyfiyyəti və “Subpodratçı”nın öz vəzifələrini düzgün yerinə yetirməsini təmin etmək baxımdan “Subpodratçı”ya ödənilməli olan hər hansı pul ödənişini tutmaq və ya ödə nişi dayandırmaq hüququnu özündə saxlayır; 7.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliyin pozulması halı baş verdikdə digər tərəf (öhdəliklərini pozmayan tərəf) tez bir zamanda öhdəliklərini pozan tərəfə öhdəliyin pozulması ilə bağlı bildiriş göndərməlidir; 9-cu bəndinə əsasən, “Sifarişçi” subpodratçı nisbətində, onun kvotaları və ya digər xidmətlərin yerinə yetirilməməsi və ya qüsurlu yerinə yetirilməsinə, habelə “Sifarişçi”nin Qayda və Təlimatlarının “Subpodratçı” tərəfindən cəlb olunmuş işçisi və ya istənilən şəxs tərəfindən pozulmasına bu müqavilənin Əlavə 3-də əks olunan “Cərimə cədvəlinə” müvafiq olaraq cərimələmək və ya baş “Sifarişçi”nin “Subpodratçı”, onun işçiləri və ya onun tərəfindən cəlb olunmuş istənilən şəxs tərəfindən törədilən əmələ görə “Sifarişçi” cərimələndiyi halda, bu cərimənin ödənilməsini “Subpodratçı”ya tətbiq edə bilər. “Subpodratçı” yuxarıda qeyd olunan cərimə şərtləri ilə tam razıdır və bir mənalı olaraq tətbiq olunmasına etiraz etmir; 10.1-ci bəndinə əsasən, bu müqaviləyə görə 30 gün qabaqcadan xəbərdarlıq verərək istənilən vaxt tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilə bilər. “Sifarişçi” cavabdehin direktoru X2 və icraçı iddiaçının direktoru X5 tərəfindən imzalanaraq təsdiq olunan 31 mart 2018-ci il tarixli akta əsasən 26.02.2018-ci il tarixdə bağlanmış 02.PQ-18.069 saylı müqaviləyə əsasən, Şahqaya, Karvansaray 1, Karvansaray 2, Karvansaray 3, Karvansaray 4, Karvansaray 5, Karvansaray 6, Sanqacal və Vulkan-2dən 28 fevral 2018-ci il tarixdən 31 mart 2018-ci il tarixə qədər iddiaçıya məxsus texnikalarla əhəngdaşı tullantısı karxanal ardan daşınaraq cavabdehə təhvil verilmişdir. Cəmi məbləğ (ƏDV-siz) 71266,32 manat, ƏDV-12827,94 manat, ümumilikdə 84094,26 manat məbləğində ödəniş edilməli idi. 30 aprel 2018-ci il tarixli akta əsasən 26.02.2018-ci il tarixdə bağlanmış 02.PQ18.069 saylı müqaviləyə əsasən, Karvansaray 1, Karvansaray 12, Sanqacal və Şahqayadan 1 aprel 2018-ci il tarixdən 30 aprel 2018-ci il tarixə qədər iddiaçıya məxsus texnikalarla əhəngdaşı tullantısı karxanalardan daşınaraq cavabdehə təhvil verilmişdir. Cəmi məbləğ (ƏDV-siz) 65.953,82 manat, ƏDV-11.871,69 manat, ümumilikdə 77.825,51 manat ödəniş edilməli idi. 31 may 2018-ci il tarixli akta əsasən 26.02.2018-ci il tarixdə bağlanmış 02.PQ-18069 saylı müqaviləyə əsasən, Karvansaray-14, Karvansaray-15, Karvansaray-12 və Şahqayadan 01 may 2018-ci il tarixdə n 31 may 2018-ci il tarixə qədər iddiaçıya məxsus texnikalarla əhəngdaşı tullantısı karxanalardan daşınaraq cavabdehə təhvil verilmişdir. Cəmi məbləğ (ƏDV-siz) 83.848,35 manat, ƏDV-15.092,70 manat, ümumilikdə 98.941,05 manat ödəniş edilməli idi. 30 iyun 2018-ci il tarixli akta əsasən 26.02.2018-ci il tarixdə bağlanmış 02.PQ-18.069 saylı müqaviləyə əsasən, Şahqaya, Karvansaray 2, Karvansaray 14 və Karvansaray 15dən 01 iyun 2018-ci il tarixdən 30 iyun 2018-ci il tarixə qədər iddiaçıya məxsus texnikalarla əhəngdaşı tullantısı karxanalardan daşınaraq cavabdehə təhvil verilmişdir. Cəmi məbləğ (ƏDV-siz) 66.545,85manat, ƏDV-11.978,25 manat, ümumilikdə 78.524,10 manat ödəniş edilməli idi. 31 iyul 2018-ci il tarixli akta əsasən 26.02.2018-ci il tarixdə bağlanmış 02.PQ-18.069 saylı müqaviləyə əsasən, Karvansaray 14 və Karvansaray 15-dən 01 iyul 2018-ci il tarixdən 31 iyul 2018-ci il tarixinə qədər iddiaçıya məxsus texnikalarla əhəngdaşı tullantısı karxanalardan daşınaraq cavabdehə təhvil verilmişdir. Cəmi məbləğ (ƏDV-siz) 27746,26 manat, ƏDV-4994,33 manat, ümumilikdə 32740,59 manat ödəniş edilməli idi. “Hesabdan çıxarış” məlumatlarına görə cavabdeh tərəfindən iddiaçıya: 19.03.2018-ci il tarixdə 10.000 manat, 19.04.2018-ci il tarixdə 50.000 manat, 30.04.2018-ci il tarixdə 5.000 manat, 07.05.2018-ci il tarixdə 30.000 manat, 21.05.2018-ci il tarixdə 30.000 manat, 06.06.2018-ci il tarixdə 30.000 manat, 14.06.2018-ci il tarixdə 10.000 manat, 22.06.2018-ci il tarixdə 10.000 manat, 04.07.2018-ci il tarixdə 30.000 manat, 13.07.2018-ci il tarixdə 16.000 manat, 19.07.2018-ci il tarixdə 10.000 manat, 27.07.2018-ci il tarixdə 20.000 manat, 10.08.2018-ci il tarixdə 35.000 manat, 14.09.2018ci il tarixdə 10.000 manat, 16.10.2018-ci il tarixdə 6.223,10 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və məktubda iddiaçıya ödənilməli olan 13.137,29 manat muzd və həmin məbləğin 2.364,71 manat olan ƏDV-sini 3 iş günü ərzində cəmiyyətin bank hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xəbərdarlıq məktubunda 18.500 manat cərimə borcu, 165.874 manat dəymiş zərər olmaqla 15 yanvar 2019-cu il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. 18 dekabr 2018-ci il tarixli maliyyə arayışında qeyd edi lir ki, müqavilədə “Subpodratçı” qismində çıxış edən iddiaçının müqavilənin 2.1, 4.2.2 və 7.1-ci bəndlərinə əməl etməməsi nəticəsində müqavilədə “Sifarişçi” qismində çıxış edən cavabdehə 168.874,06 manat zərər dəymişdir. 18 dekabr 2018-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, cavabdehin SƏTƏM şöbəsi tərəfindən müqavilənin 3 saylı Əlavəsi əldə rəhbər tutaraq iddiaçıya 25 aprel 2018ci il tarixli cərimə aktına əsasən 3.000 manat, 30 aprel 2018-ci il tarixli cərimə aktına əsasən 1.000 manat, 17 may 2018-ci il tarixli cərimə aktına əsasən 1.000 manat, 24 may 2018-ci il tarixli cərimə aktına əsasən 3.000 manat, 1 iyun 2018-ci il tarixli cərimə aktına əsasən 3.500 manat, 4 iyun 2018-ci il tarixli cərimə aktına əsasən 3.000 manat, 27 iyun 2018-ci il tarixli cərimə aktına əsasən 4.000 manat, 31 iyul 2018-ci il tarixli cərimə aktına əsasən 1.000 manat, cəmi 18.500 manat cəmiyyətin direktoru tərəfindən atılan humanist addıma əsasən tutulmamışdır. İddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.PG-18.069 nömrəli 26 fevral 2018-ci il tarixli Subpodrat müqaviləsi üzrə ödənilməli olan (muzd və ƏDV məbləği) ümumilikdə 15.502 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 26 fevral 2018-ci il tarixdə “Subpodrat” müqaviləsi bağlanmışdır. Ümumilikdə görülən işlərin muzdun dəyəri cəmi 315.360,60 manat + ƏDV-si isə 56.764,91 manat = 372.125,51 manatdır. Müqavilənin 3.2 və 3.3-cü bəndlərinə əsasən tərəflər arasında digər şəkildə razılaşdırılmayıbsa, bütün ödənişlər “Subpodratçı”nın müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Müvafiq əlavələrdə göstərilmiş ödənişlər Azərbaycan Respublikasının rəsmi valyutası olan Azərbaycan manatı ilə ödəniləcəkdir. Bununla bağlı tərəflər arasında təqdim olunmuş bank hesabına ümumilikdə görülmüş işin 302.223,31 manat muzdu, 54.400,20 manat ƏDV məbləği cəmiyyətə ödənilmişdir. Bununla tərəflərin sonuncu dəfə təsdiq etdikləri 31 iyul 2018-ci il tarixli aktı üzrə “Sifarişçi” “Subpodratçı”ya 315.360,60 manat - 302.223,31 manat = 13.137,29 manat olan muzdu və həmin məbləğin 56.764,91 manat – 54.400,20 manat = 2.364,71 manat olan ƏDV-ni ödəməkdən imtina etmişdir. Cavabdehə 23 noyabr 2018-ci il tarixdə pretenziya məkt ubu göndərilmiş, lakin hər hansı müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən cəmiyyət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıdan öhdəliyin pozulmasına görə yaranmış 18.500 manat cərimə borcunun tam həcmdə tutulması, öhdəliklərin yerinə yetirilməməsi nəticəsində cavabdehə dəyən 165.874 manat zərərin tam həcmdə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, bağlanmış müqavilədə cavabdehin daxili prosedur qaydaları əks etdirilmiş və bununla əlaqədar müqaviləyə əlavə 3 cərimə cədvəli əlavə edilmiş, hər iki tərəf arasında razılaşdırılaraq imzalanıb möhürlənmişdir. Əməkdaşlıq etdikləri müddətdə iddiaçının işçiləri tərəfindən dəfələrlə cavabdehin daxili prosedur qaydaları kobudcasına pozulmuş, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmamışdır. 18 dekabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin SƏTƏM şöbəsi tərəfindən müqavilənin 3 saylı Əlavəsini əldə rəhbər tutaraq iddiaçıya 18.500 manat cərimə tətbiq edilmişdir. Cavabdehin direktoru tərəfindən atılan humanist addıma əsasən tətbiq edilmiş 18500 manat cərimə tutulmamışdır. Bütün bunlara baxmayaraq, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisələrdən sonra yuxarıda göstərilən 18.500 manat cərimənin bütünlüklə tutulmasına rəhbərlik tərəfindən göstəriş verilmiş və cərimənin tam ödənilməsi üçün məhkəməyə müraciət edilməsinə qərar verilmişdir. Cərimə aktları ilə bağlı dəfələrlə iddiaçı yazılı şəkildə tanış ed ilsə də, aktların imzalanmasından boyun qaçırılmışdır. Bundan başqa, 18 dekabr 2018-ci il tarixli, 02 PT/18/12 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh ilə iddiaçı arasında 26 fevral 2018-ci il tarixdə daşınma ilə əlaqədar 02.PG-18.069 saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin bir neçə bəndində qazma və daşıma xidmətlərinin kvotalara uyğun həyata keçirilməsi barədə öhdəliklər və bundan irəli gələcək cərimə prosedurları nəzərdə tutulmuşdur. Öhdəliklərin yerinə yetirilməsinə dair müqavilədə olan bəndlər ətraflı və geniş şəkildə əks etdirilmişdir. Buna baxmayaraq 26 mart 2018-ci il tarixdə Cəmiyyətin rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında kvotaları əks etdirən akt tərtib edilərək iddiaçının rəhbərliyi ilə (qondarma və heç bir cavabdehliyi olmayan şəxs) tanış edilmiş v ə hər iki tərəfin rəhbərliyi tərəfindən imzalanmışdır. Hər iki tərəfin razılaşdığı kvotalar 1 aprel 2018-ci il tarixindən 31 iyul 2018ci il tarixə kimi, yəni müqaviləyə xitam verilənədək qüvvədə olmuşdur. Beləliklə, müqavilədə “subpodratçı” qismində çıxış edən iddiaçının bu müqavilənin yuxarıda göstərilən bəndlərinə əməl etməməsi nəticəsində bu müqavilədə “sifarişçi” qismində çıxış edən cavabdehə dəyən zərər 165.874 manat əks etdirir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-2-(81)-421/2019 saylı iş) 18 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunaraq 26.02.2018-ci il tarixli 02.PG- 18.069 nömrəli subpodrat müqaviləsi üzrə cavabdehdən 15.502 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X9məruzəçi, X4 və X6, 2-2(103)-451/2019 saylı iş) 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 385.2, 386.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə t utulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün halla r üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. İddiaçı ilə cavabdeh arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçının müqavilə öhdəliklərini tam yerinə yetirməsi təsdiq edilmiş, cavabdehin müqavilə öhdəliyini tam yerinə yetirməsi sübut olunmamış, bununla da müqavilə üzrə öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Belə ki, tərəflər arasında bağlanan 26.02.2018-ci il tari xli 02.PG-18.069 nömrəli subpodrat müqaviləsindən görünür ki, cavabdeh Baş sifarişçi qismində çıxış edən “xxxx” MMC ilə 01.07.2013-cü il tarixli Baş Podrat Müqaviləsi imzalamışdır və bu Baş Podrat müqaviləsi üzrə görüləcək Xidmətlərin bir qisminin subpodrat müqaviləsi üzrə digər şəxslərə ötürmək hüququnu əldə etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, “Subpodratçı” bu müqavilənin Əsas hissəsinə və “Sifarişçi” tərəfindən verilən Sifariş formalarına müvafiq olaraq, danışılmış tərzdə və həcmdə, “Sifarişçi”nin Qayda və Təlimatlarına ciddi riayət edərək, bu Müqavilədə əks olunan Sahədə, kvotalara uyğun olaraq Xammal qazma və daşıma xidmətlərini yerinə yetirəcək və “Sifarişçi” isə göstərilmiş xidmət müqabilində, danışılmış xidmət haqqını ödəməyi öz üzərinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, xidmətin miqdarı, təfsilatı, keyfiyyəti və təsviri əlavələrdə göstərilməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bütün ödənişlər əlavələrdə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun aparılacaqdır. Müqavilənin 3.4-cü bəndinə əsasən, “Sifarişçi” bu müqaviləyə əsasən, xidmətin göstərilməsi, xidmətin keyfiyyəti və “Subpodratçı”nın öz vəzifələrini düzgün yerinə yetirməsini təmin etmək baxımdan “Subpodratçı”ya ödənilməli olan hər hansı pul ödənişini tutmaq və ya ödənişi dayandırmaq hüququnu özündə saxlayır. Müqavilənin 7.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliyin pozulması halı baş verdikdə digər tərəf (öhdəliklərini pozmayan tərəf) tez bir zamanda öhdəliklərini pozan tərəfə öhdəliyin pozulması ilə bağlı bildiriş göndərməlidir. Müqavilənin 9-cu bəndinə əsasən, “Sifarişçi” subpodratçı nisbətində, onun kvotaları və ya digər xidmətlərin yerinə yetirilməməsi və ya qüsurlu yerinə yetirilməsinə, habelə “Sifarişçi”nin Qayda və Təlimatlarının “Subpodratçı” tərəfindən cəlb olunmuş işçisi və ya istənilən şəxs tərəfindən pozulmasına bu müqaviləni Əlavə 3-də əks olunan “Cərimə cədvəlinə” müvafiq olaraq cərimələmək və ya baş “Sifarişçi”nin “Subpodratçı”, onun işçiləri və ya onun tərəfindən cəlb olunmuş istənilən şəxs tərəfindən törədilən əmələ görə “Sifarişçi” cərimələndiyi halda, bu cərimənin ödənilməsini “Subpodratçı”ya tətbiq edə bilər. “Subpodratçı” yuxarıda qeyd olunan cərimə şərtləri ilə tam razıdır və bir mənalı olaraq tətbiq olunmasına etiraz etmir. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasına görə iddiaçının və cavabdehin direktoru tərəfindən imzalanaraq təsdiq olu nan 02.PQ-18.069 nömrəli 31 mart 2018-ci il tarixli akta əsasən, cəmi məbləğ (ƏDV-siz) 71.266,32 manat, ƏDV-12.827,94 manat, ümumilikdə 84.094,26 manat, 02.PQ-18.069 nömrəli 30 aprel 2018-ci il tarixli akta əsasən, cəmi məbləğ (ƏDV-siz) 65.953,82 manat, ƏDV-11.871,69 manat, ümumilikdə 77.825,51 manat, 02.PQ-18.069 nömrəli 31 may 2018-ci il tarixli akta əsasən, cəmi məbləğ (ƏDVsiz) 83.848,35 manat, ƏDV-15.092,70 manat, ümumilikdə 98.941,05 manat, 02.PQ18.069 nömrəli 30 iyun 2018-ci il tarixli akta əsasən, cəmi məbləğ (ƏDV-siz) 66545,85manat, ƏDV-11.978,25 manat, ümumilikdə 78.524,10 manat, 02.PQ-18.069 nömrəli 31 iyul 2018-ci il tarixli akta əsasən, cəmi məbləğ (ƏDV-siz) 27.746,26 manat, ƏDV-4.994,33 manat, ümumilikdə 32.740,59 manat məbləğində ödəniş edilməli idi. Qeyd olunan aktlara əsasə n, cavabdeh tərəfindən iddiaçıya 31.5360,60 manat (ƏDV-siz) 37.2125,51 manat (ƏDV ilə birlikdə) ödəniş edilməli idi. Cavabdeh iddiaçıya 19.03.2018-ci il tarixdə 10.000 manat, 19.04.2018-ci il tarixdə 50.000 manat, 30.04.2018-ci il tarixdə 5000 manat, 07.05.2018-ci il tarixdə 30.000 manat, 21.05.2018-ci il tarixdə 30.000 manat, 06.06.2018-ci il tarixdə 30.000 manat, 14.06.2018-ci il tarixində 10.000 manat, 22.06.2018-ci il tarixində 10.000 manat, 04.07.2018-ci il tarixdə 30.000 manat, 13.07.2018-ci il tarixdə 16.000 manat, 19.07.2018-ci il tarixdə 10.000 manat, 27.07.2018ci il tarixdə 20.000 manat, 10.08.2018-ci il tarixdə 35.000 manat, 14.09.2018-ci il tarixdə 10.000 manat və 16.10.2018-ci il tarixdə 6.223,10 manat məbləğində olmaqla, cəmi 302.223,31 manat məbləğində əsas borc və 54.400,20 manat ƏDV məbləği ödəniş etmişdir. Apellyasiya məhkəməsinin araşdırması göstərir ki, tərəflər arasında bağlanmış 26.02.2018-ci il tarixli 02.PG-18.069 nömrəli subpodrat müqaviləsi üzrə cavabdeh tərəfindən 315.360,60 manat (ƏDV-siz) məbləğində ödəniş edilməli olduğu halda, 302.223,31 manat məbləğində ödəniş edilmiş, 13.137,29 manat (315.360.60302.223.31=13.137,29 manat) ödənilməmiş qalmışdır. Həmin məbləğ üzrə ödənilməli olan ƏDV məbləği isə 2.364,71 manat (13137,29/100*18=2364,71) təşkil etdiyindən cavabdehin ümumi borcu 15.502 manat olmuşdur. Odur ki, cavabdehdən 15.502 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, z ərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Müqavilənin icrası ilə bağlı iddiaçının cavabdehə ziyan vurması işdə olan sübutlarla təsdiqini tapmamışdır. Cavabdehin iddiaçı barəsində tərtib etdiyi cərimə aktları yalnız özləri tərəfindən imzalanmış, bu barədə iddiaçı məlumatlandırılmamış, işlərin, xidmətlərin qüsurlu görülməsi ilə bağlı cavabdehin iddiaçıya irad tutması işdə olan sənədlərlə sübuta yetməmişdir. Cavabdeh qanunda və müqavilə şərtində nəzərdə tutulduğu kimi, müqavilə üzrə öhdəliyin pozulması halının baş verməsi ilə bağlı iddiaçıya bildiriş göndərməsi müəyyən edilməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1-ci maddə). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq xxxxalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (88-ci maddə). Cavabdeh etirazının əsası kimi məhkəmələrə hər hansı sübut təqdim etməmiş, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericili yin qeyd edilən xxxxalarına əməl edərək işdə olan sübutlara düzgün hüquqi qiymət vermişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-451/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-504/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-504/2019
10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver